3. Təsvirin formallaşdırılması səviyyəsi. Təsvirin formallaşdırılması anlayışı dil anlayışı ilə ayrılmaz əlaqəyə malikdir. Avtomat üçün tərtib olunmuş təsvirdə dildən istifadə edilirsə, bu dil ciddi qanunlara tabe olur və müəyyən formal sintaksis əmələ gətirir. Buna oxşar hallarda deyillər ki, dil formallaşdırılmışdır.
Diskretlik prinsipi.Alqoritmin qurulması qarşıya qoyulmuş, tələb olunan nəticəni almaq üçün yerinə yetirilən məqsədyönlü elementar əməliyyatlar ardıcıllığının tərtib edilməsidir. Bu əməliyyatlar ardıcıllığı alqoritmin təsvirinin diskret strukturunu təyin edir.