Ağ tut – Шелковица (тут) белый – Morus alba L.
Tut (Moraceae) fəsiləsinə mənsubdur. Ağ tutun Vətəni Zaqaf-
qaziyadır. Meyvəsi üçün becərilən tut 2 əsas növə bölünür: ağ
və xartut. Yaxın Şərq ölkələrində çox yayılmışdır. Azər-
baycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ-
müxtəliflikləri vardır. Yabanı halda Azərbaycanın meşələrində,
çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı tutun bir çox
formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zaman-
lardan bəri becərilməkdədir.
Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun
ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür.
Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər
yarpaqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzə-
rində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək
çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar
partladıqdan sonra tozları tökülür. Dişi çiçəklərin 4 kasacıq
yarpaqları, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək kiçik mey-
vələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun
ə
sas meyvəsini təşkil edir. Hər meyvəciyində bir ədəd yastı,
sarı, xırda toxumu vardır. Toxumların arasında olan sulu, şirin
lətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun
meyvəsi mürəkkəb giləmeyvədir.
Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Mey-
vələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun
meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu
və şirindir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür.
Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən
silkələyib xüsusi çadralara toplayırlar.
Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan
təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular,
zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər
və dəmir vardır.
169
Ağ tut təzə halda yeyilir, kompot, mürəbbə, jele, şərbət
və doşab hazırlanır. Tut doşabı tərkibinə görə bala oxşayır və
qidalılıq dəyərinə görə təzə meyvədən fərqlənmir.
Ağ tutun müalicəvi xassələri. Xalq təbabətində kal tut
meyvəsindən hazırlanan sulu tinkturadan və şərbətdən ishala
qarşı istifadə olunur. Əksinə, yetişmiş meyvələri zəif yumşal-
dıcı xassəyə malikdir. Ağ tutun şirəsi və nastoyundan bəlğəm-
gətirici, tərlədici və sidikqovucu vasitə kimi istifadə edilir. Ağ
tut ürəyin miokardio- distrofiyasında və ürək qüsurlarında tət-
biq olunur. Xəstələrə gündə 4-5 dəfə yeməkdən sonra 200-250
q yetişmiş tut verilir. 3-4 həftəlik müalicədən sonra xəstələrin
ürəyindəki ağrılar keçir, ürəyin fəaliyyəti yaxşılaşır, təngnə-
fəslik azalır və iş qabiliyyəti bərpa edilir.
Xalq təbabətində tut ağacının budaqlarının qabığından
hazırlanan tozvarı məhsuldan 1:30 nisbətində bitki yağında
məlhəm (maz) hazırlanıb yaraların, kəsiklərin və dəri sıyrıntıla-
rının müalicəsində istifadə olunur. Bəzən tut ağacının qabığın-
dan hazırlanan həlimdən hipertoniya və ürək-damar xəstəlik-
lərində istifadə olunur.
Çin xalq təbabətində tut qabığı diabet xəstəliyinin müa-
licəsi üçün nəzərdə tutulan yığımın tərkibinə daxildir. Belə
yığımlardan hazırlanan çay, ilk dövrdə qanda şəkərin miqdarını
azaldır, lakin diabetin tam müalicəsində etibarlı deyildir. Qərbi
Avropada və Balkanlarda tut meyvəsindən şəkərli diabetə qarşı
istifadə edilir. Tut yarpaqlarından hazırlanmış həlim qanda
şə
kərin miqdarını azaldır və xəstənin əhvalını yaxşılaşdırır.
Tutun antibiotik xassəsi onun tərkibində olan B
2
vitamini ilə
ə
laqədardır, çünki bu vitamin toxumalardakı qlükozanı fiksa-
siya etməyə qadirdir. Lakin tutun antibiotik xassələrindən əlavə
müalicə vasitəsi kimi də istifadə etmək lazımdır.
Tut yarpaqlarından alınan xüsusi biostimulyator fomidol
revmatizmdə, dəri vərəmində, ekzemada və digər xəstəliklərdə
istifadə olunur. Yaponiyada tut ağacının çiçəklərindən xüsusi
170
emalla hazırlanmış kosmetik kremdən üzdəki çillərin, ləkələrin
və dəridəki sızanaqların müalicəsində istifadə edirlər.
Ağ tut qurusu olduqca qidalıdır. Tutdan bəkməz (doşab),
riçal, sirkə hazırlanır və bir çox yerlərdə tut arağı çəkilir. Ağ tut
qarın xəstəliklərində, ümumi zəifliyə və ürək xəstəliklərinə
qarşı müalicəvi vasitədir.
Tutun xalq təsərrüfatında əhəmiyyəti, əsasən ondan
ibarətdir ki, onun yarpaqları ilə bəslənilən baramadan yüksək-
keyfiyyətli ipək lif alınır və bu da toxuculuq sənayesi üçün
qiymətli xammal hesab edilir.
Ananas – Ананас – Ananas comosus Merr. Brome-
liaceae fəsiləsindəndir. Ananasın vətəni Cənubi Amerikadır –
Braziliyadır. Əsasən Kubada, Braziliyada, Meksikada, Hindis-
tanda, Çində, Seylon adasında becərilir. Bunun çəkisi orta he-
sabla 1,5-2 kq-dır. Bəzilərinin çəkisi isə 5 kq-a çatır. Mey-
vəsinin 66-67%-ni ətliyi, 23-24%-ni qabığı, 4,5-5,0%-ni bərk
özəyi, üzərindəki ləçəkləri (sultanalar) 4-5%, zoğu 0,5-0,8%
təşkil edir.
Ananasın 100-dən çox sortu var. Ən çox yayılmış sortla-
rından Cayenne, Queen, Spanish, Abacaxi, Maipure və s. gös-
tərilə bilər. Meyvəsinin bir ədədi 1-2,5 kq-dır. Ananasdan həm
təzə, həm də emaledilmiş (şirə, kompot, mürəbbə) halda
istifadə edilir.
Tərkibində 11-20% karbohidrat (o cümlədən 8-18%
saxaroza), 0,4-0,5% zülal, 0,1-0,2% yağ, 0,3-0,4% minerallı
maddə, 0,5-1,6% üzvi turşu, 19-21 mq% C, 0,06 mq% β-ka-
rotin, 0,08 mq% B
1
, 0,03 mq% B
2
vitamini, 321 mq% kalium, 1
kq yeyilən hissədə 8,3 mq dəmir və alkaloidlər vardır.
Ananasın müalicəvi xassələri. Təzə və konservləş-
dirilmiş halda yeyilir. Ananas şirəsində qeyd olunan maddələrlə
yanaşı, ferment yığımı olan bromelin maddəsi vardır ki, bu da
qidanın həzmini yaxşılaşdırır. Eyni zamanda, bromelin
soyuqdəyməyə və şiş əlamətlərinə qarşı təsirə malikdir. Ananas
ş
irəsi mədə-bağırsaq və böyrək xəstəliklərində istifadə edilir.
171
Ananas, həmçinin, ürək-damar sistemi və böyrək xəstəliklə-
rində, qanazlığında faydalıdır. Lakin nəzərə alınmalıdır ki, ana-
nas şirəsi mədənin turşuluğunu artırır. Ona görə də mədə xo-
rası, qastrit xəstəliklərində və mədə şirəsinin turşuluğu yüksək
olduqda ananas şirəsi məsləhət görülmür. Ananas şirəsi sinqa
ə
leyhinə də tətbiq olunur. Ananas əsəb sistemi pozuntularında
da təyin olunur. Hind xalq təbabətində bağırsaq qurduna qarşı
ananasın yarpaqlarından alınan şirədən istifadə olunur.
Avakado – Авокадо – Persea americana Mill. Dəfnə
(Lauraceae) fəsiləsindəndir. Vətəni Mərkəzi Amerika və
Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən
Avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə
çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval
formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivarı hamar və
ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş
meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində
iri çəyirdəyi var ki, bu da onun ümumi kütləsinin 25%-ni təşkil
edir. Son illər beynəlxalq bazarda çəyirdəksiz mini-avakado da
olur. Bir meyvənin kütləsi 150 q-dan 1 kq-a qədərdir. Orta
ölçüsü 10-15 sm diametrində, 400 q kütlədə olur. Sortlarından
Fuerte, Hass, Fortuna, Nabal, Bacon, Tonnage, Lulla və s-nin
tərkibində 0,5-1,0% şəkər, 1,3-2,6% zülal, 0,9-1,6% minerallı
maddə, 0,2-0,4% üzvi turşu, 5-10 mq% C vitamini, 0,1-0,4
mq% β-karotin vardır. Minerallı maddənin tərkibində 400-700
mq% kalium və 0,5-1,5 mq% dəmir vardır. 0,1-0,2 mq% B
2
,
0,2-0,4 mq% B
6
, 1,1-2,36 mq% PP və E vitamini vardır.
100 qr avakado 230 kkal və ya 962 kCoul enerji verir.
Avakado dadına görə qozu xatırladır. O çox qidalı və
kalorili meyvədir. Ətliyində 30%-ə qədər yağ və minerallı
maddələr (kalium, natrium, kalsium, fosfor, maqnezium) var-
dır. Avakado vitaminlə də zəngindir. Təzə halda, çörəyə sürtü-
lüb duz və ya şəkərlə yeyilir. Avakado yağından ətriyyat səna-
yesində istifadə edilir.
172
Avakadonun müalicəvi xassələri. Şəkərli diabet xəs-
təliyində məsləhət görülür (çünki tərkibində 1,6% şəkər var).
Qanı az olanlara, qastrit və mədə şirəsinin turşuluğu az olan
xəstələrə avakado məsləhət görülür. Avakado meyvəsi hiper-
toniya xəstəliyində və aterosklerozda faydalıdır.
Avakado yarpaqlarında kakao paxlasında olan teobromin
kimi orqanizmə təsir edən efir yağı olduğundan xalq təba-
bətində istifadə olunur. Yarpaqlarından (bəzən toxumlarından)
alınan həlimdən ishala qarşı, yarpaqlarından isə ətriyyat sə-
nayesində istifadə etmək olar.
Meyvəsinin qabığı, yarpaqlar və zərif budaqları xalq
təbabətində qurdqovucu vasitə və mədə-bağırsaq pozuntula-
rında istifadə olunur. Fransada avakado yağının sabunlaşmayan
fraksiyası əsasında xüsusi preparat hazırlanır və yaşlı insan-
larda özünü hiss etmədikdə, ekzemada və dərinin iltihabında
tətbiq olunur.
Banan – Банан – Musa paradisiaca L. Tut Musaceae
fəsiləsindəndir. Ölkəmizə Vyetnam, Hindistan, Qvineya, Mek-
sika və başqa tropik ölkələrdən daxil olur. Bir saplaq üzərində
10-15 ədəd banan olur, bir neçə saplağı isə salxım əmələ gətirir.
Bir salxım 150-200 banandan ibarətdir, çəkisi 50 kq-a qədər
olur. Tərkibi yetişmə dərəcəsindən asılıdır. Kal bananda 18%
nişasta, 1,5% şəkər olur. Yetişmişlərdə isə nişasta 2%-ə qədər
azalır, şəkər isə 19%-ə çatır. Orta hesabla tərkibində 7% su, 18-
22% şəkər, 0,8% sellüloza, 0,2% yağ, 0,3% alma turşusu, 348
mq% kalium və 42 mq% maqnezium vardır. Vitaminlərdən 10-
12 mq% C, 0,04 mq% B
1
, 0,06 mq% B
2
, 0,2 mq% β-karotin,
həmçinin U (ulsuz) vitamini vardır.
Banan xoşagələn ətirli və şirin dadlıdır. 100 q banan 90
kkal və ya 384 kCoul enerji verir.
400-dən çox sortu var. Təyinatına görə banan sortları üç
qrupa bölünür: aşxana (Kavendiş, Qro Mişel, Lakatan); desert
(Alma banan, Ledis finqers, Qırmızı) və tərəvəz (Fransa plan-
teyni, Buynuzlu planteyn, Abissin bananı) banan sortları. Tə-
173
rəvəz bananı kulinariya emalından keçirildikdən sonra qidaya
sərf olunur.
Bananın müalicəvi xassələri. Bəzi xalqlarda banan əsas
qida kimi çörəyin, kartofun, ətin və digər məhsulların əvəz-
edicisidir. Banan təzə və emaledilmiş halda istehlak edilir. Ətli-
yindən un, cem və qəhvə əvəzediciləri hazırlanır. Banan qiy-
mətli pəhriz yeməyidir. Onun tərkibində şəkərdən (25%-ə qə-
dər) və nişastadan başqa qidanın həzmini yaxşılaşdıran alma
turşusu, pektinli maddə, sellüloza və fermentlər vardır.
Bananın tərkibində kalium duzlarının çoxluğu orqanizm-
dən artıq suyun xaric olunmasını təmin edir. Bu isə şişlərin
müalicəsində əhəmiyyətlidir.
Ə
gər ateroskleroz və hipertoniyada xəstələr aclığa dözə
bilmirlərsə, onlara pəhriz saxlanılan günlərdə banan təklif
olunur. Lakin kök adamlara və şəkərli diabetdə banan yeməyə
məhdudiyyət qoyulur. Lakin yetişməmiş banan diabetlər üçün
yaxşı qidadır.
Bananın ətliyində fizioloji fəal maddələrdən – serotin,
norpinefrin, donamin
və katexolamin olduğundan, müvəffə-
qiyyətlə bağırsaq xəstəliklərində, mədənin peptik yaralarında
tətbiq olunur. Əzilmiş banan püresi mədə-bağırsaq pozuntu-
larında uşaqlara verilir. Banan ishalda, enterit və kolitdə təyin
olunur. Klinik müşahidələrdə təsdiq olunmuşdur ki, banan
ş
irəsi mədənin və onikibarmaq bağırsağın qanaxmalarında isti-
fadə olunur. Lakin banan şirəsi mədənin turşuluğunu artırdı-
ğ
ından məhdud şəkildə təyin olunur.
Hindistanda banan bütün bölgələrdə əkilib-becərilir. Qi-
danın həzmi pozulduqda, sinqa əleyhinə, nefritdə, hipertoniya
və ürək xəstəliklərində istifadə olunur.
Çörək ağacı – Хлебное дерево – Artocarpus com-
munis və ya A. altilis. Tut Moraceae fəsiləsindəndir. Vətəni
Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əha-
linin qidasında mühüm əhəmiyyətə malikdir.
174
Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mü-
rəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya
qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən iba-
rətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur.
Meyvəsinin iyi xoşagəlməyəndir. Meyvəsi kulinariyada tərəvəz
kimi bişirilmiş halda istifadə olunur. Bəzən onu torpağa
basdırıb pendir kimi fermentləşdirdikdən sonra yeyirlər.
Tərkibində 16,8-17,9% karbohidrat, 1,3-1,5% zülal, 0,9%
minerallı maddələr, 0,2-0,3% yağ, 22 mq% C, 0,2 mq% B
1
,
0,04 mq% B
2
, 0,02 mq% β-karotin, 422 mq% kalium, 36 mq%
fosfor vardır. 100 qr-ı 76 kkal və ya 323 kCoul enerji verir. 13-
14
0
C-də, 85-90% nisbi rütubətdə 15-20 gün saxlamaq olar.
Ə
ncir – Инжир, винная ягода, смоковница – Ficus
carica L. Tut Moraceae fəsiləsindəndir. Əncir tərkibinə görə
qidalı meyvədir. Əsasən Zaqafqaziya, Krımın cənub sahili,
Qafqazın Qara dəniz sahilləri və Orta Asiyada becərilir.
Zaqafqaziyada yabanı halda bitən əncir də var.
Ə
ncirin tərkibində 78,9% su, 15,5% şəkər, 0,2% turşu,
1,4% azotlu maddə, 0,6% mineral maddə, 1,4% sellüloza, 0,3%
yağ vardır. Bəzi əncir sortlarında şəkərin miqdarı 20%-ə çatır.
Qurudulmuş əncirdə 42-62% şəkər olur. Şəkərlərdən, əsasən
qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma
turşusu daha çoxdur.
Ə
sasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal
məqsədi üçün istifadə edilir. Təzə əncir saxlanılarkən həddin-
dən artıq yetişdiyindən qıcqırır. Ona görə də əncirin saxla-
nılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda 1-
2 gündən artıq saxlamaq mümkün deyildir. 0
0
C-də isə 5 sutka
saxlamaq olar. Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar
yüksək qidalılığa malikdir. Orta hesabla bir əncirin çəkisi 30-60
q təşkil edir. Bəzən biri 100 q gəlir.
Ə
ncirin 400-dən çox sortu vardır. Ən çox yayılmış sort-
larından Xurma əncir, Kalimirna, Dalmasiya ənciri, Buzov-
burnu, Bənövşəyi, Soçi, Lardero, Abşeron sarı ənciri, Armudu
175
ə
ncir, Gəncə sarı ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s.
göstərmək olar. Əncir qurusundan narın üyütdükdən sonra
qəhvəyə qatmaq üçün də istifadə edilir.
Ə
ncirin müalicəvi xassələri. Tərkibində şəkərlə yanaşı,
zəngin tərkibə malik minerallı maddələr – kalium (1161 mq%),
kalsium (227 mq%), maqnezium (117 mq%), fosfor (263 mq%)
və dəmir (46 mq%) vardır. Əncirdə müxtəlif fermentlər və
sellüloza (6,19%) var. Lakin, əfsuslar olsun ki, ənciri təzə halda
uzun müddət saxlamaq və daşımaq praktiki olaraq mümkün
deyil. Ona görə, əncir qurudulur, ondan mürəbbə, sukat, cem,
kompot hazırlanır. Quru əncirdən qəhvə içkiləri hazırlanır.
Ə
ncirdə sellüloza çox olduğundan, onu mədə-bağırsağın
kəskin iltihabında istehlak etmək məsləhət görülmür. Tərki-
bində şəkər çox olduğundan şəkərli diabetdən əziyyət çəkənlər
ə
ncir yeməməlidir.
Ə
ncir podaqra xəstəliyi olanlar üçün də məsləhət görül-
mür, çünki tərkibində 100 mq%-ə qədər quzuqulağı (turşəng)
turşusu var. Eyni zamanda, əncirin tərkibində kaliumun çox
olması ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlər üçün
ə
həmiyyətlidir. Qanazlığında təzə meyvələri yeyilir.
Ə
ncir sidikqovucu və mədəni yumşaldıcı xassəyə ma-
likdir. Əncirdən həzm prosesini yaxşılaşdırmaq və böyrəklərdə
daş olduqda sidik ifrazını artırmaq məqsədilə istifadə olunur.
Xalq təbabətində əncir həlimindən və mürəbbəsindən
tərlədici və hərarətsalıcı vasitə kimi istifadə olunur. Süddə bişi-
rilmiş əncir qurusundan (2 xörək qaşığı quru əncir 1 stəkan
süddə və ya suda) anginada boğazı qarqara etmək, quru
öskürəkdə və bronxitdə bəlğəmgətirici kimi içmək məsləhət
görülür. Belə həlimi gündə yarım stəkan 2-4 dəfə böyrək və
sidik yollarının xəstəliyində qəbul etmək məsləhətdir. Bəzən
ə
ncir həlimi qastrit və qəbizlikdə tətbiq olunur. Əncir həlimin-
dən hazırlanan təpitmə yaralara və şişlərdə tətbiq olunur.
Xalq təbabətində əncir yarpaqlarından alınan həlimdən
öskürək və ishalda istifadə olunur. Bəzən dizenteriyada (qanlı
176
ishalda) əncir və gicitkən yarpaqlarından hazırlanan həlimdən
istifadə olunur. Əncir toxumları qəbizliyə qarşı yumşaldıcı təsir
göstərir.
Gürcü alimləri əncirdən qatı ekstrakt olan «leqvini»
(Gürcücə leqvi əncir deməkdir) adlı məhsul alıb, onu sidik-
qovucu kimi istifadə etməyi məsləhət görürlər. Bu ekstrakt tünd
qəhvəyi rəngli, ətirli iyə və xoşagələn dada malikdir və gündə
(əsasən, səhərlər) 100 q qəbul etmək məsləhət görülür. Bu
preparat həm də qidalı məhsul olduğundan, onu uzun müddət
qəbul etmək olar.
İ
slami dəyərlərə əsasən əncirin insan sağlamlığına
faydaları
Ə
ncir başqa meyvə və tərəvəzə nisbətən ən çox lifə
malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 q lif (sellüloza) var. Bu
da gündəlik ehtiyacın 20%-ni təşkil edir. Son 10-15 ildə
aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin
həzm sisteminin düzgün fəaliyyəti baxımından çox vacib
olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və
bəzi xərçəng növlərinin yaranma ehtimalını aşağı salmağa kö-
mək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal
yolu kimi lif baxımından zəngin olan əncir yeməyi tövsiyə
edirlər.
Lifli qidalar həllolunan və həllolunmayanlara ayrılır.
Həllolunmayan lif baxımından zəngin qidalar bədəndən atılan
maddələrə su qazandıraraq bağırsaqlardan keçidi asanlaşdırır.
Bununla da həzm prosesini sürətləndirərək onun sistemli
fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi
kolon
xərçəngindən qoruması da müəyyən edilib. Həll olunan
lifli qidaların isə qandakı xolesterin səviyyəsini 20%-dən çox
aşağı saldığı təsdiq olunub. Buna görə də onlar ürək xəstəlikləri
riskini azaltmaq baxımından böyük əhəmiyyət daşıyır. Əgər
qanda çox miqdarda xolesterin varsa, bu qan damarlarında yı-
177
ğ
ılır və damarların bərkiməsinə, daralmasına səbəb olur. Xoles-
terin hansı orqanın damarında yığılırsa, həmin orqana məxsus
xəstəliklər meydana çıxır. Məsələn, ürəyi qidalandıran arteri-
yalarda xolesterin yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər
yaranır. Böyrək damarlarında xolesterinin yığılması isə təzyiqin
qalxması və böyrək çatışmazlığına səbəb ola bilər. Həllolunan
liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin nizam-
lanması baxımından da əhəmiyyətlidir, çünki qan şəkərindəki
qəfil dəyişikliklər həyat üçün riskləri olan problemlərlə nəti-
cələnə bilər. Qidalanmaları lif baxımından zəngin olan cəmiy-
yətlərin xərçəng və infarkt problemləri ilə daha az üzləşdiyi
müəyyənləşdirilib.
Həllolunan və həllolunmayan liflərin hər ikisinin birlikdə
olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: hər iki lif
növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək olan
liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər
iki lif növünün – həm həllolunan, həm də həllolunmayan –
birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir.
Corc Vaşinqton Universitetinin Tibb Mərkəzindəki Xəs-
təliklərdən Qorunmaq Institutunun (ABŞ) rəhbəri dr.Oliver
Alabaster əncirdən belə bəhs edir: “…Burada həqiqi mənada
sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı
var. Əncirləri və başqa çox lif balansına malik olan qidaları
intensiv olaraq qəbul etmək…ömür boyu sağlamlığınız baxı-
mından əhəmiyyət kəsb edir”.
Kaliforniya Əncir İstehsalı qurumuna (California Fig
Advisory Board) görə, meyvə-tərəvəzdəki antioksidantlar
insanları bir çox xəstəliklərdən qoruyurlar. Antioksidantlar
bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində yaranan və ya
kənardan qəbul edilən zərərli maddələri (sərbəst radikalları)
təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır.
Skrenton Universiteti (ABŞ) tərəfindən aparılan tədqi-
qatda müəyyən edilib ki, başqa meyvələrə nisbətən quru əncir
antioksidant baxımından zəngin fenol tərkibinə daha çox ma-
178
likdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir mad-
də kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə fenolun
miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur.
Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfindən
aparılan tədqiqatda isə quru əncirin tərkibində olan omeqa-3,
omeqa-6 yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün
zəruri yağlar) ilə fitosterol (bitkilərdə mövcud olan yağvarı
maddə) sayəsində xolesterini aşağı salan xüsusiyyət öyrənilib.
Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bədən-
də yarana bilməz, o qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar
ürək, beyin və sinir sisteminin sağlam fəaliyyəti baxımından
xüsusilə böyük əhəmiyyətə malikdir. Fitosterol isə heyvan
mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təh-
lükəli olan xolesterinin yolunu tıxayaraq, onun qana qarışma-
mış bədəndən atılmasını təmin edir.
Kaliforniya Əncir İstehsalı qurumu tərəfindən “sanki
təbiətin ən mükəmməl meyvəsi” adlandırılan əncir bəşərin bil-
diyi ən qədim meyvələrdən biri olsa da, o qida istehsalçıları
tərəfindən yenidən kəşf edilir. Çünki qida dəyərinin yüksək
olması və sağlamlıq üçün faydası bu meyvəyə xüsusi əhəmiy-
yət qazandırır.
Ə
ncir, demək olar ki, hər xüsusi pəhrizin bir hissəsi ola
bilər. Əncirin tərkibində təbii yağ, natrium və xolesterin ol-
madığı və çox lif nisbətinə malik olduğu üçün, o artıq çəkidən
xilas olmağa çalışan adamlar üçün də əlverişli qidadır. Həm-
çinin, əncir məlum olan bütün meyvələrə nisbətən ən çox mi-
nerala malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik
ehtiyacın 7%-i), 53 mq kalsium (gündəlik ehtiyacın 6%-i) və
1,2 mq dəmir (gündəlik ehtiyacın 6%-i) var. Əncirdə kalsium
nisbəti çoxdur və bu baxımdan, meyvələr arasında portağaldan
sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni
miqdarda kalsiumu təmin edir. Əncir uzunmüddətli xəstəlikdən
sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir
dərman kimi də dəyərləndirilir. Fiziki və zehni yorğunluğu
179
aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm
qida dəyəri bu meyvənin 51-74%-ni təşkil edən şəkərdir. Əncir
astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə
qəbul edilməsi tövsiyə olunan meyvədir.
Burada haqqında qısaca danışdığımız əncirin faydaları
Allahın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir.
Rəbbimiz zövqlə yeyilən bu meyvənin tərkibində insanın
ehtiyac duyduğu maddələri onun sağlamlığına əlverişli olacaq
bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allahın
bu xüsusi nemətinin «Qurani Kərim»-də bildirilməsi də əncirin
insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər (ən doğrusunu
Allah bilir). Əncirin qida dəyərinin insanın sağlamlığı baxı-
mından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji
imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, «Qurani Kərim»-ın
hər şeyi bilən Allahın sözü olduğunun daha bir nümunəsidir.
Dostları ilə paylaş: |