Mömin Günahlarına Görə Cəzalandırıla Bilər
Əbu Hənifə: “Mömin imanı səbəbilə Cənnətə girən, etdiyi
günahına görə Cəhənnəmdə əzab görə bilər” dedi.
Əbu Muti: “Əgər özünün Cəhənnəm əhli olduğunu söyləyərsə”
dedim. O: “Yalan söyləmişdir, onun bu haqda biliyi yoxdur (çünki
qeybi olan bir şeydir). Heç şübhəsiz ki, o Allahın rəhmətindən
ümüd kəsmişdir. Mömin bir kimsənin həqiqi mömin olduğunu
39
deməsi lazımdır. Çünki o, imanında şübhə etməyəndir. Mən:
“Onun imanı mələklərin imanı kimi olurmu? Deyə soruşdum. O:
“Bəli” dedi
37
. Mən: “Əməldə qüsur etsədə belə həqiqi
mömindirmi?” deyə soruşdum. O: “Mənə Hərisənin hədisini
danışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm - ona: “Necə
sabahladın?” deyə buyurdu. O, da: “Həqiqi mömin olaraq
sabahladım” dedi. Peyğəmbər: “Söylədiyinə diqqət et, çünki hər
haqqın bir həqiqəti vardır, sənin imanının həqiqəti nədir?” deyə
buyurdu. Hərisə: “Bu dünyadan vaz keçdim, gündüzlərim susuz,
gecələrimi isə yuxusuz qaldım. Mən sanki Rəbbimin Ərşinə
baxıram, sanki Cənnətdə bir-birilərini ziyarət edən Cənnət əhlini
görürəm, sanki Cəhənnəmdə toplanan insanları görürəm”.
Peyğəmbər: “Haqqa icabət etdin, davam et! Haqqa icabət etdin,
davam et” dedi və sonra: “Kim Allahın qəlbini nurlandırdığı
kimsəyə baxmaq istəyərsə Hərisəyə baxsın” deyə buyurdu. Hərisə:
“Ey Allahın Rəsulu! Mənə şəhid olmağım üçün dua et!” dedi.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - onun üçün dua etdi və
sonda Hərisə şəhid oldu”
38
.
Kafirlər Haqqı Gördükləri Zaman İman Edəcəklər
Əbu Muti: “Bəzilərinə nə olur ki, Mömin atəşə girməz deyirlər?
Deyə soruşdum. Əbu Hənifə: “Cəhənnəmə girən hər bir kəs iman
etmişlərdir” dedi. Mən: “Kafir nəcə?” dedim. O: “Onlar da o, Günü
iman edərlər” dedi. Mən: “Bu necə olur?” dedim. O: “Onlar
əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik,
(Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik! Amma
əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz
37
Əsl olan bu kitab zəif bir ravi tərəfindən rəvayət edildiyi üçün etimad edilməz. Bu Hənəfi
məzhəbinin etiqadıdır ki, Əhli Sünnətə, Sələflərin etiqadına ziddir. Ağla sığan bir şey deyil
ki, fasiqin, günahkarın imanı mələklərin imanı kimi olsun. Onlar deyirlər ki: “İmanın əslində
onlar eynidirlər”. Mümkün deyil ki, iki kimsənin imanı eyni olsun.
38
Hədis Zəifdir.
40
bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə
(qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab
gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə
gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca
ziyana uğradılar (məhv oldular)”. (əl-Mumin 84-85). Əbu Hənifə:
“Kim haqsız yerə bir cana qəsd edərsə, oğurluq edərsə, quldurluq
edərsə, fasiqlik edər və ya günah işlərsə, zina edərsə, içki içərsə bu
kimsə günahkar mömindir, kafir deyildir. Bu halda onlar
etdiklərindən dolayı Cəhənnəmdə əzaba məruz qalırlar, lakin
imanları səbəbilə Cəhənnəmdən çıxarılırlar. İman edilməsi lazım
olan hər bir şeyə iman edən, lakin İsa və Musa - əleyhimussəlam -
peyğəmbərdimi, peyğəmbər deyilmi? deyən kimsə kafir olur.
Həmçinin kafir Cənnətəmi, yoxsa Cəhənnəməmi gedər bilmirəm
deyən kimsə də: “Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə
onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də
əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq”. (Fatir
36). “İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları)
altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur
(uğurdur)!”. (əl-Buruc 11). “...Şübhəsiz ki, Allahın ayələrini inkar
edənlər üçün şiddətli bir əzab vardır...”. (Ali İmran 4). Ayələrinə
görə kafir olur. Əbu Hənifə: “Səid İbn Museyyibdən mənə
çatdığına görə kafirləri haqq etdikləri Cəhənnəmə aid etməyən özü
də onlar kimidir”. Əbu Muti: “İman edən, fəqət namaz qılmayan,
oruc tutmayan, bu əməllərin heç birini etməyən kimsəni iman
qurtarırmı?” deyə soruşdum. Əbu Hənifə: “Onun işi Allahın
diləməsinə bağlıdır. Dilərsə əzab edər, dilərsə rəhm edər. Allahın
kitabından hər hansı bir şeyi inkar etməyən kimsə mömindir. Mənə
elm əhlindən birinin xəbər verdiyinə görə Muaz İbn Cəbəl –
radıyallahu anhu - Hums şəhərinə gəldiyi zaman insanlar onun
ətrafında toplandılar. Bir gənc ona: “Namaz qılan, oruc tutan, Beyti
həcc edən, Allah yolunda cihad edən, kölə azad edən, zəkatı verən
və lakin Allah və Rəsulundan şübhə edən kimsə barəində sözün
nədir?” deyə soruşdu. Muaz: “Onun üçün atəş vardır” dedi. Gənc:
41
“Namaz qılmayan, oruc tutmayan, Beyti Həcc etməyən, zəkatını
verməyən lakin Allah və Rəsuluna inanan kimsə necə?” dedi.
Muaz: “Onun üçün Allahdan əff edildiyini ümüd edər, əzaba
uğramasından da qorxarıq” dedi. Bunun üzərinə gənc: “Ey
AbdurRahmanın atası! Şübhə ilə yanaşı əməl fayda vermədiyi
kimi, iman ilə bərabər hər hansı bir (günah) da zərər verməz” dedi
və getdi
39
. Muaz: “Bu bölgədə bu gəncdən biliklisi yox” dedi
40
.
Cəmaata Qarşı Çıxan Dəstə
Əbu Hənifə: “Həddi aşan tayfa ilə küfrlərindən dolayı deyil,
həddi aşdıqları üçün döyüşün. Sultan zalım olsa da belə adil zümrə
ilə bərabər ol! Lakin həddi aşanlarla bərabər olma. Cəmaat
əhlindən fasiq və zalımlar olsa da belə onların içində sənə yardımçı
olacaq saleh insanlar da vardır. Əgər cəmaatı təşkil edənlərin çoxu
zalım və həddi aşanlar olarlarsa onlardan ayrıl. Çünki Allah:
“Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində
qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər:
“Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer
üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın
torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər.
Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!”. (ən-
Nisa 97). “Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim
genişdir. Elə isə yalnız Mənə ibadət edin”. (əl-Ənkəbut 56)
buyurur. Əbu Hənifə: “Bizə Həmməd, o da İbrahimdən, o da İbn
Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu
39
Bu həddi aşan Murciyə əqidəsində olanların etiqadıdır. Murciyə əqidəsinə görə İman –
qəlb ilə təsdiq, dil ilə söyləməkdir. Əməllər imandan deyildir. Yəni insanın əməl etməməsi
onun imanına təsir etməz. İmanın əslində onlar mələklərin imanı kimidir. Nə Muaz İbn
Cəbəl, nə də Əbu Hənifə bu sözləri deyə bilməz. Onlar bu şeylərdən uzaqdırlar. Çünki
bundan öncəki başlıqda İmam özü dedi ki: Əbu Hənifə: “Mömin imanı səbəbilə Cənnətə
girən, etdiyi günahına görə Cəhənnəmdə əzab da görə bilər” dedi. Ola bilməz ki, burada
onun əksi deyilsin. Çünki Əbu Muti özü Murciyə əqidəsində idi.
40
Zəif.
42
aleyhi və səlləm - buyurdu: “Əgər bir yerdə günahlar zühr edib onu
dəyişdirməyə gücün çatmazsa oradan başqa yerə get və Rəbbinə
ibadət et!”. Mənə elm əhlindən birinin Peyğəmbərin – sallallahu
aleyhi və səlləm - səhabələrindən birinin verdiyi xəbərə görə
Peyğəmbər: “Fitnədən qorxaraq o yeri tərk edib fitnə olmayan
əmin bir yerə gedən kimsə üçün Allah yetmiş siddiq əcri yazar”.
Allahın Ucalığının İsbatı
Əbu Hənifə: “Bilmirəm Rəbbim səmadadır, yoxsa yerdədir?”
deyən kimsə kafir olur. Həmçinin Allah Ərşin üzərindədir, lakin
bilmirəm Ərş səmadadır, yoxsa Əbu Hənifə – rahmətullahi aleyhi -
dən: “Mən Rəbbimin səmada, yoxsa yerdə olduğunu bilmirəm
deyən kimsə kafir olur. Allah Ərşin üzərindədir dediyi halda,
bilmirəm Ərş səmadadır, yoxsa yerdədir” desə? Yenə o, kimsə
kafirdir. Allaha dua edərkən yuxarıya yönəlinir, aşağıya deyil.
Çünki aşağını Uluhiyyət və Rububiyyət ilə heç bir əlaqəsi yoxur.
Necə ki, hədisdə rəvayət edildiyi kimi: “Bir adam Peyğəmbərin
yanına qara dərili bir cariyə gətirir və mənim üzərimə mömin bir
kölə azad etmək vacib olmuşdu. Mən onu azad edə bilərəmmi?
Allah Rəsulu – sallallahu aleyhi və səlləm - buyurdu: «Cariyəni
yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – sallallahu aleyhi və
səlləm - buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah
– sallallahu aleyhi və səlləm - buyurdu: «Əynəallah – Allah
haradadır?». Cariyə əli ilə səmaya doğru işarə etdi. Peyəmbər: “Bu
cariyə möminədir, onu azad et” deyə buyurdu
41
.
41
Müslimdə hədis bu ləfzlə keçir: Müaviyə İbn əl-Həkəm əs-Sələmi – radıyallahu anhu –
rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün canavar qoyunlardan
birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də vurdum. Peşmançılıq çəkdim
və hadisəni Rəsulullah – sallallahu aleyhi və səlləm - ə danışdım. Allah Rəsulu buyurdu:
«Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu:
«Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu:
«Əynəallah – Allah haradadır?». Səma üzərində. Bəs mən kiməm? Cariyə: «Sən Allahın
Rəsulu». Müslim 537.
43
Qəbr Zabının Olmasının İsbatı
Əbu Hənifə: “Qəbr əzabının olduğuna inanmıram (yoxdur)”
deyən kimsə həlaka uğrayan Cəhmidir. Çünki o Allahın: “Onlara
iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə)
isə ən böyük əzaba uğrayacaqlar”. (ət-Tövbə 101) ayəsində qəbr
əzabı qəsd olunmalıdır. “Şübhəsiz ki, zalımları (kafirləri) hələ
bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin
onların əksəriyyəti (bunu) bilməz!”. (ət-Tur 47). Yəni qəbr əzabı
olan ayələri inkar etmiş olar. Əgər: Mən ayəyə inanıram, lakin
Təfsir və Təvilinə inanmıram” deyərsə kafir olar. Çünki Quranda
elə ayələr vardır ki, onlar özləri təfsirdirlər (açıq-aydındırlar). Əgər
bunu inkar edərsə kafir olar. Mənə bir nəfər Mihləl İbn Amrdan, o
da İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm - buyurdu: “Mənim ümmətimin ən şərliləri
mən atəşdə deyil Cənnətdə olacağam deyənlərdir”.
Allahın Adından And İçməyin Qadağan
Olunması
Əbu Zubyan – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm - buyurdu: “Ümmətimdən Mutəalli
olanların vay halına”. Biz: “Mutəalli olanlar kimdir?”. Peyğəmbər:
“Onlar filan kimsə Cənnətdə, filan kimsə də Cəhənnəmdədir dey
and içənlərdir” deyə buyurdu. Mənə Nəfi, o da İbn Ömər –
radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm - buyurdu: “Allah Qiyamət günü hökm edənə qədər
ümmətimin Cənnətdə və ya Cəhənnəmdə olduğunu söyləməyin”.
Mənə Əban, O da Həsən – radıyallahu anhu - rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm - Rəbbindən buyurdu:
“Qiyamət günün qullarımın arasında hökm edib yerlərinə (Cənnət
44
və Cəhənnəmə) göndərmədən siz onları Cənnət və Cəhənnəmə
göndərməyin”.
Əbu Muti: “Mənə qatildən və onun arxasında qılınan namazdan
bəhs et!” dedim.
Əbu Hənifə: “Hər bir təqva əhli və günahkar bir kimsənin
arxasında namaz qılmaq caizdir. Sənin əcrin sənə, onun günahı da
özünə aiddir (bu həmçinin cənazə namazının qılınmasına da
aiddir)”. Mən: “Mənə İnsanlara qılıncı ilə qarşı çıxan, onlarla
döyüşən və onlardan bir çox şeyləri qəsb edən kimsələrdən danış”
dedim. O: “Onlar bir neçə zümrədirlər, hamısı da Cəhənnəmdədir”
dedi. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm - buyurdu: “Yəhudilər yetmiş iki firqəyə
ayrıldılar, mənim ümmətim də yetmiş üç firqəyə ayrılacaqdır.
Böyük bir cəmaatdan başqa
42
hamısı atəşdədir”. Mənə Həmməd, o
da İbrahimdən, o da İbn Məsuddan – radıyallahu anhu - rəvayət edir
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Kim İslama
qarşı cinayət edərsə həlak olar, bidət çıxaran sapıqlığa düşər.
Sapıqlığa düşən də Cəhənnəmdədir”. Bizə Meymun, o da İbn
Abbasdan – radıyallahu anhu - rəvayət edir ki, bir nəfər
Peyğəmbərin – sallallahu aleyhi və səlləm - yanına gələrək: “Ey
Allahın Rəsulu! Məni öyrət” dedi. Peyğəmbər – sallallahu aleyhi və
səlləm - üç dəfə: “Get Quran öyrən” deyə buyurdu. Dördüncü dəfə:
“Haqq sevdiyin kimsədən gəlsə, Sevmədiyin birisindən də gəlsə
qəbul et! Quranı öyrən, onun yönəldiyi tərəfə yönəl” deyə
buyurdu. Bizə Həmməd, O da İbrahimdən, o da İbn Məsuddan –
radıyallahu anhu - rəvayət edir ki: “Şübhəsiz ki, ən şərli şeylər
sonradan ortaya çıxarılanlardır. Sonradan ortaya çıxarılan şey
bidət, hər bidət zəlalət, hər bir zəlalətdə Cəhənnəmdədir”. Allah
buyurur: “Ona günahları və Allahdan qorxmağı təlqin edənə!”. (əş-
42
İbn Ömər - radıyallahu anhu – nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında
soruşdular. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar mənim və səhabələrimin
yolu ilə gedənlərdir». Başqa rəvayətdə: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «O,
da cəmaatdır». Tirmizi, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1348, İmam Əhməd «Musnəd»
4/102, əl-Albani «Ziləlul Cənnə», əl-Albani «Səhih Tirmizi» 2/333.
45
Şəms 8). Allah Musaya - əleyhissəlam - buyurdu: "(Allah: ) “Səndən
sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı
(buzova sitayiş etdilər)” - deyə buyurdu". (Ta ha 85).
Günah Edən Kimsənin Kafir Olduğu İddiasının
Rəddi
Əbu Muti: “Əgər bi kimsə - Günah edən kimsə kafirdir”
deyərsə, onun sözünü boşa çıxaracaq dəlil nədir?” deyə soruşdum.
Əbu Hənifə ona Allahın ayəsi ilə cavab verilir: “Zün-Nunu
(balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi
aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş
gəlməyən
bu
səbirsizliyinə
görə)
onu
möhnətə
düçar
etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini)
güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında;
gecənin, yaxud dənizin zülmətində): “Səndən başqa ibadətə layiq
heç bir ilahı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən,
zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm
eləmişəm)”,-deyib dua etmişdi". (əl-Ənbiya 87). Yunus -
əleyhissəlam - özünə zülm etsədə mömin idi, kafir və münafiq
deyildir. Yusufun - əleyhissəlam - qardaşları: “(Oğlanları ona: )
“Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz,
doğrudan da, günahkar olmuşuq!” dedilər". (Yusuf 97) dedilər. Bu
hallarıyla onlar günahkardılar, lakin kafir deyildilər. Uca Allah
Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm - haqqında:
“Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını
bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz
yola müvəffəq edəcəkdir!”. (əl-Fəth 2) günahlarını demiş, küfrünü
deməmişdir. Musa - əleyhissəlam - Qibtini öldürməsiylə günah
etmiş, lakin kafir deyildir. Əgər bir kimsə: “Mən İnşəallah
möminəm” deyərsə: “Doğrudan da, Allah və Onun mələkləri
Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona
xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab 56).
46
Əgər möminsənsə salavat gətir, əgər mömin deyilsənsə salavat
gətirmə” deyilir. Allah: “Ey iman gətirənlər! Cümə günü namaza
çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın.
Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”. (Cumə 9). Muaz –
radıyallahu anhu - dedi: “Bir kimsənin Allah haqqında şübhə etməsi
onun bütün yaxşılıqlarını puç edər. Allaha iman etdiyi halda
günah edən kimsənin əff edilməsi umulur, əzab görməsindən də
qorxulur”. Ondan: “Şübhə yaxşılıqları sildiyi kimi, iman etmək də
pislikləri daha çox silər” dedi. Muaz: “Vallahi, bu kimsədən daha
çox heyrət ediləcək bir kimsə görmədim” dedi. Ondan “Sən
müsəlmansan?” deyə soruşdu. O: “Bilmirəm” dedi. O, kimsəyə:
“Bilmirəm – sözün haqqamı, yoxsa yalanamı aiddir” deyə soruşdu.
O: “Haqqa” deyərsə, ondan: “Dünyada doğru olan bir şey Axirətdə
doğru deyilmi?”. Əgər o: “Bəli” deyərsə. Ondan: “Qəbr əzabına,
sorğu-suala, Xeyir və şərin Allahdan olmasına iman edirsənmi?”
deyə soruş. Əgər o: “Bəli” deyərsə, ondan: “Sən möminsən?” deyə
soruş. O yenə də: “Bilmirəm” deyərsə, o zaman: “Bilmədin,
anlamadın, qurtulmadın” de.
Əbu Muti: Əgər bir kimsə: “Cənnət və Cəhənnəm yaradılmış
deyildir” deyərsə? deyə soruşdum.
Əbu Hənifə: “Onlar şeydir, yoxsa şey deyildir” deyə soruş.
Çünki Allah Quranda: “Allah hər şeyin xaliqidir. O, hər şeyə
vəkildir!”. (əz-Zumər 62). “Şübhəsiz ki, Biz hər şeyi müəyyən
ölçüdə (lazım olduğu qədər) yaratdıq”. (əl-Qəmər 49). “Onlar (ölən
gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə)
odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon
əhlini ən şiddətli əzaba salın!”. (əl-Mumin 46). Buyurur. Mən: Əgər
o: “Cənnət və Cəhənnəm Fanidi (bir gün yox olacaqlar)” deyə
soruşarsa”. Əbu Hənifə: “Allah Quranda Cənnət nemətlərini:
“Tükənməz və qadağan edilməyən meyvələr içində”. (əl-Vaqiə 33).
Olaraq vəsf etmişdir. Cənnət və Cəhənnəmliklər öz yerlərinə
girdikdən sonra Cənnət və Cəhənnəm yox olacaqdır deyən kimsə
orada əbədi qalmağı inkar etdiyi üçün kafir olur”.
47
Allahın İsim Və Sifətləri
Əbu Hənifə: “Allah məxluqatının sifətləri ilə vəsf edilməz. Onun
qəzəbi və rızası keyfiyyəti bilinməyən sifətlərindəndir. Bu Əhli
Sünnə vəl Cəmaatın görüşüdür. O, (Allah) qəzəb də edər və Razı
da olur. Onun qəzəbi cəzalandırması, rizası da mükafatlandırması
kimi deyilməz. Biz Onu özünü vəsf etdiyi kimi vəsf edərik. O,
birdir. Heç bir şeyə möhtac deyildir, doğmamış və doğulmamışdır,
heç bir tayı, bərabəri (şəriki) də yoxdur. Həyy, Qayyum, Qadir,
Səmiun, Bəsir, Alim. Onun əli onların əlləri üzərindədir. Lakin
qulların əlləri kimi bir üzv deyildir. O, əllərin yaradıcısıdır. Onun
üzü yaratdıqlarının üzü kimi deyildir. O, bütün üzlərin
yaradıcısıdır. Onun nəfsi yaratdıqlarının nəfsi kimi deyildir. Bütün
nəfslərin yaradıcısı Odur. “…Onun heç bir bənzəri yoxdur. O,
Eşidəndir, Görəndir”. (əş-Şura 11).
Əbu Muti: “Əgər Allah haradadır?” deyə soruşularsa.
Əbu Hənifə: “Maxluqatdan heç kim, (heç nə) yoxkən, məkan
yoxkən, “Harada” məfhumu yoxkən Allah vardı. O, hər şeyin
yaradıcısıdır” deyə cavab ver
43
. Əgər: “Diləyən, diləmiş olduğu
şeyi nə ilə dilədi?” deyilərsə. Ona: “Sifətlə” de. O, qüdrətilə Qadir,
elmi ilə Alim, mülkü ilə Malikdir. Əgər: “Məşiətləmi dilədi,
məşiətlə təqdir edilib, elmləmi dilədi?” deyə soruşarsa. Ona: “Bəli”
deyə cavab ver. İmamın sözləri deyil. Çünki Sələflər belə
etməzdilər.
43
Bu sözlərdən görünür ki, bu cavab İmam Əbu Hənifənin – rahmətullahi aleyhi - cavabı və
sözləri deyil. Əbu Mutinin öz sözləridir. Çünki bu kitabda bir az öncəki fəsildə İmam: “Mən
bilmirəm Allah yerdədir. Yoxsa göydədir” deyən kimsənin kafir olduğunu söyləmişdir. Və
Orada Peyğəmbər – sallallahu aleyhi və səlləm - cariyəyə: Allah haradadır? Hədisini də dəlil
olaraq gətirir ki, Cariyənin cavabı onun möminə olmasına dəlil idi. Hətta biz bu sözləri
İmama nisbət etsəkdə belə burada Allah hər yerdədir deyənlər, Allah barəsində Allah
haradadır? Soruşmaq olmaz deyənlər üçün heç bir dəlil yoxdur. Ümumiyyətlə Məkan – sözü
Sələflərdən heç kəs işlətməyib. Allah haradadır? Soruşulduqda, cavab olaraq: Səmadadır –
deyərdilər. . Əgər siz Məkan deməklə Allahın məxluqatı ilə bərabər olmadığını qəsd
edirsinizsə biz də onu deyirik ki, Allah münəzzəhdir. Yox, əgər məkan deməklə Allahın
harada olduğunu inkar edirsinizsə biz deyirik: Allah Səmadadır.
|