Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
1   2   3   4   5   6   7   8   9   ...   19

FİQHUL ƏKBƏR 
 
Rahmən Və Rəhim Olan Allahın Adıyla 
Bu  kitab  İmamın  oğlu  Həmməd  İbn  Əbu  Hənifə  ən-Numan 
tərəfindən rəvayət edilmişdir. İbni Hilkən onun haqqında deyir ki: 
“Atasının  yolunu  tutar,  saleh  və  xeyirxah  bir  kimsə  idi”.  Bəzi 
Mühəddislər  isə  onu  zəif  ravi  saymışlar.  Bu  kitabda  İmamın  elə 
görüşləri  zikr  edilmişdir  ki,  görünür  ki,  bu  sonradan  kitaba  əlavə 
edilmişdir.  Nəyə  əsasən  biz  bunu  deyirik:  Çünki  İmam  Təhavi öz 
kitabında “Təhavi Əqidəsi” imamın əqidəsini zikr etmişdir. Orada 
olan sözlər bu kitabda olana uyğun deyildir.  
 
Tövhidin  əsli  bir  kimsənin  mən:  Allaha,  mələklərə,  Kitablara, 
Peyğəbərlərinə,  öldükdən  sonra  dirilməyə,  Xeyir  və  şərin 
Qədərdən  olmanasına,  hesaba,  mizana,  Cənnət  və  Cəhənnəmə  - 
iman  etdim  deməsidir.  Bunların  hamısı  haqdır.  Allah  birdir 
(təkdir),  say  etibarıyla  deyil,  ortağı  və  şəriki  olmaması  etibarıyla 
birdir.  O,  birdir.  Heç  bir  şeyə  möhtac  deyildir,  doğmamış  və 
doğulmamışdır,  heç  bir  tayı,  bərabəri  (şəriki)  də  yoxdur.  O, 
yaratdıqlarından heç birinə bənzəməz, yaratdıqlarından da heç bir 
şey  Ona  bənzəməz.  O,  İsimləri,  Zatı  və  Feli  sifətlərilə  hər  zaman 
var  olmuş  və olacaqdır.  Allahın  zatı  sifətləri:  Həyat,  Qudrət,  Elm, 
Səmi, Bəsir və İradə sifətləridir. Feli sifətlər isə: Təhliq (Yaratmaq), 
Tərziq (Ruzi vermək), İnşa (Yaratmaq), İbda (Bənzərsiz yaratmaq), 
Suna  (Qüsursuz  Yaratmaq)  və  s.  Feli  sifətləri.  Allah  İsim  və 
Sifətlərilə  hər  zaman  var  olmuş  və  var  olacaqdır.  Onun  İsim  və 
Sifətlərindən  heç  biri  sonradan  var  olmuş  deyildir.  Allah  elmilə 
daima  Alimdir,  Elm  Onun  əzəli  sifətidir,  O  qüdrətilə  daima 
Qadirdi,  Qudrət  Onun  əzəli  sifətidir,  Kəlam  ilə  (Mutəkəllim) 
danışandır,  Kəlam  Onun  əzəli  sifətidir,  Yaratması  ilə  daima 
Xaliqdir,  Yaratmaq  Onun  əzəli  sifətidir,  Feli  ilə  daima  faildir,  Feli 
Onun  əzəli  sifətidir.  Fail  Allahdır,  feli  isə  Onun  əzəldə  sifətidir. 

 
49 
Yaradılan  şey  məxluqdur,  Uca  Allahın  feli  isə  məxluq  deyildir. 
Allahın  sifətləri  əzəlidir,  məxluq  və  sonradan  var  olmuş  deyildir. 
Allahın  sifətlərinin  məxluq  və  sonradan  var  olduğunu  söyləyən, 
bunda  tərəddüd  və  ya  şübhə  edən  kimsə  Uca  Allahı  inkar  etmiş 
kafirdir.  
Qurani  Kərim  Allahın  kəlamıdır,  mushaflarda  yazılmış, 
qəlblərdə  hifz  edilmiş,  dil  ilə  oxunur  və  Peyğəmbərə  –  sallallahu 
aleyhi və səlləm - nazil olmuşdur. Bizim Qurani Kərimi tələffüzümüz 
məxluqdur  (insanın  felidir),  yazmağımız  və  oxumağımız 
məxluqdur, fəqət Quran məxluq deyildir. Allahın Quranda Musa 
əleyhissəlam  -  və  digər  Peyğəmbərlər  barəsində  bəhs  etməsi,  Firon 
və İblisdən xəbər verməsi bunların hamısı Allahın kəlamıdır, onlar 
barəsində xəbərlərdir. Allahın kəlamı məxluq deyildir, lakin Musa 
- əleyhissəlam - və  digər  yaradılmışların  kəlamı  məxluqdur.  Quran 
isə  Allahın  kəlamı  olub  Qədim  və  əzəlidir
44
,  onların  kəlamı  isə 
qədim  deyildir.  Musa  -  əleyhissəlam  -  Allahın  kəlamın  eşitmişdir: 
“Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Allah 
Musanı  xəlq  etməmişdən  öncə  də  Kəlam  sifətinə  sahib  idi.  Allah 
məxluqatı  xəlq  etməmişdən  öncə  də  Xaliq  (yaradıcı)  idi.  Allah 
Musaya  - əleyhissəlam  - xitab  etdiyi  zaman  əzəli  sifəti  olan  Kəlam 
sifəti  ilə  danışdı.  Onun  heç  bir  sifəti  məxluqlarının  sifətlərinə 
bənzəməz  (yaratdıqlarının  sifətləri  kimi  deyildir).  Onun  bilməsi 
bizim  bilməyimiz  kimi  deyil.  Qüdrəti  var,  lakin bizim  qüdrətimiz 
kimi deyil. O Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. O 
                                                
44
 Qidəm –  qədim  sözündəndir.  Bəqa  - əbədilikdir.  Sələflər bu ismi  qəbul eməmişlər. Çünki 
Quranda  dəlili  yoxdur.  Allah  barəsində  Xəbər  formasında  gəlmişdir.  Əsməul  Husnədən 
deyildir. Allahın İsimi olan Əvvəl və Əxir vardır ki, bu daha gözədlir. Əzəli - Əbədi - əvvəli 
olmayana  deyilir.  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “...Allahım!  Sən 
Əvvəlsən,  Səndən  əvvəl  heç  nə  yoxdur.  Sən  Axırsan,  Səndən  sonra  heç  nə  yoxdur.  Sən 
Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumu 
ödə və məni yoxsulluqdan qurtarıb zənginləşdir!”. İbn Məcə 3831, Tirmizi 3481, İbn Hibban 
966,  əl-Albani  “Səhih”.  Çünki  Qədim  köhnə  olan  bir  şeyə  də  deyilir.  “Nəhayət,  o  tədricən 
dönüb xurma ağacının qurumuş (Urcunul Qadim) budağı kimi əyri olur”. (Yəsin 39) İkincinin 
varlığı zamanına qədər qala bilər, yenisi ortaya çıxan kimi birincisinə qədim deyilir. “Onlar 
bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər”. (əl-Əhqaf 11). Bu 
söz ən çox kəlam əhli arasında məşhur olan bir kəlimədir. Sələflər bu sözü işləməyiblər.  

 
50 
Eşidir,  lakin  eşitməsi  bizim  eşitməyimizə  bənzəməz.  O  Danışır, 
lakin danışması bizim danışığımız kimi deyildir. Biz (qulları dil və 
dodaq)  kimi  üzvlərlə  və  hərflərlə  danışırıq.  Allah  isə  üzvsüz  və 
həriflərsiz danışır. Hərflər məxluqdur, lakin Allahın kəlamı məxluq 
deyildir
45
.  O,  şeydir,  lakin  digər  şeylər  kimi  deyildir.  Allah 
haqqında  şeyin  mənası:  Cism,  Cövher  (özəyi,  əsli),  Araz  (keçici, 
müvəqqəti),  ziddi,  oxşarı  və  bənzəri  olmaqdan  uzaqdır
46
.  Allahın 
Quranda zikr etdiyi kimi Əli, üzü və nəfsi vardır. Allahın Quranda 
zikr  etdiyi  kimi  əl,  üz  və  nəfs  kimi  şeylər  Onun  keyfiyyəti 
bilinməyən  sifətlərindəndir.  Onun  əli  qüdrətdir  və  ya  nemətdir 
deyilməz.  Çünki  bu  zaman  sifəti  inkar  (ləğv)  etmiş  olur.  Bu  da 
Qədəriyyə
47
 və  Mötəzilə  görüşüdür.  Onun  əli  keyfiyyəti 
bilinməyən  sifətlərdən  olduğu  kimi,  qəzəbi  və  rızası  da  Allahın 
keyfiyyəti bilinməyə sifətlərindən iki sifətidir.  
Allah  hər  bir  şeyi  yoxdan  yaratmışdır.  Allah  hər  bir  şeyi  onu 
yaratmamışdan öncə əzəldən bilirdi. O hər bir şeyi təqdir və qəza 
edəndir. Dünya və Axirətdə Allahın diləməsi, Elmi, qəzası, təqdiri 
və Lövhi Məhfuzda yazısı olmadan baş verməz. Lakin Onun Lövhi 
Məhfuzdakı  yazısı  hökm  (əmr)  olaraq  deyil,  vəsif  olaraq 
yazılmışdır.  Qəza,  Qədər  və  diləmək  Onun  necəliyi  (keyfiyyəti) 
bilinməyən əzəli sifətlərindəndir. Allah, yox olan bir şeyi yox ikən 
də  bilir, onu  yaratdığı  zaman  necə olacağını  da bilir.  Var olan  bir 
şeyi  var  ikən  də  bilir,  onun  yoxluğunun  necə  olacağını  da  bilir. 
Allah  ayaqda  duranın  ayaqda  durmaq  halını,  oturduğu  zaman 
                                                
45
 Bu  söz  Qurana  məxluqdur  deyənlərin  dinə  əlavə  etdikləri  çirkin  bidətlərdəndir.  İmamın 
sözlərindən  deyildir.  Çünki  İmamın  zamanında  hələ  bu  bidət  Quran  məxluqadur  bidəti 
ortaya çıxmamışdır. Qurani Kərimin mənası yaradılmş deyildir, lakin hərfləri yaradılmışdır. 
Sələfləin  etiqdıdır  ki:  Quran  –  hərfləri,  mənası,  sözlərilə  Allahın  kəlamıdır.  Allah  söz  və 
hərflərlə buyurmuşdur.  
46
 Kəlam əhlinin gətirdiyi nə Qurandan, nə Sünnədən heç bir məna kəsb etməyən sözlərdi.  
47
 Qədərilər  kimlərdir?  –  Qədərilər  insanın  öz  əməllərinin  yaradıcısı  olmasına  və  Allahın 
istəyi olmadan öz əməllərini etməsini etiqad edən bir təriqətdir. Onlar deyirlər ki, Allah bilir, 
qeyd edir,  istəyir  və  yaradır əməlləri onlar baş  verəndən  sonra. Bu  təriqətin başçısı Məbəd 
İbn Cuhənidir. Xəlifə Abdul Məlikin əmri ilə H. 80-ci ildə çarmıxa çəkilmişdir. Onun tələbəsi 
Ceylan  İbn  Dəməşqi  də  Xəlifə  Hişamın  əmri  ilə  əl  və  ayaqları  kəsiləndən  sonra  çarmıxa 
çəkilmişdir. Bütün bu etiqadları Xiristianlıqdan alınmışdır. Çünki özləri də Ərəb olmamışlar.  

 
51 
oturuş  halını  bilir.  Bütün  bu  hallarda  Allahın  elmində  nə  bir 
dəyişmə,  nə  də  sonradan  olma  (elmləşmək  kimi)  bir  şey  hasil 
olmaz. Dəyişmə yalnız məxluqlarda olur.  
Allah insanları küfr və imandan səlim (xali) olaraq yaratmışdır. 
Sonra onlara xitab  edərək  (iman  və itaət  etmələrini)  əmr  etmiş  və 
(küfr və üsyandan)  nəhy etmişdir. Kafir olan  – öz feli, haqqı inkar 
və  rədd  etməsi,  Allah  (onlardan)  yardımını  kəsməsiylə  küfrə 
düşmüşdür.  İman  edən  –  öz  feli,  iqrarı,  təsdiqi  və  Allahın 
müvəffəqiyət  və  yardımı  ilə  iman  etmişdir.  Allah  Adəmin  nəslini 
belindən çıxarmış, onlara ağıl vermiş, xitab etmiş, imanı əmr edib, 
küfrü  qadağan  etmişdir.  Onlar  da  Onun  Rəbb  olduğunu  iqrar 
etmişlər.  Bu  da  onların  imanıdır.  Onlar  da  bu  fitrət  üzərə 
doğularlar.  Bundan sonra  kim  küfrə saparsa  (kafir olan)  bu fitrəti 
dəyişdirib pozmuş olar.  Kim də İman edər və haqqı təsdiq edərsə 
fitrəti  üzərində  durmuş  olar.  Allah  qullaının  heç  birini  iman  və 
küfrə  məcbur  etməmişdir,  onları  mömin  və  kafir  olaraq 
yaratmamışdır. Lakin onları şəxs olaraq yaratmışdır. İman və küfr 
qulların felləridir. Allah küfrə sapanı, küfrü əsnasında kafir olaraq 
bilir,  O  kimsə  daha  sonra  iman  edərsə,  imanı  halında  mömin 
olaraq  bilir  və  onu  sevir.  Onun  Elmində  və  sifətində  heç  bir 
dəyişiklik olmaz.  Qulların  hərəkət və sükunət halında olan  bütün 
felləri  onların  öz  əldə  etdikləridir.  Onların  yaradıcısı  isə  Uca 
Allahdır.  Onların  hamısı  Allahın  diləməsi,  elmi, hökmü  və  qədəri 
ilə  olur.  İtaətlərin  hamısı  –  Allahın  əmri,  məhəbbəti,  Rızası,  elmi, 
diləməsi, qəzası və təqdiri ilə vacib edilmişdir. Masiyətlərin hamısı 
da  –  Allahın  elmi,  Qəzası,  Təqdiri  və  diləməsi  olmaqla  bərabər, 
Sevgisi, Rızası və əmri deyildir.  
Peyğəmbərlərin hamısı kiçik, böyük günahlardan, küfr və çirkin 
hallardan münəzzəhdirlər. Lakin onların səhf və xətaları olmuşdur 
(lakin  dərhal  Allah  tərəfindən  düzəldilmişlər).  Muhəmməd  – 
sallallahu  aleyhi  və  səlləm  -  Allahın  həbibi,  Rəsulu,  Nəbisi,  seçilmiş 
(Xəlilullah)  quludur.  O,  heç  bir  zaman  bütə  tapınmamış,  bir  göz 
qırpımı  belə  Allaha  şərik  qoşmamışdır.  O,  kiçik  və  böyük  heç  bir 

 
52 
günah etməmişdir. Peyğəmbərlərdən sonra insanların ən fəzilətlisi 
Əbu Bəkr əs-Sıddıq, sonra Ömər əl-Farruq, sonra Osman İbn Əffan 
Zin Nureyn, daha sonra Əli Murtəzadır – Allah onlardan razı olsun -
Onlar  doğruluq  üzərə  Allaha  ibadət  edən,  haqdan  ayrılmayan 
haqla  bərabər  olan  kimsələrdi.  Hamısını  sevir  və  böyük  hörmət 
edərik.  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  səhabələrinin 
hamısını yalnız xeyirlə yad edərik.  
Bir  müsəlmanı halal saymadığı  müddətdə,  böyük  günahlardan 
birini  etmiş  olarsa  kafir  sayılmaz.  Bu  halda  bir  kimsədən  İman 
adını  qaldırmarıq,  ona  həqiqi  mənada  mömin  deyərik.  Bir 
kimsənin  kafir  olmamaqla  bərabər  günahkar  mömin  olması 
caizdir.  Xuf  üzərinə  məst  etmək  sünnədir,  Ramazan  gecələrində 
qılınan  Təravih  sünnədir
48
.  Saleh  və  günahkar  hər  bir  kəsin 
(müsəlmanın)  arxasında namaz  qılmaq  caizdir.  Günahlar  möminə 
zərər  verməz  demərik,  günah  edən  kimsə  Cəhənnəmə  girməz  də 
demərik.  Dünyada  mömin  olaraq  ayrılan  kimsə  fasiq  olsada  belə 
Cəhənnəmdə  əbədi  qalacaqdır  demərik.  Murciə  etiqadında 
olanların  söylədikləri  kimi  yaxşılıqlarımız  qəbul,  pisliklərimiz  əff 
edilmişdir  demirik.  Kim  yaxşı  bir  əməl  edib  bütün  şərtləri  yerinə 
yetirərsə  (saleh  niyyət,  ixlas),  bu  əməli  batil  edən  küfr  və  dindən 
dönmək  (mürtəd)  olmaq  kimi  şeylərdən  çəkinərək  dünyadan 
mömin  olaraq  ayrılarsa  şübhəsiz  Allah  onun  əməlini  zay  etməz, 
əksinə qəbul edib və əmələ görə savab yazar.  
Allaha  şərik  qoşmaq  və  küfrdən  başqa,  böyük  və  kiçik  günah 
edən,  fəqət  tövbə  etmədən  mömin  olaraq  ölən  kimsənin  halı 
Allahın  diləməsinə  bağlıdır.  Dilərsə  ona  Cəhənnəmdə  əzab  edər, 
dilərsə əff edər  və  heç əzaba  məruz  qoymaz.  Hər  hansı  bir  əmələ 
riya  qarışıdığı  zaman  o,  əməlin  əcrini  yox  edər.  Həmçinin  Ucub 
(əməli, özünü bəyənmək) də belədir.  
Peyğəmbərlərin  möcüzələri  və  övliyaların  kəraməti  haqdır. 
Lakin  Allahın  düşmənlərinin:  İblis,  Firon  və  Dəccal  kimilərinin 
                                                
48
 Nə  üçün  fiqhi  bir  məslələr  Əqidə  kitabına  salınmışdır.  Çünki  bu  məslələr  Əhli  Sünnəti 
digər bidət əhlindən fərqləndirən ən böyük xüsusiyyətlərdəndir.  

 
53 
göstərdikləri qeyri adi şeylərə nə möcüzə, nə də kəramət demirik. 
Bu  onların  ehtiyaclarının  ödənilməsidir  İstidracdır.  Allah 
düşmənlərinin 
ehtiyaclarını, 
onları 
dərəcə-dərəcə 
əzaba 
yaxınlaşdırmaq və əzab vermək üçün ehtiyaclarını görür. Onlar da 
buna aldanaraq azğınlıq və küfürdə həddi aşırlar. Bunların hamısı 
caiz və mümkündür.  
Uca Allah  yaratmadan öncə  də yaradıcı,  ruziləndirmədən öncə 
də  ruzi  verəndir.  Allah,  axirətdə  görüləcəkdir.  Möminlər  Allahı 
Cənnətdə  aralarında  heç  bir  məsafə  olmadan,  təşbihsiz  və 
keyfiyətsiz  olaraq  baş  gözlərilə  görürlər.  İman  –  dil  ilə  iqrar,  qəlb 
ilə  təsdiqdir
49
.  Göydə  və  yerdə  olanların  imanı,  iman  edilməsi 
lazım olan şeylər tərəfdən artmaz və azalmaz, fəqət yəqin və təsdiq 
tərəfdən artar və azalar
50
. Möminlər İman və Tövhid məsələlərində 
bir-birinə  bərabərdilər
51
.  Lakin  əməl  etibarıyla  bir-birlərindən 
fərqlənirlər. İslam – Allahın əmirlərinə təslim olmaq və itaət etmək 
deməkdir.  Lüğət  etibarıyla  iman  və  İslam  arasında  fərq  vardır. 
Lakin İslam olmadan iman, İman olmadan da islam olmaz. Onların 
ikisi  də  bir  şeyin  daxili  və  çölü  (zahiri  İslam,  batini  İman) 
kimidirlər. Din isə - iman, islam və şəriətin hamısını özündə əhatə 
                                                
49
 Murciyə qolları çoxdur. İbn Teymiyyə “İman”, İbnul Cevzi “Şeytanın Hiylələri” kitabında 
12  qolunu  zikr  edirlər.  Ğulət  Murciə  deyirlər  ki:  İman  –  tək  qəlbin  bilmsidir.  Onlara  görə 
İblis, Firon  bilirdi. Küfr  isə Allahı  bilməməkdir. Əməllər iman  məfhumunun  içərisinə  daxil 
deyildir.  Bu  zaman  həm  zahiri,  həm  də  qəlbi  əməllər  qəsd  olunur.  Onlar  hər  ikisini  də 
imandan görmürlər. Sələflər isə tək qəlbi əməlləri imandan görməyəni küfr etmiş saymışlar. 
Murcuyə Fuqaha (Yəni: İmam Əbu Hənifə və yoldaşları) belə demir. Murciyə Fuqaha – qəlb 
ilə  təsdir,  dil  ilə  iqarar.  Zahiri  əməllər  iman  məfhumuna  daxil  deyil.  Gulət  Murciyələrdən 
fərqli  olaraq  əməlləri  bütünlüklə  inkar  da  etmirlər.  Zahiri  əməllərin  olmaması  imana  təsir 
etmir.  Sənin  qəlb  ilə  bilib  təsdiq  etməyin  və  dil  ilə  iqrar  etməyin  onu  göstərir  ki,  sənin 
imanın  Peyğəmbərlərin,  Mələklərin  imanı  kimidir.  Kafirə  yaxşı  əməllərin  xeyiri  olmadığı 
kimi, möminə də günah əməllərin təsiri yoxdur.
 
 
50
 İman  artıb  azalması  məsləsində  İmamın  etiqadı  Məlik,  Şəfii,  Əhməd,  Buxari  –  Allah 
onlardan  razı  olsun  -  və  s.  Sələf  imamlarının  etqadına  müxalif  olmuşdur.  Əbu  Hənifənin  – 
rahmətullai  aleyh  -  görüşü  doğru  olmaqdan  uzaqdır.  Lakin  hər  iki  halda  da  imam  əcr 
almışdır. İbn Abdul Bərr “Təmhid” 9/247, İbn Əbil İzz əl-Hənəfi “Şərh Əqidətul Təhaviyyə” 
s.  395,  İmamın  bu  görüşündən  döndüyünü  hiss  etdirən  ifadələr  nəql  etmişlər.  Doğrusunu 
bilən Allahdır
51
 Bu  söz  xətadır.  Çünki  Peyğəmbərlərin,  Mələkərin  imanı  adi  insanların  iman  kimi  ola 
bilməz.  

 
54 
edənə verilən isimdir. Biz Uca Allahı kitabında Özünün vəsf etdiyi 
bütün  sifətləriylə  haqqıyla  tanıyırıq.  Heç  bir  kimsə  Allaha,  Onun 
şəninə  layiq  şəkildə  haqqıyla  ibadət  etməyə  qadir  deyildir.  Lakin 
insan ancaq Allahın Kitabında, Rəsulunun bildirdiyi şəkildə Allaha 
ibadət  edir.  Bütün  möminlər  (imanın  əslində)  –  mərifət,  yəqin, 
təvəkkül,  məhəbbət,  Rıza,  qorxu,  ümüd  və  imanda  bərabərdilər. 
Bütün bu şeylərdə fərqlidirlər hansı ki, imana daxil deyildir
52
.  
Uca  Allah  qullarına  qarşı  lütfkardır,  adildi,  qulun  haqq  etdiyi 
savabı lütfüylə qat-qat artıqlamasıyla verir. Qulunu ədalətli olaraq 
etdiyi  günahdan  dolayı  cəzalandıran,  Özündən  bir  lütf  olaraq 
bağışlayandır.  
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  şəfaəti  haqdır, 
Peyğəmbərin  –  sallallahu  aleyhi  və səlləm  -  günahkar  möminlərə  və 
onlardan əzabı haqq etmiş böyük günah sahiblərinə şəfaəti haqdır 
və  sabitdir.  Qiyamət  günü  əməllərin  mizanda  çəkilməsi  haqdır, 
Peyğəmbərin  – sallallahu aleyhi və səlləm - hovuzu  haqdır.  Qiyamət 
günü  rəqiblər  arasında  yaxşılıqlar  alınaraq  qisas  və  haqq-hesab 
haqdır. Yaxşılıqları bitdiyi zaman (haqlarını tapdaladığı insanların) 
günahlarıyla  yüklənməkdə  haqdır.  Cənnət  və  Cəhənnəm 
yaradılmışdır,  əbədiyyən  də  yox olmayacaqlar. Hurilər  əbədiyyən 
ölməzlər.  Allahın  əzabı  da,  savabı  da  əbədidir.  Allah  dilədiyi 
qulunu  bir  lütf  olaraq  hidayətə  yönəldər,  dilədiyini  də  ədalətli 
olaraq  sapıqlığa  yönəldər.  Allahın  azdırması  Hizlanıdır.  Hizlanın 
mənası:  Allahın  razı  olacağı  şeylərdə  onu  müvəffəq  etməməsi, 
yardımını  ondan  kəsməsidir.  Bu  da  Allahın  ədalətidir.  Həmçinin 
günahkarları  üsyanları  səbəbiylə  cəzalandırması  da  ədalətilədir. 
Şeytan  imanı  insandan  zorla  çəkib  alar  deməyimiz  caiz  deyildir. 
Daha  doğrudur  demək:  Qul  imanı  tərk  etdikdən  sonra  şeytan 
ondan  alar  deyərik.  Qəbirdə  Munkər  və  Nəkirin  sorğusu  haqdır, 
qəbirdə  ruhun  cəsədə  qayıtmas  haqdır,  Qəbr  sıxıntısı  və  əzabı 
                                                
52
 Bu  söz  xətadır.  Çünki  bizim  təvəkkülümüz,  məhəbbətimiz,  qorxumuz,  ixlasımız 
Peyğəmbərlərin təvəkkül, məhəbbət, qorxu və ixlasları kimi ola bilməz.
 
 

 
55 
haqdır, bütün kafirlər və asi möminlər üçün qəbr sıxıntısı və əzabı 
haqdır.  
Alimlərin  – Allahın sifətlərini Farsca söyləmələri  caizdir.  Lakin 
Əl  –  kəlməsi  Allahın  sifəti  olaraq  Farsca  söylənilməz
53
.  Lakin 
Farsca  Pərvəi  Xuda  –  Uca  və  Böyük  olan  Allah  demək  caizdir. 
Təşbihsiz  və  keyfiyyət  vermədən.  Allahın  yaxınlıq  və  uzaqlığı, 
məsafənin  uzunluq  və  qısalığı  kimi  (mənasında)  deyildir.  Allahın 
yaxınlıq  və  uzaqlığı  (qulunu)  ucaltması,  kəramətli  etməsi  və  ya 
zəlil  edib  alçatmasıdır.  İtaətli  olan  qul  Allaha  keyfiyyətsiz  olaraq 
yaxın,  asi  olan  qul  isə  keyfiyyətsiz  olaraq  Allahdan  uzaq  olur. 
Yaxınlıq,  uzaqlıq  və  (Allaha  dua  edənin)  yönəlməsi,  Cənnətdə 
qonşuluq  və  Allahın  qarşısında  durmaq  keyfiyyəti  bilinməyən 
şeylərdir.  
Qurani  Kərim  Allahın  Rəsuluna  nazil  olmuş,  mushaflarda 
yazılmışdır.  Quran  ayələrinin  hamısı  Allahın  kəlamı  olduğuna 
görə  fəzilət  və  əzəmət  baxımından  bir-birinə  bərabərdirlər.  Fəqət 
bəzisində  zikr  və  zikr  edilənin  fəziləti  vardır.  Ayətul  Kursi  buna 
misaldır. Burada zikr edilən Allahın ucalığı, əzəməti və sifətləridir. 
Bu  ayədə  iki  fəzilət:  Həm  ayənin  (Allahın  kəlamı  olduğu  üçün) 
zikri,  həm  də  orada  zikr  edilənin  fəziləti  bir  yerə  cəm  olmuşdur. 
Digər ayələrdə isə yalnız ayənin fəziləti vardır, orada zikr edilənin 
fəziləti  yoxdur.  Kafirlərin  qissələri  kimi.  Bu  ayələrdə  zikr 
olunanların heç  bir  fəziləti,  dəyəri  yoxdur.  Həmçinin  Allahın İsim 
və  Sifətləridə  əzəmət  və  fəzilət  baxımından  bərabərdilər,  onlar 
arasında fərlilik yoxdur.  
(Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  ana  və  atası  İslam 
gəlmədən  öncə  vəfat  etmişdilər.  Əmisi  Əbu  Talib,  Peyğəmbərin  – 
sallallahu  aleyhi  və  səlləm  –  dinini  qəbul  etməyərək  ölmüşdür). 
Qasım,  Tahir  və  İbrahim  Allah  Rəsulunun  oğulları,  Fatimə, 
Ruqiyyə,  Zeynəb  və  Ummu  Gülsüm  qızlarıdır.  İnsan  Tövhid 
elminin  incəlikərindən  birində  çətinliklə  qarşılaşarsa  (hər  hansısa 
bir  məsələ  ona  qaranlıq  qalarsa),  soruşub  öyrənəcəyi  bir  alim 
                                                
53
 Fars dilində Əl – Dəst deməgdir. Dəst - ərəb dilində qazan, qab deməkdir.  

 
56 
tapana  qədər:  “Bu  məsələdə  Allah  qatında  doğru  olana  inandım” 
deməsi lazımdır. Belə bir kimsənin axtarıb tapmaqda gecikməsi (bu 
məsləni  öyrənməkdə  gecikməsi)  caiz  deyildir.  (Bu  məsələ  ona 
bəyan  olduqdan  sonra  qəbul  edib  etməməkdə)  tərəddüd  edərək 
gözləmək  üzürlü  sayılmaz.  Əgər  tərəddüd  edərək  gözləyərsə 
(qəbul  etməzsə)  kafir  olar.  Merac  xəbəri  haqdır,  Onu  rədd  edən 
sapıq bir bidət əhlidir. Dəccəl, Yəcuc və Məcucun çıxması, günəşin 
batdığı  yerdən  doğması,  İsanın  -  əleyhissəlam  -  göydən  enməsi  və 
səhih hədislərdə bildirilən Qiyamətin əlamətlərinin  hamısı haqdır. 
Uca Allah dilədiyi doğru yola yönəldər.  
 
əl-VASİYYƏ (TÖVHİD VƏSİYYƏTİ) 
 
Rahmən Və Rəhim Olan Allahın Adıyla 
İman - dil ilə iqrar, qəlb ilə təsdiqdir. Sadəcə iman iqrar olmaz. 
Çünki  sadəcə  iqrar  iman  olsaydı  bütün  münafiqlərin  mömin 
olmaları  lazımdır.  Həmçinin  sadəcə  təsdiq  də  iman  olmaz.  Əgər 
sadəcə  təsdiq  iman  olsaydı  bütün  Kitab  əhli  mömin  olması 
lazımdır. Halbuki Allah: “(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) 
sənin  yanına  gəldikləri  zaman:  “Biz  sənin,  doğrudan  da,  Allahın 
Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun 
həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis 
yalançı  olduqlarına  şəhadət  verir”.  (əl-Munafiqun  1)  və  “Kitab 
(Tövrat  və  İncil)  verdiyimiz  şəxslər  onu  (Muhəmmədi)  öz 
oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların 
bir  qismi,  şübhəsiz  ki,  həqiqəti  bilə-bilə  gizlədir”.  (əl-Bəqərə  146) 
buyurur.  İman  artmaz  və  azalmaz.  Çünki  imanın  artması  yalnız 
küfrün azalmasıyla, əskilməsi də küfrün artmasıyla təsəvvür oluna 
bilər.  Bir  şəxsin  eyni  halda  mömin  və  kafir  olması  necə  mümkün 
ola bilər? Mömin həqiqi iman edən, kafir də həqiqi inkar edəndir. 
İmanda şübhə olmaz. “Onlar həqiqi möminlərdir”. (əl-Ənfal 4) və 
“Bütün  bunlar,  həqiqətən,  kafirdirlər.  Biz  (axirətdə)  kafirlərdən 
ötrü  alçaldıcı  əzab  hazırlamışıq!”.  (ən-Nisa  151).  Əməl  imandan 

 
57 
ayrı,  iman  da  əməldən  ayrı  şeylərdir.  Möminin  bir  çox  vaxt  bəzi 
əməllərdən  azad  olması  (onları  etməməsi)  bunun  dəlilidir.  Bu 
halda  mömindən  imanın  getdiyi  söylənilməz.  Heyz  halında  olan 
qadın  namazdan  azaddır.  Lakin  ondan  imanın  qaldırıldığını, 
yaxud  imanın  tərk  edilməsinin  əmr  edildiyini  söyləmək  caiz 
deyildir.  Şəriət  o,  kimsəyə:  “Orucu  tərk  et,  sonra  da  qəza  et” 
demişdir.  Lakin:  İmanı  burax,  sonra  da  qəza  et”  deyilməsi  caiz 
deyildir.  Fəqirə  zəkat  yoxdur  –  demək  caizdir.  Lakin fəqirin iman 
etməsi lazım deyil demək caiz deyildir.  
Xeyrin  və  Şərin  təqdiri  Allahdandır.  Əgər  bir  kimsə  xeyir  və 
şərin təqdirinin Allahdan başqasının olduğunu söyləyərsə, o kimsə 
Allahı  inkar  və  Tövhidini  puç  etmiş  olar.  Əməllər:  Fərzlər,  fəzilət 
və  Masiyət  (günahlar)  olmaq  üzərə  3  qismə  bölünürlər.  Fərzlər: 
Allahın  əmri,  diləməsi,  məhəbbəti,  rızası,  qəzası,  qüdrəti,  elmi, 
müvəffəq etməsi, yaratması və Lövhi Məhfuzda yazmasıdır. Fəzilət 
(Sünnətlər):  Allahın  əmri  olan  əməllər  deyildir.  Əgər  belə  olsaydı 
fərzlər  olardı.  Lakin  fəzilət  olan  əməllər  Allahın  diləməsi, 
məhəbbəti, rızası, qəzası, hökmü, elmi, müvəffəq etməsi, yaratması 
və  Lövhi  Məhfuzda  yazmasının  nəticəsidir.  Masiyət  (günahar): 
Allahın  əmri  nəticəsi  deyildir.  Lakin  Allahın  məhəbbəti,  rızası  və 
müvəffəq  etməsi  olmadan:  Diləməsi,  qəzası,  təqdiri,  Hızlanı 
(yardıma  ehtiyac  duyduğu  anda  yardımı  kəsmək),  elmi  və  Lövhi 
Məhfuzda yazmasıdır.  
Allahın ehtiyacı olmadan Ərşin üzərinə İstiva və İstiqrarı vardır. 
Möhtac olmadan  Ərşi və  başqalarını  mühafizə  edər.  Əgər Allahın 
ehtiyacı  olsaydı  məxluqlar  kimi  aləmi  icad  və  tədbirə  qadir 
olmazdı.  Oturmaq  və  qərar  tutmağa  möhtac  olsaydı  Əşin 
yaradılmasından öncə  Allahın  harada olduğu sualı ortaya  çıxardı. 
Uca Allah bundan Münəzzəhdir.  
Quran – Allahın kəlamıdır, məxluq deyildir. Allahın vəhyi, nazil 
etdiyi, ilahi zatının eyni olmayan, zatından da ayrı düşünülməyən 
sifətidir.  O,  mushaflarda  yazılmış,  dillə  oxunan,  qəlblərdə  yer 
tutmaqla  mühafizə  edilir.  Mürəkkəb,  kağız  və  yazıların  hamısı 

 
58 
məxluqdur.  Çünki  bunlar  qulların  fellərinin  nəticəsidir.  Lakin 
Allahın kəlamı məxluq deyildir. Yazılar, hərflər, kəlimələr, işarələr 
qulların  başa  düşməkləri  üçün  mənaya  dəlalət  edən  şeylərdir. 
Allahın kəlamı zatıyla qaim olup, mənası bu şeylerle başa düşülür. 
Allahın  kəlamının  məxluq  olduğunu  söyləyən  kimsə  kafir  olur. 
Allah  daima  Ona  ibadət  ediləndir.  Kəlamı  isə  Ondan  ayrılmadan 
oxunan, yazılan və hifz olunandır.  
Peyğəmbərimiz  Muhəmməddən  –  sallallahu  aleyhi  və  səlləm  - 
sonra  bu  ümmətin  ən  fəzilətli  olanı  Əbu  Bəkr  əs-Sıddıq,  sonra 
Ömər,  sonra  Osman,  sonra  da  Əlidir  – Allah onlardan razı olsun  -  . 
“Xeyirxah  işlərdə  öndə  gedənlər,  Cənnətdə  də  öndədirlər!  Onlar 
Allaha  yaxın  olanlar,  Nəim  bağlarında  qalacaq  kimsələrdir”.  (əl-
Vaqiə  10-12)  bunu  ifadə  edər.  Kim  daha  öndə  olarsa  o,  daha 
fəzilətlidir.  Onları  hər  bir  mömin  və  müttəqi  sevər,  nifrət  edənlər 
isə  münafiq  və  pis  kimsələrdir.  Qullar  əməlləri,  iqrarları  və 
marifətləri ilə  məxluqdurlar.  Fail  məxluq olduqda onun felinin  də 
məxluq  olması  lazımdır.  Allah  məxluqatı  aciz  və  zəif  olduqları 
halda gücləri olmadan yaratmışdır. Onların yaradanı və ruzi verəni 
Allahdır:  “Sizi  (yoxdan)  yaradan,  sonra  sizə  ruzi  verən,  sizi 
öldürən  və  daha  sonra  (Qiyamət  günü)  dirildəcək  məhz 
Allahdır…”.  (ər-Rum  40).  Halal  qazanc  və  halalından  mal  yığmaq 
halaldır.  Haramdan  mal  yığmaq  isə  haramdır.  İnsanlar  3  qismə 
ayrılırlar: İmanında səmimi olan mömin, küfründə dirənən inkarçı 
kafir  və  nifaqda  sabit  olan  ikiüzlü  müanfiq.  Allah  möminə  əməli, 
kafirə  imanı,  münafiqə  isə  ixlası  fərz  etmişdir.  “Ey  insanlar! 
Rəbbinizdən  qorxun!...”.  (əl-Həcc  1)  ayəsində:  “Ey  möminlər! 
Allaha itaət edin”, “Ey kafirlər! Allaha iman edin”, “Ey münafiqlər! 
Allaha ixlaslı və səmimi olun” mənası vardır.  
İstitaa  (əməli  etmək  üçün  güc)  feildən  əvvəl  və  sonra  deyildir, 
yalnız  fellə  bərabərdir.  Əgər  İstitaa  feldən  əvvəl  olsaydı,  qul 
ehtiyacı  anında  Allahdan  mustəğni  olardı.  Bu  isə:  “Allah  zəngin, 
siz  isə  yoxsulsunuz  (Allah  sizə  möhtac  deyildir,  siz  Ona 
möhtacsınız)...”.  (Muhəmməd  38)  ayəsinə  müxalif  olardı.  İstitaa 

 
59 
feldən  sonra  olması  felin  gücsüz  və  istitaatsız  meydana  gəlməsi 
olurdu.  
Məstlər  üzərinə  məsh  etmək  varid  olan  hədisə  görə  caiz  olub: 
Muqim üçün bir gün bir gecə, səfərdə olan üçün üç gün üç gecədir. 
Hədis  mütəvatirə  yaxın  olduğu  üçün  inkar  edənin  küfründən 
qorxulur.  Səfərdə  namazları  qısaltmaq  və  oruc  tutmamaq 
rüxsətdir.  “(Oruc  tutmaq)  sayı  müəyyən  olan  (bir  ay)  günlərdir. 
(Bu  günlərdə)  sizdən  xəstə  və  ya  səfərdə  olanlar  tutmadığı  günlər 
qədər  başqa  günlərdə  oruc  tutmalıdırlar...”.  (əl-Bəqərə  184)  ayəsi 
bunu ifadə edər.  
Allah  “Qələmə”  yazmağı  əmr  etmişdir.  Qələm  də:  “Nə  yazım 
Ya Rəbbim!” demişdir. Allah: “Qiyamətə qədər olacaq şeyləri yaz!” 
buyurmuşdu
54
.  “Onların  etdiyi  hər  şey  əməllərinin  yazıldığı 
kitablarındadır.  Hər  bir  kiçik  və  böyük  əməl  yazılmışdır”.  (əl-
Qəmər 52-53) ayəsi bunu açıqlayır.  
Heç şübhəsiz ki. Qəbr əzabı vardır. Munkər və Nəkir sorğu sualı 
haqdır.  Bu  haqda  hədislər  varid  olmuşdur.  Cənnət  və  Cəhənnəm 
haqdır  və  əhli  üçün  yaradılmışdır.  Allah  möminlər  üçün  Cənnəti: 
“Onların  yaxşılıq naminə  etdikləri  işlərdən  heç biri  inkar  edilməz 
(mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!”. 
(Ali İmran 115). Kafirlər üçün də Cəhənnəmi: “Madam ki, bele bir 
işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün 
hazırlanmış,  yanacağı 
(günahkar) 
insanlardan  və 
kibrit 
daşlarından  ibarət  olan  oddan  (Cəhənnəmdən)  həzər  edin!”.  (əl-
Bəqərə  24)  ayələrində  yaratdığını  göstərmişdir.  Allah  Cənnət  və 
Cəhənnəmi mükafat və cəza üçün yaratmışdır. Mizan haqdır. “Biz 
qiyamət günü üçün  ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq 
edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir 
əməli  tərəziyə)  gətirərik.  Haqq-hesab  çəkməyə  Biz  kifayətik”.  (əl-
Ənbiya 47) ayəsi bunu ifadə edir. İnsanın kitabını (əməl dəftərini) 
oxuması  haqdır.  “(Və  ona  belə  deyərik:  )  “Oxu,  kitabını  (əməl 
dəftərini).  Bu  gün  sən  haqq-hesab  çəkməyə  özün-özünə  (özün  öz 
                                                
54
 Əbu Davud, Tirmizi.  

 
60 
əməllərinin  şahidi  olmağa)  kifayətsən!”.  (əl-İsra  14)  ayəsi  buna 
dəlildir.  
Allah bu nəfsləri ölümlərindən sonra əlli min il ötsədə belə cəza, 
savab və  haqlarıını  qaytarması üçün  dirildir.  “Bu  (həm də belə  bir 
danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) 
mütləq  gələcəkdir,  ona  heç  bir  şəkk-şübhə  yoxdur  və  Allah 
qəbirlərdə  olanları  dirildəcəkdir!”.  (əl-Həcc  7).  Cənnət  əhlinin 
Allahı  keyfiyət,  təşbih  və  cihət  olmadan  görmələri  haktır. 
Peyğəmbərimizin  – sallallahu aleyhi və səlləm - böyük günah etsə də 
belə Cənnət əhli olan mömin üçün şəfaəti haqdır. Aişə - radıyallahu 
anhə - , Xədicədən - radıyallahu anhə - sonra qadınların ən fəzilətlisi, 
möminlərin  anası,  zinadan  uzaq,  bidət  əhlinin  iftira  və 
iddialarından  uzaqdır.  Kim  ona  zina  deyə  iftira  yaxarsa  özü  zina 
məhsuludur.  Cənnət  əhli  Cənnətə,  Cəəhənnəm  əhli  də 
Cəhənnəmdə  əbədi  qalacaqdır.  Allah  möminlər  üçün:  “Onlar 
Cənnətlikdirlər, orada əbədi qalacaqlar”. Kafirlər üçün isə: “Onlar 
cəhənnəmlikdirlər  və  orada  əbədi  qalacaqlar”.  (Ali  İmran  116) 
buyurur.  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin