Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
hm d-Cabir smay l o lu hm dov


Kasnının  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
qədimdən Misirdə və Romada əhali tərəfindən kasnının çiçək-
lərindən və köklərindən istifadə olunurdu. Onu qidanın həzmini 
yaxşılaşdıran  tərəvəz  kimi  istifadə  edirdilər.  Çiçəklərini  tam 
yetişən  vaxt,  köklərini  isə  payızın  son  ayında  toplayır,  sonra 
təmizləyərək  quru  havalı  binalarda  və  üstü  dəmir  örtüklü 
çardaqlarda  qurudurlar.  Çiçəyində  və  kökündə  bir  çox  dərman 
ə
həmiyyətli maddələr tapılmışdır. 
Xalq  təbabətində  kasnının  kökündən  və  çiçəklərindən 
iştahagətirici və mədənin həzm prosesini yaxşılaşdırıcı dərman 
kimi  dəmləmə  və  bişirmə  formasında  istifadə  olunur.  Bu 
məqsədlə  qurudulmuş  kasnı  kökünü  və  ya  çiçəklərini  əvvəlcə 
doğrayıb  toz  halına  salır,  sonra  ondan  2  çay  qaşığı  bir  stəkan 
qaynar suda  çay  kimi dəmləyib  gündə 3 dəfə  yeməkdən əvvəl 
içirlər.  Kasnı  çayı,  eyni  zamanda  öd  kisəsinin  və  böyrək 
xəstəliklərinin  müalicəsində  də  işlədilir.  Xalq  təbabətində 
qaraciyər  xəstəliyində,  eləcə  də  sarılıqda  çay  kimi  dəmləyib 

 
289
içirlər.  Son  illərdə  kasnı  bitkisinin  kökünün  şəkər  xəstəliyində 
müsbət təsiri müəyyən edilmişdir. 
Tikanlı kəvər, kapers – Каперсы колючие – Capparis 
spinosa  L.  Kəvər  (Capparidaceae)  fəsiləsindəndir.  Yabanı 
halda  yetişən  çoxillik  kapers  kolunun  tumurcuq  çiçəklərindən 
ibarətdir.  Yabanı  halda  Dağıstanda,  Krımda  və  Orta  Asiyada 
bitir.  Avropanın  bir  çox  ölkələrində  becərilir.  Azərbaycanda 
ancaq  tikanı  kəvər  növü  yabanı  halda  yayılmışdır.  Yarımkol 
bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə 
yumurtavarı,  yaxud  ellipsvarı  olub,  saplaqlıdır.  Çiçəkləri  iri, 
rəngi  ağ,  tək-tək  halda  yarpaqların  qoltuğunda  yerləşir.  Mey-
vəsi  giləmeyvəyə  bənzəyən  qutucuqdan  ibarətdir.  Toxumları 
kürəvarıdır,  tünd-qonur  rənglidir,  təqribən  qaraya  çalır.  Bitki 
may-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. 
Tikanlı  kəvərin  çiçəklərinin  qönçə  dövründə  onda  100-
150 mq% C vitamini, 0,32mq% rutin, 21-28% azotlu maddə, 4-
5% piyli maddələr olur. Toxumlarında 25-30% piyli yağ vardır 
ki, bu da tərkib etibarilə 12-13% doymuş yağ turşularından, 22-
24% olein, 33-51% linol turşuların qliseridlərindən ibarətdir. 
Tikanlı  kəvərin  meyvələrində  eyni  zamanda  pektin 
maddələri,  1,6%  üzvi  turşular,  4%  şəkər,  56mq%  C  vitamini, 
rutin və digər bioloji fəal maddələr olduğu aşkar edilmişdir. 
Tikanlı  kəvərin  tumurcuq  çiçəkləri  100  mm  diametrə 
çatdıqda  yığılır,  sortlaşdırılır  və  bir  qədər  soldurulur.  Sonra 
tikanlı kəvəri çəlləkdə duz və ya sirkə məhlulu ilə isladıb kon-
servləşdirirlər. Tikanlı kəvərin dadını yaxşılaşdırmaq üçün onu 
ə
vvəlcə süd turşusu bakteriyaları ilə qıcqırdır, sonra üzərinə 4-
5%-li sirkə məhlulu tökürlər. Sirkəyə qoyulmuş tikanlı kəvərin 
dadı,  duza  qoyulmuşdan  yaxşıdır.  Lakin  duza  qoyulmuş  daha 
yaxşı  saxlanılır.  Tikanlı  kəvərin  dadı  tünd  və  spesifikdir. 
Duzluğun  tikanlı  kəvərə  nisbəti  1:1  nisbəti  kimidir.  Xırda 
tikanlı kəvər daha yaxşı tamlı olur və qiymətli hesab edilir. 
Tikanlı  kəvərin  dad  və  ətirverici  maddəsi  rutindir 
(0,32%).  Rutin  acı  dadlı  qlükozid  (S
27
H
30
O
16 
x  3H
2
O)  olub, 
 
290
hidroliz olunduqda kversitin, qlükoza və ramnoza əmələ gətirir. 
P  vitamini  fəallığına  malikdir.  Tikanlı  kəvər  birinci  və  ikinci 
xörəklərə, əsasən balıq və şorba xörəklərinə tamlı qatma sayılır. 
Tikanlı  kəvərin  tərkibində  150  mq%  C  vitamini 
olduğundan qidanı vitaminləşdirir. 
Tikanlı  kəvərin  müalicəvi  xassələri.  Xalq  təbabətində 
tikanlı kəvərin qabığından alınan həlimdən əsəb xəstəliklərində, 
xüsusən  də  isteriyada  istifadə  olunur.  Təzə  tikanlı  kəvər 
qabığını  dişağrısında  çeynəyirlər.  Ondan  alınmış  tozvarı  məh-
suldan  və  həlimdən  hazırlanmış  islatmadan  irinləyən  və  uzun 
müddət  sağalmayan  yaraların  müalicəsində  istifadə  olunur. 
Eksperimentlər  nəticəsində  müəyyən  olunmuşdur  ki,  tikanlı 
kəvərin  kökündən  hazırlanan  spirtli  tinktura  qandakı  trom-
bositlərin miqdarını artırır. Qanın müalicəsində tikanlı kəvər öz 
tətbiqini  təsdiqləyib.  Tikanlı  kəvərin  kökləri  həm  də  allerqik 
xəstəliklərdə də faydalıdır. 
Azərbaycanda  yayılan  tikanlı  kəvər  bitkisi  Azərbaycan 
Tibb  Universitetində  hərtərəfli  öyrənilmiş,  onun  meyvələrində 
çoxlu  miqdarda  yodun  üzvi  birləşməsi  olduğu  müəyyən 
edilmişdir. 
Tikanlı  kəvər  meyvələrində  çoxlu  miqdarda  yod  birləş-
mələrinin  olduğunu  nəzərə  alaraq,  onlardan  konservləşdirilmiş 
ş
irə  preparatı  hazırlanmış  və  kliniki  təcrübədə  onun  zob 
xəstəliyində müalicəvi təsiri ilk dəfə aydınlaşdırılmışdır. 
Xalq  təbabətində  tikanlı  kəvərin  təzə  dərilmiş  meyvə-
lərindən  zob  xəstəliklərində,  babasildə,  dizenteriyada  və  qara-
ciyər iltihabında istifadə olunur. 
Bəzi ədəbiyyatlarda kəvər ğöyərtisi kapers kimi tərcümə 
olunub.  Bunlar  ayrı-ayrı  bitki  olub  müxtəlif  fəsilələrə  aid 
tərəvəzdir.  
Kök,  yerkökü  –  Морковь  –  Daucus  carota  L.  Çəti-
çiçəklilər (Umbelliferae) fəsiləsindəndir. Qədimdən yabanı hal-
da bitən yerkökü ilə almanlar, romalılar və yunanlar tanış idilər. 

 
291
Lakin  mədəni  halda  yerkökünü  orta  əsrlərdən  əkilib-becə-
rilməyə başlamışdır. 
Kökümeyvəlilər  içərisində  ən  çox  yayılmış  tərəvəzdir. 
Ondan  təzə  halda  aşpazlıqda,  qurudulmaq,  şirə  hazırlamaq, 
tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. 
Yerkökünün  üzəri  nazik  qabıq  təbəqəsi  ilə  örtülüdür. 
Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök 
mərkəzində  özək  vardır.  Özəyin  zərif  və  ya  kobud  olması 
yerkökünün  keyfiyyətliliyini  göstərir.  Tərkibində  az  miqdarda 
şə
kər  olan  özəyin  dadı  yerkökünün  ətli  hissəsinə  nisbətən  pis 
olur. 
Yerkökünün  tərkibində  orta  hesabla  4-12%  şəkər,  0,53-
2,23%  zülal,  0,1-0,7%  yağ,  0,54-3,50%  sellüloza,  0,4-2,9% 
pektin maddəsi, 2,3-5,6% azotsuz ekstraktlı maddə, o cümlədən 
dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru maddələrin ümumi 
miqdarı 8-20%-ə qədərdir. 
Şə
kərlərin  əsasını  saxaroza  (3,5-6%),  az  miqdarda 
qlükoza (1-2%) və fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün 
özək hissəsində xarici təbəqəyə nisbətən şəkərin miqdarı azdır. 
Nişasta toxumalarda kiçik, dairəvi və rəngsiz dənələrdən 
ibarət  olub,  ən  çox  özək  ilə  ətli  hissənin  arasında  yerləşir. 
Özəkdə nişasta olmur. 
Pentozanların (araban, qalaktan) miqdarı yaş çəkiyə görə 
0,8-1,4%-dir. 
Pektin,  sellüloza,  liqnin  və  başqa  maddələr  yerkökünün 
aşağı  hissəsində  toplanmışdır.  Pektin  maddəsinin  bütün 
formaları  yerköküdə  vardır,  lakin  bunlar  palda  əmələgətirmə 
xassəsinə malik deyildir. 
Yerkökü  zülalında  əvəzedilməz  aminturşulardan  metio-
nin, fenilalanin, leysin, izoleysin, valin, treonin, lizin, triptofan 
və s. tapılmışdır. 
Yerkökünün  yağı  lipoproteidlər  şəklindədir.  Yağda  pal-
mitin,  olein,  linol  və  petrozelin  yağ  turşuları  tapılmışdır. 
Yerköküdə, həmçinin, 0,1%-ə qədər lesitin və fitosterin var. 10 
 
292
mq%-ə qədər efir yağı vardır ki, bunun tərkibi pinen, limonen, 
seskviterpen  və  mürəkkəb  efirlərdən  (sirkə  və  qarışqa 
turşusunun)  ibarətdir.  Üzvi  turşular  (0,1-0,2%),  əsasən  sərbəst 
alma,  qəhvə,  qall,  xlorogen  və  benzoy  turşusundan  ibarətdir. 
Mannit  spirti  də  tapılmışdır.  Yerkökü  külündə  mineral  mad-
dələrdən  Na,  K,  Ca,  P,  Fe,  B,  Cr,  Cu,  Mo,  Pb, F,  U,  As  və  s. 
aşkar  edilmışdır.  Yerkökü  toxumalarının  müxtəlif  hissələrində 
mineral  maddələrin  miqdarı  eyni  miqdarda  deyildir.  Belə  ki, 
yerkökünün  qabığında,  ətli  hissəsində  və  özəyində  uyğun 
olaraq mq%-lə: Ca – 53, 32, 37; P – 37, 34, 60; Fe – 1,6, 0,8, 
0,8-dir.  Borun  miqdarına  görə  yerkökü  başqa  tərəvəzlərdən 
üstündür. 
Karotin  və  ksantofil  yerköküyə  narıncı  rəngin  müxtəlif 
çalarlarını  verir.  Karotinin  miqdarı  orta  hesabla  8-10  mq%, 
narıncı  qırmızı  yerköküdə  isə  5,4-19,8  mq%-ə  qədərdir.  α-
karotinin  miqdarı  β-karotindən  2-3  dəfə  çoxdur.  Yerkökünün 
özək  hissəsində  karotin  xarici  təbəqəyə  nisbətən  azdır.  Karo-
tinoidlərin 90%-i karotinin, 10%-i isə ksantofilin payına düşür. 
Bənövşəyi  rəngli  yerkökünün  tərkibi,  həmçinin,  antosianlar, 
baş hissəsi yaşıl olanlar isə xlorofil piqmentləri ilə zəngindir. 
Yerkökünün  tərkibində  yaş  maddəyə  görə  mq/kq  hesabı 
ilə vitaminlərdən B
1
 – 0,3-1,8; B
2
 – 0,2-0,62; PP – 2,0-14,7; B
6
 
–  1,2-1,4;  E  –  12;  pantoten  turşusu  –  2,5-3,5;  biotin  –  0,025-
0,033; fol turşusu – 1,0-1,3; askorbin turşusu –  20-100 vardır. 
Yerkökünün  kimyəvi  tərkibi  onun  təsərrüfat-botaniki  sortla-
rından,  becərilmə  şəraitindən,  yetişməsindən  və  başqa  amil-
lərdən  asılıdır.  Yerkökünün  təsərrüfat-botaniki  sortları  bir-bi-
rindən  forma  və  ölçüsünə,  ətli  hissəsinin  rənginə,  özəyinin 
ölçüsünə,  səthinin  vəziyyətinə,  çatlamasına,  saxlanılmağa  da-
vamlılığına və yetişmə müddətinə görə fərqlənir. 
Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və 
ya  karateli  qrupuna  aid  yerkökünün  uzunluğu  –  3-6  sm, 
yarımuzunlarda  –  8-20  sm,  uzunlarda  isə  20-45  sm  olur. 
Sortların çoxu orta uzun qrupa  aiddir. Karateli qrupuna  «Paris 

 
293
karatelisi»,  «Xibin»  sortu  aiddir.  Bunların  ətli  hissəsi  zərif 
olduğundan  orqanizmdə  asan  həzm  edilir.  Lakin  saxlanmağa 
davamsızdır. 
Orta  uzun  sortlara  daxil  olanlardan  Nant,  Geranda, 
Geranda-1129,  Ukrayna  gerandası,  Şantene,  Moskva  gecyeti-
şə
ni  aiddir.  Bunlar  silindr  və  konusvarı  formada,  yaxşı  dada 
malik olur. Nant və Şantene sortları uzunsov simmetriyası, zərif 
ə
tli  hissəsi  və  əla  dadı  ilə  üstünlük  təşkil  edir.  Saxlanmağa 
davamlıdır.  Şantene  sortu  irimeyvəlidir  və  bunun  1  ədədinin 
çəkisi 400 q qədər olur. Geranda sortu və onun müxtəliflikləri 
saxlanılmağa davamlıdır. 
Uzunölçülü  yerkökü  sortlarından  Valeriya  sortunu  qeyd 
etmək  olar.  Gecyetişən  sortdur,  rəngi  darçını-qırmızı,  forması 
sivri konusvarı, kökünün üstü hamar, üzərində kiçik gözcükləri 
olur. Bunun böyük və girdə özəyi çox kobud olmayıb, bütün qış 
boyu saxlanılır. 
Azərbaycanda Nant-4,  Biryuçekut-415, Şantene-2461 və 
yerli Abşeron yerkökü sortları yetişdirilir. 
Yerkökü  keyfiyyət  göstəricilərinə  görə  sağlam,  təmiz, 
bütöv,  çatsız,  mexaniki  zədəsiz  və  kənd  təsərrüfatı  zərər-
vericiləri ilə zədələnməmiş, rəngi birnövlü (müəyyən təsərrüfat-
botaniki  sort  üzrə),  forması  düz  olmalı,  gövdə  və  yarpağı 
başcığı  səviyyəsində  kəsilməlidir.  Yerkökünün  ən  böyük  en 
kəsiyinin diametri (bütün botaniki sortlar üzrə) azı 3 sm olma-
lıdır,  lakin  Geranda  sortu  üçün  en  kəsiyi  diametri  8  sm-dək, 
Nant sortunda isə 10%-ə qədər, 2-3 sm olmalıdır. 
Azca əzilmiş, başcığı kəsik, gövdə və  yarpaqları düzgün 
kəsilməmiş, çatlı, sınıq, kənd təsərrüfatı zərərvericiləri ilə zədə-
lənməmiş  və  ölçüyə  gəlməyən  yerkökülərin  ümumi  miqdarı 
8%-dən  artıq  olmalıdır.  Yerköküyə  yapışmış  torpağın  miqdarı 
1%-dək olmalıdır. 
Yerkökünün  müalicəvi  xassələri.  Polivitaminli  bitki 
kimi  yerkökü  hipo-  və  avitaminozun  profilaktikasında  və 
müalicəsində, qanazlığında və gücdəndüşmə hallarında qidalan-
 
294
manı yaxşılaşdırmaq üçün geniş miqyasda istifadə olunur. Hər 
gün  təzə  yerkökü  qəbul  etmək  orqanizmi  qüvvətləndirir, 
infeksion xəstəliklərə qarşı müqavimətini artırır, xarici mühitin 
xoşagəlməz  təsirlərindən  qoruyur.  Yerköküdən  pəhriz  qidası 
kimi  ürək-damar  sistemi,  qaraciyər  və  böyrək  xəstəliklərində 
istifadə  olunur.  Lakin  mədə  xorası  və  nazik  bağırsağın  iltiha-
bında  (enteritdə)  yerkökü  qəbul  etmək  məsləhət  deyil.  Gözün 
görmə  qabiliyyəti  pozulduqda  təzə  yerkökü  orqanizmdə  A 
vitamini  çatışmazlığını  aradan  qaldırır.  Çünki  yerkökünün  tər-
kibindəki  sarımtıl-narıncı  rəngli  piqment  olan  karotin,  or-
qanizmdə A vitamininə çevrilir və həzm olunur. Yerkökü şirəsi 
müalicəvi  və  qidalılıq  keyfiyyətinə  görə  uşaq  qidasında  daha 
çox məsləhət görülür. A vitamini mənbəyi kimi yerkökü şirəsi 
ürəyin miokard infarktında da təyin olunur. 
Məlumdur  ki,  yerkökü  və  şirəsi  yumşaldıcı  təsirə 
malikdir.  Odur  ki,  qəbizlik  və  babasil  zamanı  bundan  istifadə 
olunur.  Belə  hallarda  hər  gün  acqarına  150-200  ml  təzə 
çəkilmiş yerkökü şirəsi içmək məsləhət görülür. Kiçik uşaqlara 
səhər və axşam 1 xörək qaşığı içirtmək məsləhət görülür. Xalq 
təbabətində  yerkökü  şirəsi  ilə  bal  qarışığı  soyuqdəymə  ilə 
ə
laqəli  öskürəkdə  və  sinə  xırıltısında  içilir.  Ağızın  selikli 
qişasının  itihabında  (stomatitdə)  təzə  yerkökü  şirəsi  ilə  ağızı 
yaxalayırlar.  Bəzən  yerkökü  şirəsindən  sidikqovucu  və  sidik 
daşlarının  orqanizmdən  kənar  edilməsi  məqsədilə  içirlər.  Bu 
məqsədlə bir neçə ay müddətində gündə 3-4 dəfə 1 xörək qaşığı 
yerkökü  şirəsi  içmək  lazımdır.  Lakin  böyrəklərdə  və  sidik 
kisəsində olan daşlara qarşı ən səmərəli vasitə xalq təbabətində 
yabanı yerkökü toxumları hesab olunur. 3 xörək qaşığı toxum 3 
stəkan qaynayan suya əlavə edilir, bir gecə isti yerdə saxlanılır 
və süzüldükdən sonra gündə 3 dəfə 3/4-1 stəkan içilir. Böyrək 
daşları  xəstəliyində,  eləcə  də  yumşaldıcı  və  yelqovucu  kimi 
bəzən  yerkökünün  üyüdülmüş  toxumları  götürülür.  Gündə  3 
dəfə  1  çay  qaşığı  üyüdülmüş  toxum  qəbul  edilir.  Babasildə 

 
295
yerkökünün  yaşıl  kütləsindən  hazırlanmış  çay  içmək  məsləhət 
görülür. 
Xalq  təbabətində  yerkökündən  donmaya  qarşı,  yanıq-
ların,  irinli  yaraların  müalicəsində  istifadə  olunmuşdur. 
Yerköküdən  hazırlanmış  əzintini  dərinin  zədələnmiş  yerlərinə 
qoyur və ya təzə yerkökü şirəsi ilə yuyurlar. Nəticədə ağrılar və 
iltihab  prosesləri  azalır,  yaralar  irindən  təmizlənir  və  tezliklə 
sağalır. 
Hazırda  yerkökü  toxumundan  daukarin  adlı  ekstrakt 
alınır.  Həmin  ekstrakt  tac  damarları  genişləndirir  və  onlara 
spazmolitik  təsir  göstərir.  Daukarin  həbləri  həkim  təyinatı  ilə 
stenokardiyanın  təzahürü  zamanı  tac  damarların  xroniki 
çatışmazlıqlarında  xəstələrə  verilir.  Müalicə  kursu  gündə  3-4 
dəfə  yeməkdən  əvvəl  1-2  həb  qəbul  etməklə  2-4  həftə  davam 
edir. 
Müalicəvi  kosmetikada  üzün  quru  dərisi  üçün  qidalı 
yerkökü maskasından istifadə olunur. Iki ədəd yaxşı yuyulmuş 
yerkökü  sürtgəcdən  keçirilir,  yumurta  sarısı  ilə  qarışdırılır  və 
alınmış əzinti qalın təbəqə halında üzə çəkilir. 20-25 dəqiqədən 
sonra  üzdəki  əzinti  ilıq  suda  isladılmış  pambıqla  təmizlənir. 
Yerkökü  maskasını  həftədə  1-2  dəfə  qəbul  etmək  məsləhət 
görülür. 
Qulançar,  mərəçüyüd,  quşqonmaz  –  Спаржа  лекар-
ственная
 
– 
Asparaqus 
officinalis 
L. 
Qulançar 
(Asparaqaceae)  fəsiləsindən  çoxillik  bitkidir.  Azərbaycanda  9 
növü bitir: 
-
 
Qırıqküncvarı qulançar (Asparagus angulofractus
-
 
Qısayarpaqlı qulançar (Asparagus brachyphyllus
-
 
Blesler qulançarı (Asparagus breslerianus
-
 
Xəzər qulançarı (Asparagus caspius
-
 
Daur qulançarı (Asparagus davuricus
-
 
Dərman qulançarı (Asparagus officinalis
-
 
İ
ran qulançarı (Asparagus persicus
-
 
Çoxyarpaqlı qulançar (Asparagus polyphyllus) 
 
296
-
 
Topayarpaq qulançar (Asparagus verticillatus) 
Onlardan  yalnız  bir  növü  –  Asparagus  officinalis 
(Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib-becərilir. 
Azərbaycanda  aparılan  çoxillik  tədqiqatlar  nəticəsində  məlum 
olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda 
xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonla-
rında  və  ona  yaxın  digər  regionlarda  yaşamış  azərbaycanlılar 
isə bu bitkini «Mərəçüyüd» adlandırırlar. Bütün bunları nəzərə 
alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması 
qəbul edilmişdir. 
Qulançar  4000  il  bundan  əvvəl  Qədim  Misirdə,  daha 
sonra  isə  Qədim  Romada  məlum  idi. Respublikamızda  Qulan-
çarın  9  növünün  yayılmasına  baxmayaraq,  onların  bir  neçə 
növü qidalılıq əhəmiyyətinə malik olub, xalq arasında yeyilir. 
Dərman qulançarı Qafqaz xalqları arasında geniş istifadə 
olunur.  Bitki  ilk  vegetasiyaya  başlayan  vaxtdan  10-15  gün 
sonra  zoğları  inkişaf  etməyə  başlayır.  Elə  bu  vaxt  onun  tər, 
yumşaq,  cavan  zoğları  əksər  rayonlarda  əhali  tərəfindən 
toplanır və yeyilir. Bundan əlavə, onun budaqlarını duzlu suda 
pörtür, sonra bir balaca sıxıb suyunu çıxarır, yağ-soğanla qızar-
dırlar.  Dadına,  ləzzətinə  və  qidalılığına  görə  çox  qiymətlidir. 
Kökümsovu,  kökləri,  çiçəkləri,  giləmeyəsi  və  toxumu  bir  çox 
xəstəliklərin  –  böyrək,  ürək,  vərəm  və  s.  müalicəsində  geniş 
istifadə  edilir,  qankəsici,  sidikqovucu  xüsusiyyətlərinə  ma-
likdir. 
Qidalılıq və dərman əhəmiyyətinə  görə dərman  və topa-
yarpaq Qulançar ən geniş istifadə olunur. Bitki respublikamızda 
ə
n  çox  Naxçıvan  MR-nın  bütün  bölgələrində,  Ağdam,  Füzuli, 
Cəbrayıl  rayonlarında,  Gəncə-Qazax,  Lənkəran-Astara,  Quba-
Xaçmaz,  Şəki-Zaqatala  və  s.  bölgələrdə  ən  çox  quru,  daşlı-
çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Ağdam, 
Füzuli,  Cəbrayıl  və  s.  rayonlarda  yerli  əhali  Mərəçüyüdü 
«ağıllı»  və  «dəli»  Mərəçüyüd  kimi  tanıyır  və  onları  asanlıqla 
bir-birindən fərqləndirirlər. 

 
297
«Ağıllı»  mərəçüyüdün  zoğları  tünd  qırmızımtıl,  «Dəli» 
mərəçüyüdünkü isə açıq yaşıl, solğun yaşıl rənglidir. Aparılmış 
tədqiqatlar  göstərmişdir  ki,  bir  çox  rayonlarda  «Dəli» 
mərəçüyüd  də  yeyilir.  Bitkinin  təzə,  tər  budaq  və  zoğlarından 
konserv  məhsulları  da  hazırlanır.  Bu  bitkidən  hazırlanan  göy 
soğanla  qulançar  və  ya  mərəçüyüd  salatı,  pomidor  və  kələmlə 
çox  dadlı  və  qidalıdır.  Qidalılıq  dərəcəsinə  görə  qulançar  bir 
sıra  tərəvəz  bitkilərini  əvəz  edir.  Onun  cavan  zoğlarının  tər-
kibində müxtəlif mineral maddələr (kalium, natrium, manqan), 
fosfor turşusu, 60-80% azot birləşmələri vardır. 
Azərbaycan  MEA  Nəbatat  İnstitutunun  və  Mərkəzi 
Nəbatat  Bağının  əməkdaşlarından  S.M.Aslanov,  E.N.Nov-
ruzov,  O.V.İbadlı,  L.Ə.Şəmsizadənin  apardığı  tədqiqatlar 
ə
sasında  Mərkəzi  Nəbatat  Bağının  kolleksiya  sahəsində 
becərilən  Qulançar  bitkisindən  müxtəlif  metodlar  əsasında 
karotinoid  maddəsi  almışlar.  Həmin  tədqiqat  işi  «Müəlliflik 
şə
hadətnaməsinə»  layiq  görülmüşdür.  Tədqiqat  işi  nəticəsində 
Qulançarın  tərkibində  insan  orqanizmi  üçün  daha  çox  xeyirli 
olan bir çox maddələr, o cümlədən karotinoid (85 mq%) aşkar 
olunmuşdur. Bu böyük göstərici olub, bir çox bitkilərdən alınan 
karotinoidin miqdarından qat-qat çoxdur. 
Karotinoid  yüksək  bioloji  fəallığa  (A  vitaminin  fəallı-
ğ
ına)  malik  maddədir.  O  orqanizmdə  gedən  maddələr  müba-
diləsində  mühüm  rol  oynayır.  Onun  insan  orqanizmində  çatış-
maması  böyümə  və  inkişafın  ləngiməsinə,  gözün  görmə  qa-
biliyyətinin  azalmasına,  müxtəlif  xəstəliklərə,  xüsusən  yolu-
xucu  xəstəliklərə  qarşı  müqavimətin  zəifləməsinə,  mədə-ba-
ğ
ırsaq  sisteminin  selikli  qişasının  aşınmasına  və  s.  səbəb  olur. 
Karotinoidlər  antimutagen,  antikonsirogen,  antiradiant  fəal-
lığına  malik  olmaqla,  müxtəlif  mənşəli  xərçəng  xəstəliklərinin 
müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Onlar or-
qanizmin  qocalmasının  qarşısını  alır.  Karotinoidlər  yeyinti, 
kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa 
malik  məhsulların  hazırlanmasında,  onların  saxlanma  müddə-
 
298
tinin  artırılmasında,  xarici  görkəmlərinin  yaxşılaşdırılmasında 
geniş  istifadə  edilir.  Azərbaycan  MEA  Mərkəzi  Nəbatat 
Bağında  1968-ci  ildən  başlayaraq  Azərbaycan  florasında  ya-
yılmış  Qulançar  növlərinin  kolleksiyası  toplanmışdır.  1975-ci 
ildən  isə  Qafqazda  bitən  Qulançarın  növlərinin  kolleksiyası 
Mərkəzi Nəbatat Bağının geofit bitkilər sahəsində toplanmışdır. 
Toplanmış  növlərin  tibdə,  xalq  təbabətində  istifadə  qaydaları, 
becərilmə,  çoxaldılma  üsulları  və  istifadəolunma  tədbirləri 
öyrənilmişdir. 
Botaniki  təsviri.  Bu  cins  Qulançar–  Asparaqaceae 
fəsiləsinə  aiddir.  Çiçəkləri  bircinsli,  ikievli  olub,  əsasən 
qoltuqda  qınşəkilli  yarpaqların  (kladodi)  qoltuğunda  yerləşir. 
Çiçəkyanlığı  düz  olub  sərbəstdir.  Yumurtalıq  üçyuvalıdır. 
Meyvəsi  giləmeyvədir.  Gövdəsi  çoxsaylı  budaqlıdır.  Budaqlar 
üzərində sap və ya iynəvarı nazik yarpaqlar (kladidilər) yerləşir. 
Çoxillik  ot  bitkisi  olub  qısa,  ətli  kökümsovlara  malikdir.  Qu-
lançarın  xalq  arasında  ən  çox  istifadə  edilən  növləri 
Topayarpaq  qulançar  -  Asparagus  verticillatus  L.,  və  Dərman 
qulançarı  -  Asparagus  officinalis  L.  növləridir.  Topayarpaq 
Qulançar  çoxillik  bitkidir.  Yeraltı  orqanı  güclü  kökümsovlara 
malikdir.  Gövdəsi  çox  hündür  olub,  becərmə  şəraitindən  asılı 
olaraq  1,5-2  m-ə  qədər  olur.  Gövdəsi  çoxlu  sayda  budaqlarla 
zəngin  olub  dırmaşandır.  Yarpaqları  şəklini  dəyişmiş  formada 
olur ki, buna kladodi deyilir. Kladodilərin uzunluğu 2 sm olub, 
gövdənin  qoltuğunda  dəstələrlə  yerləşir.  Sap  və  ya  iynə 
formalıdır.  Çiçəklər  əksərən  budaqların  yuxarı  hissələrində 
yerləşir. Meyvələri  giləmeyvə olub, qırmızı və  ya  qırmızımtıl-
qara  rənglidir.  Bu  növün  əkin  materialları  1972-ci  ildə  Füzuli 
rayonunun  Dövlətkarlı,  Dilağarda  kəndləri  ətrafında  yerləşən 
Yelli-dədikdən,  Daş  yellidən,  Torpaq  yellinin  aşağı,  orta  ya-
maclarından,  ən  çox  qaratikan  kollarının  ətrafından  toplan-
mışdır.  Təbii  sahələrlə  ən  çox  çiriş,  qaratikan,  qozqurab, 
yemlik,  danaayağı  və  s.  bitkilərlə  birlikdə  təsadüf  edilir.  Göv-
dəsi  çoxlu  hamar  budaqlardan  ibarət  çoxillikdir.  Gövdəsinin 

 
299
hündürlüyü  160  sm-dir.  Kökümsovları  dəstə  şəklində  olmaqla 
hər il təzələnir. Təzə kökümsovları ağımtıl rəngdə olur. Keçən 
ildən qalan köklər isə qaralmış və nisbətən yoğunlaşaraq ehtiyat 
qida  maddəsinə  çevrilir.  Ehtiyat  qida  maddələri  sərf  olunub 
qurtardıqdan  sonra  köhnə  köklər  təbii  gübrəyə  çevrilir.  Növün 
bu  xüsusiyyəti  onun  50-100  il  yaşamasına  imkan  verir.  Iynə-
şə
killi yarpaqlar və yaxud kladodilər xeyli uzun, nazik yumşaq 
və  sapşəkilli  olub,  uzunluğu  10-14  mm-dir.  Topayarpaq 
Qulançar ilə təbii şəraitdə aparılan müşahidələr göstərmişdir ki, 
bitkidə  vegetasiyaya  fevralın  əvvəllərində,  qönçələmə  aprelin 
başlanğıcında, çiçəkləmə isə mayın ortalarında başlayır və 14-
16 gün davam edir. Çiçəklər açıq sarı rəngli, uzunluğu 3-7 mm-
dir.  Çiçəkləmə  dövründə  bitkidə  200-230-a  qədər  çiçək  əmələ 
gəlir. Toxumları iyunun axırı və iyulun əvvəllərində yetişməyə 
başlayır. Giləmeyvələrin rəngi parlaq qırmızı olub, içərisində 3-
4  hamar,  qara  rəngli  toxumlar  əmələ  gəlir.  Bitkinin  gövdəsi 
iynəşəkilli,  yarpaqları,  giləmeyvələri  bəzək  bağçılıqda  çox 
qiymətlidir. Təbii şəraitdə toplanmış toxumları bioloji cəhətdən 
sağlam  olub,  85%  cücərti  verir.  Toxumlarının  1000  ədədinin 
quru çəkisi 12,3 q-dır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin