Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15073
1   ...   11   12   13   14   15   16   17   18   19

İmam Suyuti 
rahmətullahi aleyhi 
 
AbdurRahman  İbn  Əbu  Bəkr  İbn  Muhəmməd  İbn  Cəlaluddin 
İbn  Fəhr  Osman  İbn  Nazuriddin  Muhəmməd  İbn  Seyfəddin  Həd 
İbn  Nəcməddin  Əbussalah  İbn  Nasıruddin  Muhəmməd  İbn  Şeyh 
Humamuddin  İbn  əl-Hudayrdır.  Bağdadın  Hudayriyyə  adındakı 
məhəlləsinə  nisbət  edilmişdir.  H.  849/1145-cu  ildə  Rəcəb  ayında 
Misrin  Asyutta  şəhərində  dünyaya  gəlmişdir.  Yetim  olaraq 
böyümüş.  8 yaşında ikən  Quranı hifz  etmiş.  Sonralar  isə  Umdeyi, 
Minhəcul  Fiqhi,  Minhəcul  Usulu,  İmam  Məlikin  “Əlfiyyəsini” 

 
189 
əzbərləmişdir.  Elm  öyrənmək  üçün  Şama,  Hicaza,  Yəmənə, 
Məğribə  və  Sudana  səfərlər  etmişdir.  Görkəmli  ədib,  tarixçi  və 
hafizlərdən  biridir.  Ensiklopedik  biliyə  malik  olmuş  bu  alim  irili-
xırdalı  minə  yaxın  kitab  yazmışdır.  Qahirədə  yetim  böyümüş  və 
elə orada da elm öyrənməyə başlamışdır. Kitablarının əksəriyyətini 
qırx yaşına çatdıqdan sonra insanlardan uzaqlaşaraq yazmışdır. H. 
911/1505-ci  il  Cumədəl  Ula  ayının  19  cümə  gecəsi  dünyasını 
dəyişmişdir. "əl-Əlam" cild 3, səh. 302.  
 
Şeyx AbdurRahman Əs-Sədi 
rahmətullahi aleyhi 
 
Əbu Abdullah AbdurRahman İbn Nəsir İbn Abdullah İbn Nəsir 
əl-Sədi.  Təmim  nəslindəndir.  H.  1307-ci  il  Məhərrəm  ayının  12 
Unayza  şəhərində  dünyaya  gəlmişdir.  Gənc  yaşlarında  ikən 
valideyinlərini  itirən  Sədi  yetim  böyüyür.  Müəllimlərindən 
İbrahim  İbn  Xamad  İbn  Casir,  Muhəmməd  İbn  AbdulKərim  əş-
Şibal, Şeyx Saleh İbn Osman və s. Tələbələrindən iki dahi şəxsiyyət 
Şeyx Useymin və Şeyx İbn Bazz – rahmətullahi aleyhi -. H. 1376-cı il 
69 yaşında dünyasını dəyişir.  
 
İbn Teymiyyə 
rahmətullahi aleyhi -  
 
AbdulHəlim  İbn  AbdusSalam  İbn  Abdullah  İbn  əl-Xıdır  İbn 
Muhəmməd əl-Xıdır İbn Əli İbn Abdulah İbn Teymiyyə əl-Hərrani. 
H.  661-ci  il  (M.  1263)  Rəbiul  Əvvəl  ayın  10  Şam  torpaqlarından 
sayılan  Hərranda  dünyaya  gəlmişdir.  Şeyxulİslam  Təquyuddin 
ləqəbi  ilə  adlandırılmış,  kunyəsi  isə  Əbul  Abbasdır.  Teymiyyə  – 
Onun ulu babalarından olan Muhəmməd İbn əl-Xıdır Teymə yolu 
üzərində həccə getmişdir. Orada kiçik bir qız uşağı görmüş və geri 
qayıtdıqda  zövcəsinin  bir  qız  uşağı  doğduğunu  gördükdə 
Teymiyyə  nisbət  edərək  Teymiyyə  adlandırmışdır.  Ona  bu  ləqəb 

 
190 
buradan  verilmişdir.  Şeyxulİslam  –  ləqəbinə  gəldikdə  isə  deyirlir 
ki: «Müsəlman olaraq yaşamış (şeyx, ixtiyar olmuş) kişi deməkdir». 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Hər  kim 
müsəlman olaraq bir saçı ağararsa bu onun üçün Qiyamət günü bir 
nur  olacaqdır»
259
.  Ailəsi  elmə  və  dinə  bağlı  olmuşdur.  Atası  Əbul 
Bərəkət Məcduddin Hənbəli, qardaşı Əbu  Muhəmməd Şərəfuddin 
Hənbəli  məzhəbinin  alimlərindən  sayılırlar.  200  artıq  müəllimi 
vardır. Ən məşhurları Şəmsuddin Əbu Muhəmməd AbdurRahman 
İbn  Qudamə  əl-Məqdisi  H.  682  dünyasını  dəyişmiş,  Əminuddin 
Əbul  Yəmən  AbdusSaməd  İbn  Əsakir  əd-Diməşqi  əş-Şafii  686-cı 
ildə  dünyasını  dəyişmiş,  Şəmsuddin  Əbu  Abdullah  Muhəmməd 
İbn  Abdul  Kavi  İbn  Berdan  əl-Mədavi  703-cü  ildə  dünyasını 
dəyişmişdir.  Tələbələri  Şəmsuddin  İbn Abdulhədi,  Şəmsuddin  əz-
Zəhəbi  H.  748-ci  ildə  dünyasını  dəyişmiş,  Şəmsuddin  İbnul 
Qeyyim, Şəmsuddin İbnul Muflih, İmaduddin İbn Kəsir və s. İmam 
Zəhəbi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Şeyxulİslamın  əsərlərini 
topladım.  Bunların  1000  əsər  olduğunu  gördüm.  Daha  sonra 
başqalarını da gördüm»
260
. Öz iti qılıncı və qələmi ilə bidətçilərə və 
kəlamçılara qarşı daima mübarizə aparmışdır. İbn Batuta kimiləri – 
Allah  layiqli  cəzasını  versin  –  tərəfindən  çoxlu  böhtanlara  məruz 
qalmışdır. Lakin Allaha şükrlər olsun ki, Allah daima onu qorumuş 
və  təmizə  çıxarmışdır.  Günümüzə  kimi  onun  əsərləri  oxunur  və 
İnşəallah  bundan  sonra  da  böyük  oxucu  kütləsi  tərəfindən  də 
oxunacaqdır.  Dəfələrlə  həps olunmuşdur. İlk  dəfə  26  Ramazan  H. 
705-ci ildə həps edildi. Daha sonra 23 Rəbiul Əvvəl ayında H. 707-
ci ilində həpsdən çıxdı. Həmçinin 726-cı il 10 Şaban cümə günü də 
həps  edildi.  Dəməşq  qalasında  H.  728-ci  il  (M.  1328)  Zül  Qədə  20 
vəfat  etdi.  Cənazəsində  iştirak  edənlərin  sayı-hesabı  yox  idi.  Bəzi 
rəvayətlərdə  60  minə  yaxın  adam  olmuşdur.  Cənazəsi  əs-Sufiyyə 
qəbristanlığında  qardaşı  Şərəfuddin  Abdullahın  yanında  dəfn 
edildi. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Həqiqətən də 
                                                
259
 əl-Albani «Səhihul Cəmi» 6183.  
260
 Rəddul Vafir s. 72.  

 
191 
dünyada  bir  Cənnət  vardır  ki,  kim  o  Cənnətə  girməzsə  axirətin 
Cənnətinə  daxil  olmaz.  Düşmənlərim  mənimlə  nə  edə  bilər? 
Mənim  Cənnətim,  bağım  qəlbimdədir.  Hara  getsəm  o,  da 
mənimlədir.  Məndən  ayrılmazdır.  Həbs  olunmağım,  Allah  ilə  tək 
qalmağımdır,  öldürülməyim  şəhidlikdir,  sürgün  olunmağım  isə 
mənim  üçün  səfərdir».  İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  - 
sözləri  necə  də  gözəldir:  «Bidət  əhlinə  deyin  ki:  Bizimlə  sizin 
aranızda fərq cənazədə iştirak edənlərdən bilinsin». 
İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  -  Quran  haqqında  bildikləri 
ilə  kifayətlənməyərək  Rəbbinə  yönələrək  Quranı  haqqıyla 
öyrənməyi  ona  nəsib  etməsi  üçün  ona  dua  edər  və  deyərdi:  «Bir 
ayə  üçün  100  (120)  yaxın  Təfsirə  baxar  sonra  Allahdan  başa 
düşmək  üçün  dua  edər  və:  Ey  Adəmə  və  İbrahimə  öyrədən 
Allahım  mənə  də  öyrəd!  Bəzən  də  daha  tənha  bir  məscidə  gedər 
torpağa  üzümü  sürtər  və  dua  edərək  deyərdim:  Ey  İbrahimə  elm 
verən  mənə  də  elm  ver!».  Kutubi  Sittə  və  Muvattanı  çox  gözəl 
bilərdi.  Haqqında  deyilmişdir:  «İbn  Teymiyənin  bilmədiyi  hədis 
hədis  deyildir».  İmam  Zəhəbi  –  rahmətullahi  aleyhi  -  deyir:  «İbn 
Teymiyyə  –  Şeyx,  İmam,  Böyük  alim,  Hafiz,  Tənqidçi,  Fəqih, 
Müctəhid, Müfəssir, Şeyxulİslam, Zahidlərin başçısı, dövrünün tək 
alimi,  Təqiyuddin  Əbul  Abbas  Əhməd  İbn  əl-Mufti  Şihabuddin 
Abdulhəlim  İbn  əl-İmam  əl-Muctəhid  Şeyxulİslam  Məcduddin 
AbdusSalam  İbn  Abdullah  İbn  Əbul  Qasım  əl-Hərrani».  İbn 
Dəqiqlid  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Mən  İbn  Teymiyyə  ilə 
qarşılaşdıqda elə bir şəxsiyyət gördüm ki, sanki bütün elmlər onun 
gözünün  qaşısında  cəmləşmişdir.  İstədiyini  oradan  götürür, 
istədiyini isə orada saxlayırdı». 
 
İbn Qeyyim 
rahmətullahi aleyhi 
 
Muhyiddin İbn əl-Məhasin Yusuf İbn AbdurRahman İbn Əli İbn 
əl-Cövzi.  Atası  Covziyyə  adlı  mədrəsənin  Qeyyimi  (rəhbəri)  idi. 

 
192 
Ona  nisbət  edilərək  də  İbn  Qeyyim  əl-Covziyyə adlanır.  H.  691-ci 
ildə  Səfər  ayında  Şamın  55  km  məsafəsində  yerləşən  Havran 
kəndlərindən  Zər  kəndində  dünyaya  gəlmişdir.  Hədis  elmini  əl-
Şihab  Nablusi,  əl-Qadi  Taqiyyəddin  İbn  Süleyman,  İsmail  İbn 
Məktum,  İbn  Teymiyyə  İsmail  İbn  Muhəmməd  əl-Harrandan 
almışdır.  H.  712-ci  ildə  İbn  Teymiyyə  –  rahmətullahi  aleyhi  - 
Misirdən qayıtdıqdan sonra H. 728-ci il ölənə qədər onun yanından 
ayrılmayaraq  ondan  elm  almışdır.  H.  751-ci  il  Rəcəb  ayında  23 
dünyasını  dəyişmişdir.  Əl-Cirəh  məscidində  cənazə  namazı 
qılınmış  və  dəfn  edilmişdir.  Əsərləri  “İləm  əl-Muvakkin  Rəbb  əl-
Aləmin”,  “Furusiyyə”,  “Zədul  Məad”,  “Mədaricus  Salikin”,  “əd-
Da  vəd  Dəva”,  “Bədai  əl-Fəvaid”  və  s.  Tələbələri  Əhməd  İbn 
Hənbəl  əl-Dəməşqi  H.  797-ci  ildə  dünyasını  dəyişmiş,  İsmail  İbn 
Ömər İbn Kəsir əl-Dəməşqi, Muhəmməd İbn Quddamə əl-Məqdisi 
H.  774-cü  ildə  dünyasını  dəyişmiş,  Osman  İbn  AbdurRahman  əl-
Nablusi əl-Hənbəli H. 797-ci ildə dünyasını dəyişmiş, oğlu İbrahim 
və Şərafəddin Abdullahdır.  
 
Muhəmməd İbn AbdulVahhab 
rahmətullahi aleyhi 
 
Muhəmməd  İbn  AbdulVahhab  İbn  Süleylman  İbn  Əli  İbn 
Muhəmməd  İbn  Əhəd  İbn  Rəşid  ət-Təmimi.  H.  1115  (1703)  ildə 
Uyeynə  şəhərində  dünyaya  gəlmişdir.  H.  1206-cı  ildə  Riyadın 
yaxınlığında yerləşən əd-Dəriyyə şəhərində dünyasını dəyişmişdir.  
 
Şeyx Albani 
 – rahmətullahi aleyhi – 
 
Alban  dövlətinin  keçmiş  mərkəzi olan Aşkodra  şəhərində hicri 
1332-ci ildə (miladi tarixi ilə 1914-cü ildə) dünyaya gəlmişdir. Əsli 
Albaniyadan  olduğuna  görə  ləqəbi  də  əl-Albanidir.  Kunyəsi  isə 
Abu AbdurRahməndir. Çox kasıb bir ailədən idi. Atası Məhəmməd 

 
193 
Nəsrəddin  İbn  Nuh  Nəcətiy  İbn  Adəmdir.  Nuh  Nəcəti  Osmanlı 
dövlətinin  mərkəzi  olan  (İstambul)  Astana  şəhərinin  şəriət 
mədrəsəsində  dini  təhsil  aldıqdan  sonra  Allahın  dininə  xidmət 
etmək  üçün  öz  ölkəsinə  qayıdır.  Lakin  o,  vaxtlar  Albaniyada 
ateizim (Allahsızlıq) ideyası çox yayıldığına görə ailəsi ilə birlikdə 
Suriyanın Dəməşq şəhərinə hicrət edirlər. Dəməşqə köçdükdə gənc 
alimin  9  yaşı  vardır.  İlk  təhsilini  də  elə  bu  şəhərdə  alaraq  Qurani 
Kərimi  öyrənməyə  başlayır.  Quranı  oxumaq  qaydalarını  (təcvidi), 
ərəb  dili ilə  bağlı  bir çox  məsələləri,  həmçinin  Hənəfi  məzhəbinin 
qanunları  ilə  yaxından  tanış  olur  (Məraqil  Fərəh
261
).  Bütün  bulara 
Dəməşqin  şeyxlşəri  olan  Muhəmməd  Səid  əl-Burhani  və 
Məhəmməd  Bəhcə  əl-Beytərinin  dərslərində  iştirak  edərək  nail 
olur.  Həmçinin  bu  işdə  onun  atasının  da  böyük  rolu  olmuşdur. 
Bundan  başqa  atasından  saatsazlıq  sənətini  də  öyrən-məyə 
başlayır.  Bu  sənətdə  yüksələrək  sənətkar  səviyəsinə  çatır.  Onun 
saat  köşkü  indi  də  Dəməşqin  yaxınlığında  yerləşən  Əməvi 
Məscidinin  yaxınlığındadır.  İyirmi  yaşından  başlayaraq  Şeyx 
Albani  hədis  elmi  ilə  dərindən  məşxul  olmağa  başlayır  və  ilk 
olaraq  Hafiz  əl-İrakinin  «əl-Muqni  ən-Həmlil  Əsfər  fil  Əsfər  fi 
Təhrici  mə  Filhiyə  Minəl  Əkbər»  kitabını  geniş  şəkildə  şərh  və 
tədqiq  edir.  Hədis  elmi  ilə  məşğul  olmağına  səbəb  Misirdə  çıxan 
«əl-Mənər»  jurnalı  olmuşdur
262
.  Özüdə  həmişə  deyərdi  ki, 
Məhəmməd  Rəşid  Rzanın  bu  jurnalını  oxumağım  mənə  çox 
köməyi  olub.  Hədis  elminə  olan  məhəbbəti  o,  qədər  artır  ki? 
atasının  (əsas  hissəsi)  Hənəfi  məzhəbinin  kitablarından  təşkil 
edilmiş  kitabxanası  belə  onun  hədis  elminə  olan  təlabatını  elm 
öyrənmək  alovunu  söndürə  bilmirdi  (ödəmirdi). Lakin  atası onun 
bu  elmlə  məşğul  olmasına  narazı  idi  və  deyərdi  ki,  bu  elm 
müflislərin  elmidir.  Maddi  çətinlik  gənc  alimə  kitabları  əldə 
etməyə  çətinlik  törətdiyinə  görə  o,  Dəməşqin  böyük  kitabxanası 
                                                
261
 Hənəfi məzhəbinin məşhur kitablarındandır. 
262
 Bu jurnalda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədisləri haqqında  geniş məlumat 
verilirdi. 

 
194 
olan  «əl-Məktəbətul  əz-Zahriyyə»  gedər  və  oradan  kitabları 
götürərdi. Şeyx Albani hədis elmi ilə o, qədər aludə olur ki, öz saat 
dükanını  bağlayaraq  8-12  saat  və  bəzən  də  daha  çox  vaxtını 
kitabxanada  keçirərdi.  Yalnız  namazdan-namaza  kitabxanadan 
çıxardı. Hətta bəzən o, qədər elmə bağlanardı ki. nahar etməyə də 
getməzdi.  Özü  ilə  gətirdiyi  bir  tikə  çorək  ilə  kifayətlənərdi. 
Kitabxananın  müdriyyəti  onun  elmə  olan  həvəsini  gördükdən 
sonra  onun  üçün  müəyyən  bir  otaq  ayırırlar  və  kitabxananın 
açarlarını ona verirlər. Bu müddət ərzində gənc alim fiqhə, əqidəyə 
dair bir çox əsrlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də 
nəşr  edilməmişdir.  Gənc  alim  bu  yolda  çoxlu  çətinliklərlə 
qarşılaşır.  Lakin  bütün  bunlara  baxmayaraq  səbr  və  ixlasla  bütün 
bu çətinlikərdən qalib çıxır. Bu işdə ona Dəməşqin bir çox tanınmış 
şeyxləri  olan  Baxcatul  Baycar,  İmam  AbdulFəttah  və  Taufiq  əl-
Bərzaq  – Allah onlardan razı olsun –  ona  nəsihətlər  verərək  bu  işdə 
daha  da  iradəli  və  qəti  olmağı  tövsiyə  etmişlər.  Bir  müddətdən 
sonra  gənc  alim  həftədə  iki  dəfə  dərslər  verməyə  başlayır. 
Moizələrlə,  elmi çıxışlarla  Suriya, İordaniya, Misir,  Qatar,  Kuveyt, 
İspaniya, İngiltərə və s. dövlətlərə səfərlər edir. Hicri 1381-1383-cü 
illər  ərzində  Mədinə  İslam  Universitetinə  hədis  elmindən  dərs 
vermək  üçün  dəvət  alır.  Bu  illər  ərzində  Universitetin  fəxri  üzvü, 
bir  müddətdən  sonra  isə  Universitetin  fəxri  professoru  adını  alır. 
Hədis elmi ilə bağlı yüzlərlə əsərləri və araşdırmaları vardır.  
Şeyx  Albaninin  –  rahmətullahi  aleyhi  -  təhqiq  etdiyi  kitablardan: 
«Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsəi, İbn Məcə və s Səhih 
və  Sünnən  kitabları,  Cəmius  Səğir,  Mişkətul  Məsabih,  Seyid 
Sabiqin «Fikhus Sünnə», Şeyx Kardavi «İslamda halal və Haram», 
İmam  Nəvəvi  «Riyadus  salihin»,  İmam  Buxari  «Ədəbul  Mufrad», 
İmam Zəhəbi «əl-Uluv» və s məşhur kitabların təhqiqini etimişdir. 
Həmçinin 10-12 cilddən ibarət olan «Səhih Hədislər Silsiləsi» isimli 
kitabında  yalnız  səhih  hədislər  və  eyni  ilə  də  «Zəif  Hədislər 
Silsiləsi»  isimli  kitabında  isə  yalnız  zəif  hədisləri  toplamışdır. 
Bütün  bu  işlərin  nəticəsidir  ki,  hər  bir  müsəlman  onun  təhqiq 

 
195 
etdiyi  kitabları oxuduqda  asantlıqla səhih  hədisi  zəif  və  uydurma 
hədislərdə  ayıra  bilir.  Bundan  başqa  Şeyx  Albani  nin  İslamın 
əsaslarına  dair  gözəl  əsərləri  vardır.  Bunların  içərisində  «Sifətu 
Salətu  ən-Nəbiyyə  min  Təkbir  ilə  Təslim»  (Peyğəmbər  – sallallahu 
aleyhi  və  səlləm  –  in  namaz  qılma  şəkili),  «Mənasikul  Həcc  vəl 
Umrah  fi  Kitabi  və  sunnah  və  Asari  əs-Sələf»  (Həcc  və  Ümrə 
ehkamları Kitab, Sünnə və Sələflərin gözü ilə) və s.  
Özündən  sonra  bir  çox  görkəmli  İslam  alimlərini  qoyub 
getmişdir.  Bunlardan  Şeyx  Həmdi  AbdulMəcid,  Şeyx  Məhəmməd 
Abbasi,  Ömər  Süleyman  əl-Aşkar,  Şeyx  Muqbil  b.  Hadi  əl-Vadii, 
Şeyx  Məhəmməd  İbrahim  Şakra,  Şeyx  Ali  Xuşşah,  Şeyx 
Məhəmməd  Cəmil  Zinu,  Şeyx  AbdurRahman  AbdusSaməd,  Şeyx 
Səlim  əl-Hilali,  Şeyx  Ali  Həsən  AbdulHəmid  əl-Hələbi,  Şeyx 
Məhəmməd Saleh əl-Munəccid və s. Hicri 1420-ci il 22 Cumada əs-
Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə) 87 yaşında 
mübarək və xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah 
ona rəhmət etsin! 
 
Şeyx İbn Bazz 
rahmətullahi aleyhi – 
 
H.  1330-cu  ildə  gözəl  bir  ailədə  dünyaya  gəlmişdir.  Çox  gənc 
yaşlarında Quranı hifz etdikdən sonra elm öyrənmək üçün bir çox 
ölkələrə səfərlər edir. Atrıq 19 yaşında xəstəlik səbəbidndən görmə 
qabiliyyətini itirir.  Tələbələrindən  biri  deyir  ki:  «Doğrusunu  Allah 
bilir, lakin mənə elə gəlir ki, bu şəxsiyyət Peyğəmbərin – sallallahu 
aleyhi  və  səlləm  –  hədisdə  buyurduğu  insanların  sırasına  daxildir. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah buyurdu – 
İki  gözünü  alaraq  qulumu  imtahan  etdiyim  zaman  səbr  edərsə, 
onların  yerinə  ona  Cənnəti  verərəm»
263
.  O,  həm  imam,  həm  də 
mücahid idi. İslam hüququ cəmiyyətinin (Məcmə əl-Fiqh əl-İslam) 
                                                
263
 Buxari 5653. 

 
196 
böyüyü  idi.  H.  1381-ci  ildə  Mədinə  İslam  Universitetində 
administrator vəzifəsində çalışır. Bu ildən başlayaraq Universitetdə 
çalışan  və  oxuyan  müəllim  və  tələbələrin  qayğısına  qalır.  Elm 
almaq  üçün  başqa  dövlətlərdən  gələnlərə  köməkliklər  göstərir. 
Onların  elm  almaları  üçün  hər  cür  şərait  yaradır.  Bir  müddətdən 
sonra şeyxi Elmi tədqiqat və fətvalar (İdarət əl-Buxus əl-İlmiyyə əl-
İfta)  H.  1395-ci ildə  üzrə  büronun  sədri  qoyurlar.  Ən  çox işlətdiyi 
kəlmələr Lə Haulə Vələ Qüvvətə İllə Billəh – Güc və Qüvvət yalnız 
Allahdadır.  Kimsə  onun  yanında  boş  söhbətlər  edərdisə  ona 
deyərdi: Səbbih, Səbbih (Allahı zikr et!). Qatarda Taifdən ər-Riyada 
onu müşayət edən tələbələrindən biri deyir ki: Gecənin yarıdısı idi. 
Saat  təxmini  02:00  göstərirdi.  Şeyx  bizə  dedi:  «Çox  yorulmuşuq 
gəlin  dincələk».  Gözümüzü  yumub  yatdıq.  İçərimizdən  olan  bəzi 
xeyirlilərimiz  isə  yatmazdan  qabaq  bir-üç  rükət  namaz  qıldılar. 
Şeyxdə  onlarla  bərabər  namaz  qılırdı.  Lakin  səhəri  hamı  sübh 
namazına oyandıqda gördük  ki,  Şeyx  yatmayıb və hələ  də namaz 
qılırdı.  Tələbəsi:  «Doğrusunu  Allah  bilir,  mənə  elə  gəlir  ki,  o  üç 
sinif insanlardandır  ki,  hansına  ki,  Allah  təbəssüm  edər:  O,  kimsə 
ki, döyüş meydanında düşmənlə üz-bəüz gələrək cəsarətlə vuruşur 
o, vaxta qədər ki, ya öldürülər, ya da öz dostları üçün irəli getmək 
üçün yol açar. Səfərdə olan bir qrup insanlardır ki, dincəlmək üçün 
gecənin  bir  aləmi  dayanırlar.  İçərilərindən  biri  kənara  çəkilərək 
ibadətə başlayır vaxta qədər ki, səfəri davam etmək üçün vaxt gəlib 
çatır  və  bir  də  qonşusu  tərəfindən  əziyyət  görən  lakin  buna  səbr 
edən  kimsə  ta  ki,  onları  bir-birindən  ölüm  ayırana  qədər  və  ya 
köçüb  başqa  yerə  gedənə  qədər»
264
.  Gün  ərzində  4-5  saat  yatardı. 
Ömrünü  İslam  dinini  öyrənməyə  həsr  etmişdir.  H.  1420-ci  il 
Məhərrəm  ayının  27  dördüncü  günü  89  yaşında  (13.05.1999)  Taif 
şəhərində dünyasını dəyişir. Allah rəhmət etsin!  
 
Şeyx Useymin 
                                                
264
 İmam Əhməd.  

 
197 
rahmətullahi aleyhi 
 
Əbu  Abdullah  Muhəmməd  İbn  Saleh  İbn  Muhəmməd  İbn 
Useymin  əl-Muqbil  əl-Vuheybi  ət-Təmimi.  H.  1347-ci  il  Ramazan 
ayının 27 Qasım bölgəsi şəhərlərindən biri olan Uneyzə şəhərində 
dinə  bağlı  olan  bir  ailədə  dünyaya  gəlmişdir.  Müəllimlərindən 
böyük təfsir və fiqh alimi Şeyx AbdurRahman İbn Nasir əs-Sədidir 
–  rahmətullahi  aleyhi  -.  1372-ci  ildə  Riyada  gələrək  burada  Seyx 
AbdulAziz  İbn  Bazzdan  – rahmətullahi aleyhi - dərslər  alır.  Bundan 
sonra  Şeyx  Useymin  –  rahmətullahi  aleyhi  -  Uneyzə  İnistutunda 
müəllim  vəzifəsində  çalışır.  Müəllimi  AbdurRahman  əs-Sədini  H. 
1376-cı  ildə  dünyasını  dəyişdikdən  sonra  Uneyzədə  69  yaşında 
Məscid  imamı  seçilir.  Müəlliminin  keçdiyi  dərsləri  davam  edir. 
Uneyzə  İnistutunda  dərs  verməklə  yanaşı  Muhəmməd  əs-Suud 
tərəfindən  İslam  Universitetinin  şəriət  hüquq,  Usulu  din 
fakultələrinə  müəllim  təyin  edilir.  Bir  zövcəsindən  5  oğlu,  3  qızı 
vardır.  15.10.1421-ci  ildə  Ciddədə  müalicə  aldığı  Kral  Feysəl 
xəstəxanasında  dünyasını  dəyişir.  Səhəri  isə  Kəbədə  miliyonlarla 
onu  sevən  insanlar  tərəfində  cənazəsi  qılınır  və  sevdiyi  müəllimi 
Məkkədə Abduaziz İbn Bazzın  – rahmətullahi aleyhi - yanında dəfn 
edilir. Allah hər ikisinə də rəhmət etsin.  
 
Sələf İmamlarının Quran Və Sünnə Barəsində 
Olan Sözləri 
 
1.  Əbu  Bəkr  əs-Siddiq  -  radıyallahu  anhu  –  deyir  ki:  «Sünnə 
Allahın sağlam ipidir. Onu tərk edən adam özü ilə Allah arasındakı 
ipi qoparır»
265
.  
 
2.  İbn  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Sünnəni  tərk  edən 
kafir olur»
266
.  
                                                
265
 İbn Batta «Şərhu əl-İbanə»s 120. 

 
198 
 
3.  İbn  Məsud  -  radıyallahu  anhu  –  deyir  ki:  «Allah  qullarının 
qəlblərinə baxdı. Muhəmmədin – sallallahu aleyhi və səlləm – qəlbini 
qullarının qəlbləri  arasında  ən  xeyirli  qəlb olduğunu gördü.  Buna 
görə də onu özü üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə 
göndərdi.  Muhəmməd  –  sallallahu  aleyhi  və  səlləm  –  in  qəlbindən 
sonra  yenə  də  qullarının  qəlblərinə  baxdı,  onun  səhabələrinin 
qəlblərini  qullarının  qəlbləri  arasında  ən  xeyirli  qəlblər  olduğunu 
gördü. Buna görə də onları Peyğəmbərinə dini uğrunda vuruşacaq 
yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri bir 
şey  Allah  dərgahında  da  gözəldir, pis  gördükləri  bir  şey  də  Allah 
dərgahında da pisdir»
267
.  
 
4.  Ömər  -  radıyallahu  anhu  –  deyir  ki:  «Qurani  Kərimin 
mütəşabihləri  ilə  sizlərlə  mübahisə  edəcək  bir  qrup  kimsələr 
gələcəkdir. Siz də onları sünnətlərlə susdurun. Çünki sünnətə tabe 
olan kimsələr Allahın Kitabını ən gözəl bilən kimsələrdir»
268
.  
 
5.  İbn  Ömər  - radıyallahu anhu  –  deyir  ki:  «Sizlərdən  hər  kimsə 
birinin  sünnətini  (yolunu)  izləmək  istəyərsə,  ölmüş  olanların 
(sünnətini) yolunu izləsin. Bunlar da Muhəmməd – sallallahu aleyhi 
və  səlləm  –  in  səhabələridir.  Onlar  bu  ümmətin  xeyirliləri  idilər. 
Qəlbləri  ən  yaxşı,  elmləri  ən  dərin,  əbəs  yerə  özlərinə  zülm 
etməkdən ən uzaq olan kimsələr idilər. Allah onları Peyğəmbərinə 
yoldaşlıq  etməyə,  dinini  (daşımaq)  başqalarına  çatdırmaq  üçün 
seçdi.  Buna  görə  də  sizlər  də  onların  əxlaqı  ilə  əxlaqlanmaya  və 
onların  getdikləri  yolla  getməyə  çalışın.  Onlar  Muhəmməd  – 
sallallahu aleyhi və səlləm – in səhabələridirlər. Onlar Kəbənin Rəbbi 
olan Allaha and olsun ki, doğru yolda idilər»
269
.  
                                                                                                           
266
 İbn Batta «Şərhu əl-İbanə». 
267
 İmam Əhməd «Musnəd» 1/379, Əhməd Şakir səhih. 
268
 Lələkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat», İbn Batta «əl-İbanə».  
269
 Əbu Nuaym «əl-Hilyə» 1/305. 

 
199 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin