Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
1   ...   11   12   13   14   15   16   17   18   19

Əbu Osman əs-Sabuni 
rahmətullahi aleyhi -  
 
                                                
247
 İmam Təhavi “Əqidətul Təhaviyyə”.  

 
165 
Subki  “Tabaqatuş  Şəfii”  adlı  əsəində  İsmail  İbn  AbdurRahman 
İbn  İsmail  Əbu  Osman  əs-Sabunini  –  rahmətullahi  aleyhi  – 
vəsiyyətini  söyləyir:  Bir  və  tək  olan  Allahdan  başqa  ibadətə  layiq 
heç  bir  haqq  İlah  olmadığına,  şərikinin  omadığına,  bir,  tək  və 
Saməd  olduğuna,  nə  doğmuş,  nə  də  doğulmamış  olduğuna, 
hökmünə  kimsəni  şərik  etmədiyinə,  Əvvəl,  Axır,  Zahir,  Batin, 
Həyy,  Qayum,  məxluqaının  yox  olmasından  sonra  Bəqi, 
qullarından xəbərdar, qeybləri bilən, qəlblərin gizlətdiklərini bilən, 
məğfirəti  sonsuz,  (mömin  qullarını)  sevən,  Uca  Ərşin  sahibi  olan 
dilədiyini  edən:  “Onun  heç  bir  bənzəri  yoxdur.  O,  Eşidəndir, 
Görəndir”.  (əş-Şura  11)  şəhadət  edirəm.  O,  bizim  mövlamız,  o  nə 
gözəl  dost  və gözəl  yardımçıdır.  Bütün  bunlara şahidlik  edənlərlə 
birlikdə  şəhadət  edər.  Doğru  bir  etiqad  və  sağlam  bir  yəqin  ilə 
şəhadəti  iqrar  və  etiraf  edirik.  “O  gün  ki,  nə  mal-dövlət,  nə  də 
övlad  bir  fayda  verər!  Ancaq  sağlam  (təmiz,  daxilində  şəkk-
şübhəyə,  küfrə,  şirkə  və  nifaqa  yer  olmayan)  bir  qəlblə  Allahın 
hüzuruna gələn kimsədən (möminlərdən) başqa!". (əş-Şuəra 88-89). 
“O  gün  dostun  dosta  heç  bir  faydası  olmaz,  onlara  kömək  də 
edilməz!  (Heç  kəs  heç  kəsdən  Allahın  əzabını  dəf  edə  bilməz!) 
Allahın  rəhm  etdiyi  kimsədən  başqa!  Şübhəsiz  ki,  O,  yenilməz 
qüvvət,  mərhəmət  sahibidir!”.  (əd-Duxan  41-42).  Muhəmməd  
sallallahu  aleyhi  və  səlləm  –  Allahın  qulu  və  Rəsulu  olduğuna,  onu 
hidayət  ilə  və  müşriklər  xoş  görməsə  belə  bütün  dinlərin  üstünə 
çıxarmaq üçün haqq din ilə göndərdiyinə şəhadət edərik.  
Cənnətin  haqq  olduğuna,  Uca  Allahın  orada  həqiqi  dostları 
üçün  hazırladığı  hər  bir  şeyin  haqq  olduğuna  şahidlik  edərik. 
Cəhənnəmin  və  Allahın  orada  düşmənləri  üçün  hazırladığına  da 
inanırıq.  Mövlam  olan  Allahdan  Cəhənnəmdən  məni  qorumasını, 
oradan  uzaqlaşdırmasını  və  qurtuluşa  çatanlardan  etməsini 
diləyirəm.  Allah  buyurdu:  “Kim  Oddan  uzaqlaşdırılıb,  Cənnətə 
daxil edilərsə, o uğur qazanmış olar...”. (Ali İmran 185).  
Namzımın,  ibadtlərimin,  həyatımın,  ölümüm,  şəriki  olmayan 
aələmlərin  Rəbbi  olan  Allaha  aid  olduğuna  şahidlik  edirəm.  Mən 

