Mülahizə (muhakimə) – hər hansı yalan və ya doğru ifadədir. Istənilən mülahizə doğru və yalan ola bilər.
Məntiqi kəmiyyətlər – doğru (true) və yalan (false) anlayışları ilə ifadə olunur. mülahizələrin doğruluğu məntiqi kəmiyyətlərlə ifadə olunur
Məntiqi sabitlər:doğru və ya yalan qiymətini alır.
Məntiqi dəyişənlər: simvolik olaraq məntiqi kəmiyyətlərlə ifadə olunur. Məsələn, A.B. X, N və.s məntiqi kəmiyyətlər olduqda, onlar doğru və ya yalan qiymətlərini ala bilər.
Məntiqi ifadələr: sadə və ya mürəkkəb mülahizələrdir. Mürəkkəb mülahizələr məntiq əməllərinin köməyi ilə sadə mülahizələrdən əmələ gəlir.
Məntiq əməlləri. Riyazi məntiqdə konyuksiya, dizyunksiya, inkar, implikasiya və ekvivalentlik məntiq əməllərindən istifadə olunur. İlk üç əməl əməliyyatlarının tam sistemini təşkil edir. Digərləri isə bunlarla ifadə olunur. İnformatikada əsasən bu üç əməliyyatdan istifadə olnur.