Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
hm d-Cabir smay l o lu hm dov


(Capsicum  longum  D.C.)  daha  çox  yayılmışdır.  Saplaqlı  isti-
otun vətəni Mərkəzi Amerika (Meksika və Qvatemala), Kayen 
istiotunun vətəni Cənubi Hindistandır.  
 Meyvəsindən  təzə,  konservləşdirilmiş  şəkildə  və  quru-
dulduqdan  sonra  üyüdüb  ədviyyə  kimi  istifadə  edirlər.  Tropik 
ölkələrdə qırmızı istiot çoxillik, Azərbaycanda isə birillik bitki 
 
374
kimi  becərilir.  Becərilən  istiotlar  2  qrupa  bölünür:  tərəvəz  və 
ə
dviyyə istiotu. 
Tərəvəz  istiotuna  şirin  bibər  də  aiddir  ki,  bu  müxtəlif 
salatların  hazırlanmasında  və  tərəvəz  konservləri  istehsalında 
istifadə olunur. 
Ə
dviyyə  istiotu  özü  də  tərkibindəki  yandırıcı  maddənin 
miqdarına  görə  2  yerə  bölünür:  acı  yandırıcı  istiot  və  zəif 
yandırıcı istiot. Ədviyyə istiotuna saplaqlı istiot da deyilir. 
İ
stiot  meyvəsinin  uzunluğu  6-12  sm,  ən  böyük  diametri 
isə 3 sm olur. Yetişmiş meyvələri sarı, narıncı və müxtəlif ça-
larlı qırmızı rəngdədir. 
Qırmızı istiot, əsasən Cənubi Ukraynada, Şimali Qafqaz-
da,  aşağı  Volqaboyunda,  Zaqafqaziyada,  Orta  Asiyada  becə-
rilir. 
Qırmızı  istiotun  aşağıdakı  sortları  becərilir:  Həştərxan, 
Ukrayna  (çox  tünddür),  Kutaisuri,  Margelan,  Namonqan  (orta 
tünddür),  Velikan,  Fil  xortumu  (zəif  tünddür).  Azərbaycanda 
acı  istiotlardan  Fil  xortumu-304  və  Həştərxan-628  sortları  be-
cərilir. 
Qırmızı  istiot  xarici  ölkələrdən  Bolqarıstanda,  Macarıs-
tanda,  Rumıniyada,  Yuqoslaviyada,  Türkiyədə,  Ispaniyada 
daha çox yayılmışdır. Dünya bazarında Macarıstan bibəri daha 
çox yer tutur. 
Ə
dviyyə  kimi  istifadə  olunan  qırmızı  istiotu  əldə  etmək 
üçün  o,  tam  yetişmiş  halda  qurudulur,  üyüdülür  və  məhsul 
«paprika» adlanır. Tərkibində 1,12% efir yağı, 1%-ə qədər kap-
saitsin
 qlükozidi vardır. 
Qırmızı  istiotu  kulinariyada  müxtəlif  xörəklərin  hazır-
lanmasında bütöv və üyüdülmüş halda işlədirlər. Qırmızı istiot 
20-30%  miqdarında  istiot  qatışıqlarının  tərkibinə  daxil  olur. 
Üyüdülmüş qırmızı istiotun rəngi qırmızı-kərpici və ya narıncı 
olub  özünəməxsus  iyi  vardır.  Dadı  çox  yandırıcı  (tünd  tamlı 
istiot  üçün)  və  ya  zəif  yandırıcı  olmalıdır.  Nəmliyi  11%-ə 
qədər,  külü  isə  9%-ə  qədərdir.  095  nömrəli  ələkdə  ələndikdə 

 
375
2%-dən  çox  qalmamalıdır.  054  nömrəli  ələkdən  isə  80%-dən 
çox  keçməlidir.  Metal  qatışığı  1  kq-da  10  mq-dır.  Kənar  qatı-
ş
ıqların  olmasına  yol  verilmir.  Satışa  25  və  50  q  xalis  çəkidə 
karton  karobkalarda  və  ya  kağız  paketlərdə  buraxılır.  Bütöv 
halda  təzə  istiot  tərəvəzlərin  duza  və  sirkəyə  qoyulmasında 
ə
vəzolunmaz ədviyyədir. 
Qırmızı  istiotun  müalicəvi  xassələri.  Qırmızı  istiotun 
meyvələrini tam yetişdikdən sonra toplayıb günəş altında və ya 
xüsusi  quruducularda  qurudurlar.  Bitkinin  meyvəsini  qurut-
duqda və xüsusən qurumuş məhsulu xırdaladıqda çox ehtiyatlı 
olmaq  lazımdır,  çünki  qırmızı  istiotun  tozu  gözün  və  tənəffüs 
yollarının selikli qişasına kəskin yandırıcı təsir göstərir. Qırmızı 
istiotun  əsas  təsiredici  maddəsi  alkaloid  xassəli  kapsaisindir. 
Kapsaisin  kəskin  yandırıcı  təsirə  malik  olub,  kimyəvi  quruluş 
etibarilə  desilen  turşusunun  vanilin  amididir.  Qırmızı  istiotda 
kapsaisin alkaloidinin miqdarı 0,2%-ə qədər, başqa növlərdə isə 
nisbətən az olur. Qırmızı istiotun tərkibində kapsaisindən başqa 
10%-ə  qədər  piyli  yağ,  385  mq%-ə  qədər  C  vitamini  və  10 
mq%-ə qədər karotin vardır. Tibdə qırmızı istiotdan tinktura və 
mürəkkəb  duru  məlhəm  şəklində  revmatizmdə  və  eləcə  də 
donmalarda  xaricə  sürtmə  kimi  istifadə  edilir.  Bundan  əlavə, 
bitkinin  təzə  dərilmiş  və  qurudulmuş  meyvələri  az  dozada 
daxilə,  iştahgətirici  maddə  kimi  də  işlədilir.  Qırmızı  istiotun 
meyvələri insektisid xassəyə malikdir.  
Qeyd  etmək  lazımdır  ki,  mədə-bağırsaq,  qaraciyər  və 
böyrək xəstəliklərində qırmızı istiotdan istifadə etmək məsləhət 
görülmür. 
Tibdə,  əsasən  iştahaartırıcı  vasitə  kimi  qırmızı  acı  istiot 
sortlarından  istifadə  olunur.  Bu  məqsədlə  qırmızı  istiotun 
spirtdəki  tinkturasından  yeməkdən  əvvəl  10-20  damcı  qəbul 
etmək iştahanı artırır və həzmi yaxşılaşdırır. Belə tinktura həm 
də  bakterisid  təsirə  malik  olduğundan,  onu  kəskin  mədə-ba-
ğ
ırsaq pozuntularında da tətbiq etmək olar. Bu tinkturanı günə-
baxan  yağı  ilə  1:2  nisbətində  qarışdırıb  miozitdə  (əzələlərin 
 
376
iltihabı) və işiasda (oturaq sinirinin iltihabı) dərini ovuşdurmaq 
üçün  bir  vasitə  kimi  istifadə  olunur.  Bu  məqsədlə  apteklərdə 
hazırlanan və tərkibində qırmızı istiot nastoyu olan liniment və 
məlhəmlərdən  də  istifadə  etmək  olar.  Qırmızı  istiot  tinkturası 
həm  də  donmaya  qarşı  istifadə  olunan  məlhəmlərin  tərkibinə 
daxil edilir. 
Qıtıqotu    Хрен  –  Armoracia  ructicana  L.  Xaç-
çiçəklilər  (Cruciferae)  fəsiləsindən  olan  çoxillik  bitkinin 
(Armoracia  ructicana  Lam,  Coch  learia  armoracia  Lam.), 
ə
sasən kökləri istifadə edilir. Dünya florasında dörd növü bitir. 
Azərbaycanda  bir  növü  –  A.ructicana  mədəni  halda  yayıl-
mışdır.  Rusiyanın  bütün  rayonlarında  becərilir.  Yabanı  halda 
Rusiyanın Avropa hissəsində, Qafqazda və Qərbi Sibirdə təsa-
düf edilir. Qıtıqotunun kökündən başqa, bəzən cavan yarpaqları 
salata,  şorbaya,  həmçinin,  xiyar  və  pomidoru  duza  qoyduqda 
(şüyüd əvəzi) işlədilir. 
Hündürlüyü  50-150  sm-ə  çatan,  budaqlanan  gövdəsi  və 
iri,  ətli  kök  sistemi  vardır.  Kökətrafı  yarpaqları  iri,  uzunsov, 
bütöv,  azca  mişarvarıdır.  Gövdənin  aşağı  hissəsində  yerləşən 
yarpaqları  uzunsov,  ortada  yerləşən  yarpaqları  qısa  lansetvarı, 
yuxarıdakıları  isə  xətvarıdır.  Çiçəkləri  xırda,  ağ  rəngdə,  göv-
dənin  qurtaracağında  salxımvarı  toplanır.  Iyun  ayında  çiçək 
açır.  Ətirli  iyi  vardır  ki,  bu  da  şəbbu  gülünün  ətrini  xatırladır. 
Meyvəsi  uzunsov  və  yaxud  yumru  4-8  ədəd  toxumdan  iba-
rətdir. Kökü yumaqvarı olub, çoxlu əlavə kökləri vardır. Onlar, 
ə
sasən torpağın üst qatına yaxın 25-30 sm, bəzən isə 55-60 sm 
dərinlikdə  yerləşir.  Kökü  xaricdən  qızılı-qəhvəyi,  daxildən  isə 
ağ rəngdədir. 
Ə
n  yaxşı  kök  1-ci  və  2-ci  ildə  alınır,  çoxillik  köklər 
ağaclaşmış və çox acı olur. Qıtıqotunun tünd dadı və iyi onun 
tərkibindəki  siniqrin  qlükozidindən  asılıdır  və  bundan  xardal-
alil yağı əmələ gəlir.  
Qıtıqotu qiymətli ədviyyə və dərman bitkisi hesab edilir. 
Qıtıqotunun  tərkibində  zülallar,  yağ  və  karbohidratlar  vardır. 

 
377
Kökünün  tərkibində  73,85%  su,  3,35%  protein,  23-32%  quru 
maddə, 13,3% azotsuz ekstraktiv maddə, 2,58% sellüloza, 4,5% 
zülal,  9,6%  şəkər  vardır.  Bundan  əlavə,  orqanizm  üçün  çox 
faydalı  sayılan  mineral  maddələrdən  natrium  (7,9%  mq%), 
kalium (579 mq%), kalsium (119 mq%), manqan (35,3 mq%), 
mis  (0,14  mq%),  fosfor  (70  mq%),  kükürd  (212  mq%),  xlor 
(18,8  mq%),  həmçinin,  yarpaq  və  kök  yumrusunun  tərkibində 
200 mq% C, kifayət qədər B vitaminləri, qlükozid və karotin də 
aşkar  edilmişdir.  Ədviyyə  məqsədilə  qurudulmuş,  yaxud  toz 
halına salınmış kökündən istifadə olunur. 
Siniqrin
  qlükozidi  mirozin  fermentinin  təsiri  ilə 
parçalanır, tünd ətirli və  yandırıcı xassəyə malik olan allil efir 
yağı ə
mələ gəlir. 
Qıtıqotunun  köklərindən  “Aşxana  qıtıqotu”su  hazırlanır 
və kulinariyada tamlı qatma kimi istifadə olunur. 
Qıtıqotunun  müalicəvi  xassələri.  Qıtıqotu  iştahanı 
artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Iştahanın artması 
üçün 1 çay qaşığı sürtgəcdən keçirilmiş qıtıqotunu bal və yaxud 
şə
kərlə yeməkdən qabaq qəbul etmək məsləhət görülür. Klinik 
təcrübədə müəyyən olunmuşdur ki, qıtıqotu şirəsi və onun sulu 
məhlulu  mədədə  duz  turşusunun  ifrazını  artırır  və  mədə  şirə-
sinin azlığı ilə müşayiət olunan qastritdə çox faydalıdır.  Lakin 
mədə-bağırsağın  digər  xəstəliklərində,  eləcə  də  qaraciyər  və 
böyrək  xəstəliklərində  qıtıqotundan  istifadə  etmək  arzuolun-
mazdır. 
Bir  çox  ölkələrin  xalq  təbabətində  qıtıqotu  daxilə  su 
yığıldıqda sidikqovucu vasitə kimi, sidik kisəsində daş olduqda, 
podaqrada və yel xəstəliyində tətbiq olunur. Belin xaçşəkilli yel 
xəstəliyində,  bel  və  kürək  əzələlərinin  ağrılarında  qıtıqotu 
kökündən hazırlanmış əzinti ilə ovuşdurmaq yaxşı səmərə verir. 
Xardal  kimi  qıtıqotundan  da  «plastr»  (məlhəm)  hazırlanır.  Bu 
məqsədlə  təzə  sürtgəcdən  keçirilmiş  qıtıqotu  əzintisi  parçaya 
yaxılıb xəstə yerlərə qoyulur. Bədənin soyuması və yaxud nəm 
yerdə  uzun  müddət  qaldıqda  soyuqdəymənin  qarşısını  almaq 
 
378
üçün  dabanlara  və  baldıra  qıtıqotu  əzintisindən  islatma 
qoyurlar.  Qıtıqotunun  mikroblara  da  öldürücü  təsiri  vardır. 
Qıtıqotu tinkturası və əzintisi irinli yaralarda və qulağın iltiha-
bında tətbiq olunur. 
Qıtıqotu  şirəsinə  su  qatıb  angina  və  ağız  boşluğunun 
selikli qişasının iltihabında ağızı və boğazı qarqara etmək üçün 
istifadə  edilir.  Belə  qarqara  ona  görə  xeyirlidir  ki,  qıtıqotunda 
bakterisid xassəli zülali maddə – lizosim vardır. Müasir dövrdə 
lizosimdən (onu sənayedə heyvan toxumalarından alırlar) mik-
roblara qarşı vasitə kimi istifadə olunan göz damcıları, islatma 
və  kompres  formasında  tətbiq  olunur.  Qıtıqotu  tinkturasından 
kosmetikada  dəri  çillərinə  və  piqmentli  ləkələrə  qarşı  istifadə 
olunur. 50 q qıtıqotu əzintisinə 250 ml aşxana sirkəsi əlavə edib 
qaranlıq və sərin yerdə 2 həftə saxlayır, süzüb 1,5 litr su əlavə 
edirlər. Alınmış məhlulla səhər və axşam üzün dərisini pambıq 
tamponla silirlər. 
Qıtıqotundan  tamlı  qatma  «Aşxana  qıtıqotu»  hazırlanır. 
Bunu hazırlamaq üçün onun köklərini seçir, yaxşı yuyur, çürü-
müş,  əzik,  bürüşmüş,  quruyub  bərkimiş  hissələrindən  təmiz-
ləyirlər.  Sonra  qıtıqotu  köklərini  1-2  saat  təmiz  soyuq  suda 
isladırlar.  Bundan  sonra  kökləri  küt  bıçaqla  qazımaqla  yaxşı 
təmizləyir, kənarlarındakı çıxıntılı və zədəli yerləri kəsib atırlar. 
Təmizlənmiş qıtıqotu yuyulur, ət maşınından və ya sürtgəcdən 
keçirilib  narın  xırdalanır.  Xırdalanmış  kütlə  eynicinsli,  sıyrım-
sız, zərif və  ağ olmalıdır. Kütlə qaralmasın deyə  onun üzərinə 
1:1  nisbətində  marinad  tökülür.  Marinad  sirkə,  duz,  şəkər  və 
sudan  hazırlanır.  «Aşxana  qıtıqotu»  üçün  marinad  aşağıdakı 
resept üzrə faizlə hazırlanır: 80%-li sirkə turşusu – 5,0; şəkər – 
14,0; duz – 4,8; su – 76,2. 
Bundan  başqa,  ona  müxtəlif  ədviyyələr  (darçın,  mixək, 
ə
tirli  istiot  və  s.)  əlavə  edilir.  Belə  hazırlanmış  qıtıqotu  ağzı 
möhkəm bağlana bilən və tutumu 50, 100, 125, 150, 250, 500 q 
olan  şüşə  bankalara  qablaşdırılır.  Qıtıqotu,  həmçinin,  ağzının 
diametri  9,5  mm-dən  az  olmayan  215  sm
3
  həcmli  alüminium 

 
379
tublara da qablaşdırılır. Aşxana qıtıqotunda 12 mq% C vitamini 
vardır. 
Marinad hazırladıqda 80%-li sirkə turşusunu biokimyəvi 
üsulla hazırlanmış 9%-li sirkə turşusu ilə əvəz etmək olar, lakin 
burada uyğun hesablama aparılmalıdır. 
«Çuğundur  şirəsi  ilə  qıtıqotu»,  «Yerkökü  ilə  qıtıqotu», 
«Mayonezlə  qıtıqotu»  hazırladıqda  marinada  əlavə  edilən  su 
uyğun olaraq çuğundur və yerkökü şirəsi, həmçinin, mayonezlə 
ə
vəz olunur. 
Qıtıqotu  ət,  balıq  xörəkləri  və  soyuq  qəlyanaltılar  üçün 
yaxşı  tamlı  qatma  hesab  olunur.  Qıtıqotundan  bəzi  sousların 
hazırlanmasında  da  istifadə  olunur.  Qıtıqotu  püreyəbənzər 
kütlədən ibarət olub, tünd dada və ətrə malik olur. Kənar iy və 
dad verməməlidir. 
Qablaşdırılmış  qıtıqotunu  quru,  havası  yaxşı  dəyişdirilə 
bilən  otaqlarda  10
0
C-də  saxlayırlar.  Saxlanılma  müddəti  yay 
vaxtı  13-30  gün,  qış  vaxtı  isə  30-45  gündür.  Soyuducuda  (0-
2
0
C-də) adi qabda 2,5-4 aya qədər, hermetik bağlı tarada isə 6 
aya qədər saxlamaq olar. Qıtıqotu toz halında da buraxılır. 
Qızılgül  –  Роза  эфирномасличная  –  Rosa  gallica  L. 
Gülçiçəklilər  (Rosaceae)  fəsilənsindən  olan  ətirli  bitkidir. 
Azərbaycanda isə 42 növü yayılmışdır. Qol-budaqlı, 15 sm-dən 
2  m-ə  qədər  hündürlükdə  olub,  növbə  ilə  düzülmüş  lələyə-
bənzər yarpaqları vardır. Gövdə və qol-budaqlarının üzəri xırda 
tikanlarla  örtülmüşdür.  Tək-tək  yerləşmiş  qırmızı,  qırmızı-bə-
növşəyi  və  nadir  hallarda  ağ  rəngli  çiçəkləri  son  dərəcə  xoşa-
gələn ətirli qoxuya malikdir. 
Qızılgül  Bolqarıstanda,  Fransada,  Türkiyədə,  Hindistan-
da  və  başqa  ölkələrdə  qızılgül  yağı  almaq  məqsədilə  becərilir. 
Qızılgül  Krımda,  Krasnodar  ölkəsində,  Ukrayna,  Moldova, 
Gürcüstan  və  Azərbaycanda  becərilir.  Azərbaycanda  qızılgül 
çox qədim vaxtdan becərilən ən qiymətli ətirli və şəfalı bitkidir. 
Hazırda  respublikada  Şəki-Zaqatala  zonasında  qızılgül  sənaye 
ə
həmiyyətli  bitki  kimi  becərilir.  Hər  kolda  800-1000  məxməri 
 
380
gül, hər güldə isə 80-ə qədər ləçək olur. Bir gülün çəkisi 3-4 q-
dır.  Hər  hektardan  25-30  s  gül  toplamaq  olar.  Çiçəkləri  sübh 
tezdən  toplayıb  həmin  gün  də  efir  yağı  zavoduna  göndərirlər. 
Burada  təzə  toplanmış  çiçəklərdən  efir  yağı  istehsal  edirlər. 
Qızılgüldə  0,1-0,2%-ə  qədər  efir  yağı  vardır.  1  t  qızılgül  ləçə-
yindən  0,8  kq  qızılgül  yağı  alınır.  Qızılgül  çiçəklərində  efir 
yağının  miqdarı  az  olsa  da,  bu  yağ  çox  qiymətlidir.  Qızılgül 
yağının  tərkibinin  çox  hissəsi  xoşətirli  alifatik  birləşmələrdən 
ibarətdir.  Bu  birləşmələrin  ən  mühümü  və  miqdarca  çoxu 
(60%) geraniol spirtidir. Bundan başqa, qızılgül yağında 30%-ə 
qədər  sitronellol,  1%-ə  qədər  fenil-etil  spirti,  sitral    evgenol 
vardır. Meyvəsinin tərkibində P və 15-18% C vitamini vardır. 
Qızılgül  yağı  ətriyyatda  ən  bahalı  ətirlərə,  odekalonlara, 
pomadalara,  əl-üz  sabunlarına  və  başqa  məmulatlara  əlavə 
edilir.  Qızılgül  yağından  qənnadı  və  likör-araq  sənayesində, 
eləcə də təbabətdə istifadə edilir. 
Qızılgül  likörü  və  qızılgül  spirtsiz  desert  içkisi  əsasən 
qızılgül  yağı  əlavə  edilməklə  hazırlanır.  Qənnadı  sənayesində 
qızılgül  yağı  ətirli  cövhərlərin  tərkibinə  daxil  olur.  «Meçta» 
karameli qızılgül yağı ilə ətirləndirilir. 
Ə
tirli  su  olan  qızılgül  suyu  (gülab)  xalq  təbabətində 
malyariya xəstəliyi zamanı dəriyə sürtmək üçün istifadə edilir. 
Qızılgül mürəbbəsi isə qanazlığında qüvvətləndirici və mədənin 
həzm prosesini yaxşılaşdırıcı vasitə kimi işlədilir. 
Qızılgül  ləçəklərindən  sənaye  miqyasında  (Zaqatala  və 
Ordubadda) mürəbbə də hazırlanır. Ən yaxşı mürəbbə kazanlıq 
qızılgülü  ləçəklərindən  alınır.  Ləçəklərin  aşağı  ağ  hissəsi  kə-
silib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək 
üçün  istifadə  olunan  suda  40%-li  şəkər  məhlulu  –  şərbət 
hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca 
bişirilir.  Hazır  olana  yaxın  limon  turşusu  əlavə  edilir.  Itburnu 
gülünün ləçəklərindən də mürəbbə bişirilir. 
Gülab  qızılgül  ləçəklərinin  su  buxarı  ilə  distilləsindən 
alınan ətirli sudur. Bir sıra spirtsiz içkilərin (əsasən, şərbətlərin) 

 
381
ə
tirləndirilməsində  gülabdan  istifadə  edilir.  Xalq  təbabətində 
başağrısına qarşı tətbiq edilir. Halva, firni, südlü sıyıq və s. bu 
kimi şirin xörəklərin ətirləndirilməsində işlədilir. 
Qızılgül  ləçəklərindən  gülqənd  də  hazırlanır.  Gülqənd 
hazırlamaq üçün qızılgül ləçəkləri 1:2 nisbətində şəkər tozu ilə 
birlikdə  əzişdirilir,  20-30  gün  günəş  altında  saxlanılıb  yetiş-
dirilir. Yüksək kalorili və ətirli qida məhsuludur. 7 il saxlanıl-
mış gülqənddən xalq təbabətində qüvvətli dərman kimi ümumi 
zəifliyin,  qanazlığının,  başgicəllənmənin  və  s.  xəstəliklərin 
qarşısını almaq üçün istifadə edilir. 
Qızılgülün tünd qırmızı sortlarının ləçəklərindən gül suyu 
hazırlamaq  üçün  onların  üzərinə  qaynar  su  tökülür,  limon 
turşusu əlavə edilib 8-10 saat saxlanılır. Bundan sonra süzülür, 
şə
kər  əlavə  edilir  və  soyudulur.  Beləliklə,  ovşala  adlı  şərbət 
hazırlanır.  Bəzən  ovşalaya  gülab  da  qatılır.  Ovşala  yeməkdən 
sonra və ya plov yanında verilən spirtsiz içkidir – şərbətdir. 
Qızılgülün  müalicəvi  xassələri.  Ətirli  su  olan  qızılgül 
suyu (gülab) xalq təbabətində malyariya xəstəliyi zamanı xaricə 
sürtmək  üçün  istifadə  edilir.  Qızılgül  mürəbbəsi  isə  qanaz-
lığında  qüvvətverici  və  mədənin  həzm  prosesini  yaxşılaşdırıcı 
vasitə kimi işlədilir. 
Qızılgül  yağı  ətriyyatda  ən  baha  qiymətli  ətirlərin,  ode-
kolonların və pomadaların tərkibində geniş istifadə edilir. Elmi 
təbabətdə  qızılgülün  çiçəklərindən  nadir  hallarda  qızılgül  suyu 
və  qızılgül  yağı  şəklində  bəzi  dərmanların  ətrini  və  dadını 
yaxşılaşdırmaq üçün istifadə edilir. 
Qızılgüldən  bir  sıra  müalicəvi  əhəmiyyətli  məhlullar 
hazırlanır. 
Gül suyunun hazırlanması. Gül suyunu qatqat qızılgül, 
beşyarpaq,  padşah  qızılgülü  və  digər  intensiv  qırmızı  rəngli, 
ə
tirli  qızılgüllərin  ləçəklərini  turşulaşdırılmış  qaynar  suda  sax-
lamaqla  hazırlayırlar.  Gül  suyu  ayrılıqda  içilmir.  Çay  yanında 
süfrəyə verilir (hər kəsin zövqündən asılı olaraq 1 stəkan çaya 
1-3 çay qaşığı gül suyu əlavə edilir), ovşala və qızılgül şərbəti 
 
382
hazırlamaq, digər içkilərin dadını ətirli etmək məqsədilə onlara 
ə
lavə edilir. 
Səhər  tezdən  dərilmiş  qızılgülün  ləçəkləri  banka  və  ya 
balona  yığılıb  üzərinə  limon  turşusu  və  qaynadılmış  isti  su 
ə
lavə edilir. Üçlitrlik balona 25-30 ədəd intensiv qırmızı rəngli 
iri qızılgülün və ya 120-150 ədəd beşyarpaq gülün ləçəkləri, 2-
3  çay  qaşığı  kristallik  limon  turşusu  və  dolana  qədər  isti  su 
tökülür. Imkandan və zövqdən asılı olaraq qızılgül ləçəkləri bir 
qədər çox da götürülə bilər. Limon turşusu ləçəklərdə olan boya 
maddələrini suya keçirib gül suyunun rəngini tündləşdirir, onu 
turşməzə edir (eləcə də onu konservləşdirir də). Balonun ağzını 
kip bağlayıb qızılgül ləçəklərindən ətirli və boya maddələrinin 
tamamilə  suya  keçməsi  üçün  1-2  gün  (bəzən  4-5  gün)  saxla-
yırlar. Bundan sonra hazır gül suyunu süzüb puçalını (cecəsini) 
atırlar.  Gül  suyunu  ikiqat  tənzifdən  süzüb  təmiz  butulkalara 
tökür,  butulkaların  ağzına  əridilmiş  parafin  və  ya  yağ  tökülür, 
kip bağlanır, sərin və qaranlıq yerdə bir qədər saxlanılır. Bəzən 
butulkaların  ağzını  xəmirləyir,  mumlayır  və  ya  taxta  tıxac 
qoyub üstünə əridilmiş qatran tökürlər. Gül suyunu soyuducuda 
saxladıqda  uzun  müddət  rəngini,  ətrini  və  dadını  dəyişmədən 
keyfiyyətli  qalır.  Gül  suyundan  istifadə  etmək  lazım  gəldikdə 
butulkanın ağzı açılır, istənilən qədər götürülür və yenidən bu-
tulkanın  ağzı  möhkəm  qapanır.  Uzun  müddət  saxladıqda  gül 
suyunda  çöküntü  əmələ  gəlir.  Bu  gül  suyunun  xarab  olmasını 
göstərmir,  lakin  gül  suyunu  istifadə  etdikdə  çalışmaq  lazımdır 
ki, çöküntü qarışıb hazırlanacaq içkini bulanıqlaşdırmasın. 
Gül  suyunun  konservləşdirməklə  hazırlanması.  Gül 
suyunu  kompot  kimi  də  hazırlayıb  konservləşdirmək  olar.  Bu 
məqsədlə  əvvəlcədən  yuyulub  sterilləşdirilmiş  birlitrlik, 
ikilitrlik banka və ya üçlitrlik balona uyğun olaraq 10, 20 və 30 
ə
dəd intensiv qırmızı rəngli iri qızılgül ləçəkləri (və ya 50, 100 
və 150 ədəd beşyarpaq qızılgül ləçəkləri), müvafiq olaraq 1, 2 
və 3 çay qaşığı limon turşusu və dolanadək təzə qaynanmış su 
tökülür və dərhal tənəkə qapaqla hermetik bağlanıb qapağı üstə 

 
383
soyuyana qədər saxlanılır. Tənəkə qapaq mütləq laklanmış (sarı 
qapaq)  olmalıdır.  Banka  və  ya  balon  soyuyan  kimi  onları  çe-
virib  sərin  və  qaranlıq  yerdə  saxlayırlar.  Istifadə  edildikdə  sü-
zülməlidir.  Banka  açılır,  ikiqat  tənzifdən  süzülür  və  hazır-
lanacaq şərbətə və digər sərinləşdirici içkilərə qatılır. 
Gülabın  hazırlanması.  Gülab  qızılgül  ləçəklərinin  su 
buxarı ilə distilləsindən alınan ətirli sudur. Bunun üçün yığılmış 
qızılgül  ləçəkləri  xüsusi  qazana  (mey  qazanına  və  ya  distilyat 
aparatına) tökülür, üzərinə su əlavə edilib (1 kq qızılgül ləçək-
lərinə  15  l  su  götürülür),  xüsusi  qayda  ilə  1,5-2,0  saat  ərzində 
qızdırılır  və  su  buxarı  vasitəsilə  distillə  olunaraq  distilyyat 
təmiz balonlara və ya iri şüşə qablara yığılır. 
Gülabdan  Azərbaycan  şərbətlərinin  hazırlan-masında, 
eləcə də mili xörəklərdən firni, südlü sıyıq, halva və s. bu kimi 
ş
irin xörəklərin bişirilməsində istifadə olunur. 
Gülqənd. Qızılgül ləçəkləri – 1 kq, toz-şəkər – 2-2,5 kq. 
Qızılgül  ləçəkləri  ayrılır,  solmuşlar  və  qurumuşlardan 
təmizlənir. Ləçəkləri toz-şəkərlə qarışdırmaq və ya az-az əlavə 
edib əzişdirmək şərtilə eynicinsli kütlə halına gətirilir. Əzilmiş 
kütlə 20-25 gün günəş altında saxlanılmaqla yetişdirilir. Hazır-
lanmış  gülqənd  dərin  emallı  qaba  və  ya  mis  badyaya  tökülür, 
qabın  ağzı  təmiz  tənziflə  örtülüb  bağlanır.  Hər  gün  gülqənd 
olan  qabı  günəş  şüalarının  yaxşı  düşdüyü  yerə  qoyub  saxla-
yırlar. Yetişmə zamanı şəkər tam həll olur, tərkibindəki artıq su 
buxarlanır  və  beləliklə  alınmış  qatı  püreyəoxşar  məhsul  şüşə 
bankalara  yığılır,  qapağı  kip  bağlanılır.  Gülqənd  7  il  saxlan-
dıqdan  sonra  xalq  təbabətində  müalicəvi  məqsədlə  bir  çox 
xəstəliklərə  qarşı  istifadə  olunur.  Yazbaşı  10-15  gün  ərzində 
səhərlər 1 xörək qaşığı acqarına gülqənd yeyilməsi insanın can-
sağlığında özünü tezliklə göstərir. Insan gümrahlaşır, başgicəl-
lənməsi keçir, ürək ağrıları hiss olunmur, ümumi zəiflik aradan 
qaldırılır. 
Qızılgül  mürəbbəsi.  Qızılgül  ləçəkləri  –  100  q,  şəkər  – 
900 q, su – 2 stəkan, limon turşusu – 2 q. 
 
384
Ə
n  yaxşı  mürəbbə  beşyarpaq  və  qazanlıq  qızılgülün  lə-
çəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yu-
yulur və 5 dəq. qaynar suda pörtülüb süzülür. Pörtülmək üçün 
istifadə olunan suda şərbət hazırlanır, ləçəklərin üstünə tökülür 
və  birdəfəyə  hazır  olunca  bişirilir.  Bişmənin  sonunda  limon 
turşusu  əlavə  edilir.  Bu  vaxt  mürəbbənin  rəngi  tutqun  çəhrayı 
rəngə boyanmalıdır. 
İ
tburnu  gülünün  ləçəklərindən  də  bu  qaydada  mürəbbə 
bişirilir və xalq arasında soyuqdəyməyə qarşı istifadə edilir. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin