Qafqaz quşarmudu – Рябина Кафказская – Sorbus
caucasigena Kom. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən
quşarmudu (Sorbus L.) cinsindən olan giləmeyvədir. Quşarmu-
dunun dünyada 84-ə qədər növü yayılmışdır. Quşarmudunun
Qafqazda 20, Azərbaycanda isə 11 növü bitir.
Qafqaz quşarmudu hündürlüyü 6-8, bəzən 15 m-ə qədər
dağınıq çətirli bitkidir. Diametri 40 sm-ə çatan uca koldur.
Yarpaqları təkləçəkvarı yarpaqlardan ibarətdir. Çiçək qrupu
çoxçiçəkli, qalxanvarıdır. Çiçəkləri ağ rəngdə olur. May-iyun
ayında çiçək açır, avqust-sentyabrda meyvə verir, meyvəsi
qışda ağacların üstündə qalır. Qafqaz quşarmudu Quba rayo-
nunda və Azərbaycanın yuxarı dağ-meşə qurşağında yayılmış-
dır, meşələrin kənarlarında və talalarda rast gəlinir.
Qafqaz quşarmudunun meyvələrindən mürəbbə, müxtəlif
vitaminli məhsullar, spirtsiz içkilər, şərbət, qəhvə surroqatları
hazırlanır. Tərkibində 4-8%-ə qədər şəkər, alma, limon və
kəhrəba turşuları, aşı maddələri, 4-13,7 mq% C vitamini, 52
mq% karotin vardır. Yetişmiş meyvələrinin rəngi qırmızı, qəh-
vəyi və qaramtıl olur. Yetişmiş meyvələrdən təzə halda yalnız
ş
axta vurduqdan sonra istifadə edilir. Meyvələrinin tərkibindəki
vitaminlər uzun müddət saxlandıqda belə öz təsirini itirmir. Qış
mövsümündə vitaminli meyvə və giləmeyvə məhsulları olma-
dıqda onun meyvələrindən istifadə olunur.
Xalq təbabətində quşarmudu meyvələrindən geniş isti-
fadə olunur. Onun müalicəvi xassələri qarameyvəli və qırmı-
zımeyvəli
quşarmudunda olduğu kimidir.
Qara gəndalaş – Бузина черная – Sambucus nigra L.
Bu bitki Doqquzdon (Caprifoliaceae) fəsiləsindən olan kol
bitkisidir. 30 növündən ikisi Azərbaycanda yayılmışdır. Adi
gəndalaş (Sambucus racemosa L.) və qara gəndalaş (Sam-
137
bucus nigra L.). Təbabətdə ancaq qara gəndalaşdan istifadə
olunur.
Qara gəndalaş qollu-budaqlı kol bitkisi olub, qarşı-
qarşıya düzülmüş cütlələkvarı yarpaqları və nizəvarı şəklində
toplanmış ətirli, sarıtəhər, ağ rəngli çiçəklərə malikdir. Yetişən-
də qara rəngə boyanan şirəli meyvələri xüsusilə nəzəri cəlb
edir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-av-
qustda yetişir.
Xalq təbabətində, eləcə də elmi təbabətdə qara gən-
dalaşın həm çiçəklərindən, həm də meyvələrindən geniş istifadə
edilir. Çiçəkləri tam açılan dövrdə, meyvələri isə tamam yetişən
vaxt toplanır. Çiçəkləri toplayan kimi kölgəli yerdə, açıq
havada va ya quru havalı binalarda sərib qurudulur. Meyvələri
isə xüsusi sobalarda və ya meyvə qurudan quruducularda quru-
dulub tədarük məntəqələrinə göndərilir. Yaxşı qurudulan
meyvələr turşməzə, azca selikli dada malik olur.
Qara gəndalaş çiçəklərində bir sıra müalicə əhəmiyyətli
maddələr müəyyən edilmişdir. Bunlardan sanbuniqrin qliko-
zidini, rutini, efir yağını, qatranı, pektin və selik maddələrini,
xolini, xlorogeni, kofeini, valerian, alma və sirkə turşularını,
eləcə də C, B
1
, B
2
və K vitaminlərini göstərmək olar.
Meyvələrinin tərkibində antosian, xrizantemin, sam-
busin, sambusianin
kimi bioloji fəal maddələr vardır.
Gəndalaşın müalicəvi xassələri. Elmi təbabətdə gən-
dalaşın qurudulmuş çiçəklərindən 6 q 200 ml suda çay kimi
dəmləyib, soyuqdəymələrdə tərlədici və nəfəs yollarının iltiha-
bını aradan qaldırıcı dərman kimi xörək qaşığı ilə qəbul edirlər.
Bundan əlavə qara gəndalaşın çiçəkləri “Tərlədici çayın” və
“Yumşaldıcı yığıntının” tərkibində də işlədilir. Çiçəklərindən
çay kimi dəmləyib, boğaz ağrılarında, ağız nahiyəsində və diş
ə
tində iltihab olan vaxtı, eləcə də anginada qarqara dərmanı
kimi də istifadə edilir.
Qurudulmuş meyvələrindən xalq təbabətində firni (kisel)
xörəyi formada preparat hazırlayıb, yüngül işlətmə dərmanı
138
kimi körpə uşaqlara yedirdirlər. Təzə dərilmiş meyvələrindən
və şirəsindən avitaminozda mürəbbə şəklində qüvvətverici və
iştahartırıcı kimi istifadə edilir.
Qarağat – Смородина – Daşdələnkimilər (Saxifra-
gaceae) fəsiləsinə mənsub olub qırmızı (Rubes rubrum L.) və
qara qarağat (Rubes nigrum L,) qrupuna ayrılır. Qarağatın 140
növündən ən əhəmiyyətlisi qara və qırmızı qarağatdır.
Qara qarağat – Смородина черная – Ribes niqrum
L. Daşdələnkimilər (Saxifragaceae) fəsiləsindən kol bitkisidir.
Meşəliklərdə və çaybasar nəm yerlərdə geniş yayılmışdır.
Qiymətli olduğu üçün, sənaye əhəmiyyətli bitki kimi becərilir.
Qara qarağat yabanı halda şimalda və cənubun dağlıq
meşələrində geniş sahələrdə bitir. Qara qarağat may-iyunda
çiçəkləyir. Çiçəkləri ağ-çəhrayı və ya boz-çəhrayıdır. Mey-
vələri iyul-avqustda yetişir. Meyvələri yumru, tünd qara, bəzən
boz-qara rəngli, qabığı bərk və içində balaca toxumları vardır.
Yetişib ötmüş meyvələr yerə tökülür. Dadı turş, iyi ətirli olur.
Meyvələrinin qabıq hissəsində qızılı-sarı rəngli efiryağlı vəz-
ciklər olur. Ət hissəsində içə çoxlu toxumları yerləşir. Mey-
vəsindən dərman məqsədilə istifadə olunur. Belə ki, becərilən
və eləcə də yabanı halda yayılan qarağatın meyvələrini yetişən
vaxt toplayır, toplayan kimi təzə-təzə vitaminli şərbətə çev-
irirlər və ya xüsusi sobaların üzərində qurudurlar. Meyvə-
lərindən başqa, son illərdə yarpaqlarından və tumurcuqlarından
da istifadə olunur. Yarpaqlarını vitaminli yığıntı üçün, tumur-
cuqlarını isə spirtdə konservləşdirib yeyinti sənayesinə vermək
üçün istifadə edirlər. Qarağatın təzə dərilmiş meyvəsinin
tərkibində 100-400 mq% C vitamini, eləcə də P vitamini vardır.
Bundan əlavə, meyvəsində 2,5-4%-ə qədər üzvi turşular, az
miqdarda efir yağı, şəkər, pektin maddələri də müəyyən edil-
mişdir. Yarpaqlarının tərkibində 250 mq% C vitamini vardır.
Tərkibində 10-16% şəkər, 2,6-3,9% turşu (alma, limon,
şə
rab), 1% pektinli maddə, aşılayıcı və rəngləyici maddələr,
karotin, P, B
1
və C vitaminləri vardır. C vitamini 400 mq%-dir.
139
C vitamininin miqdarına görə yalnız itburnudan geri qalır.
Minerallı maddəsinin tərkibində kalium, kalsium, natrium,
maqnezium, dəmir, fosfor, manqan və s. vardır.
Qara qarağatdan şirə, mors, kompot, mürəbbə, çiy mü-
rəbbə, cem, povidlo, marmelad, müxtəlif qənnadı məmulatı ha-
zırlanır. Yarpaqlarında C vitamini çox olduğundan ədviyyəli
bitki kimi xiyar, pomidor və kələm şorabalarında istifadə olu-
nur. Yarpaqlarda fitonsidlər olduğundan tərəvəzin daha yaxşı
qalmasını təmin edir. Qara qarağatdan şərab və likör da ha-
zırlanır. Qara qarağatın yarpaqlarından duza və şorabaya qoy-
duqda istifadə edirlər. Yarpaqlarındakı fitonsidlər tərəvəzlərin
yaxşı qalmasına kömək edir.
Qara qarağatın müalicəvi xassələri. Qarağatın quru-
dulmuş meyvəsindən çay kimi dəmləyib avitaminozda geniş
istifadə edilir. Çox vaxt dərgil meyvələri ilə birlikdə vitaminli
yığıntının tərkibində istifadə edirlər. Təzə dərilmiş meyvə-
lərindən şərbət və C vitamini preparatı da hazırlanır. Yarpaq-
larından xalq təbabətində çay kimi dəmləyib sarılıq xəstəliyinə
qarşı istifadə edirlər.
Tibbi məqsədlər üçün istifadə etmək məqsədilə meyvə-
ləri və yarpaqları kölgədə qurudulur. Qarağatın əsas müalicəvi
xassələri onun büzüşdürücü və sidikqovucu olması ilə əlaqə-
dardır. Müasir tibbdə qara qarağatdan ishala qarşı, sidikqovucu
və eləcə də tərgətirici vasitə kimi istifadə olunur. Bu məqsədlə
20 q giləmeyvə 1 stəkan suda 20-30 dəq qaynadılır, süzülür və
gündə 3-4 dəfə 1 xörək qaşığı içilir. Mədə-bağırsaq xəstəlikləri
kəskinləşdikdə pəhriz qidasına qara qarağatdan hazırlanmış
kisel, şirə və ya həlim əlavə olunur.
Təzə qara qarağat şirəsini mədənin və onikibarmaq
bağırsağın xorasında, mədə şirəsinin turşuluğunun azlığı ilə
müşahidə olunan qastritdə istifadə olunur. Qara qarağat yarpaq-
larından hazırlanan tinktura mədənin fəaliyyətinə müsbət təsir
göstərir. Qara qarağat şirəsini kəskin öskürəkdə və bronxitdə
bal və ya şəkərlə içmək məsləhət görülür.
140
Təzə qarağat meyvəsi avitaminozun və sinqa xəstəliyinin
profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Sağlam insanlar
gündə 15-20 q təzə qara qarağat yeməklə, gündəlik C
vitamininə olan tələbatlarını ödəyə bilərlər.
Ev şəraitində qara qarağatdan müxtəlif içkilər hazırlamaq
mümkündür.
1. İki xörək qaşığı quru qara qarağat meyvəsi 1-2 stəkan
qaynanmış suda dəmlənir, süzülür və yeməkdən qabaq 2-4 dəfə
qəbul edilir.
2. Qara qarağat və itburnudan da belə içki hazırlanır.
3. Qara qarağat, moruq, itburnu, mərcangilə qarışığından
dəmləmə üsulu ilə hazırlanan içkidən gündə 3 dəfə yarım
stəkan içilir. Bu məqsədlə qurudulmuş giləmeyvələrin qarışı-
ğ
ından 2 xörək qaşığı götürülüb bir stəkan suda 10 dəq qay-
nadılır, soyuyana qədər ağzı bağlı halda saxlanılıb tənzifdən
süzülür. Dada görə bal və ya şəkər əlavə olunur, gündə 2 dəfə
yarım stəkan içilir.
Son zamanlar qara qarağatdan çiy mürəbbə hazırlamaq
məşhurdur. Bu məqsədlə 1 hissə qara qarağat ətçəkən maşından
keçirilir (və ya taxta həvənglə əzilir) və 2 hissə şəkərlə qarış-
dırılır. Alınmış çiy mürəbbədən səhər və axşam çayla içilir.
Tərkibində C və P vitamini olduğundan aterosklerozda və hi-
pertoniya xəstəliklərinin profilaktikasında qəbul etmək məs-
ləhətdir. Qara qarağatdan digər ürək-damar xəstəliklərində və
müxtəlif qanaxmalarda istifadə etmək məsləhət görülür.
1:10 nisbətində hazırlanmış sulu tinkturadan və ya
həlimdən vodyanka (hidropos), soyuqdəymə və uşaqlarda sıra-
ca (xənazir) xəstəliyi müalicə olunur. Bu məqsədlə hazırlanmış
həlimdən gündə 3 dəfə 2 xörək qaşığı içilir. Qara qarağat
tinkturası orqanizmdən artıq sidik turşusunu kənar etdiyindən,
podaqra və revmatizmdə, böyrəklərdə və sidik kisəsi daşlarının
profilaktikasında da onu içmək məsləhət görülür. Qarağat yar-
paqlarında olan efir yağlarının sidikqovucu və yelə (rev-
matizmə) qarşı da təsiri vardır. Oynaqlardakı yel və podaqra
141
xəstəliklərində 25 q xırdalanmış yarpaqlardan 0,5 litr qay-
nanmış suda 4-6 saat saxlamaqla hazırlanan tinkturadan, gündə
4-5 dəfə 1/2-1 stəkan qəbul edirlər.
Qarağatdan avitaminozda çay kimi dəmləyib istifadə
edirlər. Ondan vitaminli preparat da hazırlanır. Bunun üçün 1
hissə qara qarağat 2 hissə şəkərlə qarışdırılır, ətçəkən maşından
keçirilir. Həmin qarışıq ateroskleroz və hipertoniya xəstəliyinə
qarşı tətbiq olunur. Yarpaqlarından xalq təbabətində çay kimi
dəmləyib sarılıq xəstəliyinə qarşı istifadə edirlir.
Qara quşüzümü – Паслен черный – Solanum
nigrum. Quşüzümü (Solamumaceae) fəsiləsindən olub birillik
bitkidir. Zoğu qollu-budaqlı 15-90 sm hündürlüyündə, yarpaq-
ları yumurta formalı, çiçəkləri xırda, ağ çətirşəkilli qıvrımdır.
Meyvəsi, adətən qara, nadir hallarda yaşıl kürəformalı gilə-
meyvədir. İyuldan sentyabra qədər çiçəkləyir, avqust-oktyabr
aylarında yetişir. Tam yetişmiş meyvələri istifadə olunur.
Qara quşüzümünün tərkibində 353,2 mq% C vitamini,
qlikoalkaloid solanin vardır. Lakin tam yetişmiş meyvələrində
solanin olmur. Yarpaqlarında 815,5 mq% C vitamini, sapo-
ninlər, karotin, 4,95% limon turşusu vardır.
Qara quşüzümünün müalicəvi xassələri. Bolqar xalq
təbabətində qara quşüzümü yarpaqlarından əsəb, baş ağrısı,
sidik kisəsinin spazması, mədə və bağırsaq nahiyəsindəki ağrı,
podaqra və yel xəstəliyi, öskürəkdə və bronxial astmada
istifadə olunur. Həlim şəklində tətbiq olunur. 3 q xırdalanmış
quru yarpaqlar 150 ml suda 10 dəq. qaynadılır və gündə 2 çay
qaşığı içilir. Həlim diş dibinin irinli iltihabına qarşı qarqara
etmək üçün də məsləhət görülür.
Hippokrat qara quşüzümünü pollyusiyanın (gecələr
ş
eytan aldatma) qarşısını almaq üçün istifadə etməyi məsləhət
görürdü. Dioskorid isə qida borusunun və mədənin yanığına
qarşı istifadə edirdi. Abu Əli Ibn-Sina qara quşüzümündən baş-
ağrısına, qulaq dibində olan şişlərin sorulmasına, beyin və digər
xəstəliklərdə geniş miqyasda istifadə edirdi. Təzə meyvələrin-
142
dən alınmış şirədən konyunktivit (göz qapağı selikli qişasının
iltihabı), yuxugətirici və boğaz ağrılarında qarqara, giləmey-
vələri sidikqovucu və qankəsici vasitə kimi qadın xəstəliklə-
rində, böyrək və sidik kisəsi xəstəliklərində istifadə olunur.
Abu Əli Ibn-Sina qara quşüzümünün yerli keyləşdirici xassəyə
malik olduğunu da qeyd edirdi.
Yetişmiş meyvələrindən qan təzyiqi və ateroskleroz
xəstəliklərində həkim nəzarəti altında gündə 5-6 q qida kimi
istifadə etmək məsləhət görülür.
Qaragil'>Qaragilə – Черника – Vaccinium myrtillus L. Mərcan-
gilə (Vacciniaceae) fəsiləsindən kiçik kol bitkisidir. Yarpaqları
ellips formalı, çiçəkləri yaşılımtıl-çəhrayı rəngdə, meyvələri isə
ş
ar formalı tünd göy-qara rəngli, turşaşirin, ətliyi büzüşdü-
rücüdür. May ayında çiçəkləyir, meyvələri iyul-sentyabrda ye-
tişir. Qaragilə şimal və orta zonanın bütün meşəlik bölgələrində
rast gəlinir. Qafqazın dağlıq meşələrində Qafqaz qaragiləsi
bitir. Qaragilə yaxşı balverən bitkidir. Onun giləmeyvələri tam
yetişdikdə toplanır, şəkərlə konservləşdirilir. Qaragilə kolgədə
qurudulur.
Qaragilənin tərkibində 5-6% şəkər, 1%-ə qədər üzvi turşu
(limon, alma, süd, xunn, kəhrəba), 150 mq% C vitamini, 0,6%
pektin maddəsi, boya maddəsi və qlikozid mirtillin vardır.
Qaragilə tərkibindəki manqanın miqdarına görə bütün meyvə
və giləmeyvələrdən üstündür, dəmirin miqdarı da çoxdur.
Qaragilə giləmeyvəsindən şirə, mürəbbə, cem hazırlanır.
Tərkibindəki qırmızı-bənövşəyi boya maddəsindən şərab, likör
və spirtsiz içkilərin rənglənməsində istifadə olunur.
Yarpaqlarında aşı maddəsi, üzvi turşular (o cümlədən,
askorbin turşusu), efir yağları və qlikozidlər (neomirtillin,
erikolin, arbustin
) vardır. Yarpaqlar və zoğlarından dərinin aşı-
lanmasında, qəhvəyi və sarı rənglənməsində istifadə olunur.
Qaragilənin müalicəvi xassələri. Qaragilə giləmeyvə-
sindən hazırlanan mürəbbə müalicəvi-pəhrizi xassəyə malikdir
və ishala qarşı səmərəli vasitə kimi məsləhət görülür. Gilə-
143
meyvələrin tərkibində olan aşı maddələri büzüşdürücü xassəyə
malik olduğundan, həm təzə giləmeyvə, həm də ondan hazır-
lanan sulu həlimlər və kiseldən istifadə olunur. Qaragilə gilə-
meyvəsi mədə-bağırsağın fəaliyyətini nizama saldığından bütün
yaşlarda ishala qarşı tətbiq olunur. Eyni zamanda, qaragilə
mədənin selikli qişasının iltihabında (katarda) və mədə şirəsi
turşuluğu az olduqda insana müsbət təsir göstərir. Xalq təbabə-
tində qaragilə böyrəklərdə daş olduqda, podaqrada, yel xəstə-
liyində, qanazlığında, dəri və digər xəstəliklərdə istifadə olunur.
Daxilə qəbul etmək üçün qurudulmuş qaragilədən 1:20 nisbə-
tində 8 saat soyuq suda saxlamaqla tinktura hazırlanır və
vitaminli içki kimi içilir.
Qaragilə şirəsindən ağız boşluğunun və diş dibinin, boğa-
zın iltihabında qarqara kimi istifadə olunur. Bu məqsədlə gilə-
meyvədən hazırlanan həlimdən də istifadə olunur. Giləmey-
vələr həm də fitonsid xassəyə də malikdir. Giləmeyvələrdən
hazırlanan qatı həlimlərdən yaş ekzemaya, yanıqlara, irinli
yaralara və dərinin digər xəstəliklərinə qarşı islatma kompres
qoyulur. Xaricə istifadə etmək üçün 100 q giləmeyvəni 500 ml
suda 250-300 ml qalana qədər bişirməklə həlim hazırlanır. Belə
həlimdən kompresləri 4-5 saatdan bir təzələyirlər.
May-iyun aylarında toplanmış yarpaqlardan çay hazır-
lanır və böyrəklərin iltihabında və sidik kisəsinin zəif fəaliy-
yətində içilir. Yarpaqlardan mədə pozuntusu, xroniki enterit, öd
kisəsi və sidik kisəsi xəstəliklərində istifadə olunur. Yarpaq-
lardan alınan həlimdən şəkər xəstəliyində də çox vaxt istifadə
edilir. Bu isə yarpaqlardakı neomirtillin qlükozidinin olma-
sından irəli gəlir. Diabet xəstəliyindən əziyyət çəkənlər, bir
qayda olaraq, gündə üç dəfə 1 xörək qaşığı xırdalanmış yarpaq-
ları 1 stəkan suda tinktura hazırlayıb içirlər. Bu, diabetin yün-
gül formasında insana rahatlıq gətirir.
Son illər alimlər müəyyən etmişlər ki, qaragilə ekstraktı
görmə qabiliyyətini yaxşılaşdırır. Ona görə də belə ekstraktdan
144
maşinistlərin, sürücülərin, pilotların (təyyarəçilərin) istifadə
etməsi məsləhət görülür.
Qırmızı qarağat – Смородина красная – Ribes
rubrum L. Daşdələnkimilər (Saxibragaceae) fəsiləsindən kol
bitkisi olub, meyvələri yumru qırmızı və şirəli gilədir. Gilələri
ə
yilmiş kiçik salxımlarda yerləşir. May ayında çiçəkləyir, iyul-
avqust aylarında meyvələri yetişir.
Ə
dəbiyyatlarda qırmızı qarağat haqqında ilk məlumatlar
XIV əsrə aiddir. Qara qarağat kimi, onu da əvvəllər dərman bit-
kisi hesab edirdilər. Qırmızı qarağatın qida məqsədilə istifadə
olunması daha çox son dövrlərə aiddir. Hazırda qırmızı qara-
ğ
atın çoxlu sortları məlumdur və demək olar ki, tropik ölkə-
lərdən başqa hər yerdə əkilib-becərilir. Qırmızı qarağatı bəzək
kolu kimi də becərirlər. Qırmızı qarağatın çiçəkləri xırdadır.
Ə
vvəlcə çiçək açır, sonra isə yarpaq. Qara qarağatda isə ək-
sinədir. Meyvələri iyun-avqustda yetişir. Meyvəsi yumru olub,
rəngi qırmızıdır. Qara qarağatdan fərqli olaraq kiçik salxımlarla
dərilir. Daxilindəki toxumları və qabıq damarları görünür. Turş,
xoşməzə dadı vardır.
Qırmızı qarağatın tərkibində 4-11% şəkər, 3,8% üzvi
turşu, 0,43-2,38% pektinli maddə, 0,11% aşılayıcı və rəngləyici
maddə, 3,88% sellüloza, 0,91%-ə qədər azotlu maddə, 0,41%
pentozanlar vardır. C vitamininin miqdarı nisbətən az olub, 60
mq%-ə, P vitamini isə 0,4 mq%-ə qədərdir.
Qara və qırmızı qarağatdan şirə, mors (meyvə şərbəti),
kompot, mürəbbə, povidlo, cem, jele, likör, şərab və bir çox aş-
pazlıq və qənnadı məmulatı hazırlanır. Qışa saxlamaq üçün şə-
kərlə, şəkər şərbətində və şəkərsiz dondururlar. Giləmeyvələr
pəhriz və uşaq qidası üçün də istifadə olunur. Uzun müddət
saxlamaq üçün giləmeyvələrə şəkər səpilir və sərin yerə qo-
yulur.
Qırmızı qarağatın müalicəvi xassələri. Qırmızı qarağat
ş
irəsi susuzluğu yaxşı söndürür. Giləmeyvələri və şirəsi işta-
hanı artırmaq üçün ən yaxşı vasitədir. Eyni zamanda, qırmızı
145
qarağat bağırsağın fəaliyyətini fəallaşdırır və daimi qəbizlikdə
istifadə oluna bilər. Şirəsi tərlədici təsirə malik olduğundan
soyuqdəymə zamanı təyin olunur. Qırmızı qarağat şirəsi orqa-
nizmdən turş sidik duzlarını çıxarır.
Qırmızı qarağata kimyəvi tərkibinə görə yaxın olan ağ
qarağat da eyni bioloji təsirə malikdir. Lakin onun tərkibində
vitaminlər nisbətən azdır. Məsələn, əgər insanın gündəlik C
vitamininə olan tələbini ödəmək üçün 150 q qırmızı qarağat
yetərlidirsə, ağ qarağatı 6-7 dəfə çox yemək lazımdır.
Qırmızı meyvə li quş armudu (üvə z) – Рябина
обыкновенная
– Sorbus aucuparia L. Gülçiçəklilər (Rosa-
ceae) fəsiləsindən çox da böyük olmayan boz rəngli, hamar
qabıqla örtülmüş ağacdır. 84 növündən 14-ü mədəni halda
yetişdirilir. Azərbaycanın dağ-meşə bölgələrində quşarmudu-
nun 11 növü yayılmışdır. Növbə ilə düzülmüş lələyəbənzər yar-
paqları vardır. Ağ rəngli çiçəklərindən acı badam iyi gəlir.
Meyvələri giləmeyvəyə oxşayır, şirəlidir, parlaq çəhrayı rəng-
dədir. Bitki may-iyun aylarında çiçək açır, meyvələri avqust-
sentyabr aylarında yetişir və payızın sonuna kimi ağacda qalır.
Quşarmudu iynəyarpaqlı meşələrdə geniş yayılmışdır. Bu
bitkiyə, eləcə də, meşə açıqlıqlarında, kolluqlarda, çay və göl
kənarlarında tez-tez rast gəlinir.
Rusiyanın Avropa hissəsinin meşəliklərində və Sibirdən
başlayaraq ta şimalın son hüdudlarına qədər sahələrdə quşar-
mudu yayılmışdır. Bundan əlavə, Zaqafqaziyada, o cümlədən
Azərbaycanda bu bitkiyə çox təsadüf olunur. Quşarmudunu,
eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman
məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrinin xoşagə-
lən, turşməzə, acıtəhər dadı vardır. Bu meyvələri şaxta düşən-
dən sonra toplayırlar. Tibbi məqsəd üçün həm becərilən, həm
də yabanı halda yayılan quşarmudu meyvələrindən çox vaxt
təzə dərilən kimi və ya qurudandan sonra istifadə edilir. Təzə
dərilmiş meyvələri bütün qışı soyuq binalarda və ya dondu-
rulmuş halda saxlanılır. Quşarmudunun meyvələrindən təba-
146
bətdə və yeyinti sənayesində karotin və digər vitaminlərlə
zəngin xammal kimi istifadə edilir.
Bitkinin adı ( aucuparia) latın dilindən tərcümədə «quş-
ları aldatmaq» mənasını verir, çünki bunun meyvəsini quşlar
daha çox istifadə edirlər. Qırmızı quşarmudunun müalicəvi
təsiri ta Qədim Yunanıstanda məlum idi. Qida və dərman bit-
kisi kimi Avropada orta əsrlərdə məlum olmuş və hazırda məi-
şə
tdə əsas yer tutan bitkidir.
Qırmızı quşarmudunun tərkibində 8% (4-13,4%) şəkər
(sorboza), 2,8% üzvi turşu (əsasən, limon və alma turşusu),
0,51% aşı maddələri, 200 mq% C vitamini, 18 mq% karotin,
235 mq% aminturşular (arqinin, α-alanin, histidin, qlisin, lizin,
tirozin, sistin, sistein, asparagin turşusu və s.), efir yağları, ka-
lium, kalsium, natrium və maqnezium duzları vardır. Çəyir-
dəyində 22% yağ, qlikozid amiqdalin, yarpaqlarında 200 mq%
C vitamini, flavonlar ( astraqalin, giperozid,kemferol-3-sofo-
rizid, kversetin-3-soforizid, izokver-sitrin
) vardır. Meyvəsinin
acı dadı 0,8% monoqlikozid olan parasorbin turşusundan irəli
gəlir. Qabığında isə 11% taninlər var.
Meyvəsinin ətliyi turş və büzüşdürücü acı dadlıdır. Şax-
talar düşəndən sonra dərildikdə acılığı yox olur. Mədəni halda
becərilən quşarmudunun bəzi sortları şirin olduğundan təzə
halda yeyilir. Ondan vitaminli içki, şərbət, kompot, mürəbbə,
pastila, jele, nalivka, qəhvə və çay əvəzedicisi hazırlanır.
Dostları ilə paylaş: |