Qreypfrutun müalicəvi xassələri. Meyvəsi vitaminlər
və minerallı maddələrlə zəngindir. Tərkibində boya maddələri,
efir yağı, pektinli maddə və acı dadlı narıngin qlükozidi var.
Lakin şəkər kirşanı ilə yeyildikdə acı dadı azalır. Qreypfrutun
ə
tliyi və şirəsi iştahanı artırır və qida həzmini yaxşılaşdırır.
Eyni zamanda, qreypfrut meyvələri orqanizmin tonusunu qal-
dırır, ona görə də zəif düşmüş xəstələr üçün məsləhət görülür.
Fiziki yorğunluqda qreypfrutdan istifadə olunması insanın
ə
hvalını və gümrahlığını bərpa edir. Hipertoniya xəstəliyində
də qreypfrut faydalıdır. Hesab olunur ki, qreypfrutda olan
qlükozidlər və vitaminlər aterosklerozun qabağını almağa səbəb
olur.
Liçi – Личи – Litchi chinensis Sonn Sabunağacı
(Sapindaceae) fəsiləsindəndir. Çin gavalısı və ya çin qozu
adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki,
becərilir. Meyvəsi yumurtavarıdan yumru formaya qədərdir.
Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin qurulu-
ş
una görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyin-
dən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər,
bəzən sarımtıl-qəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli,
kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-
84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin,
üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir. Mey-
vəsi təzə halda istifadə olunur, kompot, şərab hazırlanır və qu-
rudulur. Dərildikdən sonra yetişə bilmədiyindən istehlak yetiş-
kənliyində yığılır. 150-dən çox sortu məlumdur. Sortlarından
191
Haak Jip, Kwai Mi, No Mai Tse (Çin), Bedana, Groff, Pat Po
Hung (Hindistan), Mauritius, Brewster və s.-ni qeyd etmək
olar.
Tərkibində 14,3-16,2% şəkər, o cümlədən 9-10%
reduksiyaedici şəkərlər, 0,5-0,7% pektinli maddələr, 0,76-
1,20% zülal, 0,25-0,50% üzvi turşu (əsasən alma turşusu), 0,42-
0,60% minerallı maddələr, 39-45 mq% C vitamini, 0,4-0,6
mq% B
1
, 0,06-0,08 mq% B
2
vitaminləri vardır. Minerallı
maddələrdən 122-182 mq% K, 7-9 mq% Mn, 25-30 mq% P, 4-
6 mq% Ca, 0,5 mq% dəmir vardır. 100 q meyvə 74 kkal və ya
311 kCoul enerji verir. Standartı hələ işlənməyib.
Limon – Лимон – Citrus limon. Sədokimilər
(Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələri quruluşuna görə 2
hissədən: qabıqdan və ətli hissədən ibarətdir.
Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo,
daxili rəngsiz qat – albedo.
Ə
tli hissə şirə kisəciklərindən təşkil olunmuş dilimlərdən
(6-12) ibarətdir.
Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanıl-
ması cəhətdən əlverişlidir. Eyni zamanda, qabığın qalınlığı ətli
hissənin azalmasına səbəb olur. Sitrus meyvələrinin qabığının
rəngi limonda açıq-sarı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif
lifli və ətirli olur. Sitrus meyvələrinin tərkibində efir yağlarının
faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur.
Yerli sort yeni Gürcüstan limonunun qabıq hissəsində
2%, ətli hissəsində 0,31% efir yağları olur. Sitrus meyvələrinin
tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az
miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin
maddələri də, əsasən qabıq hissədə toplanmışdır.
Sitrus meyvələrinin tərkibində vitaminlərdən C, P, B
1
,
B
2
, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə
nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 36
– 70 mq% olduğu halda, qabıq hissədə 142-185 mq%-dir.
192
Limonun becərilən sortlarından Yeni Gürcüstan, Mayer,
Lisbon, Villa-Franka və Udarnik göstərilə bilər.
Limondan kulinariyada, qənnadı məmulatı istehsalında,
spirtsiz və spirtli içkilərin (likör) hazırlanmasında, limon efir
yağından ətriyyatda, şirəsindən isə ləkələrin aparılmasında
(çay, şərab və s.) istifadə edilir.
Limonun müalicəvi xassələri. Limon xalq təbabətində
bir çox ölkələrdə geniş miqyasda istifadə olunur. Limondan
sinqa, sarılıq, qarın boşluğuna su yığılmasında, böyrək daşları,
babasil, vərəm, qarın xəstəlikləri, revmatizm, podaqra və
radikulitdə istifadə olunur. Limon şirəsindən qızdırma və
titrətmədə, hipertoniyada, avitaminozda və aterosklerozda da
geniş istifadə edilir.
Limon şirəsindən dərinin göbələk xəstəliyində, ekzemada
qaşınmanı sakitləşdirmək və üz dərisinin yağının kənar edilmə-
sində, üzdəki çillərin və piqmentləşmiş ləkələrin yox edilmə-
sində istifadə edilir. Bu məqsədlə 1 yumurta ağını davamlı
köpük əmələ gələnədək çalıb 1 ədəd limon şirəsi, 1 çay qaşığı
qliserin və 0,5 stəkan odekolon əlavə edib xüsusi losyon
hazırlanır və yatmazdan əvvəl üz həmin losyonla silinir. Yağlı
üzü 1:1 nisbətində limon şirəsi ilə odekolonu qarışdrıb silmək
məsləhət görülür. Ayağın tərləməsində limon turşusu, fol tur-
ş
usu və timoldan hazırlanan vanna qəbul edilir. Yay vaxtı tər-
ləmiş sifəti limon dilimi ilə silmək məsləhətdir. Limon şərbəti
və efir yağı əczaçılıqda dərmanların dadını və iyini yaxşılaş-
dırmaq üçün əlavə edilir. Limon anginada və avitaminoz
xəstəliklərində çox faydalıdır.
Manqo – Манго – Mangifera indica. Sumaq
(Anacardiaceae) fəsiləsindəndir. Vətəni İndoneziya, Birma,
Şə
rqi Hindistan və Himalay dağlarının ətəkləridir. Dünyada hər
il 16 milyon ton manqo istehsal edilir ki, bunun da 65%-i
Hindistanın payına düşür. Manqo çəyirdəkli meyvələr qrupuna
aiddir. Hər meyvənin daxilində iri çəyirdəyi olur. Qabığı sıx və
hamardır. Meyvələrinin uzunluğu 8-24 sm, diametri 5-10 sm
193
olmaqla bir ədədinin kütləsi 250-400 q, bəzi hallarda 2-3 kq
olur. Forması yumru, yumurtavarı və uzunsovdur. Qabığının
rəngi yaşıl, yaşılımtıl-sarı, narıncı, çəhrayı, qırmızı və qarışıq
olur. Ətliyi sarı və açıq narıncı rəngdə, şirəli, turşa-şirin və sor-
tundan asılı olaraq az və ya çox lifli olur. Dad və ətri o qədər
yaxşıdır ki, ona «Bütün meyvələrin şahı» adı verilmişdir.
Dünyada 1500 manqo sortu vardır və bütün sortlar 4 qrupa
bölünür. Florida sortlarına Haden, Tommy Atkins, Kent; Hin-
distan sortlarından Alphonso, Mulgoba, Bombay, Bangalora,
Pairi, Him Sagar; Filippin sortlarından Carabao, Pico, Pathiri,
Aroomanis; Cənubi Hindistan sortlarından Julie, Amelie, Peter
göstərilə bilər.
Manqonun tərkibində 80-83% su, 10-16% şəkər (o
cümlədən 0,5-1,5% qlükoza, 2-4% fruktoza, 7-11% saxaroza),
0,4-0,8% zülal, 0,2-0,5% üzvi turşu, 0,3-0,5% minerallı maddə,
0,1-0,4% lipidlər, 20-50 mq% C vitamini, 2-10 mq% karotin
vardır. Manqo çox ətirli meyvədir. 100 qr-ı 56 kkal və ya 236
kCoul enerji verir.
Manqonun müalicəvi xassələri. Meyvəsi təzə və emal-
edilmiş halda yeyilir. Yetişməmiş meyvəsindən salat, çəyirdək
ləpəsindən un hazırlanır. Manqoda və onun şirəsində şəkərlər
və digər qidalı maddələrlə yanaşı, vitaminlər və karotin də var.
Ona görə də, manqo yaşlılar və uşaqlar üçün faydalıdır.
Hindistanın xalq təbabətində manqodan sidikqovucu və mədəni
yumşaldıcı və bəzi daxili qanaxmalarda tətbiq edilir. Manqo
ş
irəsindən dərinin kəskin dermatitində xaricə sürtmək üçün,
meyvənin qabığından büzüşdürücü və tonusqaldırıcı vasitə
kimi, çəyirdəyi qurdqovucu, ləpəsi isə astma xəstəliyinə qarşı,
onun yarpağı əqrəb sancmasına qarşı müalicəvi məqsədlə isti-
fadə olunur. Qurudulmuş manqo çiçəklərindən alınan nastoy-
kadan tibbdə ishala, xroniki dizenteriya və sidik kisəsinin
katarında təyin edilir.
Nar – Гранат – Punica granatum L. Nar (Punicaceae)
fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta Asiyanın
194
dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran, Zaqatala,
Şə
ki, Ağsu, İsmayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və
başqa rayonlarında yabanı narın çoxlu ehtiyatı vardır. Yabanı
nar kolluqlarının çoxu Talış ərazisindədir. Azərbaycanda
mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur.
Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-
avqustda çiçəkləyir. Çiçəyin kasa yarpaqları qalın ətli və
qırmızıdır. Ləçəkləri 5-8 ədəd zərif, tünd qırmızıdır. Meyvəsi
sentyabrda yetişir. Narın meyvəsi qeyri-həqiqi giləmeyvədir,
forması girdə kürəşəkilli, bəzən uzunsov olur. Gül kasacığı
meyvənin baş hissəsində qalır. Yabanı narın meyvəsi mədəni
sortlara nisbətən xırda olur. Narın meyvəsi şirəlidir, nazik
arakəsmələri (pərdələri) olan 6-9 yuvası olur. Hər meyvədə
200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və
içərisi şirə ilə dolmuş zərif pərdədən ibarətdir. Yabanı narın
meyvəsinin qabığı yaşıl, açıq çəhrayı və müxtəlif çalarlı qırmızı
rəngdə, gilələri ağ, açıq çəhrayı, qırmızı və tünd qırmızı olur.
Dadı turş və ya meyxoşdur.
Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxa-
roza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş
narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar
ş
irəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C
vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza,
5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu
vardır.
Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu
(limon turşusu), pektinli maddə, aşılayıcı maddə və C vitamini
vardır. Yabanı narın həm dərman və həm də texniki əhəmiyyəti
vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və balıq
xörəklərində tamlı qatqı kimi istifadə edilir.
Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal
edilir. 33 t nardan 1 t limon turşusu almaq olur.
195
Azərbaycanda Şelli mələsi, Şahnar, Çəhrayı gülöyşə,
Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq,
Qırmızı vələs və s. nar sortları yetişdirilir.
Nar meyvəsinin təzə qabığının tərkibində 22-35%-ə
qədər aşılayıcı maddə vardır. Bu gön-dəri istehsalında ən yaxşı
aşı maddələrindən biri hesab olunur. Bundan, həmçinin, yun və
kətan parçaları boyamaq üçün bitki boyağı kimi də istifadə
edirlər.
Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərin-
ləşdirici içki hazırlanır. Nar dənələrindən təzə halda, nardança
və nardaşa kimi məhsullardan kulinariyada geniş istifadə edilir.
Nar şirəsinin qatılaşdırılmasından alınan tamlı qatmadan bir
çox mili xörəklərin hazırlanmasında və kabab yanında tamlı
qatma kimi istifadə olunur.
Narın müalicəvi xassələri eramızdan çox əvvəl misir-
lilərə, yunanlara və digər şərq xalqlarına məlum idi. Nar elmi
təbabətə 1807-ci ildə daxil edilmişdir.
Ə
rəblər nardan mədə-bağırsaq pozuntularında və başağ-
rılarında istifadə etmişlər. Nardan və onun şirəsindən böyrək və
ürək-damar sistemi xəstəliklərində istifadə olunur. Şəkər
xəstəliyində də nar faydalıdır. Nar mədənin həzm prosesini
yaxşılaşdırır və sinqa xəstəliyinin müalicəsində yaxşı nəticə
verir. Yabanı nardan alınan limon turşusundan yeyinti səna-
yesində və tibbdə qanın konservləşdirilməsində istifadə olunur.
Gürcüstanda narın güllərindən alınan həlimdən ishala
qarşı, şirəsindən boğaz ağrılarında, güllərindən hazırlanmış
təpitmələrdən şişlərin müalicəsində, narın quru güllərindən
alınan tozvarı məhsuldan ağız boşluğu xəstəliklərində səpmək
üçün istifadə olunur. Bəzən xalq təbabətində nardan qabığı ilə
birlikdə soyuqdəyməyə, kolitə və titrətməyə qarşı istifadə
olunur.
Narın qabığından hazırlanan həlim soyuqdəymədə yaxşı
vasitədir. Bu məqsədlə 5 q xırdalanmış qabıq 100 ml suda
hazırlanır və yeməkdən əvvəl gündə 3 dəfə içmək məsləhət gö-
196
rülür. Narın qabığından hazırlanan həlimdən qurdqovucu kimi
də istifadə olunur.
Narın qabığından hazırlanan həlim mədə pozuntuları
zamanı istifadə olunur. Qurudulmuş meyvə qabığından hazır-
lanan nar tozu şiddətli yanıqları müalicə etmək üçün işlədilir.
Bu zaman yanığa əvvəlcə duru nar şirəsi yaxır və üstündən
həmin tozdan səpirlər.
Narınc – Померанец, бигардия – Citrus aurantium L.
Sədokimilər (Rutaceae) fəsiləsinin Citrus cinsinə aid
həmişəyaşıl çoxillik ağac bitkisidir. Meyvəsi şarformalı olub,
bir qədər saplaq və uc tərəfdən sıxılmışdır. Diametri 5-6 sm-dir.
Qabığı qalın, kələ-kötür, parıltılı narıncı-sarı rənglidir. Ətliyi
turş-acıtəhər dadlı, şirəli, narıncı rəngdə, içərisində çoxlu
toxumları var. Vətəni Şərqi Himalaydır. Meyvəsi təzə halda ye-
yilməyə yararsızdır. Ondan marmelad, konfityur və şirə hazır-
lanıb, ət xörəklərinə tamlı qatma kimi istifadə olunur. Çiçək-
lərindən alınan efir yağı ətriyyat sənayesində istifadə olunur.
Narınc meyvəsi bakterisid xassəyə malikdir. Eyni
zamanda, onun meyvəsinin tərkibində üzvi turşular, C və B
qrupu vitaminləri və PP vitamini vardır. Böyrək xəstəliklərində,
mədə pozuntusu və hipertoniyaya qarşı müalicəvi və profi-
laktiki məqsədlə istifadə olunur. Narınc meyvəsinin müalicəvi
xüsusiyyətləri dəqiqləşdirilməlidir.
Narıngi – Мандарин – Citrus nobilis. Sədokimilər
(Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələrinin qabığının rəngi
narıngidə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı,
zərif lifli və ətirli olur.
Narınginin tərkibində efir yağlarının faizlə miqdarı on-
ların ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narın-
ginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir yağları
olur. Narınginin tərkibində şəkər, çoxlu miqdarda pektin
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan-
mışdır.
197
Narınginin tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və
karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 30-52mq%
olduğu halda, qabıq hissədə 95-125 mq%-dir.
Narınginin bir çox sortları vardır. Bunlardan toxumsuz
Gürcüstan (Unşiu), enliyarpaq Gürcüstan (ovari-unşiu),
daryarpaq Gürcüstan və Vase-Unşiu sortları misal göstərilə
bilər. Gürcüstan sortu portağala oxşar olmaqla dairəvi-yumru
və ya armudvari formada olur.
Unşiu sortu nisbətən yaxşı saxlanılır. Belə ki, bu sort 4 ay
müddətinə saxlanıla bilər. Yastı dairəvi formada olanları 80-90
gün, armudvarı formada olanlar 60-70 gün, darəvi formada
olanlar 120 gün saxlanıla bilir. Saxlanma dövründə narıngi
qabığının ətli hissədən ayrılması onun saxlanılmasının son
müddətini göstərir.
Narınginin müalicəvi xassələri. Dadlı və zərif ətliyi
olan narıngi təzə halda yeyilir. Ondan kompot, mürəbbə,
marmelad, konfet və karamel üçün içlik və digər məhsullar
hazırlanır. Kulinariyada müxtəlif meyvə içkilərinin hazırlanma-
sında və likör-araq istehsalında istifadə olunur. Qurudulub
üyüdülmüş narıngi qabığı vitaminli və ətirli məhsul kimi kökə
və piroqlara qatılır.
Narıngi qüvvətli bakterisid xassəyə malik olduğu üçün
xroniki mədə-bağırsaq, böyrək xəstəliklərində, mədə pozun-
tularında, xüsusən ishala qarşı müalicəvi məqsədlə istifadə
olunur. Narınginin meyvəsi və qabığı da iştahaartırıcı, köpün
qarşısını alan və sidik yollarını dezinfeksiyaedici təsirə malik-
dir.
Narıngi şirəsi təravətləndirici olmaqla, həm də pəhrizi
içkidir. Narınginin tərkibində olan fitonsidlər mikroblara qarşı
təsir göstərdiyindən, bağırsaqların peristaltikasını zəiflədir.
Narıngidə olan fitonsidlər, hətta dəri xəstəliyi törədən bəzi
göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Tibbdə narıngi
qabığından alınan acı nastoyka digər dərmanlarla birlikdə işta-
198
haartırıçı və həzmedici vasitə kimi tətbiq olunur. Belə dərman-
lardan yeməkdən əvvəl 15-30 damcı içmək məsləhətdir. Xalq
təbabətində narınginin qabığından hazırlanmış tinkturadan (2
xörək qaşığı xırdalanmış quru narıngi qabığı 250 ml suda)
həmin dozada istifadə edilir. Belə nastoyka və narıngi qabı-
ğ
ından 1:10 nisbətində hazırlanmış həlimdən öskürəyi yum-
ş
altmaq, bəlğəmgətirici kimi traxeit və bronxitdə istifadə edilir.
Ə
czaçılıq təcrübəsində dərmanların dadını yaxşılaşdırmaq üçün
istifadə olunan narınc meyvəsinin qabığı bəzən narıngi qabığı
ilə əvəz olunur.
Papayya – Попайя – Carica papaya. Caricaceae fəsilə-
sindəndir. Sinonimi çoxdur, əsasən qovun ağacının meyvəsi
adlanır. Vətəni Mərkəzi Amerika, əsasən Meksikanın cənub
hissəsi sayılır. Hazırda tropik iqlimə malik bütün ölkələrdə
becərilir. Dünyada hər il 4 milyon ton papayya istehsal olunur.
Meyvəsi giləmeyvədir. Forması uzunsov-oval, armudaoxşar və
ya yumru-ovaldır. Daxilində çoxlu xırda qara acı dadlı toxum-
ları var. Qabığı hamar, dərivarı, yetişmədikdə yaşıl, yetişdikdə
isə sarı və ya narıncı rəngdə olur. Ətliyi sortundan asılı olaraq
ağ-sarımtıl və ya narıncı rəngdə, yumşaq, zərif, şirəli, kifayət
qədər şirin olub, qovunu xatırladır. Bir ədədinin kütləsi 100 q-
dan 1000 q-a qədər, bəzi hallarda 5-9 kq-a qədər olur. Sortla-
rından Solo, Sunrise Solo, Masumoto Solo, Betty, Amazon
Red, Bahia, Hortus Gold, Red Panama və s.-dir.
Tərkibində 86-90% su, 10-12% karbohidrat, o cümlədən
2-10% şəkər, 0,4-0,7% zülal, 0,6-0,7% pektinli maddə, 0,4-
0,6% minerallı maddə, 0,04-0,15% üzvi turşu (alma və limon),
0,1% yağ vardır. Vitaminlərdən 50 mq% C və β-karotinlərdən 2
dəfə az A vitamini aktivliyində olan 48,2 mq% β-kriptoksantin
vardır. 100 q meyvəsi 12 kkal və ya 52 kCoul enerji verir.
Papayyanın tərkibində proteolitik ferment papain olduğu
üçün qidanın həzminə kömək etdiyindən pəhrizi desert qida
kimi məsləhət görülür. Saxlanılma müddəti 10-13
0
C-də və 90%
nisbi rütubətdə 13-20 gündür.
199
Porta_ğal'> Portağ al – Апельсин – Citrus sinensis. Sədokimilər
(Rutaceae) fəsiləsindəndir. Azərbaycanda becərilən əsas sitrus
meyvələridir. Portağalın qabığının rəngi sarımtıl-narıncı olur.
Ə
tli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur. Karolyok
sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur.
Portağalın tərkibində efir yağlarının faizlə miqdarı on-
ların ayrı-ayrı hissələrində müxtəlif olur. Yerli sort portağalın
qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur.
Portağalın tərkibində şəkər, çoxlu miqdarda pektin
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan-
mışdır.
Portağalın tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və
karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq%
olduğu halda, qabıq hissədə 121-175 mq%-dir.
Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu
maddələrin miqdarı 1%-ə qədər təşkil edir.
Portağalın geniş becərilən sortlarından Vaşinqton-navel,
Qamlin, əla Suxumi, Pervenes, yerli irimeyvəli və Korolyoku
göstərmək olar.
Yerli sort portağal öz məhsuldarlığına görə başqa sortlar-
dan geri qalmır.
Portağal ticarətə, əsasən dekabrdan fevrala kimi daxil
olur. Bunları 6 aya qədər saxlamaq mümkündür.
Portağ alın müalicə vi xassə lə ri. Portağal tibbi və sənaye
ə
həmiyyətli bitkidir. Onun meyvəsindən alınan şirə dünyada
geniş yayılan, çox faydalı içki hesab edilir. Təzə dərilmiş
meyvəsinin lətində və ya ondan alınan şirədə 70%-ə qədər
şə
kər, 5-6%-ə qədər limon, alma turşuları və başqa üzvi tur-
ş
ular, pektin, mineral duzlar, boyayıcı maddələr, C, B
1
, B
2
vita-
minləri və karotin vardır. Buna görə də, portağalın şirəsi avi-
taminoz xəstəliklərinin müalicəsində çox faydalıdır. Meyvəsi
fitonsidlərlə zəngin olduğu üçün bir sıra irinli yaraları onunla
200
sağaldırlar. Şirəsi mədənin həzm prosesini yaxşılaşdırır, işta-
hanı artırır. Xroniki qəbizlik keçirən xəstələrə portağal yemək
məsləhət görülür. Bundan əlavə portağal hipertoniya, atero-
skleroz, qaraciyər xəstəliklərinin müalicəsində də çox fay-
dalıdır.
Lakin mədə xorası və onikibarmaq bağırsağın xəstəli-
yində, qastritdə, mədə şirəsinin turşuluğunun yüksək olmasında
və bağırsaqların iltihab prosesləri pozulduqda portağal yemək
məsləhət görülmür. Belə hallarda portağal şirəsi yarıbayarı su
ilə qarışdırılmalıdır. Portağalın tərkibində kalium və C vitamini
çox olduğundan hipertoniyada, aterosklerozda, qaraciyər
xəstəliyində, piylənmədə və podaqrada istifadə etməyə imkan
verir.
Məişətdə qurudulmuş portağal qabığından güvəyə qarşı
istifadə olunur. Bu məqsədlə üst geyimləri olan dolaba 1-2
portağalın quru qabığı qoyulur. Bu məqsədlə portağal qabığı ilə
mixək birlikdə daha effektlidir.
Portağalın qabığında olan turşular müxtəlif bakteriyalara
öldürücü təsir göstərir. Təbii antibiotik olan bu maddə tibbdə,
kosmetikada və yeyinti sənayesində müvəffəqiyyətlə tətbiq
oluna bilər. 1 litr südə 1-2 damcı portağal qabığının şirəsini
ə
lavə etdikdə bir neçə həftə xarab olmur.
Dostları ilə paylaş: |