Əhməd-Cabir İsmayıl oğlu



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   30   31   32   33   34   35   36   37   ...   43
hm d-Cabir smay l o lu hm dov


Keşnişin  müalicəvi  xassələri.  Keşniş  toxumunun  tər-
kibində 2%-ə qədər efir yağı olduğundan kosmetikada və ətriy-
yat sənayesində müxtəlif ətirli maddələrin alınmasında istifadə 
olunur. Təzə göyərtiləri kulinariyada müxtəlif xörəklərin hazır-
lanmasında,  üyüdülmüş  toxumları  isə  aşpazlıqda  və  unlu 
qənnadı məmulatı istehsalında geniş istifadə olunur. 
Keşniş yağı və meyvəsi iştahaartırıcı dərman kimi Dövlət 
Farmakopeyasına  daxil  edilmişdir.  Yağından  bir  sıra  qalen 
preparatlarının  tərkibində,  meyvələrindən  isə  müxtəlif  yeyinti 
məhsullarına xoş iy verən maddə kimi geniş istifadə edilir. 
Keşniş  toxumundan  çörəyi  və  qənnadı  məmulatını, 
sousları,  sirkəyə  qoyulmuş  tərəvəzləri,  kolbasanı,  pendirləri, 
likör və pivəni ətirləndirmək üçün istifadə olunur. Keşniş toxu-
mu  yalnız  ətirli-ədviyyəli  tamlı  qatma  deyil,  həm  də  qidanı 
vitaminləşdirən vasitə kimi də xeyirlidir. 
Tibbdə  keşniş  toxumundan  qidanı  yaxşı  həzmedici,  bəl-
ğə
mgətirici, yarasağaldıcı və babasilə qarşı vasitə kimi istifadə 
olunur.  1  çay  qaşığı  keşniş  toxumundan  1  stəkan  suda  hazır-
lanmış tinkturadan gündə 3 dəfə 1/3 stəkan içilir. Keşniş tozvarı 
toxumu və ondan hazırlanmış tinktura həm də yelqovucu vasitə 
kimi  də  qəbul  edilir.  Keşniş  toxumu  həlimi  öyümə  zamanı 
içilir.  Keşniş  tinkturasını  bəzən  sakitləşdirici  və  qıcolmaya 
qarşı, xüsusən də isteriyada təyin edirlər. Müəyyən olunmuşdur 

 
365
ki, keşniş efir yağı orqanizmdə ödqovucu, ağrıkəsici, antiseptik, 
yarasağaldıcı,  babasilə  qarşı  və  həzm  vəzilərinin  fəaliyyətini 
yaxşılaşdırıcı vasitə kimi əhəmiyyətlidir. 
Haşiyə:  Keşnişin  müalicəvi  xassəsi  haqqında  1954-cü 
ildə şahidi olduğum bir əhvalatı oxucuların nəzərinə çatdırmaq 
maraqlı  olar.  Bir  dəfə  qonşumuz  Maral  bacı  qızı  Ruqiyyəni 
nənəmin yanına gətirib sağ qıçındakı yaranı göstərdi və dedi: 
-  Ay  Şəkər  bacı  bu  qızın  ayağındakı  yaranı  həkimlə
sağalda bilmir. Bəlkə sən bir dava-dərman edəsən.  
Nənəm məni çağırıb dedi: 
-  Cabir,  oğlum,  get  kürəklə  su  arxının  palçığını  alt-üst 
elə  və  oradakı  soğulcanlardan  20-25  ədəd  xəlbirə  yığ.  Sonra 
onların palçığını axar su altında yuyub mənə gətir. Nənəm özü 
isə  bıçağı  götürüb  həyətdəki  keşniş  göyərtisi  olan  ləkə  yaxın-
laşdı  və  bir  qədər  keşniş  biçdi.  Keşnişi  axar  su  altında  təmiz 
yuyub  iri  mis  badyada  soğulcanlarla  birlikdə  döyüb  əzişdirdi. 
Həmin əzintini təmiz ağ parçaya yaxdı və Ruqiyyənin yarasının 
üstünə qoyub möhkəm sarıdı. Anasına dedi ki, 7 gün bu sarğını 
bağlı  saxlayıb  su  vurmasınlar.  7  gündən  sonra  paltar  sabunu 
ilə vanna edib, sarıq yumşaldıqdan sonra açıb yusunlar. 
Təxminən  8-10  gündən  sonra  qonşumuz  Maral  bacı  Nə-
nəmin  yanına  gəlib  təşəkkürünü  bildirdi  və  qızının  ayağındakı 
yaradan heç bir əlamət  qalmadığını söylədi. Mən o vaxtlar 12 
yaşında  kiçik  oğlan  uşağı  idim  və  nənəmin  gördüyü  bu  işlərin 
hamısını təfərrüatı ilə yadımda saxlaya bilməmişəm. Indi fikir-
ləşirəm  ki,  həmin  soğulcanların  tərkibindəki  canlı  fermentlər, 
amin turşuları, keşniş göyərtisindəki vitaminlər, efir yağları və 
digər bioloji fəal maddələr birlikdə həmin yaranın sağalmasına 
səbəb olmuşdur. 
Kəklikotu,  kəkotu  –  Тимьян  ползучий,  Чабрец  – 
Thymus  serpyelum  L.  Dodaqçiçəklilər  (Labiatae)  fəsiləsinin 
yerlə sürünən gövdəyə malik kol bitkisidir.  400-ə qədər növün 
Azərbaycanın  müxtəlif  rayonlarında  20  növünə  təsadüf  edilir. 
 
366
Bunlardan ən  çox  yayılanı Qafqaz, Qaraməryəm, Seyrəkçiçək, 
Ziyarət və Hacıyev kəkliotlarıdır. Əsasən yabanı halda bitir. 
Yerlə  sürünən  yerüstü  gövdəyə  malikdir.  Gövdəsinin 
aşağı  hissəsi  qırmızı-qonur  rəngli  qabıqla  örtülmüşdür.  Qarşı-
qarşıya  düzülmüş  ovalşəkilli,  kənarı  bütöv  yarpaqları  vardır. 
Qırmızı-bənövşəyi  rəngli  xırda  çiçəkləri  dəstə-dəstə  yerləş-
mişdir.  Bitkinin  xoşagələn  ətirli  iyi  olur.  Kəklikotu  bütün  yay 
fəsli  çiçək  açır.  Bu  bitki  yabanı  halda  Avropada  quru  səhra-
larda, şam ağacı meşələrində və qumlu-torpaqlı yerlərdə yayıl-
mışdır. Buna Zaqafqaziyada, xüsusən Azərbaycanda da çox rast 
gəlinir. Kəklikotunun qarşı-qarşıya düzülmüş ovalşəkilli, kənarı 
bütöv  yarpaqları  vardır.  Qırmızı-bənövşəyi  rəngli  xırda  çiçək-
ləri dəstə-dəstə yerləşir. 
Dərman  məqsədilə  kəklikotunun  bütün  yerüstü  hissəsi 
iyun-iyul  aylarında  bitki  çiçək  açan  dövrdə  toplanılır,  sonra 
kölgəli  açıq  havada  tez  qurudulub  efir  yağı  istehsal  edən 
zavodlara  təhvil  verilir.  Kəklikotunun  yerüstü  hissəsində  0,5-
1%-ə qədər efir yağı olur. Bu yağın da tərkibində 1-3%-ə qədər 
timol, karvakrol, borneol 
və terpinen adlı ətirli maddələr vardır. 
Kəklikotu  efir  yağının  əsas  hissəsini  simol  təşkil  edir.  Tərki-
bində  aşı  maddəsi,  kamedlər,  flavanoidlər,  ursol  və  oleanol 
turşusu vardır. 
Qurudulmuş kəklikotu toz halında az miqdarda ət və tərə-
vəz  şorbalarına,  bir  qədər  çox  miqdarda  isə  balıq  xörəklərinə 
qatılır.  Balığı  qızardarkən  kəklikotu  tozunu  un  ilə  1:2  nisbə-
tində  qarışdırırlar  və  balığı  həmin  qarışıqda  urvalayırlar.  Ev 
şə
raitində  pendir  hazırladıqda  ona  kəklikotu  əlavə  edilir. 
Kəklikotu qurusundan çay dəmləmək üçün də istifadə edilir.  
Kəklikotunun  müalicəvi  xassələri.  Təbabətdə  kəklik-
otundan  mədə-bağırsaq  xəstəliklərində,  tənəffüs  yollarının  ilti-
habında,  diş  ağrılarında,  dezinfeksiyaedici,  eləcə  də  qurdsalıcı 
dərman kimi geniş istifadə olunur. 
Bundan əlavə, kəklikotu öskürəyə, xüsusən göy öskürəyə 
qarşı  «pertusin»  adlı  mürəkkəb  preparatın  tərkibində  verilir. 

 
367
Efir  yağından  zəif  konsentrasiyalı  spirtli  məhlul  şəklində 
qarqara etmək üçün, eləcə də dəri xəstəliklərində xarici dezin-
feksiyaedici  sürtmə  dərmanı  kimi  istifadə  edilir.  Vanna  qəbul 
etdikdə  kəklikotundan  ətirli  vasitə  kimi  istifadə  olunur.  Res-
publikamızda  yayılmış  kəkliotunun  elmi  cəhətdən  öyrənilməsi 
və tibbi məqsəd üçün istifadə edilməsi zəruridir. 
Kəklikotu  efir  yağında  olan  timol  yandırıcı  dada,  xüsusi 
ə
trə  və  güclü  antiseptik  təsirə  malikdir.  Tibdə  timoldan  ağızın 
və  boğazın  selikli  qişasının  dezinfeksiyası  üçün,  dərinin 
göbələk  xəstəliklərində,  qurdqovucu  vasitə  kimi  və  bağırsaq-
lardakı  qıcqırma  proseslərini  (meteorizmi)  yatırmaq  üçün 
istifadə olunur. Kəklikotunda efir yağından (0,6%) başqa acı və 
aşı  maddələri,  saponinlər,  flavanoidlər,  kamedlər,  qatranvarı 
maddələr, mineral duzlar və üzvi turşular vardır. 
Kəklikotu  yarpaqlarından hazırlanan duru ekstrakt öskü-
rək tutmasını və onu yumşaldan pertussin preparatının tərkibinə 
daxildir.  Bunu  göy  öskürək  və  bronxitdə  gündə  3-4  dəfə  1 
xörək qaşığı, uşaqlara isə 1/2 çay qaşığından 1 desert qaşığına 
qədər  (yaşdan  asılı  olaraq)  verirlər.  Bronxit,  bronxoektaz  və 
ağciyərin iltihabında bəlğəmgətirici və dezinfeksiyaedici vasitə 
kimi  gündə  4-6  dəfə  1  xörək  qaşığı  qəbul  etmək  məsləhət 
görülür. Bu nastoy və həlimlər 15-20 q kəklikotundan 1 stəkan 
suda hazırlanır.  
Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini 
yaxşılaşdıran  və  bağırsaqlarda  yaranan  köp  zamanı  yeməkdən 
qabaq  qəbul  edirlər.  Tərgətirici  vasitə  kimi  birdəfəyə  2  stəkan 
qaynar  kəklikotu  dəmləməsi  içmək  məsləhət  görülür.  Başağ-
rılarına, yuxusuzluğa, radikulit və əsəbə qarşı gündə 3-4 dəfə 1 
xörək  qaşığı  kəklikotu  dəmləməsi  içmək  məsləhət  görülür. 
