Tədqiqatın praktiki əhəmiyyəti. Aparılan tədqiqat işlərinin nəticəsi olaraq elmi-praktiki əhəmiyyəti olan nəticə yazılmış, Azərbaycanda becərilən zeytun meyvəsindən səmərəli istifadə edilməsi tövsiyə olunmuş və zeytundan hazırlanan məhsulların çeşidinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslandırılmış təkliflər verilmişdir.
Bitki yağlarının, o cümlədən zeytun yağının keyfiyyəti standarta əsasən aşağıdakı göstəricilər üzrə tədqiq olunur.
1. Bitki yağlarının orqanoleptiki göstəricilərinin tədqiqi (QOST 5472-90);
2. Yağların nisbi sıxlığının (xüsusi çəkisinin) təyini – piknometr üsulu ilə;
3. Yağların şüasındırma əmsalının təyini (QOST 5482-90);
4. Yağların rənginin təyini (QOST 5477-89);
5. Suyun və uçucu maddələrin faizlə miqdarının təyini (QOST 5478-81);
6. Turşuluq ədədi, mq KOH miqdarına görə (QOST 5476-81);
7. Yod ədədi – 100 qr yağa birləşən yod q-la (QOST 5479-81);
8. Kütləyə görə faizlə çöküntü (QOST 5481-89);
9. Fosforlu maddələrin miqdarı, faizlə (QOST 5424-80);
10. Sabunlaşmayan maddələrin miqdarı, faizlə (QOST 5482-90);
Dostları ilə paylaş: |