Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
  1   2   3   4   5   6   7   8   9   ...   43
hm d-Cabir smay l o lu hm dov


 
 Əhməd-Cabir İsmayıl oğlu Əhmədov 
 
 
 
 
 
 
 
 
 
YEYİLƏN BİTKİLƏRİ
MÜALİCƏVİ XASSƏLƏRİ 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                           
B A K I - 2014 
 
2
Rəyçilər: 
AKU-nun ”Əmtəəşünaslıq və ekspertiza”   
kafedrasının  dos, b.e.n.. A.H.Xəlilov.  
ADİU-nun “Qida məhsullarının texnologiyası” 
 kafedrasının prof., b.e.d. R.A.Əliyev. 
ADİU-nun “Qida məhsullarının texnologiyası” 
 kafedrasının dos., t.e.n N.H.Qurbanov. 
ADİU-nun “Ərzaq malları əmtəəşünaslığı və  
ekspertizası” kafedrasının dos., b.e.n. M.A.Əhmədov.  
 
 Ə  96.  Əhmədov  Əhməd-Cabir  İsmayıl  oğlu.  Yeyilə
bitkilərin  müalicəvi  xassələri.  Monoqrafiya.  Bakı:  “İqtisad 
Universiteti” nəşriyyatı, 2014, 468 səh. 
 
Kitabda  insanların  gündəlik  qidasında  istifadə  olunan 
meyvə  və  tərəvəzlərin,  ətirli-ədviyyəli,  dənli  və  paxlalı,  eləcə 
də  yağlı  və  tonusqaldırıcı  bitkilərin  kimyəvi  tərkibi,  onlardan 
ev şəraitində hazırlanan müalicəvi məhsulların xalq təbabətində 
istifadə  olunması  haqqında  geniş  məlumat  verilir.  Yeyilən  bit-
kilərin  səciyyəsi  təsnifat  formasında  və  ayrı-ayrı  qruplar  da-
xilində  əlifba  sırası  ilə  izah  edilmişdir.  Kitabdan  istifadəni 
asanlaşdırmaq məqsədilə sonda yeyilən bitkilərin əlifba-ad gös-
təricisi tərtib olunmuşdur. 
 Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
əlliflik hüququ qorunur və kitabın 
icazəsiz nəşr olunması qadağandır 
 
 
 
 
  
                                                      © Əhməd-Cabir - 2014 
 

 
3
 
 
 
Ö N  S Ö Z 
 
Bitki  mənşəli  məhsullar  insanların  gündəlik  qidasında 
istifadə olunan əvəzsiz ərzaq məhsullarıdır. Bəzi ölkələrdə əhali 
ə
sasən bitki mənşəli məhsullarla qidalanır. Meyvə-tərəvəzlər və 
digər bitki mənşəli məhsullar insan orqanizminin mineral mad-
dələr  və  vitaminlərlə  təmin  olunmasında  mühüm  yer  tutur. 
Lakin  bitki  mənşəli  məhsullardan  səmərəli  istifadə  edildikdə 
onlar  orqanizmi  karbohidrat,  yağ  və  aminturşular  ilə  zəngin 
olan zülallarla da təmin edə bilər. Əlbəttə, yalnız bitki mənşəli 
zülallarla  orqanizmi  balanslaşdırılmış  zülal  və  yağla  təmin  et-
mək üçün bir qədər çox meyvə-tərəvəz yeyilməlidir. Bu isə bə-
zən gündəlik qidalanmada çətinlik  yaradır.  Lakin biz əsas mə-
qamı  qeyd  etməliyik  ki,  gündəlik  qidalanmada  daha  çox  bitki 
mənşəli  məhsullardan  istifadə  edənlər  daha  az  xəstələnir  və 
uzun ömür sürürlər. 
Bitki  mənşəli  məhsulların  tərkibində  orqanizmdə  asan 
mənimsənilən karbohidratlar, o cümlədən şəkərlər və nişasta var-
dır. Üzvi maddələrdən üzvi turşular, aşı və boya maddələri, pektin 
maddələri,  ətirli  maddələr  və  digər  bioloji  fəal  maddələr  vardır. 
Bitki  mənşəli  məhsulların  kimyəvi  tərkibi  bitkinin  növündən  və 
sortundan, yetişmə dərəcəsindən və yığılma müddətindən, torpaq-
iqlim şəraitindən,  emalından,  saxlanılma üsullarından və müddə-
tindən çox asılıdır. 
Bitki mənşəli məhsulların istehsalının mövsümi xarakter 
daşımasına  baxmayaraq,  bunlar  ilboyu  gündəlik  qidanın  tərki-
binə daxil olmalıdır. Odur ki, ilin bütün mövsümlərində lazımi 
qədər  meyvə-tərəvəz  istifadə  edə  bilmək  üçün  onlar  müxtəlif 
üsullarla konservləşdirilir. 
Yeyilən  bitkilərin  müalicəvi  xassələri  qədimdən  məlum-
dur. Elmin inkişafı ilə bu məlumatlar, bitkilərin elmi metodlarla 
 
4
tədqiq olunması ilə daha da dəqiqləşdirilmişdir. Bitkilərin kim-
yəvi  tərkibinin  öyrənilməsi  bu  məhsullardan  sağlamlığın  qo-
runması  və  müalicəsində  daha  geniş  istifadə  edilməsinə  səbəb 
olmuşdur. Eyni zamanda, bitkilərin meyvəsindən qida kimi isti-
fadə edilməklə  yanaşı, digər orqanlarından da (çiçəyi,  yarpağı, 
qabığı,  kökü)  da  müalicəvi  məqsədlərlə  istifadə  etməyin  üsul-
ları öyrənilmişdir.  
Bu  kitab  gündəlik  qidamızda  istifadə  etdiyimiz  mədəni 
və  yabanı  bitkilərin  müalicəvi  və  pəhrizi  xassələrinin  izahına 
həsr  olunmuşdur.  Kitabda  yeyilən  bitkilərin  kimyəvi  tərkibi 
ə
traflı izah edilir. Ayrı-ayrı kimyəvi maddələrin insan orqaniz-
minə təsiri, pəhrizi və müalicəvi əhəmiyyətindən danışılır. Eyni 
zamanda,  bitki  mənşəli  məhsullardan  ev  şəraitində  müxtəlif 
müalicəvi  preparatların  hazırlanması  üsulları  qısa  və  anlaşılan 
dildə izah olunur. 
Müasir  dövrdə  bitki  mənşəli  məhsulların  kimyəvi  tər-
kibinə və keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki, 
bu  məhsullardan  istifadə  edərkən  onların  zərərsizlik  göstərici-
ləri mütləq nəzərə alınmalıdır və bunlar sağlamlığın qorunma-
sında  mühüm  əhəmiyyət  kəsb  edir.  Bitki  mənşəli  məhsullarda 
olan ağır (toksiki) metalların, pestisidlərin, radionuklidlərin, di-
gər zərərli maddələrin miqdarının müəyyən edilməsi və onların 
mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun 
olması daim nəzarət altında saxlanılmalıdır. 
Kitabda  yeyilən  bitkilərin  tərkibi,  pəhrizi  və  müalicəvi 
xüsusiyyətləri  təsnifat  formasında  və  hər  qrup  daxilində  əlifba 
sırası ilə verilmişdir. Burada dənli və paxlalı bitkilərin, meyvə 
və  giləmeyvələrin,  qozmeyvəlilərin,  sitrus,  subtropik  və  tropik 
meyvələrin, tərəvəzlərin, ətirli-ədviyyəli bitkilərin və tonusqal-
dırıcı bitkilərin ayrı-ayrılıqda xüsusiyyətləri izah edilmişdir. 
Kitabdan  istifadəni  asanlaşdırmaq  məqsədilə  sonda 
yeyilən bitkilərin əlifba-ad göstəricisi tərtib edilmişdir. 
Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan  bu  kitabın 
yazılmasında  mövcud  ədəbiyyatlardan  və  müəllifin  özünün 

 
5
tədqiqat  işlərinin  nəticələrindən  istifadə  edilərək  200-dən  çox 
yeyilən  bitki  məhsullarının  xarakteristikası,  o  cümlədən  bota-
niki adı, mənşəyi, vətəni, kimyəvi tərkibi, müalicəvi və pəhriz 
qidası kimi istifadə qaydaları haqqında ətraflı məlumat verilir. 
Kitabın  əlyazmasının  nəşrə  hazırlanmasında  etdikləri 
köməyə görə müəllif «Ərzaq malları əmtəəşünaslığı və eksper-
tizası» kafedrasının əməkdaşlarına və xüsusən kafedranın labo-
rantı Namazova Afaq Vəlixan qızına qabaqcadan öz minnətdar-
lığını bildirir. 
Kitab  haqqında  rəy  və  təkliflərinizi  ADIU-nun  «Ərzaq 
mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasına göndər-
məyiniz xahiş olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ R İN Cİ    H İ S S Ə 
 
 
6
YEYİLƏN BİTKİLƏRİN KİMYƏVİ TƏRKİBİ 
 
 
Yeyilən bitkilərin tərkibində insan orqanizmi üçün zəruri 
olan bir çox maddələr: şəkərlər, üzvi turşular, azotlu maddələr, 
yağlar,  ətirli  və  boya  maddələri,  mineral  duzlar,  vitaminlər, 
fermentlər, qlükozidlər, fitonsidlər və pektin maddələri vardır. 
Bitkilər  mineral  maddələrin  və  vitaminlərin  mənbəyidir. 
Dənli  bitkilərin  tərkibində  nişasta,  zülali  maddələr,  yağlar  və 
vitaminlər vardır. Paxlalı tərəvəzlər və kələm asan həzm olunan 
zülali  maddələrlə  zəngindir.  Meyvə-tərəvəzin  tərkibində  olan 
nuklein  turşuları,  fitonsidlər  və  başqa  bioloji  fəal  maddələr 
insan qidasında böyük əhəmiyyət kəsb edir. Meyvə-tərəvəzdəki 
vitaminlər insan orqanizminin müxtəlif xəstəliklərə qarşı müqa-
vimətini artırır. Almanın və başqa meyvə-tərəvəzin tərkibindəki 
dəmir qanazlığının qarşısını alır. Bəzi meyvə-tərəvəz müalicəvi 
ə
həmiyyətə  malikdir.  Məsələn,  moruğun  tərkibində  salisil  tur-
ş
usu olduğundan ondan soyuqdəyməyə qarşı istifadə edilir. Ar-
muddan və qaragilədən qarnı bərkitmək, gavalıdan isə yumşaq 
saxlamaq üçün istifadə edilir. Qozmeyvəlilər bitki mənşəli yağ-
lar  və  zülallala  zəngindir.  Ətirli-ədviyyəli  bitkilər  efir  yağları, 
boya maddələri və bir çox bioloji fəal maddələrlə zəngindir. 
Yeyilən  bitkilərin  kimyəvi  tərkibi  sabit  olmayıb,  növün-
dən və sortundan, yetişmə dərəcəsindən, yığılma müddətindən, 
torpaq-iqlim  şəraitindən,  əmtəə  emalından,  saxlanma  üsulu  və 
müddətindən asılı olaraq dəyişir. 
Məsələn, yetişməmiş xurmada ağızbüzüşdürücü xassənin 
daha kəskin olması onun tərkibində aşı maddənin yetişmiş xur-
maya  nisbətən  çox  olması  ilə  əlaqədardır.  Eyni  homoloji  sort-
dan  olan  şimalda  yetişən  almanın  tərkibində  şəkərin  miqdarı 
cənubda yetişən almaya nisbətən az olur. Təzə dərilmiş almanın 
tərkibində şəkərin və üzvi turşuların miqdarı 3-4 ay saxlanılmış 
almaya  nisbətən  çoxdur.  Çünki  saxlanılma  zamanı  şəkərin  və 
üzvi  turşunun  bir  hissəsi  tənəffüsə  sərf  olunduğundan,  onların 

 
7
ümumi  miqdarı  azalır.  Meyvə-tərəvəzdən  həm  təzə  halda  və 
həm  də  emal  edilmiş  şəkildə  istifadə  edilir.  Emal  zamanı  da 
meyvə-tərəvəzin kimyəvi tərkibində böyük dəyişikliklər gedir. 
Yeyilən bitkilərdə olan maddələr 2 qrupa bölünür: 
1.
  Qeyri-üzvi maddələr. Bu qrupa su, mineral maddələr 
və qazlar aiddir. 
2.
  Üzvi maddələr. Bu qrupa karbohidratlar, azotlu mad-
dələr,  yağlar,  üzvi  turşular,  vitaminlər,  fermentlər,  ətirli,  aşı, 
boya və pektin maddələri, qlükozidlər, fitonsidlər və s. aiddir. 
 
S U 
 
Meyvə-tərəvəzin  keyfiyyətli  olmasında  onların  tərkibin-
dəki  suyun  əhəmiyyəti  böyükdür.  Belə  ki,  suyun  normal  miq-
darda  qalması  meyvə-tərəvəzin  təzəliyini  və  şirəli  olmasını 
göstərir.  Ayrı-ayrı  meyvə-tərəvəzdə  suyun  miqdarı  müxtəlif 
olub,  70-95%-ə  qədər  təşkil  edir.  Qərzəkli  meyvələrdə  suyun 
miqdarı  5-8%  olur.  Meyvə-tərəvəzin  tərkibində  suyun  çox  ol-
ması  onların  saxlanılmasını  və  daşınmasını  çətinləşdirir.  Mey-
və-tərəvəz 5-7% su itirdikdə büzüşür, göy tərəvəz isə 2-3% su 
itirdikdə öz əmtəə görünüşünü dəyişir. 
Meyvə-tərəvəzdə  su  həm  sərbəst  və  həm  də  birləşmiş 
halda olur. Sərbəst su, onda həll olan maddələrlə birlikdə toxu-
ma  şirəsini  təşkil  edir  və  meyvə-tərəvəzi  qurutduqda  o  tama-
milə ayrılır. Birləşmiş su isə kolloid hissəciklər və osmotik fəal 
maddələr tərəfindən udulub saxlanılır. Meyvə-tərəvəzdə əsas su 
sərbəst  halda  olur  və  ümumi  suyun  85-90%-ni  təşkil  edir. 
Meyvə-tərəvəzin tərkibində suyun çox olması onların kalorisini 
azaldır,  lakin  suda  həllolmuş  maddələr  orqanizm  tərəfindən 
asanlıqla mənimsənilir. 
 
 
MİNERAL MADDƏLƏ
 
 
8
Meyvə-tərəvəzin tərkibində üzvi maddələrlə yanaşı, mad-
dələr  mübadiləsində  böyük  fizioloji  rol  oynayan  müxtəlif 
mineral  maddələr  də  vardır.  Bunlar  yaxşı  mənimsənilə  bilən, 
müxtəlif üzvi və mineral turşuların (fosfor, şərab, sulfat, bor və s.) 
duzları  şəklində,  bəzi  elementlər  üzvi  maddələrin  tərkibində 
rast  gəlinir. Məsələn, maqnezium xlorofil piqmentinin, kükürd 
və  fosfor  meyvə-tərəvəzin  zülali  maddələrinin  tərkibinə 
daxildir. 
Meyvə-tərəvəzin  tərkibində  0,25-1,16%-ə  qədər  mineral 
maddələr olur. Mineral maddənin yarısına qədərini kalium təş-
kil edir.  Bir çox meyvə-tərəvəz külünün tərkibində 60-a qədər 
makro-  və  mikroelementlərin  olması  müəyyənləşdirilmişdir. 
Bunlardan ən çox rast gəlinənləri K, Na, Ca, Mg, Fe, Mn, Al, S, 
P,  Si,  Cl,  B,  J,  Cu,  Zn,  Pb  və  s.-dir.  Meyvə-tərəvəzin  külü 
qələvi xassəlidir. 1 qr meyvə-tərəvəz külünün neytral-laşmasına 
10-13  ml  0,1  normal  turşu  sərf  olunur.  Meyvə-gilə-meyvə 
ş
irələrinin saxtalaşdırılması bu göstəriciyə əsasən yoxlanılır. 
Kələm,  ispanaq,  kahı,  kərəviz,  çiyələk,  moruq  kalsium 
duzları ilə daha zəngindir. Kahı, ispanaq, qırmızıbaş kələm, po-
midor,  qıtıqotu,  turp,  çiyələk,  moruq,  qaragilə,  alma  və  ar-
mudda isə dəmir daha çoxdur. Dəmir və fosfor təzə xiyarda da 
olur.  Moruq,  çiyələk,  böyürtkəndə  (2,2-12,1%)  maqnezium 
duzları daha çoxdur. Giləmeyvələr fosfor ilə də zəngindir. 1 kq 
yeyilən  meyvədə  misin  miqdarı  0,2-1,4  mq  olur.  Ən  çox  mis 
zeytunda,  banan,  albalı,  heyva,  böyürtkəndə  (1,6  mq)  olur. 
Arsenin  miqdarı  1  kq  almada  10-27,  kartofda  8,  soğanda  20, 
yerköküdə  100-200,  göy  lobyada  300  qammaya  (milliqramın 
1/1000)  qədər  olur.  Yod  ən  çox  xurma,  feyxoa  (1,65-3,9 
mq/kq), alma, narıngi, banan, kahı, ispanaq, göy noxud və kar-
tofda olur. 
Kalsium  (Ca)  duzları  sümük  toxumasında  ehtiyat  şək-
lində yerləşir və sümüyün əsasını təşkil edir. Yaşlı insan orqa-
nizmində  2  kq-dan  artıq  kalsium  duzları  olur.  İnsan  orqaniz-
minin kalsium duzlarına qarşı gündəlik tələbatı bədən çəkisinin 

 
9
hər  kq-da  10  mq,  uşaqlarda  isə  50  mq-dır.  Qidalanma  üçün 
kalsiumun  yüksək  keyfiyyətli  mənbəyi  süddür.  500  ml  süd  və 
ya  100  q  pendir  yaşlı  insanın  kalsiuma  olan  sutkalıq  tələbini 
ödəyir. 
Kalsium  birləşmələri,  CaCl
2
  istisna  olmaqla,  suda  çətin 
həll  olduğundan  orqanizmdə  pis  mənimsənilir.  Kalsiumun 
orqanizmdə  mənimsənilməsi  qidanın  tərkibində  fosfor,  yağ, 
maqnezium birləşmələri və D vitamini olmasından asılıdır. 
Ə
rzaq məhsullarında kalsiumun miqdarı mq%-lə belədir: 
arıq mal əti – 7; yumurta – 54; süd – 118; pendir – 930; kəsmik 
– 140; vələmir yarması – 65; buğda unu – 15; düyü – 9; alma – 
7; portağal – 45; qoz ləpəsi – 89; çuğundur – 29; gül kələm – 
89;  ağbaş  kələm  –  45;  yerkökü  –  56;  kartof  –  14.  Süd  və  süd 
məhsullarında,  eləcə  də  meyvə-tərəvəzlərdə  olan  kalsium 
orqanizmdə asan mənimsənilir. 
Maqnezium  (Mg)  orqanizmdə  gedən  fermentativ  pro-
seslərdə iştirak edir. Sinir və əzələ sisteminin normal fəaliyyəti 
üçün  vacib  hesab  edilir.  Maqneziumun  miqdarı  orqanizmdə 
kalsiumdan  30-35  dəfə  azdır.  Ərzaq  məhsullarında  maqneziu-
mun  miqdarı  mq%-lə  belədir:  lobya  –  139;  vələmir  yarması  – 
133; noxud – 107; darı yarması – 87; buğda çörəyi – 30; kartof 
– 28; yerkökü – 21; ağbaş kələm – 12; alma – 8; limon – 7; mal 
ə
ti – 15; yumurta – 11; süd – 12. 
Fosfor  (P)  –  kalsium  kimi  sümüyün  tərkibində  rast 
gəlinir.  O,  həmçinin  sinir  toxumalarında  da  olur.  Karbohidrat, 
zülal və yağların həzmində iştirak edir. Fosforun əsas mənbəyi 
heyvanat mənşəli ərzaq  məhsulları hesab edilir.  Lakin taxıl və 
paxlalı bitkilərin tərkibində də fosfor vardır. Heyvanat mənşəli 
məhsullardakı fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullar-
dakı  isə  55-60%  mənimsənilir.  Fosforun  mənimsənilməsi  kal-
siumun mənimsənilməsindən, qidanın tərkibindəki zülalın miq-
darından və digər amillərdən asılıdır. Fosforun miqdarı mq%-lə 
belədir: Hollandiya pendiri – 544; lobya – 541; ərgin pendiri – 
470; vələmir yarması – 360; malın qaraciyəri – 342 və s. 
 
10
Natrium  (Na)  –  bütün  ərzaq  məhsullarında  var.  Əsas 
mənbəyi  xörək  duzudur.  Natrium  maddələr  mübadiləsində 
iştirak  edir  və  toxumalarda  osmotik  təzyiqi  müəyyən  normada 
saxlayır.  Orqanizmin  fizioloji  funksiyalarının  normallığını 
təmin etmək üçün insan hər gün bütün yeməklərlə birlikdə 10-
15  q  xörək  duzu  qəbul  etməlidir.  Xörək  duzunun  tərkibindəki 
xlor mədə şirəsinin tərkibinə daxil olan duz turşusunun alınma-
sında iştirak edir və tripsin fermentinin təsiri ilə qidanın tərki-
bindəki  zülalın  parçalanmasına  səbəb  olur.  Ərzaq  məhsulla-
rında natriumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 701; 
düyü – 25; kartof – 21; pendir – 606; alma – 11; mal əti – 84; 
yumurta – 143; inək südü – 51. 
Kalium  (K)  –  toxumalardakı  suyun  miqdarını  nizama 
salır  və  ürəyin  işini  yaxşılaşdırır.  Toxumalarda  kaliumun 
mübadiləsi son dərəcə sürətlə  gedir.  Bitki mənşəli məhsulların 
külündə  kaliumun  miqdarı  bəzən  50%-dən  çox  olur.  Ərzaq 
məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi 
– 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü 
– 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta 
– 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248. 
Dəmir (Fe) – qan hemoqlobininin tərkibində və əzələlər-
də rast gəlinir. Ən çox heyvanat mənşəli məhsulların və meyvə-
tərəvəzlərin  tərkibində  olur.  Insan  orqanizmində  olan  dəmirin 
yarıdan  çoxu  qan  hemoqlobininin  tərkibindədir.  Insan  qida-
sında  dəmir  çatışmadıqda  alimentar  anemiya  (qida  anemiyası) 
baş verir. 
Ə
rzaq  məhsullarında  dəmirin  miqdarı  mq%-lə  belədir: 
çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 
7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm 
– 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. 
Kükürd  (S) – zülalların tərkibində olur. Proteinoidlərin 
tərkibində  kükürdün  miqdarı  başqa  zülallara  nisbətən  daha 
çoxdur.  Taxıl,  paxlalılar,  süd  məhsulları,  balıq  və  yumurtada 
kükürd  vardır.  Metionin  və  sistein  aminturşuların  tərkibində 

 
11
olduğu üçün onların tərkibindəki çevrilmələrdə iştirak edir. B
1
 
vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində 
iştirak  edir.  Orqanizmdə  oksidləşdikdə  sulfat  turşusunun  duz-
ları şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat 
1 qramdır. 
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində 
təxminən  25  mq-dır.  Bir  gün  ərzində  qalxanabənzər  vəzidən 
qana 100-300 mkq-a qədər hormonal yod keçir. İnsan qidasında 
yodun  çatışmazlığı  endemik  ur  (zob)  xəstəliyinin  əmələ  gəl-
məsinə  səbəb  olur.  Yod  balıqda  (5-8  mkq%),  dəniz  suyunda, 
feyxoada  (390  mkq%),  dəniz  kələmində,  balıq  yağında  vardır. 
Hazırda  suyunda  yod  çatışmayan  rayonların  əhalisi  üçün 
yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 60 q kalium-yodit əla-
və  edilir  ki,  həmin  duz  vasitəsilə  insan  sutkada  200  mkq  yod 
qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzin-
dən asılı olaraq 100-260 mkq-dır. 
Mikroelementlər  yeyinti  məhsullarında  cüzi  miqdarda 
vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstəri-
lir. Mikroelementlərin də orqanizm üçün çox böyük əhəmiyyəti 
vardır.  Belə  ki,  Cu  və  Co  qanın  əmələ  gəlməsində,  F  və  Mn 
dişlərin formalaşmasında iştirak edir. 
Tərəfimizdən  aparılan  tədqiqat  işlərinin  nəticəsində  ko-
balt, ftor, vannadium, manqan, litium, xrom, silisium, selen və 
sink  elementlərinin  qida  məhsullarındakı  miqdarı,  onların 
orqanizm üçün əhəmiyyəti və zərəri öyrənilmişdir. 
Kobalt (Co) elementi B
12
 vitamininin tərkibinə daxildir. 
Dalaqda  3,5  mq%,  qaraciyərdə  2,5  mq%,  əzələ  toxumasında 
2,5  mq%,  qanın  tərkibində  60  mq%  kobalt  vardır.  Diabet,  qa-
nazlığı,  qan  xərçəngi  və  immunitetin  azalmasında  (SPID-də) 
tərkibində (B
12
 vitamini) kobalt və manqan olan məhsullar ye-
mək məsləhətdir. Kobalt və manqan saçın çox erkən tökülmə-
sinin  qarşısını  alır  və  onun  vəziyyətini  yaxşılaşdırır.  Kobalt 
qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşuları-
nın  sintezini  artırır.  Ona  görə  də  hər  gün  kobaltla  zəngin  olan 
 
12
məhsullar yemək lazımdır. Həftədə ən azı bir dəfə qaraciyər və 
böyrək,  hər  gün  turşudulmuş  süd  məhsulları  (süd,  kefir,  asi-
dofilin,  yoqurt), 17-20 qram kərəyağı, soya  yağı,  yumurta  (sa-
rısı  çiy,  ağı  bişmiş),  cücərmiş  buğda  və  buğda  kəpəyi,  qara-
başaq  və  qarğıdalı  yarması  yeyilməlidir.  Bu  məhsullar  əsasən 
bişirildikdən  sonra  yeyilir.  Çalışmaq  lazımdır  ki,  qida  rasio-
nunda  təzə  «canlı»  meyvə-tərəvəz  3  dəfə  bişmişlərdən  çox 
olsun. Kobaltla zəngin olan məhsulları tərkibində B
12
 vitamini 
və  manqan  olan  məhsullarla  birlikdə  qəbul  etmək  daha  yax-
ş
ıdır.  Söhbət  bir  dəfədən  deyil,  gündəlik  və  həftəlik  rasiondan 
gedir.  Bu  zaman  səhər  yeməyində  meyvə-giləmeyvələri  südlə 
və ya ayrıca yemək olar. Məsələn, gavalı, qara qarağat, banan, 
qurudulmuş  qara  gavalı,  əncir,  tünd  bal  sortları,  moruq,  limon 
və  s.  Nahar  yeməyində  isə  kobaltla  zəngin  olan  məhsulları 
müxtəlif tərəvəzlərlə birlikdə yemək məsləhət görülür. 
Ftor (F). Sümük toxumasında ftor tapıldıqdan sonra dün-
ya  ölkələrində  suyun  ftorla  zənginləşdirilməsi  başlandı.  Sonra 
məlum  oldu  ki,  ftorun  artıq  miqdarı  dişlərin  xəstələnməsinə 
gətirib çıxarır. Onda suyu ftordan təmizləməyə başladılar. Yenə 
pis nəticə verdi. Dişlərdə karies əmələ gəldi. Müəyyən edildi ki, 
sağlam orqanizm üçün 1 litr suda 0,5 mq ftor çox azdır, lakin 1-
1,5 mq/l ftorun olması bəsdir. Bundan çox olduqda isə yenə or-
qanizmə mənfi təsir göstərir. Göründüyü kimi, 1 litr suda olan 
ftorun  miqdarı  arasındakı  fərq  çox  azdır.  Deməli,  ftor  az  ol-
duqda orqanizm üçün xeyirli, çox olduqda ziyandır. Ftorun çox 
olması osteoxondrozun əmələ gəlməsinə, dişin rənginin və for-
masının  dəyişməsinə,  oynaqların  kobudlaşmasına,  onların 
hərəkətsizliyinə və sümük çıxıntılarına səbəb olur. 
Balıq  ətində  5-15  mq/kq,  süddə  0,1-0,2  mq/l,  hər  hansı 
şə
rabda  5  mq/l  ftor  vardır.  Ftor  həm  də  çayın  tərkibində  olur. 
Onun  miqdarı  çayın  tündlüyündən,  dəmlənməsi  müddətindən 
və dəmləndikdən sonra saxlanılmasından asılıdır. Çayı 5-6 dəq-
dən  çox  dəmləmək  olmaz.  1  stəkan  dəmlənmiş  qara  məxməri 
çayda 0,2 mq ftor vardır. Seylon, assam və darjelinq çaylarının 

 
13
100 q quru yarpağında 10,26-15,25 mq, Çin çayında isə 3-400 
mq/kq ftor olur. Çində çay plantasiyalarını tərkibində ftor olan 
pestisidlərlə  dərmanlayırlar.  Əgər  sağlam  olmaq  istəyirsinizsə 
çox tünd çay içməyin. Çayın tərkibində hemoqlobin üçün zəhər 
hesab  edilən  ksantin  tapılmışdır.  Yaxşı  olar  ki,  qara  qarağat, 
ş
alfey,  moruq,  dağ  nanəsi,  itburnu,  kasnı  bitkisi  və  nanə 
yarpaqlarından  və  çiçəklərinin  ləçəklərindən  hazırlanmış  çay 
içilsin. Ftorun artıq miqdarı orqanizm üçün qorxuludur. Meyvə-
tərəvəzlərin,  göyərtinin  tərkibindəki  ftorun  miqdarını  azaltmaq 
üçün  onları  yeməzdən  əvvəl  axar  su  altında  yumaq  lazımdır. 
Çünki  ftor  suda  asan  həll  olur.  Sənaye  mərkəzlərində,  zavod, 
fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi 
ə
məl etməlidirlər. 

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin