Qırmızımeyvəli quşarmudunun müalicəvi xassələri.
Meyvələrindən avitaminozun profilaktikasında və müalicəsində
istifadə olunur. Qurudulmuş meyvələri «vitamin yığıntısı»
adlanan çay içkilərinin tərkibinə qatılır və ayrıca çay kimi
dəmlənib içilir. C və P vitaminin yaxşı nisbəti ondan ateroskle-
rozun, hipertoniya xəstəliyinin müalicəsində və profilaktika-
sında istifadə etməyə imkan verir.
Xalq təbabətində qırmızı quşarmudu yüngül yumşaldıcı
vasitə, sidikqovucu və qankəsici kimi, eləcə də ağciyər və yel
(revmatizm) xəstəliklərində tətbiq olunur. Bu məqsədlə
147
qurudulmuş meyvələrdən hazırlanan tinkturadan istifadə edilir.
Qış mövsümündə təzə hazırlanmış və ya şəkərlə ayrılmış şi-
rədən gündə bir neçə dəfə qəbul etmək daha yaxşıdır. Quşar-
mudu şirəsi həm də babasil xəstəliyində yaxşı vasitə hesab
olunur. Təzə meyvələrindən və yarpaqlarından alınmış həlimlə
xənazır (sıraca) xəstəliyini müalicə edirlər.
Quşüzümü – Паслен – Solanum L. Badımcan-çiçək-
lilər (Solanaceae) fəsiləsindən yarımkol və ya kol bitkisidir.
1700 növü məlumdur. Keçmiş SSRI-də 18 növünə, Azərbay-
canda 6 növünə rast gəlinir. Çoxillik, bəzən birillik yarımkol və
ya kol, nadir hallarda ağaclardır. Yarpaqları növbəli və qar-
ş
ılıqlı düzülür. Ikicinsiyyətli, beşüzvlü çiçəkləri qrup halında və
ya tək-tək yerləşir. S.dulcamara və S.nigum növlərinin
tərkibində solanin alkaloidi olduğu üçün zəhərlidir. Solanum
Laciniatum Ait növünün tərkibindəki solasodin və solomarqin
qlikozidləri tibbdə geniş tətbiq olunan proqesteron və kortizon
hormonal preparatları almaq üçün istifadə edilir.
Fal-fal quşüzümü – Паслен дольчатый – Solanum
Laciniatum Ait suvarılan torpaqlarda becərilir və 3-4 m
hündürlüyündə çoxillik həmişəyaşıl koldur. Əsas təsiredici
maddəsi olan solasodin bitkinin kütləvi çiçəklədiyi dövründə
toplanır. Yarpaqlarında 2,48-3,87%, zoğlarında 0,36-0,32%,
kökündə 0,5%, meyvələrində 3,5% (kal meyvələrdə 6,16%-ə
qədər) solasodin (C
27
H
23
O
2
⋅H
2
O) qlikozidi vardır. Sənaye məq-
sədilə bitkinin yarpaqlarından istifadə olunur. Bu günə qədər
kortizonun sintezi üçün solasodin əsas xammal hesab olunur.
Buna oxşar digər quşarmudunun (Solanum pseydocapsicum L.)
tərkibindən solanokapsin qlikozidi alınmışdır.
Quşüzümündən alınan preparatlar mərkəzi əsəb siste-
minin, ürəyin fəaliyyətinin və iltihabi proseslərinin müalicə-
sində istifadə olunur. Solasodinin 1-2 mq/kq dozasında tətbiqi
qan təzyiqini aşağı salır. Eyni zamanda, solasodinin qanın
laxtalanmasına, soyuqdəyməyə qarşı da istifadə olunur. Belə-
liklə, solasodin əsasən soyuqdəyməyə qarşı, kardioloji təsirinə
148
və qanın laxtalanmasının vaxtını uzatmaq məqsədilə istifadə
olunur.
Meşə çiyələyi – Земляника лесная – Fragaria vesca
L. Gülçiçəklilər (Rosaceae) fəsiləsinin çiyələk cinsinə mənsub
çoxillik sürünən pöhrələri olan ot bitkisidir. Məlum olan 20
növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə ra-
yonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Yarpaqları
kökyanı, üçqat, rombaoxşar oval, uzun saplaqlı sallanmış olur.
Çiçəkləri ağ olub çətir formalıdır. Meyvəsi qırmızı yumurtaya-
oxşar və ya düzgün olmayan şar formalı qeyri-həqiqi giləmey-
vədir. Giləmeyvənin səthində sarımtıl rəngli xırda toxumcuqlar
var.
Meşə çiyələyi dağ-meşə bölgələrində çox geniş yayıl-
mışdır. Meşə çiyələyi insanlara Daş dövründən məlum idi. Son-
ralar meşə çiyələyinin mədəni sortları yetişdirilmiş və XVIII
ə
srdən başlayaraq Çili növlərinin Avropaya gətirilməsi və
onların Avropa və Amerika sortları ilə qarışığından 3000-ə
qədər meşə və bağ çiyələyi sortları yetişdirilmişdir.
Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən baş-
layaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir.
Meyvələri iyun-avqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş
olub, forması yumurtavarı və uzun konusvarıdır. Rəngi qırmızı,
ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin bir-
ləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi
xırda sarı toxum yerləşir.
Meşə çiyələyinin tərkibində 6-9,5% şəkər (qlükoza və
saxaroza), 2,5-4%-ə qədər üzvi turşular (alma, limon və xinin),
0,4% aşı maddəsi, 20-50 mq% C vitamini, 3,5% karotin, pektin
maddəsi, dəmir duzları və efir yağları vardır. Yarpaqlarında
250-280 mq% askorbin turşusu, 2-3%-ə qədər aşı maddəsi, üzvi
turşular vardır. Qeyd etmək lazımdır ki, meşə çiyələyi bəzi in-
sanlarda allergik xəstəlik yaradır. Bu isə əsasən örə (кра-
пивница
) xəstəliyi ilə müşayiət olunur.
149
Meşə çiyələyini təzə halda süd və ya qaymaqla yeyirlər.
Ondan mürəbbə, povidlo, şərbət, marmelad, konfet və karamel
üçün içlik, şərab və sərinləşdirici içkilər hazırlanır. Təzə mey-
vələr susuzluğu yatırır, iştahanı artırır, qidanın həzmini yax-
ş
ılaşdırır. Tərkibində dəmir çox olduğundan qanazlığında, sinqa
və böyrək xəstəliklərində geniş tətbiq edilir. Çiyələyin qurudul-
muş yarpaqlarından moruq meyvəsi ilə birlikdə çay dəmləyib,
soyuqdəymədən baş verən xəstəliklərdə tərlədici və hərarəti
aşağı salan dərman kimi istifadə olunur.
Çiyələyin kökündə 9%-ə qədər tanin vardır. Ishala qarşı
çiyələyin kökündən alınmış sulu məhluldan istifadə edilir.
Meşə çiyələyinin müalicəvi xassələri. Meşə çiyələyi
susuzluğu yaxşı söndürür, iştahanı atırır və qidanın həzminə
müsbət təsir göstərir. Təzə giləmeyvələr xüsusən ürək xəstə-
liklərində, aterosklerozda, hipertoniyada, mədə xorasında, öd
kisəsi və sidik kisəsinin daşı xəstəliklərində, podaqrada və
qanazlığında çox xeyirlidir. Duz mübadiləsinin pozulmasında
da meşə çiyələyi istifadə etmək məqsədəuyğundur.
Meşə çiyələyinin şirəsi və sulu tinkturası tərgətirici və
sidikqovucu təsirə malikdir. Sidikqovucu vasitə kimi yeməkdən
ə
vvəl 2 xörək qaşığı giləmeyvənin 1 stəkan qaynayan suda
hazırlanmış çayı yaxşı təsir göstərir. Müəyyən olunmuşdur ki,
meşə çiyələyinin tərkibindəki fitonsidlərin sulu tinkturaya keç-
məsi bir çox xəstəliktörədici mikroblara öldürücü təsir göstərir.
Ona görə də meşə çiyələyinin sulu tinkturası ağız boşluğunun,
boğazın bəzi xəstəliklərində və ağızdan gələn xoşagəlməz
qoxuya qarşı qarqara kimi istifadə olunur. Xaricə sürtmək üçün
təzə meyvə əzintisi və ya şirəsindən müxtəlif dəri xəstəliklərinə
və ekzemaya qarşı, eləcə də kosmetik vasitə kimi üzdəki çillərə,
ləkələrə və sızanaqlara qarşı istifadə olunur. Geniş məsaməli
yağlı dəri üçün kosmetologiyada meşə çiyələyindən maska
etmək məsləhət görülür. Bu məqsədlə 1 qaşıq meşə çiyələyi
ş
irəsi ilə 1 ədəd yumurta ağından hazırlanmış qarışıq üzə
yaxılır.
150
Çiyələyin qurudulmuş yarpaqlarından moruq meyvəsi ilə
birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən
xəstəliklərdə tərlədici və qızdırmasalıcı vasitə kimi istifadə
olunur. Xalq təbabətində yarpaqlardan və kökündən hazırlanan
həlimdən ishala, sarılığa, vərəmə, sidikdaşı xəstəliyinə qarşı,
ş
işlərə və boğaz ağrılarında qarqara məqsədilə istifadə olunur.
Kökündən hazırlanmış həlimdən qanlı ishala və babasilə qarşı
istifadə etmək daha səmərəlidir. Yarpaqlarından və qurudulmuş
çiçəklərindən hazırlanan çay soyuqdəyməyə qarşı içilir. Köh-
nəlmiş və irinli yaralar, bəzi ekzemalar təzə və ya buxara ve-
rilmiş çiyələk yarpaqları ilə müalicə olunur. Zədələnmiş yer-
lərin üstünə belə yarpaqlar qoyulduqda yaralar irindən
təmizlənir və tezliklə sağalır.
Mərcangilə – Брусника – Vaccinium vitis idaea L.
Mərcangilə (Vacciniaceae) fəsiləsindən olub hündürlüyü 25
sm-dək kolcuq və ya yarımkolcuqdur. Dairəvi, həmişəyaşıl
yarpaqları növbəli yerləşir. Meyvəsi şirəli al-qırmızı və ya tünd
çəhrayı giləmeyvədir. Iynəyarpaqlı və qarışıq meşələrdə, Tun-
drada, Şimali və Mərkəzi Avropanın, Asiyanın, Şimali Ame-
rikanın torflu sahillərində, Rusiyanın meşə zonasında, xüsusən
ş
imal-qərb bölgələrində, Qərbi Ukrayna və Belorusda bu bitki
yabanı halda geniş yayılmışdır. Qafqaz meşələrində, Azər-
baycanın bəzi dağ rayonlarında bitir. Meyvəsinin tərkibində
8%-ə qədər şəkər, 2,3% üzvi turşular (limon, benzoy və alma
turşuları), 0,4%-ə qədər aşı maddəsi, C vitamini, provitamin A,
sellüloza, pektin maddəsi, vaksinin qlikozidi var. Giləmeyvələri
təzə halda yeyilir. Lakin toplanmış giləmeyvələrinin əsas
hissəsi emal olunur. Ondan mürəbbə, cem, povidlo, şirə, şərbət,
kvas, meyvə içkiləri, konfet və karamel üçün içlik hazırlanır,
sirkəyə qoyulur. Uzun müddət saxlamaq üçün giləmeyvə
şə
kərlə konservləşdirilir və ya qurudulur. Sirkəyə qoyulmuş və
isladılmış (моченая брусника) mərcangilə pəhriz xörəklərinə
ə
lavə edilir.
151
Mərcangilənin müalicəvi xassələri. Mərcangilə mədə-
bağırsaq və böyrəkdaşı xəstəliyində, eləcə də avitaminozda çox
müsbət təsir göstərir.
Mərcangilədən hazırlanan mors və sulu tinktura susuz-
luğu yatırmaq və qızdırmalı xəstələr üçün ən yaxşı vasitədir.
Bundan başqa, onun zəif mədəyumşaldıcı təsiri də vardır. Təzə,
bişirilmiş və isladılmış giləmeyvələrdən mədə şirəsinin turşu-
luğunun azlığı ilə müşayiət olunan qastritdə istifadə etmək məs-
ləhət görülür. Giləmeyvə həm də sidikqovucu xassəyə malik
olduğundan, müxtəlif mənşəli şişlərə qarşı da tətbiq oluna bilər.
Giləmeyvələr və mərcangilə şirəsi yüksək qan təzyiqində də
faydalıdır. Xalq təbabətində mərcangilə həlimi və qurudulmuş
giləmeyvədən hazırlanan çay soyuqdəymə, podaqra və yel xəs-
təliklərində tətbiq edilir. Belə hallarda gündə 3 stəkan təzə və
ya isladılmış giləmeyvə yemək məsləhət görülür.
Xalq təbabətində mərcangilə çiçəkləyən vaxt toplanan
yarpaqlardan da istifadə olunur. Yarpaqlarda 7% qlikozid ar-
butin
, 0,6% flavonol hidroxinon, aşı maddələri, üzvi turşular, o
cümlədən ursol, C vitamini və provitamin A (karotin) vardır.
Belə zəngin kimyəvi tərkibə malik olan yarpaqlardan müxtəlif
xəstəliklərin müalicəsində istifadə olunur. Yarpaqlardan hazır-
lanmış tinktura və həlimlər sidikqovucu, büzüşdürücü və anti-
septik təsirə malikdir. Bunlar həm də ishala qarşı və boğaz
ağrılarında qarqara məqsədilə işlədilir. Eyni zamanda, öd kisəsi
və böyrəkdaşı xəstəliklərində, podaqrada və avitaminozda yar-
paqlardan hazırlanan həlimdən istifadə olunur. Mərcangilə yar-
paqları antiseptik təsirə də malikdir. Xalq təbabətində mərcan-
gilə yarpaqlarından hazırlanan həlimlər yel xəstəliyinin müa-
licəsində ən yaxşı vasitə hesab olunur. Belə həlimi 1 çay qaşığı
xırdalanmış yarpaqlardan 2 stəkan suda hazırlayır və gündə 2-4
dəfə yarım stəkan içirlər. Müalicə müddəti 1-1,5 aydır.
Mərcanı, quşüzümü – Клюква – Vaccinium oxycoc-
cus L. Mərcangilə (Vacciniaceae) fəsiləsindən həmişəyaşıl
xırda yumurtayabənzər yarpaqları və xırda çəhrayı-qırmızı çi-
152
çəkləri olan sərilən kol bitkisidir. Meyvəsi şar formalı tünd qır-
mızı və şirəli giləmeyvədir. May-iyun aylarında çiçəkləyir, pa-
yızda meyvələri yetişir. Giləmeyvənin turş dadı şəkərin az
(2,6%-ə qədər), üzvi turşuların (əsasən, limon və benzoy) isə
çox (2,8%-ə qədər) olmasından irəli gəlir. Giləmeyvənin tər-
kibində pektin, mineral duzlar, qlikozid vaksinin, pentozanlar,
fitonsidlər, vitamin C (0,3 mq%) vardır. Quşüzümü torflu
bataqlıqlarda, demək olar ki, Rusiyanın şimal bölgəsində və
Avropa hissəsinin cənub rayonlarında, Sibirdə və Uzaq Şərqdə
bitir. Azərbaycanda bu giləmeyvəyə az rast gəlinir.
Quşüzümünün gilələrini payızın sonunda və ya yazbaşı
toplayırlar, çünki o qar altında yaxşı qalır. Quşüzümünü yerli
ə
hali çox toplayır və ondan qış mövsümündə kütləvi qida
məhsulu kimi istifadə edirlər. Bu ondan irəli gəlir ki, quşüzü-
münün tərkibində limon və benzoy turşusu çox olduğundan
təzə halda uzun müddət saxlanıla bilir. Soyudulan binalarda
saxlayırlar. Giləmeyvələr təzə halda yeyilir, ondan şirə, şərbət,
kisel, jele, mürəbbə, şərab, karamel və konfet üçün içlik hazır-
lanır. Quşüzümündən kələmi turşutduqda da istifadə edilir və
bu şoraba kələmin daha çox müddət və keyfiyyətli qalmasını
təmin edir. Giləmeyvənin boya maddəsi yeyinti boyası kimi də
tətbiq olunur.
Quşüzümünün müalicəvi xassələri. Quşüzümü təzə,
emaledilmiş halda iştahanı artırır və qida həzmini yaxşılaşdırır.
Xəstələrə duzsuz pəhriz təyin etdikdə xörək duzu quşüzümü ilə
ə
vəz olunur və bu, xörəyin dadını xoşagələn edir. Bu zaman
həm də giləmeyvələrdəki C vitamini də nəzərə alınır. Vitaminli
içki kimi xüsusi olaraq quşüzümü morsu hazırlanır. Morsu
hazırlamaq üçün giləmeyvələri qaynanmış suda yuyur, şirəsini
çini və ya şüşə qaba yığıb ağzını möhkəm bağlayıb, soyuq yerə
qoyurlar. Sıxılmış əzintinin üzərinə hər 100 q giləmeyvə üçün
3/4 litr (750 ml) su töküb qaynadır, süzüb şirəyə əlavə edirlər.
Dada görə şəkər qatılır. Morsu 2-3 günlük hazırlayıb soyuq
yerdə saxlamaq olar. Gündə 3 dəfə 1/4 stəkan içilir.
153
Xalq təbabətində quşüzümü şirəsini balla soyuqdəymə ilə
ə
laqəli kəskin öskürəyə qarşı, boğaz ağrısı (angina) və yel
xəstəliyinə qarşı içirlər. Quşüzümü şirəsi və morsu bakterisid
təsirə də malikdir.
Mərsin – Мирт – Myrtus L. Mərsin (Myrtaceae)
fəsiləsindən həmişəyaşıl kol, yaxud ağacdır. Tamkənarlı
yarpaqları qarşı-qarşıya, ikicinsiyyətli çiçəkləri tək-tək yerləşir.
Meyvəsi giləmeyvəyəbənzərdir. Əsasən Amerikanın subtropik
və tropik bölgələrində, həmçinin, Afrika, Avstraliya və Yeni
Zelandiyada 60-dan çox növü yayılmışdır. Adi mərsin (Myrtus
communis L.) hələ qədim zamanlardan dekorativ bitki kimi
ə
kilir. Hündürlüyü 2-5 m-dək, yarpaqları lansetvarı, ətirli iri
(diametri 3 sm) ağ və ya çəhrayı rəngli çiçəkləri, göyümtül-qara
meyvəsi olur. Krımda, Qafqazın Qara dəniz sahillərində, Azər-
baycanın Mərdəkan dendrarisində becərilir. Mərsinin yarpaq-
larında və bitkinin digər hissələrində ətriyyatda və tibbdə işlə-
dilən 0,3-0,5%-ə qədər efir yağı vardır. Bu yağdan müxtəlif
məqsədlər üçün istifadə olunur, lakin dəqiq müalicəvi xassələri
haqqında ədəbiyyatlarda məlumat yoxdur. Təzə və qurudulmuş
meyvəsindən kompot, kisel, mors və digər kulinar məmulatın
hazırlanmasında istifadə olunur.
Mərsin fəsiləsinə aid digər bitkilərin meyvəsi (məsələn,
feyxoa) yeyilir, tərkibində efir yağı olanlar (mixək) ədviyyə
kimi, qiymətli oduncağından (evkaliptlər) istifadə olunur.
Moruq – Малина – Rubus idaeus L. Gülçiçəklilər
(Rosaceae) fəsiləsinin Rubus cinsindən, 1-3 m hündürlükdə
yarpaqları tökülən qol-budaqlı yarımkol bitkidir. Sıra ilə dü-
zülmüş yaşıl yarpaqları, yaşılımtıl rəngli çiçəkləri və tünd
qırmızı rəngli turşməzə dadlı meyvələri vardır.
Yarpaqların üst səthi yaşıl rəngdədir, üçərlələkvarı mü-
rəkkəbdir. Yarpaqların alt hissəsi tüklüdür. Ikicinsiyyətli ağ ya-
ş
ılımtıl rəngli çiçəkləri salxım və ya qalxancıq çiçək qrupunda
yerləşir. Qırmızı rəngli, turşməzə dadlı giləmeyvəsi mürəkkəb
çəyirdəklidir. Meyvələri qurudulduqda bozumtul qonur, tutqun
154
qırmızı rəngə düşür. Meşə moruğu keyfiyyətinə görə ən yaxşı
hesab olunur. Meşə moruğunun meyvələri kiçik olsa da, çox
ş
irəli ətirli və xoş dadlı olur. Moruq bitkisi may-iyun aylarında
çiçək açır, meyvələri iyul-avqustda yetişir. Sentyabr-oktyabr
aylarında yetişən mədəni sortları da vardır. Dünyada moruğun
120-ə qədər, Azərbaycanda yabanı halda 1 növü – adi moruq
(R.Vulgarus) məlumdur. Azərbaycanın meşələrində, meşə
ə
təklərində, çay kənarlarında moruğun ehtiyatı çoxdur. Böyük
Qafqazın meşələrində moruğun yabanı halda yetişən iri
uzunsov oval formalı qara rəngli növünə də rast gəlinir. Yerli
ə
hali həmin moruğu böyürtkən adı ilə toplayıb mürəbbə ha-
zırlamaq üçün istifadə edirlər.
Moruq haqqında ilk yazılı məlumat qədim yunan yazar-
larına aiddir. Yunanlar və romalılar meşələrdən topladıqları
giləmeyvəni təkcə qidaya yox, həm də dərman kimi müxtəlif
xəstəliklərdə istifadə edirdilər. Yabanı sortların uzun müddət
ə
hilləşdirilməsi ilə hazırda moruğun çoxlu sayda mədəni sort-
ları yaradılmışdır. Qərbi Avropada moruq XVI əsrdə meydana
gəlib və yalnız XIX əsrdə geniş yayılıb. Rusiyada moruq
bitkisinin mədəni halda becərilməsinə XVII əsrdə başlanmışdır.
Lakin o vaxt çox az moruq sortları vardı, lakin XX əsrin orta-
larından yeni, qiymətli moruq sortları yetişdirilmişdir. Hazırda
moruq Rusiyanın bütün bölgələrində, Ukraynada, Qafqazda,
Orta Asiyada geniş yayılmışdır.
Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq
yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə
və bir qədər rütubətli torpaqlarda bitir.
Son illər Azərbaycanda moruğun mədəni sortları becərilir
və onun ehtiyatı çoxdur. Lakin təzə halda moruğu uzun müddət
saxlamaq mümkün deyil.
Moruğun giləmeyvəsi xoşagələn ətrinə və özünəməxsus
turşa-şirin dadına görə qiymətlidir. Tərkibində 9-11% şəkər
(əsasən, qlükoza və fruktoza), 2,5%-ə qədər üzvi turşular (alma,
salisil, limon, şərab), 0,26% aşı maddəsi, 0,5-2,8% pektinli
155
maddə, 4-6% sellüloza, 2,7% pentozanlar, 0,8-1,9% azotlu
maddə, 29 mq% C vitamini, B
1
, B
2
, PP, fol turşusu (B
9
vita-
mini), karotin və 0,4-0,8% minerallı maddələr (dəmir, kalium,
mis və s.) vardır. Moruğun tərkibindəki β-sitosterin ateroskle-
roza qarşı təsir xassəsinə malikdir.
Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda
yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad,
pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləşdirici içkilər
və digər məhsullar hazırlanır. Moruğu qurudub dərman kimi
istifadə edirlər.
Moruq həm də balverən bitkidir. 1 ha moruq sahəsindən
arılar 100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox
mədəni moruq sortları üçün əcdad hesab edilir.
Moruğun müalicəvi xassələri. Dərman xammalı kimi
moruq giləmeyvəsi qurudulur, bankaya və ya karobkalara
yığılıb sərin, quru otaqlarda saxlanılır. Moruğun tərkibində əsas
müalicəvi xassəyə malik olan salisil, limon, alma, şərab turşusu
və C vitamini vardır. Bunlardan başqa B qrupu vitaminləri,
karotin, qlükoza, fruktoza, saxaroza, aşı maddəsi, diqlükozid
sianidin flavanoidi vardır. Qeyd etmək lazımdır ki, yabanı
moruğun ətri və dadı mədəni sortlara nisbətən daha yaxşıdır.
Təzə meyvələr susuzluğu yaxşı söndürür, qidanın həz-
mini yaxşılaşdırır. Qədimdə Rusiyada səhərlər moruq və quş-
üzümündən hazırlanan xüsusi içki (взварец) içirdilər. Moruğu
çox vaxt pəhriz qidasında, xüsusən uşaqların qidasında istifadə
edirlər. Lakin podaqra və nefritlə xəstə olanlar moruqdan isti-
fadə etməməlidirlər, çünki moruğun tərkibində purin əsaslı
maddələr çoxdur.
Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib
soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni
zamanda elmi təbabətdə ödqovucu, sidikqovucu dərman kimi
də dəmləmə və bişirmələr şəklində istifadə olunur. Təzə də-
rilmiş moruq meyvəsindən hazırlanan mürəbbə və şərbət böy-
rək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır. Xəstəliyin
156
ilk dövründə 2-3 stəkan qaynar moruq çayı (2 xörək qaşığı quru
moruq 1 stəkan qaynamayan suda dəmlənir) içmək məsləhət
görülür.
Xalq təbabətində moruq qida həzmini yaxşılaşdıran
vasitə kimi, sinqa, qanazlığı, mədə ağrıları əleyhinə istifadə
olunur. Çiçəklərindən alınan tinktura və həlimdən dərinin müx-
təlif iltihabi proseslərində və üzdəki sızanaqlara qarşı tətbiq
olunur. Üzdəki sızanaqlara qarşı 1 hissə moruq yarpağı şirəsi
ilə 4 hissə vazelin və ya kərə yağından hazırlanmış məlhəm
(maz) də tətbiq olunur. 1:20 nisbətində yarpaqlardan hazırlan-
mış tinkturadan anginaya qarşı boğazı qarqara etmək məsləhət
görülür. Belə tinktura ishala qarşı, bağırsaqlardakı iltihab pro-
seslərinə, tənəffüs orqanlarının və dəri xəstəliklərinə (səpki,
sızanaq, dermatit və s.) qarşı içilir. Bəzən bu tinkturadan qan-
kəsici vasitə kimi (mədədən və digər orqanlardan qanaxmalara
qarşı) istifadə edirlər. Ev kosmetikasında əvvəllər moruq
yarpaqlarından alınmış həlimdən saçları qara rəngə boyamaq
məqsədilə işlədirdilər.
Sarı böyürtkən – Морошка – Rubus chamaemorus L.
Gülçiçəklilər (Rosaceae) fəsiləsindən sürünən kökü, dikda-
yanan gövdəli, beş və ya yeddidilimli dairəvi yarpaqları, yaxşı
inkişaf etmiş beşləçəkli iri ağ çiçəkləri olan çoxillik ot bit-
kisidir. Meyvəsi mürəkkəb, narıncı-sarı və daxilində 20-yə
qədər kiçik toxumları olan mürəkkəb giləmeyvədir. May-
iyunda çiçəkləyir, meyvəsi iyul-avqusta yetişir. Bu şaxtaya
davamlı bitki Rusiyanın Avropa hissəsinin şimal bölgələrində,
Sibirdə, Uzaq Şərqdə daha çox rast gəlinir. Torflu bataq-
lıqlarda, bataqlıqlı meşələrdə və hətta tundrada bitir.
Ş
irin giləmeyvəsinin tərkibində 3% şəkər, 1%-ə qədər
limon turşusu, 4%-ə qədər sellüloza, aşı maddəsi, 30 mq% C
vitamini və digər bioloji fəal maddələr vardır. Qidaya təzə,
bişirilmiş və isladılmış (моченые) halda istifadə olunur. Ondan
mürəbbə, cem, jele, muss, şirə, hətta şərab hazırlanır. Təzə gilə-
meyvəsini şəkərlə konservləşdirib (çiy mürəbbə) uzun müddət
157
sərin yerdə saxlamaq olar. Daşımaq üçün tam yetişməmiş
meyvələr yararlıdır.
Dostları ilə paylaş: |