Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
hm d-Cabir smay l o lu hm dov


1.  Meyvələr.  Burada  toxumlu  meyvələr  (alma,  armud, 
heyva,  əzgil,  üvəz  və  yemişan)  və  çəyirdəkli  meyvələr  (gilas, 
 
90
albalı,  ərik,  şaftalı,  gavalı,  göyəm,  cır  gavalı,  alça,  zoğal)  bir 
qrup daxilində verilir. 
2.  Giləmeyvələr.  Burada  həqiqi  giləmeyvələr  (üzüm, 
qarağat, firəng üzümü, quşüzümü, qaragilə, mərsin, cır mərsin, 
çaytikanı, zirinc və s.), mürəkkəb giləmeyvələr (moruq, böyurt-
kən, şimal moruğu, sarı böyürtkən və s.), qeyri-həqiqi giləmey-
vələr  (bağ  və  meşə  çiyələyi)  və  yabanı  halda  yetişən  və  müa-
licəvi məqsədlə istifadə olunan bir çox giləmenyvələr haqqında 
məlumat verilir. 
 
M E Y V Ə L Ə R 
 
Albalı,  gilənar    Вишня    Cerasus  vulgaris  Mill.  Al-
balı cinsinin 240 növü var. Gülçiçəklilər (Rosaceae) fəsiləsin-
dəndir. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: 
- mərmərik albalı; 
- mahaleb albalısı; 
- çöl albalısı. 
Güman  edirlər  ki,  adi  mədəni  albalı  yabanı  gilas  ilə  çöl 
albalılarının  təbii  hibrididir.  Azərbaycanda  mərmərik  və  çöl 
albalısı bitən sahələr çoxdur. 
Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 
2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri 
iyulun  axırı  və  avqustda  yetişir.  Meyvəsi  mədəni  sortlara 
nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd qırmızı 
və  ya  qara-bənövşəyidir.  Turş  və  ya  turşa-şirindir.  Bəzən  dadı 
acı olur, hər 3-4 ildən bir bol məhsul verir. 
Tərkibində  12%  şəkər  (sadə  şəkərlər),  2%-ə  qədər  üzvi 
turşu  (alma  və  limon),  karotin,  C,  B
1
,  PP  vitaminləri,  fol  tur-
ş
usu (B

vitami), aşılayıcı və pektinli maddələr vardır. 
Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və 
spirtsiz içkilər istehsalında işlədilir. 

 
91
Albalının  yarpaqları,  tərəvəzləri  duza  və  sirkəyə  qoy-
duqda  istifadə  edilir.  Çəyirdəyi  və  ləpəsi  ətriyyat  sənayesində, 
bəzi sabunların ətirləndirilməsində tətbiq olunur. 
Müalicəvi  məqsədlə  albalının  meyvələrindən  alınmış 
ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edi-
lir.  Yarpaqlarından  alınmış  sulu  tinktura  sarılığa  qarşı,  meyvə 
saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq olunur. 
Albalının  ətliyi  və  şirəsi  antiseptik  təsirə  malikdir.  Xalq 
təbabətində  albalının  südlə  birlikdə  oynaqların  iltihabı  zamanı 
qəbul  edirlər.  Həmçinin,  nəfəs  yollarının  iltihabında  bəlğəm-
gətirici kimi tətbiq edilir. 
Albalı  həm  də  balverən  bitkidir.  1  hektar  albalı  sa-
həsindən arılar 15-53 kq bal hasil edə bilir. 
Albalının  müalicəvi  xassələri.  Albalı  təzə,  qurudulmuş 
və  konservləşdirilmiş  halda  yeyilir.  Ondan  kompot,  mürəbbə, 
şə
rbət, ekstrakt, konfet,  nastoyka, nalivka, şərab  və spirtsiz iç-
kilər  hazırlanır.  Albalı  yarpaqlarından  xiyarın  və  bəzi  tərəvəz-
lərin turşudulmasında və sirkəyə qoyulmasında istifadə olunur. 
Albalı  çəyirdəyindən  və  nüvəsindən  alınan  yağ  əl-üz 
sabunlarının və digər ətriyyat məhsullarının ətirləndirilməsində 
tətbiq olunur. 
Albalı iştahanı yaxşılaşdırır və pəhriz məhsulu kimi qiy-
mətlidir.  Tərkibində  dəmir  nisbətən  çox  olduğundan  albalıdan 
və  onun  emalı  məhsullarından  qanazlığında  istifadə  olunması 
məsləhət görülür. Albalı tinkturası (nastoy) susuzluğu daha tez 
yatırdır  və  qızdırmalı  vəziyyətdə  olan  xəstələrə  verilir.  Alba-
lının  ətliyi  və  şirəsi  antiseptik  təsirə  malikdir.  Xroniki  qəbiz-
likdə  albalı  zərif  yumşaldıcı  kimi  tətbiq  olunur.  Xalq  təbabə-
tində  südlə  albalı  artritdə,  orqanların  iltihabında,  albalı  şirə-
sindən  isə  bəlğəmgətirici  vasitə  kimi  nəfəs  yollarının  xəstəlik-
lərində  istifadə  olunur.  Albalı  yarpağının  süddə  hazırlanmış 
həlimindən  sarılıqda,  xırdalanmış  yarpaqlarından  və  ondan 
alınan həlimdə isladılmış tampondan qankəsici kimi burun qan 
axmalarında və dəri zədələrinin sağalmasında istifadə olunur. 
 
92
Elmi cəhətdən isbat olunmuşdur ki, albalı saplaqlarından 
hazırlanmış həlim sidikqovucu kimi və ishala qarşı istifadə olu-
nur. Həlimi bəzən qantəzyiqini aşağı salmaq üçün hipertoniklər 
də  içirlər.  Bu  məqsədlə  10  q  xammaldan  1  stəkan  suda  həlim 
hazırlanır və gün ərzində bir neçə dəfə içilir. Podaqrada və sidik 
kisəsində  daş  xəstəliklərində  albalı  çəyirdəyindən  alınmış 
emulsiya sidikqovucu vasitə kimi tətbiq olunur. Lakin albalı çə-
yirdəyindən  istifadə  olunması  onun  tərkibində  zəhərli  amiq-
dalin qlükozidinin olması ilə təhlükəlidir. Onun dozasının artı-
rılması  və  digər  dərmanların  əvəzinə  istifadə  olunması  or-
qanizmin  zəhərlənməsinə  səbəb  ola  bilər.  Çünki  amiqdalin 
parçalandıqda kəskin zəhər olan sinil turşusu əmələ gətirir. 
Alça – Алыча – Prunus divaricata Ledeb. Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsinin  gavalı  cinsinə  aiddir.  30-dan  çox  növü 
vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş 
yayılmışdır.  Azərbaycanda  ən  çox  Quba  və  Xaçmaz  ra-
yonlarında, Dağlıq Qarabağda bitir. 
Alça  yarpaqlamazdan  bir  az  əvvəl  mart-may  aylarında 
çiçəkləyir.  Çiçəkləri  ağ  və  xırdadır.  Yabanı  alçanın  meyvələri 
iyun  ayından  başlamış  sentyabrın  axırına  qədər  müxtəlif 
vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömürü olur. 
Meyvələri  əksəriyyətlə  yumrudur.  Yastı-yumru  və  bir  qədər 
oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. 
Ə
tliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, 
tünd  bənövşəyi,  yaşıl  və  ağ  rəngdə  olur.  Meyvələri,  həmçinin, 
ölçüsünə,  dadına,  formasına  və  yetişmə  müddətinə  görə  fərq-
lənir. 
Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% 
üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin 
və C vitamini vardır. 
Təzə  halda  yeyilir.  Yabanı  alça  qurudulur,  kompot,  mü-
rəbbə,  povidlo,  pastila  hazırlanmasında  istifadə  edilir.  Şirə-
sindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən 
hazırlanan  lavaşana  aşpazlıqda  geniş  tətbiq  olunur.  Meyvələri 

