40 günəmi əzbərlədiniz?» Ona «Darul Hicrənin İmamı» Mədinə
şəhərinin alimi adı verilmişdir.
Tövhid Barəsində Etiqadı
əl-Hərəvi rəvayət edir ki, İmam Şəfii - rahmətullahi aleyhi - dedi
ki, İmam Məlikdən - rahmətullahi aleyhi - Kəlam və Tövhid
barəsində sual soruşuldu. İmam: “Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – ümmətinə İstincanın (ayaqyolundan sonra təmizlənmə)
necə edilməsini öyrətdiyi halda Tövhidi öyrətməməsi imkansızdır.
Tövhid Peyğəmbərin: “Mən Allahdan başqa ibadətə layiq haqq ilah
yoxdur – deyincəyə qədər insanlarla döyüşməyə əmr edildim”
sözləriylə ifadə etdiyi şeydir
77
. Malın və qanın qorunma altına
alınması Tövhidin həqiqətini ifadə edər”
78
.
Daraqutninin - rahmətullahi aleyhi - rəvayətinə görə əl-Vəlid İbn
Müslim dedi ki: “Mən Məlikə, Sovryə, Əvzəyiyə və Leys İbn Sada
(Allahın) sifətlərinə dair rəvayət edilmiş xəbərlər haqqında
77
Buxari 1399, Müslim 324.
78
“Zəmmul Kəlam” vr. 210, s. 63.
72
soruşdum. Onların hamısı: “Onları gəldikləri kimi də qəbul edin
(onlarla əlaqəli keyfiyyət düşünməyin)” dedilər
79
.
İbn Abdil Bərr - rahmətullahi aleyhi - deyir ki: “Məlikdən: “Allah
Qiyamət günündə görüləcəkmi?” deyə soruşuldu. O: “Bəli” dedi.
Allah: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə
baxacaqdır!”. (əl-Qiyəmə 22-23) deyə buyurmuşdur. Bir başqa
topluluq haqqında da belə buyurmuşdu: “Xeyr, həmin gün onlarla
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15)
80
.
Qadi İyad, İbni Nəfidən
81
və Əşhəbdən
82
rəvayət edir ki: “Ey
Abdullahın atası! Allah: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz
Rəbbinə baxacaqdır!”. (əl-Qiyəmə 22-23) deyə buyurmuşdur.
Onlar Allahamı baxacaqlar? Məlik: “Bəli, bu iki gözləriylə” dedi.
Mən: “Bəziləri iddia edirlər ki, Allaha baxmayacqlar. burada
baxmaq (Nazira) “Savabı (mükafatı) gözləmək – Muntazira İləs
Savab” mənasındadır” dedim. Məlik: “Yalan söyləmişlər. Əksinə
Allaha baxılacaqdır. Sən Musanın: “Musa dedi: "Ey Rəbbim!
Özünü mənə göstər, Sənə baxım". (əl-Əraf 143) dediyinə diqqət
etmirsənmi? Məgər Musa - əleyhissəlam - Rəbbindən imkansız bir
şeymi istəmişdir? Allah ona: “O dedi: "Sən məni görə bilməzsən...”.
(əl-Əraf 143) yəni dünyada (görə bilməzsən) deyə buyurdu. Çünki
dünya fani olduğu üçün fani olan bir şeylə Əbədi olana baxılmaz.
Buna görə də əbədi diyara girdiyin zaman Əbədi olana baxa
79
Darakutni “Sifət” s. 75, əl-Acurri “əş-Şəriə” s. 314, Beyhəqi “əl-İtiqad” s. 118, Ubn Abdil
Bərr “Təmhid” 7/149.
80
əl-İntiqa s. 36.
81
İmam Məlikdən “İbn Nəfi” adı ilə rəvayət edən iki nəfərdir. 1) Abdullah İbn Nəfi İbn Sabit
əz-Zubeyri Əbu Bəkr əl-Mədəni. İbn Həcər - rahmətullahi aleyhi - onun haqqında deyir ki:
“Doğru sözlü bir kimsədir”. H. 216-cı ildə vəfat etmişdir. 2) Abdullah İbn Nəfi İbn Nəfi əl-
Məhzumi, kunyəsi Əbu Muhəmməd əl-Mədənidir. İbn Həcər - rahmətullahi aleyhi - deyir ki:
“Siqa (etibarlı) bir kimsədir. Yazdıqları səhihdir. Lakin hifzində bir az zəiflik vardır”. H. 206
vəfat etmişdir”. “Taqribut Təhzib” 1/445-456, “Təhzibut Təhzib” 6/50-51.
82
Əşhəb İbn AbdulaAziz İbn Davud əl-Qeysi Əbu Ömər əl-Misri. İbn Həcər - rahmətullahi
aleyhi - deyir ki: “Siqadır, fəqihdir”. H. 204 vəfat etmşdir”. “Taqribut Təhzib” 1/80, “Təhzibut
Təhzib” 1/359.
73
biləcəklər. Digər yerdə Allah: “Xeyr, həmin gün onlarla Rəbbi
arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) deyə buyurmuşdu
83
.
Əbu Nuaym, Cəfər İbn Abdullahdan belə rəvayət edir ki: Məlik
İbn Ənəsin - rahmətullahi aleyhi - yanında idik. Yanına bir bəfər
gələrək: Ey Abu Abdullah! Rahman olan Allah Ərşə İstiva etdi
(deyə buyurur). Bəs, necə İstiva etdi?” dedi. İmam Məlik -
rahmətullahi aleyhi - bu suala qəzəb etdiyi qədər heç bir suala bu cür
qəzəb etməmişdir. Yerə baxaraq əlində olan çubuq parçası ilə yerə
vurmağa başladı. Nəhayət onu tər bürüdü. Daha sonra başını
qaldıraraq əlindəki çubuq parçasını tulladı və dedi: “Onun
keyfiyyəti/necəliyi ağılla dərk olunmaz, İstiva Allah üçün
məlumdur (yəni bilinməz deyildir), Ona iman etmək vacib, bu
haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu
adamın qovulmasını əmr etdi”
84
.
Əbu Nuaym, Yəhyə İbn Rabidən rəvayət edir ki, İmam Məlikin -
rahmətullahi aleyhi - yanında idim. Yanına bir nəfər daxil oldu və:
“Ey Abu Abdullah! Quran məxluqdur – deyən bir kimsə haqqında
nə deyirsən” deyə soruşdu. İmam: “O, zındıqdır (dinsiz), onu
öldürün” deyə cavab verdi. Adam: “Ey Abu Abdullah! Mən yalnız
eşitdiyim bir sözü deyirəm” dedi. İmam: “Mən bu sözü heç kəsdən
eşitmədim, yalnız səndən eşidirəm” dedi və bu sözün nə qədər
təhlükli olduğunu vurğuladı
85
.
İbn Abdil Bərr, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam
Məlik - rahmətullahi aleyhi - deyirdi: “Hər kim Quran məxluqdur
83
“Tərtibul Mədarik” 2/42.
84
əl-Hilyə 6/235-236, Sabuni “Aqidətus Sələf Ashabil Hədis” s. 17-18, İbn Abdil Bərr
“Təmhid” 7/151, Beyhəqi “Əsma” s. 408. İbn Həcər “Fəthul Bəri” 13/406-407, Zəhəbi “Uluv”
s. 103.
85
“əl-Hilyə” 6/929, Lələkai “Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaa” 1/249, Qadi İyad
“Tərtibul Mədaik” 2/44.
74
deyərsə o kimsə bədəni ağrıyana qədər döyülür və ölənə qədər
(ömürlük) həbs edilir”
86
.
Əbu Davud, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik
- rahmətullahi aleyhi - dedi ki: “Allah göydədir, elmi isə hər
yerdədir”
87
.
Qəza və Qədər Barəsində Etiqadı
Əbu Nuaym, İbn Vəhbdən rəvayət edir ki, İmam Məlik bir
nəfərə bunları söyləyərkən dinlədim. İmam: “Sənmi dünən
mənədən Qədər barəsində (filan şeyləri) soruşmuşdun?”. Adam:
“Bəli” dedi. İmam: “Uca Allah buyurur: “Əgər Biz istəsəydik, hər
kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən:
“Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla
dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu
hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut
etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını
bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona
bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı
idi. Dində heç bir məcburiyyət yoxdur!)”. (əs-Səcdə 13). O, halda
hər bir şey Uca Allahın dilədiyi kimi qaçınılmaz baş verəcəkdir”
88
.
Qadi İyad deyi ki, İmam Məlikdən: “Qədəriyyə kimlərdir?”
deyə soruşuldu. İmam: “(Allah) günahları yaratmamışdır deyən
kimsələrdir” deyə cavab verdi. Yenə ona Qədəriyyənin kimlər
olduğu barəsində sual verildi. İmam: “İstitaa (güc, əməli etmək)
onlara verilmişdir. Dilərlərsə itaət edərlər (Allaha), diləyərlərsə
üsyan edərlər deyən kimsələrdir” deyə cavab verdi
89
.
86
“əl-İntiqa” s. 35.
87
Əbu Davud “Məsailul İmam Əhməd” s. 263, 363, İbn Abdl Bərr “Təmhid” 7/138.
88
“əl-Hilyə” 6/326.
89
“Tərtibul Mədarik” 2/48, Lələkai “Şərhu Usuli Etiqadi” 2/701.
75
İbn Əbi Asim, Səid İbn AbdulCəbbardan rəvayət edir ki, İmam
Məlik - rahmətullahi aleyhi - belə deyərkən dinlədim: “Qədəriyyə
haqqında görüşümə görə onlardan tövbə etmələri istənilməlidir.
Tövbə edərlərsə problem yox, əksi təqdirdə öldürülürlər”
90
.
İbn Əbi Asim rəvayət edir ki, Mərvan İbn Muhəmməd ət-Tatari
demişdir ki, İmam Məlikdən - rahmətullahi aleyhi - Qədəriyyəyə
mənsub bir kimsəyə qız vermək barəsində sual verilmişdir. İmam
dedi: “Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir
kişidən daha xeyirlidir…”. (əl-Bəqərə 221) və ayəni oxudu
91
.
Qadi İyad dedi ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi:
“(Bidətinə) dəvət edən Qədəriyyənində, Xəvaricində, Bidət əhlinin
də şahidliyi caiz (qəbul) deyildir”
92
.
Qadi İyad deyir ki, İmam Məlikdən: “Qədəriyyə mənsubları ilə
söhbəti kəsimmi” deyə sual verildi. İmam: “Əgər getdiyi yolu bilən
bir kimsədirsə (alimdirsə) kəs”. Başqa rəvayətdə: “Onların
arxasında namaz qılınmaz, Onların nəql etdikləri hədis qəbul
edilməz, hər hansı bir əreazidə onları görsəniz oradan onları
çıxarın”
93
.
İbn Abdil Bərr rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi -
dedi: “Mən Qədərilər qədər ağılsız, yüngülxasiyyət və düşüncəsiz
kimsə görmədim”
94
.
90
İbn Əbi Asim “Sunnə” 1/87-88, Əbu Nuaym “əl-Hilyə” 6/326.
91
İbn Əbi Asim “Sunnə” 1/88, əl-Hilyə 6/326.
92
“Tərtibul Mədarik” 2/47.
93
“Tərtibul Mədarik” 2/47.
94
“əl-İntiqa” s. 34.
76
İman İlə Bağli Etiqadı
İbn Abdil Bərr, AbdurRazzaq İbn Həmmamdan rəvayət edir ki:
Mən İbn Cureyci
95
, Sufyan əs-Sovrini, Mamər İbn Raşidin, Sufyan
İbn Uyeynənin və İmam Məlikin: “İman söz və əməldir, artar və
əskilər” dediklərini dinlədim
96
.
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam
Məlik: “İman söz və əməldir” deyərdi
97
.
İbn Abdil Bərr, Əşhəb İbn AbdulAzizdən rəvayət edir ki, İmam
Məlik - rahmətullahi aleyhi - dedi: “Müsəlmanlar on altı ay Beytul
Məqdisə doğru namaz qılmışdılar. Daha sonra onlara Beytul
Harama doğru dönmələri əmr edilmişdir. Allah: “Allah sizin
imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız
namazlarnızı)
əvəzsis
buraxmaz.
(əl-Bəqərə
143)
deyə
buyurmuşdu. Burada məqsəd Beytul Məqdisə doğru qıldığınız
namazadır. İmam: “Mən bununla Murciə etiqadında olanların:
Namaz imandan deyildir – sözlərinə diqqət çəkirəm
98
.
Səhabələr Barəsində Etiqadı
Əbu Nuaym, Abdullah əl-Anbərdən
99
rəvayət edir ki, İmam
Məlik - rahmətullahi aleyhi - dedi: “Kim Rəsulullahın səhabələrindən
hər hansı birisinin şanını əskiltərsə və ya qəlbində onlara qarşı bir
95
Abdullah İbn AbdulAziz İbn Cureyc ər-Rumi əl-Umevi əl- Məkki. Zəhəbi - rahmətullahi
aleyhi - deyir ki: “İmam, Hafiz, Haram bölgəsinin Fəqihi Əbul Vəlid kunyəlidir”. H. 150-də
vəfat etmişdir. “Təzkiratul Huffaz” 1/169, “Tarixu Bağdad” 10/300.
96
“əl-İntiqa” s. 34.
97
“əl-Hilyə” 6/327.
98
“əl-İntiqa” s. 34.
99
Abdullah İbn Səvvar İbn Abdullah əl-Anbəri əl-Bəsridir. Qazı olmuş, İbn Həcər -
rahmətullahi aleyhi - deyir ki: “Siqa (etibarlı) kimsədir, H. 228-də vəfat etmişdir”. “Taqribut
Təhzib” 1/421, “Təhzibut Təhzib” 1/327.
77
kin bəslərsə müsəlmanlara aid olan (Fey) qənimətdən onun heç bir
haqqı yoxdur. Daha sonra bu ayəni oxudu: “
Onlardan
(mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “
Ey
Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din)
qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı
kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən,
mərhəmətlisən!". (əl-Həşr 10). Buna görə də kim onların şanını
əskiltərsə və ya qəlbində onlara qarşı kin bəslərsə o kimsənin
Feydən hər hansı bir haqqı yoxdur”
100
.
Əbu Nuaym, Zubeyrin övladlarından
101
birinin belə dediyi
rəvayət edilir: Bizlər İmam Məlikin - rahmətullahi aleyhi - yanında
idik. Rəsulullahın səhabəsinin şanını əskiltən bir nəfərdən söz
açdılar. İmam bu ayəni oxudu: “Muhəmməd (əleyhissəlam) Allahın
Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı
sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları
(namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf
diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.
(Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı
möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə
isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə
çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də)
möhkəmlənib
gövdəsi
üstünə
qalxaraq
əkinçiləri
heyran
qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür.
Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət
(günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd
buyurmuşdur!”. (əl-Fəth 29). Hər kimin qəlbində Rəsulullahın
səhabələrinə qarşı kin və qəzəb olarsa o, bu ayənin müsibətinə
uğrayar”
102
.
100
“əl-Hilyə” 6/327.
101
İmam Mlikdən - rahmətullahi aleyhi - dərs alan Abdullah İbn Sabit İbn Abdullah İbn əz-
Zubeyr İbn Avvamdır.
102
əl-Hilyə 6/327.
78
Qadi İyad, Əşhəd İbn AbdulAzizdən rəvayət edir ki, İmam
Məlikin - rahmətullahi aleyhi - yanında idik. Bu vaxt Ələvilərdən bir
nəfər onun yanında durdu. Onun məclisinə gəlib gedənlərdən idi.
Bu adam imama: “Ey Abdullahın atası” deyə cağırdı. İmam ona
tərəf baxdı. O adam: “Sabah Rəbbimin qarşısında durduğum
zaman məndən soruşduqda, mən də: “Mənə Məlik” dedi – deyərək
səni özümlə Allah arasında bir huccət (dəlil) etmək istəyirəm”.
İmam: “Soruş” dedi. Adam: “Peyğəmbərdən sonra insanların ən
xeyirlisi kimdir” deyə soruşdu. İmam: “Əbu Bəkr” dedi. O: “Sonra
kimdir?” dedi. İmam: “Ömər” dedi. O: “Sonra kimdir?” dedi.
İmam: “Haqsız öldürülən Osman” dedi. O: “Allaha and olsun ki,
bundan sonra əbədiyyən səninlə oturmaram (sənin məclisində)”
dedi. İmam: “Seçim etmək sənin haqqındır” deyə cavab verdi
103
.
Kəlam Barəsində Sözləri
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik
- rahmətullahi aleyhi - dedi: “Bir kimsə Allaha şərik qoşmaqdan
başqa digər bütün günahları edərsə, lakin həva və bidətlərdən
uzaq olarsa (kəlamı da zikr etdi) Cənnətə girər”
104
.
əl-Hərəvi, İshaq İbn İsadan
105
rəvayət edir ki, İmam Məlik -
rahmətullahi aleyhi - dedi: “Kim kəlam yoluyla dini öyrənməyə
çalıarsa zındıqlaşar, kim kimya yolu ilə mal əldə etməyə çalışarsa
iflasa uğrayar, kim də hədisin qərib ləfsini öyrənmək istəyərsə
yalan danışr”
106
.
103
“Tərtibul Mədarik” 2/44-45.
104
əl-Hilyə 6/325.
105
İshaq İbn İsa İbn Nəcih əl-Bağdadi. İbn Həcər - rahmətullahi aleyhi - deyir ki: “Doğru
sözlüdür. H. 214-də vəfat etmişdir”. “Taqribut Təhzib” 1/60, “Təhzibut Təhzib” 1/245.
106
“Zəmmul Kəlam” vr. 173 a.
79
əl-Hərəvi, AbdurRahman İbn Mehdidən rəvayət edir ki, İmam
Məlikin - rahmətullahi aleyhi - yanına daxil oldum. Yanında ona sual
verən bir kimsə vardı. İmam: “Deyəsən sən Amr İbn Ubeydin
adamlarındansan. Allah Amr İbn Ubeydə lənət etsin. Çünki o,
Kəlam ilə Dinə yeni bidət gətrmiş bir kimsədir. Əgər kəlam bir elm
olsaydı səhabə və tabiin əhkam və şəri məsələlər haqqında
danışdıqları kimi onun haqqında da bir şeylər deyərdilər”
107
.
əl-Hərəvi, Əşhəd İbn AbdulAzizdən rəvayət edir ki, İmam
Məlikin - rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Bidətlərdən
çəkinin». Ona: “Ey Abdullahın atası, Bidət nədir?” deyə soruşuldu.
O: «Bidətçilər Allahın isimləri, sifətləri, kəlamı, elmi və qüdrəti
haqqında danışan, səhabələrin və gözəl bir şəkildə onlara tabe
olanların susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»
108
.
Əbu Nuaym, İmam Şafii - rahmətullahi aleyhi - rəvayət edir ki,
İmam Məlikin - rahmətullahi aleyhi - yanına (mübahisə üçün) sapıq
bir firqə mənsubu gəldiyi zaman ona: “Mən Rəbbimdən və
Dinimdən açıq-aydın bir dəlil üzərindəyəm (şübhə etməyən). Sən
isə şübhə içində olan bir kimsəsən. Bu səbəblə də şübhə edən bir
kimsənin yanına get və onunla da mübahisə et”
109
.
Təqlid Barəsində Sözləri
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm
doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim
görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun
gələni götürün, uyğun gəlməyəni buraxın»
110
.
107
“Zəmmul Kəlam” vr. 173 b.
108
Bəğavi «Şəhu Sunnə» 1/217, «Zəmmul Kəlam» vr. 173 a.
109
əl-Hilyə 6/324.
110
İbn Abdil Bərr «Cəmi» 2/32, İbn Həzm «İhkam» 6/149.
80
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər -
sallallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da
bilər, tərk edilə də bilər»
111
.
Abdullah İbn Mubarək
- rahmətullahi aleyhi -
Əbu AbdurRahman Abdullah İbn Mubarək əl-Hanzali. Hişam
İbn Urvə və Humeyd İbn Tavildən hədis dinləmişdir. Fudeyl İbn
İyad - rahmətullahi aleyhi - deyir ki: “Bu evin (Kəbə) Rəbbinə and
olsun ki, iki gözüm İbn Mubarək kimisini görmədi”. H. 181-ci il
Ramazan ayında vəfat etmişdir”. Şöbə - rahmətullahi aleyhi - deyir
ki: “Yanımıza onun kimisi gəlmədi”. İmam Əhməd - rahmətullahi
aleyhi - deyir ki: “Dönəmində elm tələb etmək üçün ondan daha
çox çalışan heç kimsə yoxdur”
112
.
İbni Mubarək - rahmətullahi aleyhi - deyir ki: “Məkkədə,
Mədinədə, Kufədə, Bəsrədə, Misirdə və Xorasanda insanların
sünnət və cəmaat üzərə olmalarını açıqlayarkən ittifaq etdiklərini
gördüm: Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına,
Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edən, bütün
işləri Əziz və Cəlil olan Allaha həvalə edib, hər bir şeyin xeyrin və
şərin, küfrün və imanın Allahın qəza və qədəri ilə olduğuna,
Allahın Peyğəmbəri – sallallahu aleyhi və səlləm - üçün səhabə
olmaları üçün seçdiyi keçmiş Sələfin haqqını etiraf edib qəbul edən,
Əbu Bəkr əs-Sıddıq, Ömər İbn Xattab, Osman İbn Əffan, Əli İbn
Əbu Talibi (fəzilətdə) irəli keçirən, istər kiçik, istərsə də böyük
olsun səhabələrin hamısına rəhmət oxuyan, onların fəzilətindən
danışan və aralarında baş verən anlaşılmazlıqları danışmayan, iki
bayram namazını, Ərafatda qılınan namazı və cəmaatla qılınan
namazları yaxşı və ya günahkar olan hər bir imamın arxasında
qılan, Quranı Allahın kəlamı və Onun nazil etdiyi kitab olaraq bilib
111
İbn Abdil Hədi «İrşadus Salik» s. 227/1, Təqiyyiddin əs-Subki «Fətva» 1/148.
112
İbnul İmad “Şəzəratuz Zəhəbi” 1/295-297.
81
məxluq olduğunu söyləməyən, imanın – söz, əməl və niyyət olub,
sünnətə uyğun hərəkət etmk olduğuna, imanın qəlb və əzaların
(əməli) ilə artıb əskildiyini qəbul etmək, cihadın Muhəmmədin
Allah tərəfindən Peyğəmbər olaraq göndərildiyi zamandan
etibarən Dəccəl ilə savaşacaq son mömin topluluq gələnə qədər
davam edəcəyinə, zalım bir kimsənin zülmünün (buna) zərər verə
bilməyəcəyinə, qəbr əzabına, Munkər və Nəkira, Hovuza, şəfaətə,
mizana, Cənnət əhlinin Əziz və Cəlil olan Rəblərini görəcəklərinə
iman edəndir. Peyğəmbərlərin və Rəsulların gətirdiklərinə iman
edərik. Bu xüsusda onlara qarşı misallar gətirmərik. Əhli Sünnətin
xüsusiyyətindən: Allahın kitabını, Peyğəmbərin – sallallahu aleyhi və
səlləm - hədislərini və səhabələrinin sözlərini qəbul etmək, Fərdi
görüşü və qiyası tərk eməkdir. Köhnə (qədim) alimlrimizin
üzərində ittifaq etdiklərini gördüyüm budur. Allah bizlərə də,
sizlərə də (doğru yolda olmağı) İstiqamət və Salehlərə qovuşmağı
nəsib etsin”. Bizlər Yəhudi və Xristianların sözlərini nəql edirik,
lakin Cəhmilərin sözlərini nəql etmirik”.
Dostları ilə paylaş: |