Əhməd-Cabir İsmayıl oğlu


Reyhan  –  Базилик  –  Ocimum  basilicum  L



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   33   34   35   36   37   38   39   40   ...   43
hm d-Cabir smay l o lu hm dov


Reyhan  –  Базилик  –  Ocimum  basilicum  L.  Dodaq-
çiçəklilər  (Labiatae)  fəsiləsindən  olub,  birillik  ot  bitkisidir. 
Vətəni  Hindistan  və  Irandır.  Cənubi  Avropanın  bütün  ölkə-
lərində,  Qafqazda,  Krımda,  Moldovada,  Orta  Asiya  və  Zaqaf-
qaziya  respublikalarında  becərilir.  Bu  bitki  qədim  yunanlarda 
«okimon» adı ilə məlum idi. 
Gövdəsinin  rəngi  qırmızıyaçalan  bənövşəyidir.  Yarpaq-
ları  uzunsov  yumurtavarı  formalı  olub,  bəzən  kənarları  dişvarı 
və ya əksərən bütövdür. Çiçəkləri ağ və ya çəhrayı rəngdədir. 
Meyvəsi  yetişəndə  dörd  hissəyə  ayrılır.  Hər  bir  hissəsi 
oval  formalı,  üzəri  hamar,  qara-qonur  rəngli  birtoxumlu  qoz-
cuqdan  ibarətdir.  Reyhan  iyul  ayından  başlayaraq  sentyabr 

 
395
ayına  kimi  çiçəkləyir.  Azərbaycanda,  xüsusən  Abşeron 
kəndlərində reyhan ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş 
miqyasda becərilir.  
Reyhan  çox  ətirli  və  xoş  dadlı  olduğundan,  əsasən  əd-
viyyəli  göyərti  kimi  həm  də  souslara,  salatlara  və  duru  xörək-
lərə  dad  və  ətir  vermək  üçün  işlədilir.  Reyhan  pomidordan, 
xiyardan  hazırlanmış  salat  üçün  əsas  ətir  və  dadverici  göyərti 
hesab olunur. Reyhan qarın və böyrək xəstəliklərinin profilak-
tikasında da tətbiq edilir. Quru yarpaqlarından hazırlanmış toz, 
ə
sasən  xaricdən  alınan  istiotların  əvəzedicisi  kimi,  istiotlu 
qatışıqların tərkibinə daxil edilir. 
Reyhanın  yarpaq  və  çiçəklərində  0,03-1,6%,  yaşıl 
yarpaqlarında isə 0,04-0,52% efir yağı vardır. Ən çox efir yağı 
tam  çiçəkləmiş  bitkidən  hasil  edilir.  Efir  yağının  əsas 
komponentləri  evgenol  (7,8%),  metilxavikol,  linalool,  kamfora 
və osimendən ibarətdir. Toxumların tərkibində 11,6-19% piyə-
bənzər yağ da vardır. 
Efir yağından başqa reyhanın yarpaqlarında 16,3% azotlu 
maddə,  4,73%  yağ,  12,6%  sellüloza,  vitaminlər,  aşı  və  boya 
maddələri  vardır.  Reyhanda  olan  boya  maddələri  –  xlorofil, 
flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələrin 
qanazlığında, mədə-bağırsaq xəstəliklərində,  avitaminozda çox 
gözəl müalicəvi təsiri var. Qida ilə qəbul olunmuş reyhan mad-
dələr  mübadiləsini  yaxşılaşdırır,  qidanın  həzmini  asanlaşdırır. 
Ona  görə  də  reyhandan  gündəlik  qidamızda  istifadə  olunma-
sının böyük əhəmiyyəti vardır. 
Reyhanın  müalicəvi  xassələri.  Bitkinin  yerüstü  hissə-
sində  bir  sıra  müalicə  əhəmiyyətli  maddələr  vardır.  Bunlardan 
efir yağını, vitaminləri, flavonoidləri, aşı və qatranlı maddələri 
və  s.  göstərmək  olar.  Reyhanda  olan  boyayıcı  maddələr  – 
flavonlar,  xlorofil,  karotin  və  eləcə  də  efir  yağı  tibbi  cəhətdən 
çox faydalıdır. Həmin maddələrin qanazlığında, xroniki mədə-
bağırsaq xəstəliklərində,  avitaminozda çox gözəl müalicəvi tə-
siri var. Reyhan qida ilə qəbul olunduqda orqanizmin maddələr 
 
396
mübadiləsini  yaxşılaşdırır.  Həzmi  asanlaşdırır  və  qanın 
tərkibinin  normallığını  mühafizə  etməklə  bərabər,  böyrək  və 
sidik  yollarının  iltihabını  da  aradan  qaldırır.  Süfrələrimizdə 
reyhandan  daha  geniş  istifadə  etməyin  böyük  müalicəvi 
ə
həmiyyəti vardır. 
Həlimi 1-2 çay qaşığı xırdalanmış reyhan göyərtisindən 1 
stəkan  suda  hazırlayıb  gün  ərzində  bərabər  paylarla  qəbul 
edirlər.  Bəzən  reyhan  həlimini  başağrılarında  da  içirlər.  Rey-
hanın  sulu  ekstraktından  xroniki  qastritdə,  yoğun  bağırsağın 
iltihabında,  qida  zəhərlənmələrində  və  s.-də  istifadə  edirlər. 
Azərbaycan  şərbətləri  içərisində  «Reyhan  şərbəti»  xüsusi  yer 
tutur və plov yanında süfrəyə verilir. 
Rozmarin  –  Розмарин  лекарственный  –  Roz-
marinus officinalis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən 
həmişəyaşıl çoxillik ətirli kol bitkisidir. Yabanı halda Ispaniya, 
Italiya  və  Yunanıstanda  bitir.  Sənaye  əhəmiyyətli  rozmarin 
Krımın  cənub  sahillərində  becərilir  və  ondan  efir  yağı  alınır. 
Rozmarinin çiçəkləri cavan yarpaqlarla birlikdə toplanır. Onun 
tərkibində 0,2-0,8% efir  yağı var. Yarpaqlarının kütləsi 15 mq 
olduqda 1,5%, 40 mq-a qədər olduqda 0,5% efir yağı olur. Efir 
yağının  əsas  komponentləri  30%-ə  qədər  pinen,  20%-ə  qədər 
kamfen
, 10%-ə qədər borneol və sineoldan ibarətdir. Ümumiy-
yətlə, rozmarin efir yağının tərkibində 20-ə qədər müxtəlif ətirli 
komponentlər vardır. 
Rozmarin  efir  yağı  sabunların  və  kosmetika  məmulat-
larının ətirləndirilməsində istifadə edilir. Xaricdə rozmarin yar-
paqlarından  alınan  ekstraktdan  yağların  və  başqa  yeyinti 
məhsullarının stabilləşdirilməsində istifadə edilir. 
Rozmarinin  müalicəvi  xassələri.  Rozmarindən  dərman 
bitkisi  kimi  qədimdən  istifadə  olunur.  Onun  müalicəvi  təsiri 
yalnız  tərkibindəki  efir  yağı  ilə  deyil,  həmçinin,  yarpaqlarında 
olan  rozmarisin  alkaloidi,  ursol  və  rozmarisin  turşuları  ilə  də 
dəyərlidir.  Ən  məşhur  olan  preparatlardan  biri  bitkidən  spirtlə 
qovulan rozmarin suyudur (distilyatdır). Bu günə qədər bir çox 

 
397
ölkələrdə  rozmarin  ən  fəal  dərman  bitkisi  kimi  qalır.  Yarpaq-
larından  alınan  tinkturadan  qadın  xəstəliklərində,  xüsusən 
aybaşı  dövrünün  pozulmasında,  əsəb  pozuntularında,  klimak-
terik  müddətdə,  sinir  sistemi  pozuntusunda,  gücdən  düşdükdə, 
başgicəllənməsi  və  yaddaşın  zəifləməsində  tətbiq  olunur. 
Rozmarin tinkturası həm də ödqovucu təsirə də malikdir. Xalq 
təbabətində  yarpaqlarından  alınan  tinktura  astma,  yuxarı  tə-
nəffüs  yollarının xəstəliklərində, mədənin xroniki katarında və 
meteorizmdə  işlədilir.  Rozmarin  tinkturasından  ovuşdurmaq 
məqsədilə  məlhəm  və  kompres  şəklində  podaqraya,  nefritə, 
ə
səb  gərginliyinə,  çibana  və  gecsağalan  yaralara  qarşı  istifadə 
olunur.  Udlaq  və  qırtlağın  iltihabi  xəstəliklərində  rozmarin 
tinkturası ilə boğazı qarqara edirlər. Bir qayda olaraq, tinkturanı 
2 çay qaşığı xırdalanmış yarpaqlardan 1 stəkan qaynayan suda 
hazırlayırlar.  Gündəlik  doza  3-4  dəfəyə  içmək  şərtilə  1 
stəkandır. 
Sarıkök    Куркума  –  Curcuma  Longa  L.  Zəncəfil-
çiçəklilər  (Zingiberaceae)  fəsiləsinə  aid  olan  çoxillik  bitkinin 
kökündən  ibarətdir.  Vətəni  Hind-Çindir.  Hindistanda,  Kombo-
cada,  Seylonda,  İndoneziyada,  Filippində,  Madaqaskarda 
becərilir. Bir ədviyyə kimi 2,5 min ildir ki, məlumdur, əvvəllər 
yalnız Hind-Çində və Hindistanda işlədilirdi. I əsrin axırlarında 
Yunanıstana  gətirilmişdir.  Yunanlar  onu  sarı  zəncəfil  adlan-
dırırdılar. 
Sarıkökü  hazırlamaq  üçün  təzə  yığılmış  yumru  kökləri 
xüsusi  boya  maddələri  ilə  bişirib,  sonra  qurudur  və  qabıqdan 
təmizləyirlər.  Bundan  sonra  o,  özünəməxsus  narıncı  rəng  alır. 
Ə
dviyyə  kimi  uzun  yan  kökləri  işlədilir.  Sarıkök  çox  bərkdir, 
kəsik  hissədə  parıldayır,  suda  batır.  Zəif  yandırıcı  və  acı  dada 
malikdir.  Iyi  isə  bəzən  çox  zəif  hiss  olunur,  lakin  zərif  və 
xoşagələndir.  Sarıkökü,  bir  qayda  olaraq,  üyüdülmüş  halda 
buraxırlar.  Sarıkökün  40  növü  məlumdur,  lakin  bunlardan  4-ü 
daha əhəmiyyətlidir. 
1.
  Uzun sarıkök Curcuma Longa L; 
 
398
2.
  Ətirli sarıkök Curcuma Aromatica; 
3.
  Sedoariya sarıkökü Curcuma Zedoria; 
4.
  Dairəvi sarıkök Curcuma Leucorrhiral. 
Geniş miqyasda aşpazlıqda və qənnadı sənayesində ətirli 
və boya maddəsi kimi işlədilir. Pendir və yağın rənglənməsində 
də  işlədilir.  Sedoariya  sarıkökündən  likör-araq  istehsalında  və 
tibbdə istifadə edilir.  
Xarici  ölkələrdə  100-dən  çox  ətirli-ədviyyəli  bitkilərdən 
ə
dviyyə kimi istifadə olunur, lakin biz xaricdən  10-12 çeşiddə 
ə
dviyyə  alırıq.  Əksər  ədviyyələr  çox  baha  başa  gəldiyindən 
onların  əvəzedicilərinin  hazırlanması  qarşıda  duran  vacib 
məsələlərdəndir. 
Sarıkökün  müalicəvi  xassələri.  Tərkibində  nişasta, 
1,5%-ə  qədər  efir  yağı,  kurkumin  adlı  boya  maddəsi,  alka-
loidlər,  qatran,  müxtəlif  mineral  duzlar  vardır.  Qədim  zaman-
lardan  hazırki  dövrə  kimi  müxtəlif  ölkələrdə  sarıkökdən  dər-
man, ədviyyat, boyaq, efir yağlı bitki kimi istifadə edilir. 
Sarıkökün qurudulmuş kökümsovları üyüdülüb toz halına 
salınır,  ət,  balıq,  plov,  xəmir  və  s.  xörəklərə  qatqı  kimi  əlavə 
edilir.  Sarıkök  cövhəri  qoğal,  fəsəli,  kökə  və  s.  unlu  şirniyyat 
istehsalında  işlədilir.  Hindistanda  sarıkök  «karri»  və  «bengal» 
ə
dviyyə qarışıqlarının tərkibinə daxil edilir. 
Xalq  təbabətində  sarıkökdən  qankəsici,  sakitləşdirici, 
maddələr  mübadiləsini  tənzimləyən,  yorğunluğu  aradan  qal-
dıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə olunur. 
Hal-hazırda  dünyanın  20-dən  çox  ölkələrində  sarıkökdən 
müxtəlif təyinatlı preparatlar hazırlanır. 
Səhləb  –  Ятрышник  –  Orchis  mascula  L.  Səhləb 
(Orchidaceae)  fəsiləsindən  çoxillik  bitkidir.  Azərbaycanda 
səhləb bitkisinin 21 növünə rast gəlinir. Bu bitkinin nəzəri cəlb 
edən müxtəlif rəngli  gözəl çiçəkləri xüsusi çiçək oxu üzərində 
toplanmışdır. Ensiz lansetşəkilli iri yaşıl yarpaqları çiçək oxunu 
iki  tərəfdən  əhatə  etmişdir.  Ikiyarpaqlı  ağ  səhləb  çiçəklərinin 
xoşagələn ətri vardır. 

 
399
Səhləb  bitkisinin,  adətən  iki  yeraltı  kök  yumrusu  vardır. 
Bunlardan biri cavan və şirəli, digəri isə şirəsiz və qidasız olur. 
Tibbi  məqsəd  üçün  səhləbin  cavan  yeraltı  kök  yumrularından 
istifadə  edilir.  Meşəlik  rayonlarında,  xüsusən  Zaqafqaziyanın 
meşə  zonalarında  bu  bitki  daha  geniş  yayılmışdır.  Azərbay-
canın dağlarında, xüsusən Böyük Qafqazda bitir. 
Azərbaycanda  səhləb  bitkisinin  iyirmiyə  qədər  müxtəlif 
növü  vardır.  Dərman  məqsədilə  səhləbin  yeraltı  kök  yumru-
larını bitki çiçək açan vaxt toplayır, əvvəlcə soyuq su ilə təmiz 
yuyur, sonra ipə düzür, qaynar suyun içərisində 5-10 dəq. Sax-
layırlar (qaynar suda saxlamaqda məqsəd cücərmənin qarşısını 
almaqdır).  Sonra  onu  günəş  altında  qurudurlar.  Bu  qayda  ilə 
qurudulmuş  səhləbi  xüsusi  torbalara  doldurub  satışa  gön-
dərirlər. 
Səhləb  son  dərəcə  faydalı,  zəngin  qidalı  bitkidir.  Onun 
tərkibində  50%-ə  qədər  selik  maddəsi,  27%-ə  qədər  nişasta, 
13%-ə  qədər  dekstrin,  11%-ə  qədər  şəkər,  5%  zülali  maddə, 
mineral duzlar, az miqdarda qatran və alkaloidlər vardır.  
 Səhləbin  müalicəvi  xassələri.  Səhləbdən  xalq  təbabə-
tində soyuqdəymələrdən baş verən tənəffüs yolunun iltihabında 
sinəyumşaldıcı, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində 
yarasağaldıcı,  malyariyada  isə  ürək  yanğısını  azaldıcı  vasitə 
kimi çox qədim vaxtdan bəri istifadə olunur. Elmi təbabətdə isə 
səhləb  dəmləmə  və  bişirmə  halında  xroniki  mədə  xəstəlik-
lərində,  mədənin  selikli  qişasını  yumşaldıcı,  eləcə  də  mədə 
xorasında  yarasağaldıcı  dərman  kimi  işlədilir.  Azərbaycanın 
dağ-meşə  rayonlarında,  çəmənliklərində  müxtəlif  növ  səhləb 
bitkiləri çoxdur. Onlar öz gözəl yaraşıqlı ətirli çiçəkləri ilə res-
publikamızın  subalt  çəmənliklərinin,  dağ  ətəklərinin  yara-
ş
ığıdır. 
Tibdə  səhləbdən  alınan  dərmanlar  tənəffüs  yollarının 
xəstəliklərində, zəhərlənmədə, bağırsaq xəstəliklərində işlədilir. 
Bəzən  qida  maddəsi  kimi  də  qəbul  olunur.  Azərbaycanda, 
 
400
ümumiyyətlə,  şərqdə  bu  bitkidən  susuzluğu  aradan  qaldırmaq 
məqsədilə sərinləşdirici içkilər hazırlanır. 
Səhləb  içkisi.  Səhləb  başqa  Azərbaycan  şərbətlərindən 
fərqli olaraq, çay kimi isti halda içilir. Hazırlamaq üçün səhləb 
bitkisinin köklərini yığıb qurudurlar. Qurudulmuş səhləb kökü-
nü həvənglə döyür və 1 litr suya 15-20 q əlavə edib qaynadırlar. 
Alınmış  məhlulu  süzür  və  4-5  litr  qaynar  südün  içərisinə 
qaynaya-qaynaya  tökürlər.  Şirin  olmaq  üçün  bir  qədər  şəkər 
ə
lavə  edilir.  Səhləb  isti  halda  içildiyi  üçün  onu  xüsusi  samo-
varlara tökürlər. Soyuyanda qatılaşdığından içməli olmur. Ona 
görə  də  içilib  qurtarana  qədər  isti  halda  saxlamaq  məsləhət 
görülür.  Səhləbi,  bir  qayda  olaraq,  səhər  yeməyi  vaxtı  içirlər. 
Bu  içkidən  xalq  təbabətində  soyuqdəymənin,  sinə  və  boğaz 
ağrısının,  öskürəyin  profilaktikasında  ən  yaxşı  vasitə  kimi 
istifadə edirlər. 
Sumaq  –  Сумах  –  Rhus  coriaria  L.  Sumaq  (Anacar-
diaceae)  fəsiləsinin  sumaq  cinsinə  aid  2-3  m  hündürlükdə 
qollu-budaqlı gövdəyə malik kol bitkisidir. 250-ə qədər kol və 
ağac  növləri  məlumdur.  Uzunsov,  yumurtavarı  və  ya  lanset 
formalı yaşıl yarpaqları və xırda yaşıltəhər göy rəngli çiçəkləri 
vardır.  Bitkinin  meyvələri  nəzəri  cəlb  edən  tünd  qırmızı  və 
girdədir.  Meyvələrinin  dadı  büzüşdürücü  və  turşdur.  Sumağın 
turş dadı onun tərkibindəki şərab və alma turşusundan irəli gə-
lir. Kulinariyada istifadə olunan tozvarı sumax çox da iri olma-
yan  sumax  kolunun  meyvələrinin  qurudulub  toz  halına 
salınmasından əldə edilir. Onun meyvələri çox turş olduğundan 
bəzən  sirkə  ağacı  adlanır.  Sumaq  bitkisinin  yarpaqlarında  13-
25%-ə  qədər  aşı  maddəsi  –  ramnozidmiristin  flavanoidləri 
vardır. 
Sumağın yarpaqlarını çiçək açan vaxtda, meyvələrini isə 
tam  yetişdikdə  toplayırlar.  Hazırda  sumaq  yarpaqlarından  bir 
sıra  aşı  maddəli  preparatlar  alınır.  Sumağın  tərkibində  tanin 
turşusundan başqa alma və şərab turşuları, C vitamini vardır. 

 
401
Yabanı  sumaq  bitkisinə  Şimali  Qafqazda,  Dağlıq  Krım-
da, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda 
isə  Lənkəran,  Göyçay,  Quba,  Şəki-Zaqatala  rayonlarının  dağ 
meşələrində  çox  təsadüf  edilir.  Sumaq  iyun-iyulda  çiçəkləyir. 
Xırda, yaşıltəhər, göy rəngli tutqun çiçəkləri uzunsov-konusvarı 
süpürgəciyin  üzərində  toplanır.  Sumağın  meyvəsi  sentyabr-
oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 
və daha  çox meyvə olur. Meyvələri nəzəri  cəlb edən tünd qır-
mızı  və  girdədir.  Dadı  turş  və  büzüşdürücüdür.  Meyvələri 
qurudulub  poroşok  halına  salındıqdan  sonra  ət  və  balıq  xö-
rəklərində tamlı qatqı kimi işlədilir. Sumaq ya isti emal zamanı 
xörəyə  qatılır,  ya  da  nəlbəkidə  hazır  xörəyin  yanına  qoyulur. 
Tikəkabab, lüləkabab, qızardılmış ət, ət qutabı yanında süfrəyə 
verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan 
irəli gəlir. Sumağın tərkibində 112 mq% C vitamini, həmçinin, 
karotin, aşı və boya maddələri vardır. 
Sumağın qurudulmuş meyvəsi ədviyyə kimi Azərbaycan 
kulinariyasında  bir  çox  xörəklərdə  istifadə  olunur.  Sumaqdan 
«çudu»,  «qaraciyər  kababı»,  «cız-bız»  və  s.  xörəklərin 
hazırlanmasında da istifadə edilir. Sumaqdan sərinləşdirici içki 
– sumaq şərbəti də hazırlanır. 
Sumağın  yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən, 
tanin)  vardır.  Ondan  texniki  və  tibbi  məqsədlər  üçün  tanin 
alırlar.  Sumaq  bitkisinin  bütün  hissələrindən  rəngləyici  maddə 
kimi  istifadə  edilir.  Ipək  və  yun  parçanı  onun  yarpaqları  qara, 
qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır. 
Sumağın müalicəvi xassələri. Xalq təbabətində sumağın 
yarpaqlarından  və  meyvəsindən  çay  kimi  dəmləmə  şəklində, 
spirtli  damcı  formasında  mədə-bağırsaq  xəstəliklərində  ishala 
və  qanlı  ishala  qarşı  istifadə  olunur.  Sumağın  meyvəsi  diabet 
xəstəliyinin  müalicəsində  ilk  dövründə  çox  yaxşı  nəticə  verir. 
Bu  məqsədlə  bitkinin  meyvəsini  tam  yetişən  vaxt  toplayır, 
günəşli havada qurudur, əzib toz halına salırlar. Ondan 1 xörək 
qaşığı  götürüb  1  stəkan  qaynar  suda  20-30  dəq.  dəmləyirlər. 
 
402
Belə  hazırlanmış  sumaq  çayından  gündə  2  dəfə,  hər  dəfə  də 
yarım  stəkan  qəbul  etmək  məsləhətdir.  Eyni  məqsədlə  sumaq 
meyvəsindən  duru  ekstrakt  formasında  da  preparat  hazırlayıb 
istifadə edirlər. Duru ekstraktı 70
0
-li şərab spirtində hazırlayır, 
gündə  3  dəfə  1  xörək  qaşığı  içirlər.  Hazırda  sumağın  yar-
paqlarından zavod şəraitində tanin turşusu istehsal edilir. 
Tərxun – Эстрагон – Aztemisia dracunculus. Mürək-
kəbçiçəklilər  (Compositae)  fəsiləsindən  olan  çoxillik  ot  bitki-
sidir.  Vətəni  Şərqi  Sibir  və  Monqolustandır.  Yabanı  halda 
Ş
imali Qafqazda, Zaqafqaziyada və Uralda rast gəlinir. Zaqaf-
qaziyada,  az  miqdarda  isə  Ukrayna  və  Mərkəzi  qaratorpaq 
zonada becərilir. Tərxun Azərbaycanda qəlyanaltı göyərti kimi 
geniş miqyasda becərilir və istifadə edilir. 
Tərxunun  yarpaqları  uzunsov  lanset  formalı,  rəngi  tünd 
yaşıldan  açıq  yaşıl  rəngə  qədər  olur.  Bitkinin  yerüstü  hissəsi 
çox  ətirli  olub,  efir  yağı  ilə  zəngindir.  Yaşıl  yarpaqlarda  0,1-
0,4%,  qurudulmuş  yarpaqlarda  isə  0,25-0,8%  efir  yağı  vardır. 
Tərxunun əsas xüsusiyyəti ondan ibarətdir ki, müxtəlif yerlərdə 
yetişən  bitkinin  tərkibindəki  efir  yağının  miqdarı  da  müxtəlif 
olur.  Tərxun  həm  müxtəlif  yeməklərə  qatılır  və  həm  də  təzə 
halda  istifadə  olunur.  Tərəvəzlərin  duza  və  sirkəyə  (göbələk, 
kələm və müxtəlif marinad istehsalında) qoyulmasında istifadə 
edilməklə bərabər, vitaminlə zəngin olduğundan soyuq xörəklə-
rə (salat və qəlyanaltılara) da əlavə edilir. Təzə və qurudulmuş 
yarpaqları sousları, ət və balıq xörəklərini, həmçinin, sirkəni və 
xardalı ətirləndirmək üçün istifadə edilir. Tərxundan qənnadı və 
likör-araq sənayesində də istifadə edilir. «Tərxun» adlı spirtsiz 
desert  içki  tərxunun  təbii  ekstraktı  və  ya  süni  immitasiyası 
ə
sasında hazırlanır. 
Tərxunun müalicəvi xassələri Tərxun qədim dövrlərdən 
başlayaraq  müasir  dövrə  qədər  bir  çox  ölkələrdə  ədviyyə  kimi 
ə
kilib-becərilib.  Bu  bitkinin  yaşıl  hissəsinin  tərkibində  efir 
yağı, aşı maddəsi, acı qlükozid, qatran, karotinoid, C vitamini, 
flavonoid  birləşmələri,  xlorofil  və  s.  maddələr  vardır.  Tərxun 

 
403
efir yağının əsas komponentləri metil-xavikol, sabinen, osimen, 
metoksinopoq aldehidi, fellandren
 və digər terpenlər vardır. 
Tərxun  müqaviməti  artırır,  iştahgətirici,  həzmi  yaxşılaş-
dırıcı  kimi  istifadə  edilir.  Xalq  təbabətində  tərxundan  hazırla-
nan  cövhərdən  damarların  divarlarının  möhkəmlən-dirilməsin-
də,  diş  qanaxmalarında  və  s.-də  istifadə  edilir.  Ərəb  həkimləri 
tərxunu  yelqovucu  vasitə  kimi  istifadə  etməyi  məsləhət 
görürdü.  Sonradan  Avropa  həkimləri  iştahaartırmaq  və  qida 
həzmini  yaxşılaşdıran  vasitə  kimi  işlətməyi  məsləhət  görür-
dülər.  Tərxun  kökündən  spirtdə  hazırlanmış  tinkturadan  keçən 
ə
srdə  sakitləşdirici  və  qıcolmaya  qarşı  istifadə  olunmuşdur. 
Rusiyanın  və  Qafqazın  xalq  təbabətində  tərxundan  sinqa  və 
vodyanka  (hidropos)  əleyhinə  istifadə  olunur.  Tərxun  günü-
müzdə  də  avitaminozun  müalicəsində  və  profilaktikasında  öz 
ə
həmiyyətini  itirməmişdir.  Gürcü  alimləri  tərxun  ekstraktının 
mədə  şirəsinin  turşuluğunu  normallaşdırdığını  müəyyənləş-
dirmişlər. Yeməkdən 20-30 dəq. qabaq 1-2 xörək qaşığı tərxun 
ekstraktı  qəbud  etmək  mədə  şirəsinin  turşuluğunu  nor-
mallaşdırır. 
Vanil  –  Ваниль  –  Vanilla  planifolia.  Səhləb  (Orch-
idaceae)  fəsiləsindən  çoxillik  sarmaşan  epifit  liana  bitkisinin 
yetişməmiş,  qınşəkilli  meyvəsindən  ibarətdir.  Vanil  bitkisinin 
ə
sas  vətəni  Meksika  sayılır,  lakin  bu  bitki  Seylonda,  Yavada, 
eləcə  də  Braziliyada  becərilir.  Ətirli  vanilin  100-ə  qədər  növü 
vardır. 
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 m-ə,  yabanı 
halda  isə  25  m-ə  çatır.  Əlavə  kökləri  vasitəsilə  ağaclara  sar-
maşır. Gövdəsi silindrvarı, ətlidir. Yarpaqları parıldayan, iri və 
itidir.  Çiçəkləri  15-20  ədəd,  ağımtıl-sarı  rəngli  olub,  hamaşçi-
çəkdə  toplanmışdır.  Meyvələri  qınaoxşar  qutucuq  olub,  uzun-
luğu 15-25 sm, eni isə 3-8 sm-dir. Ətirli vanil bitkisi istilik və 
kifayət  qədər  də  nəmlik  sevən  bitkidir.  Meksikanın  şimal  və 
dağlıq  bölgələrində  ən  aşağı  temperaturda  (+3
0
C÷+5
0
C),  illik 
 
404
yağmur 1500-2000 mm olan şəraitdə normal inkişaf edib mey-
və verir. -5
0
C şaxtalı küləklərə davamsızdır. 
Vanil  toxumla  çətinliklə  əkilib-becərilir.  Ən  çox 
vegetativ üsulla artırılır. Bu üsulla əkilib-becərildikdə vanilin 2-
3 ildən sonra meyvə verir. Vanil kal yığılır, fermentasiya edilir, 
nəticədə tünd qəhvəyi rəng alır və ətirli olur. Onun qurudulmuş 
və  fermentləşdirilmiş  meyvələrinin  tərkibində  0,75-2,9% 
vanilin  maddəsi,  0,5-0,8%  efir  yağı,  4-oksi-metooksibenzola-
ldehid,
  selikli  və  aşı  maddələri  vardır.  Yeyinti  və  ətriyyat 
sənayesində bunlardan ədviyyat kimi istifadə olunur. 
Qeyd etmək lazımdır ki, vanil çox az becərilir və dünya 
bazarında  baha  qiymətə  satılır.  Biz  xarici  ölkələrdən  vanil 
almırıq. Yeyinti sənayesində istifadə olunan vanilin maddəsinin 
20 q-ı 1 kq təbii vanili əvəz edə bilər. 
Vanilini
  evgenoldan,  qvayakoldan  və  başqa  üzvi  birləş-
mələrdən sintetik üsulla alırlar. Ən  yaxşı vanilin izoevgenolun 
oksidləşdirilməsi  nəticəsində  alınır.  Sintez  üsulu  ilə  alınan  bu 
vanilin
  (4-oksi-3-metoksibenzaldehid)  ağ  kristallik  tozdan 
ibarət  olub,  81-82
0
C  temperaturda  isə  əriyır.  Bunun  içərisində 
azca kənar qatışıq olduğu zaman saralır və ya qəhvəyi rəng alır. 
Vanilin
  güclü  vanil  iyinə  və  yandırıcı  dada  malikdir.  Soyuq 
suda çətin (1:100), isti suda isə asan (1:20), spirtdə, efirdə və ya 
soda  məhlulunda  yaxşı  həll  olur.  Satışa  daxil  olan  vanilində 
xalis vanilinin miqdarı 98%-dən az olmamalıdır. Vanilin ağ və 
ya azca sarımtıl rəngli, xalis vanil iyi verməlidir. Vanilin şəkər 
kirşanı  (pudrası)  ilə  qarışdırılmış  halda  da  1  q  kütlədə  xırda 
kağız  paketlərdə  və  sellofanda  «vanilli  şəkər»  adında  satışa 
buraxılır.  Vanilin  təmiz,  quru  və  80%-ə  qədər  nisbi  rütubəti 
olan binada saxlanılmalıdır. 
Vanildən  alınan  dərman  preparatlarından  tibdə  bir  çox 
xəstəliklərin müalicəsində (qızdırmada, səpkidə, həzm pozuntu-
larında,  qanazlığında,  əsəbilik,  yuxusuzluq  və  revmatizmdə) 
istifadə edilir. 

 
405
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin