Əbu Cəfər Muhəmməd İbn Cərir Ət-Təbəri
– rahmətullahi aleyhi –
Təbəri “Təfsir”, “Tarix” və bir çox əsərlərin müəllifidir.
Müctəhid bir kimsə olub heç kimi təqlid etməzdi. İbn Huzeymə –
rahmətullahi aleyhi – deyir ki: “Mən yer üzündə Muhəmməd İbn
Cərirdən daha alim bir kimsə olduğunu bilmirəm”. H. 310-cu ildə
dünyasını dəyişmişdir
238
.
Lələkai – rahmətullahi aleyhi – dedi ki: Bizə Ubeydullah İbn
Muhəmməd İbn Əhməd xəbər verdi ki: Bizə Qadı Əbu Bəkr
Əhməd İbn Kamil xəbər verdi ki: Əbu Cəfər İbn Muhəmməd İbn
237
“Şərhu Usuli Etiqadi” 2/197.
238
“Şəzərətuz Zəhəbi” 2/260.
150
Cərir – rahmətullahi aleyhi – dedi ki: Bu barədə söz açacağımız Uca
Allahın kitabı və Onun nazil etdikləridir. Bizə görə doğru söz də
budur. Quran Allahın kəlamı olub yaradılmamışdır. Necə yazılırsa
yazılsın, necə oxunursa oxunsun, səmada və ya yerdə olsun, istər
Lövhi Məhfuzda hifz edilsin, istər ilk məktəb uşaqlarının
lövhələrində yazılsın, istər daş üzərində və ya bir kağız üzərində
yazılsın, qəlblərdə hifz edilsin və ya dildə tələffüz edilsin (məxluq
deyil, Allahın kəlamıdır). Kim bundan qeyri sözlər söyləyərsə,
yerdə və ya səmada olsun bizim dillərimizlə oxuduğumuz,
mushaflarda yazdığımız Qurandan başqa bir quran olduğunu
iddia edər və qəlbi ilə buna etiqad edərsə, istər içində saxlasın,
istərsə də dili ilə bunu söyləsin əgər bunu din olaraq qəbul edərsə o
kimsə Allahı inkar edən bir kafirdir, qanı halaldır. Allahdan
uzaqdır, Allah da ondan uzaqdır. Çünki Allah buyurdu: “Bəli, bu
şanlı Qurandır. O, mühafizə edilən lövhədədir”. (əl-Buruc 21-22).
“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona
aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul
etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə
çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!”. (ət-Tövbə 9).
Beləliklə Uca Rəbbimiz bizlərə onun Lövhi Məhfuzda yazılı
olduğuna və Muhəmmədin - sallallahu aleyhi və səlləm – dilindən
eşitmiş olduğunu xəbər verir. Hər ikisi də eyni Qurandır.
Qiyamət günü möminlərin Rəbblərini görəcəkləri barəsində
doğru inanc və dinimizin bir vacibi olaraq Əhli Sünnə Vəl
Cəmaatın qəbul etdiyi Cənnət əhlinin Peyğəmbərin - sallallahu
aleyhi və səlləm – verdiyi səhih xəbərlərə görə Rəbblərini görəcəklər.
Hər bir şeyi təqdir edən və tədbir edən Allahdır. Onun iradəsi
olmadan heç bir şey olmaz, Onun məşiəti olmadan heç bir şey
meydana gəlməz. Yaratmaq da, əmr etmək də Onundur. İman –
söz və əməldir. Artar və əskilər
239
.
239
“Şərh Usuli Etiqadi” 2/206.
151
Əbu Bəkr İbn Əbu Davud
– rahmətullahi aleyhi –
Əbu Bəkr Abdullah İbn Əbu Davud Suleyman İbn Əşəs.
Hafizdir, Sicistanlıdır. “Sunnənin” müəllifi Əbu Davudun oğludur.
H. 230-cu ildə dünyana gəlmiş, H. 316-da dünyasını dəyişmişdir
240
.
İmam, hüccət, alim, hafiz. ŞəmsudDin Muhəmməd İbn Əhməd
İbn Osman əd-Dəməşqi əz-Zəhəbi “əl-Uluv” kitabında deyir ki:
Bizə Əhməd İbn AbdulHəmid xəbər verdi ki: Bizə Muhəmməd İbn
Qudamə 618-ci iləd bildirdi ki: Bizə Əlinin qızı Fatimə xəbər verdi
ki: Bizə Əli İbn Bəyan dedi ki: Bizə Huseyn İbn Əli ət-Tənahiri
xəbər verdi ki: Bizə Əbu Həfs İbn Şahin xəbər verdi ki: Əbu Bəkr
Abdullah İbn Suleyman bu qəsidəni söylədi:
Rahmən və Rahim olan Allahın adıyla,
Allahın ipinə sarıl və tabe ol hidayətə,
Bidətçi olma, çəkin ki, qurtulasan,
Allahın Kitabı ilə Allahın Rəsulundan gələn Sünnətə tabe ol!
Dinin olsun onlar qurtulur və qazanırsan.
Malikimizin sözü məxluq deyildir,
Çünki Allah dostlarının dindəki yolu bu idi və bunu bu cür dilə
gətirirdilər.
