Keşnişin müalicəvi xassələri. Keşniş toxumunun tər-
kibində 2%-ə qədər efir yağı olduğundan kosmetikada və ətriy-
yat sənayesində müxtəlif ətirli maddələrin alınmasında istifadə
olunur. Təzə göyərtiləri kulinariyada müxtəlif xörəklərin hazır-
lanmasında, üyüdülmüş toxumları isə aşpazlıqda və unlu
qənnadı məmulatı istehsalında geniş istifadə olunur.
Keşniş yağı və meyvəsi iştahaartırıcı dərman kimi Dövlət
Farmakopeyasına daxil edilmişdir. Yağından bir sıra qalen
preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti
məhsullarına xoş iy verən maddə kimi geniş istifadə edilir.
Keşniş toxumundan çörəyi və qənnadı məmulatını,
sousları, sirkəyə qoyulmuş tərəvəzləri, kolbasanı, pendirləri,
likör və pivəni ətirləndirmək üçün istifadə olunur. Keşniş toxu-
mu yalnız ətirli-ədviyyəli tamlı qatma deyil, həm də qidanı
vitaminləşdirən vasitə kimi də xeyirlidir.
Tibbdə keşniş toxumundan qidanı yaxşı həzmedici, bəl-
ğə
mgətirici, yarasağaldıcı və babasilə qarşı vasitə kimi istifadə
olunur. 1 çay qaşığı keşniş toxumundan 1 stəkan suda hazır-
lanmış tinkturadan gündə 3 dəfə 1/3 stəkan içilir. Keşniş tozvarı
toxumu və ondan hazırlanmış tinktura həm də yelqovucu vasitə
kimi də qəbul edilir. Keşniş toxumu həlimi öyümə zamanı
içilir. Keşniş tinkturasını bəzən sakitləşdirici və qıcolmaya
qarşı, xüsusən də isteriyada təyin edirlər. Müəyyən olunmuşdur
365
ki, keşniş efir yağı orqanizmdə ödqovucu, ağrıkəsici, antiseptik,
yarasağaldıcı, babasilə qarşı və həzm vəzilərinin fəaliyyətini
yaxşılaşdırıcı vasitə kimi əhəmiyyətlidir.
Haşiyə: Keşnişin müalicəvi xassəsi haqqında 1954-cü
ildə şahidi olduğum bir əhvalatı oxucuların nəzərinə çatdırmaq
maraqlı olar. Bir dəfə qonşumuz Maral bacı qızı Ruqiyyəni
nənəmin yanına gətirib sağ qıçındakı yaranı göstərdi və dedi:
- Ay Şəkər bacı bu qızın ayağındakı yaranı həkimlər
sağalda bilmir. Bəlkə sən bir dava-dərman edəsən.
Nənəm məni çağırıb dedi:
- Cabir, oğlum, get kürəklə su arxının palçığını alt-üst
elə və oradakı soğulcanlardan 20-25 ədəd xəlbirə yığ. Sonra
onların palçığını axar su altında yuyub mənə gətir. Nənəm özü
isə bıçağı götürüb həyətdəki keşniş göyərtisi olan ləkə yaxın-
laşdı və bir qədər keşniş biçdi. Keşnişi axar su altında təmiz
yuyub iri mis badyada soğulcanlarla birlikdə döyüb əzişdirdi.
Həmin əzintini təmiz ağ parçaya yaxdı və Ruqiyyənin yarasının
üstünə qoyub möhkəm sarıdı. Anasına dedi ki, 7 gün bu sarğını
bağlı saxlayıb su vurmasınlar. 7 gündən sonra paltar sabunu
ilə vanna edib, sarıq yumşaldıqdan sonra açıb yusunlar.
Təxminən 8-10 gündən sonra qonşumuz Maral bacı Nə-
nəmin yanına gəlib təşəkkürünü bildirdi və qızının ayağındakı
yaradan heç bir əlamət qalmadığını söylədi. Mən o vaxtlar 12
yaşında kiçik oğlan uşağı idim və nənəmin gördüyü bu işlərin
hamısını təfərrüatı ilə yadımda saxlaya bilməmişəm. Indi fikir-
ləşirəm ki, həmin soğulcanların tərkibindəki canlı fermentlər,
amin turşuları, keşniş göyərtisindəki vitaminlər, efir yağları və
digər bioloji fəal maddələr birlikdə həmin yaranın sağalmasına
səbəb olmuşdur.
Kəklikotu, kəkotu – Тимьян ползучий, Чабрец –
Thymus serpyelum L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsinin
yerlə sürünən gövdəyə malik kol bitkisidir. 400-ə qədər növün
Azərbaycanın müxtəlif rayonlarında 20 növünə təsadüf edilir.
366
Bunlardan ən çox yayılanı Qafqaz, Qaraməryəm, Seyrəkçiçək,
Ziyarət və Hacıyev kəkliotlarıdır. Əsasən yabanı halda bitir.
Yerlə sürünən yerüstü gövdəyə malikdir. Gövdəsinin
aşağı hissəsi qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Qarşı-
qarşıya düzülmüş ovalşəkilli, kənarı bütöv yarpaqları vardır.
Qırmızı-bənövşəyi rəngli xırda çiçəkləri dəstə-dəstə yerləş-
mişdir. Bitkinin xoşagələn ətirli iyi olur. Kəklikotu bütün yay
fəsli çiçək açır. Bu bitki yabanı halda Avropada quru səhra-
larda, şam ağacı meşələrində və qumlu-torpaqlı yerlərdə yayıl-
mışdır. Buna Zaqafqaziyada, xüsusən Azərbaycanda da çox rast
gəlinir. Kəklikotunun qarşı-qarşıya düzülmüş ovalşəkilli, kənarı
bütöv yarpaqları vardır. Qırmızı-bənövşəyi rəngli xırda çiçək-
ləri dəstə-dəstə yerləşir.
Dərman məqsədilə kəklikotunun bütün yerüstü hissəsi
iyun-iyul aylarında bitki çiçək açan dövrdə toplanılır, sonra
kölgəli açıq havada tez qurudulub efir yağı istehsal edən
zavodlara təhvil verilir. Kəklikotunun yerüstü hissəsində 0,5-
1%-ə qədər efir yağı olur. Bu yağın da tərkibində 1-3%-ə qədər
timol, karvakrol, borneol
və terpinen adlı ətirli maddələr vardır.
Kəklikotu efir yağının əsas hissəsini simol təşkil edir. Tərki-
bində aşı maddəsi, kamedlər, flavanoidlər, ursol və oleanol
turşusu vardır.
Qurudulmuş kəklikotu toz halında az miqdarda ət və tərə-
vəz şorbalarına, bir qədər çox miqdarda isə balıq xörəklərinə
qatılır. Balığı qızardarkən kəklikotu tozunu un ilə 1:2 nisbə-
tində qarışdırırlar və balığı həmin qarışıqda urvalayırlar. Ev
şə
raitində pendir hazırladıqda ona kəklikotu əlavə edilir.
Kəklikotu qurusundan çay dəmləmək üçün də istifadə edilir.
Kəklikotunun müalicəvi xassələri. Təbabətdə kəklik-
otundan mədə-bağırsaq xəstəliklərində, tənəffüs yollarının ilti-
habında, diş ağrılarında, dezinfeksiyaedici, eləcə də qurdsalıcı
dərman kimi geniş istifadə olunur.
Bundan əlavə, kəklikotu öskürəyə, xüsusən göy öskürəyə
qarşı «pertusin» adlı mürəkkəb preparatın tərkibində verilir.
367
Efir yağından zəif konsentrasiyalı spirtli məhlul şəklində
qarqara etmək üçün, eləcə də dəri xəstəliklərində xarici dezin-
feksiyaedici sürtmə dərmanı kimi istifadə edilir. Vanna qəbul
etdikdə kəklikotundan ətirli vasitə kimi istifadə olunur. Res-
publikamızda yayılmış kəkliotunun elmi cəhətdən öyrənilməsi
və tibbi məqsəd üçün istifadə edilməsi zəruridir.
Kəklikotu efir yağında olan timol yandırıcı dada, xüsusi
ə
trə və güclü antiseptik təsirə malikdir. Tibdə timoldan ağızın
və boğazın selikli qişasının dezinfeksiyası üçün, dərinin
göbələk xəstəliklərində, qurdqovucu vasitə kimi və bağırsaq-
lardakı qıcqırma proseslərini (meteorizmi) yatırmaq üçün
istifadə olunur. Kəklikotunda efir yağından (0,6%) başqa acı və
aşı maddələri, saponinlər, flavanoidlər, kamedlər, qatranvarı
maddələr, mineral duzlar və üzvi turşular vardır.
Kəklikotu yarpaqlarından hazırlanan duru ekstrakt öskü-
rək tutmasını və onu yumşaldan pertussin preparatının tərkibinə
daxildir. Bunu göy öskürək və bronxitdə gündə 3-4 dəfə 1
xörək qaşığı, uşaqlara isə 1/2 çay qaşığından 1 desert qaşığına
qədər (yaşdan asılı olaraq) verirlər. Bronxit, bronxoektaz və
ağciyərin iltihabında bəlğəmgətirici və dezinfeksiyaedici vasitə
kimi gündə 4-6 dəfə 1 xörək qaşığı qəbul etmək məsləhət
görülür. Bu nastoy və həlimlər 15-20 q kəklikotundan 1 stəkan
suda hazırlanır.
Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini
yaxşılaşdıran və bağırsaqlarda yaranan köp zamanı yeməkdən
qabaq qəbul edirlər. Tərgətirici vasitə kimi birdəfəyə 2 stəkan
qaynar kəklikotu dəmləməsi içmək məsləhət görülür. Başağ-
rılarına, yuxusuzluğa, radikulit və əsəbə qarşı gündə 3-4 dəfə 1
xörək qaşığı kəklikotu dəmləməsi içmək məsləhət görülür.
Radikulit, miozit və artritdə tünd kəklikotu tinkturası (1:3) və
ya buxarlandırılmış kəklikotu həlimi ilə günəbaxan yağı (1:4)
qarışığından hazırlanmış məlhəmdən qıcıqlandırıcı və ağrı-
kəsici vasitə kimi istifadə olunur.
368
Kəklikotu dəmləməsi və həlimi ilə ağız boşluğu qarqara
edilir, dəridəki yaralara islatma qoyulur. Revmatizm və
dəridəki səpkilərə qarşı kəklikotu dəmləməsindən vanna qəbul
olunur. Bu məqsədlə 10 litr suya 50 q quru kəklikotu götürülür.
Kərəviz – Сельдерей – Apium graveolens. Çətir-
çiçəklilər (Umbelliferae) fəsiləsindən olan ikiillik ot bitkisidir.
Birinci ili kök və yarpaq əmələ gətirir, ikinci ili isə gül sütun-
cuğu inkişaf edir, çiçəkləyir və toxum verir. Kərəvizin yaşıl
yarpaqları kulinariyada xörəklərin dad və ətrini yaxşılaşdırmaq
üçün və eləcə də konservləşdirmədə istifadə edilir.
Bitkinin müxtəlif hissələrindən təzə və qurudulmuş halda
istifadə edilir. Kərəvizin 3 növü (kök, yarpaq və salat) bitir. Kə-
rəvizin müxtəlif sortlarının mövcud olması onun bütün ilboyu
becərilməsinə imkan verir. Kərəviz bişmiş və ya çiy halda
müxtəlif xörəklərə qatqı kimi əlavə edilir. Saxlanılmağa da-
vamlı olduğundan qış mövsümündə əsas göyərti hesab edilir.
Kök kərəvizin tərkibində 1,3% azotlu maddə vardır. Az
miqdarda mannit spirti və apinin qlükozidi tapılmışdır. Kö-
kündə 75 mq% C vitamini, yarpaqlarında isə C vitamini ilə ya-
naşı 7 mq% karotin (provitamin A) vardır. Kərəviz yalnız xoş
iyi ilə yox, tərkibindəki vitaminlərin, mineral duzların və
şə
kərlərin olması ilə də fərqlənir. Kərəvizin yarpaqlarında
0,1%, kökündə 0,09%, toxumunda isə 2,4-3,0% efir yağı var-
dır. Efir yağının əsas komponentləri d-limonen (77-78%), d-
selinen
(12-13%), spirt və efir qarışığı (5%), sedanolid, se-
danon turşusu, palmitin turşusu
və fenoldan ibarətdir. Toxum-
larda, həmçinin, 18%-ə qədər piyəbənzər yağ vardır. Yağın
tərkibində 26-41% petrozelin, petrozelaidin, 26-30% olein, 10-
13% linol turşusu vardır. Kərəviz yarpaqlarında asparagin və
tirozin
aminturşuları da vardır.
Kərəvizin müalicəvi xassələri. Kərəvizin kökümsovun-
da efir yağından başqa furokumarinlər, flavanoidlər, askorbin
turşusu, B
1
, B
2
, K, E, PP vitaminləri, selikli maddələr, mineral
maddələr, xolin spirti, yarpaqlarında 117-240 mq% C vitamini,
369
18-24 mq% karotin (provitamin A), 6,17% ekstraktiv maddələr
vardır. Bunlardan əlavə yarpaqlarda 320 mq% kalium, 80 mq%
natrium, 9 mq% manqan, 68 mq% kalsium, 0,53 mq% dəmir
aşkar edilmişdir.
Kərəvizin təzə yığılmış otundan «sukkus-qraveol» adlı
sabitləşdirici şirə alınır. Bu şirə qurudulub həb şəklinə salınır.
Aparılan eksperimental kliniki təcrübələr göstərmişdir ki,
kərəvizdən hazırlanmış bu preparat böyrək xəstəliklərinin
müalicəsində çox qüvvətli sidikqovucu təsir göstərir.
Xalq təbabətində kərəvizin təzə toplanmış otundan alınan
ş
irədən, eləcə də toxumundan hazırlanan çaydan böyrək xəs-
təliklərində daşsalıcı dərman kimi işlədilir. Kök və yarpağı
iştahanı artırır, həzm prosesini yaxşılaşdırır. Həmçinin, qast-
ritdə, mədə və onikibarmaq bağırsağın xorasında zəif işlədici
dərman kimi, revmatizmin müalicəsində isə geniş istifadə
olunur. Bundan əlavə, onun cövhəri ağrıkəsici, qızdırma əley-
hinə, qaraciyər, allergiya və s. xəstəliklər zamanı tətbiq edilir.
Təzə dərilmiş yarpaqları qurudulur, toz halına salınır və
kərəyağı ilə qarışdırılaraq irinli yaralara məlhəm kimi sürtülür.
Kərəvizin kəskin iyi, acımtıl-şirintəhər dadı vardır.
Ə
dviyyə kimi kulinariyada geniş istifadə edilir. Onun yarpağı,
saplağı, kökümsovu təzə və qurudulmuş halda müxtəlif xörək-
lərə əlavə edilir.
Kərəviz böyrək və sidik kisəsini təmizləyir. Mədə və
bağırsaqlarda yaranan köpü yatırdır. Yeməklərdə kərəviz işlət-
mək təngnəfəslik, hıçqırma, böyrək ağrısı hallarında faydalıdır.
Kökünü və yarpaqlarını balda uzun müddət saxlayıb işlətdikdə
mədəni qüvvətləndirir, ürəkbulanmanın qarşısını alır. Onu sirkə
ilə yedikdə iştahanı artırır.
Tərkibindəki həllolunmuş qələvi duzları orqanizmdə
zülalların asanlıqla mənimsənilməsinə səbəb olur. Bu isə mə-
dənin turşu-qələvi proseslərini nizamlayır, sinir sistemini sakit-
ləşdirir, beləliklə də vaxtından əvvəl qocalmanın və piy-
lənmənin qarşısını alır.
370
Kərəvizdən tinktura hazırlamaq üçün 2 xörək qaşığı
xırdalanmış kökümsovu 1 stəkan suda 2 saat saxlayıb süzür və
gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan içmək məsləhətdir.
Ə
gər kökümsovdan təzə halda şirə çəkilirsə, onda gündə 3 dəfə
yeməkdən 30 dəq. qabaq 1-2 çay qaşığı içilir.
ş
tahanın artırılması və yeyilən qidanın yaxşı həzm
olunması üçün kərəviz kökündən hazırlanan tinkturadan gündə
3 dəfə 1 xörək qaşığı içmək məsləhət görülür.
Azərbaycan Tibb Universitetində kərəvizin təzə yarpaq-
larından və zoğlarından sukaripraveol adlı sidikqovucu pre-
parat alınmışdır.
Qara xaşxaş – Черный мак – Papaver somniferum L.
Xaşxaş (Papaveraceae) fəsiləsindən ikiləpəli birillik, ikiillik və
ya çoxillik ot bitkisidir. Bu fəsilənin 100-dən çox növü, o cüm-
lədən Azərbaycanda 20 növü məlumdur. Meyvəsi qutucuqdur.
Vətəni Aralıq dənizi ölkələridir.
Xaşxaşın 2 növü daha çox yayılmışdır. Təbabətdə yuxu-
gətirici kimi opiy xaşxaşı, qənnadı sənayesində və çörəkçilikdə
isə yağlı xaşxaş istifadə olunur. Opiy xaşxaşı ağ-sarımtıl
rəngdə, yağlı xaşxaş isə boz-qara rəngdə olur. Tərkibində 46-
56% yağ, 20%-ə qədər zülali maddə vardır. Xaşxaş yağından
konserv istehsalında, ətriyyat və qənnadı sənayesində istifadə
olunur. Opiy xaşxaşının tərkibində 20-dən çox alkaloidlər,
zülali maddə, karbohidratlar, qatranlar, mum, yağ və piqment-
lər vardır. Quru maddəyə görə opiy xaşxaşının tərkibində 12-
16% morfin, 10-18% narkotin, 0,5-1,5% papaverin, 1-3%
kodein
vardır. Opiy xaşxaşından əczaçılıqda müxtəlif dərmanlar
hazırlanır. Boz-qara rəngli yağlı xaşxaş isə çörəkçilikdə və
qənnadı sənayesində istifadə olunur.
Ev şəraitində xaşxaşdan müalicəvi məqsədlə istifadə
etmək məsləhət görülmür. Opiy xaşxaşından lazımi preparatlar
ə
czaçılıq sənayesində hazırlanır və tibbidə geniş tətbiq edilir.
Qara istiot – Черный перец – Piper nigrum. stiot
(Piperaceae) fəsiləsindən çoxillik sarmaşan tropik bitkisinin
371
yetişməmiş meyvəsinin qurudulmasından alınır. Qara istiotun
vətəni Hindistanın Malabar sahili sayılır. Lakin Hindistanın isti
və rütubətli iqlimə malik olan başqa rayonlar ndoneziyanın
Yava, Sumatra, Borneo, eləcə də Seylonda və Filippin
adalarında da istiot bitkisi becərilir. Qara istiotu hazırlamaq
üçün istiot bitkisinin yetişməmiş meyvələri yaşıl halda yığılıb
taxta binalarda qurudulur. Qurutma zamanı meyvələr qaralır,
qabığı büzüşür və yuvarlaq forma kəsb edir. Qara istiotun
dənlərinin diametri 3-5 mm olur. Qara istiotun kimyəvi tərkibi
faizlə aşağıdakı kimidir: su – 8,1-14,0; azotlu maddələr – 10,0-
14,9; efir yağları – 1,2-3,8; yağ – 5,5-10,2; nişasta – 16,4-47,8;
sellüloza – 10,5-22,2; kül – 3,5-5,6; qatran – 0,3-1,0; piperin –
4,6-13,0 və piperidin – 0,4-0,8.
Qara istiotun acı və yandırıcı dadı piperin lakaloidindən
və onun izomeri sayılan kavitsindən asılıdır. Piperin
(C
17
H
19
NO
3
) hidrolizləşdiyi zaman piperidin (C
5
H
11
N) və
piperin turşusuna
(C
12
H
10
O
4
) ayrılır. Istiot efir yağları əsasən
α
- pinen
(C
10
H
16
) – 14%,
β
- pinen
– 23%, fellandren – 7%,
limonen
– 25%, kariofilen (C
15
H
24
) – 19%, dihidrokarvol
(C
10
H
18
O) – 2%, piperonal (C
8
H
6
O
3
) – 0,4% və digər
birləşmələrdən ibarətdir.
Qara istiotun sortları becərildiyi yerin və ya göndərildiyi
limanın adı ilə adlandırılır. Ən məşhur sortlarından Malabar,
Allepi, Sinqapur, Lamponq, Seylon və Penanq istiotlarını qeyd
etmək olar.
100 ədəd istiotun kütləsi nə qədər ağır və suya batmayan
dənin sayı nə qədər az olarsa, istiotun keyfiyyəti də bir o qədər
yüksək hesab edilir. Qara istiot bütöv dən və ya narın
üyüdülmüş toz halında 20 və 25 q kütlədə kağız paketdə, karton
və ya tənəkə qutularda satışa buraxılır. Nəmliyi 12%-ə, ümumi
külü 6%-ə, dəyərsiz istiot dənələri 2%-ə qədər olmalı, efir
yağının miqdarı 0,8%-dən az olmamalıdır.
Qara istiotun müalicəvi xassələri. Qara istiot elmi təba-
bətdə çox az istifadə olunur. Ondan xüsusi həblər hazırlanıb
372
ə
səb sistemi pozuntusunda, tezyorulma, başağrısı, zəifləmə,
eləcə də kəskin və xroniki qanazlığında istifadə olunur. Qara
istiot qiymətli ədviyyat olmaqla yanaşı, həm də dərman bitkisi
sayılır. Istiot iştahanı artırmaq, mədə və bağırsağın həzm
sisteminin sekresiyasını gücləndirmək məqsədilə işlədilir.
Qara istiotun meyvəsindən hazırlanan preparatlardan
sidik yolları iltihabında, astma və eləcə də dəri-zöhrəvi xəs-
təliklərin müalicəsində geniş istifadə olunur. Qara istiot həm də
kulinariyada geniş istifadə olunan əvəzolunmaz ədviyyədir.
Qaraqınıq'>Qaraqınıq – Душица – Origanum vulgare L. Dodaq-
çiçəklilər (Labiatae) fəsiləsindən 20-ə qədər növü olan çoxillik
ot bitkisidir. Azərbaycanda 3 növünə təsadüf edilir. Bu bitki
Azərbaycanın bütün dağlıq və meşəlik rayonlarında (Quba,
Xaçmaz, Qonaqkənd, Qusar, Şəki, Zaqatala, Naxçıvan) geniş
yayılmışdır. Hündürlüyü 30-60 sm, qırmızı-çəhrayı rəngli ətirli
çiçəkləri olan bitkidir. Azərbaycanın dağlıq və meşəlik rayon-
larında ehtiyatı çoxdur. yun ayında çiçək açır, meyvəsi av-
qustda yetişir.
Dərman məqsədilə çiçəkli baş hissələrindən istifadə
olunur. Belə ki, bitki çiçək açan dövrdə onun gövdəsinin yuxarı
çiçəkli hissələrini çin və oraqla kəsib toplayır, quru binalarda
qurudur, sonra aptek anbarına göndərirlər. Bundan başqa,
qaraqınığın tərkibində C vitamini, flavonoidlər, fitonsidlər və
digər mühüm maddələr də var.
Qaraqınığın tərkibində 0,5-1,0%-ə qədər efir yağı vardır.
Efir yağının tərkibində timol, karvakrol, geranilasetat və
seskviterpenlər
vardır. Bundan başqa, qaraqınığın tərkibində aşı
maddəsi, askorbin turşusu (çiçəklərində 166 mq%, yarpaq-
larında isə 565 mq%, zoğlarda 58 mq%), flavanoidlər, fitonsid-
lər vardır. Qaraqınığın yarpaqları ədviyyəli tərəvəz kimi kartof,
soya, lobya və ət xörəkləri, salat, kolbasa və çay içkiləri ha-
zırlamaq üçün istifadə edilir. Həmçinin, xiyar, pomidor və
göbələyin konservləşdi-rilməsində, pivə istehsalında tətbiq
edilir. Qaraqınıq yarpaqları acı nastoykalardan «Zveroboy» və
373
«Yerofiç» istehsalında istifadə edilir. Ətriyyat sənayesində
sabun, pomada və pastaların ətirləndirilməsində, elmi təbabətdə
çay kimi dəmləyib sinir sistemi xəstəliklərində sakitləşdirici,
eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı, soyuqdəymədə
və sidikqovucu kimi istifadə edilir. Qaraqınıq yaxşı balverən
(100 kq/ha) bitkidir.
Qaraqınığ ın müalicə vi xassə lə ri. Elmi təbabətdə qara-
qınıq otundan çay kimi dəmləyib sinir sistemi xəstəliklərində
sakitləşdirici, eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı və
iltihabı aradan qaldırıcı dərman kimi geniş istifadə olunur.
Qaraqınıq preparatı soyuqdəymə nəticəsində baş verən sinə
ağrılarını sakitləşdirici kimi təsir edir. Xalq təbabətində qara-
qınıq daha geniş istifadə olunur. Onun qurudulmuş çiçəklə-
rindən soyuqdəymədə, mədə-bağırsaq xəstəliklərində ishala və
dizenteriyaya qarşı, eləcə də göyöskürəkdə çay kimi dəmləyib
içirlər. Bundan başqa, qaraqınıq çayından diş və boğaz ağrı-
larında qarqara kimi də istifadə edilir.
Qaraqınığın dəmləməsi aşağıdakı qaydada hazırlanır: qu-
rudulmuş qaraqınıq otunu əvvəlcə xırdalayır, toz halına salırlar.
Sonra ondan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəq.
dəmləyib süzür gündə 3 dəfə, hər dəfədə 1-2 xörək qaşığı ye-
məkdən əvvəl xəstəyə içirdirlər. Belə çaydan əsəb xəstə-
liklərində sakitləşdirici, mədə-bağırsaq və tənəfüs yolları xəstə-
liklərində iltihabı aradan qaldırıcı vasitə kimi istifadə edilir.
Qırmızı istiot, saplaqlı acı istiot – Перец красный –
Capsicum Annuum L. Badımcançiçəklilər (Solanaceae)
fəsiləsinə aiddir. Növlərindən acı istiot (Capsicum annuum
L.), kayen istiotu (Capsicum Fastigiatum B.L.) və şirin istiot
Dostları ilə paylaş: |