 
166 
bununla  əmr  olundum  və  mən  müsəlmanlardanam.  Həmd 
aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəbb olaraq Allahdan, din 
olaraq  İslamdan,  Peyğəmbər  olaraq  Muhəmmədən,  öndər  olaraq 
Qurani Kərimdən razıyam. Bununla yaşayar, bunla ölərəm.  
Mələklərin haqq, Peyğəmbərlərin haqq, Qiyamətin heç şübhəsiz 
gələcək  olduğuna  və  Allahın  qəbirdəkiləri  dirildəcəyinə  şahidlik 
edirəm.  Şahidlik  edirəm  ki,  Uca  Allah  xeyri  təqdir  buyurmuş  və 
xeyri  əmr  etmişdir.  Ondan  razı  olmuş  və  xoş  olmuşdur.  Xeyir 
edənin  o,  işi  etməsini  iradə  etmiş  və  xeyir  etməyə  qarşılıq  gözəl 
mükafat  var  etmişşdir.  Şəri  də  təqdir  etmiş,  lakin  ondan  uzaq 
olmağı əmr etmişdir. Ondan razı olmaz, onu sevməz. Şər işləyəndə 
şərin  vücuda  gəlməsini  murad  etmiş,  lakin  o  şəri  sevməz.  Uca 
Allah  zalımların  söylədiklərindən  uca  və  böyükdür.  Bir  günahı 
əmr  etməkdən,  onu  sevməkdən  və  ya  o  günahdan  razı  olmaqdan 
ucadır. Allah təqdi etmədiyi bir işə qulun güc etirməsi, Onun iradə 
etmədiyi və diləmədiyi bir şeyi qulun etməsi mümkün deyildir.  
Şəhadət edirəm ki, Quran Allahın kitabı, onun kəlamı, vəhyi və 
nazil  etdiyidir.  Məxluq  deyildir.  Mushaflarda  yazılı  olan,  dillərdə 
oxunan,  qəlblərdə  əzbələnən,  qəlblərdə  əzbərlənmiş,  qulaqların 
eşitdiyidir.  Uca  Allah  buyuru:  “Əgər  (basqına  uğrayan) 
müşriklərdən  biri  səndən  aman  istəsə,  ona  aman  ver  ki,  Allah 
kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) 
onu  əmin  olduğu  (müşriklərin  yaşadığı)  yerə  çatdır.  Çünki  onlar 
(haqqı)  bilməyən  bir  tayfadır!”.  (ət-Tövbə  6).  “Xeyr,  bu  (Quran) 
elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. 
(Və  ya:  sənin  yazıb  oxumaqla  məşğul  olmadığını  kitab  əhlindən 
olan  elm  sahibləri  öz  ürəklərində  açıq-aşkar  bilirlər).  Bizin 
ayələrimizi  yalnız  zalımlar  (kafirlər)  inkar  edərlər”.  (əl-Ənkəbut 
49).  “Allahın  Kitabını  oxuyanlar...”.  (Fatir  29).  “Biz  ona 
(Muhəmməd  əleyhissəlama)  şer  öyrətmədik  və  bu  ona  heç 
yaraşmaz  da  (lazım  da  deyildir).  Ona  vəhy  olunan  ancaq  öyüd-
nəsihət  və  (haqla  batili  ayırd  edən)  açıq-aşkar  Qurandır  ki,”. 
(Yəsin 69).  

 
167 
Şəhadət  edirəm  ki,  İman  Allahın  təsdiq  edilməsini  əmr  etdiyi 
şeylərin  qəlb  ilə  təsdiqi,  Allahın  inkar  edilməsini  əmr  etdiyi 
şeylərin  dil  ilə  iqrar  edilməsi,  Allahın  edilməsini  emr  etdiyi 
şeylərin əzalar ilə edilməsi, onun qəlbin təsdiqi, dilin sözü, əzaların 
etməsidir.  
Şəhadət  edirəm  ki,  uca  Allah  Ərşinin  üzərinə  İstiva  etmişdir. 
“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra 
da  Ərşə  ucalan  Allahdır...”.  (əl-Əraf  54).  “O,  göyləri,  yeri  və 
onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı...”. 
(əl-Furqan  59).  Allahın  Ərşinin  üzəinə  İstivanın  necəliyi  bilinməz. 
Zamanında müsəlmanların imamı İmam Məlik – rahmətullahi aleyhi 
–  İstivanın  keyfiyyəti  barəsində  sual  verən  kimsəyə  verdiyi 
cavabında  demişdir:  “İstiva  bilinən  bir  şeydir,  keyfiyyəti  isə 
məchuldur.  Ona  iman  etmək  fərz,  bu  barədə  sual  vermək  isə 
bidətdir.  Səni  isə  bir  bidətçi  olaraq  görürəm  –  dedi  və  məclisdən 
çıxarılmasını əmr etdi”.  
Şəhadət edirəm ki, Uca Allah kitabında özünü Peyğəmbərinin 
sallallahu aleyhi və səlləm – dili ilə vəsf etdiyi üstün sifətlərə sahibdir 
və bunu tam bir təslimiyyətlə qəbul edirəm. Bu sifətlərin heç birini 
rədd  etmirəm.  Heç  birinin  də  yaratdıqlarının  sifətlərinə 
bənzəmədiklərinə inanırıq. Bunu söylüyürük: Onun sifətləri heç bir 
zaman  qulların  sifətlərinə  bənzəməz,  Onun  zatının  yaradılmışlara 
bənzəmədiyi  kimi.  Muattıla  və  Müşəbbihənin  dedilərində  O 
ucadır.  
Uca  Allahın  sifətləri  ilə  bağlı  varid  olan  ayələr  bu  xüsusda 
Rəsulullahdan - sallallahu aleyhi və səlləm – səhih olaraq nəql edilmiş 
xəbərlər  –  Qiyamət  günü  Rəbbimizin  gəlməsini,  Adəmi  əli  ilə 
yaratmasını,  Ərşin  üzərinə  istiva  etdiyini  açıqlayan  ayələri,  hər 
gecə dünya səmasına enməsini, gülməsini və s. Xəbərlər imi – Uca 
yaradıcının  sifətlərinin  varid  olduğu  ayələr  və  xəbərlər  haqqında 
Sələfi Salihin və din imamlarının izlədiyi yolu izləyirik.  
Kəlama baş vurmağı, kəlam elmində dərinləşməyi, Sələfin uzaq 
olduğu,  qadağan  etdiyi  şeyləri  də  qəbul  etmirik.  Kəlam 

 
168 
məsələlərində  mübahisələr,  dərinliyə  varmaq  qəlbi  pozar.  Qəlbdə 
Uca Allahın heybətini qalrırar, qəlbə böyük şübhələr salar. Dininə 
və  Peyğəmbərinin  -  sallallahu  aleyhi  və  səlləm  –  sünnətinə  bizləri 
yönəltdiyi  üçün  həmd  Allahadır.  Allahın  salat  və  salamı  Onun 
Peyğəmbərinə - sallallahu aleyhi və səlləm – olsun, Ona həmd edərik.  
Şəhadət  edirəm  ki,  Qiyamət  haqdır,  Qiyamətin  əlamətləri, 
dəhşətli  halları,  Hovuza,  Mizana,  Sırata,  əməl  dəftərlərinin 
oxunması,  hesaba  çəkilmək,  əməllərin  ərz  edilməsi,  Allahın 
hüzurunda durmaq, Məşhərdə Cənnətə və ya Cəhənnəmə girmək, 
Tövhid  əhlinə  vəd  olunmuş  şəfaət  və  daha  başqa  şeylər  hansıki 
Kitabda  və  hədislərdə  açıqlanmışdır  haqq  olduğuna  şəhadət 
edərik. Uca Allahdan da şahidlik etdiyim bütün bunların üzərində 
sabit  olmaq  üçün  Allahdan  yardım  diləyirəm.  Şəhadət  edirəm  ki, 
Allah  dostları  parlaq  üzlərlə  Rəbblərinə  baxmağı  Allah  lütf  və 
ehsan  edəcəkdir.  Onlar  əbədiyyat  yurdunda  açıq  gözləriylə  Onu 
görəcəklər.  Onu  görmək  üçün  hər  hansı  bir  sıxıntı  və  çətinlik  ilə 
qaşılaşmayacaqlar.  Uca  Allahdan  üzümüzü  Ona bu  şəkildə  baxan 
üzlərdən etməsini, hər cür bəladan, xoşa getməyən hər bir şeydən 
qorumasını diləyirəm.  
Şəhadət  edirəm  ki,  Peyğəmbərdən  -  sallallahu  aleyhi  və  səlləm  – 
sonra insanların ən xeyirlisi Əbu Bəkr əs-Sıddıq, sonra Ömər, sonra 
Osman,  sonra  da  Əlidir  –  Allah  onlardan  razı  olsun  -.  Bütün 
səhabələrə  rəhmət  oxuyur,  onları  vəli  və  dost  edərik.  Onlara 
məğfirət  diləyərik.  Eyni  şəkildə  onun  nəslindən  gələnləri, 
möminlərin  anaları  olan  zövcələrini  ilə  birlikdə  həşr  etməsini 
dilərik.  Çünki  Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 
“Kişi sevidkləri ilə bərabərdir”.  
Müsəlmanlar  aralarını  düzəltmələrini,  qohumluq  bağlarını 
düzəltməyi, qonşularına, yaxınlarına, böyüklərin haqqını verməyi, 
kiçiklərə  də  rəhm  etməyi  tövsiyə  edirəm.  Bir-birilərinə  nifrət 
etməməyi,  arxa  çevirməməyi,  həsəd  aparmamağı  tövsiyə  edirəm. 
Xeyirdə  bir-birinə  yardımçı  olmalarını,  cəmaat  şəkilində  Allahın 
ipinə  sarılmağı,  kitaba,  sünnətə,  ümmətin  alimlərinin  və  İmam 

 
169 
Məlik,  Şəfii,  Sovri.  Sufyan  İbn  Uyeynə,  İmam  Əhməd,  İshaq  İbn 
İbrahim,  Yahyə  İbn  Yəhyə  –  Allah  onlardan  razı  olsun  -  və  buna 
bənzər İslam alimlərinin izlədikləri yolu izləməyi diləyirəm.  
 
İbn Əbul İzz Əl-Hənəfi 
rahmətullahi aleyhi -  
 
Sədrəddin Əbu Həsən Əli İbn Alaiddin Əli İbn Şəmsəddin Əbu 
Abdullah  Muhəmməd  İbn  Şərəfiddin  Əbul  Bərəkət  Muhəmməd 
İbn İzziddin  Əbul  İzz  Saleh  İbn  Əbul  İzz İbn  Vuheyb  İbn  Ata İbn 
Cubeyr  İbn  Cabir  İbn  Vəhb.  Hənəfi  məzhəbinin  dahilərindəndir. 
Dəməşqlidir.  H.  731-ci  il  22  Zul  Hiccədə  dünyaya  gəlmişdir.  H. 
792-ci ildə Zul Qədə ayında dünyasını dəyişmişdir.  
 
İmam Cəfər Sadiq 
rahmətullahi aleyhi -  
 
İmamiyyə  məzhəbinin  qəbul  etdiyi  on  iki  imamın  altıncısı. 
Kunyəsi Cəfər əs-Sadiq Muhəmməd Bakir İbn Əli İbn Hüseyn İbn 
Əli  İbn  Əbu  Talibdir.  H.  83/700-ci  ildə  dünyaya  gəlmişdir. 
Tələbələrindən  Cabir  İbn  Həyyan  ondan  bir  çox  elmləri 
mənimsəmişdir.  Əbu  Hənifə,  İmam  Məlik,  Sufyan  əs-Souri  kimi 
böyük  elm  xadimləri  ondan  elm  öyrənmişlər.  Əbu  Hənifə  – 
rahmətullahi aleyhi – Hicazda Cəfər Sadiqin yanında iki il qalmış və 
demişdir: «Əgər bu iki il olmasaydı Nüman məhv olurdu»
248
. Bəzi 
məzhəblər  tərəfindən  həddən  artıq  şişirdilərək  onların  məsum 
olduqları  söylənilmiş,  qeybdən  xəbərləri  olduqları,  hətta  bəzi 
Peyğəmbərlərdən  üstün  olduqları  da  söylənilmişdir.  Lakin  bu 
xətadır.  Çünki  ismət  (məsumluq)  sifəti  yalnız  Peyğəmbərlərə 
xasdır. Peyğəmbərlərdən sonra olan bütün bəşər övladları məsum 
deyil  xəta  edəndirlər.  İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  onun 
                                                
248
 Muhamməd Əbu Zəhra “İmamus Sadiq” 37-39.  

 
170 
haqqında deyir ki: «Onu üç halda daima görərdik. Ya namaz qılar, 
ya  oruc  tutar,  ya  da  Quran  oxuyardı»
249
.  H.  148/769-ci  ildə 
dünyasını dəyişmişdir.  
 
İmam Əbu Yusuf 
rahmətullahi aleyhi -  
 
Yaqub  İbn  İbrahim  əl-Ənsaridir.  İraq  bölgəsinin  fəqihi  sayılan 
Yaqub  113/731-ci  ildə  Kufədə  dünyaya  gəlmişdir.  Hənəfi 
məzhəbinin  İmamı  Əbu  Hənifədən  –  rahmətullahi  aleyhi  –  sonra 
gələn  böyük hənəfi uləması.  Yusuf  adlı  bir oğlu olduğu  üçün ona 
nisbət  edilərək  Əbu  Yusuf  (Yusufun  oğlu)  ləqəbiylə  məşhur  idi. 
Ailəsi  fəqir  idi.  Əbu  Hənifənin  –  rahmətullahi  aleyhi  –  köməyi  ilə 
elmə başlayır. Ata İbn əs-Səid, Muhəmməd İbn İshaq İbn Yəsar və 
Leys İbn Sad kimi böyük hədisçilərdən hədis oxudu. Əbu İshaq əş-
Şeybani, Suleyman ət-Təmimi, Yəhya İbn Səid Əməşdən dərs aldı. 
Ən çox  dərs  aldığı  müəllimi isə Əbu  Hənifə – rahmətullahi aleyhi – 
idi. 16 il onun yanında dər almış Müctəhid mutlaq dərəcəsinə kimi 
gəlib  çatmışdır.  Əbu  Hənifənin  –  rahmətullahi  aleyhi  –  rahmətullahi 
aleyhi – vəfatından sonra  Bağdada gələrək  xəlifə Mehdi  tərəfindən 
qazı  təyin  edilir.  Harun  əl-Rəşidin  dövründə  isə  Qazılar  qazısı 
adını  almışdır.  16  il  qazılıq  etdikdən  sonra  dünyasını  dəyişir. 
Yerinə  isə  oğlu  Yusuf  keçir.  H.  183/798-ci  ildə  dünyasını  dəyişir. 
Əsərləri  “İxtilaful  Əmsar”,  “Ədəbul  Qadi  alə  Məzhəbi  Əbu 
Hənifə”,  “Emali  fil  Fiqh”,  “Kitabul  Buyu”,  “Kitabul  Cevami”, 
“Kitabul  Hüdud”,  “Kitabul  Harac”,  “Kitabus  Salat”,  “Kitabus 
Siyam”, “Kitabul Vəsaya” və s. Əbu Yusufun – rahmətullahi aleyhi – 
yazdığı  “Məbsut”  Hənəfi  fiqhinin  əsas  qaynaqlarındandır. 
Müəllimləri arasında Əbu Leyla, Əbu Hənifə, İmam Məlik, Sufyan 
İbn  Uyeynə,  İsmail  İbn  Uleyyə,  İbn  Cureyc,  Həsən  İbn  Dinar, 
Hənzələ İbn Əbu Sufyan – Allah onlardan razı olsun - və s.  
                                                
249
 Muhamməd Əbu Zəhra “İmamus Sadiq” 77. 

 
171 
Müslim İbn Həccac 
rahmətullahi aleyhi -  
 
Müslim  İbn  əl-Həccac  əl-Kuşeyri  ən-Nisapuri.  Hədis  elmində 
İmam Buxaridən sonra ikinci böyük şəxsiyyət sayılır. H. 204-cü ildə 
Məşədin  yaxınlığında  yerləşən  Nisapur  şəhərində  dünyaya 
gəlmişdir.  Kuşeyr  adlı  böyük  və  məşhur  bir  qəbiləyə  məxsusdur. 
Bu  qəbilənin  adı  isə  Kuşeyr  İbn  Kəbdən  gəlir.  Çox  kiçik 
yaşlarından  hədis  elmini  öyrənməyə  başlamış  və  bu  səbəbdən  də 
elm  almaq  üçün  dünyanın  bir  çox  ölkələrini  İraq,  Hicaz,  Şam  və 
Misri dolaşmışdır. Böyük hədis alimləri olan İmam Buxari, Əhməd 
İbn Hənbəl, Yəhyə İbn Məin, Əbu Heysəmə, İbn Əbu Şeybə – Allah 
onlardan razı olsun - və s. dərs almışdır. Öz növbəsində də Tirmizi, 
İbn  Əbu  Xatim,  İbrahim  İbn  Muhəmməd  İbn  Sufyan  –  Allah 
onlardan  razı  olsun  -  kimi  muhəddislərə  dərs  vermişdir.  Alimlər 
İmam Müslim haqda yüksək tərifəlayiq sözlər demişlər. Əbu Zura 
və  Əbu  Hətim  –  rahmətullahi  aleyhi  –  Muslimi  onun  zamanında 
yaşayan  digər  alimlərdən  üstün  tutmuşlar.  Şeyx  Məhəmməd  İbn 
Əbdülvahhab  əl-Fərra  –  rahmətullahi  aleyhi  –  deyir:  “Müslim 
insanların ən savadlısı və elm dəryası idi. Onun haqqında xeyirdən 
başqa heç nə bilmirəm”. Məsləmə İbn Qasim – rahmətullahi aleyhi – 
deyir:  “Onun  alimlər  arasında  qədir-qiyməti  yüksəkdir”.  İmam 
Nəvəvi  –  rahmətullahi  aleyhi  –  isə  demişdir:  “Onun  (bu  elmdə) 
imam,  alim  olmasına,  yüksək  məqamına,  elmdə  dəqiqliyinə  və 
öncüllüyünə  hamı  ittifaq  etmişdir”.  Ən  məşhur  əsəri  əl-Cəmi  əs-
Səhihdir  ki,  bu  əsərdə  7275,  təkrarsız  4000  hədis toplanmışdır.  Bu 
kitab İmam Buxarinin – rahmətullahi aleyhi – səhihindən sonra ikinci 
səhih  əsər  sayılır.  H.  261-ci  il  Rəcəb  ayında  Nisapur  şəhərində 
dünyasını dəyişmişdir.  
 
Əbu Davud Süleyman İbn Əl-Əşas 
rahmətullahi aleyhi -  
 

 
172 
Əbu Davud Süleyman İbn əl-Əşas İbn İshaq əl-Əzdi əs-Sicistani. 
Məşhur  muhəddislərdəndir.  H.  202-ci  ildə  dünyaya  gəlmişdir. 
Əhməd  İbn  Hənbəlin  tələbəsi  olmuş,  sonradan  isə  Tirmizi,  Nəsai 
kimi  alimlərin  müəllimi  olmuşdur.  Öz  sözlərinə  görə  500000  min 
hədis  toplayıb.  Bir  çox  əsərlərin  müəlifidir.  Ən  məşhuru  isə  əs-
Sünən əsəridir ki, burada 4800 hədis toplanmışdır. Muhəmməd İbn 
Ishaq  əs-Sağani  və  İbrahim  əl-Hərbi  –  rahmətullahi  aleyhi  – 
demişdir:  “Hədislər  Əbu  Davuda  asanlaşdırılmışdı.  Necə  ki, 
Davud - əleyhissəlama - dəmir yumuşaldılmışdı”. Hafizlik rütbəsinə 
ucalmış  Musa  İbn  Harun  –  rahmətullahi  aleyhi  –  demişdir:  “Əbu 
Davud  dünyada  hədis  üçün,  axirətdə  isə  Cənnət  üçün  yaradılıb. 
Mən (bu sahədə) ondan üstün insan görmədim”. Hakim rütbəsi ilə 
tanınan  Əbu  Abdulla  –  rahmətullahi  aleyhi  –  demişdir:  “Şübhə 
yoxdur ki, Əbu Davud öz əsrində hədis əhlinin imamı idi”. H. 275-
ci il Şəvval ayında Bəsrə şəhərində dünyasını dəyişmişdir.  
 
Muhəmməd İbn İsa Ət-Tirmizi 
rahmətullahi aleyhi -  
 
Əbu  İsa  Muhəmməd  İbn  İsa  İbn  Sura  ət-Tirmizi.  H.  209-cu  il 
Amudərya  çayının  yaxınlığında  yerləşən  Tirmiz  şəhərində 
dünyaya  gəlmişdir.  İmam  Buxari  kimi  alimdən  dərs  almış  və  əl-
Cəmi  əsərini  yazmışdır.  Sonralar  isə  bu  əsərin  adını  dəyişərək 
Sünən  ət-Tirmizi  adlandırılmışdır.  Əsər  özündə  4000  hədis 
toplamışdır.  İmam  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  “Kimin  evində 
bu kitab olarsa elə bil ki, o evdə danışan Peyğəmbər vardır”. Allahı 
çox  yad  etdiyinə  görə  çox  da  ağlayardı.  Buna  görə  də  ömrünün 
sonlarına yaxın gözləri tutulur. Imam Şövkəni – rahmətullahi aleyhi 
– deyir:  “Tirmizinin  bu  əsəri  kitablar  içərisində  ən  yaxşısı,  ən  çox 
faydalısı,  tərtib  baxımından  ən  gözəli  və  təkrara  ən  az  yer 
verilənidir.  Həmçinin  bu  kitabda  başqalarında  qeyd  olunmayan 
məzhəb  nəzər  nöqtələri,  hədislərdən  nəticə  çıxarma  metodikaları, 
fəslə  münasib  digər hədislərin  də olduğuna işarə  etmə,  hədislərin 

 
173 
səhih, həsən, ğərib və ya zəif kimi növlərinin bəyanı və “tənqid və 
tərif”  (cərh  və  tədil)  elminə  aid  müzakirələr  vardır”.  Ibn  Salah  – 
rahmətullahi  aleyhi  –  deyir:  “Əbu  Isa  Tirmizinin  kitabı  həsən 
hədislərin  əsas  mənbəyidir.  Ilk  olaraq  bu  termini  o  işlətmiş  və  əl-
Cəmi  əsərində  ondan  cox  istifadə  etmişdir”.  H.  279-cu  il  Rəcəb 
ayının 13 dünyasını dəyişir.  
 
Əhməd İbn Əli Ən-Nəsəi 
rahmətullahi aleyhi -  
 
Əhməd  İbn  Şuayb  İbn  Əli  İbn  Bəhr  İbn  Sinan  İbn  Dinardır. 
Ləqəbi  Əbu  AbdurRahmandır.  Nəsa  adlanan  yerdəndir.  Hədisdə 
hafizlik  dərəcəsinə  çatmışdır.  H.  214  və  ya  215-ci  ildəndir. 
Xorasanda  Nəsa  adlanan  bir  qəsəbədə  doğulmuşdur.  Nəsa  – 
Sərahsə  iki  günlük,  Mərvə  beş  günlük,  Əlyurda  bir  günlük, 
Nişapura  altı  və  ya  yeddi  günlük  bir  məsafədədir.  Bu  qəsəbədən 
çox  məşhur  alimlər  yetişmişdir.  Bu  qəsəbəyə  Nəsa  deyilməsinin 
səbəbi  bu  cür  açıqlanır.  İslam  orduları  Xorasana  daxil  olduqları 
zaman  bu  qəsəbəyə  doğru  irəliyər.  Xəbərdar  olan  xalq  qəsəbəni 
tərk  edərdilər.  Qəsəbədə  qadınlardan  başqa  heç  kimsə  qalmazdı. 
İslam  orduları  qəsəbəyə  daxil  olduqları  zaman  orada  bir  dənə  də 
belə  kişi  görməzdilər.  Bunlar  qadındırlar,  qadınlarla  da 
döyüşülməz!  Deyərək  oranı  tərk  edərdilər.  Buna  görə  də  Nəsa  – 
unudulan  və içində sadəcə qadınların olduğu şəhər  adlanır.  Buna 
nisbət edilərək də Nəsa adlandırılmışdır. Nəsəi – rahmətullahi aleyhi 
–  Şəfii  məzhəbindəndir.  Müəllimləri:  İshaq  İbn  Rahaveyh,  İshaq 
İbn  Həbib İbn  Şəhid,  Süleyman  İbn  Əşas,  İsalə  İbn  Şahin,  əl-Xaris 
İbn  Miskin,  İsahq  İbn  Mənsur  əl-Kevsec,  Mahmud  İbn  Ğaylan, 
Quteybə  İbn  Səid,  İshaq  İbn  Musa  əl-Ənsari,  İbrahim  İbn  Səid  əl-
Cevheri, İbrahim İbn Yaqub əl-Cuzcani, Muhəmməd İbn Bəşir, Əli 
İbn  Həcər,  Əbu  Davud  əs-Sicistani,  Əli  İbn  Həşrəm,  Mücahid  İbn 
Musa,  Əhməd  İbn  Bəkkar  İbn  Əbu  Meymunə,  əl-Həsən  İbn 
Muhəmməd  İbn  əz-Zəfərani  və  Əhməd  İbn  Abde  –  Allah  onların 

 
174 
razı olsun - dən hədis öyrənmişdir. Şama gəlmiş Hişam İbn Ammar 
və  Duhaym  –  Allah  onlardan  razı  olsun  –  hədis  öyrənmişdir. 
Həmçinin  Xorasan,  Hicaz,  İraq,  Cəzirə,  Şam  və  Misir 
mühəddislərindən də dərs almışdır. Bir çox kimsə İmam Nəsəidən 
hədis  öyrənmiş  və  rəvayət  etmişdir.  İmam  Əbul  Qasım  ət-
Təbərani,  Əbu  Əli  əl-Hüseyn  İbn  Əli  əl-Hafiz  ən-Neyamuzi  ət-
Təbərani, Əhməd İbn Umeyr İbn Cevsə, Muhəmməd İbn Cəfər İbn 
Kilas,  Əbul  Qasım  İbn  Əbul  Ukb,  Əbul  Meymun  İbn  Rəşid,  Əbul 
Həsən  İbn  Həzləm,  Əbu  Səid  əl-Arabi,  İmam  Cəfər  ət-Tahavi, 
Muhəmməd  İbn  Harun  İbn  Şuayb,  İbrahim  İbn  Muhəmməd  İbn 
Saleh  İbn  Sinan,  Əbu  Bəkr  Əhməd  İbn  İshaq  əs-Sünni  əl-Hafiz 
hədis öyrənib  və  rəvayət  etmişlər.  Ət-Tacus  Subki  müəllimi  Hafiz 
Zəhəbidən  və  atası  Şeyx  İmam  Subkidən  –  rahmətullahi  aleyhi  – 
rəvayət edir ki: «İmam AbdurRahman Nəsəi Səhihin müəllifi olan 
İmam  Müslimdən  daha  çox  hədis  əzbərdən  bilirdi.  Nəsəinin 
Sünnəni Buxari və Müslimin səhihindən sonra ən az zəif hədis olan 
hədis  kitabıdır».  Müctəba  –  İbnul  Əsir  – rahmətullahi aleyhi – deyir 
ki:  Bir  hökmüdar  İmam  Nəsəiyə:  «Kitabdakı  hədislərin  hamısı 
səhihdir?».  O:  Xeyr»  deyə  cavab  verdi.  Hökmüdar  Nəsəidən 
kitabdakı  hədislərin  səhih  olanlarını  ayırmasını  istədi.  O,  da 
Sünnənul Kubradakı hədisləri əl-Muctəba adını verdiyi bir kitabda 
topladı.  Bu  kitab  altı  böyük  hədis  kitabından  biridir. 
Muhəddislərin Kutubu Xamsə – beş kitab, Usulul Xamsə - Beş ana 
kitab  dedikləri  hədis  kitabları  Buxari,  Müslim,  Əbu  Davud, 
Tirmizi,  Muctəba  Nəsaidir.  İmam  Nəsəi  H.  303-cü  ilində  Şaban 
ayında  88-89  yaşında  ikən  dünyasını  dəyişmişdir.  Harada  öldüyü 
ixtilaflıdır.  Fələstinin  Rəmlə  şəhərində  vəfat  etdiyi  söylənilir. 
Bəziləri isə Məkkədə vəfat etdiyini və Səfa və Mərva arasında dəfn 
edildiyini də söyləyirlər. İmam Nəsəi H. 302-ci ildə Misirdən Şama 
gəlmişdir.  Şamdakı  Muaviyə  tərəfdarları  Muaviyənin,  Əlidən 
üstün  olub-olmadığını  soruşurlar.  Bundan  sonra  Muaviyə 
tərəfdarları  tərəfində  döyülmüş  və  Rəmləyə  gətrilərək  orada  da 
dünyasını  dəyişmişdir.  Əbul  Həsən  Daraqutni  deyir  ki:  «İmam 

 
175 
Nəsəi  Şamda  Muaviyə  tərəfdarları  tərəfindən  döyülmüşdür. 
Bundan sonra Məkkəyə gətrilməsini istəmiş və orada da dünyasını 
dəyişmişdir».  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin