Yarpız – Мята
длиннолистная – Mentea Longifolla.
Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən sürünən kökümsova
malik çoxillik ot bitkisidir. Yarpızın 25 növündən
Azərbaycanda 5 növü rast gəlinir:
1.
Su yarpızı – Mentha aquatiae;
2.
Uzunyarpaq yarpız – Mentha lonqifolia;
3.
İstiot yarpızı və ya əkilən nanə – Mentha piperita;
4.
Dəyirmiyarpaq yarpız – Mentha rotundifolia;
5.
Pulqar yarpızı – Mentha pulagium.
Yarpızın yabanı növlərinə «yarpız nanəsi» də deyilir.
Meşə çəmənliklərində, su kənarında daha çox bitir.
Gövdəsi dördkünclü, hündürlüyü 30-100 sm olub, üzəri
yumşaq ağ tükcüklərlə örtülüdür. Yarpaqları uzunsov, əksərən
gövdə üzərində oturaq olub, aşağı yarpaqları qısasaplaqlıdır.
Hamaşçiçəkləri gövdə və budaqların qurtaracağında silindrvarı,
sıx, sünbül formasında yerləşir. Uzunyarpaq yarpız Azər-
baycanın hər yerində yabanı halda bitir və bol ehtiyata malik-
dir. Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir yağına
malik bitkidir. Çiçək və yarpaqlarının tərkibində 1,43-3,33%-ə
qədər efir yağı vardır. Bunun efir yağı şəffaf, açıq sarı rəngli,
xoş ətirlidir. Yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq
tərkibində 0,3-1,5% efir yağı vardır. Efir yağının tərkibində
karvon, linalool, mentol, karvon, konuper, puleqon, karvakrol,
limonen
və başqa terpen birləşmələri vardır. Yarpaqlarında 81-
147 mq% C vitamini tapılmışdır.
Yarpızı təzə halda pendirlə qəlyanaltı kimi yeyirlər. Milli
xörəklərdən göyərti qutabı, dovğa və başqa xörəklərin hazırlan-
masında istifadə edilir. Yeyinti və ətriyyat sənayesində istifadə
oluna bilər.
Yarpızın efir yağından hazırlanmış bir çox preparatlardan
ağrıkəsici, qıcolma, qızdırma xəstəliklərində istifadə edilməklə
yanaşı, sərinləşdirici və təravətgətirici vasitə kimi də işlədilir.
İ
stiot yarpızı (Mentea piperita) təbii hibridlərin, yəni su
(M.aquatiae) və sünbülvari yarpızların (M.spicata) birləşmə-
406
sindən əmələ gəlmişdir. Hazırda mədəni halda iki forması –
qara və ağ istiot yarpızı becərilir. Qara istiot yarpızı (Mentea
rubescens) Ingiltərədə, Bolqarıstanda, Macarıstanda və MDB
ölkələrində becərilir. Ağ istiot yarpızı (Mentea pallescens) isə
ilk dəfə Fransada əkilib-becərildiyinə görə ona «fransız
yarpızı» da deyilir.
İstiot yarpızının quru yarpaqlarının tərkibində 2,4-
2,75%, çiçəklərində 4-6%, gövdəsində isə 0,3%-ə qədər efir
yağı tapılmışdır. Efir yağının əsas tərkib hissəsində L-mentol,
mentofuran, sineol, limonen, puleqon, timol
və digər terpenlər
vardır. Efir yağından başqa, onun tərkibində 25 mq% C
vitamini, 40 mq% karotin (provitamin A), 13,8 mq% rutin,
gisperidin, betain, yelsol
və olsanol turşuları, flavonoidlər,
mikroelementlər və s. vardır.
Yarpızın yarpaqlarında bir sıra bioloji fəal maddələrin
kompleksi olduğu üçün o, farmakoloji cəhətdən geniş tətbiqə
malikdir. Yarpaqlarından reflektor, tac damarları genişləndirici,
sakitləşdirici, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik
preparatlar hazırlanır. Yarpız preparatları həzm vəzilərinin
sekresiyasını qüvvətləndirir, iştahanı artırır. Ödün ifrazını fəal-
laşdırır, spazmaları aradan qaldırır, bağırsaq, öd yolunun və
sidik yollarının saya əzələsinin tonusunu azaldır. Yarpızın tər-
kibində olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tə-
nəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm
və s.) mentoldan və yarpızın digər preparatlarından selikli
qişalara yaxılır, eləcə də damcı formasında buruna damızdırılır.
Bundan əlavə, mentol karandaşından başağrısında, men-
tolun 2%-li spirtdə və ya 10%-li yağda həlledilmiş məhlulun-
dan isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəlik-
lərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Ondan «inqafen»
inqalyatorunun tərkibində də istifadə olunur. Yarpızın yarpağı
və yağı fitonsid antiseptik xassəyə malikdir. Mentol və yarpız
validol, valokardin
, «yaşıl damcı» yevgenol, pektusin,
menovazin, efkamon, olimetin
və s. kimi preparatların tərkibinə
407
daxildir. Mentolun pişikotu, xanımotu və s. otlarla birlikdə
hazırlanan cövhərindən sakitləşdirici, qəbizliyə və hemoroidə
qarşı istifadə olunur.
Xalq təbabətində isə istiot yarpızından sakitləşdirici, öd-
qovucu, ürək ağrısı, revmatizm, vəba və s. xəstəliklərin müa-
licəsində istifadə edilir. Cövhəri ağızda əmələ gələn iylərin ara-
dan qaldırılmasında işlədilir. Göstərdiklərimizdən başqa, cöv-
hərindən hemoroid, kəskin başağrıları zamanı, təzə yarpaqlarını
ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma, qusma, raxit,
xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində istifadə edilir.
Yarpağından hazırlanan cövhərindən və çaylardan mədə tur-
ş
uluğunun artırılmasında, öd kisəsi ağrılarının qarşısının alın-
masında işlədilir. Efir yağından dezinfeksiyaedici, təravət-
ləndirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır.
Özünəməxsus ətri və təravəti ilə məşhur sayılan istiot
yarpızının yağından qənnadı sənayesində, ətriyyat, kosmeti-
kada, diş pastalarının və eləcə də müxtəlif növ ətirli sabunların
hazırlanmasında geniş istifadə edilir.
İ
stiot yarpızı qiymətli ədviyyə kimi kulinariyada xüsusi
yer tutur. Belə ki, ondan ət, balıq və tərəvəzlərdən hazırlanmış
müxtəlif xörəklərin tərkibinə qatqı kimi əlavə olunur. İstiot
yarpızının təzə yarpaqlarından və eləcə də qurudularaq toz
halına salınmış hissəsindən ədviyyə kimi bir çox məhsulların –
pendir, salat, şorba, ət, balıq, tərəvəz və s. tərkibinə qatqı kimi
ə
lavə edirlər.
Zəfəran – Шафран – Crocus sativus L. Zəfəran Süsən
(Jridaceae) fəsiləsindən olub, Krokus (Crocus) cinsinə
mənsubdur. Yer kürəsində zəfəran bitkisinin müxtəlif növləri
yayılmışdır. Lakin bu növlərin hamısı yabanı halda bitir. Bun-
lardan yalnız bir növ (Crocus sativus L.) mədəni halda
becərilərək zəfəran məhsulu verir.
Zəfəran bitkisinin vətəni Kiçik Asiyadır. Hal-hazırda
zəfəran Asiya ölkələrində – İran, Əfqanıstan və Hindistanda,
Avropa ölkələrində – Avstriya, Fransa, İspaniya və başqa
408
ölkələrdə becərilir. Ölkəmizdə zəfəranın becərildiyi yeganə
təsərrüfat Abşeron yarımadasındakı Bilgəh zəfəran sovxozudur.
Zəfəran oktyabrın ikinci yarısında çiçəkləməyə başlayır
və bu, noyabrın birinci yarısına kimi davam edir. Açılmış
çiçəklər ikinci gün solur. Ona görə də zəfəran çiçəkləri, onun
bütün çiçəkləmə dövründə, hər gün səhər saat 10-a kimi
toplanmalıdır. Hər bir soğanaq iri-xırdalığından və qidalanma
dərəcəsindən asılı olaraq 1-6 çiçək verir. Çiçəklər əzilməsin
deyə səbətlərə yığılır və xüsusi binalarda təmizlənir. Bu zaman
ümumi çiçəkdən əsas məhsul olan üçhaçalı dişicik ağızcıqları
ehmalca qoparılıb ayrılır. 1 kq zəfəran teli əldə etmək üçün 60-
90 min gül toplamaq lazım gəlir. Yığılmış güllərdən ayrılan
tellərin miqdarı çiçəyin 8-10%-ni təşkil edir.
Zəfəran tellərinin tərkibində 84-85% nəmlik olur. Ona
görə də təmizlənmiş tellər həmin gün mütləq qurudulmalıdır.
Bu məqsədlə təmizlənmiş zəfəran telləri nazik metal
təbəqələrə yığılır və xüsusi quruducu sobalarda 45-50
0
C-də
buğda qurudulur. Quruma dövründə məhsulu 2-3 dəfə ehmalca
qarışdırmaq lazımdır. Bu qayda ilə qurutmaq standartın tələbini
tamamilə ödəyir. Tibdə işlədiləcək zəfəran günəş istiliyi altında
qurudulur. Texnoloji əməliyyata düzgün əməl etdikdə nəmliyi
83,6% olan 1 kq yaş teldən 183 q quru zəfəran teli alınır.
Prof. N.Satinoverin (1964) verdiyi məlumata görə
zəfəran tellərinin tərkibində 9,17% su, 0,4-1,3% efir yağı, 7-
14% azotlu maddələr, 43-44% azotsuz ekstraktlı maddələr, 4-
14% yağ, 5% pentozanlar, 6% pektin, 4-6% sellüloza, 4-8%
mineral maddələr (kül) vardır.
Zəfəranın efir yağını qaz-maye xromatoqrafiyası üsulu
ilə öyrənərək müəyyən etmişik ki, zəfəranın efir yağında 34
müxtəlif komponent vardır. Elmə məlum olan 3 komponentdən
ə
lavə 24 maddə tapılmış və onların kimyəvi tərkibi müəyyən
edilmişdir. Efir yağının ümumi miqdarı 0,8% olmuşdur. Efir
yağının əsas komponentlərindən safranal (C
10
H
14
O) – 40%,
nitropinenol
– 26,5%, nonil spirti – 5,5% təşkil edir. Bunlardan
409
başqa, 24 müxtəlif terpenlər, spirt, keton və aldehidlər
tapılmışdır.
Boya maddəsinin miqdarı fotoelektrokalorimetr üsulu ilə
müəyyən edilmişdir və bunun miqdarı 3,5%-dir. Boya maddə-
sinin əsasını qırmızı-narıncı rəngli krotsin maddəsi təşkil edir.
Zəfəranın tərkibindəki pikrokrotsin qlükozidi hidroliz olunduq-
da qlükoza və aldehid safranal əmələ gəlir. Bu isə efir yağının
ə
sas hissəsinin birləşmiş formada olduğunu göstərir. Zəfəranın
tərkibində karotinoidlərdən
α
-,
β
-
və
γ
-karotin, likopin, azafrin,
zeaksantin
vardır. Zəfəranın tellərində B
1
və B
2
vitamini,
həmçinin, flavanoidlərdən – izoramnetin və kemferol vardır.
Zəfəran tünd qırmızı rəngdə, yağlıtəhər və elastiki
tellərdən ibarət olmalıdır. Qoxusu tünd, məstedici ədviyyə
ə
trinə malikdir. Dadı bir qədər acı olub, krotsin qlükozidinin
dadını verməlidir. Nəmliyi 12%, külü 7%-dən çox olmamalıdır.
Sütuncuğun (sarı tellərin) miqdarı 5%-dən, mineral qatışıqların
miqdarı isə 1,5%-dən çox olmamalıdır. Zəfəranın keyfiyyəti
18-281-76 saylı SST-nin tələblərinə uyğun olmalıdır.
Zəfəranın 10 ml sulu cövhəri (0,1 q zəfəran telləri 1 litr
suda 12 saata qədər saxlandıqdan sonra alınan sulu cövhəri) 1
litr suyu, daha doğrusu, 1:1000000 nisbətində suyu yaxşıca
saraltmalıdır.
Zəfəranın xarici görünüşü, iyi, dadı, rəngi və ətri orqa-
noleptiki yolla müəyyən edilir. Laboratoriya üsulu ilə zəfəranın
nəmliyi, ümumi külün və 10%-li xlorid turşusunda həllolmayan
külün miqdarı, efir yağının və başqa təsiredici maddələrin
miqdarı kəmiyyət və keyfiyyətcə müəyyənləşdirilir.
Zəfəranı sərin, qaranlıq yerdə və nisbi rütubəti 65-70%
olan binalarda qaranlıqda saxlamaq məsləhət görülür.
Hazırda zəfərandan yeyinti sənayesinin bir çox sahə-
lərində – qənnadı sənayesində, likör-araq istehsalında, yağ-
pendir istehsalında və s.-də istifadə olunur.
Zəfəran Azərbaycan kulinariyasında geniş miqyasda
tətbiq edilir. Milli xörəklərin (piti, bozbaş, plov, südlü sıyıq və
410
s.) və şirniyyatların (paxlava, süd çörəyi, şorqoğal, şirin nazik
və s.) hazırlanması zəfəransız mümkün deyil. Reseptə görə
zəfəran xörəklərə 0,1% miqdarında əlavə edilir. Azərbaycan
kulinariyasında 150-dən çox müxtəlif xörəklərin və 20-dən çox
müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Milli
xörəklərimizin şahı sayılan plovları zəfəransız təsəvvür etmək
olmaz.
Qurudulmuş zəfəranı 1-5 kq tutumlu hermetik bağlı
tənəkə bankalarda qablaşdırırlar. Pərakəndə ticarət üçün, əsasən
1 q kütlədə şüşə qablarda və ya sellofan paketlərdə qablaşdırıb
buraxırlar. Zəfəranı sərin və quru anbarlarda, qaranlıqda sax-
lamaq lazımdır.
Zəfəranın müalicəvi xassələri. Zəfəran hələ qədim
dövrdə rəngləyici maddə kimi məşhur olmuşdur. Uzun illər
boyu xalq təbabətində bəzi xəstəliklərə qarşı zəfəran bir dərman
kimi işlədilmişdir. Ondan qıcolma, gözağrısı, göyöskürək,
üşütmə və qızdırma (Nizaminin əsərlərində qeyd edildiyi kimi)
zamanı istifadə edilmişdir.
İ
ndi də təbabətdə zəfəran tinktura şəklində tiryək damcı-
sının tərkibində, həb şəklində mədə xəstəliklərində, sakit-
ləşdirici və ağrıkəsici dərman kimi tətbiq edilir. Xaricə sürtmək
üçün zəfəranın məlhəm və plastrından istifadə olunur. Xalq
təbabətində zəfəran sinir sistemini tənzimedici maddə kimi
işlədilir. Hazırda xalq arasında zəfərandan göz xəstəliklərində,
ürək-damar və əsəb xəstəliklərində daha çox istifadə olunur.
Hazırda zəfəranın təbabətdə işlədilməsi məhdudlaş-
dırılmışdır. S.E.Zemlinskinin (1958) məlumatına görə zəfəran
bəzi hallarda çox az işlədilən dərmanların (Qufeland uşaq tozu,
qarışıq sabur tinkturası və zəfəran tiryək tinkturası) tərkibinə
daxil edilirdi.
Zəfərandan ətriyyat sənayesində (ətirli sabunların və
tərkibinə efir yağı daxil olan başqa məhsulların istehsalında)
istifadə edilir. Zəfəranın tərkibində 0,4-1,3% efir yağı olur ki,
411
bu da onun ətriyyat sənayesi üçün yaxşı xammal olduğunu
göstərir.
Ə
vvəllər zəfəran tonuslandırıcı vasitə hesab olunurdu.
Ondan qadın xəstəliklərinə qarşı, sarılıqda, şişlərdə, isteriyada,
ipoxondriyada, babasildə və digər xəstəliklərdə istifadə olunur-
du. Hazırda zəfəran homeopatiyada, təlaşlı öskürəkdə və uşaq-
ların spazmatik hallarında tətbiq olunur. Müasir təbabətdə zəfə-
randan ağrıkəsici, qıcolmaya qarşı, ürəkağrısına qarşı və
sidikqovucu vasitə kimi, eləcə də mədə-bağırsağın bəzi xəstə-
liklərində istifadə olunur.
Elmi təbabətdə zəfəran tinkturası şəklində və tiryək dam-
cısının tərkibində mədə-bağırsaq xəstəliklərində sakitləşdirici
və ağrıkəsici dərman kimi işlədilir. Xalq təbabətində zəfəran-
dan sinir sistemini tonuslandıran maddə kimi də istifadə olunur.
Zəncəfil – Имбир – Zingiber officinale. Zəncəfil (Zin-
giberaceae) fəsiləsindən çoxillik kökümsov gövdəli qədim
ə
dviyyat bitkisidir. Zəncəfil bitkisinin qurudulmuş ana kökün-
dən ibarətdir.
Zəncəfil bitkisi Hindistanda, Yaponiyada, Çində və Av-
straliyada mədəni surətdə yetişdirilir. Becərilməsindən asılı
olaraq zəncəfil bir neçə növə ayrılır: Yamay zəncəfili (key-
fiyyətcə ən aşağı sort sayılır), Hindistan zəncəfili (Malabar və
Benqaliya), Çin zəncəfili (Koxinxin), Yaponiya və Afrika
zəncəfili (ən aşağı keyfiyyətli zəncəfil). Əmtəə çeşidinə görə
zəncəfil ağ, qara və ağardılmış zəncəfil sortlarına ayrılır. Zən-
cəfildən eramızdan qabaq Hindistan və Çində məşhur ədviyyə
bitkisi kimi əkib-becərmişlər. Roma dövlətinin təməl daşı qo-
yulana qədər dünyanın bir çox ölkələrində zəncəfil məşhur
ə
triyyat kimi, eləcə də müalicəvi xüsusiyyətlərinə görə qiymətli
sayılmışdır. Onun köküm-sovlarından hazırlanmış preparat-
lardan, eləcə də cövhərlərdən taun, tif, qızdırma və bu kimi
xəstəliklərin qarşısının alınmasında istifadə olunmuşdur.
Hazırda isə zəncəfildən ədviyyat kimi dünyanın əksər
xalqlarının mətbəxində hazırlanan xörəklərin tamını, ətrini və
412
keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat kimi ən
çox qənnadı, çörək-kökə, spirtsiz içkilər, pivə istehsalında, ət-
riyyat sənayesində geniş istifadə olunur. Zəncəfildən ədviyyatın
bir növü kimi kulinariyada və yeyinti sənayesində istifadə
edilir.
Bundan əlavə, Azərbaycanda bir çox milli məhsullar
(ədavalı halva, quymaq) və içkilər (səhləb) zəncəfillə hazırlanır.
Zəncəfilin tərkibi faizlə aşağıdakı kimidir: su – 8-16;
azotlu maddələr – 5-8; yağ – 2-8; nişasta – 40-60; pentozanlar –
5-7; sellüloza – 3-8; efir yağları – 1,5-3,5; kül – 3-7. Qurudul-
muş zəncəfil köklərinin uzunluğu 8-10 sm, qalınlığı isə 2 sm-ə
qədər olur. Lakin bu kökləri sonra da 1-2 sm uzunluqda doğ-
rayırlar. Zəncəfilin tünd xoş ətri tərkibindəki efir yağlarından,
yandırıcı dadı isə fenolabənzər qinqeral (C
17
H
26
O
4
) maddəsinin
olmasından irəli gəlir. Zəncəfil efir yağlarında ən çox sin-
qiberol
(C
15
H
24
), kamfen (terpen), fellendron və sinqiberol
spirti
vardır. Zəncəfilin nəmliyi 12%-ə, külü 5%-ə, efir yağı isə
1,4%-ə qədər olmalıdır. Zəncəfil toz halında da satışa buraxılır.
Zəncəfil köklərini və ya tozunu karton qutularda, yaxud sello-
fan paketlərdə 10 q kütlədə satışa buraxırlar.
Zəncəfilin müalicəvi xassələri. Zəncəfilin tozundan
müalicəvi təsirə malik olan məlhəmlərin, cövhərlərin və eliksir-
lərin tərkibinə qatılır. Xalq təbabətində zəncəfildən qantəzyiqini
salmaq, sakitləşdirici, tonuslandırıcı, istilikgətirici vasitə kimi
istifadə olunur. Zahı qadınlara zəncəfilli quymaq verilir.
Zəncəfil başağrılarında, bronxial astmada, ürəkbulanması və
qusma əleyhinə tətbiq olunur. Zəncəfil yaddaşı möhkəmlən-
dirir, tozu isə traxomaya qarşı da ən yaxşı vasitə hesab olunur.
413
TONUSQALDIRICI BİTKİLƏR
Bu qrupa daxil edilən bitkilər insan orqanizminə tonus-
qaldırıcı təsir göstərir. Bu bitkilərin meyvələrində və digər
orqanlarında daha çox toplanan tonusqaldırıcı maddələrdən,
ə
sasən tonusqaldırıcı içkilər hazırlanır. Bu içkilərdən bütün
dünya ölkələrinin əhalisi istifadə edir. Belə içkilər stimullaş-
dırıcı xassələrinə görə həmin içkilərdən müvafiq olaraq pəhrizi
qidalanmada da istifadə olunur. Əksər hallarda tonusqaldırıcı
içkilər müalicəvi məqsədlə müxtəlif xəstəliklərin kompleks
müalicəsində istifadə olunur. Bundan əlavə, tonusqaldırıcı bit-
kilərin meyvəsindən və ya yarpağından xüsusi preparatlar ha-
zırlanıb, müəyyən istiqamətdə dərman vasitəsi kimi də ap-
teklərdə satılır. Çayın, qəhvənin, kakaonun və kolanın tərki-
bindəki təsiredici kofein qrupuna aid olan alkaloidlərdən tibbi
preparatlar hazırlanıb tibbdə geniş miqyasda tətbiq olunur.
Biz bu bölmədə çay, çin limonu, kakao, kola və qəhvə
haqqında məlumat veririk.
Çay – Чай – Thea. Çay (Theaceae) fəsiləsinə aid
çoxillik həmişəyaşıl bitkidir. Bu fəsilənin Yer kürəsinin tropik
və subtropiklərində yetişən 23 cinsi və 380 növü məlumdur.
Çay bitkisinin vətəni Çindir. Lakin yabanı halda bitən çay bit-
kisi Hindistan, Vyetnam və Birma meşələrində də tapılmışdır.
Çay istehsalı üçün Thea cinsinə aid bitkilərdən istifadə
olunur. Çayın növ adı ilk dəfə 1753-cü ildə yunan ilahəsi Tea-
nın şərəfinə məşhur botanik Karl Linney tərəfindən verilmişdir.
Çayın bu cinsinin iki növü vardır və bunlar formalarının bioloji
və morfoloji xüsusiyyətlərinə görə fərqlənir.
1. Çin çayı – T. sinensis, buraya Yapon, Çin və iriyar-
paqlı Çin çayının növmüxtəliflikləri aiddir.
2. Hindistan çayı – T. assamica, buraya yerli Assam,
Luşay, Nahahill, Manipur, Sinqlo, Birma, Şan, Seylon hib-
ridinin növmüxtəliflikləri aiddir.
414
Azərbaycan şəraitində çayın Çin növmüxtəlifliyi yayıl-
mışdır. Bu həm 12-14
0
C şaxtaya dözümlü, həm də quraqlığa,
zərərverici və xəstəliklərə qarşı davamlıdır. Bunların yarpaqları
orta irilikdədir.
Çay yarpağının ilkin emalı nəticəsində çayın fabrik sort-
ları, onların çayçəkici fabriklərdə kupaj edilməsindən isə çayın
ticarət sortları əldə edilir. Yer kürəsinin bütün qitələrində işlə-
dilən çaylar istər rənginə, ətrinə və tamına, istərsə də ema-
lolunma üsullarına görə bir-birindən fərqlənir. Ona görə də
dünya bazarına aşağıdakı tip və növmüxtəlifliyində çaylar daxil
olur.
1. Məxməri çaylar:
1.1. Qara məxməri çay;
1.2. Yaşıl məxməri çay;
1.3. Sarı məxməri çay;
1.4. Qırmızı çay (oolonq).
2. Preslənmiş çaylar:
2.1. Yaşıl-kərpic çay;
2.2. Qara plitka çayı;
2.3. Yaşıl plitka çayı;
2.4. Qara və əlavəli həbşəkilli çaylar.
3. Ekstraksiyaolunmuş çaylar:
3.1. Qara və yaşıl maye çay ekstraktı;
3.2. Qara və yaşıl tozvarı (tez həllolan) çay ekstraktı.
Yuxarıda göstərilən çaylar, istər emalın texnoloji reji-
minə və istərsə də öz xassəsinə, kimyəvi tərkibinə və key-
fiyyətinə görə biri digərindən fərqlənir.
Çay bitkisi dünyanın 30-dan çox ölkəsində becərilir və
emal edilir.
Ə
sas çay istehsal və ixrac edən ölkələr Asiyada – Hin-
distan, Çin, Şri-Lanka, Yaponiya, İndoneziya, Türkiyə, Ban-
qladeş, Vyetnam, Tayvan, Iran; Afrikada – Keniya, Malavi,
Tanzaniya, Zimbabve, Ruanda, Mozambik, Mavriki, Zair,
Uqanda; Cənubi Amerikada – əsasən Argentina və Braziliyadır.
415
Rusiyada çay ilə ilk dəfə Sibir əhalisi tanış olmuşdur.
1638-ci ildə Altın xan (Monqolustan) Moskvaya qayıdan rus
səfiri Vasili Starkov vasitəsilə çara (Mixail Fyodoroviçə) gön-
dərdiyi hədiyyənin içərisində 200 paçka (4 pud) çay da ol-
muşdur.
Moskvada hazırlanmış çay saray əyanlarının xoşuna gəlir
və sonralar boyarlar tərəfindən ölkədə yayılmağa başlayır.
1679-cu ildə Çin ilə Rusiya arasında bağlanan müqaviləyə
ə
sasən ölkəyə Çindən çay gətirilməyə başlanır.
Nümunə üçün çay kolu ilk dəfə 1814-cü ildə Krımda,
Nikitin botanika bağında əkilmişdir. Rusiyada çay bitkisi
sənaye məqsədilə Çindən gətirilən şitillərlə (1833-cü il) əkil-
məyə başlanmışdır.
Gürcüstan və Azərbaycan respublikalarında, İkinci Dün-
ya müharibəsindən sonra isə Krasnodar diyarında da sənaye
ə
həmiyyətli sahələrdə çay becərilirdi.
Azərbaycanda çay bitkisinin becərilməsinin elmi əsaslar
üzrə öyrənilməsinə 1929-cu ildən başlanmışdır.
1929-cu ildə Lənkəran dayaq məntəqəsilə, eyni vaxtda
Zaqatala təcrübə stansiyasında Prof. A.D.Rəcəbli çay tum-
larının səpinini aparmış və uğurlu nəticə əldə etmişdir.
Çay bitkisi ilə təcrübələr eyni zamanda, 1931-1932-ci
illərdə Lənkəran rayonunda sabiq Ümumittifaq Elmi-Tədqiqat
Çay İnstitutunun və «Çay Qruziya» trestinin Lənkərandakı
dayaq məntəqəsində də aparılmışdır.
1934-cü ildə ilk dəfə kolxozlarda da sənaye miqyaslı çay
plantasiyalarının salınmasına başlanılmışdır.
Azərbaycanda çay ilk dəfə 1896-cı ildə Lənkəranda əkil-
məsinə başlanmışdir. Inkişaf etməkdə olan çay sənayesinə rəh-
bərlik etmək üçün 1937-ci ildə sərbəst «Azərbaycan Çay» tresti
təşkil edilmişdir. Bu trest Azərbaycan Yeyinti Sənayesi Xalq
Komissarlığının nəzdində yaradılaraq respublikada çayçılığın
möhkəmlənməsində mühüm rol oynamışdır. O vaxt ilk çay
emal edən fabrik tikilib istifadəyə verilmiş və 1937-ci ildə ilk
416
dəfə 2750 kq Azərbaycanın «qara məxməri çay»-ının bura-
xılmasına müvəffəq olmuşdular.
Azərbaycanda 1980-cı illərin sonunda baş verən məlum
hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi
çayçılığa da öz mənfi təsirini göstərdi. Bazar iqtisadiyyatına
keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olan-
lar maddi texniki və təşkilati cəhətdən bir sıra çətinliklərlə üz-
ləşdilər ki, bu səbəbdən də çay plantasiyalarında aqrotexniki
xidmət işləri dayandırıldı və baxımsızlıq ucbatından külli
miqdarda çay kolları quruyub sıradan çıxdı.
XX əsrin 80-90-cı illərində Azərbaycanın çay fabrik-
lərində istifadə olunan texnika və texnologiya artıq köhnəl-
mişdi. Ona görə də istehsal olunan çayların keyfiyyəti Dövlət
standartlarının tələbinə tam dolğunluğu ilə cavab vermirdi. Bu
sahədə yeniliyi 1996-cı ildə fəaliyyətə başlayan «Sun Tea
Dostları ilə paylaş: |