Çuğundurun müalicəvi xassələri. Çuğundur qədimdən
sinqaya qarşı işlədilmişdir. Onda olan müxtəlif vitaminlər digər
avitaminozluğun profilaktikasında mühüm rol oynayır. Qidaya
çuğundurun C vitamini (50 mq%) və karotinlə zəngin olan
yarpaqlarını da istifadə etmək olar. Çuğundur qanazlığında çox
faydalıdır. Qanazlığının xalq təbabəti yolu ilə müalicəsində
eyni miqdar çuğundur, yerkökü və ağ turp şirəsi qarışığı çox
faydalıdır. Belə qarışığı bir neçə ay ərzində gündə 1-2 xörək
qaşığı yeməkdən əvvəl içmək məsləhət görülür. Qanazlığının
267
və sinqanın müalicəsində turşudulmuş çuğundurdan istifadə
etmək olar.
Çuğundurun tərkibindəki sellüloza və üzvi turşular
bağırsağın peristaltik yığılmasını sürətləndirdiyindən, adəti qə-
bizlikdə acqarnına 100-150 q bişirilmiş çuğundur yemək məs-
ləhət görülür. Keçməyən (sürəkli) qəbizlikdə çuğundur həlimi
ilə imalə edirlər. Çuğundurun tərkibində olan betain maddəsi
zülalların parçalanması və həzm olunmasına kömək edir və
xolinin əmələ gəlməsində iştirak edir. Xolin maddəsi qara-
ciyərin toxumalarının fəaliyyətini artırır və onun işini yaxşı-
laşdırır. Ona görə də çuğundurdan pəhriz qidası kimi qaraciyər
xəstəliklərində istifadə etmək olar.
Yodun miqdarına görə çuğundur bütün tərəvəzlər
içərisində birinci yeri tutur. Ona görə də çuğundurdan hazır-
lanan qidalar yaşlılar və aterosklerozdan əziyyət çəkənlər üçün
çox faydalıdır. Təzə çuğundur şirəsini maddələr mübadiləsini
yaxşılaşdıran və orqanizmi möhkəmləndirən vasitə kimi içmək
olar. Kosmetoloqlar üzün təravətini (təzəliyini) və gözəlliyini
qoruyub saxlamaq üçün müntəzəm olaraq çuğundur şirəsi
içməyi məsləhət görürlər. Bişirilmiş çuğundur hipertoniya
xəstəliyində də orqanizmə yaxşı təsir göstərir. Çünki onun tər-
kibində qantəzyiqini aşağı salan lazımi qədər maqnezium
vardır. Xalq təbabətində yüksək qantəzyiqi zamanı və sakitləş-
dirici vasitə kimi gündə 3-4 dəfə yarım stəkan balla qarış-
dırılmış çuğundur şirəsi içmək məsləhətdir. Bişirilmiş çuğundur
ş
irəsi ilə zökəm zamanı burunu yuyurlar. Bəzən iltihab hallarını
yumşaltmaq üçün yaralar və şişlərə vaxtaşırı (quruduqca)
çuğundurdan hazırlanmış təzə əzinti qoyurlar.
Dağkeşnişi – Кишнец – Bifora. Dünyada dağkeşnişinin
iki növü yayılmışdır: Yumurtavarı dağkeşnişi – Bifora
testiculata, Şüalı dağkeşnişi – Bifora radians. Bu növ dağkeş-
nişi Qafqazda, o cümlədən Azərbaycanda vardır. Yumurtavarı
dağkeşnişi hündürlüyü 10-20 sm olan, çılpaq, birillik bitkidir.
Kökətrafı yarpaqları uzunsaplaqlı, əsas hissədən genişlənən,
268
ikiqat, lələkvarı bölünən, kənarları dişlidir. Çiçəkləri ağ rəngli,
ikişüalı çətir formasında gövdənin qurtaracağında toplanır.
Meyvəsi iki ədəd olur. Aprel-may aylarında çiçək açır, may-
iyun aylarında meyvə verir. Yumurtavarı dağkeşnişi respub-
likamızın Quba, Samur-Dəvəçi, Xəzərsahili, Abşeron, Qobus-
tan, Kür-Araz düzənlik-lərində, Lənkəranın düzən və dağlıq
ə
razilərində yayılmışdır. Dağkeşnişinin yaşıl hissəsində 75-80
mq% C vitamini, karotin, flavanoidlər, 0,1% efir yağı, xlorofil
və digər maddələr vardır. Dağkeşnişi ədviyyat və yaşıl tərəvəz
kimi xörəklərə əlavə edilir. Müalicəvi xassələri dəqiq öyrə-
nilməmişdir.
Dağnanəsi, kəkotu – Чабер, Зизифора – Satureia
montana L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan
birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə
təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Av-
ropanın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziyada
bitir.
Ə
tirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir:
1.
Dağnanəsi – Satureia montana L.
2.
Sünbülvarı nanə – Satureia spicigera.
3.
Bağnanəsi və yaxud ətirli nanə – Satureia
hortensis L.
Bunlardan alınan efir yağından ətriyyat və kosmetika
sənayesində geniş istifadə olunur. Sünbülvarı nanənin quru-
dulmuş tozu müxtəlif xörəklərə əlavə edilir, qara və ətirli
istiotla qarışığından isə kolbasalara qatılır.
Qida və müalicəvi məqsədlə istifadə olunanı bağnanəsi
və ya ətirli nanədir.
Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd-
viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər-
kibində 1%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində
borneol, sineol, timol, fenol, karvakrol, pinen
var. Təzə yarpaq-
larında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% ru-
tin vardır. Dadı istiot dadına oxşayır və ədviyyə qatışıqlarında
269
istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil
edir. Bunlardan başqa onun tərkibində aşı və qatranvarı mad-
dələr də tapılmışdır.
Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru
xörəklərə, xiyar, pomidor, bibər və göbələkləri sirkəyə, duza
qoyduqda istifadə edilir.
Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq
ş
orbaları; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən
ə
lavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə,
pörtülmüş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə
spesifik ətir verir və onları vitaminləşdirir. Dağnanəsindən
likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur.
Dağnanəsinin müalicəvi xassələri. Ətirli nanədən
hazırlanan cövhərdən mədə ağrılarında, köpmədə, bağırsaq
qurdlarının tökülməsində istifadə olunur. Ətirli nanədən hazır-
lanan çay mədə-bağırsaq, həzm aparatının, ferment ifraz edən
vəzilərin fəaliyyətini normallaşdırır. Bir çox müalicəvi əhə-
miyyətli konfetlərə və drajelərə qatılır. Yarpaqlarında 82-145
mq% C vitamini vardır. Efir yağından hazırlanan bir çox pre-
paratlardan ağrıkəsici, qıcolma əleyhinə, qızdırma xəstəlik-
lərində sərinləşdirici kimi istifadə olunur. Ondan hazırlanan
nanə şərbəti mədəni qüvvətləndirir, ürəkbulanma, ishal və
hıçqırmaya qarşı faydalıdır.
Daş kələm – Кольраби, капуста репная – B.
dauiorapa L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Ye-
yilən hissəsi onun yoğun gövdəsidir. Formasına görə ağ
yerköküyə oxşayır, dadı şirin, şirəli və zərif olub ağbaş kələmi
xatırladır. Təzə halda qızardılır, bişirilir, həmçinin, qurudulur
və dondurulur.
Tərkibində 86% su, 2,8% zülal, 7,4% şəkər, 0,5% ni-
ş
asta, 0,9% sellüloza, 0,8% mineral maddə, 70 mq% C vi-
tamini, mineral maddələrdən Na, K, Ca, Mg, P, Fe, vitamin-
lərdən B
1
, B
2
, PP, C və β-karotin vardır. Sortlarından tutqun
270
yaşıl rəngli Ağ Vyana, bənövşəyi rəngli Göy Vyana, gecyetişən
açıq-yaşıl rəngli Qoliaf sortunu göstərmək olar.
Dəniz kələmi – Морская капуста – Laminaria
saccharina Lamour. Dəniz kələmi Laminariya (Lamina-
riaceae) fəsiləsinə mənsub boz rəngli, suda bitən, uzunluğu 1-
dən 12 m-dək olan lentşəkilli təbəqəli lövhələr kimi kökləri ilə
dənizin dibinə möhkəm bitişmiş olur.
Dəniz kələminin ən çox ehtiyatı Qara dənizdə, Şimal və
Uzaq Şərq dənizlərindədir. Dəniz kələmini qayıqlarla 4-6 m
dərinlikdən xüsusi avar kürəklərinə oxşar taxtalarla tədarük
edirlər.
Dəniz kələminin tərkibində 6% zülal, 40%-ə qədər
polişəkər laminarin və manit, 7% sellüloza və alqinatlar (alqin
turşusunun duzları) vardır. Dəniz kələminin tərkibində çoxlu
yod var. 1 kq qurudulmuş dəniz kələmində 250 mq yod, bəzi
növlərində 0,75%-ə qədər yod vardır. Dəniz kələmində A, B
1
,
B
2
, B
6
, B
12
, D və 470 mq/kq C vitamini var. Minerallı maddə-
lərdən brom, kalium, mis, arsen, fosfor və s. daha çoxdur.
Yaponiyada dəniz kələmindən müxtəlif məhsullar
hazırlanır. Yarpaqşəkilli dəniz kələmini zəif sirkədə islatdıqda
yumşalır və xüsusi ətir kəsb edir. Dəniz kələmi quruduqdan
sonra iti bıçaqla nazik doğranır, üzərinə şəkər əlavə edilib lavaş
formalı məhsul və şirniyyat hazırlanır. Aşpazlıqda dəniz kələ-
mini ət və balıqla birlikdə bişirib qarnir kimi süfrəyə verirlər.
Qurudulmuş dəniz kələmindən çay kimi içki də hazırlanır.
İ
ndoneziyada dəniz kələmini şirin su ilə yuduqdan sonra
təzə çiy halda yeyirlər. Bəzi Uzaq Şərq dəniz kələmi
növlərindən şorba, tərəvəz püresi bişirilir, ondan konserv və
konfet hazırlanır. Dəniz kələmindən yod, brom, kalium və digər
maddələr alınır.
Dəniz kələminin müalicəvi xassələri. Dəniz sahillərində
yaşayan əhali öz qidasında dəniz kələmindən istifadə etdi-
yindən, həmin yerlərdə yaşayanlarda endemik ur (zob) xəstəliyi
müşahidə edilmir. Lakin uzun müddət orqanizmə lazım oldu-
271
ğ
undan çox dəniz kələmi qəbul etmək sağlamlıq üçün
arzuolunmaz təsirə malik ola bilər.
Çin təbabətində dəniz kələmi orqanizmi ümumi möh-
kəmləndirən əla vasitə hesab edilir. Kamçatkanın xalq təba-
bətində soyuq suda isladılmış dəniz kələmindən mədə-bağırsaq
xəstəliklərində tətbiq edirlər. Müasir təbabətdə isə dəniz kələmi
aterosklerozun müalicəsində və profilaktikasında mühüm va-
sitədir. Dəniz kələmi qanda xolesterinin səviyyəsini aşağı salır,
damarların normal keçiriciliyinin bərpa olunmasına kömək
edir. Bununla belə dəniz kələmi qanın laxtalanmasını və damar-
larda trombların əmələ gəlməsini azaldır. Dəniz kələmindən
həm də qalxanvari vəzinin xəstəliyinin müalicəsində və
profilaktikasında istifadə edirlər. Endomik ur xəstəliyində həf-
tədə 1 çay qaşığı dəniz kələmi tozu qəbul edilir.
Kamçatka alimləri endemik zob xəstəliyinin profilak-
tikası üçün xüsusi metod işləyib hazırlamışlar. Bunun mahiy-
yəti ondan ibarətdir ki, insanlar hər gün yedikləri çörəklə lazımi
miqdar yod qəbul edirlər. Çünki çörək bişirilərkən 1 kq-a 0,4 q
dəniz kələmi tozu qatılır.
Dəniz kələmi (laminariya) preparatlarını kəskin və
xroniki enterokolitdə və kolitdə qəbul edirlər. Dəniz kələmi zəif
yumşaldıcı təsirə malik olduğundan, ondan qəbizliyə və
ateroskleroza qarşı qəbul edirlər. Belə hallarda dəniz kələmi
tozunu yatmazdan əvvəl 0,5-1,0 çay qaşığı 1/3-1/2 stəkan suya
qarışdırıb içirlər. Dəniz kələmi tozunun xırda hissəcikləri kəs-
kin şişib bağırsağın selikli qişasının əsəb çıxıntılarını qıcıq-
landırır və onun peristaltikasına oyadıcı təsir göstərir. Müalicə
kursu 3-4 həftə və vaxtaşırı davam etdirilir. Lakin dəniz
kələmini dərman vasitəsi kimi nisbətən çox dozada diatezdə,
nefritdə, nefrozda, furunkulezdə, səpkidə, örə xəstəliyində
(krapivniüa), hamiləlikdə və digər yodla bağlı xəstəliklərdə
burunun, gözün və yuxarı tənəffüs yollarının selikli qişasının
qıcıqlanmasında istifadə etmək olmaz. Dəniz kələmi tozundan
272
hazırlanmış təpitmədən isidici kompreslər üçün istifadə etmək
olar.
Dəniz sahilləri bölgələrdə yaşayanlar revmatizm nəti-
cəsində oynaqların zədələnməsi və podaqrada dəniz kələmi
ə
lavə olunmuş ilıq vanna qəbul edib ağrıların mümkün qədər
azaldılmasına nail olurlar.
Dəniz kələminin tərkibindəki alqinatlardan əczaçılıqda
məlhəmlərin, həblərin və digər dərmanların hazırlanmasında
istifadə oluna bilər.
Ə
nginar – Артишок – Cynara – Mürəkkəb-çiçəklilər
(Compositae) fəsiləsindən bitki cinsidir. Azərbaycanda iki
növü əkilir: əkin ənginarı və Ispaniya ənginarı.
Xarici görünüşünə görə ənginar qanqala yaxındır. Onun
iri lələyəoxşar yarpaqları və göyümtül rəngli iri başlıqlı hamaş-
çiçəyi vardır. Qanqalda isə hamaşçiçək bənövşəyi çalarlı
qırmızı rəngdədir. Hər iki bitki mürəkkəbçiçəklilər fəsiləsinə
aiddir. Ənginar ikinci il çiçəkləyir.
Qədim Romada və Yunanıstanda ənginarı qida məhsulu
kimi istifadə edirdilər. XV-XVI əsrlərdə ənginar ikinci dəfə
bostanlarda yenidən əkilib-becərilməyə başlandı. Italiyadan
ə
nginar digər ölkələrə yayıldı. Təəssüflər olsun ki, Azərbay-
canda bu qiymətli bitkiyə fikir verilmir. Lakin ənginar uşaqlar
və yaşlılar üçün çox xeyirli bitkidir. Qidaya bitkinin hamaş-
çiçəyinin başlıqları istifadə olunur.
Ə
nginarın tərkibində 15,5% karbohidratlar, 3,26% azotlu
maddələr, 0,22% yağ, aşı maddəsi, provitamin A, C və B qrupu
vitaminləri vardır. Yarpaqlarının şirəli saplağında və hamaş-
çiçəyin dibində olan ətirli maddələr ona xoşagələn dad verir və
iştahanın yaxşılaşmasına kömək edir. Ənginarın tərkibində
sinarin
qlükozidi, aşı maddələri, piyli və qatranlı maddələr,
üzvi turşular və s. vardır.
Ə
nginarın müalicəvi xassələri. Ənginar yaşlı adamlara,
xüsusən də ateroskleroz xəstəliyi olanlara çox faydalıdır. Eks-
periment yolla qurudulmuş ənginar yarpaqlarının və kökünün
273
ürək damarlarının ucunun tutulmasının qarşısını alır. Bu isə
ə
nginar tərkibindəki sinarin maddəsinin təsirindən irəli gəlir.
Sinarin fermentlərin təsirindən parçalandıqda iki molekul
kofein və bir molekul xinin turşusu əmələ gəlir. Ateroskleroza
tutulmuş xəstələrə gündə 1,5 q dozada iki ay ərzində sinarin
verdikdə xəstənin ümumi halı yaxşılaşmaqla bərabər qanındakı
xolesterinin miqdarı da azalmışdır. Sinarinin sidikqovucu və
ödqovucu təsiri də vardır.
Ə
vvəllər bəzi Qərbi Avropa həkimləri qaraciyər və öd
yolları xəstəliklərində ənginar həlimini gündə 3 fincan içmək
məsləhət görürdülər. Xalq təbabətində ənginardan vodyanka və
sidiyin saxlanması zamanı sidikqovucu vasitə kimi istifadə
edirlər. Belə hallarda qidaya ənginar əlavə etmək və ya hər
səhər və axşam 1/4 stəkan ənginar şirəsi içmək məsləhət görü-
lür. Ənginarla təzə yumurta sarısı bəzən qaraciyər xəstə-
liklərində və qəbizlikdə tətbiq olunur.
Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından,
çiçəklərindən, kökündən və toxumlarından çay kimi dəmləyib,
ürək xəstəliklərində sakitləşdirici və qantəzyiqini aşağı salıcı
kimi istifadə edirlər. Bundan başqa, xalq təbabətində ənginar
şə
kər xəstəliyinə qarşı da işlədilir. Ənginarın təzə toplanmış
yerüstü hissələrindən alınan şirəni üzüm şərabı ilə qarışdırıb,
sinqa və digər avitaminoz xəstəliklərinə tutulanlara gündə 3-4
dəfə, hər dəfə yarım stəkan içirirlər.
Ə
nginar çox qiymətli və xeyirli bitkidir. Onun respub-
likamızda geniş sahələrdə becərilməsi və müalicəvi məqsədlər
üçün istifadəsi vacibdir.
Əməköməci (balba) – Мальва, просвирняк – Malva
Sylvestris L. Əməköməcilər (Malvaceae) fəsiləsindən bitki
cinsi. Bir, iki və ya çoxillik otlardır. Tamkənarlı və ya dilimli
yarpaqları uzun saplaqlıdır. Iri əlvan (bənövşəyi) çiçəkləri yar-
paq qoltuğunda yerləşir.
125-ə qədər növündən Azərbaycanda 10 növü yayılmış-
dır. Əməköməci, əsasən bağ və bostanlarda, əkin sahələrində
274
alaq kimi bitir. Bir çox növləri qidaya, yem üçün, balverən bitki
kimi və dərman bitkisi kimi istifadə olunur.
Ə
məköməcinin tərkibində quru maddəyə görə 18-20%
protein, 16-22% sellüloza, 3,5-4,5% yağ, 8-10% minerallı
maddə vardır. Azotsuz ekstraktlı maddələrin miqdarı 42-46%-ə
qədərdir. Çiçəklədikdən sonra toplanıb qurudulmuş əməkömə-
cidə 50-58 mq% karotin və 350-370 mq% askorbin turşusu,
minerallı maddələrdən fosfor və dəmir vardır.
Azərbaycanda əməköməcidən müxtəlif yeməklərin (gö-
yərti qutabı, göyərti şorbası, turşu sıyıq, kükü və s.) hazır-
lanmasında istifadə olunur.
Ə
məköməcinin müalicəvi xassələri. Əməköməcinin
tərkibində müalicə əhəmiyyətli yapışqa-nabənzər maddə ol-
duğu üçün xalq təbabətində iltihaba qarşı istifadə olunur.
Yarpaqlarında C vitamini və karotin oldu-ğundan avitaminozun
profilaktikasında da əhəmiyyətlidir.
Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə
hazırlayıb sinə yumşaldıcı, öskürək əleyhinə vasitə kimi tənəf-
füs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstə-
liklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin
qarşısını almaq üçün işlədirlər. Əməköməcinin çiçəyindən alı-
nan rəngdən yunun boyanmasında və şərabçılıqda istifadə
olunur.
Ə
vəlik və ya At əvəliyi – Щавель конский – Rumex
confertus Willd. Əvəlikçiçəklilər (Rumexceae) fəsiləsindən
gövdəsinin uzunluğu 1,5 m-ə çatan çoxillik ot bitkisidir
(Rumex confertus Willd.). Uzun saplaqlı yarpaqları üçkünc-
yumurtavarı, kənarları dalğalı, uzunluğu 30 sm-ə, eni 15 sm-ə
qədər olur. Gövdəsinin yuxarı hissəsində yarpaqlar xırda və
ensizdir. Sünbül şəklində yerləşmiş xırda yaşılımtıl çiçəkləri iki
cərgə düzülmüş, 6 bölgülü çiçəkyanlığından ibarət olur. Bitki
may-iyul aylarında çiçəkləməyə başlayır. Bu bitkiyə meşə
talasında, suluçəmənliklərdə, çay və göl kənarlarında yabanı
halda təsadüf olunur.
275
Azərbaycanın bir çox rayonlarında əvəlik ehtiyatı
çoxdur. Son illər bitkinin kökündən dərmaq məqsədilə istifadə
olunur. Kökündə 4% antraxinon törəmələri (xrizofan turşusu,
emodin
), 8-15% aşı maddəsi (pirokatexin və piroqallol qrupu),
kofein turşusu, nepodin flavanoidi, turşəng turşusunun kalsium
duzu, K vitamini, yarpaqlarında 60,5 mq%, çiçəklərində isə
68,4 mq% C vitamini, rutin, qiperazid, efir yağı, dəmir birləş-
mələri, qatranlar vardır. Elmi təbabətdə at əvəliyi, ravənd kökü-
nün əvəzedicisi kimi kiçik dozalarda büzücü, böyük dozalarda
isə işlətmə dərmanı kimi istifadə olunur. Bitki antibakterial
fəallığa malikdir.
Azərbaycanda əvəlik bitkilərinin 17 növü yayılmışdır.
Bunlardan qıvrım başcıqlı əvəlik əhali tərəfindən daha çox
istifadə olunur. Qurudulmuş əvəlik xırdalanır və ondan
«əvəlikli aş» bişirib mədə-bağırsaq xəstəliyinə (işlətməyə qarşı)
tutulan şəxslərə verirlər.
Ə
vəliyin başqa növlərindən isə sarı və qırmızı boya
maddəsi almaq üçün istifadə olunur.
Gül kələm – Цветная капуста – B. caulifiora L.
Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Açılmamış gül
zoğlarından ibarətdir. Bu zoğlar bütöv ətli və zərif ağ kütlə
ə
mələ gətirir.
Gül kələmin tərkibində 90,9% su, 2,5% zülal, 4,0%
şə
kərlər, 0,5% nişasta, 0,9% sellüloza, 0,1% üzvi turşu, 0,8%
mineral maddə, 70 mq% C vitamini (48-155 mq%) olur. Gül
kələmdə, həmçinin, B
1
, B
2
, B
3
, PP, P vitaminləri və karotin
vardır. Mineral maddələrdən kalium, fosfor, kalsium və dəmir
vardır. Gül kələm qidalılığına və tamına görə ağbaş kələmdən
üstündür. Gül kələm orqanizmdə asan mənimsənildiyindən
uşaqlar üçün pəhriz məhsulu kimi çox faydalıdır.
Gül kələmin keyfiyyətli olmasında onun vaxtında
dərilməsinin əhəmiyyəti böyükdür, əgər gül kələm vaxtında
dərilməzsə, yəni çox yetişərsə, baş hissə cücərir, rəngi ağdan
276
krem rənginə keçir, daha sonra bənövşəyi rəng alır. Tez, orta və
gecyetişən sortları vardır.
Gül kələmin geniş yayılmış sortlarından Snejinka, Vətən,
Proqres, Tezyetişən Qribovski, Konservlik Moskva və s.
göstərmək olar. Azərbaycanda, əsasən Qribovski-1355, Mosk-
va, Iriyarpaq sortları becərilir.
Gül kələmin başı təzə, təmiz, bütöv, sağlam, ağ, bərk və
üstündə 2-3 cərgə yaşıl yarpaqları olmalıdır. Ən böyük en
kəsiyinin diametri 8 sm-dən az olmamalıdır. 5%
6-7 sm diametrli kələmin və 10% gülü cücərmiş kələmin
olmasına icazə verilir. Bunların özəyi 2 sm-dən çox olma-
malıdır.
Xiyar – Огурец – Cucurmis sativus L. Qabaq (Cu-
curbitaceae) fəsiləsindəndir. Həm açıq torpaqda və həm də
istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8-12 gün-
lüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə
qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və
ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül
xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza
qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51-70 mm)
kornişonlara, xırda (71-90 mm), orta iri (91-120 mm) və iri
xiyarlara (121-140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza
və sirkəyə qoymaq olmaz.
Xiyarın tərkibində 94-96% su, 1,8-2,5% şəkərlər, 0,6%
azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38-0,53%
mineral maddələr, 4-10 mq% C vitamini, az miqdarda B
1
, B
2
,
PP, karotin, biotin və pantoten turşusu vardır. Mineral mad-
dələrdən K, Fe, P, J vardır. Xiyarın mineral maddələri qələvilik
xassəsinə malik olduğundan başqa məhsullarla orqanizmə daxil
olmuş zərərli turşuların neytrallaşmasına kömək edir. Xiyar
toxumlarının tərkibində 30%-ə qədər zülali maddə və 31,5%
yağ olur.
Xiyarın kimyəvi tərkibi onun sortundan, becərildiyi
torpaq-iqlim şəraitindən, yetişmə dərəcəsindən və saxlanılma
277
müddətindən asılıdır. Xiyarın təsərrüfat-botaniki sortları bir-
birindən formasına, ölçüsünə, rənginə və səthinin vəziyyətinə
(hamar və ya qabırğalı) görə fərqlənir. Yetişmə müddətinə görə
tezyetişən (44 günə), ortayetişən (45-50 gün) və gecyetişən (50-
60 gün) qruplarına bölünür. Xiyar sortları qaratikanlı və
ağtikanlı qruplarına bölünür.
Qaratikanlı xiyar sortlarından Vyaznikov, Murom-36,
Uspex-290, Ukrayna tezyetişəni, Urojay-86, gecyetişənlərdən
Nejin-12, Don-171, Doljik, Ryabçik-254/4 göstərmək olar. Bu
sortlar, əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə edilir.
Ağtikanlı sortlar, əsasən təzə halda istifadə edilir. Bu
xiyarların qabığı duz məhlulunu pis keçirir, ona görə də duza
və sirkəyə qoyulmaq üçün az yararlıdır. Zəif qabırğalı
sortlardan tezyetişən Altay, İzyaşnı, iriqabırğalılardan Həştər-
xan-136, Margilan-88, yerli Muxran və s. İstixanalarda yetiş-
dirmək üçün Klin, Daşkənt-86, Uspex-221 və s. əlverişlidir.
Azərbaycanda becərilən xiyarlardan Biryuçekutski-193,
Siqnal-235, Yerli Gəncə, Don-175, Nejin-12, Uspex-221,
Kotyak, Rulan-95 və Yerli Klin sortunu göstərmək olar.
Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv,
ə
sasən yaşıl olmaqla, müxtəlif çalarlı yaşıl rəngdə, forması
düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu
olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola
bilər.
Açıq torpaqda becərilən xiyarlarda 10%, istixanalarda
becərilən xiyarlarda isə 3% çirkli, azca sürtülmüş, azca batıq
(lakin əzilməmiş), qabığı cızılmış, günəş yandırmış və azacıq
saralmış xiyarların olmasına icazə verilir. Tezyetişən yaşıl
xiyarların ölçüsü 9 sm-ə qədər, qalanlarda 12 sm-ə qədər
olmalıdır. İstixanalarda yetişdirilən və uzun meyvəli sortlar
üçün xiyarın ölçüsü normalaşdırılmır. 5% miqdarında başqa
ölçülü xiyarların olmasına icazə verilir. Eybəcər formalı
xiyarlar satışa verilmir və tədarük rayonlarında qeyri-standart
xiyarlar kim duza qoyulur.
278
Dostları ilə paylaş: |