Radikulit,  miozit  və  artritdə  tünd  kəklikotu  tinkturası  (1:3)  və 
ya  buxarlandırılmış  kəklikotu  həlimi  ilə  günəbaxan  yağı  (1:4) 
qarışığından  hazırlanmış  məlhəmdən  qıcıqlandırıcı  və  ağrı-
kəsici vasitə kimi istifadə olunur. 
 
368
Kəklikotu dəmləməsi və həlimi ilə ağız boşluğu  qarqara 
edilir,  dəridəki  yaralara  islatma  qoyulur.  Revmatizm  və 
dəridəki  səpkilərə  qarşı  kəklikotu  dəmləməsindən  vanna  qəbul 
olunur. Bu məqsədlə 10 litr suya 50 q quru kəklikotu götürülür. 
Kərəviz  –  Сельдерей  –  Apium  graveolens.  Çətir-
çiçəklilər (Umbelliferae) fəsiləsindən olan ikiillik ot bitkisidir
Birinci ili kök və  yarpaq əmələ gətirir, ikinci ili isə gül sütun-
cuğu  inkişaf  edir,  çiçəkləyir  və  toxum  verir.  Kərəvizin  yaşıl 
yarpaqları kulinariyada xörəklərin dad və ətrini yaxşılaşdırmaq 
üçün və eləcə də konservləşdirmədə istifadə edilir. 
Bitkinin müxtəlif hissələrindən təzə və qurudulmuş halda 
istifadə edilir. Kərəvizin 3 növü (kök, yarpaq və salat) bitir. Kə-
rəvizin  müxtəlif  sortlarının  mövcud  olması  onun  bütün  ilboyu 
becərilməsinə  imkan  verir.  Kərəviz  bişmiş  və  ya  çiy  halda 
müxtəlif  xörəklərə  qatqı  kimi  əlavə  edilir.  Saxlanılmağa  da-
vamlı olduğundan qış mövsümündə əsas göyərti hesab edilir. 
Kök  kərəvizin  tərkibində  1,3%  azotlu  maddə  vardır.  Az 
miqdarda  mannit  spirti  və  apinin  qlükozidi  tapılmışdır.  Kö-
kündə 75 mq% C vitamini, yarpaqlarında isə C vitamini ilə ya-
naşı 7 mq% karotin (provitamin A) vardır.  Kərəviz  yalnız xoş 
iyi  ilə  yox,  tərkibindəki  vitaminlərin,  mineral  duzların  və 
şə
kərlərin  olması  ilə  də  fərqlənir.  Kərəvizin  yarpaqlarında 
0,1%,  kökündə  0,09%,  toxumunda  isə  2,4-3,0%  efir  yağı  var-
dır.  Efir  yağının  əsas  komponentləri  d-limonen  (77-78%),  d-
selinen 
(12-13%),  spirt  və  efir  qarışığı  (5%),  sedanolid,  se-
danon turşusu, palmitin turşusu
 və fenoldan ibarətdir. Toxum-
larda,  həmçinin,  18%-ə  qədər  piyəbənzər  yağ  vardır.  Yağın 
tərkibində 26-41% petrozelin, petrozelaidin, 26-30% olein, 10-
13%  linol  turşusu  vardır.  Kərəviz  yarpaqlarında  asparagin  və 
tirozin
 aminturşuları da vardır. 
Kərəvizin  müalicəvi  xassələri.  Kərəvizin  kökümsovun-
da  efir  yağından  başqa  furokumarinlər,  flavanoidlər,  askorbin 
turşusu, B
1
, B
2
, K, E, PP vitaminləri, selikli maddələr, mineral 
maddələr, xolin spirti, yarpaqlarında 117-240 mq% C vitamini, 

 
369
18-24 mq% karotin (provitamin A), 6,17% ekstraktiv maddələr 
vardır. Bunlardan əlavə yarpaqlarda 320 mq% kalium, 80 mq% 
natrium,  9  mq%  manqan,  68  mq%  kalsium,  0,53  mq%  dəmir 
aşkar edilmişdir. 
Kərəvizin  təzə  yığılmış  otundan  «sukkus-qraveol»  adlı 
sabitləşdirici  şirə  alınır.  Bu  şirə  qurudulub  həb  şəklinə  salınır. 
Aparılan  eksperimental  kliniki  təcrübələr  göstərmişdir  ki, 
kərəvizdən  hazırlanmış  bu  preparat  böyrək  xəstəliklərinin 
müalicəsində çox qüvvətli sidikqovucu təsir göstərir. 
Xalq təbabətində kərəvizin təzə toplanmış otundan alınan 
ş
irədən,  eləcə  də  toxumundan  hazırlanan  çaydan  böyrək  xəs-
təliklərində  daşsalıcı  dərman  kimi  işlədilir.  Kök  və  yarpağı 
iştahanı  artırır,  həzm  prosesini  yaxşılaşdırır.  Həmçinin,  qast-
ritdə,  mədə  və  onikibarmaq  bağırsağın  xorasında  zəif  işlədici 
dərman  kimi,  revmatizmin  müalicəsində  isə  geniş  istifadə 
olunur.  Bundan  əlavə,  onun  cövhəri  ağrıkəsici,  qızdırma  əley-
hinə, qaraciyər, allergiya və s. xəstəliklər zamanı tətbiq edilir. 
Təzə  dərilmiş  yarpaqları  qurudulur,  toz  halına  salınır  və 
kərəyağı ilə qarışdırılaraq irinli yaralara məlhəm kimi sürtülür. 
Kərəvizin  kəskin  iyi,  acımtıl-şirintəhər  dadı  vardır. 
Ə
dviyyə  kimi kulinariyada  geniş istifadə edilir.  Onun  yarpağı, 
saplağı, kökümsovu təzə və qurudulmuş halda müxtəlif xörək-
lərə əlavə edilir. 
Kərəviz  böyrək  və  sidik  kisəsini  təmizləyir.  Mədə  və 
bağırsaqlarda  yaranan köpü yatırdır. Yeməklərdə kərəviz işlət-
mək təngnəfəslik, hıçqırma, böyrək ağrısı hallarında faydalıdır. 
Kökünü və yarpaqlarını balda uzun müddət saxlayıb işlətdikdə 
mədəni qüvvətləndirir, ürəkbulanmanın qarşısını alır. Onu sirkə 
ilə yedikdə iştahanı artırır. 
Tərkibindəki  həllolunmuş  qələvi  duzları  orqanizmdə 
zülalların  asanlıqla  mənimsənilməsinə  səbəb  olur.  Bu  isə  mə-
dənin turşu-qələvi proseslərini nizamlayır, sinir sistemini sakit-
ləşdirir,  beləliklə  də  vaxtından  əvvəl  qocalmanın  və  piy-
lənmənin qarşısını alır. 
 
370
Kərəvizdən  tinktura  hazırlamaq  üçün  2  xörək  qaşığı 
xırdalanmış kökümsovu 1 stəkan suda 2 saat saxlayıb süzür və 
gündə  3  dəfə  yeməkdən  əvvəl  1/2  stəkan  içmək  məsləhətdir. 
Ə
gər kökümsovdan təzə halda şirə çəkilirsə, onda gündə 3 dəfə 
yeməkdən 30 dəq. qabaq 1-2 çay qaşığı içilir. 
İş
tahanın  artırılması  və  yeyilən  qidanın  yaxşı  həzm 
olunması üçün kərəviz kökündən hazırlanan tinkturadan gündə 
3 dəfə 1 xörək qaşığı içmək məsləhət görülür. 
Azərbaycan  Tibb  Universitetində  kərəvizin  təzə  yarpaq-
larından  və  zoğlarından  sukaripraveol  adlı  sidikqovucu  pre-
parat alınmışdır. 
Qara xaşxaş – Черный мак – Papaver somniferum L. 
Xaşxaş (Papaveraceae) fəsiləsindən ikiləpəli birillik, ikiillik və 
ya çoxillik ot bitkisidir. Bu fəsilənin 100-dən çox növü, o cüm-
lədən  Azərbaycanda  20  növü  məlumdur.  Meyvəsi  qutucuqdur. 
Vətəni Aralıq dənizi ölkələridir.  
Xaşxaşın 2 növü daha çox yayılmışdır. Təbabətdə yuxu-
gətirici kimi opiy xaşxaşı, qənnadı sənayesində və çörəkçilikdə 
isə  yağlı  xaşxaş  istifadə  olunur.  Opiy  xaşxaşı  ağ-sarımtıl 
rəngdə,  yağlı  xaşxaş  isə  boz-qara  rəngdə  olur.  Tərkibində  46-
56%  yağ,  20%-ə  qədər  zülali  maddə  vardır.  Xaşxaş  yağından 
konserv  istehsalında,  ətriyyat  və  qənnadı  sənayesində  istifadə 
olunur.  Opiy  xaşxaşının  tərkibində  20-dən  çox  alkaloidlər, 
zülali maddə, karbohidratlar, qatranlar, mum,  yağ və piqment-
lər  vardır.  Quru  maddəyə  görə  opiy  xaşxaşının  tərkibində  12-
16%  morfin,  10-18%  narkotin,  0,5-1,5%  papaverin,  1-3% 
kodein
 vardır. Opiy xaşxaşından əczaçılıqda müxtəlif dərmanlar 
hazırlanır.  Boz-qara  rəngli  yağlı  xaşxaş  isə  çörəkçilikdə  və 
qənnadı sənayesində istifadə olunur. 
Ev  şəraitində  xaşxaşdan  müalicəvi  məqsədlə  istifadə 
etmək məsləhət görülmür. Opiy xaşxaşından lazımi preparatlar 
ə
czaçılıq sənayesində hazırlanır və tibbidə geniş tətbiq edilir. 
Qara  istiot  –  Черный  перец  –  Piper  nigrum.  İstiot 
(Piperaceae)  fəsiləsindən  çoxillik  sarmaşan  tropik  bitkisinin 

 
371
yetişməmiş  meyvəsinin  qurudulmasından  alınır.  Qara  istiotun 
vətəni Hindistanın Malabar sahili sayılır. Lakin Hindistanın isti 
və  rütubətli  iqlimə  malik  olan  başqa  rayonlar  İndoneziyanın 
Yava,  Sumatra,  Borneo,  eləcə  də  Seylonda  və  Filippin 
adalarında  da  istiot  bitkisi  becərilir.  Qara  istiotu  hazırlamaq 
üçün  istiot  bitkisinin  yetişməmiş  meyvələri  yaşıl  halda  yığılıb 
taxta  binalarda  qurudulur.  Qurutma  zamanı  meyvələr  qaralır, 
qabığı  büzüşür  və  yuvarlaq  forma  kəsb  edir.  Qara  istiotun 
dənlərinin diametri 3-5 mm olur. Qara istiotun kimyəvi tərkibi 
faizlə aşağıdakı kimidir: su – 8,1-14,0; azotlu maddələr – 10,0-
14,9; efir yağları – 1,2-3,8; yağ – 5,5-10,2; nişasta – 16,4-47,8; 
sellüloza – 10,5-22,2; kül – 3,5-5,6; qatran – 0,3-1,0; piperin – 
4,6-13,0 və piperidin – 0,4-0,8. 
Qara  istiotun  acı  və  yandırıcı  dadı  piperin  lakaloidindən 
və  onun  izomeri  sayılan  kavitsindən  asılıdır.  Piperin 
(C
17
H
19
NO
3
)  hidrolizləşdiyi  zaman  piperidin  (C
5
H
11
N)  və 
piperin  turşusuna
  (C
12
H
10
O
4
)  ayrılır.  Istiot  efir  yağları  əsasən 
α
-  pinen 
(C
10
H
16
)  –  14%, 
β
-  pinen
  –  23%,  fellandren  –  7%, 
limonen
  –  25%,  kariofilen  (C
15
H
24
)  –  19%,  dihidrokarvol 
(C
10
H
18
O)  –  2%,  piperonal  (C
8
H
6
O
3
)  –  0,4%  və  digər 
birləşmələrdən ibarətdir. 
Qara istiotun sortları becərildiyi yerin və ya göndərildiyi 
limanın  adı  ilə  adlandırılır.  Ən  məşhur  sortlarından  Malabar, 
Allepi, Sinqapur, Lamponq, Seylon və Penanq istiotlarını qeyd 
etmək olar. 
100 ədəd istiotun kütləsi nə qədər ağır və suya batmayan 
dənin sayı nə qədər az olarsa, istiotun keyfiyyəti də bir o qədər 
yüksək  hesab  edilir.  Qara  istiot  bütöv  dən  və  ya  narın 
üyüdülmüş toz halında 20 və 25 q kütlədə kağız paketdə, karton 
və ya tənəkə qutularda satışa buraxılır. Nəmliyi 12%-ə, ümumi 
külü  6%-ə,  dəyərsiz  istiot  dənələri  2%-ə  qədər  olmalı,  efir 
yağının miqdarı 0,8%-dən az olmamalıdır. 
Qara istiotun müalicəvi xassələri. Qara istiot elmi təba-
bətdə  çox  az  istifadə  olunur.  Ondan  xüsusi  həblər  hazırlanıb 
 
372
ə
səb  sistemi  pozuntusunda,  tezyorulma,  başağrısı,  zəifləmə, 
eləcə  də  kəskin  və  xroniki  qanazlığında  istifadə  olunur.  Qara 
istiot qiymətli ədviyyat olmaqla yanaşı, həm də dərman bitkisi 
sayılır.  Istiot  iştahanı  artırmaq,  mədə  və  bağırsağın  həzm 
sisteminin sekresiyasını gücləndirmək məqsədilə işlədilir. 
Qara  istiotun  meyvəsindən  hazırlanan  preparatlardan 
sidik  yolları  iltihabında,  astma  və  eləcə  də  dəri-zöhrəvi  xəs-
təliklərin müalicəsində geniş istifadə olunur. Qara istiot həm də 
kulinariyada geniş istifadə olunan əvəzolunmaz ədviyyədir. 
Qaraqınıq'>Qaraqınıq  Душица – Origanum vulgare L.  Dodaq-
çiçəklilər (Labiatae) fəsiləsindən 20-ə qədər növü olan çoxillik 
ot  bitkisidir.  Azərbaycanda  3  növünə  təsadüf  edilir.  Bu  bitki 
Azərbaycanın  bütün  dağlıq  və  meşəlik  rayonlarında  (Quba, 
Xaçmaz,  Qonaqkənd,  Qusar,  Şəki,  Zaqatala,  Naxçıvan)  geniş 
yayılmışdır. Hündürlüyü 30-60 sm, qırmızı-çəhrayı rəngli ətirli 
çiçəkləri  olan  bitkidir.  Azərbaycanın  dağlıq  və  meşəlik  rayon-
larında  ehtiyatı  çoxdur.  İyun  ayında  çiçək  açır,  meyvəsi  av-
qustda yetişir.  
Dərman  məqsədilə  çiçəkli  baş  hissələrindən  istifadə 
olunur. Belə ki, bitki çiçək açan dövrdə onun gövdəsinin yuxarı 
çiçəkli  hissələrini  çin  və  oraqla  kəsib  toplayır,  quru  binalarda 
qurudur,  sonra  aptek  anbarına  göndərirlər.  Bundan  başqa, 
qaraqınığın  tərkibində  C  vitamini,  flavonoidlər,  fitonsidlər  və 
digər mühüm maddələr də var. 
Qaraqınığın tərkibində 0,5-1,0%-ə qədər efir yağı vardır. 
Efir  yağının  tərkibində  timol,  karvakrol,  geranilasetat  və 
seskviterpenlər
 vardır. Bundan başqa, qaraqınığın tərkibində aşı 
maddəsi,  askorbin  turşusu  (çiçəklərində  166  mq%,  yarpaq-
larında isə 565 mq%, zoğlarda 58 mq%), flavanoidlər, fitonsid-
lər vardır. Qaraqınığın yarpaqları ədviyyəli tərəvəz kimi kartof, 
soya,  lobya  və  ət  xörəkləri,  salat,  kolbasa  və  çay  içkiləri  ha-
zırlamaq  üçün  istifadə  edilir.  Həmçinin,  xiyar,  pomidor  və 
göbələyin  konservləşdi-rilməsində,  pivə  istehsalında  tətbiq 
edilir.  Qaraqınıq  yarpaqları  acı  nastoykalardan  «Zveroboy»  və 

 
373
«Yerofiç»  istehsalında  istifadə  edilir.  Ətriyyat  sənayesində 
sabun, pomada və pastaların ətirləndirilməsində, elmi təbabətdə 
çay  kimi  dəmləyib  sinir  sistemi  xəstəliklərində  sakitləşdirici, 
eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı, soyuqdəymədə 
və  sidikqovucu  kimi  istifadə  edilir.  Qaraqınıq  yaxşı  balverən 
(100 kq/ha) bitkidir. 
Qaraqınığın  müalicəvi  xassələri.  Elmi  təbabətdə  qara-
qınıq  otundan  çay  kimi  dəmləyib  sinir  sistemi  xəstəliklərində 
sakitləşdirici, eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı və 
iltihabı  aradan  qaldırıcı  dərman  kimi  geniş  istifadə  olunur. 
Qaraqınıq  preparatı  soyuqdəymə  nəticəsində  baş  verən  sinə 
ağrılarını  sakitləşdirici  kimi  təsir  edir.  Xalq  təbabətində  qara-
qınıq  daha  geniş  istifadə  olunur.  Onun  qurudulmuş  çiçəklə-
rindən  soyuqdəymədə,  mədə-bağırsaq  xəstəliklərində  ishala  və 
dizenteriyaya  qarşı,  eləcə  də  göyöskürəkdə  çay  kimi  dəmləyib 
içirlər.  Bundan  başqa,  qaraqınıq  çayından  diş  və  boğaz  ağrı-
larında qarqara kimi də istifadə edilir. 
Qaraqınığın dəmləməsi aşağıdakı qaydada hazırlanır: qu-
rudulmuş qaraqınıq otunu əvvəlcə xırdalayır, toz halına salırlar. 
Sonra ondan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəq. 
dəmləyib  süzür  gündə  3  dəfə,  hər  dəfədə  1-2  xörək  qaşığı  ye-
məkdən  əvvəl  xəstəyə  içirdirlər.  Belə  çaydan  əsəb  xəstə-
liklərində sakitləşdirici, mədə-bağırsaq və tənəfüs yolları xəstə-
liklərində iltihabı aradan qaldırıcı vasitə kimi istifadə edilir. 
 Qırmızı istiot, saplaqlı acı istiot  Перец красный – 
Capsicum  Annuum  L.  Badımcançiçəklilər  (Solanaceae) 
fəsiləsinə  aiddir.  Növlərindən  acı  istiot  (Capsicum  annuum 
L.),  kayen  istiotu  (Capsicum  Fastigiatum  B.L.)  və  şirin  istiot 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin