Dəfnə yarpağının müalicəvi xassələri. Yunan mifolo-
giyasına görə bu bitki Appolona həsr olunmuşdur. Çünki o, öz
musiqi alətini və başını (alnını) dəfnə budaqları ilə bəzəyirdi.
Dəfnə çələngi (əklili) qələbənin və şöhrətin rəmzi hesab olu-
nurdu. Müasir dövrdə bəzən beynəlxalq müsabiqələrin və
yarışların qalibləri dəfnə çələngi ilə mükafatlandırılır. Dəfnənin
meyvəsindən alınan piyli-efirli dəfnə yağı xalq təbabətində
qıcıqlandırıcı sürtkü məlhəmi kimi yel xəstəliyinə, qıcolmaya
354
və əzələlərin iltihabına qarşı tətbiq olunur. Dəfnənin dərman
kimi tətbiqi qədimdən məlum olmasına baxmayaraq, tibbdə
lazımi qədər öz təsdiqini tapmamışdır.
Ə
tirli istiot –Перец душистый – Pimenta officinalis.
Mərsin (Myrtaceae) fəsiləsinə aid olan Piment bitkisinin
yetişməmiş yaşıl rəngli meyvələrinin qurudulmasından alınır.
Ə
tirli istiotun əsas vətəni Cənubi Amerika, Hindistan və Vene-
suela sayılır. Bu istiot, əsas etibarıilə Yamayka adasından başqa
ölkələrə göndərilir. Meksikada becərilən ətirli istiot Yamay-
kada becərilən istiotdan xeyli aşağı keyfiyyətli hesab edilir.
Ə
tirli istiotu hazırlamaq üçün Piment bitkisindən yığılmış
yetişməmiş yaşıl meyvə gün altında və ya xüsusi sobalarda
qurudulur. Qurutma zamanı istiot dənləri tünd qırmızı, qəhvəyi
rəng alır, lakin dənlərin səthi qara istiot kimi büzüşmür. Ətirli
istiotun kimyəvi tərkibi faizlə aşağıdakı kimidir: su – 8,9;
azotlu maddələr – 10,6; efir yağları – 4,3; yağ – 9,2; azotsuz
ekstraktlı maddələr – 41,3; sellüloza – 23; kül – 6,1. Bu istiotun
tərkibində olan efir yağlarının əsas hissəsi (80-90%-i) evge-
noldan
və ona yaxın sayılan fenollardan ibarətdir. Ətirli istiotun
100 dənəsi 7,7 q-a qədər olur ki, bu da dənlərin daha iri ol-
masını göstərir. Bu istiot bəzən mixək istiotu da adlanır. Dən-
ləri yuvarlaq formada, 3-8 mm diametrdə, tünd qəhvəyi rəng-
dədir. Ümumi külü 6%-ə qədər, üyüdülmüşdə metal qarışığı 10
mq/kq-dan çox olmamalıdır. Ətirli istiot 15 və 25 q kütlədə
kağız paketlərdə və ya karton qutularda satışa buraxılır.
Ə
tirli istiotun müalicəvi xassələri qara istiot kimidir.
Ə
tirşah – Герань – Geranium L. Ətirşah (Gera-
niaceae) fəsiləsindən zəngin qol-budağa malik 1 m-ə qədər
hündürlükdə yarımkol bitkidir. Tərkibində daha çox efir yağı
olan çəhrayı ətirşah (Pellargonium roscum Willd) daha çox
xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Tərkibində 0,09-0,16%
efir yağı vardır.
355
Yarpaqları tünd yaşıl rəngdə, kənarları dilimli olub 5
hissədən ibarətdir. Çiçəkləri çəhrayı-bənövşəyi rəngdədir.
Yerüstü gövdəsinin aşağı hissələri odunlaşmışdır.
Ş
imal yarımkürəsində bitən 400-dək növündən Azərbay-
canda 23 növü yayılmışdır. Bu növlərdən sənaye əhəmiyyəti
olan qızılgül ətirşahıdır.
Ə
tirşah bitkisi Cənubi Afrikada çox geniş yayılmışdır.
Ona görə də ətirşahın əsil vətənini Afrika hesab edirlər. Qiy-
mətli efir yağlı bitki olduğu üçün bir çox ölkələrdə o cümlədən
Gürcüstanın qərb rayonlarında və Abxaziyada becərilir. Ətirşah
respublikamızda da müvəffəqiyyətlə becərilir.
Yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq efir yağının
miqdarı 0,1-0,2%, o cümlədən yarpaqlarında 0,35-0,40%, zoğ-
larında 0,01% təşkil edir. Efir yağının çıxarı orta hesabla
0,09%-dən 0,16%-ə qədər təşkil edir. Bu yağ, əsasən geraniol
(20-25%) və sitronelloldan (65-70%) ibarət olduğu üçün qızıl-
gül yağının iyini verir. Ümumiyyətlə, ətirşah efir yağında 40-
dan çox ətirli komponent vardır. Bəzi növlərinin yarpaqlarında
C vitamini və karotin də var.
Ə
tirşah çox məhsuldar efir yağlı bitkidir. Onu yayda 3-4
dəfə toplayıb istifadə etmək olar. Ətirşah efir yağı ətriyyat sə-
nayesində ətirlərin, sabunların və üz məlhəmlərinin əsas tərkib
hissəsi kimi tətbiq edilir. Yeyinti sənayesində isə spirtsiz və
spirtli içkilərin, eləcə də qənnadı məmulatının ətirləndirilməsi
üçün istifadə olunur. Bir sıra dərmanların hazırlanmasında da
ə
tirşah yağı tətbiq edilir.
Dərman məqsədilə ətirşahın ən çox çiçəklənən baş his-
sələrindən istifadə olunur. Odur ki, bitkinin yerüstü hissəsini
yay fəslində 3-4 dəfə toplayır və efir yağı zavoduna göndərirlər.
Burada bitkinin yerüstü hissələrindən su buxarı üsulu ilə efir
yağı alınır ki, bu yağ maye halında olub, xoşagələn ətirli iyi
vardır. Ətirşahın tərkibində 2%-ə qədər efir yağı olur.
356
Azərbaycann subtropik iqlimli rayonlarında ətirşah bit-
kisinin qızılgül bitkisi kimi sənaye əhəmiyyətli plantasiyasının
salınması son dərəcə perspektivlidir.
Gülxətmi – Шток-роза, алтей розовый – Althaea
afficinalis L. Əməköməci (Malvaceae) fəsiləsindən olan çox-
illik ot bitkisidir. 1-1,5 m hündürlükdə qol-budaqlı gövdəsi
vardır. Gövdənin üzərində yerləşən yarpaqları saplaqlıdır. Yu-
xarı hissədəki yarpaqları yumurtavarı, aşağı və orta hissədəkilər
isə ürəkşəkillidir. Solğun çəhrayı rəngli çiçəkləri yarpaqların
qoltuğunda, gövdə və budaqların üzərində yerləşir.
Gülxətmi iyun ayından çiçək açmağa başlayır, sentyabra
qədər çiçəkləyir. Yabanı halda Orta və Cənubi Avropada,
Zaqafqaziyada, Krımda, Orta Asiyada yayılmışdır. Azərbayca-
nın bir çox rayonlarında aptek gülxətminə təsadüf olunur. Belə
ki, nəmli çəmənliklərdə, çay kənarında və kolluq yerlərdə
gülxətmi daha çox yayılmışdır. Dərman məqsədilə bitkinin yaz
və payız aylarında köklərini tamam çıxarır, sonra odunlaşmış
özək kökü kəsib atır, cavan yumşaq kökləri isə ayırır, soyuq su
ilə tez yuduqdan sonra açıq havada qurudub aptek anbarına
təhvil verirlər. Qurudulmuş gülxətmi kökü ağ rəngli, zəif
qoxulu, şirintəhər dadlı olur.
Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu
parçalandıqda qalaktoza, qlükoza, arabinoza, ramnoza alınır.
Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, yağ, 2% asparagin,
4% betain, 1,7% yağ, o cümlədən lesitin, fitosterin, 11-16%
pektinli maddə və vitaminlər vardır. Çiçəklərində pişikotunun
ə
trini xatırladan turşular olan efir yağı vardır. Yarpaqlarında se-
likli maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır.
Gülxətminin müalicəvi xassələri. Gülxətmi kökünün
tərkibində əsas təsiredici maddə selikdir. Ona görə də onun kö-
künün dəmləməsi otaq temperaturu şəraitində hazırlanır. Kö-
kündən hazırlanmış bir sıra preparatlar tənəffüs yollarının
iltihabında yumşaldıcı və bəlğəmgətirici dərman kimi geniş
357
istifadə olunur. Son illərdə gülxətmi kökündən quru, qatı və
duru ekstrakt şəklində də istifadə edilir.
Xalq təbabətində gülxətminin ən çox çiçəklərindən
istifadə edilir. Çiçəklərini tam açılan vaxt yığır və kölgəli, quru
havalı yerdə qurudurlar. Sonra bu çiçəklərdən çay dəmləyib bir
sıra xəstəliklərin müalicəsində – soyuqdəymədə sinəyumşaldıcı
kimi, sidik yollarının iltihabında iltihabı aradan qaldırıcı kimi,
eləcə də mədə-bağırsaq xəstəliklərində iltihaba qarşı tətbiq
edilir.
Sidik yolları iltihabı xəstəliklərində çox zaman gülxətmi
ilə əməköməcinin bahar fəslində yığılmış və təmizlənib günəş
altnda qurudulmuş köklərini xırdalayır, sonra hər iki bitkidən
ayrı-ayrılıqda 5 q götürüb 1 litr suda çay kimi dəmləyir, hə-
rəsindən gündə 3 dəfə 1 stəkan xəstəyə içirirlər.
Hil – Кардамон – Elettaria Cardamomum White et
Maten. Zəncəfil bitkiləri (Zingiberaceae) fəsiləsindən olan
çoxillik kardamon bitkisinin yetişməyən meyvəsinin qurudul-
masından alınır. Yabanı halda Cənubi Hindistanın rütubətli dağ
meşələrində (Kardamon meşələrində) və Vyetnam meşələrində
yayılmışdır.
Hil meyvəsi oval formada, uzunluğu 8-40 mm yaşılımtıl,
qəhvəyi rəngdə, ağardılmışı isə sarımtıl-ağ rəngdə olub daxi-
lində 9-18 ədəd qırmızımtıl-qonur rəngli, zəif yandırıcı xassəli,
xoş ətirli, büzüşmüş xırda toxumu olur. Qurudulmuş meyvənin
20-53%-ni qabıq, 47-80%-ni isə toxumu təşkil edir.
Hilin əsas vətəni Hindistan sayılır, lakin bu bitki Sey-
londa, Madaqaskarda, Afrikanın qərb hissəsində və Amerikada,
xüsusən mərkəz rayonlarında becərilir. Hilin istifadə olunan
ə
sas hissəsi onun toxumu sayılır. Lakin toxumlar meyvədən
(qozadan) ayrıldıqdan sonra öz ətrini itirdiyi üçün hil qozası
bütöv halda satışa buraxılır. Hilin toxumunun tərkibində faizlə
aşağıdakı maddələr vardır: azotlu maddələr – 11-15; efir yağları
– 3-5; yağ – 1-2; karbohidratlar – 35-60; o cümlədən, şəkər –
0,5-0,8; nişasta – 30-50; pentozanlar – 4-7; pektinli maddələr –
358
0,5; sellüloza – 11-19; mineral maddələr – 2-10. Hil toxumunda
olan efir yağlarının əsasını
α
- terpineol;
α
- limonen, sineol,
terpenilasetat
təşkil edir. Hil qozasının qabığında efir yağları
yox dərəcədə (0,1-0,7%), sellüloza isə çoxdur (28-31%).
Üyüdülmüş hil toxumundan unlu şirniyyatda, kulinariyada, kol-
basa məmulatları istehsalında istifadə olunur, hil bütöv meyvə
halında 10 q kütlədə karton qutularda satışa buraxılır. Nəmliyi
12%-ə, külü 10%-ə qədər, zədəli toxumlar 0,5%-ə qədər
olmalıdır.
Hilin müalicəvi xassələri. Hil həzmi yaxşılaşdırır, ürəyi
və mədəni möhkəmləndirir, əhvali-ruhiyyəni yüksəldir. O, eyni
zamanda tər iyini aparır, ağız qoxusunu ətirli edir. Hili mədə
xəstəliyi, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşı zamanı
işlətmək xüsusi əhəmiyyətə malikdir. Onu toz halında buruna
çəkirlər və müxtəlif səbəbdən yaranan başağrılarını sakitləşdir-
məkdə istifadə olunur.
Hilin toxumundan tibdə bir çox xəstəliklərin – ödqovucu,
öskürək, zökəm, revmatizm və s. müalicəsində istifadə olunur.
Ə
dviyyat kimi xörəklərə və şirniyyat məmulatına əlavə edilir.
Şə
kərburanın və paxlavanın əvəzolunmaz ədviyyəsidir.
Hindistanda hil kökündən stimullaşdırıcı vasitə kimi,
eləcə də qanlı ishala və böyrəkdaşı xəstəliklərində istifadə
olunur.
Xardal – Горчица – Brassica. Xaççiçəklilər
(Cruciferae) fəsiləsindən birillik ot bitkisidir. Xardalın 3 növü
vardır: sarept xardalı, qara və ağ xardal. Hər üç növ xardal 0,5-
1,0 m hündürlükdə yerüstü gövdəyə malikdir. Yarpaqları
lansetşəkilli, çiçəkləri xırda, sarı və dörd ölçülüdür. Meyvəsinin
içərisində 4-6 toxum olur. Toxumları növündən asılı olaraq qa-
ratəhər solğun, tutqun-qonur və ya sarı-qonurdur.
Qara xardal (Brassica nigra Koch) - həqiqi və ya fran-
sız xardalı adlanır. Əsasən Cənubi Avropada (Fransa, Italiya)
becərilir. Quraqlığa davamlı olduğundan ancaq Qərbi Avro-
panın cənub hissəsində, Belorusda yetişdirilir. Rusiyada çox az
359
yayılmışdır. Qara xardalın ətri daha çox hiss edilir. Ondan ən
yaxşı aşxana xardalı hazırlanır ki, bu da kulinariyada geniş
miqyasda istifadə olunur.
Sarept xardalı (Bassica juncea Csern) rus xardalı
adlanır. Sarept xardalı sərt iqlimə və quraqlığa davamlı oldu-
ğ
undan Rusiyada Volqa çayının aşağı hissələrində, Ukraynada,
Ş
imali Qafqazda, Qara dəniz sahillərində və Qırğızıstanda
becərilir. Ən çox Volqoqrad yaxınlığında Krasnoarmeyski ra-
yonunda becərilir. Keçmişdə bu rayon Sarept kəndi adlan-
dığından bu xardala sarept xardalı adı verilmişdir.
Ağ xardal (Brassica alba Boiss) – sarı və ya ingilis
xardalı adlanır. Rusiyanın mərkəzi qaratorpaq vilayətlərində və
cənub rayonlarında, həmçinin, Ukraynada becərilir. Ondan
xardal yağı alınır. Ağ xardalın tərkibində siniqrin qlükozidi az
olduğundan iyi zəfidir. Ona görə də ağ xardaldan aşxana xar-
dalı hazırladıqda əlavə olaraq başqa ədviyyələrlə zənginləş-
dirmək lazım gəlir.
Sarept xardalının meyvəsi gövdəyə yapışmış göyümtül
və ya sarı rəngdə olur. Qara xardalın toxumları daha xırda
olmaqla qırmızı qonur rəngdədir. Səthində şırımlar vardır.
Xardalın bibər yarpaqlarına bənzər yarpaqları olur. Bu
yarpaqların dibində xüsusi çiçəkli salxımlar əmələ gəlir və bu
salxımlarda xardal meyvəsi olur. Xardal meyvəsi ağ-sarımtıl
rəngdə olub, tərkibində 32,7-33,8% yağ vardır. Xardalı istifadə
etmək üçün onun yağı ayrılır, jmıxı isə kirşan halında üyüdülüb
satışa və ictimai iaşə müəssisələrinə buraxılır.
1000 ədəd sarı xardal dənin çəkisi 2,4-2,82 q, göyümtül
xardalın isə 2,14-2,73 q-dır. Tərkibində 0,70-0,79% allil yağı
vardır. Qlukozidlərdən siniqrin və sinalbin var. Xardal isti su
ilə qarışdırdıqda mirozin (mirsulfataza) fermentinin təsiri ilə bu
qlükozid parçalanır və xardal-allil yağı əmələ gəlir.
Xardalın tərkibində növündən asılı olaraq 7,2-7,6% su,
27,6-29,1% azotlu maddə, 32,7-33,8% yağ, 0,87-0,93% efir
360
yağları, 20-29% azotsuz ekstraktlı maddələr, 5-5,8% minerallı
maddə, siniqrin və snalbin qlükozidləri vardır.
Xardal toxumlarından müxtəlif məqsədlər üçün istifadə
edilir. Əvvəla, tərkibində yüksəkkeyfiyyətli yeməli yağ oldu-
ğ
undan, bitki yağı istehsalında xammal kimi istifadə olunur.
Yağ alındıqdan sonra yerdə qalan jmıxdan kirşan halında üyü-
dülmüş xardal tozu əldə edilir. Həmin xardal tozundan aşxana
xardalı hazırlanır. Xardaldan təbabətdə də geniş miqyasda
istifadə edilir.
Xardalın əsas təsiredici maddəsi siniqrin qlükozididir.
Qara xardalda 2,81%, sarept xardalında 2,35%, ağ xardalda isə
0,61% siniqrin qlükozidi vardır. Xardal tozunu isti su ilə
qarışdırdıqda toxumlarda olan mirozin fermentinin təsirindən
siniqrin parçalanır və nəticədə allil-xardal yağı, kalium-hidro-
sulfat və qlükoza əmələ gəlir. Allil yağı tünd yandırıcı xassəyə
malikdir. Bu yağın həm də kəskin fitonsid xassəsi vardır, çünki
o, zərərli mikroorqanizmlərin artmasının qarşısını alır. Ağ
xardalın tərkibindəki sinalbin qlükozidi parçalandıqda isə turş
sinalpin, qlükoza və sinalbin yağı əmələ gəlir.
Ticarət şəbəkəsinə xardal tozu və aşxana xardalı daxil
olur. Xardal tozundan kulinariyada və yeyinti sənayesində
aşxana xardalı, mayonez və başqa tamlı qatqıların hazırlanma-
sında geniş istifadə edilir.
Xardal tozunu 100 q tutumlu daxildən podperqament və
ya sellofan sərilmiş paketlərə qablaşdırırlar. Həmin paketləri və
çəkilib-bükülmüş xardalı 20 kq tutumlu taxta yeşiklərə və 50
kq tutumlu ikiqat kağız kisələrə qablaşdırırlar.
Xardal tozu keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə
sortunda buraxılır. Allil yağı 1-ci sort xardalda 1,1%-dən, 2-ci
sortda isə 0,9%-dən az olmamalıdır. Nəmliyi 10%-dən, külü
6%-dən və 10%-li xlorid turşusunda həllolmayan külün miqdarı
0,6%-dən çox, yağlılığı isə 10%-dən az olmamalıdır.
Xardalın müalicəvi xassələri. Iştahgətirici, həzmi
yaxşılaşdırıcı və digər xüsusiyyətlərə malikdir. Bu əsasən
361
ə
dviyyat bitkisi sayılır. Xardalın toxumlarından çay hazırlanır.
Ikifaizli xardal yağından (cövhərindən) soyuqdəymədə qızış-
dırıcı sürtkü kimi istifadə edilir. Bundan başqa, onun spirtli
məhlulu soyuqdəymə, revmatizm, plevrit, pnevmoniya, radi-
kulit, əsəb xəstəliyi, hipertoniya, böyrək, sidik yolları, öd kisəsi
və digər xəstəliklərin müalicəsində istifadə olunur.
Xardal mədə şirəsinin ifrazını artırır, qidanın həzmini
yaxşılaşdırır və qəbzliyə meyilliyi azaldır. Bu məqsədlə ac-
qarına 1-12 ədəd xırdalanmış xardal toxumu və ya 1/4-1/3 çay
qaşığı xardal tozu su və ya südlə qəbul edilir. Bunun miqdarı
tədricən 20 toxum və ya 3/4-1 çay qaşığına qədər artırılır.
Xardal toxumu həm də «mədə çayı»nın tərkibinə daxildir və bu
çay bağırsaqların fəaliyyətini nizamlayır. Bu çayın tərkibi belə-
dir: xardal toxumu – 2 hissə, cirə toxumu – 2 hissə, boy-
madərən otu – 2 hissə, murdarça qabığı – 2 hissə, biyan kökü –
3 hissə. Bunlar qarışdırılır, 2 çay qaşığı götürülüb, 1 stəkan
qaynar suda 10 dəqiqə qaynadılır, süzülür, səhər və axşam
yarım stəkan içilir. Yadda saxlamaq lazımdır ki, böyrəyin ilti-
habında və ağciyər vərəmində xardaldan istifadə etmək məs-
ləhət deyil.
Xardal efir yağının tərkibində 40%-ə qədər allil-xardal
yağı var. Bu yağ insanın dərisini yandırır və kəskin qızardır.
Buna səbəb qıcıqlanan sahəyə qanın daha çox yığılmasıdır. Efir
xardal yağının spirtdəki ikifaizli məhlulu xardal spirti adlanır
və tibdə yerli qıcıqlandırmanı yayındırmaq vasitəsi kimi
ovuşdurmada istifadə olunur. Belə təsiri apteklərdə satılan xar-
dal yaxması da göstərir. Xardal yaxması soyuqdəymə, plevrit,
revmatizm, radikulit və nevrit (əsəb) xəstəliklərində tətbiq
olunur. Soyuqdəymənin ilk mərhələlərində və onun dərinləşmə-
sinin qarşısını almaq məqsədilə ayaqlara xardallı vanna edirlər
(10 litr suya 2 xörək qaşığı xardal tozu əlavə olunur). Bəzən
gecə yatanda corabın içinə xardal tozu tökülüb ayağa geyirlər.
Hərdənbir qan dövranının yaxşılaşması və bəlğəmin yumşal-
ması məqsədilə həkim ümumi xardal vannası təyin edir (yaş-
362
lılar üçün vannaya 200 q, uşaqlar üçün isə yaşından asılı olaraq
20-100 q xardal tozu götürülür).
Xardal efir yağı aşkar antiseptik təsir göstərir. 1 litr suya
20-30 damcı xardal efir yağı bəs edər ki, dərini yaxşıca
dezinfeksiya etsin. Xardalın kəskin fitonsid xassəsindən yeyinti
sənayesində tezxarab olan məhsulların saxlanılmasında istifadə
olunur. Əgər ev şəraitində ət, toyuq cəmdəyi bir qədər ağırlaşıb
kəskin iy verirsə, həmin məhsulu 1 saat xardallı suda (1 litr
suya 1 çay qaşığı) saxlamaq kifayətdir. Məişətdə xardal tozunu
yağlı qabların yuyulmasında da işlədirlər. Xardal məhlulu ilə
ş
üşə və emallı qabları, eləcə də yun məmulatını yuyurlar. Yun
məmulatı yumaq üçün 10 litr suya 100-150 q xardal tozu töküb
qarışdırır, sonra saxlayıb çökdürür və 40-45
0
C istiliyi olan suda
yuyurlar.
Xardal tozundan aşxana xardalı hazırlanır. Aşxana
xardalını hazırlamaq üçün 100 q xardal tozuna 1/2 stəkan qay-
nar su töküb yaxşı qarışdırılır. Qatı kütlənin üzərinə 2-3 stəkan
qaynar su töküb qarışdırmadan 20-24 saat saxlanılır. Xardalın
üzərindəki suyu boşaldıb ona 4 xörək qaşığı şəkər kirşanı
(pudrası), 1-2 çay qaşığı duz və bir qədər bitki yağı (zeytun
yağı daha yaxşıdır) əlavə edirlər. Dad və ətrini yaxşılaşdırmaq
üçün ədviyyə (mixək, muskat cövüzü, darçın) ekstraktı əlavə
etmək olar.
Aşxana xardalı sarımtıl və ya zəif qəhvəyi rəngli olub,
eynicinsli xamaya bənzəyən konsistensiyalı olmalıdır. Dad və
ə
tri tünd, əlavələrinə müvafiq olub kənar dad və ətir olma-
malıdır. Aşxana xardalını 10
0
C-dən yüksək olmayan binalarda
saxlayırlar. Həvəskar xardalının otaq temperaturunda saxlanma
müddəti 30 gün, başqa çeşidlərdə 45 gün, qış dövrü və 10
0
C-
dən aşağı temperaturda uyğun olaraq 60 və 90 gün saxlamaq
olar.
Hazır aşxana xardalı 125 q tutumlu, bəzən isə xüsusi si-
fariş üzrə 50, 75, 100, 150 və 200 q tutumlu bankalara, polie-
tilen qablara qablaşdırılır və ticarətə buraxılır. Bankaları 60 və
363
ya 125 ədəd olmaqla taxta yeşiklərə və 60 ədəd olmaqla karton
karobkalara qablaşdırırlar. Keyfiyyətini yoxlamaq üçün yeşik-
lərin 6%-dən 2 banka götürmək lazımdır.
Keş niş – Кориандр – Coriandrum sativum L. Çətirçi-
çəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik bitkidir .
Ikitoxumlu meyvəsi ədviyyə kimi, yaşıl təzə yarpaqları isə ətirli
tərəvəz kimi istifadə edilir.
Vətəni Aralıq dənizi ölkələridir. Ədviyyə və dərman bit-
kisi kimi qədimdən Misirdə, Fələstində, Hindistanda becərilir.
Keşniş Mərkəzi və Cənubi Avropada, Amerikada və
Afrikada becərilir. Rusiyanın Voronej, Tambov, Kursk, Kuy-
bışev, Saratov, Krasnodar və Stavropol vilayətlərində, Şimali
Osetiya MR-də və Ukraynada becərilir.
Sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yar-
paqları vardır. Xırda çiçəkləri mürəkkəb çətir şəklində göv-
dəsinin başında yerləşir. Çiçək tacı çəhrayı rəngdədir. Ikipaylı
toxumdan ibarət meyvələri avqust-sentyabr aylarında yetişir.
Meyvələri yetişdikdə xoş ətirli iy kəsb edir. Keşniş tam yetiş-
dikdən sonra biçilir, qurudulur və döyülür.
Qurudulmuş hissələrin xırmanda döyülüb sovrulması
nəticəsində meyvələr başqa hissələrdən təmizlənib ayrılır və
xüsusi kisələrə doldurulub tədarük məntəqələrinə təhvil verilir.
Meyvəsinin diametri 2-5 mm olur.
Keşniş meyvələrində 1%-ə qədər efir yağı, 10%-ə qədər
piyli yağ və 10-16% zülal maddələri vardır. Keşniş meyvə-
lərindən efir yağını su buxarı vasitəsilə alırlar. Bu yağ rəngsiz
və bəzən sarımtıl rəngli maye olub, xoşagələn ətirli iyə və dada
malikdir. Onun başlıca tərkib hissəsi 70%-ə qədər olan linalool
spirtindən ibarətdir. Bundan başqa, keşniş yağının tərkibində
5%-ə qədər geraniol spirti və 20%-ə qədər terpen qruplu başqa
ə
tirli maddələr də vardır.
Keşniş toxumunun rəngi sarı, sarı-boz, qoxusu isə xoş
ə
tirli olur. Nəmliyi 13%, külü 7%-ə qədərdir. Əmtəəlik keşniş
toxumunun tərkibində efir yağı 0,5%-dən az olmamalıdır. Zibil
364
qatışığı 3%, efir yağlı bitkilərin toxumlarının qatışığı 6%, xır-
dalanmış meyvənin miqdarı 10%-dən və yetişməmişlərin miq-
darı 10%-dən çox olmamalıdır. Keşniş kütləsi 40-45 kq
olmaqla yeşiklərə qablaşdırılır.
Keşniş toxumundan çörəkçilikdə, unlu qənnadı məmulatı
istehsalında, likör-araq sənayesində, pendir və kolbasa isteh-
salında istifadə edilir. Keşniş efir yağından tütünü ətirləndirmək
üçün və təbabətdə də istifadə edilir.
Yaşıl keşniş yarpaqlarından təzə tərəvəz kimi müxtəlif
salatların, xörəklərin və s. hazırlanmasında kulinariyada geniş
surətdə istifadə edilir.
Dostları ilə paylaş: |