Ehm-in yaranma tariXİ


Qlobal şəbəkələrdə informasiya xidməti. Elektron poçt



Yüklə 172,56 Kb.
səhifə108/119
tarix02.01.2022
ölçüsü172,56 Kb.
#36695
1   ...   104   105   106   107   108   109   110   111   ...   119
referat 2390

    Bu səhifədəki naviqasiya:
  • Archie.
Qlobal şəbəkələrdə informasiya xidməti. Elektron poçt.

Qlobal şəbəkələr tarixində elektron poçt ilk informasiya xidmətidir. Bu kompüter telekommunikasiyalarının əsas və vacib xidməti olaraq qalır. Hazırda işgüzar və şəxsi yazışmalar e-mail vasitəsi ilə həyata keçirilir. Elektron poçt xidmətindən istifadə edən abunentin:




  • kompüter şəbəkəsinin poçt serveri ilə əlaqələndirilən fərdi kompüteri olmalıdır;

  • bu serverdə ona müraciət etmək üçün özünün poçtu və parolu olmalıdır;

  • şəxsi elektron ünvanı olmalıdır;

  • şəxsi kompüterində elektron poçtun müştəri – proqramı olmalıdır.

Aparatlar telefon xəttinə qoşulur və bunun üçün də istifadəçinin şəxsi telefon nömrəsi olmalıdır.

Qlobal şəbəkələrin rəhbəri – şəbəkəyə qulluq edən təşkilat provayder adlanır. Provayder istifadəçi üçün parol, elektron ünvan müəyyən edir, serverdə poçt qutusu – ona göndərilənləri yerləşdirmək üçün qovluq yaradır. Provayder istifadəçiyə poçt – müştəri proqramını nizamlamaq və qurmaq üçün kömək edir.

Elektron məktub hazırlamaq üçün istifadəçi off-line rejimində işləyir. O, poçt müştəri – proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi on-line rejiminə keçir, daha dəqiq desək poçt – serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompüterində öz ünvanına baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır.

MS-DOS üçün MAIL və WINDOWS üçün isə Outlook Express populyar elektron poçt müştəri proqramlarından istifadə olunur.

Elektron poçtdan ilk istifadə zamanı məlumatlar yanlız mətni formada ötürülürdü. Ikilik formatda verilən fayllar UUDECOD-yenidən kodlaşdırma xüsusi proqramından istifadə edilməklə bir şəkildən digər şəkilə çevrilir. Internetdə belə kodlaşdırma aparmadan informasiyaları ötürmək üçün standart MIME proqramından istifadə edilir.

Qlobal şəbəkələrdə elektron poçtla yanaşı istifadəçilər üçün digər informasiya xidmət növləri də vardır.
Telnet. Bu xidmət istifadəçiyə şəbəkədən uzaqda yerləşmiş kompüterdə terminal rejimdə işləməyə, həmin kompüterdə olan proqram təminatından şəxsi kompüterində istifadə etməyə imkan verir.
FTP. Şəbəkədən uzaqda yerləşmiş kompüterin kataloq və faylları ilə işləməyə xidmət edən şəbəkə protokol və proqramı FTP adlanır. FTP-nin müştərisi FTP-serverinin katoloqlarına baxıb, özünə lazım olan faylların sürətini köçürə bilər.
Archie. FTP-serverlər sistemində axtarış proqramları funksiyasını yerinə yetirən xüsusi serverlər archie adlanır. Onlar lazım olan faylı tez tapmağa kömək edir.

Gopher. Şəbəkədən inkişaf etmiş yüksək səviyyəli vasitələrlə menyu, məlumat kitabları və.s informasiyaların axtarılması və alınması sistemi gopher adlanır.

WAIS. Kitabxana verilənlər bazasında paylanmış şəbəkə informasiya axtarış sistemi WAIS adlanır.
Usenet. Telekonfranslar sistemi, xəbərlər qrupu Usenet adlanır. Abunəçilərlə seçilmiş mövzularda konfransların keçirilməsinə və onlara müəyyən materialın elektron poştla göndərilməsinə xidmət edir.


Yüklə 172,56 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin