Sidr qozu – Кедровые орехи – Pinus sibirica (Rupr.)
Mayr. Hündürlüyü 35 m və daha çox olan Şam (Pinaceae)
fəsiləsinə aid ağacın meyvəsidir. Ağacı sıx konusvarıdır. Yar-
paqları dişli, göy rəngli, 6-13 sm uzunluğundadır. Qozalarının
uzunluğu 8-12 sm, eni 5-8 sm-dir. Qozanın daxilində 100-ə
qədər tünd boz rəngli, hamar qılaflı və yağlı dada malik nüvə
olur.
Sidr, əsasən Sibirdə və Uralda yetişir. Az miqdarda
Volqa sahillərində və Rusiyanın digər mərkəzi vilayətlərində
rast gəlinir. Sibir sidr qozuna oxşar növlər Karpatda (Avropa
sidr qozu) və Uzaq Şərqdə (Koreya sidr qozu) də yetişir.
Sidr qozu qiymətli qida məhsuludur. Sidr qozunun
tərkibində 60%-ə qədər quruyan yağ, 1,63% zülal, pentozanlar,
şə
kər, nişasta, sellüloza, C vitamini, mineral maddə vardır. Sidr
qozu təzə halda çiy yeyilir. Qovrulmuş sidr qozu xoşagələn və
çox qidalı məhsuldur. Sibirin bəzi bölgələrində onu «çörək»
ağacı adlandırırlar, bəzən ondan un hazırlayırlar. Lakin sidr
qozu yağlılığına görə çox qiymətlidir.
Soyuq presləmə üsulu ilə alınmış yağın dadı xoşagələn
olub, keyfiyyətinə görə ən yaxşı bitki yağından üstün key-
fiyyətə malikdir. Təmizlənmiş nüvədən alınan yağdan mik-
roskop texnikasında immersiya məqsədilə istifadə edilir. Xarab
olmuş (kiflənmiş) nüvədən alınan yağdan sabun bişirmək və
lak-boya sənayesində istifadə olunur. Yağ alındıqdan sonra
qalan cecədən (jmıxdan) qənnadı sənayesində halva, tort və
pirojna hazırlanır. Sidr qozunun qabığında yağ, zülal, sellüloza,
pentozanlar və mineral maddələr vardır. Ondan ağac spirti,
aseton, sirkə turşusu, eləcə də dərini rəngləmək üçün qəhvəyi
boya alırlar.
Sidr qozunun müalicəvi xassələri. Sibir fəth edilən
dövrün əvvəllərindən yerli xalq təbabətində sidr qozundan
istifadə olunurdu. Lakin sidr qozundan istifadə olunması bun-
dan da əvvəllər məlum olmuşdur. Hələ Ibn-Sina bəzi xəstə-
liklərin müalicəsində sidr qozunun nüvəsindən və meyvə
224
qabığından istifadə etməyi məsləhət görürdü. Sidr nüvəsini
balla və ya yüngül şərabla (orqanizmin ümumi «təmizlənməsi»
vasitəsi kimi, eləcə də daşlardan və yaralardan azad olmaq
üçün) yeməyi məsləhət görürdü. Hazırda sidr qozundan
hazırlanan tinkturadan istifadə olunur. Belə tinkturanı gündə 3
dəfə 1 xörək qaşığı, duz mübadiləsinin pozulması ilə əlaqədar
olan oynaqların revmatizmində, podaqrada, artritdə qəbul edir-
lər. Tinkturanı hazırlamaq üçün sidr qozunu qabığı ilə birlikdə
ə
zib üzərinə səthindən 5-6 sm yuxarı olmaqla araq tökülür, bir
həftə saxlanılır, sonra süzülür. Bəzən sidr qozunun yalnız
qabığından suda tinktura hazırlanır.
Sidr qozunu və budağını sinqa əleyhinə istifadə edirlər.
Budaqların tərkibində 250-350 mq% C vitamini, K və karotin
olduğundan vitaminli içki hazırlamaq üçün qiymətli xam-
maldır. Cavan budaqları və qabığında 0,42-1,49% efir yağı
vardır. Bundan ətriyyatda istifadə olunur.
Sidr ağacından alınan qatranlı şəffaf şirə kedr balzamı,
kanifol, skipidar və digər qiymətli məhsullar almaq üçün əsas
xammaldır. Böyük Vətən müharibəsində sidrdən alınan qatranlı
şə
ffaf şirədən yaraların və yanıqların müalicəsində, xüsusilə
baldırın kəskin yaralanması zamanı müvəffəqiyyətlə istifadə et-
mişlər. Bu üsullardan xalq təbabətində də istifadə olunur.
Şə
rqi Sibirdə, Uzaq Şərqdə, Kamçatkada, Saxalində kol
bitkisi Stlanes Sidr yetişir. Onun qozu (nüvəsi), həmçinin, qida
üçün istifadə olunur. Tərkibindəki yağ sidr qozundakı yağdan
fərqlənmir. Zərif budaqları vitamin mənbəyidir. Xalq təba-
bətində revmatizm zamanı ondan vanna qəbul edirlər. Yaraların
və əzilmiş yerlərin müalicəsində xaricə sürtmək üçün istifadə
olunur.
Ş
abalıd – Каштан – Castanea Sativa Mill. Fıstıq
(Fagaceae) fəsiləsinin şabalıd cinsinə mənsubdur. Şabalıd
cinsinin 14 növündən respublik ada birinə rast gəlinir. Şabalıd
Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində
yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük
225
Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala
zonası şabalıd bağları ilə məşhurdur.
Ş
abalıd aprel-mayaylarında yarpaqlayır, iyun-iyulda isə
çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca
yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl
rəngində və çox ətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi
çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3
ə
dəd və daha çox olur. Şabalıdın meyvəsi oktyabr-noyabrda
yetişir. Meyvəsi tikanlı qərzəkdir. Yetişəndə qərzək ayrılır və
içində iki və üç ədəd şabalıd olur. Bunlar yarpaq və ya oval
şə
klindədir. Yumru formada olanları çox azdır. Meyvənin üst
qabığı tünd və ya açıq darçını, şabalıdı rəngdədir. Şabalıd
meyvəsinin üst qabığının altında nazik, pənbəli yumşaq örtük
vardır. Bunun altında ağ, şirin, iki hissəli ləpə yerləşir.
Ş
abalıd 20-25 illiyindən meyvə verir. Yaşama müddəti
100-150 ildir. 1000 illik şabalıd ağacları mövcuddur. Yüksək
məhsul 2-3 ildən-bir olur. Azərbaycanın meşələrində və
bağlarında bitən şabalıdın bir çox müxtəlif formaları vardır.
Ş
abalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6%
zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq%
C, 0,18 mq% B
1
vitamini vardır.
Ş
abalıdı qovurduqda dadı və ətri yaxşılaşır. Azərbay-
canda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı
sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazır-
lanmasında), aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və
s.) geniş istifadə olunur. Qurudulmuş şabalıddan alınan un,
başqa ölkələrdə çörəyə və qənnadı məmulatına qatılır. Ondan
qəhvə əvəzediciləri və spirt də istehsal edirlər.
Ş
abalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və
aşılayıcı maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də
yarpaqlarından çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq
edirlər.
Ş
abalıd təzə halda çox az yeyilir (əsasən bişirilmiş,
qovrulmuş və şəkərlə şirələnmiş yeyilir). Şabalıdı çox yemək
226
məsləhət görülmür, çünki o, bağırsaqların köpməsinə səbəb ola
bilər. Qənnadı sənayesində marsipan, tort, pirojna, şokolad və
digər məmulatların hazırlanmasında istifadə olunur. Aşpazlıqda
daha çox plovların, quş ətinin qiymələnməsində, küftə-bozbaş,
kələm dolması və digər xörəklərin hazırlanmasında istifadə
olunur. Quru nüvəsini üyüdüb çörəyə qatıb bişirirlər. Ondan,
həmçinin, qəhvə əvəzediciləri və spirt alınır.
Ş
abalıdın müalicəvi xassələri. Şabalıd ağacının yar-
paqlarında qlükozidlər, pektin maddələri, K vitamini və 9%-ə
qədər aşı maddələri vardır. Bunun yarpaqlarından hazırlanan
həlim və tinkturadan daxili qanaxmalarda qankəsici dərman
kimi istifadə olunur. Xalq təbabətində quru meyvələrindən
alınan həlim və yarpaqlarından tinktura hazırlayıb yuxarı nəfəs
yollarının iltihabı xəstəliklərində tətbiq edilir. Amerikada və
digər ölkələrdə şabalıdın təzə yarpaqlarından göy öskürək za-
manı istifadə olunur. Meyvəsinin və qabığının tərkibində
fitosterin, qatranlı və aşı maddələr olduğundan mədə-bağırsaq
xəstəliklərində, xüsusən ishalda, böyrək xəstəliyi ilə əlaqədar
ş
işlərdə, qanlı bəlğəmdə, burundan qanaxmada tətbiq olunur.
Gürcüstanda şabalıdı sidikqovucu kimi qəbul edirlər. Mey-
vəsindən, yarpağından və ya qabığından tinktura və həlimləri
1:10 nisbətində hazırlayıb, gündə 3-5 dəfə 2 xörək qaşığı
içirlər.
Yerfındığı (araxis) – Арахис – Arachis hypogaea L.
Paxlalılar (Leguminosales) fəsiləsinə aid olub, araxis adlanır.
Birillik qollu-budaqlı, gövdəli və cüt-cüt sallanmış yarpaqlı ot
bitkisidir. Çiçəkləri xırda narıncı-sarıdır. Meyvəsi torpaq
altında böyüyən və ipək baramasına oxşar uzunsov paxladır.
Səthi torşəkilli qılafla örtülmüş, mərkəzində bir (və ya 2-3)
arakəsmə var. Meyvəsinin daxilində nazik çəhrayı və ya
qırmızımtıl-qəhvəyi rəngli qılafla örtülmüş 1-3 nüvə yerləşir.
Yerfındığının vətəni Mərkəzi Amerikadır. XVI əsrdə bu
bitki portuqaliyalılar tərəfindən Cənub-Şərqi Asiyaya gətiril-
mişdir. Avropaya isə Çindən gətirildiyi üçün həmin dövrdə
227
«Çin qozu» adlandırılırdı. Rusiyada yerfındığı ilk dəfə
Odessada əkilmişdir. Bu bitki isti və günəş çox tələb etdiyindən
Rusiyanın və Ukraynanın cənub bölgələrində, Qafqazda və
Orta Asiyada əkilib-becərilir.
Yerfındığının tərkibində 45-55%-ə qədər yağ vardır.
Yağın tərkibinə araxin, liqnoserin, stearin, palmitin, olein və
digər yağ turşuları daxildir. Yerfındığında 24,5%-ə qədər zülal,
şə
kər, 5-6% sellüloza, purinlər, saponinlər, B
1
, E, B
3
, H və
digər vitaminlər vardır. Meyvə qılafından araxidozid qlükozidi,
yağ alındıqdan sonra qalan cecədən (jmıxdan) araxin alkaloidi
alınmışdır.
Dadlı və qidalı yerfındığı nüvələri qovrulmuş halda
yeyilir. Ondan halva, şokolad, tort və digər qənnadı məmulatı
hazırlanır. Yerfındığı yağı qidalılıq keyfiyyətinə görə digər
bitki yağlarından üstündür. Müxtəlif qida məhsullarının hazır-
lanmasında istifadə olunur. Konserv sənayesində zeytun yağını
ə
vəz edir. Nisbətən keyfiyyətsiz yağdan sabun bişirilir.
Yerfındığının müalicəvi xassələri. Əczaçılıq səna-
yesində yerfındığı yağı müxtəlif dərmanların hazır-lanmasında
istifadə olunur. Emulsiyaların hazırlanmasında yerfındığı
nüvəsi şirin badamı əvəz edir. Yerfındığı uşaqlarda rast gəlinən
hemorragik diatezlərin müalicəsində çox səmərəli nəticə verir.
Bu xəstəlik zamanı uşaqlarda qanlaxtalanması kəskin zəifləyir
və nəticədə çox qan itkisinə səbəb olur.
Yunan qozu – Грецкий орех – Juglans regia. Qoz
(Juglandaceae) fəsiləsindəndir. Bu fəsiləyə aid 8 cinsin 50
növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı
halda bitən və becərilən qozlar adi qoz növünə aiddir. Orta
Asiya və Qafqazda yabanı formada bitir. Uzaq Şərqdə isə Man-
curiya qozu yayılmışdır.
Çox qədim zamanlardan Azərbaycanda böyük qoz
sahələri Şəki-Zaqatala və Quba-Xaçmaz zonalarındadır.
Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın, Kəlbəcərdə və
228
Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara
təsadüf edilir.
Qoz, adətən may ayında yarpaqlar əmələ gələn vaxt
çiçəkləyir. Bəzən iyunda ikinci dəfə çiçəkləyir. Qozun mey-
vələri sentyabr-oktyabrda yetişir. Meyvəsi ölçüsünə, formasına,
qabığının bərkliyinə, ləpə arasındakı pərdənin yumşaq və ya
sərt olmasına, dadına, kimyəvi tərkibinə və s. göstəricilərə görə
fərqlənir. Qozun üzəri yaşıl qərzəklə örtülüdür. Qoz yetişdikcə
qərzək qaralır, partlayır və içindən oduncaqlaşmış qabıqlı qoz
çıxır. Ləpəsi açıq sarı və ya tünd darçını rəngdədir. Bir qozun
çəkisi 5-17 q, ləpəsinin çıxarı 40-58%-dir.
Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali
maddə, B qrupu vitaminləri və karotin vardır. Yaşıl sütül
qozlarda 3000 mq% C vitamini vardır. Bu qozlardan yüksək-
keyfiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı sənayesində
müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Qoz
yağı rəssamlıqda işlədilir. Yağı çıxarılmış qoz cecəsinin
tərkibində 34% azotlu maddə və 12% yağ olduğundan qənnadı
məmulatı hazırlamaq və ev heyvanları üçün ən qidalı məh-
suldur. Qozun qərzəyi, yarpaqları, qabıqları və kök hissələri
tanin ilə zəngindir. Bunlardan parçaların boyan-masında isti-
fadə edilir. Qozun oduncağı bərk və gözəl naxışlı olduğundan
qiymətli faner və mebel hazırlamaq üçün işlədilir.
Ləpəsi çox dadlı və yağlı olduğundan təzə halda (çiy) və
qovrulduqdan sonra yeyilir. Duzla qovrulmuş qoz ləpəsi
ş
ampan və digər üzüm şərablarının yanında verilir. Qozdan
aşpazlıqda və qənnadı sənayesində geniş miqyasda istifadə
olunur. Qafqaz xalqlarının xörəklərinin və sousların hazırlan-
masında qoz əvəzedilməz xammaldır. Qoz yağından yeyinti
sənayesində istifadə olunur, yağ alındıqdan sonra qalan cecədən
(jmıxdan) dadlı və qidalı halva istehsal olunur.
Qozun müalicəsi xassələri. Pəhriz qidasında və
aterosklerozun profilaktikasında qozun müsbət təsiri onun
tərkibindəki yağın doymamış yağ turşuları ilə zəngin olması ilə
229
izah edilir. Qoz yağı və sellüloza bağırsağın perestaltikasını
gücləndirir. Ona görə də yaşlılar qozdan mütləq istifadə
etməlidirlər. Qaraciyər xəstəliklərində də qoz əhəmiyyətlidir.
Qədim dövrlərdən bu günə kimi qozun bütün hissələri bir
çox xalqların xalq təbabətində istifadə olunur. Əsas dərman
ə
həmiyyəti olan qozun yarpaqlarında aşı maddələri ilə yanaşı
qlükozidlər, flavanoidlər, efir yağları, yuqlon, inozit, C, B
1
, P
vitaminləri və karotin vardır. Yetişmə dövründə C vitamininin
miqdarı 5%-ə çatır. Eyni zamanda, onun tərkibində digər
faydalı maddələr vardır. Qozun mərkəzi gövdəsindən yarpaqlar
kəsilib, təmiz kağız və ya parça üzərinə sərilir. Sonra bozarmış
və qaralmış yarpaqlar azad edilir. Quru yarpaqlardan tinktura,
həlim və məlhəm hazırlanır. Yarpaqlardan alınmış tinkturanı
maddələr mübadiləsini yaxşılaşdırmaq üçün, avitaminoz və
orqanizmin zəifləməsi zamanı ümumi möhkəmləndirici vasitə
kimi içirlər. Yarpaqdan alınan həlim və tinkturanı baş beyninin
aterosklerozunda qəbul etmək məsləhət görülür. Həmin
məhlullardan ishala qarşı büzüşdürücü vasitə kimi də istifadə
olunur. Belə hallarda 1-2 çay qaşığı quru yarpaqlar çay kimi bir
stəkan qaynar suda dəmlənir, soyuduqdan sonra süzülür və
gündə 3-4 dəfə yarım stəkan içilir. Yarpaqlardan alınan sulu
məhlullar və ekstraktlar həm də qanda şəkərin səviyyəsini aşağı
salır. Qədimdən məlumdur ki, qoz yarpaqlarından alınan
ekstrakt qanın laxtalanmasını artırır. Həkimlərin müşahidəsinə
ə
sasən qeyd olunur ki, xəstələr 2-4 gün 50 ml qoz yarpağından
alınan ekstrakt qəbul etdikdə qanaxmalar əhəmiyyətli dərəcədə
azalır. Vərəm xəstəliyinə tutulmuş xəstələrə 1-3 ay həmin
dozada ekstrakt verdikdə, qanlı bəlğəm və digər qanaxmalar da
heç bir əks-göstərici müşahidə olunmamışdır.
Meyvə qılafından və yarpaqlardan alınan həlimdən Qərbi
Sibirin xalq təbabətində yaxşı tonuslandırıcı və «qantəmiz-
ləyici» vasitə kimi, xüsusilə də diatezdə istifadə olunur. Həmin
həlimləri həm xaricə sürtür və həm də daxilə qəbul edirlər.
Dərinin müxtəlif xəstəliklərində (sızanaqlı gənə, irinli səpgi,
230
ekzema, dəmrov) bu ekstraktla vanna qəbul edir, islatma
qoyulur və yuyunurlar. Xaricə istifadə etmək məqsədilə 4-5
xörək qaşığı yarpağı 0,5 litr suda 15 dəq qaynatmaqla həlim
hazırlayırlar. Məişətdə sıraca xəstəliyi (xənazır xəstəliyi), eləcə
də raxit xəstəliyində tinkturanı 1 xörək qaşığı xırdalanmış
yarpaqları 1 stəkan qaynanmış suda saxlamaqla hazırlayırlar.
Soyuduqdan sonra tinktura süzülür və gündə 3 dəfə 1-2 çay
qaşığı yeməkdən qabaq uşaqlara verilir. Belə tikturadan ağızın
və boğazın iltihabında, eləcə də dişlərin laxlanması və damağın
yumşalmasında qarqara edirlər. Bəzi ölkələrdə bu məqsədlə qoz
ağacının gövdə və köklərinin qabığından istifadə olunur. Bu
mənada Əlcəzairdə hökm sürən adət çox maraqlıdır. Məlumdur
ki, «Qurani Kərim»də müsəlmanlara dişlərə və ağız boşluğuna
ciddi qulluq etmək məsləhət görülür. Bununla əlaqədar Əlcə-
zairdə yerli əhali qoz ağacının cavan budaqları və kökünün qa-
bığı ilə diş ətinin bərkiməsi üçün hər gün bir neçə dəfə dişlərə
qulluq edirdilər. Bu adət o qədər geniş yayılmışdı ki, bu cavan
qoz ağaclarının məhvinə səbəb olurdu. Odur ki, buna görə çox
ciddi qanunvericilik tədbirlərinin görülməsi lazım gəldi.
Qozun təzə yarpaqları xalq təbabətində yaxşı yara-
sağaldıcı vasitə kimi istifadə olunur. Təzə yarpaqlar yaraların
və çibanların üstünə qoyulur. Bu məqsədlə xüsusi məlhəm də
hazırlanır. 15 q xırdalanmış quru yarpaqlara 100 q günəbaxan
yağı əlavə olunur, yeddi gündən sonra su hamamında 3 saat
qaynadılır, iki dəfə cunadan süzülür və yenidən 30 dəq qay-
nadılır, üzərinə 15 q mum əlavə edilib soyudulur.
Qoz yarpağından alınan sulu ekstrakt yarasağaldıcı
vasitəyə və bakterisid xassələrə malikdir. Bəzi hallarda onu
yaraların epiteli toxumalarının bərpasında, dəri və boğazın
zədələnməsinin müalicəsində də istifadə edirlər. Baytarlıqda
qozun yaşıl qərzəkləri müxtəlif yaraların, oynaqlardakı çatların
və dəridəki səpkilərin müalicəsində müvəffəqiyyətlə istifadə
olunur. Hindistanda qozun yarpaqları balıq zəhəri kimi istifadə
231
olunur, çünki qoz yarpaqlarında zərərvericilər və balıqlar üçün
zəhərli maddələr vardır.
Hippokrat qozun yaşıl qərzəklərindən qurdqovucu kimi
istifadə etmişdir. Orta və Cənubi Amerikada, Iranda, Orta
Asiyada və Qafqazda yetişməmiş qoz meyvələri askarid və
soliter qurdlarına qarşı yaxşı qurdqovucu vasitədir.
Qoz yağından bəzən mədə-bağırsağı yumşaldıcısı kimi,
eləcə də yanıqlara və sağalmayan yaralara sürtmək üçün
istifadə olunur.
Xalq təbabətində qozdan alınan yuqlon preparatından
məlhəm və ya su-spirt məhlulu halında dəri vərəminin müa-
licəsində, dərinin bəzi stafilokokk və streptokokk zədələn-
məsinin müalicəsində kompres, yaxalama və islatma dərmanı
kimi istifadə edirlər. Qurdeşənəyi (dəri vərəmi) xəstəliyinin
müalicəsində qoz yarpaqlarından alınan karion preparatı
istifadə etmək məsləhət görülmüşdür.
232
TƏRƏVƏZ VƏ GÖYƏRTİLƏR
Tərəvəz və göyərtilər botaniki və bioloji xüsusiy-
yətlərindən asılı olaraq birillik, ikiillik və çoxillik bitkilərin
müxtəlif orqanlarından alınan şirəli yeməli qida məhsullarıdır.
Bu bitkilərin tərkibində insan orqanizminə vacib olan zülal,
karbohidrat, yağ, vitaminlər, minerallı maddələr və üzvi tur-
ş
ular vardır. Tərəvəzlərə istiyə- və quraqlığadavamlı Qabaqki-
milər fəsiləsinə aid bostan tərəvəzlərindən qarpız, qovun və
qabaq da aiddir. Bu bölmədə yabanı göyərtilərdən gicitkən,
ə
məköməci, cincilim, quşəppəyi və eləcə də dəniz kələmi
haqqında da məlumat verilir. Çünki bu bitkilərdən tərəvəz kimi
istifadə olunur və əhali onlardan müxtəlif qida məhsulları
hazırlayır.
Qida rasionunda tərəvəzlərin çox böyük əhəmiyyəti
vardır. Onları sərbəst xörək kimi qəbul edir, qəlyanaltı, ət və
balıq xörəklərinə qarnir kimi istifadə edirlər. Tərəvəzləri
bişirilmiş, qızardılmış, pörtülmüş, qiymələnmiş və bəzən təzə
halda yeyirlər. Uzun müddət saxlamaq üçün bir çox tərəvəzləri
turşuya qoyur, qurudur və digər üsullarla konservləşdirirlər.
Tərəvəzlərdən pəhriz qidasında geniş miqyasda istifadə olunur.
Bəzi xəstəliklərdə müalicəvi qidalanmada tərəvəzlər eyni
zamanda həm qida və həm də müalicəvi bitki kimi istifadə olu-
nur. Onlardan hazırlanan xüsusi xörəklər sözün əsl mənasında
müalicəvi qida adlanır. Dərman xammalı kimi tərəvəz bit-
kilərinin yeyilməyən hissələri tərkibində olan fizioloji fəal
maddələrə görə də istifadə olunur. Tərəvəzlər ənənəvi məişət
təbabətində geniş miqyasda istifadə olunur. Tərəvəz bitkilərinin
orqanları qalen preparatların və xalis dərman vasitələrinin
alınmasında əvəzolunmaz xammaldır.
Tərəvəzlər müxtəlif göstəricilərinə görə təsnif edilir. Əm-
təəşünaslıqda tərəvəzlərin kompleks göstəricilərinə görə
təsnifatı belədir:
233
1. Vegetativ tərəvəzlər. Bu tərəvəzlərin yeyilən hissəsi
bitkinin müxtəlif vegetativ orqanlarıdır, yəni kökü, zoğu, yar-
pağı və saplağıdır.
2. Generativ və ya meyvəli tərəvəzlər. Bunların meyvəsi
və hamaşçiçəyi istehlak edilir.
Vegetativ tə rə və zlə r 7 yarımqrupa bölünür:
1. Köküyumrulara – kartof, bataq (şirin kartof) və topi-
nambur (yerarmudu) aiddir.
2. Kökümeyvəlilərə – yerkökü, aşxana çuğunduru, ağ
köklər – cəfəri, kərəviz, cırhavuc; turp, qırmızı turp, ağ turp,
ş
alğam, qıtıqotu aiddir.
3. Kələm tərəvəzlərinə – ağbaş kələm, qırmızıbaş kələm,
savoy, Brüssel kələmi və gül kələm, həmçinin, kolrabi (daş
kələm) aiddir.
4. Soğan tərəvəzlərinə – baş soğan, sarımsaq, göy soğan,
kəvər, altay soğanı, çoxcərgəli soğan, pero, porey və batun
soğanları aiddir.
5. Kahı-ispanaq tərəvəzlərinə – kahı (yarpaq, romen,
kök), vəzəri, ispanaq, turşəng, cavan çuğundur yarpaqları, gi-
citkən, əvəlik və s. aiddir.
6. Ədviyyəli göyərtilərə – şüyüd, nanə, reyhan, tərxun,
keşniş, dağ keşnişi, yarpız, dağ nanəsi, cəfəri və kərəvizin yaşıl
yarpaqları aiddir.
7. Desert tərəvəzlərə – ravənd, qulançar və ənginar
aiddir.
Meyvə li və ya generativ tə rə və zlə r 3 yarımqrupa
bölünür:
1. Bostan tərəvəzlərinə xiyar, qabaq, qovun, qarpız,
boranı (qabaqcıq, göy qabaq) və patisson aiddir.
2. Tomat tərəvəzlərinə tomat (pomidor), badımcan və
saplaqlı istiot (bibər) aiddir.
3. Paxlalı və dənli tərəvəzlərə tərəvəz noxudu, tərəvəz
lobyası, paxla və sütül qarğıdalı aiddir.
234
Tərəvəzin birillik, ikiillik və çoxillik qrupları olur. Bir-
illik tərəvəzlərə bütün meyvəli tərəvəzlər, turp, şüyüd, ispanaq
və kahı, ikiillik tərəvəzlərə kələm, yerkökü, çuğundur, baş so-
ğ
an, çoxillik tərəvəzlərə sarımsaq, qıtıqotu, ravənd, turşəng və
topinambur aiddir. Ikiillik tərəvəzlər birinci ildə istehlak ediləsi
məhsul, ikinci ildə isə toxum verirlər.
Yetişmə dövrünə görə tərəvəzlər tezyetişən (faraş),
ortayetişən və gecyetişən qruplara ayrılır. Botaniki nöqteyi-
nəzərdən tərəvəzlər fəsillərə, cinslərə və növlərə görə təsnif
edilir. Tərəvəzlər, həmçinin, bostanlarda becərilən açıq sahə və
ya da istixanalarda becərilən qapalı sahə tərəvəzlərindən ibarət
olur.
Dostları ilə paylaş: |