Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

Dəfnə  yarpağının  müalicəvi  xassələri.  Yunan  mifolo-
giyasına görə bu bitki Appolona həsr olunmuşdur. Çünki o, öz 
musiqi  alətini  və  başını  (alnını)  dəfnə  budaqları  ilə  bəzəyirdi. 
Dəfnə  çələngi  (əklili)  qələbənin  və  şöhrətin  rəmzi  hesab  olu-
nurdu.  Müasir  dövrdə  bəzən  beynəlxalq  müsabiqələrin  və 
yarışların qalibləri dəfnə çələngi ilə mükafatlandırılır. Dəfnənin 
meyvəsindən  alınan  piyli-efirli  dəfnə  yağı  xalq  təbabətində 
qıcıqlandırıcı  sürtkü  məlhəmi  kimi  yel  xəstəliyinə,  qıcolmaya 
 
354
və  əzələlərin  iltihabına  qarşı  tətbiq  olunur.  Dəfnənin  dərman 
kimi  tətbiqi  qədimdən  məlum  olmasına  baxmayaraq,  tibbdə 
lazımi qədər öz təsdiqini tapmamışdır. 
Ə
tirli  istiot  –Перец  душистый – Pimenta  officinalis. 
Mərsin  (Myrtaceae)  fəsiləsinə  aid  olan  Piment  bitkisinin 
yetişməmiş  yaşıl  rəngli  meyvələrinin  qurudulmasından  alınır. 
Ə
tirli istiotun əsas vətəni Cənubi Amerika, Hindistan və Vene-
suela sayılır. Bu istiot, əsas etibarıilə Yamayka adasından başqa 
ölkələrə  göndərilir.  Meksikada  becərilən  ətirli  istiot  Yamay-
kada becərilən istiotdan xeyli aşağı keyfiyyətli hesab edilir. 
Ə
tirli istiotu hazırlamaq üçün Piment bitkisindən yığılmış 
yetişməmiş  yaşıl  meyvə  gün  altında  və  ya  xüsusi  sobalarda 
qurudulur. Qurutma zamanı istiot dənləri tünd qırmızı, qəhvəyi 
rəng  alır, lakin dənlərin  səthi qara istiot kimi büzüşmür. Ətirli 
istiotun  kimyəvi  tərkibi  faizlə  aşağıdakı  kimidir:  su  –  8,9; 
azotlu  maddələr  –  10,6;  efir  yağları  –  4,3;  yağ  –  9,2;  azotsuz 
ekstraktlı maddələr – 41,3; sellüloza – 23; kül – 6,1. Bu istiotun 
tərkibində  olan  efir  yağlarının  əsas  hissəsi  (80-90%-i)  evge-
noldan
 və ona yaxın sayılan fenollardan ibarətdir. Ətirli istiotun 
100  dənəsi  7,7  q-a  qədər  olur  ki,  bu  da  dənlərin  daha  iri  ol-
masını göstərir.  Bu istiot bəzən mixək istiotu da  adlanır. Dən-
ləri  yuvarlaq  formada,  3-8  mm  diametrdə,  tünd  qəhvəyi  rəng-
dədir. Ümumi külü 6%-ə qədər, üyüdülmüşdə metal qarışığı 10 
mq/kq-dan  çox  olmamalıdır.  Ətirli  istiot  15  və  25  q  kütlədə 
kağız paketlərdə və ya karton qutularda satışa buraxılır. 
Ə
tirli istiotun müalicəvi xassələri qara istiot kimidir. 
Ə
tirşah  –  Герань  –  Geranium  L.  Ətirşah  (Gera-
niaceae)  fəsiləsindən  zəngin  qol-budağa  malik  1  m-ə  qədər 
hündürlükdə  yarımkol  bitkidir.  Tərkibində  daha  çox  efir  yağı 
olan  çəhrayı  ətirşah  (Pellargonium  roscum  Willd)  daha  çox 
xalq təsərrüfatı  əhəmiyyətinə  malikdir.  Tərkibində  0,09-0,16% 
efir yağı vardır. 

 
355
 Yarpaqları  tünd  yaşıl  rəngdə,  kənarları  dilimli  olub  5 
hissədən  ibarətdir.  Çiçəkləri  çəhrayı-bənövşəyi  rəngdədir. 
Yerüstü gövdəsinin aşağı hissələri odunlaşmışdır. 
Ş
imal yarımkürəsində bitən 400-dək növündən Azərbay-
canda  23  növü  yayılmışdır.  Bu  növlərdən  sənaye  əhəmiyyəti 
olan qızılgül ətirşahıdır.  
Ə
tirşah  bitkisi  Cənubi  Afrikada  çox  geniş  yayılmışdır. 
Ona  görə  də  ətirşahın  əsil  vətənini  Afrika  hesab  edirlər.  Qiy-
mətli efir yağlı bitki olduğu üçün bir çox ölkələrdə o cümlədən 
Gürcüstanın qərb rayonlarında və Abxaziyada becərilir. Ətirşah 
respublikamızda da müvəffəqiyyətlə becərilir.  
Yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq efir yağının 
miqdarı 0,1-0,2%, o cümlədən yarpaqlarında 0,35-0,40%, zoğ-
larında  0,01%  təşkil  edir.  Efir  yağının  çıxarı  orta  hesabla 
0,09%-dən  0,16%-ə  qədər  təşkil  edir.  Bu  yağ,  əsasən  geraniol 
(20-25%) və sitronelloldan (65-70%) ibarət olduğu üçün qızıl-
gül  yağının  iyini  verir.  Ümumiyyətlə,  ətirşah  efir  yağında  40-
dan çox ətirli komponent vardır. Bəzi növlərinin yarpaqlarında 
C vitamini və karotin də var. 
Ə
tirşah çox məhsuldar efir yağlı bitkidir. Onu yayda 3-4 
dəfə toplayıb istifadə etmək olar. Ətirşah efir  yağı ətriyyat sə-
nayesində ətirlərin, sabunların və üz məlhəmlərinin əsas tərkib 
hissəsi  kimi  tətbiq  edilir.  Yeyinti  sənayesində  isə  spirtsiz  və 
spirtli  içkilərin,  eləcə  də  qənnadı  məmulatının  ətirləndirilməsi 
üçün  istifadə  olunur.  Bir  sıra  dərmanların  hazırlanmasında  da 
ə
tirşah yağı tətbiq edilir. 
Dərman  məqsədilə  ətirşahın  ən  çox  çiçəklənən  baş  his-
sələrindən  istifadə  olunur.  Odur  ki,  bitkinin  yerüstü  hissəsini 
yay fəslində 3-4 dəfə toplayır və efir yağı zavoduna göndərirlər. 
Burada  bitkinin  yerüstü  hissələrindən  su  buxarı  üsulu  ilə  efir 
yağı  alınır  ki,  bu  yağ  maye  halında  olub,  xoşagələn  ətirli  iyi 
vardır. Ətirşahın tərkibində 2%-ə qədər efir yağı olur.  
 
356
Azərbaycann  subtropik  iqlimli  rayonlarında  ətirşah  bit-
kisinin qızılgül bitkisi kimi sənaye əhəmiyyətli plantasiyasının 
salınması son dərəcə perspektivlidir. 
Gülxətmi  –  Шток-роза,  алтей  розовый  –  Althaea 
afficinalis  L.  Əməköməci  (Malvaceae)  fəsiləsindən  olan  çox-
illik  ot  bitkisidir.  1-1,5  m  hündürlükdə  qol-budaqlı  gövdəsi 
vardır.  Gövdənin  üzərində  yerləşən  yarpaqları  saplaqlıdır.  Yu-
xarı hissədəki yarpaqları yumurtavarı, aşağı və orta hissədəkilər 
isə  ürəkşəkillidir.  Solğun  çəhrayı  rəngli  çiçəkləri  yarpaqların 
qoltuğunda, gövdə və budaqların üzərində yerləşir. 
Gülxətmi iyun ayından çiçək açmağa başlayır, sentyabra 
qədər  çiçəkləyir.  Yabanı  halda  Orta  və  Cənubi  Avropada, 
Zaqafqaziyada, Krımda, Orta Asiyada  yayılmışdır. Azərbayca-
nın bir çox rayonlarında aptek gülxətminə təsadüf olunur. Belə 
ki,  nəmli  çəmənliklərdə,  çay  kənarında  və  kolluq  yerlərdə 
gülxətmi daha çox yayılmışdır. Dərman məqsədilə bitkinin yaz 
və  payız  aylarında  köklərini  tamam  çıxarır,  sonra  odunlaşmış 
özək kökü kəsib atır, cavan yumşaq kökləri isə ayırır, soyuq su 
ilə  tez  yuduqdan  sonra  açıq  havada  qurudub  aptek  anbarına 
təhvil  verirlər.  Qurudulmuş  gülxətmi  kökü  ağ  rəngli,  zəif 
qoxulu, şirintəhər dadlı olur. 
Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu 
parçalandıqda  qalaktoza,  qlükoza,  arabinoza,  ramnoza  alınır. 
Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, yağ, 2% asparagin, 
4%  betain,  1,7%  yağ,  o  cümlədən  lesitin,  fitosterin,  11-16% 
pektinli  maddə  və  vitaminlər  vardır.  Çiçəklərində  pişikotunun 
ə
trini xatırladan turşular olan efir yağı vardır. Yarpaqlarında se-
likli maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır. 
Gülxətminin  müalicəvi  xassələri.  Gülxətmi  kökünün 
tərkibində əsas təsiredici maddə selikdir. Ona görə də onun kö-
künün  dəmləməsi  otaq  temperaturu  şəraitində  hazırlanır.  Kö-
kündən  hazırlanmış  bir  sıra  preparatlar  tənəffüs  yollarının 
iltihabında  yumşaldıcı  və  bəlğəmgətirici  dərman  kimi  geniş 

 
357
istifadə  olunur.  Son  illərdə  gülxətmi  kökündən  quru,  qatı  və 
duru ekstrakt şəklində də istifadə edilir. 
Xalq  təbabətində  gülxətminin  ən  çox  çiçəklərindən 
istifadə edilir. Çiçəklərini tam açılan vaxt yığır və kölgəli, quru 
havalı yerdə qurudurlar. Sonra bu çiçəklərdən çay dəmləyib bir 
sıra xəstəliklərin müalicəsində – soyuqdəymədə sinəyumşaldıcı 
kimi,  sidik  yollarının  iltihabında  iltihabı  aradan  qaldırıcı  kimi, 
eləcə  də  mədə-bağırsaq  xəstəliklərində  iltihaba  qarşı  tətbiq 
edilir. 
Sidik  yolları iltihabı xəstəliklərində çox zaman gülxətmi 
ilə  əməköməcinin  bahar  fəslində  yığılmış  və  təmizlənib  günəş 
altnda  qurudulmuş  köklərini  xırdalayır,  sonra  hər  iki  bitkidən 
ayrı-ayrılıqda  5  q  götürüb  1  litr  suda  çay  kimi  dəmləyir,  hə-
rəsindən gündə 3 dəfə 1 stəkan xəstəyə içirirlər. 
Hil    Кардамон  –  Elettaria  Cardamomum  White  et 
Maten.  Zəncəfil  bitkiləri  (Zingiberaceae)  fəsiləsindən  olan 
çoxillik  kardamon  bitkisinin  yetişməyən  meyvəsinin  qurudul-
masından alınır. Yabanı halda Cənubi Hindistanın rütubətli dağ 
meşələrində (Kardamon meşələrində) və Vyetnam meşələrində 
yayılmışdır. 
Hil meyvəsi oval formada, uzunluğu 8-40 mm yaşılımtıl, 
qəhvəyi  rəngdə,  ağardılmışı  isə  sarımtıl-ağ  rəngdə  olub  daxi-
lində 9-18 ədəd qırmızımtıl-qonur rəngli, zəif yandırıcı xassəli, 
xoş ətirli, büzüşmüş xırda toxumu olur. Qurudulmuş meyvənin 
20-53%-ni qabıq, 47-80%-ni isə toxumu təşkil edir. 
Hilin  əsas  vətəni  Hindistan  sayılır,  lakin  bu  bitki  Sey-
londa, Madaqaskarda, Afrikanın qərb hissəsində və Amerikada, 
xüsusən  mərkəz  rayonlarında  becərilir.  Hilin  istifadə  olunan 
ə
sas  hissəsi  onun  toxumu  sayılır.  Lakin  toxumlar  meyvədən 
(qozadan)  ayrıldıqdan  sonra  öz  ətrini  itirdiyi  üçün  hil  qozası 
bütöv halda satışa buraxılır. Hilin toxumunun tərkibində faizlə 
aşağıdakı maddələr vardır: azotlu maddələr – 11-15; efir yağları 
–  3-5;  yağ  –  1-2;  karbohidratlar  –  35-60;  o  cümlədən,  şəkər  – 
0,5-0,8; nişasta – 30-50; pentozanlar – 4-7; pektinli maddələr – 
 
358
0,5; sellüloza – 11-19; mineral maddələr – 2-10. Hil toxumunda 
olan  efir  yağlarının  əsasını 
α
-  terpineol; 
α
-  limonen,  sineol, 
terpenilasetat 
təşkil  edir.  Hil  qozasının  qabığında  efir  yağları 
yox  dərəcədə  (0,1-0,7%),  sellüloza  isə  çoxdur  (28-31%). 
Üyüdülmüş hil toxumundan unlu şirniyyatda, kulinariyada, kol-
basa  məmulatları  istehsalında  istifadə  olunur,  hil  bütöv  meyvə 
halında 10 q kütlədə karton qutularda satışa buraxılır. Nəmliyi 
12%-ə,  külü  10%-ə  qədər,  zədəli  toxumlar  0,5%-ə  qədər 
olmalıdır. 
Hilin müalicəvi xassələri. Hil həzmi yaxşılaşdırır, ürəyi 
və mədəni möhkəmləndirir, əhvali-ruhiyyəni yüksəldir. O, eyni 
zamanda  tər  iyini  aparır,  ağız  qoxusunu  ətirli  edir.  Hili  mədə 
xəstəliyi,  ürəkbulanma,  qaraciyər  ağrısı,  böyrək  daşı  zamanı 
işlətmək  xüsusi  əhəmiyyətə  malikdir.  Onu  toz  halında  buruna 
çəkirlər və müxtəlif səbəbdən yaranan başağrılarını sakitləşdir-
məkdə istifadə olunur. 
Hilin toxumundan tibdə bir çox xəstəliklərin – ödqovucu, 
öskürək, zökəm, revmatizm və s. müalicəsində istifadə olunur. 
Ə
dviyyat  kimi  xörəklərə  və  şirniyyat  məmulatına  əlavə  edilir. 
Şə
kərburanın və paxlavanın əvəzolunmaz ədviyyəsidir. 
Hindistanda  hil  kökündən  stimullaşdırıcı  vasitə  kimi, 
eləcə  də  qanlı  ishala  və  böyrəkdaşı  xəstəliklərində  istifadə 
olunur. 
Xardal  –  Горчица  –  Brassica.  Xaççiçəklilər 
(Cruciferae) fəsiləsindən birillik ot bitkisidir. Xardalın 3 növü 
vardır: sarept xardalı, qara və ağ xardal. Hər üç növ xardal 0,5-
1,0  m  hündürlükdə  yerüstü  gövdəyə  malikdir.  Yarpaqları 
lansetşəkilli, çiçəkləri xırda, sarı və dörd ölçülüdür. Meyvəsinin 
içərisində 4-6 toxum olur. Toxumları növündən asılı olaraq qa-
ratəhər solğun, tutqun-qonur və ya sarı-qonurdur. 
Qara xardal (Brassica nigra Koch) - həqiqi və ya fran-
sız  xardalı  adlanır.  Əsasən  Cənubi  Avropada  (Fransa,  Italiya) 
becərilir.  Quraqlığa  davamlı  olduğundan  ancaq  Qərbi  Avro-
panın cənub hissəsində, Belorusda yetişdirilir. Rusiyada çox az 

 
359
yayılmışdır.  Qara  xardalın  ətri  daha  çox  hiss  edilir.  Ondan  ən 
yaxşı  aşxana  xardalı  hazırlanır  ki,  bu  da  kulinariyada  geniş 
miqyasda istifadə olunur. 
Sarept  xardalı  (Bassica  juncea  Csern)  rus  xardalı 
adlanır.  Sarept  xardalı  sərt  iqlimə  və  quraqlığa  davamlı  oldu-
ğ
undan Rusiyada Volqa çayının aşağı hissələrində, Ukraynada, 
Ş
imali  Qafqazda,  Qara  dəniz  sahillərində  və  Qırğızıstanda 
becərilir.  Ən  çox  Volqoqrad  yaxınlığında  Krasnoarmeyski  ra-
yonunda  becərilir.  Keçmişdə  bu  rayon  Sarept  kəndi  adlan-
dığından bu xardala sarept xardalı adı verilmişdir. 
Ağ  xardal  (Brassica  alba  Boiss)  –  sarı  və  ya  ingilis 
xardalı adlanır. Rusiyanın mərkəzi qaratorpaq vilayətlərində və 
cənub  rayonlarında,  həmçinin,  Ukraynada  becərilir.  Ondan 
xardal  yağı alınır. Ağ xardalın tərkibində siniqrin qlükozidi az 
olduğundan  iyi  zəfidir.  Ona  görə  də  ağ  xardaldan  aşxana  xar-
dalı  hazırladıqda  əlavə  olaraq  başqa  ədviyyələrlə  zənginləş-
dirmək lazım gəlir. 
Sarept  xardalının  meyvəsi  gövdəyə  yapışmış  göyümtül 
və  ya  sarı  rəngdə  olur.  Qara  xardalın  toxumları  daha  xırda 
olmaqla qırmızı qonur rəngdədir. Səthində şırımlar vardır. 
Xardalın  bibər  yarpaqlarına  bənzər  yarpaqları  olur.  Bu 
yarpaqların  dibində  xüsusi  çiçəkli  salxımlar  əmələ  gəlir  və  bu 
salxımlarda  xardal  meyvəsi  olur.  Xardal  meyvəsi  ağ-sarımtıl 
rəngdə olub, tərkibində 32,7-33,8% yağ vardır. Xardalı istifadə 
etmək üçün onun yağı ayrılır, jmıxı isə kirşan halında üyüdülüb 
satışa və ictimai iaşə müəssisələrinə buraxılır. 
1000 ədəd sarı xardal  dənin çəkisi 2,4-2,82 q,  göyümtül 
xardalın  isə  2,14-2,73  q-dır.  Tərkibində  0,70-0,79%  allil  yağı 
vardır.  Qlukozidlərdən  siniqrin  və  sinalbin  var.  Xardal  isti  su 
ilə qarışdırdıqda mirozin (mirsulfataza) fermentinin təsiri ilə bu 
qlükozid parçalanır və xardal-allil yağı əmələ gəlir. 
Xardalın  tərkibində  növündən  asılı  olaraq  7,2-7,6%  su, 
27,6-29,1%  azotlu  maddə,  32,7-33,8%  yağ,  0,87-0,93%  efir 
 
360
yağları,  20-29%  azotsuz  ekstraktlı  maddələr,  5-5,8%  minerallı 
maddə, siniqrin və snalbin qlükozidləri vardır. 
Xardal  toxumlarından  müxtəlif  məqsədlər  üçün  istifadə 
edilir.  Əvvəla,  tərkibində  yüksəkkeyfiyyətli  yeməli  yağ  oldu-
ğ
undan,  bitki  yağı  istehsalında  xammal  kimi  istifadə  olunur. 
Yağ alındıqdan sonra yerdə qalan jmıxdan kirşan halında üyü-
dülmüş xardal tozu əldə edilir. Həmin xardal tozundan aşxana 
xardalı  hazırlanır.  Xardaldan  təbabətdə  də  geniş  miqyasda 
istifadə edilir. 
Xardalın  əsas  təsiredici  maddəsi  siniqrin  qlükozididir. 
Qara xardalda 2,81%, sarept xardalında 2,35%, ağ xardalda isə 
0,61%  siniqrin  qlükozidi  vardır.  Xardal  tozunu  isti  su  ilə 
qarışdırdıqda  toxumlarda  olan  mirozin  fermentinin  təsirindən 
siniqrin  parçalanır  və  nəticədə  allil-xardal  yağı,  kalium-hidro-
sulfat və qlükoza əmələ gəlir. Allil yağı tünd yandırıcı xassəyə 
malikdir. Bu yağın həm də kəskin fitonsid xassəsi vardır, çünki 
o,  zərərli  mikroorqanizmlərin  artmasının  qarşısını  alır.  Ağ 
xardalın  tərkibindəki  sinalbin  qlükozidi  parçalandıqda  isə  turş 
sinalpin, qlükoza və sinalbin yağı əmələ gəlir. 
Ticarət  şəbəkəsinə  xardal  tozu  və  aşxana  xardalı  daxil 
olur.  Xardal  tozundan  kulinariyada  və  yeyinti  sənayesində 
aşxana xardalı, mayonez və başqa tamlı qatqıların hazırlanma-
sında geniş istifadə edilir. 
Xardal tozunu 100 q tutumlu daxildən podperqament və 
ya sellofan sərilmiş paketlərə qablaşdırırlar. Həmin paketləri və 
çəkilib-bükülmüş  xardalı  20  kq  tutumlu  taxta  yeşiklərə  və  50 
kq tutumlu ikiqat kağız kisələrə qablaşdırırlar. 
Xardal tozu keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə 
sortunda buraxılır. Allil yağı 1-ci sort xardalda 1,1%-dən, 2-ci 
sortda  isə  0,9%-dən  az  olmamalıdır.  Nəmliyi  10%-dən,  külü 
6%-dən və 10%-li xlorid turşusunda həllolmayan külün miqdarı 
0,6%-dən çox, yağlılığı isə 10%-dən az olmamalıdır. 
Xardalın  müalicəvi  xassələri.  Iştahgətirici,  həzmi 
yaxşılaşdırıcı  və  digər  xüsusiyyətlərə  malikdir.  Bu  əsasən 

 
361
ə
dviyyat  bitkisi  sayılır.  Xardalın  toxumlarından çay  hazırlanır. 
Ikifaizli  xardal  yağından  (cövhərindən)  soyuqdəymədə  qızış-
dırıcı  sürtkü  kimi  istifadə  edilir.  Bundan  başqa,  onun  spirtli 
məhlulu  soyuqdəymə,  revmatizm,  plevrit,  pnevmoniya,  radi-
kulit, əsəb xəstəliyi, hipertoniya, böyrək, sidik yolları, öd kisəsi 
və digər xəstəliklərin müalicəsində istifadə olunur. 
Xardal  mədə  şirəsinin  ifrazını  artırır,  qidanın  həzmini 
yaxşılaşdırır  və  qəbzliyə  meyilliyi  azaldır.  Bu  məqsədlə  ac-
qarına 1-12 ədəd xırdalanmış xardal toxumu və ya 1/4-1/3 çay 
qaşığı  xardal  tozu  su  və  ya  südlə  qəbul  edilir.  Bunun  miqdarı 
tədricən  20  toxum  və  ya  3/4-1  çay  qaşığına  qədər  artırılır. 
Xardal toxumu həm də «mədə çayı»nın tərkibinə daxildir və bu 
çay bağırsaqların fəaliyyətini nizamlayır. Bu çayın tərkibi belə-
dir:  xardal  toxumu  –  2  hissə,  cirə  toxumu  –  2  hissə,  boy-
madərən otu – 2 hissə, murdarça qabığı – 2 hissə, biyan kökü – 
3  hissə.  Bunlar  qarışdırılır,  2  çay  qaşığı  götürülüb,  1  stəkan 
qaynar  suda  10  dəqiqə  qaynadılır,  süzülür,  səhər  və  axşam 
yarım  stəkan  içilir.  Yadda  saxlamaq  lazımdır  ki,  böyrəyin  ilti-
habında  və  ağciyər  vərəmində  xardaldan  istifadə  etmək  məs-
ləhət deyil. 
Xardal  efir  yağının  tərkibində  40%-ə  qədər  allil-xardal 
yağı  var.  Bu  yağ  insanın  dərisini  yandırır  və  kəskin  qızardır. 
Buna səbəb qıcıqlanan sahəyə qanın daha çox yığılmasıdır. Efir 
xardal  yağının  spirtdəki  ikifaizli  məhlulu  xardal  spirti  adlanır 
və  tibdə  yerli  qıcıqlandırmanı  yayındırmaq  vasitəsi  kimi 
ovuşdurmada istifadə olunur. Belə təsiri apteklərdə satılan xar-
dal  yaxması  da  göstərir.  Xardal  yaxması  soyuqdəymə,  plevrit, 
revmatizm,  radikulit  və  nevrit  (əsəb)  xəstəliklərində  tətbiq 
olunur. Soyuqdəymənin ilk mərhələlərində və onun dərinləşmə-
sinin qarşısını almaq məqsədilə ayaqlara xardallı vanna edirlər 
(10  litr  suya  2  xörək  qaşığı  xardal  tozu  əlavə  olunur).  Bəzən 
gecə  yatanda corabın içinə xardal tozu tökülüb ayağa  geyirlər. 
Hərdənbir  qan  dövranının  yaxşılaşması  və  bəlğəmin  yumşal-
ması  məqsədilə  həkim  ümumi  xardal  vannası  təyin  edir  (yaş-
 
362
lılar üçün vannaya 200 q, uşaqlar üçün isə yaşından asılı olaraq 
20-100 q xardal tozu götürülür). 
Xardal efir yağı aşkar antiseptik təsir göstərir. 1 litr suya 
20-30  damcı  xardal  efir  yağı  bəs  edər  ki,  dərini  yaxşıca 
dezinfeksiya etsin. Xardalın kəskin fitonsid xassəsindən yeyinti 
sənayesində tezxarab olan məhsulların saxlanılmasında istifadə 
olunur. Əgər ev şəraitində ət, toyuq cəmdəyi bir qədər ağırlaşıb 
kəskin  iy  verirsə,  həmin  məhsulu  1  saat  xardallı  suda  (1  litr 
suya 1 çay qaşığı) saxlamaq kifayətdir. Məişətdə xardal tozunu 
yağlı  qabların  yuyulmasında  da  işlədirlər.  Xardal  məhlulu  ilə 
ş
üşə və emallı qabları, eləcə də  yun məmulatını yuyurlar. Yun 
məmulatı yumaq üçün 10 litr suya 100-150 q xardal tozu töküb 
qarışdırır, sonra saxlayıb çökdürür və 40-45
0
C istiliyi olan suda 
yuyurlar. 
Xardal  tozundan  aşxana  xardalı  hazırlanır.  Aşxana 
xardalını hazırlamaq üçün 100 q xardal tozuna 1/2 stəkan qay-
nar su töküb yaxşı qarışdırılır. Qatı kütlənin üzərinə 2-3 stəkan 
qaynar  su  töküb  qarışdırmadan  20-24  saat  saxlanılır.  Xardalın 
üzərindəki  suyu  boşaldıb  ona  4  xörək  qaşığı  şəkər  kirşanı 
(pudrası),  1-2  çay  qaşığı  duz  və  bir  qədər  bitki  yağı  (zeytun 
yağı daha  yaxşıdır) əlavə edirlər. Dad və ətrini  yaxşılaşdırmaq 
üçün  ədviyyə  (mixək,  muskat  cövüzü,  darçın)  ekstraktı  əlavə 
etmək olar. 
Aşxana  xardalı  sarımtıl  və  ya  zəif  qəhvəyi  rəngli  olub, 
eynicinsli  xamaya  bənzəyən  konsistensiyalı  olmalıdır.  Dad  və 
ə
tri  tünd,  əlavələrinə  müvafiq  olub  kənar  dad  və  ətir  olma-
malıdır.  Aşxana  xardalını  10
0
C-dən  yüksək  olmayan  binalarda 
saxlayırlar. Həvəskar xardalının otaq temperaturunda saxlanma 
müddəti  30  gün,  başqa  çeşidlərdə  45  gün,  qış  dövrü  və  10
0
C-
dən  aşağı  temperaturda  uyğun  olaraq  60  və  90  gün  saxlamaq 
olar. 
Hazır aşxana xardalı 125 q tutumlu, bəzən isə xüsusi si-
fariş üzrə 50, 75, 100, 150 və 200 q tutumlu bankalara, polie-
tilen qablara qablaşdırılır və ticarətə buraxılır. Bankaları 60 və 

 
363
ya 125 ədəd olmaqla taxta yeşiklərə və 60 ədəd olmaqla karton 
karobkalara  qablaşdırırlar.  Keyfiyyətini  yoxlamaq  üçün  yeşik-
lərin 6%-dən 2 banka götürmək lazımdır. 
Keşniş – Кориандр – Coriandrum sativum L. Çətirçi-
çəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik bitkidir
Ikitoxumlu meyvəsi ədviyyə kimi, yaşıl təzə yarpaqları isə ətirli 
tərəvəz kimi istifadə edilir. 
Vətəni Aralıq dənizi ölkələridir. Ədviyyə və dərman bit-
kisi kimi qədimdən Misirdə, Fələstində, Hindistanda becərilir. 
 Keşniş  Mərkəzi  və  Cənubi  Avropada,  Amerikada  və 
Afrikada  becərilir.  Rusiyanın  Voronej,  Tambov,  Kursk,  Kuy-
bışev,  Saratov,  Krasnodar  və  Stavropol  vilayətlərində,  Şimali 
Osetiya MR-də və Ukraynada becərilir. 
 Sıra  ilə  düzülmüş  uzun  saplaqlı  və  yumurtaşəkilli  yar-
paqları  vardır.  Xırda  çiçəkləri  mürəkkəb  çətir  şəklində  göv-
dəsinin  başında  yerləşir.  Çiçək  tacı  çəhrayı  rəngdədir.  Ikipaylı 
toxumdan  ibarət  meyvələri  avqust-sentyabr  aylarında  yetişir. 
Meyvələri  yetişdikdə  xoş  ətirli  iy  kəsb  edir.  Keşniş  tam  yetiş-
dikdən sonra biçilir, qurudulur və döyülür.  
Qurudulmuş  hissələrin  xırmanda  döyülüb  sovrulması 
nəticəsində  meyvələr  başqa  hissələrdən  təmizlənib  ayrılır  və 
xüsusi kisələrə doldurulub tədarük məntəqələrinə təhvil verilir. 
Meyvəsinin diametri 2-5 mm olur.  
Keşniş meyvələrində 1%-ə qədər efir  yağı, 10%-ə qədər 
piyli  yağ  və  10-16%  zülal  maddələri  vardır.  Keşniş  meyvə-
lərindən efir  yağını su buxarı vasitəsilə alırlar.  Bu  yağ rəngsiz 
və bəzən sarımtıl rəngli maye olub, xoşagələn ətirli iyə və dada 
malikdir. Onun başlıca tərkib hissəsi 70%-ə qədər olan linalool 
spirtindən  ibarətdir.  Bundan  başqa,  keşniş  yağının  tərkibində 
5%-ə qədər geraniol spirti və 20%-ə qədər terpen qruplu başqa 
ə
tirli maddələr də vardır. 
Keşniş  toxumunun  rəngi  sarı,  sarı-boz,  qoxusu  isə  xoş 
ə
tirli olur. Nəmliyi 13%, külü 7%-ə qədərdir.  Əmtəəlik keşniş 
toxumunun tərkibində efir yağı 0,5%-dən az olmamalıdır. Zibil 
 
364
qatışığı  3%,  efir  yağlı  bitkilərin  toxumlarının  qatışığı  6%,  xır-
dalanmış  meyvənin  miqdarı  10%-dən  və  yetişməmişlərin  miq-
darı  10%-dən  çox  olmamalıdır.  Keşniş  kütləsi  40-45  kq 
olmaqla yeşiklərə qablaşdırılır. 
Keşniş toxumundan çörəkçilikdə, unlu qənnadı məmulatı 
istehsalında,  likör-araq  sənayesində,  pendir  və  kolbasa  isteh-
salında istifadə edilir. Keşniş efir yağından tütünü ətirləndirmək 
üçün və təbabətdə də istifadə edilir. 
Yaşıl  keşniş  yarpaqlarından  təzə  tərəvəz  kimi  müxtəlif 
salatların,  xörəklərin  və  s.  hazırlanmasında  kulinariyada  geniş 
surətdə istifadə edilir. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin