Rabitə (əlaqə) xətti. Kompüter şəbəkələri arasında əlaqələr: telefon xətləri, elektrik kabelləri, optiklifli kabel və radio əlaqə vasitəsi ilə yerinə yetirilir. əlavə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi surətidir. Əsasən ucuz qiymətə başa gəldiyi üşün telefon xətlərindən istifadə edilir.
Əsasən abonentlər şəbəkəyə öz provayderlərini telefon xətti ilə əlaqələndirməklə qoşulurlar. Informasiyaları əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompüterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Kabelli və ya optiklifli adapterlərdən istifadə olunur. adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsi ilə digər kompüterin adapteri ilə əlaqələndirilir.
Telefon xətləri ilə əlaqələnən qlobal şəbəkələrdə modemdən istifadə olunur. modem informasiyaları kompüterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir. Məsələn, müştərinin kompüteri şəbəkəyə qoşulana kimi zəng eşidilir. Modemin əsas xarakteristikası onun verilənləri ötürmə xüsusiyyətidir. Hazırda sürəti 1200 bit/ san-dən 112000 bit/ san-dək olan modemlərdən istifadə olunur. Qeyd edək ki, informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır.
Internet. Müxtəlif kitablarda İnetrnetin mahiyyəti ilə bağlı müxtəlif məlumatlar almaq olar. İnternet nədir? sualına aşağıdakı kimi cavab vermək olar:
İnternet dünyanın çoxlu sayda şəbəkələrini vahid protokolla özündə birləşdirən super şəbəkədir.
Protokol- kompüter şəbəkəsi ilə göndərilən, çevirilən informasiyanın təsvir olunma standartıdır. Obrazlı şəkildə, protokol təyin olunmuş şəbəkə “dildir”. Müxtəlif avtonom rejimdə işləyən qlobal şəbəkələrin müxtəlif “ danışıq dilləri” var. Lakin, ümumi dilin, şəbəkənin özünəməxsus esperanto dilinin yaradılması vacibdir və bu TCP/İP protokolu ilə birləşdirilir. Protokol şəbəkənin proqram və aparat vasitələrini qoruyub saxlayır.
Bu standartlaşdırma aşağıdakı prosedurlar üzeə aparılır:
|