Porey soğanı – Лук порей – Allium porrum L. Zanbaq
(Liliaceae) fəsiləsindəndəir. Bu soğanın baş soğanağı silindrik
formada olub, bir qədər kök hissədə şişmiş haldadır. Yarpaqları
sarımsaqda olduğu kimidir. Cavan yarpaqları qidaya sərf
olunur, lakin qidaya, əsas etibarilə, aşağı tərəfdə olan qalın
hissə daha çox işlədilir. Porey soğanı şirintəhər dada malikdir.
Onu təzə, bişirilmiş və qurudulmuş halda yeyirlər. Porey soğanı
antik ölkələrdə qədimdən məlumdur.
Porey soğanından çox az hallarda tibbi məqsədlər üçün
istifadə olunur, lakin onun orqanizmə təsiri baş soğan kimidir.
Sidikqovucu xassəsinə görə porey soğanı kökəlməyə qarşı,
böyrəklərdəki daş, podaqra və digər xəstəliklərdə istifadə
olunur.
Ravənd – Ревень огородный – Rheum rhaponticum
L. Qarabaşaq (Faqopurumaceae) fəsiləsindən, hündürlüyü 1,5-
2,5 m olan çoxillik ot bitkisidir. Kökü qısa, iri, ətli və kəsik
hissədə sarı rəngdədir. Zoğları düzdür, qırmızımtıl ləkələrlə
örtülmüşdür. Yarpaqları iri olub kök hissədə ətlikli çilikvarı
başlıqlar əmələ gətirir. Çiçəkləri xırda olub süpürgəşəkilli
hamaşçiçəkdə toplanmışdır.
Ravəndin vətəni Mərkəzi Çin hesab olunur. Oradan
məşhur rus səyyahı N.M.Prijevalski onu Rusiyaya gətirmişdir.
Avropaya isə orta əsrlərdə hind monax-səyyahları tərəfindən
gətirilmişdir. Qərbi Avropa ölkələrində ravəndi XVIII əsrin
ortalarından istifadə etməyə başlamışlar. Hazırda ravəndin
müxtəlif sortları becərilir. Azərbaycanda bu bitki çox az istifadə
olunur.
322
Qidaya, əsasən cavan yarpaqların 50-70 sm-dən çox
olmayan zoğları (çiliklər) istifadə olunur. Bunun tərkibində
2,5%-ə qədər alma, turşəng və digər üzvi turşular, çox
miqdarda kalium duzları, C və P vitaminləri və digər maddələr
vardır. Yazbaşı orqanizm vitamin çatışmazlığı hiss etdikdə, bu
zoğlar giləmeyvələri müvəffəqiyyətlə əvəz edir. Ravənd
zoğlarından kisel, kompot, mürəbbə, sous və qənnadı məmulatı
hazırlanır.
Uzun müddət saxlamaq üçün ravənddən püre hazırlanır.
Bu məqsədlə zoğlardan sıx qabığı təmizlənir, yuyulur və xırda
doğranır. Emallı qazana bir qədər su tökülüb qaynadılır, şəkər
həll edilir və xırdalanmış ravənd tökülüb daim qarışdırmaq
şə
rtilə zoğlar yumşalana qədər bişirilir və süzgəcdən keçirilib
püre halına salınır. Hazır püre bankalara yığılıb ağzı bağlanılır.
1 litrlik bankaya 800 q təmizlənib doğranmış ravənd, 120 q
şə
kər və 100 q su götürülür. Püreni sərin yerdə saxlamaq
lazımdır.
Ravəndin müalicəvi xassələri. Ravəndin yeyilən bitki
kimi əsas çatışmayan cəhəti onun tərkibində turşəng turşusunun
çox olmasıdır. Məlumdur ki, uşaqlar üçün bu turşunun 3-4
qramı çox təhlükəli hesab olunur. Lakin zəhərlənmə çox
miqdarda ravənd qəbul edərkən baş verir. Bu isə çox nadir
hallarda olur. Zəhərlənmədə xəstə tez-tez qaytarır və qıcolma
baş verir.
Ravənddən tibbi məqsədlər üçün istifadə olunmasına
qidadakından əvvəl başlanmışdır. Bu günə qədər ravəndin kökü
və kökümsovu öz dərman dəyərini itirməmişdir. Lakin çox vaxt
dərman xammalı kimi bostan ravəndi deyil, digər ravənd növ-
ləri (tanqut və ya uzaqgörən ravənd) istifadə olunur. Bunların
tərkibində bioloji fəal qlükozidlər, qatranlı və rəngləyici
maddələr vardır. Tannoqlikozid mədə-bağırsağa büzüşdürücü,
digər antraqlükozid isə ravənd qəbul etdikdən 8-10 saat sonra
işlətmə təsirinə malik olur. Işlətmə dərmanı kimi daimi
qəbizlikdə köklərdən hazırlanan tozvarı məhsul (0,1-0,3 q hər
323
dəfə), quru ekstrakt, şərbət və tinktura qəbul edilir. Bunu
bağırsaqlara çox qaz toplandıqda və bağırsaqların zəif peris-
taltikasında qəbul etmək məsləhət görülür. Bu preparatları 2-3
dəfə az dozada mədəni bərkitmək üçün tətbiq edirlər. Ishala
qarşı istifadə olunan tannoqlikozidlər həm də antiseptik
xassələrə malikdir.
Sarımsaq – Чеснок – Allium Sativum. Süsən
(Iridaceae) fəsiləsindən olan çoxillik tərəvəz bitkisidir (Allium
Sativum). Vətəni Cənubi Asiyadır. Mədəni halda qədimdən
becərilir. Sarımsaq hazırda bütün dünyada və müxtəlif xalqların
kulinariyasında geniş istifadə olunur. Eyni zamanda, sarımsaq
digər tərəvəzləri duza və sirkəyə qoyduqda, konserv səna-
yesində və kolbasa istehsalında istifadə olunur. Kulinariyada
xırda doğranmış və ya əzilmiş sarımsaq bir çox ət və tərəvəz
xörəklərinə, quru (ikinci) xörəklərə, həlməşiyə (холодец),
qiymələnmiş balığa və bəzi souslara əlavə edilir. Sarımsaq
qidaya tünd, ədviyyəli dad və xüsusi ətir verir. Sarımsağın bu
keyfiyyətini qorumaq üçün xörəyə bişmənin sonunda əlavə
edilməlidir.
Sarımsağın başı mürəkkəb quruluşlu olub, bir neçə
dişdən ibarətdir. Dişlərin sayı iri-xırdalığından asılıdır. Xırda-
larda 3-5 ədəd, orta irilərdə 6-12 ədəd, irilərdə isə 13-25 ədəd
diş olur. Hər diş öz pərdəsində yerləşir. Bütün dişlər birlikdə bir
köynəyə bükülür. Sarımsaq hər başın çəkisinə görə xırda (20 q-
a qədər), orta iri (20-30 q) və iri (30 q-dan çox) olur. Forması
dairəvi, yastı-dairəvi, oval və s. şəklindədir. Dadına görə tünd,
yarımtünd və zəif tünd olur.
Sarımsaqda 0,23-0,74% efir yağı vardır. Efir yağının əsas
tərkibini allin təşkil edir. Bu kükürd tərkibli aminturşusudur.
Sarımsağı əzdikdə allinaza fermentinin təsirindən həmin efir
yağı parçalanaraq allisin, ammonyak və piroüzüm turşusu
ə
mələ gəlir. Allisin maddəsi bakterisid xassəli olmaqla sarım-
sağın əsas iyini təşkil edir. Sarımsaqda olan efir yağının 60%-ni
allisin təşkil edir.
324
Sarımsağın tərkibində başqa kükürdlü birləşmələrdən
allil-propil-disulfid
maddəsi də vardır ki, bu da çox fitonsid
xassəyə malikdir. Sarımsağın efir yağı fitopatogen mikroblara
qarşı bakterisid təsir göstərir. Sarımsaqda fitonsidlər də vardır.
Sarımsaq bütöv deyil, ayrı-ayrı dişləri ilə əkilib becərilir.
O, toxum vermir. Əkilməsinə görə yaz və payız sarımsağı bir-
birindən fərqlənir. Payızda əkilən sarımsaq mürəkkəb (çoxdişli)
baş əmələ gətirir. Onun tərkibində olan quru maddə yazda
ə
kilənə nisbətən çox, dadlı və ətirli, həmçinin, çox tünd olur.
Ə
kilən sarımsaq sortları 2 qrupa bölünür: tezyetişən çəhrayı
sarımsaq və adi ağ sarımsaq. Sarımsaq sortlarına becərildiyi
rayonun adı verilir: «Mürəkkəbdişli Krasnodar», «Soçi»,
«Dunqan», «Özbək», «Ağ Ukrayna», «Qribov-260», «Enli-
yarpaq-220», «Vitebsk», «Odessa» və s.
Azərbaycanda «Masallı», «Ağ Şunduk» və «Enliyarpaq-
220» sarımsaq sortları becərilir.
Sarımsaq təzə və sirkəyə qoyulmuş halda qidaya sərf
edilir. Xörəklərə və qəlyanaltılara sarımsağı xırdalayıb qatırlar.
Ondan tamlı qatqı kimi bir çox soyuq və isti xörəklərin,
həmçinin, milli xörəklərin hazırlanmasında istifadə edilir.
Sarımsaqdan kolbasa istehsalında da istifadə edilir. Sarımsaq
xörəklərə tünd ədviyyəli dad və spesifik ətir verir.
Sarımsaq mədə-bağırsaq xəstəliklərində və ateroskle-
rozda şəfaverici bakterisid dərman kimi çox əhəmiyyətlidir.
Sarımsaq mədə-bağırsaq üzvlərinin şirə ifrazetmə fəaliyyətini
artırır, bağırsaqda gedən qıcqırma və çürümə proseslərinin
qarşısını alır və eyni zamanda, o «qurdqovucu» təsir göstərir.
Sarımsaqdan spirtli «Allilsat» adlı preparat hazırlanır və
müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunur.
Sarımsağın müalicəvi xassələri. Sarımsaqdan dərman
bitkisi kimi istifadə olunmasını ilk dəfə Dioskorid söyləmişdir.
Qədim dövrdə sarımsağı iştahanın az olması, zəifləmə, öskürək,
qarınağrısı, dəri və digər xəstəliklərdə təyin edirdilər. Sonralar
sarımsaqla müalicə daha da geniş vüsət alır. Ibn-Sina (Avi-
325
senna) sarımsağı «bütün xəstəliklər»-də tətbiq etməyi məsləhət
görürdü. Müasir təbabətdə də sarımsaq çoxsahəli tətbiq olunur.
Onu xüsusilə qida həzmini yaxşılaşdırmaq üçün həvəslə
yeyirlər. Sarımsaq iştahanı artırır, qida həzmində iştirak edən
fermentlərin və ödün ifrazını artırır, qidanın yaxşı həzminə
kömək edir. Sarımsaq, həmçinin, bağırsaqlardakı ağrıları
aradan qaldırır və onu sakitləşdirir. O, həm də sidik ifrazını
artırır, cinsi vəzilərin ehtiras fəaliyyətini yaxşılaşdırır, periferik
və ürəyin qan (tac) damarlarını genişləndirir, ürəyin yığılmasını
artırır və ürək ritmini yavaşıdır. Sarımsağın araqdakı tinktura-
sından müalicəvi vasitə kimi böyrək və sidik kisəsində daş ol-
duqda, yel xəstəliyində və podaqrada istifadə olunur. Sarım-
saqdan tənəffüs orqanları və dəri xəstəliklərində, bağırsaq və
digər infeksion xəstəliklərdə geniş istifadə olunur. Avropada və
Kubada sarımsaq yağından sarılığa qarşı istifadə olunur.
Sarımsağı tez-tez hipertoniya xəstəliyində və ateroskle-
rozda istifadə edirlər. Sarımsaq bu xəstəliklərlə müşayiət
olunan başağrısı, başgicəllənmə, yuxusuzluq, zehni fəaliyyətin
zəifləməsi hallarının aradan qaldırılmasına kömək edir. Belə
hallarda gündə 2-3 diş sarımsaq yemək, eləcə də həmin miqdar
sarımsağı mədə-bağırsağın infeksion xəstəliklərində, kolitdə və
bronxitdə qəbul etmək məsləhət görülür.
Sarımsağın xaricə tətbiqi də müxtəlifdir. Sətəlcəm,
bronxial astma (təngnəfəslik) və göy öskürəkdə sinəni kərəyağı
və ya donuz piyi ilə qarışdırılmış sarımsaq əzintisi ilə ovxa-
layırlar. Bişirilmiş sarımsaq əzintisi ilə kərəyağı və ya süddə
bişirilmiş sarımsaq irinli yaraların daha tez yetişməsi və ağrılı
döyənəklərin (mozol) yumşaldılması üçün yaxşı vasitə hesab
olunur. Ziyil, dəmirov, ekzema və digər dəri xəstəliklərini təzə
sarımsaq əzintisi və ya şirəsi ilə müalicə edirlər. Saçları
möhkəmləndirmək üçün başın dərisi sarımsaq şirəsi ilə silinir.
Sarımsağın orqanizmin infeksion xəstəliklərə qarşı
müqavimətini artırmaq üçün istifadəsi, hətta qanlı ishal, qarın-
yatalağı, vəba kimi xəstəliklərin xalq təbabətində sarımsaqla
326
müalicə üsulları hazırda öz elmi izahını tapmışdır. Sarımsaqda
çox güclü təsirə malik və tərkibində uçucu maddələr olan
fitonsidlər vardır. Sarımsaqdan allisin adlı antibiotik alınmışdır.
Bu, çox zəif qatılıqda belə (1:25000) bakteriyalara öldürücü
təsir göstərir. Allisin sarımsağın tərkibində alliindən əmələ gəlir
və suda həll olan yağlıtəhər xüsusi iyə malik mayedir. Allisin
saxlanılma zamanı asanlıqla parçalanır. Sarımsağın fitonsidləri
streptokokkları, stafilakokkları, tif bakteriyalarını, vəba
vibrionlarını (əyri çöpşəkilli mikrob), vərəm çöplərini və digər
xəstəliktörədən mikrobları öldürür. Bununla da sarımsağın və
ondan hazırlanan preparatların cürbəcür (müxtəlif) istifadə
edilməsini şərtləndirir.
Bir dilim sarımsağı bir neçə dəqiqə ağızda çəynədikdə
bütün ağız boşluğunda olan bakteriyaları öldürür. Sarımsaq
fitonsidlərinin uçucu fraksiyasını bir neçə dəfə iyləməklə qrip
və angina müalicə olunur. Qripə qarşı profilaktik vasitə kimi
sarımsaq əzintisini pambıq piltə (tampon) ilə buruna qoyurlar.
Kliniki müşahidə nəticəsində sarımsaq fitonsidlərinin yuxarı
tənəffüs yollarının iltihabı, göy öskürək, ağciyərin iltihabi və
irinli prosesləri, qulağın irinli və gözün selikli qişasının iltihabı,
kolit (yoğun bağırsağın iltihabı) və bakterial qanlı ishalın
müalicəsində sözsüz səmərə verməsi təsdiq olunmuşdur. Təzə
sarımsaq əzintisini tənzifə büküb irinli yaraya və pis sağalan
xoralara qoyurlar. Belə əzintini qinikoloji təcrübədə də istifadə
edirlər.
Stomatoloqlar müəyyən etmişlər ki, sarımsaq fitonsidlə-
rindən istifadə olunması çürümüş dişlərin çıxarılmasından
sonra baş verən ağırlaşmaların sayı 10-15 dəfə azalmışdır.
Sarımsaqdan uşaqlarda qurda qarşı vasitə kimi istifadə
olunması çox geniş yayılmışdır. Bu məqsədlə sarımsaq
ə
zintisini və ya bütöv dilimləri düz bağırsağa yeridir və yaxud
da 5-8 dilim sarımsaqdan hazırlanmış ilıq həlimlə imalə edirlər.
Ə
czaçılıq sənayesində sarımsaqdan bir neçə müalicəvi
preparatlar hazırlanır. Sarımsaq tinkturası və allilsat (sarım-
327
sağın spirtdə hazırlanan cövhəri) bağırsağın fəaliyyətinin
zəifləməsi zamanı oradakı çürümə və qıcqırma proseslərini dəf
etmək üçün, eləcə də hipertoniya xəstəliyində və aterosklerozda
istifadə olunur.
Sarımsağın quru ekstraktı alloxol preparatının tərkibinə
daxildir. Alloxolun tərkibinə, həmçinin, heyvanın quru ödü,
gicitkən ekstraktı və aktivləşdirilmiş kömür daxildir. Alloxol
preparatı qaraciyərin və öd kisəsinin kəskin və xroniki
iltihabında, eləcə də vərdişi qəbizlikdə istifadə olunur.
Sarımsağın şişlərə qarşı xassələri də öyrənilir. Hələ 1936-
cı ildə məlum olmuşdur ki, heyvanların laboratoriya şəraitində
sarımsaqla yemlənməsi onlarda xərçəng xəstəliyinin ləngimə-
sinə səbəb olmuşdur. Son illər yapon alimləri xərçəng hücey-
rələrini sarımsaq ekstraktı ilə işləyib orqanizmin bədxasiyyətli
ş
işlərə qarşı immunitetinin artırılması məqsədilə istifadə etmə-
yin mümkünlüyünü eksperiment yolla tədqiq etmişlər. Nəticədə
məlum olmuşdur ki, heyvanlara sarımsaq ekstraktı ilə işlənmiş
xərçəng hüceyrələri yeridildikdən sonra, həmin heyvanlara
çoxlu miqdarda həyat qabiliyyəti olan şiş hüceyrələri ilə
peyvənd edildiyindən sonra belə onlar xəstəliyə tutulmamışlar.
Savoy kələmi – Савойская капуста – B. sabauda L.
Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Kələm başının boş
və yarpaqlarının qırışıq olması ilə fərqlənir.
Savoy kələminin tərkibində 3-6% şəkər, 2,0-2,8% azotlu
maddə, 1,1-1,3% sellüloza, 0,8% mineral maddə, 31-58 mq% C
vitamini vardır. Əsasən aşpazlıqda müxtəlif 1-ci və 2-ci
xörəklərin hazırlanmasında istifadə edilir. Turşutmaq və
qurutmaq üçün yararsızdır. Tezyetişən Vyana, Yubiley, Vertyu
və s. sortları geniş yayılmışdır. Savoy kələmi öz tərkibinə görə
ağbaş kələmdən geri qalmır. Savoy kələmində də C və U
vitamini, mineral duzlar, fermentlər və digər faydalı maddələr
olduğundan pəhriz qidasında və müalicəvi məqsədlə istifadə
olunur.
328
Ş
alğam – Репа, турнепс – Brassica rapa. Xaççiçəklilər
(Cruciferae) fəsiləsindən olan ikiillik tərəvəz bitkisidir
(Brassica rapa). Şalğam birinci il kök və şaxəli yarpaq, ikinci
il isə çiçəkləyir və toxum verir. Şalğamın tərkibində 8,5-16,9%
quru maddə vardır ki, bunun da yarısını şəkərlər təşkil edir.
Ş
imal zonasında yetişən şalğamda 4-73 mq%, orta zonada
yetişəndə isə 22-50 mq% C vitamini vardır. 1,23-2% zülali
maddə, B
1
, B
2
vitamini və karotin (provitamin A) vardır.
Ş
alğamın spesifik iyi tərkibindəki xardal yağının miqdarından
asılıdır. Təzə, qiymələnmiş, bişirilmiş və qızardılmış halda
qidaya sərf olunur.
Ş
alğamın müalicəvi xassələri. Qidalılıq və vitaminlik
dəyərinə görə şimal və yüksək dağlıq rayonların əhalisi üçün
daha çox lazımdır. Müalicəvi qidalanmada şalğam, əsasən
qəbizlikdə istifadə olunur. Lakin kəskin mədə-bağırsaq sətəlcə-
mində şalğam əks-təsirə malikdir.
Xalq təbabətində şalğam şirəsinin şəkərlə bişirilməsində
alınan məhsul sinqanın müalicəsində istifadə olunur. Şalğam
həlimini sidikqovucu və bəlğəmgətirici vasitə kimi qəbul edir-
lər. Bişirilmiş şalğam əzintisindən oynaqlardakı podaqra ağrı-
larına qarşı təpitmə qoyulur, duru həlimlərlə vanna qəbul edilir.
Ə
vvəllər şalğamdan zəif sakitləşdirici vasitə kimi də istifadə
etmişlər. Axşam yatmazdan qabaq 1 stəkan şalğam həlimi iç-
mək məsləhət görülür. Təzə şalğam əzintisi ilə qaz yağından
(2:1) məlhəm hazırlanır və donmuş yerləri müalicə edirlər.
Ş
alğam kökündən alınan həlim və şirədən kəskin
soyuqdəymə nəticəsində öskürəkdə, xroniki bronxitdə, bronxial
astmada məsləhət görülür. Həlimi 2 xörək qaşığı xırda
doğranmış şalğamla bir stəkan suda hazırlayır, gündə 4 dəfə 1/4
stəkan içirlər.
Ş
üyüd – Укроп – Anethum graveolens. Çətirçiçəklilər
(Umberilitaceae) fəsiləsindən olan birillik bitkidir (Anethum
graveolens). Vətəni Cənubi Avropa, Misir və Kiçik Asiyadır.
Qərbi və Şimali Avropada XVI əsrdən məlumdur. Bütün
329
rayonlarda mədəni dirrik bitkisi kimi becərilir. Rusiyada və
Zaqafqaziyada ən çox yayılmış ətirli tərəvəzdir.
Ş
üyüdün yaşıl yarpaqlarından xörəklərin dad və ətrini
yaxşılaşdırmaq üçün bir ədviyyə kimi istifadə edilir. Əgər
ş
üyüdü çiçəklədikdən sonra tədarük edirlərsə, onu əsasən xiyar,
pomidor, kələm və başqa məhsulların duza və turşuya qoyul-
masında istifadə edirlər. Şüyüd toxumları bir çox qənnadı və
çörək məmulatının hazırlanmasında işlədilir. Şüyüddən,
həmçinin, təbabətdə də istifadə edirlər. Şüyüd yağı sabun
bişirmədə yardımçı və ətirverici xammal kimi işlədilir.
Ş
üyüd toxumlarının tərkibində 2,5-4%-ə qədər efir yağı
vardır. Ən çox efir yağı tam yetişmiş, lakin qurumamış toxum-
lardan əldə edilir. Şüyüdün yaşıl yarpaqlarında quru maddəyə
görə 0,56-1,5% efir yağı vardır. Toxumun tərkibində, həmçinin,
15-18% piyəbənzər yağ və 14-15% zülali maddə vardır. Yağın
tərkibində 25,35% petrozelin, 65,46% olein, 3,05% palmitin və
6,13% linol turşusu vardır. Yaşıl yarpaqlarında C vitamini,
karotin, həmçinin, flavanoidlərdən – kversetin və kempferol
vardır.
Ş
üyüdün tərkibində 135 mq% C vitamini, göyərtisində
0,8-1,2%-ə qədər efir yağı olduğundan müxtəlif xörəklərdə
tamlı qatma kimi istifadə olunur. Qidanı vitaminləşdirir və ona
xüsusi dad verir. Təzə şüyüd salat, vineqred, ət, balıq və tərəvəz
xörəklərinə qatılır. Bir qayda olaraq, hazır xörəyə və ya
bişməyə 5 dəq qalmış şüyüd əlavə edilir. Uzun müddət saxla-
maq və qış mövsümündə istifadə etmək üçün şüyüd qurudulur.
Ş
üyüd efir yağından qənnadı, konserv, likör-araq məmulatı
istehsalında və ətriyyatda istifadə olunur.
Ş
üyüdün müalicəvi xassələri. Xalq təbabətində şüyüd
bağırsaqlardakı kəskin qıcqırmaya qarşı məsləhət görülür. Qida
həzmini yaxşılaşdırmaq və qazqovucu vasitə kimi şüyüd
toxumlarından hazırlanan tozvari məhsul və ya ondan hazır-
lanmış tinkturadan istifadə etmək məsləhət görülür. Tozvarı
məhsula bir qədər şəkər əlavə edilir və yeməkdən yarım saat
330
ə
vvəl 1/2-1 çay qaşığı qəbul edilir. Tinktura 1 xörək qaşığı
xırdalanmış toxumla bir stəkan qaynanmış suda hazırlanır və
yeməkdən qabaq 1/3-1/2 stəkan içilir. Belə tinktura sidik-
qovucu və bəlğəmgətirici vasitə kimi, eləcə də əmzikli qadın-
larda süd əmələ gəlməsini artırmaq məqsədilə təyin olunur.
Eyni zamanda, müxtəlif xəstəliklərdə ağrıkəsici və sakitləş-
dirici vasitə kimi, əsəb gərginliyi və səksəkəli yuxuya qarşı
axşamlar 1 stəkan içilir.
Eksperimentlər nəticəsində şüyüd tinkturasını damar
daxilinə yeritdikdə heyvanlarda arterial təzyiq aşağı düşür,
damarlar genişlənir, ürəyin fəaliyyəti yaxşılaşır, bağırsaqlar
boşalır, sidik ifrazı artır. Ətirli şüyüddən mülayim spazmatik
təsirə malik anetin preparatı alınmışdır. Anetin ürəyin xroniki
tac damarlarının çatışmazlığında, sinə astması ağrılarının profi-
laktikasında, həmçinin, qarın boşluğu orqanlarının spazmasına
qarşı təyin olunur. Xəstəyə gündə 3-5 dəfə bir həb (0,1 q) hə-
min preparatdan qəbul etmək məsləhət görülür. Müalicə kursu
5-8 həftə davam edir.
Topinambur, yeralması (yerarmudu) – Топинамбур,
земляная
груша – Helianthustuberosus L. Yeralması
Mürəkkəbçiçəklilər (Compositae) fəsiləsinə aid çoxillik bitki
olub, kökyumrusu 50-60 q-dır. Yeralmasının vətəni Şimali
Amerika hesab edilir. Avropa qitəsində XVII əsrdən əkilməyə
başlanmışdır. Tərkibində 13-20% inulin, 6% şəkər, 5% protein
və 2% mineral maddə vardır. Tərkibində 28 fruktoza qalığından
ibarət inulin polişəkəri olduğundan, ondan sənayedə fruktoza
alınmasında istifadə olunur. Ona görə də topinamburdan səna-
yedə fruktoza və spirt istehsal edilir. Bişirilmiş və qızardılmış
halda yeyilir. Quraqlığa və şaxtaya davamlıdır. Yem bitkisi
kimi də əhəmiyyətlidir. Ilk dəfə 1925-ci ildə yeralmasındakı
inulindən fruktozanın alınma texnologiyası işlənib hazırlanmış-
dır. Ondan şəkər xəstəliyinin müalicəsində və profilaktikasında
istifadə olunur.
331
Turşə ng (quzuqulağ ı) – Щавель , кисличник –
Rumex acetosa L. Turşəng Qarabaşaq (Fagopurumaceae)
fəsiləsindən yabanı halda bitən çoxillik ot bitkisidir. Vətəni
Qərbi Avropadır. XIV əsrdə Fransada turşəngdən şorba, sous
və digər xörəklər hazırlanırdı. Onun tərkibində çoxlu miqdarda
dəmir, kalium və kalsium vardır. 70 mq% C vitamini, 2,9 mq%
karotin, 2,6% azotlu maddə, 2,2% şəkər, 1,6% sellüloza və
0,6% turşu vardır. Turşunun əsasını turşəng turşusu təşkil edir.
Turşəngdə turşəng turşusunun K duzu olur və orqanizmdə Ca
duzuna çevrilir və mənimsənilir. Turşəngin geniş yayılmış
sortlarından Altay, Belvil, Odessa, Maykop və Enliyarpağı
göstərmək olar.
Dostları ilə paylaş: |