Ehm-in yaranma tariXİ


Qlobal şəbəkələr. Qlobal şəbəkələrin təşkili



Yüklə 172,56 Kb.
səhifə107/119
tarix02.01.2022
ölçüsü172,56 Kb.
#36695
1   ...   103   104   105   106   107   108   109   110   ...   119
referat 2390

    Bu səhifədəki naviqasiya:
  • RELCOM
Qlobal şəbəkələr. Qlobal şəbəkələrin təşkili. Qlobal kompüter şəbəkəsi bir-birindən böyük məsafələrdə yerləşən elektron hesablama maşınlarını birləşdirir. Lokal şəbəkəni şagird öz gözləri ilə gördüyü halda, qlobal şəbəkə ilə tanışlıq daha çox təsviri xarakter daşıyır. Hazırda dünyada qlobal kompüter şəbəkələri sistemi mövcuddur.

1969-cu ildə ABŞ-da istifadəyə verilmiş ilk qlobal kompüter şəbəkəsi – ARPANET bir-birindən uzaq məsafələrdə yerləşdirilmiş dörd kompüteri birləşdirmişdir. Bu gün elm-təhsil məqsədləri ilə BİTNET adlanan şəbəkədən istifadə olunur. Şəbəkə Avropa, Asiya və Amerikanın 35 ölkəsini əhatə edir və 800-dən çox universitet, kollec və elmi mərkəzlərini özündə birləşdirir.

Rusiyanın RELCOM adlanan ən böyük şəbəkəsi 1990-cı ildə yaradılmış və Avropanın EUNET şəbəkəsinə birləşdirilmişdir, bu isə öz növbəsində dünya İNTERNET cəmiyyətinin üzvüdür.

Qlobal şəbəkə Y1, Y2,... qovşaq kompüterlərindən və fərdi kompüterlərin rabitə xətti ilə əlaqələndirilən A11, A12,... abonentlər şəbəkəsindən ibarətdir.

Adətən şəbəkə xəttinə bir deyil, çoxlu sayda kompüterlər qoşulur. Müxtəlif şəbəkələrdə serverin funksiyalarını müxtəlif kompüterlər yerinə yetirir.

Qovşaqlarda yerləşən kompüterlər daim işçi vəziyyətdə olub informasiyanı qəbul etməyə və ötürməyə hazırdır. Bu halda deyirlər ki, şəbəkə on-line (xətt açıqdır) rejimində işləyir. On-line rejimində işləyən abonentlər müəyyən vaxtda şəbəkəyə qoşula bilərlər. Abonent zəruri informasiyaları aldıqdan sonra şəbəkədən ayrılaraq avtonom rejimində işləyə bilər. Bu isə off-line (xətt bağlıdır) rejimi adlanır.

Informasiyanın ötürülməsi prosesinin necə getməsi istifadəçiyə aydın deyil. Lakin, istifadəçi bilməlidir ki, onun göndərdiyi informasiya ünvana çatacaqdır. Informasiyaların ötürülməsi ilə şəbəkə sistem vasitələri məşğul olur. Qeyd edək ki, müxtəlif əlaqə seansları zamanı məlumatlar müxtəlif əlaqə xətləri ilə qəbul oluna və ötürülə bilər.

Şəbəkənin digər qlobal şəbəkələrdə əlaqəsini təşkil edən kompüter şluz adlanır.


Yüklə 172,56 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin