FİQHUL ƏKBƏR
Rahmən Və Rəhim Olan Allahın Adıyla:
Bu kitab İmamın oğlu Həmməd İbn Əbu Hənifə ən-Numan
tərəfindən rəvayət edilmişdir. İbni Hilkən onun haqqında deyir ki:
“Atasının yolunu tutar, saleh və xeyirxah bir kimsə idi”. Bəzi
Mühəddislər isə onu zəif ravi saymışlar. Bu kitabda İmamın elə
görüşləri zikr edilmişdir ki, görünür ki, bu sonradan kitaba əlavə
edilmişdir. Nəyə əsasən biz bunu deyirik: Çünki İmam Təhavi öz
kitabında “Təhavi Əqidəsi” imamın əqidəsini zikr etmişdir. Orada
olan sözlər bu kitabda olana uyğun deyildir.
Tövhidin əsli bir kimsənin mən: Allaha, mələklərə, Kitablara,
Peyğəbərlərinə, öldükdən sonra dirilməyə, Xeyir və şərin
Qədərdən olmanasına, hesaba, mizana, Cənnət və Cəhənnəmə -
iman etdim deməsidir. Bunların hamısı haqdır. Allah birdir
(təkdir), say etibarıyla deyil, ortağı və şəriki olmaması etibarıyla
birdir. O, birdir. Heç bir şeyə möhtac deyildir, doğmamış və
doğulmamışdır, heç bir tayı, bərabəri (şəriki) də yoxdur. O,
yaratdıqlarından heç birinə bənzəməz, yaratdıqlarından da heç bir
şey Ona bənzəməz. O, İsimləri, Zatı və Feli sifətlərilə hər zaman
var olmuş və olacaqdır. Allahın zatı sifətləri: Həyat, Qudrət, Elm,
Səmi, Bəsir və İradə sifətləridir. Feli sifətlər isə: Təhliq (Yaratmaq),
Tərziq (Ruzi vermək), İnşa (Yaratmaq), İbda (Bənzərsiz yaratmaq),
Suna (Qüsursuz Yaratmaq) və s. Feli sifətləri. Allah İsim və
Sifətlərilə hər zaman var olmuş və var olacaqdır. Onun İsim və
Sifətlərindən heç biri sonradan var olmuş deyildir. Allah elmilə
daima Alimdir, Elm Onun əzəli sifətidir, O qüdrətilə daima
Qadirdi, Qudrət Onun əzəli sifətidir, Kəlam ilə (Mutəkəllim)
danışandır, Kəlam Onun əzəli sifətidir, Yaratması ilə daima
Xaliqdir, Yaratmaq Onun əzəli sifətidir, Feli ilə daima faildir, Feli
Onun əzəli sifətidir. Fail Allahdır, feli isə Onun əzəldə sifətidir.
49
Yaradılan şey məxluqdur, Uca Allahın feli isə məxluq deyildir.
Allahın sifətləri əzəlidir, məxluq və sonradan var olmuş deyildir.
Allahın sifətlərinin məxluq və sonradan var olduğunu söyləyən,
bunda tərəddüd və ya şübhə edən kimsə Uca Allahı inkar etmiş
kafirdir.
Qurani Kərim Allahın kəlamıdır, mushaflarda yazılmış,
qəlblərdə hifz edilmiş, dil ilə oxunur və Peyğəmbərə – sallallahu
aleyhi və səlləm - nazil olmuşdur. Bizim Qurani Kərimi tələffüzümüz
məxluqdur (insanın felidir), yazmağımız və oxumağımız
məxluqdur, fəqət Quran məxluq deyildir. Allahın Quranda Musa -
əleyhissəlam - və digər Peyğəmbərlər barəsində bəhs etməsi, Firon
və İblisdən xəbər verməsi bunların hamısı Allahın kəlamıdır, onlar
barəsində xəbərlərdir. Allahın kəlamı məxluq deyildir, lakin Musa
- əleyhissəlam - və digər yaradılmışların kəlamı məxluqdur. Quran
isə Allahın kəlamı olub Qədim və əzəlidir
44
, onların kəlamı isə
qədim deyildir. Musa - əleyhissəlam - Allahın kəlamın eşitmişdir:
“Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Allah
Musanı xəlq etməmişdən öncə də Kəlam sifətinə sahib idi. Allah
məxluqatı xəlq etməmişdən öncə də Xaliq (yaradıcı) idi. Allah
Musaya - əleyhissəlam - xitab etdiyi zaman əzəli sifəti olan Kəlam
sifəti ilə danışdı. Onun heç bir sifəti məxluqlarının sifətlərinə
bənzəməz (yaratdıqlarının sifətləri kimi deyildir). Onun bilməsi
bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz
kimi deyil. O Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. O
44
Qidəm – qədim sözündəndir. Bəqa - əbədilikdir. Sələflər bu ismi qəbul eməmişlər. Çünki
Quranda dəlili yoxdur. Allah barəsində Xəbər formasında gəlmişdir. Əsməul Husnədən
deyildir. Allahın İsimi olan Əvvəl və Əxir vardır ki, bu daha gözədlir. Əzəli - Əbədi - əvvəli
olmayana deyilir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “...Allahım! Sən
Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən
Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumu
ödə və məni yoxsulluqdan qurtarıb zənginləşdir!”. İbn Məcə 3831, Tirmizi 3481, İbn Hibban
966, əl-Albani “Səhih”. Çünki Qədim köhnə olan bir şeyə də deyilir. “Nəhayət, o tədricən
dönüb xurma ağacının qurumuş (Urcunul Qadim) budağı kimi əyri olur”. (Yəsin 39) İkincinin
varlığı zamanına qədər qala bilər, yenisi ortaya çıxan kimi birincisinə qədim deyilir. “Onlar
bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər”. (əl-Əhqaf 11). Bu
söz ən çox kəlam əhli arasında məşhur olan bir kəlimədir. Sələflər bu sözü işləməyiblər.
50
Eşidir, lakin eşitməsi bizim eşitməyimizə bənzəməz. O Danışır,
lakin danışması bizim danışığımız kimi deyildir. Biz (qulları dil və
dodaq) kimi üzvlərlə və hərflərlə danışırıq. Allah isə üzvsüz və
həriflərsiz danışır. Hərflər məxluqdur, lakin Allahın kəlamı məxluq
deyildir
45
. O, şeydir, lakin digər şeylər kimi deyildir. Allah
haqqında şeyin mənası: Cism, Cövher (özəyi, əsli), Araz (keçici,
müvəqqəti), ziddi, oxşarı və bənzəri olmaqdan uzaqdır
46
. Allahın
Quranda zikr etdiyi kimi Əli, üzü və nəfsi vardır. Allahın Quranda
zikr etdiyi kimi əl, üz və nəfs kimi şeylər Onun keyfiyyəti
bilinməyən sifətlərindəndir. Onun əli qüdrətdir və ya nemətdir
deyilməz. Çünki bu zaman sifəti inkar (ləğv) etmiş olur. Bu da
Qədəriyyə
47
və Mötəzilə görüşüdür. Onun əli keyfiyyəti
bilinməyən sifətlərdən olduğu kimi, qəzəbi və rızası da Allahın
keyfiyyəti bilinməyə sifətlərindən iki sifətidir.
Allah hər bir şeyi yoxdan yaratmışdır. Allah hər bir şeyi onu
yaratmamışdan öncə əzəldən bilirdi. O hər bir şeyi təqdir və qəza
edəndir. Dünya və Axirətdə Allahın diləməsi, Elmi, qəzası, təqdiri
və Lövhi Məhfuzda yazısı olmadan baş verməz. Lakin Onun Lövhi
Məhfuzdakı yazısı hökm (əmr) olaraq deyil, vəsif olaraq
yazılmışdır. Qəza, Qədər və diləmək Onun necəliyi (keyfiyyəti)
bilinməyən əzəli sifətlərindəndir. Allah, yox olan bir şeyi yox ikən
də bilir, onu yaratdığı zaman necə olacağını da bilir. Var olan bir
şeyi var ikən də bilir, onun yoxluğunun necə olacağını da bilir.
Allah ayaqda duranın ayaqda durmaq halını, oturduğu zaman
45
Bu söz Qurana məxluqdur deyənlərin dinə əlavə etdikləri çirkin bidətlərdəndir. İmamın
sözlərindən deyildir. Çünki İmamın zamanında hələ bu bidət Quran məxluqadur bidəti
ortaya çıxmamışdır. Qurani Kərimin mənası yaradılmş deyildir, lakin hərfləri yaradılmışdır.
Sələfləin etiqdıdır ki: Quran – hərfləri, mənası, sözlərilə Allahın kəlamıdır. Allah söz və
hərflərlə buyurmuşdur.
46
Kəlam əhlinin gətirdiyi nə Qurandan, nə Sünnədən heç bir məna kəsb etməyən sözlərdi.
47
Qədərilər kimlərdir? – Qədərilər insanın öz əməllərinin yaradıcısı olmasına və Allahın
istəyi olmadan öz əməllərini etməsini etiqad edən bir təriqətdir. Onlar deyirlər ki, Allah bilir,
qeyd edir, istəyir və yaradır əməlləri onlar baş verəndən sonra. Bu təriqətin başçısı Məbəd
İbn Cuhənidir. Xəlifə Abdul Məlikin əmri ilə H. 80-ci ildə çarmıxa çəkilmişdir. Onun tələbəsi
Ceylan İbn Dəməşqi də Xəlifə Hişamın əmri ilə əl və ayaqları kəsiləndən sonra çarmıxa
çəkilmişdir. Bütün bu etiqadları Xiristianlıqdan alınmışdır. Çünki özləri də Ərəb olmamışlar.
51
oturuş halını bilir. Bütün bu hallarda Allahın elmində nə bir
dəyişmə, nə də sonradan olma (elmləşmək kimi) bir şey hasil
olmaz. Dəyişmə yalnız məxluqlarda olur.
Allah insanları küfr və imandan səlim (xali) olaraq yaratmışdır.
Sonra onlara xitab edərək (iman və itaət etmələrini) əmr etmiş və
(küfr və üsyandan) nəhy etmişdir. Kafir olan – öz feli, haqqı inkar
və rədd etməsi, Allah (onlardan) yardımını kəsməsiylə küfrə
düşmüşdür. İman edən – öz feli, iqrarı, təsdiqi və Allahın
müvəffəqiyət və yardımı ilə iman etmişdir. Allah Adəmin nəslini
belindən çıxarmış, onlara ağıl vermiş, xitab etmiş, imanı əmr edib,
küfrü qadağan etmişdir. Onlar da Onun Rəbb olduğunu iqrar
etmişlər. Bu da onların imanıdır. Onlar da bu fitrət üzərə
doğularlar. Bundan sonra kim küfrə saparsa (kafir olan) bu fitrəti
dəyişdirib pozmuş olar. Kim də İman edər və haqqı təsdiq edərsə
fitrəti üzərində durmuş olar. Allah qullaının heç birini iman və
küfrə məcbur etməmişdir, onları mömin və kafir olaraq
yaratmamışdır. Lakin onları şəxs olaraq yaratmışdır. İman və küfr
qulların felləridir. Allah küfrə sapanı, küfrü əsnasında kafir olaraq
bilir, O kimsə daha sonra iman edərsə, imanı halında mömin
olaraq bilir və onu sevir. Onun Elmində və sifətində heç bir
dəyişiklik olmaz. Qulların hərəkət və sükunət halında olan bütün
felləri onların öz əldə etdikləridir. Onların yaradıcısı isə Uca
Allahdır. Onların hamısı Allahın diləməsi, elmi, hökmü və qədəri
ilə olur. İtaətlərin hamısı – Allahın əmri, məhəbbəti, Rızası, elmi,
diləməsi, qəzası və təqdiri ilə vacib edilmişdir. Masiyətlərin hamısı
da – Allahın elmi, Qəzası, Təqdiri və diləməsi olmaqla bərabər,
Sevgisi, Rızası və əmri deyildir.
Peyğəmbərlərin hamısı kiçik, böyük günahlardan, küfr və çirkin
hallardan münəzzəhdirlər. Lakin onların səhf və xətaları olmuşdur
(lakin dərhal Allah tərəfindən düzəldilmişlər). Muhəmməd –
sallallahu aleyhi və səlləm - Allahın həbibi, Rəsulu, Nəbisi, seçilmiş
(Xəlilullah) quludur. O, heç bir zaman bütə tapınmamış, bir göz
qırpımı belə Allaha şərik qoşmamışdır. O, kiçik və böyük heç bir
52
günah etməmişdir. Peyğəmbərlərdən sonra insanların ən fəzilətlisi
Əbu Bəkr əs-Sıddıq, sonra Ömər əl-Farruq, sonra Osman İbn Əffan
Zin Nureyn, daha sonra Əli Murtəzadır – Allah onlardan razı olsun -.
Onlar doğruluq üzərə Allaha ibadət edən, haqdan ayrılmayan
haqla bərabər olan kimsələrdi. Hamısını sevir və böyük hörmət
edərik. Peyğəmbərin – sallallahu aleyhi və səlləm - səhabələrinin
hamısını yalnız xeyirlə yad edərik.
Bir müsəlmanı halal saymadığı müddətdə, böyük günahlardan
birini etmiş olarsa kafir sayılmaz. Bu halda bir kimsədən İman
adını qaldırmarıq, ona həqiqi mənada mömin deyərik. Bir
kimsənin kafir olmamaqla bərabər günahkar mömin olması
caizdir. Xuf üzərinə məst etmək sünnədir, Ramazan gecələrində
qılınan Təravih sünnədir
48
. Saleh və günahkar hər bir kəsin
(müsəlmanın) arxasında namaz qılmaq caizdir. Günahlar möminə
zərər verməz demərik, günah edən kimsə Cəhənnəmə girməz də
demərik. Dünyada mömin olaraq ayrılan kimsə fasiq olsada belə
Cəhənnəmdə əbədi qalacaqdır demərik. Murciə etiqadında
olanların söylədikləri kimi yaxşılıqlarımız qəbul, pisliklərimiz əff
edilmişdir demirik. Kim yaxşı bir əməl edib bütün şərtləri yerinə
yetirərsə (saleh niyyət, ixlas), bu əməli batil edən küfr və dindən
dönmək (mürtəd) olmaq kimi şeylərdən çəkinərək dünyadan
mömin olaraq ayrılarsa şübhəsiz Allah onun əməlini zay etməz,
əksinə qəbul edib və əmələ görə savab yazar.
Allaha şərik qoşmaq və küfrdən başqa, böyük və kiçik günah
edən, fəqət tövbə etmədən mömin olaraq ölən kimsənin halı
Allahın diləməsinə bağlıdır. Dilərsə ona Cəhənnəmdə əzab edər,
dilərsə əff edər və heç əzaba məruz qoymaz. Hər hansı bir əmələ
riya qarışıdığı zaman o, əməlin əcrini yox edər. Həmçinin Ucub
(əməli, özünü bəyənmək) də belədir.
Peyğəmbərlərin möcüzələri və övliyaların kəraməti haqdır.
Lakin Allahın düşmənlərinin: İblis, Firon və Dəccal kimilərinin
48
Nə üçün fiqhi bir məslələr Əqidə kitabına salınmışdır. Çünki bu məslələr Əhli Sünnəti
digər bidət əhlindən fərqləndirən ən böyük xüsusiyyətlərdəndir.
53
göstərdikləri qeyri adi şeylərə nə möcüzə, nə də kəramət demirik.
Bu onların ehtiyaclarının ödənilməsidir İstidracdır. Allah
düşmənlərinin
ehtiyaclarını,
onları
dərəcə-dərəcə
əzaba
yaxınlaşdırmaq və əzab vermək üçün ehtiyaclarını görür. Onlar da
buna aldanaraq azğınlıq və küfürdə həddi aşırlar. Bunların hamısı
caiz və mümkündür.
Uca Allah yaratmadan öncə də yaradıcı, ruziləndirmədən öncə
də ruzi verəndir. Allah, axirətdə görüləcəkdir. Möminlər Allahı
Cənnətdə aralarında heç bir məsafə olmadan, təşbihsiz və
keyfiyətsiz olaraq baş gözlərilə görürlər. İman – dil ilə iqrar, qəlb
ilə təsdiqdir
49
. Göydə və yerdə olanların imanı, iman edilməsi
lazım olan şeylər tərəfdən artmaz və azalmaz, fəqət yəqin və təsdiq
tərəfdən artar və azalar
50
. Möminlər İman və Tövhid məsələlərində
bir-birinə bərabərdilər
51
. Lakin əməl etibarıyla bir-birlərindən
fərqlənirlər. İslam – Allahın əmirlərinə təslim olmaq və itaət etmək
deməkdir. Lüğət etibarıyla iman və İslam arasında fərq vardır.
Lakin İslam olmadan iman, İman olmadan da islam olmaz. Onların
ikisi də bir şeyin daxili və çölü (zahiri İslam, batini İman)
kimidirlər. Din isə - iman, islam və şəriətin hamısını özündə əhatə
49
Murciyə qolları çoxdur. İbn Teymiyyə “İman”, İbnul Cevzi “Şeytanın Hiylələri” kitabında
12 qolunu zikr edirlər. Ğulət Murciə deyirlər ki: İman – tək qəlbin bilmsidir. Onlara görə
İblis, Firon bilirdi. Küfr isə Allahı bilməməkdir. Əməllər iman məfhumunun içərisinə daxil
deyildir. Bu zaman həm zahiri, həm də qəlbi əməllər qəsd olunur. Onlar hər ikisini də
imandan görmürlər. Sələflər isə tək qəlbi əməlləri imandan görməyəni küfr etmiş saymışlar.
Murcuyə Fuqaha (Yəni: İmam Əbu Hənifə və yoldaşları) belə demir. Murciyə Fuqaha – qəlb
ilə təsdir, dil ilə iqarar. Zahiri əməllər iman məfhumuna daxil deyil. Gulət Murciyələrdən
fərqli olaraq əməlləri bütünlüklə inkar da etmirlər. Zahiri əməllərin olmaması imana təsir
etmir. Sənin qəlb ilə bilib təsdiq etməyin və dil ilə iqrar etməyin onu göstərir ki, sənin
imanın Peyğəmbərlərin, Mələklərin imanı kimidir. Kafirə yaxşı əməllərin xeyiri olmadığı
kimi, möminə də günah əməllərin təsiri yoxdur.
50
İman artıb azalması məsləsində İmamın etiqadı Məlik, Şəfii, Əhməd, Buxari – Allah
onlardan razı olsun - və s. Sələf imamlarının etqadına müxalif olmuşdur. Əbu Hənifənin –
rahmətullai aleyh - görüşü doğru olmaqdan uzaqdır. Lakin hər iki halda da imam əcr
almışdır. İbn Abdul Bərr “Təmhid” 9/247, İbn Əbil İzz əl-Hənəfi “Şərh Əqidətul Təhaviyyə”
s. 395, İmamın bu görüşündən döndüyünü hiss etdirən ifadələr nəql etmişlər. Doğrusunu
bilən Allahdır.
51
Bu söz xətadır. Çünki Peyğəmbərlərin, Mələkərin imanı adi insanların iman kimi ola
bilməz.
54
edənə verilən isimdir. Biz Uca Allahı kitabında Özünün vəsf etdiyi
bütün sifətləriylə haqqıyla tanıyırıq. Heç bir kimsə Allaha, Onun
şəninə layiq şəkildə haqqıyla ibadət etməyə qadir deyildir. Lakin
insan ancaq Allahın Kitabında, Rəsulunun bildirdiyi şəkildə Allaha
ibadət edir. Bütün möminlər (imanın əslində) – mərifət, yəqin,
təvəkkül, məhəbbət, Rıza, qorxu, ümüd və imanda bərabərdilər.
Bütün bu şeylərdə fərqlidirlər hansı ki, imana daxil deyildir
52
.
Uca Allah qullarına qarşı lütfkardır, adildi, qulun haqq etdiyi
savabı lütfüylə qat-qat artıqlamasıyla verir. Qulunu ədalətli olaraq
etdiyi günahdan dolayı cəzalandıran, Özündən bir lütf olaraq
bağışlayandır.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - şəfaəti haqdır,
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - günahkar möminlərə və
onlardan əzabı haqq etmiş böyük günah sahiblərinə şəfaəti haqdır
və sabitdir. Qiyamət günü əməllərin mizanda çəkilməsi haqdır,
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hovuzu haqdır. Qiyamət
günü rəqiblər arasında yaxşılıqlar alınaraq qisas və haqq-hesab
haqdır. Yaxşılıqları bitdiyi zaman (haqlarını tapdaladığı insanların)
günahlarıyla yüklənməkdə haqdır. Cənnət və Cəhənnəm
yaradılmışdır, əbədiyyən də yox olmayacaqlar. Hurilər əbədiyyən
ölməzlər. Allahın əzabı da, savabı da əbədidir. Allah dilədiyi
qulunu bir lütf olaraq hidayətə yönəldər, dilədiyini də ədalətli
olaraq sapıqlığa yönəldər. Allahın azdırması Hizlanıdır. Hizlanın
mənası: Allahın razı olacağı şeylərdə onu müvəffəq etməməsi,
yardımını ondan kəsməsidir. Bu da Allahın ədalətidir. Həmçinin
günahkarları üsyanları səbəbiylə cəzalandırması da ədalətilədir.
Şeytan imanı insandan zorla çəkib alar deməyimiz caiz deyildir.
Daha doğrudur demək: Qul imanı tərk etdikdən sonra şeytan
ondan alar deyərik. Qəbirdə Munkər və Nəkirin sorğusu haqdır,
qəbirdə ruhun cəsədə qayıtmas haqdır, Qəbr sıxıntısı və əzabı
52
Bu söz xətadır. Çünki bizim təvəkkülümüz, məhəbbətimiz, qorxumuz, ixlasımız
Peyğəmbərlərin təvəkkül, məhəbbət, qorxu və ixlasları kimi ola bilməz.
55
haqdır, bütün kafirlər və asi möminlər üçün qəbr sıxıntısı və əzabı
haqdır.
Alimlərin – Allahın sifətlərini Farsca söyləmələri caizdir. Lakin
Əl – kəlməsi Allahın sifəti olaraq Farsca söylənilməz
53
. Lakin
Farsca Pərvəi Xuda – Uca və Böyük olan Allah demək caizdir.
Təşbihsiz və keyfiyyət vermədən. Allahın yaxınlıq və uzaqlığı,
məsafənin uzunluq və qısalığı kimi (mənasında) deyildir. Allahın
yaxınlıq və uzaqlığı (qulunu) ucaltması, kəramətli etməsi və ya
zəlil edib alçatmasıdır. İtaətli olan qul Allaha keyfiyyətsiz olaraq
yaxın, asi olan qul isə keyfiyyətsiz olaraq Allahdan uzaq olur.
Yaxınlıq, uzaqlıq və (Allaha dua edənin) yönəlməsi, Cənnətdə
qonşuluq və Allahın qarşısında durmaq keyfiyyəti bilinməyən
şeylərdir.
Qurani Kərim Allahın Rəsuluna nazil olmuş, mushaflarda
yazılmışdır. Quran ayələrinin hamısı Allahın kəlamı olduğuna
görə fəzilət və əzəmət baxımından bir-birinə bərabərdirlər. Fəqət
bəzisində zikr və zikr edilənin fəziləti vardır. Ayətul Kursi buna
misaldır. Burada zikr edilən Allahın ucalığı, əzəməti və sifətləridir.
Bu ayədə iki fəzilət: Həm ayənin (Allahın kəlamı olduğu üçün)
zikri, həm də orada zikr edilənin fəziləti bir yerə cəm olmuşdur.
Digər ayələrdə isə yalnız ayənin fəziləti vardır, orada zikr edilənin
fəziləti yoxdur. Kafirlərin qissələri kimi. Bu ayələrdə zikr
olunanların heç bir fəziləti, dəyəri yoxdur. Həmçinin Allahın İsim
və Sifətləridə əzəmət və fəzilət baxımından bərabərdilər, onlar
arasında fərlilik yoxdur.
(Peyğəmbərin – sallallahu aleyhi və səlləm - ana və atası İslam
gəlmədən öncə vəfat etmişdilər. Əmisi Əbu Talib, Peyğəmbərin –
sallallahu aleyhi və səlləm – dinini qəbul etməyərək ölmüşdür).
Qasım, Tahir və İbrahim Allah Rəsulunun oğulları, Fatimə,
Ruqiyyə, Zeynəb və Ummu Gülsüm qızlarıdır. İnsan Tövhid
elminin incəlikərindən birində çətinliklə qarşılaşarsa (hər hansısa
bir məsələ ona qaranlıq qalarsa), soruşub öyrənəcəyi bir alim
53
Fars dilində Əl – Dəst deməgdir. Dəst - ərəb dilində qazan, qab deməkdir.
56
tapana qədər: “Bu məsələdə Allah qatında doğru olana inandım”
deməsi lazımdır. Belə bir kimsənin axtarıb tapmaqda gecikməsi (bu
məsləni öyrənməkdə gecikməsi) caiz deyildir. (Bu məsələ ona
bəyan olduqdan sonra qəbul edib etməməkdə) tərəddüd edərək
gözləmək üzürlü sayılmaz. Əgər tərəddüd edərək gözləyərsə
(qəbul etməzsə) kafir olar. Merac xəbəri haqdır, Onu rədd edən
sapıq bir bidət əhlidir. Dəccəl, Yəcuc və Məcucun çıxması, günəşin
batdığı yerdən doğması, İsanın - əleyhissəlam - göydən enməsi və
səhih hədislərdə bildirilən Qiyamətin əlamətlərinin hamısı haqdır.
Uca Allah dilədiyi doğru yola yönəldər.
əl-VASİYYƏ (TÖVHİD VƏSİYYƏTİ)
Rahmən Və Rəhim Olan Allahın Adıyla:
İman - dil ilə iqrar, qəlb ilə təsdiqdir. Sadəcə iman iqrar olmaz.
Çünki sadəcə iqrar iman olsaydı bütün münafiqlərin mömin
olmaları lazımdır. Həmçinin sadəcə təsdiq də iman olmaz. Əgər
sadəcə təsdiq iman olsaydı bütün Kitab əhli mömin olması
lazımdır. Halbuki Allah: “(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar)
sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın
Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun
həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis
yalançı olduqlarına şəhadət verir”. (əl-Munafiqun 1) və “Kitab
(Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz
oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların
bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir”. (əl-Bəqərə 146)
buyurur. İman artmaz və azalmaz. Çünki imanın artması yalnız
küfrün azalmasıyla, əskilməsi də küfrün artmasıyla təsəvvür oluna
bilər. Bir şəxsin eyni halda mömin və kafir olması necə mümkün
ola bilər? Mömin həqiqi iman edən, kafir də həqiqi inkar edəndir.
İmanda şübhə olmaz. “Onlar həqiqi möminlərdir”. (əl-Ənfal 4) və
“Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən
ötrü alçaldıcı əzab hazırlamışıq!”. (ən-Nisa 151). Əməl imandan
57
ayrı, iman da əməldən ayrı şeylərdir. Möminin bir çox vaxt bəzi
əməllərdən azad olması (onları etməməsi) bunun dəlilidir. Bu
halda mömindən imanın getdiyi söylənilməz. Heyz halında olan
qadın namazdan azaddır. Lakin ondan imanın qaldırıldığını,
yaxud imanın tərk edilməsinin əmr edildiyini söyləmək caiz
deyildir. Şəriət o, kimsəyə: “Orucu tərk et, sonra da qəza et”
demişdir. Lakin: İmanı burax, sonra da qəza et” deyilməsi caiz
deyildir. Fəqirə zəkat yoxdur – demək caizdir. Lakin fəqirin iman
etməsi lazım deyil demək caiz deyildir.
Xeyrin və Şərin təqdiri Allahdandır. Əgər bir kimsə xeyir və
şərin təqdirinin Allahdan başqasının olduğunu söyləyərsə, o kimsə
Allahı inkar və Tövhidini puç etmiş olar. Əməllər: Fərzlər, fəzilət
və Masiyət (günahlar) olmaq üzərə 3 qismə bölünürlər. Fərzlər:
Allahın əmri, diləməsi, məhəbbəti, rızası, qəzası, qüdrəti, elmi,
müvəffəq etməsi, yaratması və Lövhi Məhfuzda yazmasıdır. Fəzilət
(Sünnətlər): Allahın əmri olan əməllər deyildir. Əgər belə olsaydı
fərzlər olardı. Lakin fəzilət olan əməllər Allahın diləməsi,
məhəbbəti, rızası, qəzası, hökmü, elmi, müvəffəq etməsi, yaratması
və Lövhi Məhfuzda yazmasının nəticəsidir. Masiyət (günahar):
Allahın əmri nəticəsi deyildir. Lakin Allahın məhəbbəti, rızası və
müvəffəq etməsi olmadan: Diləməsi, qəzası, təqdiri, Hızlanı
(yardıma ehtiyac duyduğu anda yardımı kəsmək), elmi və Lövhi
Məhfuzda yazmasıdır.
Allahın ehtiyacı olmadan Ərşin üzərinə İstiva və İstiqrarı vardır.
Möhtac olmadan Ərşi və başqalarını mühafizə edər. Əgər Allahın
ehtiyacı olsaydı məxluqlar kimi aləmi icad və tədbirə qadir
olmazdı. Oturmaq və qərar tutmağa möhtac olsaydı Əşin
yaradılmasından öncə Allahın harada olduğu sualı ortaya çıxardı.
Uca Allah bundan Münəzzəhdir.
Quran – Allahın kəlamıdır, məxluq deyildir. Allahın vəhyi, nazil
etdiyi, ilahi zatının eyni olmayan, zatından da ayrı düşünülməyən
sifətidir. O, mushaflarda yazılmış, dillə oxunan, qəlblərdə yer
tutmaqla mühafizə edilir. Mürəkkəb, kağız və yazıların hamısı
58
məxluqdur. Çünki bunlar qulların fellərinin nəticəsidir. Lakin
Allahın kəlamı məxluq deyildir. Yazılar, hərflər, kəlimələr, işarələr
qulların başa düşməkləri üçün mənaya dəlalət edən şeylərdir.
Allahın kəlamı zatıyla qaim olup, mənası bu şeylerle başa düşülür.
Allahın kəlamının məxluq olduğunu söyləyən kimsə kafir olur.
Allah daima Ona ibadət ediləndir. Kəlamı isə Ondan ayrılmadan
oxunan, yazılan və hifz olunandır.
Peyğəmbərimiz Muhəmməddən – sallallahu aleyhi və səlləm -
sonra bu ümmətin ən fəzilətli olanı Əbu Bəkr əs-Sıddıq, sonra
Ömər, sonra Osman, sonra da Əlidir – Allah onlardan razı olsun - .
“Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar
Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir”. (əl-
Vaqiə 10-12) bunu ifadə edər. Kim daha öndə olarsa o, daha
fəzilətlidir. Onları hər bir mömin və müttəqi sevər, nifrət edənlər
isə münafiq və pis kimsələrdir. Qullar əməlləri, iqrarları və
marifətləri ilə məxluqdurlar. Fail məxluq olduqda onun felinin də
məxluq olması lazımdır. Allah məxluqatı aciz və zəif olduqları
halda gücləri olmadan yaratmışdır. Onların yaradanı və ruzi verəni
Allahdır: “Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi
öldürən və daha sonra (Qiyamət günü) dirildəcək məhz
Allahdır…”. (ər-Rum 40). Halal qazanc və halalından mal yığmaq
halaldır. Haramdan mal yığmaq isə haramdır. İnsanlar 3 qismə
ayrılırlar: İmanında səmimi olan mömin, küfründə dirənən inkarçı
kafir və nifaqda sabit olan ikiüzlü müanfiq. Allah möminə əməli,
kafirə imanı, münafiqə isə ixlası fərz etmişdir. “Ey insanlar!
Rəbbinizdən qorxun!...”. (əl-Həcc 1) ayəsində: “Ey möminlər!
Allaha itaət edin”, “Ey kafirlər! Allaha iman edin”, “Ey münafiqlər!
Allaha ixlaslı və səmimi olun” mənası vardır.
İstitaa (əməli etmək üçün güc) feildən əvvəl və sonra deyildir,
yalnız fellə bərabərdir. Əgər İstitaa feldən əvvəl olsaydı, qul
ehtiyacı anında Allahdan mustəğni olardı. Bu isə: “Allah zəngin,
siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona
möhtacsınız)...”. (Muhəmməd 38) ayəsinə müxalif olardı. İstitaa
59
feldən sonra olması felin gücsüz və istitaatsız meydana gəlməsi
olurdu.
Məstlər üzərinə məsh etmək varid olan hədisə görə caiz olub:
Muqim üçün bir gün bir gecə, səfərdə olan üçün üç gün üç gecədir.
Hədis mütəvatirə yaxın olduğu üçün inkar edənin küfründən
qorxulur. Səfərdə namazları qısaltmaq və oruc tutmamaq
rüxsətdir. “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.
(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər
qədər başqa günlərdə oruc tutmalıdırlar...”. (əl-Bəqərə 184) ayəsi
bunu ifadə edər.
Allah “Qələmə” yazmağı əmr etmişdir. Qələm də: “Nə yazım
Ya Rəbbim!” demişdir. Allah: “Qiyamətə qədər olacaq şeyləri yaz!”
buyurmuşdu
54
. “Onların etdiyi hər şey əməllərinin yazıldığı
kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır”. (əl-
Qəmər 52-53) ayəsi bunu açıqlayır.
Heç şübhəsiz ki. Qəbr əzabı vardır. Munkər və Nəkir sorğu sualı
haqdır. Bu haqda hədislər varid olmuşdur. Cənnət və Cəhənnəm
haqdır və əhli üçün yaradılmışdır. Allah möminlər üçün Cənnəti:
“Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz
(mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!”.
(Ali İmran 115). Kafirlər üçün də Cəhənnəmi: “Madam ki, bele bir
işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün
hazırlanmış, yanacağı
(günahkar)
insanlardan və
kibrit
daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. (əl-
Bəqərə 24) ayələrində yaratdığını göstərmişdir. Allah Cənnət və
Cəhənnəmi mükafat və cəza üçün yaratmışdır. Mizan haqdır. “Biz
qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq
edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir
əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”. (əl-
Ənbiya 47) ayəsi bunu ifadə edir. İnsanın kitabını (əməl dəftərini)
oxuması haqdır. “(Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl
dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz
54
Əbu Davud, Tirmizi.
60
əməllərinin şahidi olmağa) kifayətsən!”. (əl-İsra 14) ayəsi buna
dəlildir.
Allah bu nəfsləri ölümlərindən sonra əlli min il ötsədə belə cəza,
savab və haqlarıını qaytarması üçün dirildir. “Bu (həm də belə bir
danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü)
mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah
qəbirlərdə olanları dirildəcəkdir!”. (əl-Həcc 7). Cənnət əhlinin
Allahı keyfiyət, təşbih və cihət olmadan görmələri haktır.
Peyğəmbərimizin – sallallahu aleyhi və səlləm - böyük günah etsə də
belə Cənnət əhli olan mömin üçün şəfaəti haqdır. Aişə - radıyallahu
anhə - , Xədicədən - radıyallahu anhə - sonra qadınların ən fəzilətlisi,
möminlərin anası, zinadan uzaq, bidət əhlinin iftira və
iddialarından uzaqdır. Kim ona zina deyə iftira yaxarsa özü zina
məhsuludur. Cənnət əhli Cənnətə, Cəəhənnəm əhli də
Cəhənnəmdə əbədi qalacaqdır. Allah möminlər üçün: “Onlar
Cənnətlikdirlər, orada əbədi qalacaqlar”. Kafirlər üçün isə: “Onlar
cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar”. (Ali İmran 116)
buyurur.
Dostları ilə paylaş: |