Quran barəsində heç bir zaman tərəddüt etmə,
Cəhmilərə uyanların söylədikləri kimi,
Quranın oxunması məxluqdur demə,
(Mənim Quranı tələffüzüm də məxluqdur demə),
De ki: Allah qullarına açıq-aydın görünəcəkdir,
Gizlənməyən on dördüncü ay kimi, hətta Rəbbin daha açıq
görünəcəkdir,
O, doğmamış, doğulmamış,
240
“Şəzərətuz Zəhəbi” 2/273.
152
Onun bənzəri də yoxdur. Ucadır, hər cür əskiklikdən
münəzzəhdir.
Cəhmi olan birisi bunu rədd edə bilər, lakin yanımızda
Söylədiklərimizi təsdiq edən açıq aydın hədis vardır.
Bunu Cərir, Muhəmmədin sözü olaraq rəvayət etmişdir.
Sən də onun dediyi kimi söylə ki, qurtulasan.
Yenə Cəhmi olan birisi Onun sağ əlini inkar edə bilər,
Lakin Onun hər iki əli də sağdır, ondan istədiyi kimi lütf edər.
Hər gecə Cabbar olan Allah enər,
Keyfiyyətsiz olaraq hər cür tərifə layiq olan, bir və tək olan
Allah Ucadır.
Dünya səmasına enər və lütfünü yayar.
Səmanın qapıları açılar.
Deyər ki: Yoxmu məğfirət diləyən, məğfirət edənlə qarşılaşır,
Xeyir, bağışlanma diləyən, ruzi istəyən yoxmu ona verilir,
Bunu hədisləri rədd olunmayan bir topluluq rəvayət etmişdir.
Diqqət et! Onları yalan sayan bir toplum xüsrana uğrayar və
çirkin bir iş edər.
Bütün səhabələr haqqında ən xeyirli sözü söylə, tənqid etmə,
eyib və qüsurlarını dilə gətirmə. Peyğəmbərin - sallallahu aleyhi və
səlləm – səhabələrini sevmək fərzdir, Onları tərif etmək yaxınlıq və
fərzdir.
Təqdir edilmiş Qədərə iman et!
Cahillik edərək Munkər və Nəkiri inkar etmə, Hovuzu da,
Mizanı da.
Qulu Musa - əleyhissəlam - ilə danışdığına,
O əzəldən bəri hər şeyi tədbir edən, hakimdir.
Onun kəlamı da, sözü də Əzəlidir və O böyük Ərşin
üzərindədir.
İman saleh əməllərlə artdığı kimi, kimi zaman asiliklərdən ötrü
əskilər.
Səhabələrin fəzilətlisi Sıddıqdır, Ondan sonra gözəl əxlaqlı
Ömərdir.
153
Bizə gələn səhih xəbərlərdən, insanlar arasında yayılanlardan,
Rəbbimiz heç şübhəsiz enər,
Hər gecə səmaya, hər hansı bir hədd və keyfiyyət olmadan,
O hər cür əskiklikdən munəzzəh, muqtədir və lətifdir.
Bizlər Onu gözlərimizlə görəcəyik,
Qiyamət günündə izdiham olmadan, Bulud olmayan havada on
dördüncü ayın görülməsi kimi,
Qəbrin qəbirdəkiləri sıxması da, Munkər və Nəkirin sorğu sual
etməsi də (haqdır),
De ki: Böyük Allah lütfüylə çıxardır,
Cəhənnəmdə yanaraq kömürə dönmüş bir qrup kimsələri,
Firdovsda olan çaya salınırlar və dirilirlər suyula,
Heç şübhəsin Allah Rəsulu Şəfaət edəcəkdir,
Qəbir əzabı da bir haqdır,
Namaz qılanlara kafir demə, asi olsalar belə,
Çünki hamısı da üsyan etmişdir, Ərşin sahibi əff edər.
Xariciləri görüşünə inanma, çünki bu görüşdə olan rəzil olub
həlak olar.
De ki: İman həm söz, həm də niyyətdir, Həm də əməldir.
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – sözüylə bu açıq ifadə
edilmişdir. Bəzən üsyanlar səbəbilə əskilər, bəzən də itaətlərlə
artar.
Allah Rəsulunun - sallallahu aleyhi və səlləm – sözü daha təmiz və
qəlbi daha çox rahat edər,
Bu qəsidə təvatür yolu ilə gəlmişdir. əl-Acurri – rahmətullahi
aleyhi – rəvayət etmiş və ona şərh də yazmışdır. İbn Batta “əl-
İbanə” əsrində rəvayət etmişdir. İbn Əbu Davud – rahmətullahi
aleyhi – dedi ki: “Bu mənim və atamın görüşüdür.
Müəllimlərimizin də görüşüdür. Görmədiyimiz elm əhlinin də
görüşü budur. Kim başqa şey söyləyərsə yalan söyləmişdir
241
.
241
Zəhəbi “Siyer” 18/81-83.
154
Nəsr əl-Məqdisi
– rahmətullahi aleyhi –
Əbul Fəth Nəsr İbn İbrahim İbn Nasr İbn İbrahim İbn Davud
Əbul Fəth əl-Məqdisi ən-Nablusi, zahid, Şam diyarında Şafiilərin
başı, bir çox əsərlərin müəllifirdir
242
.
Uca Allahın bir və tək olduğuna, ortağı və şəriki olmadığına,
Saməd olduğuna, doğmamış və doğulmamış, heç kimsənin Onun
bənzəri
də
olmadığına
inanmaqdır.
Aləmi
yaratmış,
Peyğəmbərləri, Rəsulları göndərmiş, kitabları nazil etmiş, qulları
üçün şəriətlər göndərmiş, onlara əmr və qadağalar qoymuşdur.
Onların hamısını (vaxtı çatdıqda) öldürər, sonra da Qiyamət günü
dirildər və nə etdiklərindən ötrü onları hesaba çəkər. Hər bir şeyin
qarşılığını onlara verir. Onun kitabları nə deyirsə haqq odur.
Rəsulları nəyi bildirdisə doğru da odur. Heç bir kimsənin Uca
Allahın əmrinə müxalif olmağı və əmrini aşması doğru deyildir.
Kitabında və Peyğəmbərinin - sallallahu aleyhi və səlləm – dili ilə
özünü necə vəsf etmişsə biz də Onu belə vəsf edər və bunda həddi
aşmarıq. Ona bir şeylər əlavə etməz, ağıllarımızla başqasını Ona
qiyas etmərik. Əksnə bu işi Ona həvalə edər və təslimiyyət
göstərərik. Xeyir əldə etmək üçün Ona təvəkkül edərik.
İman – söz, inanc və əməldir, itaətlə artar, asiliklə azalar.
Quran Əziz və Cəlil olan Allahın kəlamı vəhy və nazil etdiyi
kitabıdır. Yaradılmamışdır, nə cür oxunursa oxunsun, yazılırsa
yazılsın.
Xeyri və şərilə, şirini və acısıyla Qədər Allahdandır. O, qulların
bütün əməllərini təqdir edib hökmünə bağlamışdır. Onların
əməllərini yaratmadan öncə bunu etmişdir. Onlar da özləri üçün
etmələrini təqdir edib hökmünə bağladığı, yazdığ və etibar etdiyi
şeyləri edərlər. Bu Onun təqdirini aşmaz və Onun tərtibindən
242
“Şəzərətuz Zəhəbi” 3/395.
155
ayrılmaz. Onun elmindən kənarda qalmaz və hökmündən
ayrılmaz.
Bu ümmətin ən xeyirlisi Peyğəmbərdən - sallallahu aleyhi və
səlləm – sonra Əbu Bəkr əs-Sıddıq, sonra Ömr İbn əl-Xəttab, sonra
Osman İbn Əffan, sonra Əli İbn Əbu Talibdir – Allah onlardan razı
olsun -. Bunlar Peyğəmbərin - sallallahu aleyhi və səlləm – itaət
etmələrini əmr etdiyi və müxalif olmağı qadağan etdiyi Rəşidi və
hidayət Xəlifələridir.
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – Cənnətlik olduqlaına
şahidlik etdiyi on kişinin biz də Cənnətlik olduğuna şahidlik
edərik. Onlardan başqa haqlarında xəbər verildiyi və ya etdiyi hər
hansısa bir əməl, səbəbilə Cənnət vəd edilən kimsələr haqqında da
eyni sözü söyləyirik. Peyğəmbərin - sallallahu aleyhi və səlləm –
səhabələrinin hamısını Rəhmətlə yad edir, onların fəzilətlərini
yayarıq. Aralarında baş verən anlaşmasızlığı xırdalamadan tərk
edərik.
Uca Allah Ərşi üzərinə İstiva etmişdir. O, yaratdqlarından
ayrıdır. Əziz və Hakim olan Allah buyurdu: “Allahın hər şeyi elm
(Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə”. (ət-Talaq 12).
“(Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və
bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir
sayıb yazmışdır (təsbit etmişdir)!". (əl-Cinn 28). “Onun heç bir
bənzəri yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11). Uca Allah
Axirətdə görüləcəkdir. Möminlər onu gözləriylə görəcəklər.
Kafirlər isə onu görməkdən məhrum ediləcəklər.
Cənnət haqdır, Cəhənnəm haqdır. Hər ikisi də yaradılmışdır və
əbədiyyən yox olmazlar. Mizan haqdır, Peyğəmbərə - sallallahu
aleyhi və səlləm – ikram olaraq verilən hovuz haqdır, Şəfaət haqdır,
Tövhid əhli olan kimsələr Cəhənnəmdən çıxarılacaqlar. Orada
qəlbində imandan bir şey olan heç kimsə qalmayacaqdır. Qəbr
əzabı haqdır, Munkər və Nəkir haqdır, Kiramən Katibin haqdır,
böyük günah edən kimsələrin halı Allahın diləməsinə qalmışdır.
Qiblə əhlindən heç kimi hər hansı bir günahı səbəbilə təkfir
156
etmərik. Əksinə onların mömin olduqlarına, möminlərə aid
hökümlərlə hökm edərik. Batində olanlarını isə Allaha həvalə
edərik.
Həcc, ümrə, cuhad, cümə, namazla və bütün itaətlərin
müsəlmanların imamları ilə birlikdə Qiyamət gününə qədər yerinə
yetrilməsi görüşündəyik. Uca Allaha itaət olan xüsuslarda əmr
sahiblərinə itaət edər, əmirlərini dinləyərik.
Allah bizə də sizədə Onu razı salacaq şeyləri etməyə müvəffəq
etsin. Sevdiyi və razı qaldığı xüsuslarda bizə əməl etdirsin. Çünki
biz yalnız Onunla bunları edə bilər və Ona qaytarılacağıq.
AbdurRahman əl-Ammi, atasından, o da babasından, o da
Tabiindən qırx kişidən, onlar da Rəsulullahın - sallallahu aleyhi və
səlləm – səhabələrindən rəvayət edirlər ki, Peyğəmbər - sallallahu
aleyhi və səlləm – buyurdu: “Doqquz şey Sünnətdəndir, cəmaat
olmaq da bunları içərisindədir. Bunlardan kənara çıxan cəmaatdan
ayrılmışdır. Qiblə əhli olna kimsə haqqında küfr, şirk və
münafiqdir deyə şahidlik etmərik. Onların batinini Allaha həvalə
edin, qiblə əhlindən ölənin cənazəsini qılın. Beş vaxt namaz və
cümə namazlarını cəmaatla birlikdə qılın. Pis və ya yaxşı imamla
birlikdə bunları qılın. Hər Xəlifə ilə bərabər müşriklərlə cihad edin.
Sizin cihadınız sizin lehinizə, günahları da onların əleyhinədir.
İmamlara qarşı qılıncla çıxmayın. İstər zülm etsinlər, islah olmaları
üçün dua edin. Onlara bəd dua etməyin. Bütün bidətlərdən uzaq
olun, çünki onların əvvəlidə axırı da batildir”.
Xatib əl-Bağdadi
– rahmətullahi aleyhi –
Əbu Bəkr əl-Xatib Əhməd İbn Əli İbn Sabit İbn Əhməd İbn
Mehdi əl-Bağdadi. Hafiz, elm adamlarındandır. H. 392-ci ildə
Cumədəl Axir ayında dünyaya gəlmişdir. İbn Məhkul –
rahmətullahi aleyhi – dedi ki: “Daraqutnidən sonra Bağdadlılar onun
157
kimi elm adamı görməmişlər”. “Tarixi Bağdad” əsərinin
müəllifidir. H. 463-cü ildə dünyasını dəyişmişdir
243
.
Bizə Hafiz Əbul Fadl Muhəmməd İbn Nasr İbn Muhəmməd İbn
Əli əl-Bağdadi dedi ki: Bizə Əbu Huseyn əl-Mubarək İbn
AbdulCabbar İbn Əhməd əs-Sayrafi 494-cü ildə Şəvval ayında
xəbər verdi ki: Əbu Bəkr Əhməd İbn Əli İbn Sabit əl-Xatib xəbər
verdi ki: Bizə Əbu Mənsur Muhəmməd İbn İsa əl-Bəzzar xəbər
verdi ki: Bizə Saleh İbn Əhməd əl-Hafiz dedi ki: Mən Abdullah İbn
İshaq İbn Siyamerdə belə deyərkən dinlədim: Mərvəzi ilə Tasusda
qarşılaşdım. Ona Ey Əbu Bəkr dedim: Sən Əbu Abdullahın Quran
barəsində nə söylədiyini dinlədin: Bəli, o belə deyərkən dinlədim:
Quran Allahın kəlamı olub, məxluq deyildir. Hər kim Məxluqdur
deyərsə kafir olur”. Mən: “Bəs bu barədə heç bir şey söyləməyib
qərasız qalan kimsə haqqında nə eşitdin” dedim. O: “Belə birisi pix
insandır. Onun da Quranın yaradılmışdır görüşünə dəvət
edəcəyindən qorxulur”. Mən: “Ey Əbu Bəkr, Əbu Abdullahın Ləfz
haqqında nə dediyini dinlədinmi?” dedim. O: “Quran tələffüzünün
məxluq olduğunu söyləyən bir kimsə Cəhmidir”. Allahın İsim və
Sifətləri barəsində Sələfin izlədiyi yol onları qəbul etmək, onları
zahiri üzərə dəyərləndirmək, sifətlərin keyfiyyət və təşbihlərini
rədd etməkdir.
Əhməd İbn Muhəmməd Ət-Tahavi
- rahmətullahi aleyhi -
Əbu Cəfər Əhməd İbn Muhəmməd Sələmə İbn Sələmə İbn
Abdulməlik əl-Əzdi əl-Misri ət-Tahavi əl-Hənəfi. Hənəfi
məzhəbinin
dahilərindəndir.
Misirdə
Səid
bölgəsindəki
qəsəbələrdən Tahaya nisbət edilmişdir. H. 228-ci ildə (H. 239)
dünyaya gəlmişdir. Əsərlərindən Şərh əl-Məani əl-Asar, Şərhu
243
“Şəzərətuz Zəhəbi” 3/311-312.
158
Muşkilil Asar, Muxtəsər Tahavi, Əqidətul Təhaviyyə və s. H. 321-ci
ildə Zul Qədə ayında Bənul Əşas qəbristanlığında dəfn edilmişdir.
Rahman və Rəhim olan Allahın adıyla. Həmd aləmlərin Rəbbi
olan Allaha məxsusdur. Ən gözəl sonluq, hər bir pisliklərdən
çəkinən möminlərindir. Xeyir dualar, Pyğəmbərimiz Muhəmməd -
sallallahu aleyhi və səlləm – və onun bütün ailə əhlinin üzərinə olsun.
İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: “Bu kitab Əbu Hənifə
Numan İbn Sabit əl-Kufi, Əbu Yusuf Yaqub İbn İbrahim əl-Ənsari
və Əbu Abdullah Muhəmməd İbn Həsən əş-Şeybaninin
məzhəbinə: Aləmlərin Rəbbi Allaha olan imanları və yaşadıqları
etiqad əsaslarına uyğun olaraq Əhli Sünnə Vəl Cəmaatın etiqadını
açıqlamaqdan ibarətdir. Allahın bizi müvəffəqiyyətə çatdıracağına
qəti olaraq inanaraq deyirik ki: “Allah birdir və heç bir şəriki də
yoxdur. Oxşarı və bənzəri də yoxdur, Onu aciz edəcək də heç bir
şey yoxdur. Ondan başqa ibadətə layq haqq ilah yoxdur. Allah
başlanğıcı olmayan Qədim
244
və sonu olmayan şəkildə davamlıdır.
Allahın varlığı heç bir şəkildə son olmaz və yox olmaz. Ancaq
Onun dilədiyi olur. Qorxular və zənlər Ona aid edilməz.
Düşüncələr Onu idrak etməz. Allah heç ölməyəcək Həyy (Diri), heç
yatmayan Qayyumdur. Yaratdığı şeylərə ehtiyac olmadan yaradan
və yaratdıqlarının ruzisini çətinə düşmədən verəndir. Allah
qorxuya qapılmadan öldürən (Mumit) və heç bir gücə düşmədən
yenidən dirildəndir. Allah yaratdıqlarından öncə də sifətlərilə
244
Qidəm – qədim sözündəndir. Bəqa - əbədilikdir. Sələflər bu ismi qəbul eməmişlər. Çünki
Quranda dəlili yoxdur. Allah barəsində Xəbər formasında gəlmişdir. Əsməul Husnədən
deyildir. Allahın İsimi olan Əvvəl və Əxir vardır ki, bu daha gözədlir. Əzəli - Əbədi - əvvəli
olmayana deyilir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “...Allahım! Sən
Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən
Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumu
ödə və məni yoxsulluqdan qurtarıb zənginləşdir!”. İbn Məcə 3831, Tirmizi 3481, İbn Hibban
966, əl-Albani “Səhih”. Çünki Qədim köhnə oln bir şeyə də deyilir. “Nəhayət, o tədricən
dönüb xurma ağacının qurumuş (Urcunul Qadim) budağı kimi əyri olur”. (Yəsin 39) İkincinin
varlığı zamanına qədər qala bilər, yenisi ortaya çıxan kimi birincisinə qədim deyilir. “Onlar
bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər”. (əl-Əhqaf 11). Bu
söz ən çox kəlam əhli araında məşhur olan bir kəlimədir. Sələflər bu sözü işləməyiblər.
159
birlikdə Qədim idi. Allahın sifətlərindən, öncə yox ikən sonradan
məxluqatın xəlq edilməsilə var olan heç bir sifəti yoxdur. O,
sifətlərilə əzəli olduğu kimi eyni şəkildə bu sifətləri üzərə əbədidir.
Allah məxluqatı xəlq etdikən sonra Xaliq ismini, yoxdan var
etdikdən sonra Bəri ismini almamışdır. O, bundan əvvəl də Xaliq
və Bəri idi. Allah heç bir şeyə möhtac deyildir. Allahın heç bir
bənzəri yoxdur. O, Səmi və Bəsirdr. Hər şeyi haqqıyla eşidir və
görür. Allah məxluqatı əzəli elminə uyğun olaraq yaratmışdır.
Allah məxluqatın qədərini təyin etmiş, onlar üçün müsəyyən
ölçülər qoymuşdur. Məxluqatın əcəllərini də təyin etmişdir.
Yaradılmışlar yaradlmamışdan öncə etdikləri əməllərindən heç bir
şey Allaha gizli qalmamışdır. Allah məxluqatı yaratmamışdan öncə
onların etdikləri şeyləri bilir. Bununla bərabər Allah onların itaət
etmələrini və Ona qarşı günah (üsyan) etməkdən də qadağan etdi.
Hər şey Onun diləməsi ilə meydana gəlir. Allahın diləməsindən
başqa qulların heç bir iradəsi yoxdur. Allahın insanlar üçün
dilədiyi olur, diləmədiyi isə olmaz. Allah özündən bir fəzilət olaraq
dilədiyini doğru yola yönəldir, qoruyur və afiyət bəxş edər və yenə
də ədalətli olaraq dilədiyini yardımdan məhrum edər, imtahan
edər və azdırar. Bunların hamısı Allahın məşiəti (istəməsi)
altındadı. Allah ona zid və bənzər ola biləcək şeylərdən çox çox
Uca və Böyükdür. Allahın qəzasını rədd edə biləcək, hökmünü
təxira salacaq və əmrinə üstün gələn heç bir kimsə yoxdur. Biz
bunların hamısına iman etdik və hamısının Allah tərəfindən
olduğuna kəsinliklə iman etdik. Tövhiddə olduğu kimi deyirik ki:
Muhmməd Allahın seçdiyi qulu, nəbisi və razı olduğu Rəsuludur.
Muhəmməd Peyğəmbərlərin sonuncusu, Muttəqilərin imamı,
Peyğəmbərlərin lideri və aləmlərin Rəbbi olan Allahın Xəlilidir.
Onun Peyğəmbərliyindən sonra kim Peyğəmbərlik iddiası edərsə
sapıqlıq və nəfsə uymaqdır. Muhəmməd - sallallahu aleyhi və səlləm
– cinlərin və insanların hamısına göndərilmiş haqq və hidayət, nur
ilə gələn iki cahan Peyğəmbəridir. Quran Allahın kəlamıdır və
Ondan necəliyi bilnmədən söz olaraq çıxmış, Allahın bunu
160
Peyğəmbərinə vəhy olara endirmiş və möminlər də bu minvalla
təsdiq etmişlər və Quranın Allahın kəlamı olub Məcaz
245
olmadığına iman etmişlər. Kim Quranı dinləyib və dinlədiyi
Quranın insan sözü olduğunu iddia edərsə küfrə girmiş olar. Allah
bu cür iddia sahibini: “Mən onu Səqərə salacağam” (əl-Mudəssir
26). deyərək qınamış, ayıblamış və onu Cəhənnəmlə təhdid
etmişdir. Allah Quran üçün: “Bu, adi insan kəlamıdır!”. (əl-
Mudəssir 25) deyəni Cəhənnəm ilə təhdit edib o, kimsənin
Cəhənnəmlik olduğunu bildikdə biz başa düşürük ki, Quran
bəşərin yaradıcısının sözüdür və insan sözü Qurana əsla
245
Məcaz – İbn Qeyyim “Səvaqul Mursələ”, İbn Teymiyyə “İman”, “Məcaz” kitablarına bax.
Əbul Həşim əl-Cubbəi ilk olaraq məcazdan danışıb. Mötəzilə olub. Bütün bu bidətlər,
fəlsəfə, məntiq Abbasi Xəlifəsi əl-Məmunun dövründə Yunan fəlsəfə kitablarının ərəb dilinə
tərcümə edilməsi ilə başladı. Bu da Kəlam (məntiq) elminin yayılmasına, müsəlmanlar
arasın firqə və məzhəblərin yaranmasına səbəb oldu. Bu cəmaat məntiqə Quran və
Sünnədən daha çox üstünlük verirlər. Bu isə Peyğəmbərin və səhabələrin olduqları yola
ziddir. Bütün Sələf alimlər Kəlamdan insanları çəkindirmişlər.
Yunan fəlsəfə kitabları ərəb
dilinə tərcümə olunadan sonra kəlam elmi ilə bərabər ortaya Quranda Məcaz vardır deyilən
fikirlərdə ortaya çıxdı. Kəlam 2 qismdir: 1) Birinci qoyulan məna üçün - Həqiqət. 2) İkinci
qoyulan məna üçün isə - Məcaz deyiblər. Həmçinin ilk ağla gələn məna məs: İnsanın
ağzında Diş görüb və adını diş qoyublar, sonra da açarın dişlərini görüb adını yenə də Diş
qoyublar və deyiblər ki: İlk qoyduğumuz həqiqət, ikinci isə məcaz. Həmçinin vəhşi heyvan
üçün deyiblər Əsəd, sonra cəngavəri gördükdə ona da Əsəd deyiblər. Buna da məcaz
deyiblər. Bu iddianın heç bir əsası və dəlili yoxdur. Bunun əksini də iddi etmək olar Məs:
Birinci İnsana Əsəd deyiblər, sonra isə şirə Əsəd deyiblər. Bəziləri deyiblər ki: Quran və
Sünnədə yoxdur, lakin qramatikada var. Bəziləri deyiblər ki, heç birində yoxdur. İbn
Teymiyyə - rahmətullahi aleyhi - deyir ki: “Bütün cumhurun əksəriyətinin rəyidir ki, heç
birində yoxdur”. Hicrətin ilk 3 əsrində Heç bir qramatika aliminə rast gəlməzsən ki,
Məcazdan danışsınlar. Sibaveyh kimi qramatikanın atası bu barədə bilməyib? Məs: Allah
Qurani Kərimdə buyurur: “Kəddən soruş?”. Bu həqiqətdir məcaz deyil? Nə üçün? Ərəb
dilinin qrammatikasında olan cümlə üzvlərinə görə İrab (təhlil) etdikdə Lə İləhə İlləllah –
beş sözdən (kəlmədən) ibarətdir. Əslən isə Lə İləhə İlləllah – kəlməsi dörd kəlmədən
ibarətdir. Bəs Haqq – kəliməsinin ərəb dilində gizlədilməsinə səbəb nədir? Ərəb dilində (Lə
Nəfiyə Lil Cins - Babında) Xəbər (Haqq – kəliməsi) gizlədildikdə məna Ərəblərə aydın
olduğu üçün bu şəkildə söyləmək olar. Yalnız və yalnız Ərəb dili qrammatikasında söhbətin
nədən getdiyi aydın olduqda xəbər gizlədilir. Həm də bizim dilimizdə də var: “Kəndə xəbər
çatdır”, yəni kəndin əhlinə. Digər bir ayədə Allah buyurur: “Həblullah – Allahın ipi”. Onlar
ip dedikdə ağıllarına ilk gələn bizim gördüyümüz ipdir. Lakin, Vallahi ki, Allahın ipi vardır.
Quran və Sünnə, Lə İləhə İlləlah. Allah daha doğru bilir!
246
Müəllif bu mövzuda İmam Əbu
Hənifənin görüşünə tabe olmuşdur. Həqiqətdə isə insanlar imanda bir-birilərindən
fərqlidirlər.
161
bənzəməz. Kim Allahı insanda olan sifətlərlə vəsf edərsə küfrə
girər.
Cənnət əhlinin Möminlərin Allahı görməsi, Rəbbimizin
Quranda: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə
baxacaqdır!”. (əl-Qiyəmə 22-23). buyurduğu kimi əhatə və
keyfiyyət olmadan haqdır. Bu ayənin təfsiri Allahın murad etdiyi
və bildiyi şeydən ibarətdir. Peyğəmbərdən - sallallahu aleyhi və
səlləm – bu barədə varid olan səhih hədislər kimi. Bunların mənası
Peyğəmbər - sallallahu aleyhi və səlləm – bunlardan nə qəsd etdisə
ondan ibarətdir. Bu barədə görüşlərimizlə təvil edərək və zənn
edərək girmərik. Çünki dini məsələlərdə salamat olan kimsə Allah
və Rəsuluna təslim olan və bu məsələni daha yaxşı bilənə həvalə
edən kimsədir. İslamın varlığı ancaq təslimiyyət və itaət ilə
mümkün olur.
Merac səfəri haqdır, Peyğəmbərin - sallallahu aleyhi və səlləm –
gecə səfərinə ruhu və cəsədilə çıxmasıdır. Daha sonra Allahın
dilədiyi Uca məqamlara çıxarıldı. Allahın Peyğəmbərinə - sallallahu
aleyhi və səlləm – bir rahmət olaraq ikram etmiş olduğu Hovuz
haqdır. Ümməti Muhəmməd - sallallahu aleyhi və səlləm – üçün
hazırladığı şəfaət də hədislərdə deyildiyi kimi haqdır. Allahın
Adəmdən və zurriyətindən almış olduğu Misaq haqdır. Allah
əzəldən bəri Cənnətə və Cəhənnəmə girənlərin sayını bilir və elmi
ilə əhatə etmişdir. İnsanların edəcəkləri əməlləri də Allah əzəldən
bilir. Hər kəs özü üçün yaradılan işləri etməyə imkan verilir.
Əməllər isə son edilən əmələ görə dəyərləndirilir. Allah bir şeyi nə
üçün belə yaratdı deyə souşan kimsə kitabın hökmünü rədd etmiş
olardı. Kitabın hökmünü rədd edən isə artı kafirlərdən sayılır.
Lövhi Məhfuza, Qələmə və orada yazılanların hamısına iman
edərik. Məxluqatın hamısı bir yerə toplansalar belə Allahın Lövhi
Məhfuzda var olacağını yazdığı şeyin yox olması üçün çalışsalar
belə gücləri çatmaz. Yenə də Allahın var olmasını yazmadığı bir
şeyin olması üçün toplansalar belə müvəffəq olmazlar. Qiyamətə
qədər olacaq şeyləri qələm yazmışdır.
162
Allahın Quranda bəyan etmiş olduğu Ərş və Kursi haqdır. Uca
Allahın Ərşə və aşağı olan şeylərə ehtiyacı yoxdur. Allah İbrahimi -
əleyhissəlam - dost etdiyi kimi, Musa - əleyhissəlam - ilə danışdığına
da iman, təsdiq və təslimiyyət olaraq ifadə edərik. Mələklərə,
Peyğəmbərlərə və Peyğəmbərə nazil olan kitablara iman edərik.
Quran barəsində müadələ etmərik. Bilrik ki, Quran Aləmlərin
Rəbbinin kəlamıdır. Onu Ruhul Əmin olan Cəbrail - əleyhissəlam -
endirmiş və Peyğəmbərlərin seyyidinə Muhəmmədə - sallallahu
aleyhi və səlləm – öyrətmişdir. Əhli Qiblədən heç kimsəni günahı
halal saymadığı müddətdə təkfir etmərik. Möminlərdən saleh əməl
edən kimsələri Allahın əff etməsini və onları Rəhməti ilə Cənnətə
salmasını umarıq. Onlar haqqında əmin olmarıq və Cənnətə
girmələrinə şəhadət etmərik. Günah edənlərin əff edilməsini dilər,
onlara görə qorxar və ümüd edərik. Qul onu iman dairəsinə salan
şeyləri inkar etməklə imandan çıxar. İman – Allaha, mələklərinə,
kitablarına, peyğəmbər-lərinə, axirət gününə, öldükdən sonra
dirilməyə, Xeyir və şərin, acı və şirin hər bir şeyin Allahın qədəri
ilə olduğuna iman etməkdir. Biz bunların hamısına iman edər və
Allahın Peyğəmbərlərindən - sallallahu aleyhi və səlləm – heç birini
digərindən ayırd etmərik. Allahdan gətirdiyi şeyləri təsdiq edərik.
İman təkdir, iman edən kimsələr də imanın əslində bərabərdirlər
246
.
Əhli Qiblədən olan hər bir yaxşı kimsənin arxasında namaz
qılmağı və bunlardan ölənlərin cənazə namazını da qılmağı caiz
görərik. Əhli qiblədən heç kimsəni nə Cənnətə, nə də Cəhənnəmə
salmarıq. Onlardan şirk, küfr, nifaq kimi bir şey meydana
çıxmadığı müddətdə kafir olduqlarına, şirk qoşduqlarına və
münafiq olduqlarına şəhadət etmərik. Onların gizli qalan hallarını
Allaha buraxarıq. Üzərimizə təyin edilmiş idarəçilər zülm etsələr
belə onlara qarşı çıxıb üsyan etmərik. Onlara itaət etməkdən əl
çəkməz, günah etməyi əmr etmədikləri müddətdə onlara itaət
etməyi Uca Allaha itaət etmək kimi fərz bilərik. Onların islah
246
Müəllif bu mövzuda İmam Əbu Hənifənin görüşünə tabe olmuşdur. Həqiqətdə isə
insanlar imanda bir-birilərindən fərqlidirlər.
163
olmaları və düzəlmələri üçün dua edərik. Sünnətə və Əhli Sünnət
cəmaatına uyar, ayrılmaqdan, ixtilafdan və parçalanmaqdan
qaçarıq. Hədisdə deyildiyi kimi səfərdə və muqim ikən corablar
üzərinə məsh etmək caizdir.
Həcc və Cihad müsəlmanların imamlarından istər yaxşı, istər
facir olsun Qiyamətə qədər davamlı olaraq ediləcək iki fərzdir. Bu
iki fərz ibadətini heç bir şey ləğv etməz və qaldırmaz. Kiramən
Kətibin mələklərinə və Allahın onları üzərimizə qoruyucu və
etdiklərimizi yazan şərəfli varlılıqlar olaraq təyin etdiyinə iman
edərik. Bütün canlıların ruhlarını almaqla görəvli olan ölüm
mələyinə iman edərik. Qəbr əzabına, qəbirdə ölüyə Munkər və
Nəkir mələklərinin Rəbbindən, Dinindən və Peyğəmbərindən sual
vermələrinə iman edərik. Qəbr ya Cənnət baxçalarından bir baxça,
ya da Cəhənnəm çüxurlarından bir çüxurdu. Öldükdən sonra
dirilməyə, Qiyamət günü əməllərin qarşılığının veriləcəyinə, əməl
dəftərlərinin oxunmasına, savaba, əzaba, Sırata və Mizana iman
edərik. Cənnət və Cəhənnəm yaradılmış olub əbədiyyən yox
olmaz. Allah Cənnət və Cəhənnəmi məxluqatdan öncə yaratmışdır.
Bu ikisinə girəcək olanları da yaratmışdır. Beləki bu kimsələrdən
dilədiyini fəzilətilə Cənnətə salar, dilədiyini də ədalətilə
Cəhənnəmə salar. İnsanlar da onlar üçün təqdir edilmiş Cənnət və
ya Cəhənnəmi haqq edəcək əməlləri edərlər. Allah qulları ancaq
gücü çata biləcək şeylərdən məsul tutar. Onlar da Allahın onları
müqtədir etdiyi şeylərə gücləri çatır. Bu da Lə Həulə Vələ Quvvətə
İllə Billəh – sözünün təfsiridir. O hər cür pislik və zülmdən
uzaqdır. Hər cür ayıb və qüsurdan uzaqdır. Allah etdiklərindən
soruşulmaz, qulları isə etdiklərində məsuldurlar. Kim Allahdan bir
an belə mustəğni qalacaq olarsa küfrə girər və xüsrana uğrayar.
Allah həm qəzəb edər həm də razı qalır. Onun qəzəbi və rızası
insanların qəzəb və razılığına bənzəməz.
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – səhabələrini sevər,
onlardan heç birindən uzaqlaşmaz və sevgidə həddi aşmarıq.
Onlara nifrət edənlərə, ağız əyənlərə biz də nifrət edərik. Biz
164
səhabələri yalnız xeyirlə yad edərik. Onları sevmək din, iman və
səmimiyyətdir. Onlara nifrət isə küfr, nifaq və azğınlıqdır. Allah
Rəsulundan - sallallahu aleyhi və səlləm – sonra Ümməti
Muhəmmədin ən fəzilətlisi və öndə olanı Əbu Bəkr, sonra Ömər,
sonra Osman. Sonra da Əlidir – Allah onlardan razı olsun -. Bunlar
Rəşidi Xəlifələri və insanları hidayətə yönəldən imamlardır.
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – Cənnətlik dediyi və
müjdələdiyi on kişinin Rəsulullahın - sallallahu aleyhi və səlləm –
şəhadəti üzərində Cənnətə girəcəklərinə şahidlik edərik. Bu barədə
Peyğəmbərin - sallallahu aleyhi və səlləm – sözü haqdır. Bu on kişi:
Əbu Bəkr, Ömər, Osman, Əli. Təlhə, Zubeyr, Sad, Səid,
AbdurRahman İbn Auf, Əbu Ubeydə İbn Cərrahdır – Allah
onlardan razı olsun -. O, bu ümmətin əminidir. Səhabə, Tabiin və
onlardan sonra gələn xeyir və əsər sahibləri olan Sələf alimləri də
yalnız xeyirlə yad edilir. Kim onları pisliklə yad edərsə doğru
yoldan çıxmış olar. Övliya qullarını heç bir Peyğəmbərdən – Allah
onlardan razı olsun - üstün tutmarıq. Bizə görə bir Peyğəmbər –
Allah onlardan razı olsun - bütün vəlilərdən üstündür. Dəccəlin
çıxması, İsanın - əleyhissəlam - göydən enməsinə iman edər və
Qiyamət əlaməti olaraq günəşin batdığı yerdən çıxacağına və
Dəbbətul Ardın çıxmasına iman edərik. Allahdan İslam üzərində
davamlı qalmağımızı və son nəfəsimizi İslam ilə yaşamağımızı
diləyir, batil istəklərdən, səhf fikirlərdən, Müşəbbihə, Mutəzilə,
Cəhmiyyə, Qədəriyyə saparaq Əhli Sünnə Vəl Cəmaatdan
uzaqlaşmaqdan Allaha sığınırıq. Biz onlardan uzağıq, onlar bizə
görə sapıqdırlar”
247
.
Dostları ilə paylaş: |