Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   20   21   22   23   24   25   26   27   ...   43
hm d-Cabir smay l o lu hm dov


Cəfərinin  müalicəvi  xassələri.  Cəfərinin  vətəni  Aralıq 
dənizi ölkələri hesab edilir, çünki indi də orada cəfərinin yabanı 
növlərinə  rast  gəlinir.  Yunanıstandan  cəfəri  bütün  dünyaya 
yayıldı.  Orta  əsrlərdə  Avropa  ölkələrinin  hər  yerində  cəfəri 
ə
tirli bitki kimi becərilməyə başlandı. 
Cəfəri  göyərtisi  aşpazlıqda  geniş  miqyasda  istifadə 
olunur.  Xırda  çərtilmiş  cəfəri  göyərtisi  hazır  duru  və  ikinci 
 
256
xörəklərə  əlavə  olunur.  Cəfəri  göyərtisi  xörəyin  dad  və  ətrini 
yaxşılaşdırmaqla  bərabər,  həm  də  onu  vitaminləşdirir.  Bir 
qayda  olaraq,  cəfərini  xörəyə  bişmənin  sonunda  (5-10  dəq 
qalmış)  əlavə  edirlər.  Cəfərinin  şirin  və  ətirli  kökləri  kulina-
riyada daha çox istifadə olunur. Cəfəri kökünü şorpalara, ət və 
balıq xörəklərinə (həlimlərə), eləcə də xüsusi souslara qatırlar. 
Qış  mövsümü  üçün  xırda  doğranmış  cəfəri  kökü  qurudulur. 
Cəfəridən  tərəvəz  (xüsusən  qəlyanaltı  və  nahar)  konservləri 
istehsalında da istifadə edirlər. 
Cəfəridən  qədim  zamanlardan  ənənəvi  təbabətdə  iştaha-
nın  artırılması  və  qida  həzminin  yaxşılaşdırılması  məqsədilə 
istifadə olunur. 
Sidikqovucu vasitə kimi vodyanka, ürək mənşəli şişlərdə, 
böyrəkdə və sidik kisəsində daş olduqda cəfəri toxumundan is-
tifadə olunması geniş yayılmışdır. Cəfəri toxumlarından aybaşı 
silsiləsinin  pozulmasında,  ağrılı  aybaşılarda,  mədəaltı  vəzinin 
iltihabında  və  tərlədici  vasitə  kimi  istifadə  olunur.  Xırda 
üyüdülmüş  cəfəri  toxumlarından  aşağıdakı  resept  üzrə  həlim 
hazırlanır:  1  stəkan  qaynanmış  suya  1  çay  qaşığı  toxum  (toz-
varı) götürülür, 15 dəq qaynadılır, soyudulub süzülür, gündə 4-
6  dəfə  bir  xörək  qaşığı  içilir.  Uşaqlara  çay  qaşığı  ilə  verilir. 
Soyuq üsulla hazırlanmış tinkturadan da istifadə etmək olar. Bu 
məqsədlə  1  çay  qaşığı  toxum  1  stəkan  qaynanmış  suda  8  saat 
saxlanılıb  süzülür.  Belə  tinkturanı  gündə  4  dəfə  ¼  stəkan 
içirlər. 
Bəzən  toxum  əvəzinə  cəfərinin  yarpaqları  (göyərtisi)  və 
kökü  istifadə  olunur.  20  q  xırdalanmış  xammal  1  stəkan  qay-
nanmış suda saxlanılır, gündə 3 dəfə 1/3 stəkan içilir. Tinktura 
ə
vəzinə  bəzən  təzə  cəfəri  göyərtisindən  hazırlanan  şirə  içmək 
məsləhət  görülür.  Cəfəri  şirəsini  qızdırmaya  qarşı  vasitə  kimi 
də  içirlər.  Cəfərinin  dərman  vasitəsi  kimi  istifadə  olunması 
ə
czaçılıq  tədqiqatlarında  onun  tərkibindəki  maddələrə  əsas-
lanaraq təyin edilmişdir. Müəyyən olunmuşdur ki, cəfərinin efir 
yağının  tərkibinə  daxil  olan  maddələr  sidik  ifrazını  artırır. 

 
257
Kökündən  hazırlanmış  məhlul  yşaqlıq  əzələlərinə  stimullaş-
dırıcı təsir edir, tənəffüsü və ürək fəaliyyətini yaxşılaşdırır. 
Cəfəridən xaricə sürtmək məqsədilə istifadə olunur. Təzə 
yarpaqları  və  cəfəri  şirəsi  ilə  isladılmış  pambıq  ağcaqanad  və 
arı  sancan  yerə  qoyulur.  Cəfəri  həlimindən  və  tinkturasından 
üzün kosmetik yuyulması üçün istifadə olunur. Çillərin və tünd 
piqmentli ləkələrin kənar edilməsində səhər və axşam üzü tünd 
cəfəri  həliminin  limon  şirəsi  qarışığı  ilə  silmək  məsləhət 
görülür. Üzün dərisinin  ağarması üçün hər  gün  üzə təzə cəfəri 
ş
irəsi sürtürlər. 
Cincar,  gicitkən  –  Крапива  двудомная  –  Urtica 
dioica  L.  Gicitkən  (Urticaceaei)  fəsiləsindəndir.  Dünya 
florasında  gicitkən cinsinin 40-a qədər növü  yayılmışdır. Bun-
lardan Azərbaycanda 3 növü rast gəlinir və respublikanın bütün 
bölgələrində  yetişir.  Bu  növlərdən  ən  geniş  yayılmışı  dalayan 
və  ya  ikievli  gicitkəndir.  Bu  bitkinin  latınca  adı  «yandırmaq, 
dalamaq»  mənasındadır.  Gicitkənin  yarpaq  və  gövdəsi  içərisi 
silisium  və  qarışqa  turşusu  ilə  dolu  sıx  tüklərlə  əhatə  olun-
muşdur.  Bitkiyə  toxunduqda  həmin  tüklər  asanlıqla  qırılır.  Bu 
zaman  orqanizmə  silisium  və  qarışqa  turşusu  qarışığından 
ibarət yandırıcı maye daxil olur. 
Gicitkən çoxillik ot bitkisidir. Şaxəli kökləri və dördkünc 
yerüstü  gövdəsi,  qarşı-qarşıya  düzülmüş  tünd  yaşıl  yarpaqları 
vardır.  Yaşıl  rəngli  xırda  çiçəkləri  budaqlarının  qoltuğunda 
sünbül  şəklində  toplanmışdır.  Bitki  iyun  ayından  başlayaraq 
sentyabra kimi çiçəkləyir. Gicitkən, demək olar ki, Azərbayca-
nın bütün zonalarında yayılmışdır. Respubli-kamızın dağ-meşə 
rayonlarında  gicitkənin  sənaye  əhəmiyyətli  ehtiyatı  vardır. 
Dərman  məqsədilə  bitkinin  yarpaqlarını  bütün  yay  fəslində 
toplayır,  sonra  açıq  havada  qurudurlar.  Toplayıcılar  iş  vaxtı 
ə
lcək geyir və ya bitkinin yerüstü hissəsini dəryazla çalıb, sonra 
yarpaqlarını ayırırlar.  
Gicitkən  bitkisi  qidalılığına  görə  paxlalı  bitkilərdən  heç 
də geri qalmır. Gicitkənin tərkibindən 20,8% protein, 2,5% yağ, 
 
258
18%  sellüloza,  30%  azotsuz  tərkibli  şirə,  16,6  mq%  kalium, 
kalsium və dəmir tərkibli mikroelementlər və 50 mq%-ə qədər 
karotinoid  və  s.  maddələr  tapılmışdır.  Yaşıl  yarpaqlarının 
tərkibində  2,5-5%-ə  qədər  xlorofill  maddəsi  vardır.  Gicitkən 
vitaminlərlə  çox  zəngin  olan  dərman  bitkisidir.  Tərkibində  30 
mq%-ə qədər karotin, 200 mq% C vitamini, 1 q-da 400 bioloji 
vahid  K  vitamini,  B
1
  və  B
2
  vitaminləri,  xlorofil,  urtisin  qlü-
kozidi, üzvi turşular, aşı maddələri və s. vardır.  
Gicitkənin  müalicəvi  xassələri.  Gicitkənin  yarpağı  çox 
qiymətli  polivitaminli  məhsuldur.  Odur  ki,  müasir  təbabətdə 
ondan  dəmləmə  və  duru  ekstrakt  halında  bir  sıra  xəstəliklərin 
müalicəsində  geniş  istifadə  olunur.  Məsələn,  daxili  qanaxma-
larda qankəsici, mədə-bağırsaq xəstəliklərində həzmi, maddələr 
mübadiləsini  yaxşılaşdıran,  bağırsaqların  iltihabını  aradan 
qaldıran dərman kimi, eləcə də qanazlığında, vərəmdə, sinqada, 
raxitdə və avitaminoz xəstəliklərdə geniş tətbiq olunur. Bundan 
ə
lavə  gicitkən  yarpağından  alınan  xlorofildən  dəri  xəstə-
liklərində yarasağaldıcı kimi də istifadə edilir. Azərbaycan xalq 
təbabətində  gicitkən  ən  çox  istifadə  olunan  dərman  bitki-
lərindən biri hesab olunur. 
İ
stər  xarici  ölkələrdə,  istərsə  də  ölkəmizdə  gicitkəndən 
dərman  bitkisi  kimi  geniş  istifadə  olunur.  Məsələn,  Polşa xalq 
təbabətində  gicitkəndən  qankəsici,  qaraciyər  xəstəliklərində, 
oynaqlarda baş verən revmatizm əleyhinə və başda tükün tökül-
məməsinə  qarşı  geniş  istifadə  olunur.  Bolqarıstan  və  Almani-
yada qanazlığına,  ateroskleroza, əzələ və oynaq  revmatizminə, 
suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qaraciyər, 
öd  kisəsi,  mədə-bağırsaq  spazmalarına,  həmçinin,  babasil, 
dəridə  baş  verən  göbələk  və  s.  xəstəliklərə  qarşı  müvəffəqiy-
yətlə  istifadə  edilir.  Fransada  uzun  sürən  kəskin  xroniki 
bağırsaq  iltihabında,  eləcə  də  vərəm,  dizenteriya  və  s.  xəs-
təliklərin müalicəsində işlədilir. 

 
259
Cavan  gicitkən  yarpaqlarından  alınan  şirədən  öd  yolla-
rında və böyrəklərdə əmələ gələn daşların əridilməsində, eləcə 
də qaraciyər, soyuqdəymə və iflicə qarşı istifadə olunur. 
Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkər-
lə  qarışdırılması  böyrək  və  öd  yollarında  çoxdan  kök  salıb 
bərkimiş  daşların  əridilməsinə  kömək  edir.  Həvəngdəstədə 
döyülüb, əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə 
ə
mələ gələn revmatizmə və radikulitə qarşı yapışdırıcı məlhəm 
kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan uşaq-
lıq  və  babasil  xəstəliklərində  baş  verən  qanaxmalarda,  iqlim 
dəyişkənliklərində,  mədə  yaralarında,  vitamin  çatışmazlığında 
geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən 
onun  tərkibində  olan  C,  K  vitaminləri,  karotin  və  xlorofil 
birləşmələridir.  K  vitamini  qankəsicidir.  Xlorofil  orqanizmin 
həyat fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, 
orqanizmin  tonusunu  artırır,  mədə-bağırsaq,  ürək-damar  sis-
temlərinin  normal  işləməsinə  şərait  yaradır.  Orqanizmin  yeni 
toxumalarla  təmin  olunmasında  və  eləcə  də  toxuma  pozuntu-
larının qarşısını almaqda böyük rol oynayır. Bir sözlə, xlorofill 
orqanizmdə  baş  verən  normal  həyat  fəaliyyətinin  nizamlan-
masında əsas yer tutur. 
Qızdırma (titrətmə) xəstəliyi bu cür müalicə olunur: doğ-
ranmış  gicitkən  kökünə  sarımsaq  qatıb  suda  qaynadırlar. 
Alınmış cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir 
xörək qaşığı qəbul edilir. 
Gicitkən  toxumlarından  hazırlanmış  cövhər  insan  və 
heyvanlarda həvəsi artırır. Bundan hazırlanmış vanna isə məx-
mərək  xəstəliyinə,  tərləmə  əleyhinə  və  eləcə  də  istiliklər  nəti-
cəsində  bədəndə  əmələ  gələn  yanıqların  müalicəsində  kömək 
edir. 
Gicitkən bitkisi sanki vitamin «fabrikidir». Belə ki, onun 
yarpaqları  C  vitamini  ilə  zəngindir.  Bunun  tərkibində  olan  C 
vitamininin  miqdarı  qarağat,  kartof,  kök  və  əvəlikdəkindən 
çoxdur. Yarpaqlarının tərkibində B
1
 və B
2
 vitaminləri də vardır. 
 
260
Odur  ki,  respublikamızın  bir  çox  rayonlarında  bitkinin  təzə, 
tünd  yaşıl  rəngli  yarpaqları  ovulub  azca  duzla  yeyilir.  Ondan 
kükü və müxtəlif adda xörəklər bişirilir. Bitkinin cavan yarpaq 
və  zoğuna  soğan,  istiot,  keşniş,  qoz,  yağ  və  azca  sirkə  əlavə 
edilməklə  xəmir  xörəklərinə  qatılır.  Azərbaycanın  bir  çox 
rayonlarında  gicitkənin  yarpaqlarını  qurudur,  ona  azca  şəkər 
qatıb  ədviyyə  kimi  saxlanır  və  yeri  gəldikcə  istifadə  edilir. 
Bundan  əlavə,  gicitkəndən  kətə,  salat,  göyərti  şorbası,  püre 
hazırlayırlar.  Cavan  zoğlarını  və  yarpaqlarını  duza  qoyurlar. 
Cavan  yarpaq  və  gövdəsini  doğrayıb  kölgəli  yerdə  qurudurlar. 
Ş
oraba,  əriştə,  kükü  bişirdikdə  ədviyyə  qatqısı  kimi  istifadə 
edirlər. Qanı az olan adamlara cavan gicitkən  yemək məsləhət 
görülür. 
Gicitkən  həm  də  qiymətli  yem  bitkisidir.  Belə  ki,  onun 
qarğıdalı,  sorqo,  çovdar,  vələmir,  çuğundur,  kartof  və  otla 
birlikdə hazırlanmış silosu yüksəkkeyfiyyətli olur. 
Azərbaycan  kulinariyasında  gicitkəndən  gürzə  xörəyi 
hazırlanır. 
Gicitkən gürzəsi. Göyərti gürzəsini hazırlamaq üçün 6-7 
dəstə  gicitkən,  2  dəstə  cincilim,  1  dəstə  kərəviz,  1  dəstə  göy 
soğan, 2 dəstə kəvər, 2  dəstə keşniş götürün. Göyərtiləri  yaxşı 
yuduqdan  sonra  xırda-xırda  doğrayıb  turşu,  duz  əlavə  edərək 
yaxşıca  əzib  (pörtlətmək  də  olar)  sıxın.  Sonra  2-3  kündəlik 
xəmir  yoğurun.  Xəmirə  bir  yumurta  vurun.  Kündələri  bir  az 
qalın  yayıb  stəkanın  ağzı  ilə  kəsin.  Sonra  hazırlanmış  göyərti 
qarışığından  bir  qaşıq  dairələrin  üstünə  qoyub  bükün.  Sonra 
gürzələri  qaynar  suya  töküb  15-20  dəq  bişirib  süzün.  Hazır 
xörəyin üzərinə yağ gəzdirib qatıqla yeyin. Bu xörək qaraciyər, 
öd kisəsi və mədə-bağırsaq xəstəlikləri üçün xeyirlidir. 
Göy (yaşıl) noxud – Горох зеленый – Pisum sativum 
L.  Bu  paxlalılar  (Leguminosae)  fəsiləsindəndir.  Göy  noxudun 
Azərbaycanda  2  növü  yayılıb.  Təbabətdə  ancaq  becərilən  göy 
noxuddan istifadə edilir. 

 
261
Göy  noxudun  yarpaqlarında  (yaşıl  hissələrində  və 
zoğlarında)  xlorofil,  karotin,  53-100  mq%  C  vitamini,  aspa-
ragin  turşusu,  şəkər,  fol  turşusu  və  digər  müalicə  əhəmiyyətli 
maddələr vardır.  
Toxumları  bioloji  maddələrlə  daha  zəngindir.  Belə  ki, 
toxumlarında  22-34%  zülal,  3,6-5,5%  piyli  yağ,  4-10%  şəkər, 
13-20 mq% karotin, 2,4 mq% PP vitamini, meyvə qılafında B
1
 
vitamini,  yaşıl  toxumlarında  33-55  mq%  C  vitamini  müəyyən 
edilmişdir. 
Göy  noxudun  müalicəvi  xassələri.  Azərbaycan  xalq 
təbabətində  göy  noxudun  toxumlarını  qovrulmuş  buğda,  qoz 
ləpəsi,  azca  qara  istiot,  hil,  zəncəfil  və  sarı  köklə  birlikdə 
həvəngdəstədə qarışdırıb, üzərinə bal əlavə edərək qarışdırır və 
bir gün sərin yerdə saxlayırlar. Sonra bu qarışıqdan revmatizm 
xəstəliyinə  tutulanlara  çay  qaşığı  ilə  gündə  3  dəfə  yedirdirlər. 
Bundan  əlavə,  noxudu  od  üzərində  qovurandan  sonra 
həvəngdəstədə əzib xırdalayır, azacıq üyüdülmüş qara istiot və 
hil  qatıb  qarışdırır,  sonra  üzərinə  ət  maşınında  xırdalanmış 
kişmiş  əlavə  edib  təzədən  qarışdıraraq  eynicinsli  kütlə  halına 
salırlar.  Həmin  kütlədən  noxud  boyda  həblər  hazırlayıb,  qadın 
xəstəliklərində iltihaba qarşı istifadə edirlər. 
Xalq  təbabətində  noxud  unundan  balda  hazırlanmış 
halvasından,  “noxud  halvası”  adı  ilə  qüvvətləndirici,  əsəb 
sisteminin  tonusunu  artırıcı  vasitə  kimi  işlədilir. Göy  noxudun 
yaşıl  zoğlarından  alınan  şirədən  kəsiklərdə  qankəsici  kimi  də 
işlədilir. 
Cincilim  –  Звездчатка,  мокрица  –  Stellaria  media 
Gyr.  Qərənfil  (Caryophyllaceae)  fəsiləsinə  aid  çoxillik  və  ya 
birillik alaq bitkisidir. Yarpaqları dəyirmi, xətli lansetvarı və ya 
yumurtavarı formada olub, qarşı-qarşıya yerləşmişdir. Meyvəsi 
qutucuqdur.  100-dən  çox  növündən  Azərbaycanda  4  növünə 
rast gəlinir. Tərkibində C vitamini, B
1
, B
2
 vitaminləri, karotin, 
kalium,  dəmir  və  digər  bioloji  fəal  maddələr  vardır.  Azər-
 
262
baycanda  cincilimdən  dovğa,  göyərti  qutabı  (kətə),  kükü, 
turşusıyıq və digər xörəklər bişirilir.  
Müalicəvi  xassələri  öyrənilməmişdir.  Lakin  tərkibində 
vitaminlər  və  dəmir  olduğundan  yazbaşı  orqanizm  üçün 
ə
həmiyyətlidir  və  qidalanmada  istifadə  olunması  məsləhət 
görülür. Rusiyada  cincilimin zərif göyərtisi salata qatılır. Xalq 
təbabətində də təzə halda istifadə olunur. Cincilim çiçəklərinin 
havanı  duymaq  (barometr)  hissiyyatı  var.  Əgər  siz  yazın 
sonunda  evdən  çıxanda  nazik  geyinmək  istəyirsinizsə,  cincili-
min çiçəklərinə baxın. Əgər səhər saat 10-a qədər açılmayıbsa, 
deməli yağış yağacağı gözlənilir. 
Cırhavuc  –  Пастернак  –  Pastinaca  sativa  L.  Çətir-
çiçəklilər  (Umberiliferae)  fəsiləsindən  ikiillik  və  ya  birillik  ot 
bitkisidir  (Pastinaca  sativa  L.).  Gövdəsi  1,5  m-ə  qədər 
hündürlükdə olur. Qida üçün şirin xoş ətirli kökü istifadə edilir. 
Ondan  xüsusi  pörtülmüş  xörəklər  hazırlanır,  duru  xörəklərə 
qatılır və həmçinin, ət yanında qarnir kimi verilir. 
Cırhavuc  tərəvəzlərin  konservləşdirilməsində,  xiyarın 
duza  və  sirkəyə  qoyulmasında  ədviyyə  tərəvəzi  kimi  işlədilir. 
Qəlyanaltı  və  nahar  tərəvəz  konservləri  istehsalında  cəfəri  və 
kərəviz  kökləri  ilə  birlikdə  ağ  köklər  adı  ilə  yağda  qızardılıb 
ə
sas kütləyə qatılır. 
Cırhavuc  iştahanı  artırır,  qida  həzmini  nizamlayır  və 
həmçinin,  böyrəkdə  daş  olduqda  sidikqovucu  dərman  kimi  də 
tətbiq edilir. 
Kökündə 3%-ə qədər efir yağı vardır. Bundan başqa 40-
45 mq% C vitamini, 0,03 mq% karotin, 11,6% karbohidratlar, o 
cümlədən  4%-ə  qədər  nişasta,  2,4%  sellüloza,  B
1
,  B
2
  və  PP 
vitaminləri  vardır.  Cırhavuc  bal  verən  bitkidir.  Bir  hektardan 
arılar 98 kq bal hasil edirlər. 
Cırhavucun  müalicəvi  xassələri. Cırhavucun qədimdən 
məlum  olması  təsdiq  olunmasına  baxmayaraq,  artıq  VIII  əsrin 
sonu  və  IX  əsrin  əvvəllərində  Avropada  belə  bitkini  tanı-
yırdılar.  Hazırda  şimal  bölgəsindən  başqa  cırhavüc  hər  yerdə 

 
263
becərilir.  Cırhavucun  kökü  aşpazlıqda  və  konserv  sənayesində 
istifadə  olunur.  İyinə  görə  cırhavuc  cəfəri  və  ya  kərəvizi 
xatırladır.  Meyvəsində  (toxumunda)  flavonlu  birləşmələr, 
furokumarin
 və digər fizioloji fəal maddələr vardır. 
Xalq  arasında  cırhavuc  iştahaartırıcı,  qidanın  həzmini 
yaxşılaşdırıcı  kimi,  xüsusən  də  mədə  xəstəliklərində  istifadə 
olunur. Iştahanın artması və ümumi zəiflik zamanı xəstəlikdən 
azad olmaq məqsədilə gündə 4 dəfə 2 xörək qaşığı xırdalanmış 
cırhavuc kökündən şəkər və  ya balla 1 stəkan qaynanmış suda 
hazırlanmış tinkturadan 1/4-1/3 stəkan içmək məsləhət görülür. 
Cırhavucdan  sidikqovucu,  spazma  əleyhinə  böyrəkdə  və  sidik 
kisəsində  daş,  qum  olduqda,  vodyanka  və  bəzi  qadın  xəstə-
liklərində ağrıkəsici kimi istifadə olunur. Cırhavuc soyuqdəymə 
nəticəsində  baş  verən  öskürəyə  və  bəlğəmin  daha  yaxşı 
təmizlənməsi  üçün  də  qəbul  edilir.  Belə  hallarda  1  çay  qaşığı 
xırdalanmış  kök  1  stəkan  suda  15  dəq  qaynadılır,  gündə  4-6 
dəfə  1  xörək  qaşığı  içilir.  Belə  dozirovkada  (bu  miqdarda) 
xırdalanmış  yarpaqlardan  (1-1,5  xörək  qaşığı  yarpaq  1  stəkan 
suda) və döyülmüş toxumlardan (1/2 çay qaşığı toxum 2 stəkan 
suda) alınan həlimdən də istifadə etmək olar. 
Xarkov  Elmi-Tədqiqat  Kimya-Əczaçılıq  Institu-tunda 
cırhavuc toxumlarından tərkibində furokumarin olan pastinasin 
preparatı  alınmışdır.  Bu  preparat  qan  damarlarına,  xüsusən  də 
ürək damarlarına mülayim spazmatik təsir edir, hamar bağırsaq 
ə
zələlərini  yumşaldır  və  mərkəzi  sinir  sisteminə  sabitləşdirici 
təsir göstərir. 
Cırhavucdan  stenokardiyanın  müalicəsində,  tac  damar-
ların  çatışmazlığında,  əsəb  halında  istifadə  olunur.  Belə 
hallarda həmin preparatdan 1 həb (0,02 q) gündə 3-4 dəfə qəbul 
edilir.  Müalicə  kursu  2-4  həftə  davam  edir,  lakin  xəstənin 
vəziyyəti bir neçə gündən sonra yaxşılaşmağa başlayır. 
Cırhavuc  toxumlarından  tərkibində  iki  furokumarin  – 
ksantotoksin
  və  berqapten  olan  müalicəvi  preparat  –  beroksin 
hazırlanır.  Beroksin  müxtəlif  dəri  xəstəliklərində  istifadə 
 
264
olunur. Çünki bu preparat günəş şüalarının təsirinə qarşı dərini 
sensibilizasiya  edir  və  melanin  piqmentinin  əmələ  gəlməsini 
stimullaşdırır.  Beroksinlə  müalicə  çox  vaxt  aparır  və  müalicə 
bir neçə kurs davam edir. 
Çöl  kələmi  –  Брюква  –  Brassica  napus  L. 
Xaççiçəklilər  (Cruciferae)  fəsiləsinə  aid  olan  ikiillik  ətli  kökü 
olan  meyvəköklü  tərəvəzdir.  Bu,  qısa  müddətdə  yetişən 
soyuğadavamlı bitkidir. Çöl kələmi, əsasən  yem bitkisi sayılır, 
lakin tərəvəzlik sortları da vardır. 
Qidaya, əsasən meyvəkökü istifadə olunur, lakin əvvəllər 
yarpaqlarını  da  yeyirdilər.  Çöl  kələminin  tərkibində  10%-ə 
qədər şəkər, 2%-ə qədər zülal, pektin, xardal yağı, 24-50 mq% 
C  vitamini,  B
1
  və  B
2
  vitaminləri,  dəmir  vardır.  C  vitamininin 
miqdarına  və  qidalılıq  dəyərinə  görə  çöl  kələmi  digər  mey-
vəköklülərdən üstündür. Çöl kələmini uzun müddət saxladıqda 
C vitamini dəyişməz qalır. 
Çöl  kələminin  müalicəvi  xassələri.  Müalicəvi  qidalan-
mada çöl kələmi qəbizlikdə tətbiq olunur. Lakin kəskin mədə-
bağırsaq xəstəliklərində çöl kələmi ziyandır. 
Xalq təbabətində çöl kələmindən sidikqovucu və bəlğəm 
yumşaldıcı  vasitə  kimi  istifadə  olunur.  Qədimdə  çöl  kələmi 
ş
irəsi  ilə  pis  sağalan  yanıq  yaralarının  müalicəsində,  suda 
ə
zilmiş  toxumlarından  alınan  məhlulu  isə  qızılça  xəstəliyində 
uşaqlara verirdilər. Bu məhlulla ağız boşluğunu və boğazı qar-
qara  edir,  əllə  görüşdükdə  keçə  biləcək  xəstəliklərin  qarşısını 
almaq məqsədilə əlləri yuyurdular. 
Çuğundur və ya Aşxana çuğunduru – Свекла – Beta 
vulgaris  var.  conditiva  Alef.  Xaççiçəklilər  (Cruciferae) 
fəsiləsindəndir.  Qiymətli  qida  məhsuludur.  Təyinatına  görə  3 
qrupa  ayrılır:  aşxana  çuğunduru,  şəkər  çuğunduru  və  yem 
çuğunduru.  Çuğundurun  quruluşu  və  kimyəvi  tərkibi  onun 
təsərrüfat-botaniki  sortlarından  asılıdır.  Çuğundurun  daxilində 
ağ və ya açıq rəngli halqalar müşahidə olunur. Sortu qabığının 

 
265
və  ətli  hissəsinin  rənginə,  formasına  və  halqalarına  görə 
müəyyən edilir. 
Aşxana  çuğundurunun  tərkibində  şəkər,  mineral  mad-
dələr  və  vitaminlər  nisbətən  çoxdur.  Onun  ətli  hissəsi  zərif, 
müxtəlif  çalarlı  qırmızı  rəngdə  olur.  Çuğundurun  rəngi  betain 
(CH
3
)
3
C
2
H
2
O
2
 antosianının miqdarından asılıdır. 
Çuğundurun  ətli  hissəsinin  quruluşu  onun  sortlarından 
asılıdır.  Bəzilərdə  dairəvilik  aydın  hiss  olunur  və  dairələrin 
(halqaların)  sayı  çoxdur.  Bəzi  sortlarda  isə  tamamilə  hissolun-
maz  dərəcədədir.  Tünd  rəngli  çuğundurlar  açıq  rənglilərə 
nisbətən qidalı və dadlıdır. 
Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu 
maddə var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 
0,4-2,1% sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% 
pentozanlar  olur.  Quru  maddənin  ümumi  miqdarı  15-20%-dir. 
Monoşəkərlərdən  çuğundurun  tərkibində  0,3-1,3%  qlükoza  və 
fruktoza  vardır.  Saxaroza  çoxluq  təşkil  edir  və  onun  miqdarı 
2,7-10,7%-dir.  Yetişmə  və  saxlanılma  zamanı  invertaza  fer-
mentinin  az  fəal  olması  nəticəsində  saxaroza  çoxalır.  Saxla-
nılma  zamanı  saxarozanın  inversiyası  nəticəsində  monoşəkər-
lərin  miqdarı  nisbətən  artır,  lakin  saxarozadan  çox  olmur. 
Şə
kərin çox olması çuğundurun dad məziyyətlərini aşağı salır. 
Torpaqdan  təzə  çıxarılmış  çuğundurda  0,4%  miqdarında 
invertli  şəkər  olur.  Yetişmə  dövrünün  əvvəlində  monoşəkərlə-
rin  miqdarı  çox  olur,  yetişmənin  sonuna  yaxın  tamamilə 
saxarozaya çevrilir. 
Çuğundurun  azotlu  maddələrinə  betanin,  klantin,  hipok-
santin, arginin, asparagin, nitratlar və başqa birləşmələr aiddir. 
Üzvi  turşulardan  az  miqdarda  alma  və  turşəng  turşusu 
tapılmışdır. 
Vitaminlərin  miqdarı  orta  hesabla  mq%-lə  belədir:  C  – 
15-17, B
1
 – 0,14, B
2
 – 0,05, PP – 0,2 mq%-dir. A vitamininin 
izi vardır. 
 
266
Aşxana  çuğunduru  formaca  yastı,  yastı-girdə,  girdə  və 
konusvarı olur. Çuğundurun ətli hissəsi, adətən alqırmızı və ya 
halqasız  qırmızı,  ya  da  seçilən  halqalara  malik,  hətta  ağ  rəngə 
qədər çalan açıq rəngdə olur. Kökün en kəsiyində ağ qatlar nə 
qədər  az  olarsa,  çuğundurun  keyfiyyəti  bir  o  qədər  yüksək 
sayılır. 
Çuğundurun  yastı  formalı  sortlarından  Misir,  Qribov-A 
473,  Puşkin  K-18,  Don-367,  yastı-girdə  və  girdə  çuğundur 
sortlarından Leninqrad, Bordo-337, konusvarı formalılardan isə 
Erfurt, Gecyetişəni misal göstərmək olar. 
Keyfiyyət  göstəricilərinə  görə  təzə  aşxana  çuğunduru 
solmamış,  bütöv,  sağlam  və  öz  təsərrüfat-botaniki  sortuna  xas 
olan bir rəngdə olmalıdır. Formasına görə bunlar eybəcər olma-
malı, gövdəsinin və yarpağın uzunluğu 1 sm-dən az olmalıdır. 
Aşxana  çuğundurunun  kökümeyvəsinin  ətli  hissəsi  təra-
vətli, rəngi isə müxtəlif çalarlı tünd-qırmızı olmalıdır. Bunların 
içərisində nazik ağ halqalı çuğundurlar ola bilər. 
Girdə  və  yastı  çuğundur  üçün  ən  böyük  en  kəsiyinin 
diametri azı 5 sm və çoxu 14 sm, uzunsov çuğundurun isə azı 4 
sm və çoxu 10 sm müəyyən edilmişdir. Çuğundurlar içərisində, 
ümumiyyətlə, ən çox 10% azacıq sürtülmüş, xırda ölçülü, əzik, 
başı yarıq, çatlayıb bitişmiş və başı əyri kəsilmiş çuğundurların 
olmasına  icazə  verilir.  Çuğundura  yapışan  torpağın  miqdarı 
onun kütləsinin 1%-indən artıq olmamalıdır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin