simvol şəklində olan informasiyalar;
obrazlı informasiyalar.
Simvollu informasiyaları insanlar yazılı formada qəbul edir. Bəzi hallarda simvollu informasiyalar danışıq formasında təqdim oluna bilər.
Obrazlı informasiyalar isə insanın duyğu orqanları vasitəsi ilə təqdim edilə bilər. Ona görə də obrazlı informasiyalar insanın hiss orqanları vasitəsi ilə mənbədən qəbul edildiyi və yaddaşında saxlandığı məlumatlar toplusudur.
Kompüter texnikasında dil informasiyanın simvolla təyin olunma sistemidir. Informatika ensklapediyasında akademik A.P.Yerşov dilə belə tərif vermişdir.
“Dil simvollar və qaydalar yığımı olub bu simvollardan müəyyən məna bildirən məlumatların tərtib üsullarıdır”.
Dillər təbii və formal olmaqla 2 yerə ayrılır.
Təbii dillər insanların tarixən formalaşmış milli danışıq diləridir. Təbii dillərin əksəriyyəti şifahidanışıq və yazılı dil formasında istifadə olunur. Təbii dillərin analizi filoloji elmlərin, xüsusi halda linqivistikanın predmetidir. Informatikada isə təbii dillərin analizi ilə süni intellekt sahəsində çalışan mütəxəssislər məşğul olurlar.onların əsas vəzifəsi intelektual sistemlərin təbii dilləri başa düşməsini və qəbul etməsini təmin etməkdir.
Formal dillər isə peşakarlıq baxımından tədbiq olunan və insan tərəfindən yaradılmış süni dillərdir.
Təbii dillər milli, formal dillər isə beynalxalq xarakter daşıyır.
Formal dillər yazılı formaya malikdir.
Formal dillər məhdud predmet oblastına malikdir. Təbii dillərdə isə bu yoxdur.
Formal dillərin yaranmasına səbəb nədir? Təbii dillərdən həmişə müəyyən peşə sahələrində istifadə mümkün deyildir.
Təbii və formal dillərin arasında əlaqə yaratmaq üçün müxtəlif formal dillər yaradılmışdır.
Dostları ilə paylaş: |