 
93
(həmçinin,  kal  meyvələri)  bəzi  xörəklərin  hazırlanmasında 
istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çə-
yirdəyində  yağ  vardır,  lakin  ondan  təcrübi  olaraq  hələlik  isti-
fadə edilmir. 
Xalq  təbabətində  alça  lavaşanası  sinqaya  qarşı  tətbiq 
olunur.  Boğaz  ağrısında  alça  ekstraktından  istifadə  edilir.  Al-
çanın  qabıq  hissəsindən  alınan  qatran  öskürəyi  zəiflətmək 
məqsədilə işlədilir. 
Alçadan  kompot,  dadlı  şərbətlər,  mürəbbə,  cem,  alça  şi-
rəsindən spirtsiz içkilər, şərab və nalivka (meyvə şirəsindən ha-
zırlanan  spirtli  içki)  hazırlanır.  Tərkibində  pektinli  maddə  nis-
bətən  çox  olduğundan  alçadan  ətirli  və  davamlı  jele  alınır. 
Alçadan  tamlı  qatmalar  –  alça  məti,  alça  pastası  (Şəkidə  bu 
məhsul  «coo»  adlanır),  lavaşana,  alçaşərab  (Gürcüstanda 
tkemali sousu) hazırlanır. 
 Azərbaycanın  bəzi  bölgələrində  yabanı  alçanın  püre-
sindən alınan qatı  alça turşusunu «palçıq  turş adlandırırlar. 
Xörəyə «palçıq turşusu» əlavə edilir – dedikdə adama pis təsir 
edir. Axı, palçıq bataqlıqdakı sulu torpağa da deyilir. Yaxşı olar 
ki, alça pastası, turş alça püresi və sadəcə coo adlandırılsın. 
Lavaşana hazırlamaq üçün alçadan alınan püre bir qədər 
qatılaşana  qədər  qaynadılır,  sonra  yastı  qaba  (mis  məcməyi, 
sini, emallı dövrəyə) tökülüb gün altında qurudulur. 
Alçanın  müalicəvi  xassələri.  Xalq  təbabətində  lava-
ş
anadan  sinqa  xəstəliyinə  qarşı  istifadə  edirlər.  Alça  şirəsinin 
kamfora  ilə  qarışığından  gec  sağalan  yaralara  islatma  qoyulur. 
Alça həlimindən və tinkturasından öskürəyə və boğaz ağrılarına 
qarşı  istifadə  olunur.  Azərbaycanın  bəzi  bölgələrində  alça 
ağacının  qabığında  toplanan  kamedlər  çeynənilərək  öskürək 
tutmalarının yumşaldılmasında istifadə olunur. 
Alma – Яблоня домашняя  Malus domestica Borkh. 
Alma  Gülçiçəklilər  (Rosaceae)  fəsiləsindən  olub,  30-dan  çox 
növü  vardır.  Yabanı  formalardan  meşə,  Şərq,  Sibir,  Çin  və  ya 
 
94
gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda, 
ə
sasən Şərq alması bitir. Vətəni Kiçik Asiyadır. 
Böyük  və  Kiçik  Qafqaz  sıra  dağlarının,  həmçinin,  Talış 
dağlarının  meşələrində  alma  ağacları  çoxdur.  Bunlar  meşə 
ağacları içərisində ya qarışıq və ya da xalis almalıqlar şəklində 
bitir.  El  arasında  «almalıq»  adı  ilə  tanınmış  bir  neçə  meşə 
sahələri vardır. 
Yabanı alma aprelin axırı, mayın əvvəllərində çiçəkləyir. 
Eyni  zamanda,  yarpaqlar  da  əmələ  gəlir.  Meyvəsi  sentyabrın 
sonu, oktyabrın əvvəllərində yetişir. Ağacı 5-10 yaşından mey-
və verir. Alma çarpaz tozlandığından yabanı almaların müxtəlif 
formaları  vardır.  Əsasən  yumru,  yastı-yumru,  yumurtavarı  və 
başqa  formalarda  olur.  Yabanı  almanın  diametrə  görə  ölçüsü 
orta  hesabla  2  sm-dir  (1-dən  2,5  sm-ə  qədər).  Iri  ağaclar  orta 
hesabla  30-50,  bəzən  isə  100  kq-a  qədər  məhsul  verir.  Mey-
vələri  yaşıl, ağ-sarımtıl, qırmızı və  ya qarışıq, əsasən də  yaşıl-
sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq 
və  ya  xətlər  olur.  Qabığının  altında  müxtəlif  rəngli  xallar, 
nöqtələr  ola  bilər.  Dad  və  ətrinə  görə  müxtəlif  formalar  bir-
birindən  fərqlənir.  Dadı  turşa-şirin,  ətirlidir.  Ətliyi  bərk,  tam 
yetişdikdə isə yumşaq və pürevarı olur. Meyvə yuvacığında bir 
neçə  arakəsmələr  var.  Onların  hərəsində  bozumtul-qəhvəyi 
rəngli bir toxum yerləşir. 
Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-
5,5%  qlükoza,  1,5-5,3%  saxaroza,  0,2-0,7%  azotlu  maddə, 
1,05-1,49%  pektin  maddəsi,  0,02-0,2%  aşı  maddəsi,  0,9% 
sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-
0,6%  üzvi  turşu,  eyni  zamanda  20-40  mq%  C  vitamini  və  az 
miqdarda B
1
, B
2
 və PP vitaminləri də olur. 
Yabanı  almanın  tərkibində  7-14%  şəkər  (fruktoza,  qlü-
koza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-
dən çox pektinli maddə, 30-80 mq% C, B
1
, B
2
 vitaminləri, ka-
rotin  (provitamin  A),  aşılayıcı  maddələr,  dəmir,  fosfor  və  kal-
sium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların 

 
95
çox  olması  yabanı  almadan  təzə  halda  istifadəni  məhdud-
laşdırır.  Lakin  uzun  müddət  saxladıqda  biokimyəvi  proseslər 
nəticəsində dadı yaxşılaşır. 
Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, po-
vidlo  və  həmçinin,  meyvə-giləmeyvə  şərabları  (məsələn,  sidr) 
hazırlanır.  Tərkibində  pektinli  maddə  çox  olduğu  üçün  onu 
marmelad,  pastila  və  jele  istehsalında  qiymətli  xammal  kimi 
istifadə edirlər. Yabanı alma qurusu çay və qəhvə içkilərində də 
işlədilir. 
Almanın oduncağının rəngi və forması gözəl olduğundan 
böyük  təsərrüfat  əhəmiyyəti  vardır.  Alma,  həmçinin,  bahar 
fəslində bol nektar verən bal bitkisi də hesab edilir. 
Almanın müalicəvi xassələri. Alma təzə və emaledilmiş 
şə
kildə yeyilir. Isladılmış və sirkəyə qoyulmuş alma çox dadlı-
tamlı  məhsuldur.  Almadan  kompot,  püre,  mürəbbə,  povidlo, 
pastila, marmelad, sirkə, kvas, sidr və şərab hazırlanır. 
Yabanı alma xalq təbabətində geniş tətbiq olunur. Ondan 
mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa xəstəliklərə 
qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı soyuqdəy-
məyə və öskürəyə qarşı effektli dərmandır. 
Tərkibində  pektinli  maddə  çox  olduğundan  təzə  alma 
püresi  ishala  qarşı  ən  yaxşı  vasitədir.  Təzə  alma  püresi  ilə 
uşaqlarda xroniki kolit və digər bağırsaq xəstəlikləri, Qafqazın 
xalq təbabətində isə alma şirəsi və sidr içkisi ilə mədə-bağırsaq 
xəstəlikləri  müalicə  olunur.  Almanın  müalicəvi  xassəsi  onun 
antimikrob və antiseptik xassələri ilə izah edilir. 
Almanın  tərkibindəki  fitonsid  xassəli  maddə  ondan  ba-
ğ
ırsaq xəstəliklərinin müalicəsində istifadə etməyə imkan verir. 
Lakin, bu zaman almanın şirin sortlarından istifadə etmək daha 
yaxşıdır,  çünki  turş  almalar  bağırsağın  arzuolunmaz  peristal-
tikasını artırır. 
Alma  ürək-damar  xəstəliklərində  faydalıdır.  Almanın  az 
kaloriliyi  ondan  kökəlməyə  qarşı  pəhrizlərdə  qiymətli  və 
keyfiyyətli məhsul kimi istifadə olunur. Bu məqsədlə həkimlər 
 
96
həftədə  bir  dəfə  yüngülləşdirici  alma  günü  (gündə  1,5-2  kq 
almanı bərabər hissələrə bölüb, 5-6 dəfəyə yemək) təyin edirlər. 
Almanı  əqli  əməklə  məşğul  olan  və  digər  az  hərəkətdə  olan 
insanlar üçün də hər gün qəbul etmək məsləhət görülür. 
Almada  az  da  olsa,  C  vitamini  vardır.  Lakin  Anton,  Ağ 
naliv,  Titovka  və  digər  orta  zonada  yetişən  alma  sortları  vi-
taminlik  cəhətdən  daha  üstündür.  Lakin  uzun  müddət  sax-
ladıqda almada C vitamini azalır. Məsələn, Anton almasını 100 
gün  saxladıqda  C  vitamininin  miqdarı  ilk  miqdardan  28%-ə 
qədər azalır. Konservləşdirilmiş almada və alma kompotunda C 
vitamini  uzun  müddət  yaxşı  qalır.  Iki  il  saxlanılmış  alma 
kompotunda C vitamini 70% qorunub saxlanmışdır. 
C  və  P  vitaminləri  ateroskleroz  və  hipertoniya  xəstə-
liklərində  orqanizmə  yaxşı  təsir  göstərir.  Lakin  bu  vitaminlər 
Kulon-Çin,  Naliv,  Renet,  Qızıl-Əhməd  və  Qəndil-Sinap  al-
malarında lazımi qədərdir. Bəzi sort almalarla alma pəhrizi apa-
rıldıqda  başağrıları  azalır,  qantəzyiqi  aşağı  düşür,  başgi-
cəllənmə  və  başda  səs-küy  azalır.  Xalq  təbabətində  almanın 
yabanı sortlarından da istifadə olunur. 
Alma qanazlığında da faydalıdır. 100 ml alma şirəsinə 2 
mq dəmir həbi əlavə etdikdə dəmir-turş alma ekstraktı alınır ki, 
bundan da qanazlığının müalicəsində istifadə olunur. 
Çiy, bütöv bişirilmiş almadan sidikqovucu kimi və şişlərə 
qarşı  istifadə  olunur.  Alma  həlimi  və  ya  çayı  öskürəyi  yum-
ş
aldır.  Almada  olan  kalium  duzları  və  tanin  orqanizmdə  sidik 
turşusunun  əmələ  gəlməsini  ləngidir.  Ona  görə  də,  almadan 
hazırlanmış  həlim  və  çaylar  podaqra  və  böyrəkdaşı  xəstəlik-
lərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Alma qabığından 
hazırlanmış  çay  sakitləşdirici  vasitə  kimi,  eyni  zamanda  kö-
kəlməyə qarşı da istifadə edilir. 
Almadan  xalq  təbabətində  xaricdə  olan  yaralara  qarşı 
istifadə  edirlər.  Bu  məqsədlə  təzə  alma  dilimləri  və  təzə  alma 
püresi yanıqlarda, donmuş əl və ayaqlarda və uzun müddət sa-
ğ
almayan  yaralara  yaxırlar.  Dodağın  çatlaması,  döş  uclarının 

 
97
sıyrıntısı  və  çatlamasında  alma  püresi  ilə  kərəyağından  hazır-
lanan  məlhəm  sürtülür.  Şəkər  xəstəliyinin  zəif  formalarında 
almanın köklərindən istifadə olunur. Çünki almanın köklərində 
olan qlükozid florisin qanda və sidikdə şəkərin miqdarını aşağı 
salır. 
Xalq təbabətində soyuqdəyməyə və səs tutulmasına qarşı 
1:10  nisbətində  quru  alma  yarpaqlarından  hazırlanmış  tink-
turadan hər 2 saatdan bir 0,5 stəkan ilıq halda içmək məsləhət 
görülür. 
Armud – Груша домашняя – Pyrus domestica Medic. 
Armud  Gülçiçəklilər  (Rosaceae)  fəsiləsindəndir,  30-dan  çox 
növü  vardır.  Bu  armudun  ən  çox  yayılmış  növlərindən  Rus, 
Qafqaz, Ussuriya, Çin, söyüdyarpaqlı və kirkan armudunu gös-
tərmək  olar.  Azərbaycanda  ən  çox  Qafqaz  meşə  armudu,  bəzi 
rayonlarda  isə  söyüdyarpaqlı  armud  (Şabran,  Şirvan,  Cənubi 
Qarabağ  meşələrində)  və  Kirkan  armudu  (məsələn,  Talışda) 
yetişir.  Qafqaz  armudu  Böyük  və  Kiçik  Qafqaz  dağlarının 
meşələrində  böyük  sahələri  tutur.  Armud  eramızdan  1000  il 
ə
vvəl Yunanıstanda mədəni halda becərilmişdir. Lakin bəzi təd-
qiqatçılar  tərəfindən  armudun  Qafqazda  daha  əvvəllər  məlum 
olduğu qeyd edilir. 
Yabanı  armud  aprelin  axırlarında  çiçəkləyir.  Çiçəkləri 
ağdır.  Yarpaqları  ilə  birlikdə  əmələ  gəlir.  Meyvələri  payızda 
yetişir (6-10  yaşından bar verir). Hər ağacın 10-40 kq və daha 
çox  meyvəsi  olur.  Tumları  ilə  çoxalır.  Yabanı  armud  ağacının 
50-80 il, bəzən 150-300 il ömrü olur. Meyvələri armudu, yumru 
və  konusvarı  olur.  Rəngləri  yaşıl,  sarı,  bəzən  qırmızımtıl  ya-
naqlı  və  yaxud  pas  ləkəlidir.  Saplağı  armudun  özündən  uzun-
dur.  Ətliyində  çoxlu  daşlaşmış  toxumalar  vardır.  Dadı  şirin, 
turş  və  ya  meyxoşdur.  Yabanı  armud  meyvəsinin  formasına, 
rənginə,  dadına  və  başqa  xassələrinə  görə  müxtəlif  formalar 
yaradır.  Beş  hissədən  ibarət  meyvə  yuvasının  hər  birində  1-2 
ə
dəd  boz  və  ya  parlaq  qara  rəngli  toxumu  olur.  Meyvələr  də-
rildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir. 
 
98
Armudun  tərkibində  orta  hesabla  81-84%  su,  6,2-18,7% 
şə
kər,  0,1-0,5%  turşu,  0,1-0,3%  pektin  maddəsi,  0,3-0,6%  mi-
neral  maddələr,  0,02-0,17%  aşı  maddəsi,  0,9%  sellüloza,  ya-
banı  sortlarda  12-21  mq%  və  mədəni  sortlarda  3-17  mq%  C 
vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-3,7% qlükoza 
və  0,4-2,6%  saxaroza  vardır.  Üzvi  turşulardan  limon  və  alma 
turşusu rast gəlnir. 
Yabanı  armudun  tərkibində  6-13%  şəkər  (əsasən,  qlü-
koza və fruktoza), 0,12-0,19% (bəzən 1,3%-ə qədər) üzvi turşu 
(alma  və  limon)  ,  azotlu,  aşılayıcı  və  rəngləyici,  pektinli  və 
mineral maddələr, karotin, C və B
1
 vitamini vardır. Toxumunda 
12-21% yağ olur. 
Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas, 
meyvə şərabı, sirkə və s. məhsulların istehsalında istifadə edilir. 
Yabanı  armudun  tərkibində  4%-ə  qədər  pektinli  maddə  oldu-
ğ
undan, ondan povidlo, sukat, marmelad, pastila, karamel üçün 
içlik və eləcə də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş 
tumları  qəhvənin,  qurudulmuş  meyvəsi  isə  çayın  əvəzedicisi 
kimi işlədilir. 
Armudun  oduncağı  ağır,  elastiki,  qırmızı-qonur  rəngli 
olub,  yaxşı  parlaqlaşdırıla  bilir.  Ondan  keyfiyyətli  mebel,  mu-
siqi alətləri və bir  çox məmulat hazırlanır. Armudun oduncağı 
yaxşı qatlanır və çatlamır. 
Armud, həmçinin, balverən bitki kimi də məşhurdur. Çi-
çəklərinin  pis  ətri  olmasına  baxmayaraq,  bahar  fəslində  arılar 
üçün  yaxşı  nektar  və  çiçək  tozcuğu  mənbəyi  hesab  edilir.  Ar-
mudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı rəngli 
boyaq (parça üçün) alınır. 
Armudun müalicəvi xassələri. Xalq təbabətində armud-
dan  ishal  əleyhinə  və  sidikqovucu  kimi  böyrək  xəstəliklərində 
istifadə olunur. Armudun tərkibində fitonsidlər də tapılmışdır. 
Armud qurudulur, ondan mürəbbə, povidlo, sukat, armud 
balı – bəkməz, kompot, kvas, meyvə içkiləri üçün cövhər, sidr 

 
99
və  şərab  hazırlanır.  Armudun  qurudulmuş  toxumları  qəhvə 
içkilərinin tərkibinə qatılır. 
Xalq  təbabətində  quru  armuddan  hazırlanmış  həlimdən 
titrəmədə,  öskürəyə  və  ishala  qarşı  tətbiq  edirlər.  Ishala  qarşı 
armud həliminin istifadə olunması ondakı aşı maddələrinin çox 
olmasından  irəli  gəlir.  Armudun  bu  xassəsi  yabanı  armud 
sortlarında  daha  kəskin  özünü  göstərir.  Qarını  bərkidici  vasitə 
kimi  uşaqlara  armud  tinkturası,  armud  kiseli  və  ya  kompotu 
verirlər. Bunun üçün quru armudla vələmirdən hazırlanan həlim 
də içmək məsləhət görülür. 
Armud  şirəsi  sidikqovucu  vasitə  kimi  də  təyin  edilir. 
Armud  həlimi  də  sidikqovucu  xassəyə  malikdir.  Armud  şirəsi 
və həlimi  yalnız sidik ifrazını artırmır, o, həm də antibakterial 
təsirə  malik  olduğu  üçün  sidiyin  rənginin  açılmasına  səbəb 
olur. 
Cavan armud yarpaqlarında hind alimləri yeni fenol mad-
dəsinin  olduğunu  müəyyən  etmişlər  ki,  bu  da  orqanizmə  tə-
sirinə görə arbutinə yaxındır. 
Daryarpaq  iydə  –  Лох  узколистый  –  Elaeganus 
angustifolius  L.  İydə  (Elaeagnaceae)  fəsiləsinin  iydə  cinsinə 
mənsubdur.  45  növ  ağac  və  meyvə  kolundan  yabanı  halda  2 
növü  yayılmışdır.  İydə  yabanı  halda  Şimali  Qafqazın  şərq  ra-
yonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında 
geniş  sahələr  tutur.  Bu  bitkinin  yararlı  mədəni  sortları  Azər-
baycanın aran hissələrində olduqca çoxdur. 
İ
ydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və 
kol  halında  bitən  formaları  vardır.  Yabanı  ağacları  balaca  ti-
kanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. 
May-iyunda  çiçəkləyir.  Çiçəkləri  ətirli  olub,  1-3  ədəd 
yarpaq qoltuğunda açılır. Dördləçəklidir. Ləçəyin xarici hissəsi 
parlaq  gümüşü,  iç  hissəsi  sarıdır.  4  erkəkciyi  və  bir  dişiciyi 
vardır. 
İ
ydənin  meyvələri  sentyabr-oktyabrda  yetişir.  Çəyirdə-
yinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-
 
100
oval  şəklindədir,  ətliyi  şirin  və  azacıq  turşməzədir.  Yabanı  iy-
dələrin  meyvələri  dadsız  və  gər  (büzüşdürücü)  olur.  Mey-
vəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə, unlu ətliyə 
yapışmır,  yeyiləndə kənar edilir. Sortlarından Xurmayı,  İnnabı 
və Didivar qədimdən becərilir. 
İ
ydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa 
davamlıdır.  Ətliyi  meyvəsinin  52%-ni  təşkil  edir.  Tərkibində 
40% şəkər, o cümlədən 20% fruktoza, 10% azotlu maddə, üzvi 
turşu,  rəngləyici  maddələr,  kalium  və  fosfor  duzları  vardır. 
Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çə-
yirdəyində  isə  alkaloid  vardır.  Meyvəsi  təzə  halda  yeyilir,  on-
dan  hazırlanmış  unu  çörəyə,  şorbaya  və  başqa  yeməklərə  qa-
tırlar.  Təzə  meyvələrindən  spirt  alırlar.  100  kq  iydədən  13  litr 
spirt almaq olar. 
 İydənin  tərkibində  su  az  olduğundan  uzun  müddət  sax-
lanıla  bilər.  Təzə  halda  yeyilir  və  ev  şəraitində  müxtəlif  unlu 
məmulatların və qidaların hazırlanmasında istifadə olunur.  
İ
ydənin müalicəvi xassələri. İydənin tərkibindəki aşı və 
kalloid maddələrin konsentratından tibbidə büzüşdürücü vasitə 
kimi  istifadə  olunur.  Bu  preparatdan  iltihaba  qarşı  istifadə 
olunduqda  bağırsaqdakı  qidanın  hərəkətini  fəallaşdırır  və  yerli 
qıcıqlandırıcı  təsir  göstərir.  O  nazik  və  yoğun  bağırsaqların 
xəstəliklərində,  eləcə  də  ağız  boşluğunun  iltihabi  xəstəliklə-
rində  qarqara  etmək  üçün  işlədilir.  Xalq  təbabətində  bişirilmiş 
meyvələrdən ishala qarşı istifadə olunur. Bu məqsədlə  yemək-
dən sonra 2 xörək qaşığı iydə həlimi (30 q iydə 1 stəkan suda) 
içmək məsləhət görülür. 
İ
ydədən  hazırlanmış  həlim  bəlğəmgətirici  kimi  nəfəs 
yolları xəstəliyində içilir. Ondan sidikqovucu və qurd əleyhinə 
də  istifadə  edilir.  1:10  nisbətində  su  və  ya  araqda  iydə  çiçək-
lərindən  hazırlanmış  tinkturanın  tərkibində  efir  yağları  oldu-
ğ
undan,  yuxarı  nəfəs  yollarının  iltihabında  və  ürəyin  fəaliy-
yətinin gücləndirilməsində istifadə olunur. İydənin xırdalanmış 
yarpaqları  köhnə  yaraların  üstünə  səpilir  ki,  çirkdən  daha  tez 

 
101
azad  olub  sağalsın.  Radikulit,  revmatizm,  podaqrada  buxara 
verilmiş  yarpaqları  nazik  parçaya  büküb  xəstə  yerlərə  təpitmə 
qoyurlar.  Homeopatiyada  yetişmiş  iydə  meyvələrindən  hazır-
lanmış  nastoykadan  istifadə  olunur.  Tibbidə  bəzi  dərmanların 
hazırlanmasında  iydənin  tərkibində  olan  kamedlərdən  də  isti-
fadə edilir. 
Qarın  xəstəlikləri  üçün  iydə  unundan  hazırlanmış  horra 
olduqca xeyirlidir. İydə həm də balverən bitkidir. 
Ə
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin