7. Dövrülük prinsipi. Əksər alqoritmlərdə təkrarlanan hissələri bir dəfə təsvir edir
və ondan dəyişənlərin müxtəlif qiymətlərində hesablamalar aparmaq üçün istifadə
olunur. Bu hallar əməliyyatların yanlış həcmini azaldır.
Alqoritmin yerinə yetirilməsi. İstifadəçinin əsas alqoritmik mədəniyyətinin
elementlərindən biri də onun alqoritimləşdirmə prosesində alqoritmin müəyyən hissələrinin işləməsindən gözlənilən nəticələrin alına bilməsini duymaq qabiliyyətinin olmasıdır.
Verilənlərin təşkili. Alqoritmin emalı üçün istifadə olunan verilənlər giriş
verilənlər adlanır. Istifadəçi alqoritmin işləməsi üçün aralıq və son nəticələrin nə zaman alınma ardıcıllığını bilməlidir.
ELEKTRON KALKULYATORLAR VƏ EHM-İN KÜTLƏVİ TƏDBİQİ
70-ci illərin ikinci yarısından başlıyaraq metodist alimlərin diqqətini daha geniş yayılmış portativ mikroprossorlu cihazlar – mikrokalkulyatorların tədris prosesində tədbiqi cəlb etməyə başladı. Bu mikrokalkulyatorlardan istifadə bir sıra, o cümlədən riyaziyyat, fizika, kimya fənnlərinin tədrisi metodikasında yeni imkanların tədbiqini reallaşdırdı.
Mikroprossorların istehsalının mənimsənilməsi EHM-in kütləvi yayılmasına və tədbiqinə imkan yaratdı. Həmin vaxtlarda EHM-in məktəbə daxil olması ilə bağlı müxtəlif fikirlər olmasına baxmayaraq hesablama texnikası tədris prosesinə daxil oldu və özünün müsbət nəticələrini verməyə başladı. Hazırda Azərbaycan höküməti təhsilin kompüterləşdirilməsi ilə bağlı müəyyən tədbirlər planı hazırladı və bunları Dünya Bankının dəstəyi ilə müvəffəqiyyətlə həyata keçirir.
“İNFORMATİKA VƏ HESABLAMA TEXNİKASININ ƏSASLARI”NIN MƏKTƏB KURSUNA DAXİL EDİLMƏSİ
Azərbaycan keçmiş Sovetlər birliyi tərkibində olan bir ölkə kimi təhsil müəssələrində 1984-cü ildə qəbul edilmiş “Ümumtəhsil və peşə məktəbləri islahatının əsas istiqamətləri”ndə göstərilən təşkilati-metodik işləri həyata keçirmişdir. Məktəb islahatının əsasnaməsində “İnformatika və hesablama texnikasının əsasları”nın təlim-tərbiyə prosesinə daxil edilməsinin vəzifələri və gənclərin ümumi kompüter mədəniyyətinin formalaşmasını təmin etmək qeyd olunurdu.
1984-cü ilin sonlarında A.P.Yerşovun və V.M.Monoxovun birgə rəhbərliyi ilə ölkənin müxtəlif regionlarının ümumtəhsil məktəblərində tədris olunacaq “İnformatika və hesablama texnikasının əsaslar” fənni üçün proqram hazırlanmasına başlandı. İşin nəticəsi 1985-ci ilin ortalarında keçmiş SSRİ Maarif Nazirliyi tərəfindən bəyənildi. Hökümət ümumtəhsil məktəblərində tədris olunması məsləhət bilinən “İnformatika və hesablama texnikasının əsasları” fənninin strateji xəttini, gənclərin kompüter mədəniyyətini formalaşdırmaq məsələsini yerinə yetirmək xəttini müəyyənləşdirdi və fənnin tədrisinə 1985-ci ilin 1 sentyabrından başlanılmasını zəruri hesab etdi. Qısa müddətdə şagirdlər və müəllimlər üçün sınaq dərs vəsaiti hazırlandı. Dövlət məktəblərin kompüterləşdirilməsi problemini həll etmək üçün yeni “İnformatika və təhsil(rus dilində)” adlı elmi-metodik jurnal təsis etdi və jurnal 1986/87-ci ilinin əvvəllərində nəşr olundu.
Azərbaycanda yaşayan mütəxəsislərdə bu jurnaldan bəhrələnməklə təhsil sistemində informatikanın tədrisi ilə bağlı müəyyən işlər görmüşlər.
Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra bu sahəyə diqqət daha da artdı və ölkənin ali məktəblərində İnformatika müəllimlərinin hazırlanmasına başlanıldı.
Dostları ilə paylaş: |