Badyan (ulduzvari cirə, hind razyanası) – Бадьян –
Jllicium Verum Hook L. Maqnoliya (Maqnoliaceae) fəsilə-
sinə aid olan həmişəyaşıl ağacın qurudulmuş meyvəsidir. Və-
təni Çin hesab olunur. Çin, Vyetnam və Filippin adalarında
becərilir. Onun 6-8 ədəd meyvə yarpaqcıqlarının birləşməsi nə-
ticəsində ulduzabənzər forma alınır. Meyvənin içərisində qəh-
vəyi rəngli xırda toxumları olur. Meyvənin 22%-ni toxum,
78%-ni qabıq təşkil edir. Qabıq hissəsində 5%, toxumunda 2%
efir yağı vardır. Efir yağının əsasını (82-95%) anetol təşkil edir.
Badyanın dadı şirintəhər, zəif acıdır. Nəmliyi 10%, külü 3-4%-
dən çox olmamalıdır. Badyandan kulinariyada, qənnadı, likör-
araq sənayesində, həmçinin, konserv istehsalında istifadə edilir.
343
Aşağı sortlu badyandan efir yağı alınır. O, həm bütöv və həm
də döyülmüş halda satışa buraxılır. Hil kimi 10 q kütlədə karton
qutularda və ya sellofan paketlərdə qablaşdırılır.
Badyanın müalicəvi xassələri. Tibdə badyan əsasən dər-
manların dadını yaxşılaşdırmaq üçün, bəzi hallarda ürəkağrıları
üçün nəzərdə tutulan çay yığımtılarının tərkibində istifadə
olunur. Xalq təbabətində badyandan 1:10 nisbətində hazır-
lanmış həlimdən yeməkdən qabaq mədə ağrılarına, titrətmə və
həyəcanlı ürəkkeçməyə qarşı 2-3 xörək qaşığı içilir. Dairəvi
qurdlara qarşı 1:20 nisbətində hazırlanmış tinkturadan hər gün
acqarına 1-2 xörək qaşığı qəbul etmək məsləhətdir.
Bədmüşk – Верба – Salix daphnoides. Söyüdkimilər
(Salicaceae) fəsiləsinin söyüd cinsindən, hündürlüyü 12-15 m-
ə
qədər olan ağacdır. Gövdəsi yaşılımtıl-boz, yarpaqları enli
ellips formasında, bəzən uzunsov lanset və ya enli oval şəklin-
dədir. Azərbaycan Respublikasının əksər bölgələrində bitir.
Oduncağının tərkibində alkaloidlər, qlükozidlər və digər mad-
dələr var. Oduncağın qabığından dərini aşılamaq və qara boyaq
almaq üçün istifadə edilir.
Bədmüşkün müalicəvi xassələri. Xalq təbabətində sinqa
və qızdırmanın müalicəsində istifadə edilir. Tərkibindəki flavon
xarakterli maddələr ürək-damar sistemi xəstəliklərinin müalicə-
sində məsləhət görülür. Yazbaşı sarımtıl rəngli erkək çiçəklə-
rindən ətirli bədmüşk gülabı (arağı) çəkilir. Xalq təbabətində
başağrını kəsmək üçün işlədilir, çox qan itirmiş və zəif düşmüş
xəstələrə bal ilə qarışdırılıb içirdilir. Azərbaycanda bədmüşk-
dən hazırlanan ətirli gülab milli şərbətlərin, xüsusən də süd
şə
rbətinin ətirləndirilməsində işlədilir. Tərkibində terpen və
seskviterpen tərkibli xoşagələn iyli efir yağı var. Balverən bit-
kidir. Bədmüşkün yarpaqlarını heyvanlar (xüsusilə keçilər)
həvəslə yeyir. Ona görə də bədmüşk keçisöyüdü də adlanır.
Boymad_ər_ən'>Boymadərən – Тысячелистник – Achillea milleo-
lium L. Mürəkkəbçiçəklilər (Compositae) fəsilənsindən olan,
40-120 sm hündürlükdə çoxillik ot bitkisidir. 200-ə qədər
344
növündən Azərbaycanda 14 növü yayılmışdır. Gövdəsi düz,
yarpağı neştərşəkilli, çiçəkləri ağ, sarı və ya çəhrayı, çiçək sə-
bətcikləri qalxanvarıdır. Meşə talası, çəmən və çay kənarında
bitir. Bitki iyun-iyul aylarında çiçək açır və bu dövrdə xoş ətir
qoxuyur. Qiymətli ətirli bitki olduğundan Ukraynada sənaye
ə
həmiyyətli plantasiyaları salınmışdır. Azərbaycanın, demək
olar ki, bütün rayonlarında boymadərən bitkisinə təsadüf edilir.
Boymadərən çiçəklərində 0,2-0,5% efir yağı vardır. Efir
yağının 8-10%-i sineol, L-borneol,
β
-pinen, L-limonen
və
azulen
maddəsindən ibarətdir. Boymadərənin tərkibində anti-
biotik xassəli maddələr, qatran, aşı maddəsi, alkaloidlər
(axillein, betonitsin, staxidrin), C vitamini, K vitamini, karotin,
üzvi turşular, xolin maddəsi vardır. Boymadərən xalq təba-
bətində işlədilən qədim dərman bitkisidir. Onun çiçəkli baş his-
sələrindən çay kimi dəmləyib daxili qanaxmalarda qankəsici
vasitə kimi qədimdən istifadə edilir. Çiçək və yarpaqlarından
boymadərən arağı çəkilib xalq təbabətində ağrıkəsici, işta-
haartırıcı, həzmedici dərman kimi içilir. Boymadərən arağını
şə
rbətə qatıb içirlər. Boymadərəndən acı nastoyka (spirtli içki)
və likörlərin hazırlanmasında da istifadə edilir. Azərbaycanda
boymadərənin ehtiyatı çox olduğundan onun tədarükünə və
sənayedə istifadəsinə ciddi fikir verilməlidir.
Boymadərənin müalicəvi xassələri. Dərman məqsədilə
bitkinin yerüstü hissəsini çiçək açan dövrdə çin və oraqla, ya da
xüsusi maşınla toplayırlar. Sonra yarpaqlarını və çiçəklərini
ayrı-ayrı qurudub tədarük məntəqələrinə təhvil verirlər. Boy-
madərən otunun da bir neçə vacib maddələri vardır. Bunlardan
K vitamini, 0,2%-ə qədər efir yağı və hələ tam öyrənilməmiş
axillein
adlanan acı maddəni və s. göstərmək olar. Efir yağının
tərkibində azulen maddəsi olduğuna görə, boymadərənin efir
yağı tünd göy və ya yaşıl rəngdədir. Bundan əlavə boyma-
dərənin tərkibində antibiotik xassəli maddələr, qatran, aşı mad-
dəsi, C vitamini, karotin də müəyyən edilmişdir. Boymadərən
xalq təbabətində işlənən qədim dərman bitkisidir. Onun çiçəkli
345
baş hissələrindən çay kimi dəmləyib daxili qanaxmalarda
qankəsici vasitə kimi çoxdan bəri istifadə edilir. Elmi təbabətdə
boymadərən həb, dəmləmə və duru ekstrakt şəklində qankəsici,
ağrısakitləşdirici və iştahaartırıcı dərman kimi qəbul olunur.
Cirə – Анис – Pimpinella anisum. Çətirçiçəklilər
(Umbelliferae) fəsiləsindən olan, hündürlüyü 50 sm-ə çatan
birillik ot bitkisidir. Bəzən cirəyə xırdazirə də deyilir. Cirənin
yetişmiş ikitoxumlu meyvəsindən istifadə olunur. Vətəni Misir
sayılır. Rusiyada Kursk, Voronej vilayətlərində və Ukraynada
becərilir. Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda cirə
ə
n çox Abşeronda becərilir. Yabanı növü yoxdur. Cirə iyun-
iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında
yetişir.
Düz duran gövdəsinin üzərində növbə ilə düzülmüş uzun
saplaqlı yarpaqları və gövdəsinin zirvəsində çətir şəklində yer-
ləşən ağ rəngli çiçəkləri vardır. Meyvəsi iki dənədən ibarətdir.
Bitki tam yetişdikdən sonra biçilir, iri dəstələrə bağlanıb
açıq havada qurudulur, sonra isə döyülür. Kənar qatışıqlardan
təmizlənib 45-50
0
C-də qurudulur. Əmtəəlik cirə meyvəsi
armudaoxşar və ya yumurtavarı formada, uzunluğu 2-5 mm, eni
2-3 mm olur.
Cirənin tərkibində 1,5-6%-ə qədər efir yağı vardır ki,
bunun da 80-90%-ni anetol (C
10
H
12
O), 10%-ə qədərini metil-
xavikol, cirə-keton, cirə aldehidi, dipenten, pinen, kamfen
və
cirə turşusu
təşkil edir. Onun meyvəsində, həmçinin, 28%-ə
qədər piyəbənzər yağ da vardır.
Cirə meyvəsinin rəngi sarımtıl-boz olub, spesifik ədviyyə
ə
tirli, dadı şirintəhərdir. Nəmliyi 10-12%, külü 9-10% olmaqla
efir yağının miqdarı 1,5%-dən az, zibil qatışığı 3%-dən, efir
yağlı toxum qatışığı isə 8%-dən çox olmamalıdır.
Cirə 50-60 kq çəkidə birqat kisələrə qablaşdırılır. Pəra-
kəndə ticarətə isə 100 q çəkidə karton karobkalarda buraxılır.
Çörək-bulka məmulatı, likör-araq, şorabaya qoyulmuş
xiyar, unlu qənnadı məmulatı istehsalında və müxtəlif xörək-
346
lərin hazırlanmasında işlədilir. Cirədən ətriyyat sənayesində və
təbabətdə də istifadə edilir.
Cirədən yalnız yeməklərin dadını və ətrini yaxşılaşdır-
maq üçün deyil, iştahaartırmaq üçün də istifadə olunur. Bunun
üçün cirəni natamam üyüdür, xörək duzu qatıb nahardan qabaq
bir neçə tikə çörəklə yeyirlər.
Cirənin müalicəvi xassələri. Cirədən təbabətdə bəlğəm-
gətirici, köpyatırıcı və iştahaartırıcı vasitə kimi bir sıra prepa-
ratların tərkibində geniş istifadə olunur. Xalq təbabətində cirə
meyvəsindən çay kimi dəmləyib soyuqdəymədə yumşaldıcı,
bəlğəmgətirici, astmanın qarşısını alan və eləcə də xroniki
mədə-bağırsaq xəstəliyinin müalicəsində faydalı bir dərman
kimi işlədirlər. Cirənin qurudulmuş meyvəsindən 15-20 q bir
litrlik su qabında çay kimi dəmləyib, gündə iki dəfə, yarım
stəkan qəbul edirlər.
Cirəni razyana meyvəsi ilə bərabər hissə-hissə qarışdırıb
toz halına salandan sonra, ondan iki çay qaşığı bir stəkan
qaynar suda dəmləyib, mədə xəstəliyi zamanı köpün qarşısını
alan dərman kimi işlədirlər. Cirə meyvəsindən hazırlanmış çay
uşaq əmizdirən anaların südünü artırmağa da kömək edir.
Abşeronun bağlı-bağçalı kəndlərində qədim vaxtlardan
bəri becərilən və istifadə olunan cirə, razyana və digər ətirli-
yağlı bitkilərin təbabət üçün çox böyük əhəmiyyəti vardır.
Cökə – Липа – Tilia cordata Mill. Cökə (Tiliaceae)
fəsiləsinə aid yabanı halda bitən 25 m-ə qədər hündürlükdə
ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda yetişəni, əsasən
Qafqaz cökəsi adlanır. Cökə ağacının 300-400 il ömrü olur.
Uzunsaplaqlı yaşıl yarpaqları və xoşagələn ətirli, sarı-qonur
rəngli çiçəkləri vardır. Cökə çiçəkləri tam açıldıqda toplanır və
kölgədə qurudulur. Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn
efir yağı, onun da tərkibində farnezol (C
15
H
26
O) maddəsi
vardır. Likör-araq sənayesində istifadə edilir. Cökə çiçəklərində
gesperidin
(C
28
H
50
O
15
) və tiliasin tipli flavon qlükozidləri, aşı
347
maddələri, karotin və C vitamini, saponin, üzvi turşular və s.
maddələr, toxum ləpəsində isə 58% yağ var.
Cökə ağacının yarpaqlarında bakterisid xassəli maddələr
də vardır. Cökə çiçəklərindən soyuqdəymədə tərlədici və həra-
rətsalıcı kimi, eyni zamanda, tənəffüs yollarının iltihabı, mədə-
bağırsaq xəstəliklərində çay kimi dəmlənib istifadə edilir. Cökə
yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% C vitamini
vardır. Yaz vaxtı təzə cökə yarpaqlarından cökə dolması
bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə edilir.
Cökə ən yaxşı bal verən bitkidir. 1 ha cökə meşəsindən
arılar 1,5 t bal hasil edə bilir. Dadına və müalicəvi əhəmiy-
yətinə görə cökə balı hələ qədimdən ən yaxşı bal hesab edilir.
Cökənin müalicəvi xassələri. Çiçəklərinin xoşagələn
özünəməxsus iyi onun tərkibində olan farnezol spirtindən əmə-
lə gəlir. Seskviterpenlərdən olan farnezol son dərəcə ətirli qo-
xuya malikdir. Cökə ağacının yarpaqlarında bakterisid xassəli
maddələr də vardır. Qədim vaxtdan bəri cökənin iyun və iyul
aylarında toplanmış və qurudulmuş çiçəklərindən xalq təbabə-
tində dəmləmə kimi bir çox xəstəliklərin müalicəsində istifadə
edirlər.
Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi
vardır. Bu məqsədlə çox vaxt cökə çiçəyini, sığırquyruğunu və
gəndalaş bitkisinin çiçəkləri ilə birlikdə dəmləyirlər. Bu dəm-
ləmədən bir çox xəstəliklərin müalicəsində, məsələn, tənəffüs
yollarının iltihabı, qaraciyər, böyrək və mədə-bağırsaq xəstəlik-
lərində, eləcə də bərk soyuqdəymə zamanı iki xörək qaşığı,
gündə 3 dəfə, xörəkdən yarım saat qabaq xəstəyə içirirlər.
Cökə çayını hazırlamaq üçün qurudulmuş və xırdalanmış
cökə çiçəklərindən 5 q götürüb, onu təmiz kağızın üzərində 2 q
sığırquyruğu və 3 q gəndalaş bitkilsinin çiçəyi ilə qarışdırır, 0,5
litrlık şüşə və yaxud emallı qaba töküb üzərinə dolana qədər
qaynar su əlavə edir və odun üzərində 15 dəq. dəmləyirlər.
Sonra qabı odun üzərindən götürüb isti-isti tənzifdən süzür və
xəstəyə içirirlər.
348
Azərbaycanın dağ-meşə rayonlarında və Abşeronun bağ-
larında, parklarında çoxdan bəri becərilən, iyun-iyul aylarında
öz ətirli xoş iyi ilə parkları gözəlləşdirən cökə ağacının tibbi
məqsədlər üçün böyük əhəmiyyəti vardır.
Çödükotu – Иссоп – Hyssopus officinalis. Dodaq-
çiçəklilər (Labiatae) fəsiləsindən 20-80 sm-ə qədər hündür-
lükdə olan yarımkol bitkidir. Uzunsov yarpaqlarının qoltuğun-
da tünd göy, çəhrayı və ya ağ rəngli 5-7 ədəd ikidodaqlı çiçəyi
yerləşir. Bu bitki yabanı halda Rusiyanın Avropa hissəsində,
Qafqazda və Orta Asiyada yayılmışdır. Mədəni halda çox az
becərilir. Yarpaqları və çiçəkləri xoşagələn ətirli və acı ədviy-
yəli dada malikdir. Təzə və qurudulmuş yarpaqları tamlı qatqı
kimi ət və tərəvəz xörəklərinə, souslara, soyuq qəlyanaltılara və
salatlara qatılır. Likör-araq sənayesində likörün ətirləndirilmə-
sində, ətirləndirilmiş şərabların istehsalında və ətriyyat sənaye-
sində istifadə edilir. Göy çiçəklilərdə maksimum miqdarda, ağ
çiçəklilərdə isə minimum efir yağı vardır.
Çödükotunun yetişdiyi torpaq-iqlim şəraitindən asılı
olaraq tərkibində 0,9-1,15% efir yağı, onun tərkibində isə 1%-ə
qədər
α
-pinen
, 5%-ə qədər
β
-pinen,
L-pinokamfen və başqa
terpenlər vardır. Çödükotunda bundan başqa aşı və acı maddə-
lər, ursol və olenaol turşusu, flavanoidlər, qatranlar, piqmentlər
və s. maddələr vardır.
Çödükotu balverən bitkidir. Çödükotu balı ən yaxşı bal
hesab edilir. Arılar bir ha-dan 60 kq-a qədər bal hasil edir.
Bəzək bitkisi kimi də becərilir.
Çödükotunun müalicəvi xassələri. Çödükotunun dər-
man vasitəsi kimi istifadə olunması onun tərkibindəki efir yağ-
larının, aşı maddələrinin, üzvi turşuların, kamedlərin, diosmin
flavonidinin və issopin qlikozidinin olması ilə əlaqədardır. Çö-
dükotundan hazırlanmış tinktura sidikqovucu və köp əleyhinə,
çödükotundan hazırlanan məhlul və həlimlər isə həm də yarasa-
ğ
aldan xassəyə malik olduğundan islatma kimi və gec sağalan
yaraları yumaq məqsədilə tətbiq olunur. Ağızdakı və boğazdakı
349
iltihabı proseslərdə, eləcə də səsin tutulmasında çödükotu hə-
limi ilə qarqara etmək məsləhət görülür. Çödükotu həlimi qəbul
etdikdə tərləmə sekresiyası orqanizmdə nizama düşür.
Xalq təbabətində ondan bəlğəmgətirici, astmaya qarşı,
mədə-bağırsaq xəstəliklərində, yarasağaldıcı və eləcə də, tonus-
qaldırıcı vasitə kimi istifadə edilir.
Dağnanəsi – Чабер горный – Satureia hortensis L.
Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bit-
kisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir.
Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Avropanın bütün
ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziya respublikala-
rında bitir.
Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd-
viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər-
kibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol,
karvakrol, pinen
vardır. Təzə yarpaqlarında 50 mq% askorbin
turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına
oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının
ə
sas hissəsini karvakrol təşkil edir.
Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xö-
rəklərə, eləcə də xiyar, pomidor, bibər və göbələyi sirkəyə və
duza qoyduqda istifadə edilir.
Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq
ş
orbalarına; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən
ə
lavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə,
pörtlədilmiş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörək-
lərə spesifik ətir iyi verir və onları vitaminləşdirir. Dağnanəsin-
dən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə
olunur.
Darçın – Корица – Cinnamomum zeylanicum. Dəfnə
(Lauraceae) fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın
ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq-
dan ibarətdir. Vətəni Cənubi-Şərqi Asiyadır. Bitkinin yunan
mənşəli adının mənası «nöqsansız ədviyyə» kimi başa düşülür.
350
Qədim dövrdən darçının iki növü – Çin və Seylon darçını öz
aralarında rəqabət aparır. Çin darçını haqqında ilk yazılı
məlumat eramızdan əvvəl təxminən XVII əsrə aiddir. Çin
darçını bütün dövrlərdə və xalqlar tərəfindən yüksək qiymətlən-
dirilmişdir. Seylonun (indiki Şri-Lankanın) portuqaliyalılar
tərəfindən işğalından sonra Seylon darçını Çin darçınını sıxış-
dırmağa başladı və artıq XVI əsrin ortalarında onun qiyməti on
dəfələrlə artmışdı. Bu onunla izah olunurdu ki, Seylonda dar-
çını yabanı bitən ağacların qabığından toplayırdılar. Seylonda
ilk darçın plantasiyaları 1765-ci ildə salındı və sonradan bütün
ölkələrin darçına olan tələbatı tədricən ödənildi.
Darçın ən çox Seylonda, Yavada, Brazilayada, Çinin cə-
nub-şərq rayonlarında və Indoneziyanın bir sıra adalarında
yetişdirilir.
Darçın ağaclarının cavan budaqlarını 4-cü ildən baş-
layaraq ildə iki dəfə kəsib, uzununa yardıqdan sonra qabığını
soyurlar. Soyulmuş qabıqların 10 ədədini bir-birinin içərisinə
yığıb dəstə bağlayırlar. Həmin qabıqları fermentləşdirmək məq-
sədilə bir neçə gün saxladıqdan sonra qabığın xarici təbəqəsini
təmizləyib, daxili qatını havada qurudurlar. Quru darçını sort-
laşdırdıqdan sonra 45-50 kq kütlədə paçkalara bağlayıb satışa
göndərirlər. Darçının xoş ətri və nisbətən tünd tamı, tərkibin-
dəki darçın aldehidinin (C
9
H
8
O) olması ilə izah edilir ki, bu al-
dehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan
ə
lavə, efir yağlarında 4-10% evgenol,
α
- pinen, kariofilen,
fellondren
və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növün-
dən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq
4 növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını,
Baton və Maloy darçını. Bunlardan Çin və Seylon darçını
yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza
yalnız Seylon və Çin darçını gətirilir. Darçın iki müxtəliflikdə
satışa buraxılır: boruşəkilli darçın qabığı və üyüdülmüş darçın
tozu. Boruşəkilli darçın qabığının uzunluğu 10-15 sm olmalıdır.
Darçın tozu isə 095 saylı ələkdən keçirildikdə 2%-ə qədər
351
ə
ləkdə qala bilər. 045 saylı ələkdən 80%-dən çox keçməlidir.
Üzü quru kiflə örtülmüş darçının miqdarı boruşəkilli darçında
3%-ə qədər ola bilər. Pərakəndə ticarət üçün darçın qabığını və
tozunu 15-25 q kütlədə kağız və ya sellofan paketlərdə, yaxud
da karton qutularda satışa buraxırlar. Nəmliyi 13,5%-dən
(üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir
yağı 0,5%-dən az olmamalıdır.
Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının
xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı
sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.
Darçın meyvə şorbalarına, ov quşu və ət xörəklərinə, souslara
və marinadlara əlavə olunur. Milli mətbəximizdə darçın çox
geniş miqyasda istifadə olunur.
Darçının müalicəvi xassələri. Darçın qədimdən orqa-
nizmi gücləndirən və möhkəmləndirən vasitə kimi, xüsusən
uzun sürən ağır xəstəlikdən sonra istifadə olunmuşdur. Darçını
təkidlə qidanın həzmini yaxşılaşdırmaq üçün məsləhət görür-
dülər. Darçın iştahanı artırır, bağırsaqların yüksək peristalti-
kasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və
bağırsaqlardakı ağrıları sakitləşdirir. Bu günə qədər Qərbi Av-
ropa ölkələrində darçından ishala və mədənin pozulmasına
qarşı, xüsusilə mədə şirəsinin yüksək turşuluğundan asılılığı ilə
ə
laqədar istifadə edirlər. Darçın həm də yaxşı qankəsici vasi-
tədir. Onu bütün daxili qanaxmalarda, xüsusən də uşaqlıq
qanaxmalarına qarşı təyin edirlər. Darçın bakteriyalara və
viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı
vasitə kimi tətbiq olunur. Bir çox ölkələrdə darçın Dövlət
Farmakopeyasına daxil edilib. Homeopatiyada Seylon darçını
qabığının daxili hissəsindən hazırlanan tinkturadan istifadə
olunur.
Dəfnə yarpağı – Лавровый лист – Laurus pobilis L.
Dəfnə (Lauraceae) fəsiləsinə aid həmişəyaşıl nəcib dəfnə ağa-
cının qurudulmuş yarpaqlarıdır. Vətəni Kiçik Asiya və Aralıq
dənizi sahilləridir. Yabanı halda Şimali Afrikada, Italiyada
352
təsadüf olunur. Sənaye əhəmiyyətli dəfnə isə Avropanın cənu-
bunda, Türkiyə, Yunanıstan, Suriya, Əlcəzair və ABŞ-da
yetişdirilir.
Dəfnə yarpağı Gürcüstanda, Azərbaycanda, Qafqazın
Qara Dəniz sahillərində və Krımda becərilir.
Dəfnə ağacı daim yaşıl olub, 2-5 m hündürlüyündə kol və
ya 8-12 m hündürlüyündə ağacdır. Yarpağı uzunsov lanset
formalı, açıq rəngdədir. Dəfnə yarpağı yığılacaq ağac bir neçə il
qabaq kol halına salınır. Yeni pöhrələnmiş budaqlardan zərif
yarpaqlar yığılır və qurudulur. O açıq havada tez quruyur.
Lakin düzgün saxlanmadıqda tez də xarab olur.
Dəfnə yarpağının tərkibində 8,92% su, 2,35% azotlu
maddələr, 33,80% sellüloza, 32,14% azotsuz ekstraktlı mad-
dələr, 3,51% kül, eyni zamanda 1,62-3,52%-ə qədər efir yağı da
vardır. Bu yağ ona spesifik ətir verir. Ona görə də dəfnə
yarpağının ətri və dadı həmin yağın miqdarından asılıdır. Dəfnə
efir yağının əsas tərkibi 49,6-50,2% sineol (C
10
H
18
O) mad-
dəsindən ibarətdir. Bundan başqa 30%-ə qədər pinen, 16%-ə
qədər spirtlər (linalool, terpineol, geraniol), eləcə də 1,6-3,0%-
ə
qədər evqenol vardır.
Dəfnə yarpağından əsasən konserv sənayesində, ət və
balıq konservlərinin, balıq preservlərinin istehsalında istifadə
edirlər. Dəfnə yarpağı tərəvəzin və göbələyin duza və sirkəyə
qoyulmasında, həmçinin, tərəvəzlərin turşudulmasında istifadə
edilir. Dəfnə efir yağı az miqdarda qənnadı və likör-araq
sənayesində işlədilir. Aşpazlıqda ən geniş yayılmış ədviyyədir.
Dəfnə yarpağının keyfiyyəti aşağıdakı tələblərə uyğun
olmalıdır:
– xarici görünüşü ayrı-ayrı yarpaqlardan ibarət olub,
xırdalanmış yarpaqların miqdarı 15%-dən çox olmamalıdır;
– rəngi yaşıldır. Sarımtıl-yaşıl yarpaqlar 10%-ə qədər,
saralmış yarpaqlar 2%-ə qədər ola bilər;
– nəmliyi 13%-ə qədər, külü 4%-dir.
353
Dəfnə yarpağını 25; 30 və 100 q kütlədə kağız və
sellofan paketlərdə satışa buraxırlar. Ticarətdə dəfnə yarpağının
ə
vəzediciləri də buraxılır. Bunlara dəfnə tozu, dəfnə həbi və
dəfnə efir yağı aiddir. Həmin məhsullar dəfnə yarpaqlarının
təzə və saralmış yarpaqlarından su buxarı ilə qovmaqla alınan
dəfnə efir yağından istehsal edilir.
Dəfnə efir yağı onun 5-10%-li spirtdəki (96%-li) və ya
rafinadlaşdırılmış günəbaxan yağındakı məhluludur. Xarici gö-
rünüşünə görə yaşıl çalarlı sarı mayedir. Kəskin ətrə və
yandırıcı dada malikdir.
Dəfnə tozu və dəfnə həbi üçün əsas maddə xörək du-
zudur (95-97%). Ona 1-3% dəfnə efir yağı, 2% nişasta qatılır.
Dəfnə həbini tərkibində 1% efir yağı olan dəfnə tozundan hazır-
layırlar. Dəfnə tozunun nəmliyi 4%, həbin nəmliyi isə 3,5%-dir.
Aparılan tədqiqatlar göstərir ki, satışa verilən dəfnə
yarpağının tərkibində nəmlik 14%-dən çox, efir yağının mini-
mal miqdarı isə 1%-dən az olmamalıdır. Eyni zamanda, stan-
dart üzrə dəfnə yarpağını qəbul edərkən, əsasən onun xarici gö-
rünüşü, yarpağın forması, ölçüsü, rəngi müəyyən edilir. Lakin
ə
sas göstərici kimi efir yağının miqdarı nəzərə alınmır. Efir
yağının miqdarı müxtəlif illərdə və coğrafi şəraitdə əldə edilən
dəfnə yarpağında 0,5%-dən 4,5%-ə qədərdir. Efir yağının
miqdarını təyin etmək üçün burada Kinzberq üsulundan istifadə
etmək məsləhət görülür. Dəfnə yarpağı eyni sort üzrə deyil,
keyfiyyətindən asılı olaraq müxtəlif sortlarda (əla, 1-ci, 2-ci)
buraxılarsa daha yaxşıdır.
Dostları ilə paylaş: |