Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
hm d-Cabir smay l o lu hm dov


Qafqaz  quşarmudu  –  Рябина  Кафказская  –  Sorbus 
caucasigena  Kom.  Gülçiçəklilər  (Rosaceae)  fəsiləsindən 
quşarmudu (Sorbus L.) cinsindən olan giləmeyvədir. Quşarmu-
dunun  dünyada  84-ə  qədər  növü  yayılmışdır.  Quşarmudunun 
Qafqazda 20, Azərbaycanda isə 11 növü bitir. 
Qafqaz  quşarmudu  hündürlüyü  6-8,  bəzən  15  m-ə  qədər 
dağınıq  çətirli  bitkidir.  Diametri  40  sm-ə  çatan  uca  koldur. 
Yarpaqları  təkləçəkvarı  yarpaqlardan  ibarətdir.  Çiçək  qrupu 
çoxçiçəkli,  qalxanvarıdır.  Çiçəkləri  ağ  rəngdə  olur.  May-iyun 
ayında  çiçək  açır,  avqust-sentyabrda  meyvə  verir,  meyvəsi 
qışda  ağacların  üstündə  qalır.  Qafqaz  quşarmudu  Quba  rayo-
nunda  və  Azərbaycanın  yuxarı  dağ-meşə  qurşağında  yayılmış-
dır, meşələrin kənarlarında və talalarda rast gəlinir. 
Qafqaz quşarmudunun meyvələrindən mürəbbə, müxtəlif 
vitaminli  məhsullar,  spirtsiz  içkilər,  şərbət,  qəhvə  surroqatları 
hazırlanır.  Tərkibində  4-8%-ə  qədər  şəkər,  alma,  limon  və 
kəhrəba  turşuları,  aşı  maddələri,  4-13,7  mq%  C  vitamini,  52 
mq% karotin vardır. Yetişmiş meyvələrinin rəngi qırmızı, qəh-
vəyi və qaramtıl olur. Yetişmiş meyvələrdən təzə halda  yalnız 
ş
axta vurduqdan sonra istifadə edilir. Meyvələrinin tərkibindəki 
vitaminlər uzun müddət saxlandıqda belə öz təsirini itirmir. Qış 
mövsümündə  vitaminli  meyvə  və  giləmeyvə  məhsulları  olma-
dıqda onun meyvələrindən istifadə olunur.  
Xalq  təbabətində  quşarmudu  meyvələrindən  geniş  isti-
fadə  olunur.  Onun  müalicəvi  xassələri  qarameyvəli  və  qırmı-
zımeyvəli
 quşarmudunda olduğu kimidir. 
Qara gəndalaş – Бузина черная – Sambucus nigra L
Bu  bitki  Doqquzdon  (Caprifoliaceae)  fəsiləsindən  olan  kol 
bitkisidir.  30  növündən  ikisi  Azərbaycanda  yayılmışdır.  Adi 
gəndalaş  (Sambucus  racemosa  L.)  və  qara  gəndalaş  (Sam-

 
137
bucus  nigra  L.).  Təbabətdə  ancaq  qara  gəndalaşdan  istifadə 
olunur.  
Qara  gəndalaş  qollu-budaqlı  kol  bitkisi  olub,  qarşı-
qarşıya  düzülmüş  cütlələkvarı  yarpaqları  və  nizəvarı  şəklində 
toplanmış ətirli, sarıtəhər, ağ rəngli çiçəklərə malikdir. Yetişən-
də  qara  rəngə  boyanan  şirəli  meyvələri  xüsusilə  nəzəri  cəlb 
edir.  Bitki  may-iyun  aylarında  çiçəkləyir,  meyvəsi  iyul-av-
qustda yetişir. 
Xalq  təbabətində,  eləcə  də  elmi  təbabətdə  qara  gən-
dalaşın həm çiçəklərindən, həm də meyvələrindən geniş istifadə 
edilir. Çiçəkləri tam açılan dövrdə, meyvələri isə tamam yetişən 
vaxt  toplanır.  Çiçəkləri  toplayan  kimi  kölgəli  yerdə,  açıq 
havada va ya quru havalı binalarda sərib qurudulur. Meyvələri 
isə xüsusi sobalarda və ya meyvə qurudan quruducularda quru-
dulub  tədarük  məntəqələrinə  göndərilir.  Yaxşı  qurudulan 
meyvələr turşməzə, azca selikli dada malik olur. 
Qara  gəndalaş  çiçəklərində  bir  sıra  müalicə  əhəmiyyətli 
maddələr  müəyyən  edilmişdir.  Bunlardan  sanbuniqrin  qliko-
zidini,  rutini,  efir  yağını,  qatranı,  pektin  və  selik  maddələrini, 
xolini,  xlorogeni,  kofeini,  valerian,  alma  və  sirkə  turşularını, 
eləcə də C, B
1
, B
2
 və K vitaminlərini göstərmək olar.  
Meyvələrinin  tərkibində  antosian,  xrizantemin,  sam-
busin, sambusianin
 kimi bioloji fəal maddələr vardır.  
Gəndalaşın  müalicəvi  xassələri.  Elmi  təbabətdə  gən-
dalaşın  qurudulmuş  çiçəklərindən  6  q  200  ml  suda  çay  kimi 
dəmləyib, soyuqdəymələrdə tərlədici və nəfəs yollarının iltiha-
bını aradan qaldırıcı dərman kimi xörək qaşığı ilə qəbul edirlər. 
Bundan  əlavə  qara  gəndalaşın  çiçəkləri  “Tərlədici  çayın”  və 
“Yumşaldıcı  yığıntının”  tərkibində  də  işlədilir.  Çiçəklərindən 
çay  kimi  dəmləyib,  boğaz  ağrılarında,  ağız  nahiyəsində  və  diş 
ə
tində  iltihab  olan  vaxtı,  eləcə  də  anginada  qarqara  dərmanı 
kimi də istifadə edilir. 
Qurudulmuş meyvələrindən xalq təbabətində firni (kisel) 
xörəyi  formada  preparat  hazırlayıb,  yüngül  işlətmə  dərmanı 
 
138
kimi  körpə  uşaqlara  yedirdirlər.  Təzə  dərilmiş  meyvələrindən 
və  şirəsindən  avitaminozda  mürəbbə  şəklində  qüvvətverici  və 
iştahartırıcı kimi istifadə edilir. 
Qarağat    Смородина  –  Daşdələnkimilər  (Saxifra-
gaceae) fəsiləsinə mənsub olub qırmızı (Rubes rubrum L.) və 
qara qarağat (Rubes nigrum L,) qrupuna ayrılır. Qarağatın 140 
növündən ən əhəmiyyətlisi qara və qırmızı qarağatdır. 
 Qara  qarağat  –  Смородина  черная  –  Ribes  niqrum 
L. Daşdələnkimilər (Saxifragaceae) fəsiləsindən kol bitkisidir. 
Meşəliklərdə  və  çaybasar  nəm  yerlərdə  geniş  yayılmışdır. 
Qiymətli olduğu üçün, sənaye əhəmiyyətli bitki kimi becərilir.  
Qara  qarağat  yabanı  halda  şimalda  və  cənubun  dağlıq 
meşələrində  geniş  sahələrdə  bitir.  Qara  qarağat  may-iyunda 
çiçəkləyir.  Çiçəkləri  ağ-çəhrayı  və  ya  boz-çəhrayıdır.  Mey-
vələri iyul-avqustda yetişir. Meyvələri yumru, tünd qara, bəzən 
boz-qara rəngli, qabığı bərk və içində balaca toxumları vardır. 
Yetişib  ötmüş  meyvələr  yerə  tökülür.  Dadı  turş,  iyi  ətirli  olur. 
Meyvələrinin  qabıq  hissəsində  qızılı-sarı  rəngli  efiryağlı  vəz-
ciklər  olur.  Ət  hissəsində  içə  çoxlu  toxumları  yerləşir.  Mey-
vəsindən  dərman  məqsədilə  istifadə  olunur.  Belə  ki,  becərilən 
və eləcə də yabanı halda yayılan qarağatın meyvələrini yetişən 
vaxt  toplayır,  toplayan  kimi  təzə-təzə  vitaminli  şərbətə  çev-
irirlər  və  ya  xüsusi  sobaların  üzərində  qurudurlar.  Meyvə-
lərindən başqa, son illərdə yarpaqlarından və tumurcuqlarından 
da  istifadə  olunur.  Yarpaqlarını  vitaminli  yığıntı  üçün,  tumur-
cuqlarını isə spirtdə konservləşdirib yeyinti sənayesinə vermək 
üçün  istifadə  edirlər.  Qarağatın  təzə  dərilmiş  meyvəsinin 
tərkibində 100-400 mq% C vitamini, eləcə də P vitamini vardır. 
Bundan  əlavə,  meyvəsində  2,5-4%-ə  qədər  üzvi  turşular,  az 
miqdarda  efir  yağı,  şəkər,  pektin  maddələri  də  müəyyən  edil-
mişdir. Yarpaqlarının tərkibində 250 mq% C vitamini vardır. 
 Tərkibində  10-16%  şəkər,  2,6-3,9%  turşu  (alma,  limon, 
şə
rab),  1%  pektinli  maddə,  aşılayıcı  və  rəngləyici  maddələr, 
karotin, P, B
1
 və C vitaminləri vardır. C vitamini 400 mq%-dir. 

 
139
C  vitamininin  miqdarına  görə  yalnız  itburnudan  geri  qalır. 
Minerallı  maddəsinin  tərkibində  kalium,  kalsium,  natrium, 
maqnezium, dəmir, fosfor, manqan və s. vardır. 
Qara  qarağatdan  şirə,  mors,  kompot,  mürəbbə,  çiy  mü-
rəbbə, cem, povidlo, marmelad, müxtəlif qənnadı məmulatı ha-
zırlanır.  Yarpaqlarında  C  vitamini  çox  olduğundan  ədviyyəli 
bitki  kimi  xiyar,  pomidor  və  kələm  şorabalarında  istifadə  olu-
nur.  Yarpaqlarda  fitonsidlər  olduğundan  tərəvəzin  daha  yaxşı 
qalmasını  təmin  edir.  Qara  qarağatdan  şərab  və  likör  da  ha-
zırlanır.  Qara  qarağatın  yarpaqlarından  duza  və  şorabaya  qoy-
duqda  istifadə  edirlər.  Yarpaqlarındakı  fitonsidlər  tərəvəzlərin 
yaxşı qalmasına kömək edir. 
Qara  qarağatın  müalicəvi  xassələri.  Qarağatın  quru-
dulmuş  meyvəsindən  çay  kimi  dəmləyib  avitaminozda  geniş 
istifadə  edilir.  Çox  vaxt dərgil  meyvələri  ilə  birlikdə  vitaminli 
yığıntının  tərkibində  istifadə  edirlər.  Təzə  dərilmiş  meyvə-
lərindən  şərbət  və  C  vitamini  preparatı  da  hazırlanır.  Yarpaq-
larından xalq təbabətində çay kimi dəmləyib sarılıq xəstəliyinə 
qarşı istifadə edirlər. 
Tibbi  məqsədlər  üçün  istifadə  etmək  məqsədilə  meyvə-
ləri və  yarpaqları kölgədə qurudulur. Qarağatın əsas müalicəvi 
xassələri  onun  büzüşdürücü  və  sidikqovucu  olması  ilə  əlaqə-
dardır. Müasir tibbdə qara qarağatdan ishala qarşı, sidikqovucu 
və eləcə də tərgətirici vasitə kimi istifadə olunur. Bu məqsədlə 
20 q giləmeyvə 1 stəkan suda 20-30 dəq qaynadılır, süzülür və 
gündə 3-4 dəfə 1 xörək qaşığı içilir. Mədə-bağırsaq xəstəlikləri 
kəskinləşdikdə  pəhriz  qidasına  qara  qarağatdan  hazırlanmış 
kisel, şirə və ya həlim əlavə olunur. 
Təzə  qara  qarağat  şirəsini  mədənin  və  onikibarmaq 
bağırsağın  xorasında,  mədə  şirəsinin  turşuluğunun  azlığı  ilə 
müşahidə olunan qastritdə istifadə olunur. Qara qarağat yarpaq-
larından  hazırlanan  tinktura  mədənin  fəaliyyətinə  müsbət  təsir 
göstərir.  Qara  qarağat  şirəsini  kəskin  öskürəkdə  və  bronxitdə 
bal və ya şəkərlə içmək məsləhət görülür. 
 
140
Təzə qarağat meyvəsi avitaminozun və sinqa xəstəliyinin 
profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Sağlam insanlar 
gündə  15-20  q  təzə  qara  qarağat  yeməklə,  gündəlik  C 
vitamininə olan tələbatlarını ödəyə bilərlər. 
Ev şəraitində qara qarağatdan müxtəlif içkilər hazırlamaq 
mümkündür. 
 1. İki xörək qaşığı quru qara qarağat meyvəsi 1-2 stəkan 
qaynanmış suda dəmlənir, süzülür və yeməkdən qabaq 2-4 dəfə 
qəbul edilir. 
 2. Qara qarağat və itburnudan da belə içki hazırlanır. 
 3. Qara qarağat, moruq, itburnu, mərcangilə qarışığından 
dəmləmə  üsulu  ilə  hazırlanan  içkidən  gündə  3  dəfə  yarım 
stəkan  içilir.  Bu  məqsədlə  qurudulmuş  giləmeyvələrin  qarışı-
ğ
ından  2  xörək  qaşığı  götürülüb  bir  stəkan  suda  10  dəq  qay-
nadılır,  soyuyana  qədər  ağzı  bağlı  halda  saxlanılıb  tənzifdən 
süzülür. Dada görə bal və ya şəkər əlavə olunur, gündə 2 dəfə 
yarım stəkan içilir. 
Son  zamanlar  qara  qarağatdan  çiy  mürəbbə  hazırlamaq 
məşhurdur. Bu məqsədlə 1 hissə qara qarağat ətçəkən maşından 
keçirilir  (və  ya  taxta  həvənglə  əzilir)  və  2  hissə  şəkərlə  qarış-
dırılır.  Alınmış  çiy  mürəbbədən  səhər  və  axşam  çayla  içilir. 
Tərkibində  C  və  P  vitamini  olduğundan  aterosklerozda  və  hi-
pertoniya  xəstəliklərinin  profilaktikasında  qəbul  etmək  məs-
ləhətdir.  Qara  qarağatdan  digər  ürək-damar  xəstəliklərində  və 
müxtəlif qanaxmalarda istifadə etmək məsləhət görülür. 
1:10  nisbətində  hazırlanmış  sulu  tinkturadan  və  ya 
həlimdən vodyanka (hidropos), soyuqdəymə və uşaqlarda sıra-
ca (xənazir) xəstəliyi müalicə olunur. Bu məqsədlə hazırlanmış 
həlimdən  gündə  3  dəfə  2  xörək  qaşığı  içilir.  Qara  qarağat 
tinkturası  orqanizmdən  artıq  sidik  turşusunu  kənar  etdiyindən, 
podaqra və revmatizmdə, böyrəklərdə və sidik kisəsi daşlarının 
profilaktikasında da onu içmək məsləhət  görülür. Qarağat  yar-
paqlarında  olan  efir  yağlarının  sidikqovucu  və  yelə  (rev-
matizmə)  qarşı  da  təsiri  vardır.  Oynaqlardakı  yel  və  podaqra 

 
141
xəstəliklərində  25  q  xırdalanmış  yarpaqlardan  0,5  litr  qay-
nanmış suda 4-6 saat saxlamaqla hazırlanan tinkturadan, gündə 
4-5 dəfə 1/2-1 stəkan qəbul edirlər. 
Qarağatdan  avitaminozda  çay  kimi  dəmləyib  istifadə 
edirlər.  Ondan  vitaminli  preparat  da  hazırlanır.  Bunun  üçün  1 
hissə qara qarağat 2 hissə şəkərlə qarışdırılır, ətçəkən maşından 
keçirilir. Həmin qarışıq ateroskleroz və hipertoniya xəstəliyinə 
qarşı  tətbiq  olunur.  Yarpaqlarından  xalq  təbabətində  çay  kimi 
dəmləyib sarılıq xəstəliyinə qarşı istifadə edirlir. 
Qara  quşüzümü  –  Паслен  черный  –  Solanum 
nigrum. Quşüzümü (Solamumaceae) fəsiləsindən olub birillik 
bitkidir. Zoğu qollu-budaqlı 15-90 sm hündürlüyündə,  yarpaq-
ları  yumurta  formalı,  çiçəkləri  xırda,  ağ  çətirşəkilli  qıvrımdır. 
Meyvəsi,  adətən  qara,  nadir  hallarda  yaşıl  kürəformalı  gilə-
meyvədir.  İyuldan  sentyabra  qədər  çiçəkləyir,  avqust-oktyabr 
aylarında yetişir. Tam yetişmiş meyvələri istifadə olunur. 
Qara  quşüzümünün  tərkibində  353,2  mq%  C  vitamini, 
qlikoalkaloid  solanin  vardır.  Lakin  tam  yetişmiş  meyvələrində 
solanin  olmur.  Yarpaqlarında  815,5  mq%  C  vitamini,  sapo-
ninlər, karotin, 4,95% limon turşusu vardır. 
Qara  quşüzümünün  müalicəvi  xassələri.  Bolqar  xalq 
təbabətində  qara  quşüzümü  yarpaqlarından  əsəb,  baş  ağrısı, 
sidik kisəsinin spazması, mədə və bağırsaq nahiyəsindəki ağrı, 
podaqra  və  yel  xəstəliyi,  öskürəkdə  və  bronxial  astmada 
istifadə  olunur.  Həlim  şəklində  tətbiq  olunur.  3  q  xırdalanmış 
quru yarpaqlar 150 ml suda 10 dəq. qaynadılır və gündə 2 çay 
qaşığı  içilir.  Həlim  diş  dibinin  irinli  iltihabına  qarşı  qarqara 
etmək üçün də məsləhət görülür. 
Hippokrat  qara  quşüzümünü  pollyusiyanın  (gecələr 
ş
eytan  aldatma)  qarşısını  almaq  üçün  istifadə  etməyi  məsləhət 
görürdü.  Dioskorid  isə  qida  borusunun  və  mədənin  yanığına 
qarşı istifadə edirdi. Abu Əli Ibn-Sina qara quşüzümündən baş-
ağrısına, qulaq dibində olan şişlərin sorulmasına, beyin və digər 
xəstəliklərdə  geniş  miqyasda  istifadə  edirdi.  Təzə  meyvələrin-
 
142
dən  alınmış  şirədən  konyunktivit  (göz  qapağı  selikli  qişasının 
iltihabı),  yuxugətirici  və  boğaz  ağrılarında  qarqara,  giləmey-
vələri  sidikqovucu  və  qankəsici  vasitə  kimi  qadın  xəstəliklə-
rində,  böyrək  və  sidik  kisəsi  xəstəliklərində  istifadə  olunur. 
Abu Əli Ibn-Sina qara quşüzümünün yerli keyləşdirici xassəyə 
malik olduğunu da qeyd edirdi. 
Yetişmiş  meyvələrindən  qan  təzyiqi  və  ateroskleroz 
xəstəliklərində  həkim  nəzarəti  altında  gündə  5-6  q  qida  kimi 
istifadə etmək məsləhət görülür. 
Qaragil'>Qaragilə – Черника – Vaccinium myrtillus L. Mərcan-
gilə (Vacciniaceae) fəsiləsindən kiçik kol bitkisidir. Yarpaqları 
ellips formalı, çiçəkləri yaşılımtıl-çəhrayı rəngdə, meyvələri isə 
ş
ar  formalı  tünd  göy-qara  rəngli,  turşaşirin,  ətliyi  büzüşdü-
rücüdür. May ayında çiçəkləyir, meyvələri iyul-sentyabrda  ye-
tişir. Qaragilə şimal və orta zonanın bütün meşəlik bölgələrində 
rast  gəlinir.  Qafqazın  dağlıq  meşələrində  Qafqaz  qaragiləsi 
bitir. Qaragilə yaxşı balverən bitkidir. Onun giləmeyvələri tam 
yetişdikdə  toplanır,  şəkərlə  konservləşdirilir.  Qaragilə  kolgədə 
qurudulur. 
Qaragilənin tərkibində 5-6% şəkər, 1%-ə qədər üzvi turşu 
(limon, alma, süd, xunn, kəhrəba), 150 mq% C vitamini, 0,6% 
pektin  maddəsi,  boya  maddəsi  və  qlikozid  mirtillin  vardır. 
Qaragilə  tərkibindəki  manqanın  miqdarına  görə  bütün  meyvə 
və giləmeyvələrdən üstündür, dəmirin miqdarı da çoxdur. 
Qaragilə giləmeyvəsindən şirə, mürəbbə, cem hazırlanır. 
Tərkibindəki qırmızı-bənövşəyi boya maddəsindən şərab, likör 
və spirtsiz içkilərin rənglənməsində istifadə olunur. 
Yarpaqlarında  aşı  maddəsi,  üzvi  turşular  (o  cümlədən, 
askorbin  turşusu),  efir  yağları  və  qlikozidlər  (neomirtillin, 
erikolin, arbustin
) vardır. Yarpaqlar və zoğlarından dərinin aşı-
lanmasında, qəhvəyi və sarı rənglənməsində istifadə olunur. 
Qaragilənin  müalicəvi  xassələri.  Qaragilə  giləmeyvə-
sindən  hazırlanan  mürəbbə  müalicəvi-pəhrizi  xassəyə  malikdir 
və  ishala  qarşı  səmərəli  vasitə  kimi  məsləhət  görülür.  Gilə-

 
143
meyvələrin tərkibində olan aşı maddələri büzüşdürücü xassəyə 
malik  olduğundan,  həm  təzə  giləmeyvə,  həm  də  ondan  hazır-
lanan  sulu  həlimlər  və  kiseldən  istifadə  olunur.  Qaragilə  gilə-
meyvəsi mədə-bağırsağın fəaliyyətini nizama saldığından bütün 
yaşlarda  ishala  qarşı  tətbiq  olunur.  Eyni  zamanda,  qaragilə 
mədənin  selikli  qişasının  iltihabında  (katarda)  və  mədə  şirəsi 
turşuluğu az olduqda insana müsbət təsir göstərir. Xalq təbabə-
tində  qaragilə  böyrəklərdə  daş  olduqda,  podaqrada,  yel  xəstə-
liyində, qanazlığında, dəri və digər xəstəliklərdə istifadə olunur. 
Daxilə  qəbul  etmək  üçün  qurudulmuş  qaragilədən  1:20  nisbə-
tində  8  saat  soyuq  suda  saxlamaqla  tinktura  hazırlanır  və 
vitaminli içki kimi içilir. 
Qaragilə şirəsindən ağız boşluğunun və diş dibinin, boğa-
zın iltihabında qarqara kimi istifadə olunur. Bu məqsədlə gilə-
meyvədən  hazırlanan  həlimdən  də  istifadə  olunur.  Giləmey-
vələr  həm  də  fitonsid  xassəyə  də  malikdir.  Giləmeyvələrdən 
hazırlanan  qatı  həlimlərdən  yaş  ekzemaya,  yanıqlara,  irinli 
yaralara  və  dərinin  digər  xəstəliklərinə  qarşı  islatma  kompres 
qoyulur. Xaricə istifadə etmək üçün 100 q giləmeyvəni 500 ml 
suda 250-300 ml qalana qədər bişirməklə həlim hazırlanır. Belə 
həlimdən kompresləri 4-5 saatdan bir təzələyirlər. 
May-iyun  aylarında  toplanmış  yarpaqlardan  çay  hazır-
lanır  və  böyrəklərin  iltihabında  və  sidik  kisəsinin  zəif  fəaliy-
yətində içilir. Yarpaqlardan mədə pozuntusu, xroniki enterit, öd 
kisəsi  və  sidik  kisəsi  xəstəliklərində  istifadə  olunur.  Yarpaq-
lardan  alınan  həlimdən  şəkər  xəstəliyində  də  çox  vaxt  istifadə 
edilir.  Bu  isə  yarpaqlardakı  neomirtillin  qlükozidinin  olma-
sından  irəli  gəlir.  Diabet  xəstəliyindən  əziyyət  çəkənlər,  bir 
qayda olaraq, gündə üç dəfə 1 xörək qaşığı xırdalanmış yarpaq-
ları 1 stəkan suda tinktura hazırlayıb içirlər. Bu, diabetin  yün-
gül formasında insana rahatlıq gətirir. 
Son  illər  alimlər  müəyyən  etmişlər  ki,  qaragilə  ekstraktı 
görmə qabiliyyətini yaxşılaşdırır. Ona görə də belə ekstraktdan 
 
144
maşinistlərin,  sürücülərin,  pilotların  (təyyarəçilərin)  istifadə 
etməsi məsləhət görülür. 
Qırmızı  qarağat  –  Смородина  красная  –  Ribes 
rubrum  L.  Daşdələnkimilər  (Saxibragaceae)  fəsiləsindən  kol 
bitkisi olub, meyvələri  yumru qırmızı və şirəli gilədir. Gilələri 
ə
yilmiş kiçik salxımlarda yerləşir. May ayında çiçəkləyir, iyul-
avqust aylarında meyvələri yetişir. 
Ə
dəbiyyatlarda  qırmızı  qarağat  haqqında  ilk  məlumatlar 
XIV əsrə aiddir. Qara qarağat kimi, onu da əvvəllər dərman bit-
kisi  hesab  edirdilər.  Qırmızı  qarağatın  qida  məqsədilə  istifadə 
olunması  daha  çox  son  dövrlərə  aiddir.  Hazırda  qırmızı  qara-
ğ
atın  çoxlu  sortları  məlumdur  və  demək  olar  ki,  tropik  ölkə-
lərdən  başqa  hər  yerdə  əkilib-becərilir.  Qırmızı  qarağatı  bəzək 
kolu  kimi  də  becərirlər.  Qırmızı  qarağatın  çiçəkləri  xırdadır. 
Ə
vvəlcə  çiçək  açır,  sonra  isə  yarpaq.  Qara  qarağatda  isə  ək-
sinədir. Meyvələri iyun-avqustda  yetişir. Meyvəsi yumru olub, 
rəngi qırmızıdır. Qara qarağatdan fərqli olaraq kiçik salxımlarla 
dərilir. Daxilindəki toxumları və qabıq damarları görünür. Turş, 
xoşməzə dadı vardır. 
Qırmızı  qarağatın  tərkibində  4-11%  şəkər,  3,8%  üzvi 
turşu, 0,43-2,38% pektinli maddə, 0,11% aşılayıcı və rəngləyici 
maddə,  3,88%  sellüloza,  0,91%-ə  qədər  azotlu  maddə,  0,41% 
pentozanlar vardır. C vitamininin miqdarı nisbətən az olub, 60 
mq%-ə, P vitamini isə 0,4 mq%-ə qədərdir. 
Qara  və  qırmızı  qarağatdan  şirə,  mors  (meyvə  şərbəti), 
kompot, mürəbbə, povidlo, cem, jele, likör, şərab və bir çox aş-
pazlıq və qənnadı məmulatı hazırlanır. Qışa saxlamaq üçün şə-
kərlə,  şəkər  şərbətində  və  şəkərsiz  dondururlar.  Giləmeyvələr 
pəhriz  və  uşaq  qidası  üçün  də  istifadə  olunur.  Uzun  müddət 
saxlamaq  üçün  giləmeyvələrə  şəkər  səpilir  və  sərin  yerə  qo-
yulur. 
Qırmızı qarağatın müalicəvi xassələri. Qırmızı qarağat 
ş
irəsi  susuzluğu  yaxşı  söndürür.  Giləmeyvələri  və  şirəsi  işta-
hanı  artırmaq  üçün  ən  yaxşı  vasitədir.  Eyni  zamanda,  qırmızı 

 
145
qarağat  bağırsağın  fəaliyyətini  fəallaşdırır  və  daimi  qəbizlikdə 
istifadə  oluna  bilər.  Şirəsi  tərlədici  təsirə  malik  olduğundan 
soyuqdəymə  zamanı  təyin  olunur.  Qırmızı  qarağat  şirəsi  orqa-
nizmdən turş sidik duzlarını çıxarır. 
Qırmızı  qarağata  kimyəvi  tərkibinə  görə  yaxın  olan  ağ 
qarağat  da  eyni  bioloji  təsirə  malikdir.  Lakin  onun  tərkibində 
vitaminlər  nisbətən  azdır.  Məsələn,  əgər  insanın  gündəlik  C 
vitamininə  olan  tələbini  ödəmək  üçün  150  q  qırmızı  qarağat 
yetərlidirsə, ağ qarağatı 6-7 dəfə çox yemək lazımdır. 
Qırmızı  meyvəli  quşarmudu  (üvəz)  –  Рябина 
обыкновенная
  –  Sorbus  aucuparia  L.  Gülçiçəklilər  (Rosa-
ceae)  fəsiləsindən  çox  da  böyük  olmayan  boz  rəngli,  hamar 
qabıqla  örtülmüş  ağacdır.  84  növündən  14-ü  mədəni  halda 
yetişdirilir.  Azərbaycanın  dağ-meşə  bölgələrində  quşarmudu-
nun 11 növü yayılmışdır. Növbə ilə düzülmüş lələyəbənzər yar-
paqları  vardır.  Ağ  rəngli  çiçəklərindən  acı  badam  iyi  gəlir. 
Meyvələri  giləmeyvəyə  oxşayır,  şirəlidir,  parlaq  çəhrayı  rəng-
dədir.  Bitki  may-iyun  aylarında  çiçək  açır,  meyvələri  avqust-
sentyabr aylarında yetişir və payızın sonuna kimi ağacda qalır. 
Quşarmudu  iynəyarpaqlı  meşələrdə  geniş  yayılmışdır.  Bu 
bitkiyə,  eləcə  də,  meşə  açıqlıqlarında,  kolluqlarda,  çay  və  göl 
kənarlarında tez-tez rast gəlinir. 
Rusiyanın  Avropa  hissəsinin  meşəliklərində  və  Sibirdən 
başlayaraq  ta  şimalın  son  hüdudlarına  qədər  sahələrdə  quşar-
mudu  yayılmışdır.  Bundan  əlavə,  Zaqafqaziyada,  o  cümlədən 
Azərbaycanda  bu  bitkiyə  çox  təsadüf  olunur.  Quşarmudunu, 
eyni  zamanda  bağlarda  və  parklarda  da  becərirlər.  Dərman 
məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrinin xoşagə-
lən,  turşməzə,  acıtəhər  dadı  vardır.  Bu  meyvələri  şaxta  düşən-
dən  sonra  toplayırlar.  Tibbi  məqsəd  üçün  həm  becərilən,  həm 
də  yabanı  halda  yayılan  quşarmudu  meyvələrindən  çox  vaxt 
təzə  dərilən  kimi  və  ya  qurudandan  sonra  istifadə  edilir.  Təzə 
dərilmiş  meyvələri  bütün  qışı  soyuq  binalarda  və  ya  dondu-
rulmuş  halda  saxlanılır.  Quşarmudunun  meyvələrindən  təba-
 
146
bətdə  və  yeyinti  sənayesində  karotin  və  digər  vitaminlərlə 
zəngin xammal kimi istifadə edilir.  
Bitkinin  adı  (aucuparia)  latın  dilindən  tərcümədə  «quş-
ları  aldatmaq»  mənasını  verir,  çünki  bunun  meyvəsini  quşlar 
daha  çox  istifadə  edirlər.  Qırmızı  quşarmudunun  müalicəvi 
təsiri  ta  Qədim  Yunanıstanda  məlum  idi.  Qida  və  dərman  bit-
kisi kimi Avropada orta əsrlərdə məlum olmuş və hazırda məi-
şə
tdə əsas yer tutan bitkidir. 
Qırmızı  quşarmudunun  tərkibində  8%  (4-13,4%)  şəkər 
(sorboza),  2,8%  üzvi  turşu  (əsasən,  limon  və  alma  turşusu), 
0,51%  aşı  maddələri,  200  mq%  C  vitamini,  18  mq%  karotin, 
235 mq% aminturşular (arqinin, α-alanin, histidin, qlisin, lizin, 
tirozin, sistin, sistein, asparagin turşusu və s.), efir yağları, ka-
lium,  kalsium,  natrium  və  maqnezium  duzları  vardır.  Çəyir-
dəyində 22% yağ, qlikozid amiqdalin, yarpaqlarında 200 mq% 
C  vitamini,  flavonlar  (astraqalin,  giperozid,kemferol-3-sofo-
rizid,  kversetin-3-soforizid,  izokver-sitrin
)  vardır.  Meyvəsinin 
acı  dadı  0,8%  monoqlikozid  olan  parasorbin  turşusundan  irəli 
gəlir. Qabığında isə 11% taninlər var. 
Meyvəsinin ətliyi turş və büzüşdürücü acı dadlıdır. Şax-
talar düşəndən sonra dərildikdə acılığı  yox olur. Mədəni halda 
becərilən  quşarmudunun  bəzi  sortları  şirin  olduğundan  təzə 
halda  yeyilir.  Ondan  vitaminli  içki,  şərbət,  kompot,  mürəbbə, 
pastila, jele, nalivka, qəhvə və çay əvəzedicisi hazırlanır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin