Əhməd-Cabir smayıl oğlu Əhmədov
YEY LƏN B TK LƏR N
MÜAL CƏV XASSƏLƏR
B A K I - 2014
2
Rəyçilər:
AKU-nun ”Əmtəəşünaslıq və ekspertiza”
kafedrasının dos, b.e.n.. A.H.Xəlilov.
AD U-nun “Qida məhsullarının texnologiyası”
kafedrasının prof., b.e.d. R.A.Əliyev.
AD U-nun “Qida məhsullarının texnologiyası”
kafedrasının dos., t.e.n N.H.Qurbanov.
AD U-nun “Ərzaq malları əmtəəşünaslığı və
ekspertizası” kafedrasının dos., b.e.n. M.A.Əhmədov.
Ə 96. Əhmədov Əhməd-Cabir smayıl oğlu. Yeyilən
bitkilərin müalicəvi xassələri. Monoqrafiya. Bakı: “ qtisad
Universiteti” nəşriyyatı, 2014, 468 səh.
Kitabda insanların gündəlik qidasında istifadə olunan
meyvə və tərəvəzlərin, ətirli-ədviyyəli, dənli və paxlalı, eləcə
də yağlı və tonusqaldırıcı bitkilərin kimyəvi tərkibi, onlardan
ev şəraitində hazırlanan müalicəvi məhsulların xalq təbabətində
istifadə olunması haqqında geniş məlumat verilir. Yeyilən bit-
kilərin səciyyəsi təsnifat formasında və ayrı-ayrı qruplar da-
xilində əlifba sırası ilə izah edilmişdir. Kitabdan istifadəni
asanlaşdırmaq məqsədilə sonda yeyilən bitkilərin əlifba-ad gös-
təricisi tərtib olunmuşdur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəlliflik hüququ qorunur və kitabın
icazəsiz nəşr olunması qadağandır
© Əhməd-Cabir - 2014
3
Ö N S Ö Z
Bitki mənşəli məhsullar insanların gündəlik qidasında
istifadə olunan əvəzsiz ərzaq məhsullarıdır. Bəzi ölkələrdə əhali
ə
sasən bitki mənşəli məhsullarla qidalanır. Meyvə-tərəvəzlər və
digər bitki mənşəli məhsullar insan orqanizminin mineral mad-
dələr və vitaminlərlə təmin olunmasında mühüm yer tutur.
Lakin bitki mənşəli məhsullardan səmərəli istifadə edildikdə
onlar orqanizmi karbohidrat, yağ və aminturşular ilə zəngin
olan zülallarla da təmin edə bilər. Əlbəttə, yalnız bitki mənşəli
zülallarla orqanizmi balanslaşdırılmış zülal və yağla təmin et-
mək üçün bir qədər çox meyvə-tərəvəz yeyilməlidir. Bu isə bə-
zən gündəlik qidalanmada çətinlik yaradır. Lakin biz əsas mə-
qamı qeyd etməliyik ki, gündəlik qidalanmada daha çox bitki
mənşəli məhsullardan istifadə edənlər daha az xəstələnir və
uzun ömür sürürlər.
Bitki mənşəli məhsulların tərkibində orqanizmdə asan
mənimsənilən karbohidratlar, o cümlədən şəkərlər və nişasta var-
dır. Üzvi maddələrdən üzvi turşular, aşı və boya maddələri, pektin
maddələri, ətirli maddələr və digər bioloji fəal maddələr vardır.
Bitki mənşəli məhsulların kimyəvi tərkibi bitkinin növündən və
sortundan, yetişmə dərəcəsindən və yığılma müddətindən, torpaq-
iqlim şəraitindən, emalından, saxlanılma üsullarından və müddə-
tindən çox asılıdır.
Bitki mənşəli məhsulların istehsalının mövsümi xarakter
daşımasına baxmayaraq, bunlar ilboyu gündəlik qidanın tərki-
binə daxil olmalıdır. Odur ki, ilin bütün mövsümlərində lazımi
qədər meyvə-tərəvəz istifadə edə bilmək üçün onlar müxtəlif
üsullarla konservləşdirilir.
Yeyilən bitkilərin müalicəvi xassələri qədimdən məlum-
dur. Elmin inkişafı ilə bu məlumatlar, bitkilərin elmi metodlarla
4
tədqiq olunması ilə daha da dəqiqləşdirilmişdir. Bitkilərin kim-
yəvi tərkibinin öyrənilməsi bu məhsullardan sağlamlığın qo-
runması və müalicəsində daha geniş istifadə edilməsinə səbəb
olmuşdur. Eyni zamanda, bitkilərin meyvəsindən qida kimi isti-
fadə edilməklə yanaşı, digər orqanlarından da (çiçəyi, yarpağı,
qabığı, kökü) da müalicəvi məqsədlərlə istifadə etməyin üsul-
ları öyrənilmişdir.
Bu kitab gündəlik qidamızda istifadə etdiyimiz mədəni
və yabanı bitkilərin müalicəvi və pəhrizi xassələrinin izahına
həsr olunmuşdur. Kitabda yeyilən bitkilərin kimyəvi tərkibi
ə
traflı izah edilir. Ayrı-ayrı kimyəvi maddələrin insan orqaniz-
minə təsiri, pəhrizi və müalicəvi əhəmiyyətindən danışılır. Eyni
zamanda, bitki mənşəli məhsullardan ev şəraitində müxtəlif
müalicəvi preparatların hazırlanması üsulları qısa və anlaşılan
dildə izah olunur.
Müasir dövrdə bitki mənşəli məhsulların kimyəvi tər-
kibinə və keyfiyyətinə ekoloji amillər də təsir göstərir. Odur ki,
bu məhsullardan istifadə edərkən onların zərərsizlik göstərici-
ləri mütləq nəzərə alınmalıdır və bunlar sağlamlığın qorunma-
sında mühüm əhəmiyyət kəsb edir. Bitki mənşəli məhsullarda
olan ağır (toksiki) metalların, pestisidlərin, radionuklidlərin, di-
gər zərərli maddələrin miqdarının müəyyən edilməsi və onların
mikrobioloji göstəricilərinin tibbi-bioloji təlimata (TBT) uyğun
olması daim nəzarət altında saxlanılmalıdır.
Kitabda yeyilən bitkilərin tərkibi, pəhrizi və müalicəvi
xüsusiyyətləri təsnifat formasında və hər qrup daxilində əlifba
sırası ilə verilmişdir. Burada dənli və paxlalı bitkilərin, meyvə
və giləmeyvələrin, qozmeyvəlilərin, sitrus, subtropik və tropik
meyvələrin, tərəvəzlərin, ətirli-ədviyyəli bitkilərin və tonusqal-
dırıcı bitkilərin ayrı-ayrılıqda xüsusiyyətləri izah edilmişdir.
Kitabdan istifadəni asanlaşdırmaq məqsədilə sonda
yeyilən bitkilərin əlifba-ad göstəricisi tərtib edilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın
yazılmasında mövcud ədəbiyyatlardan və müəllifin özünün
5
tədqiqat işlərinin nəticələrindən istifadə edilərək 200-dən çox
yeyilən bitki məhsullarının xarakteristikası, o cümlədən bota-
niki adı, mənşəyi, vətəni, kimyəvi tərkibi, müalicəvi və pəhriz
qidası kimi istifadə qaydaları haqqında ətraflı məlumat verilir.
Kitabın əlyazmasının nəşrə hazırlanmasında etdikləri
köməyə görə müəllif «Ərzaq malları əmtəəşünaslığı və eksper-
tizası» kafedrasının əməkdaşlarına və xüsusən kafedranın labo-
rantı Namazova Afaq Vəlixan qızına qabaqcadan öz minnətdar-
lığını bildirir.
Kitab haqqında rəy və təkliflərinizi ADIU-nun «Ərzaq
mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasına göndər-
məyiniz xahiş olunur.
B R N C H S S Ə
6
YEY LƏN B TK LƏR N K MYƏV TƏRK B
Yeyilən bitkilərin tərkibində insan orqanizmi üçün zəruri
olan bir çox maddələr: şəkərlər, üzvi turşular, azotlu maddələr,
yağlar, ətirli və boya maddələri, mineral duzlar, vitaminlər,
fermentlər, qlükozidlər, fitonsidlər və pektin maddələri vardır.
Bitkilər mineral maddələrin və vitaminlərin mənbəyidir.
Dənli bitkilərin tərkibində nişasta, zülali maddələr, yağlar və
vitaminlər vardır. Paxlalı tərəvəzlər və kələm asan həzm olunan
zülali maddələrlə zəngindir. Meyvə-tərəvəzin tərkibində olan
nuklein turşuları, fitonsidlər və başqa bioloji fəal maddələr
insan qidasında böyük əhəmiyyət kəsb edir. Meyvə-tərəvəzdəki
vitaminlər insan orqanizminin müxtəlif xəstəliklərə qarşı müqa-
vimətini artırır. Almanın və başqa meyvə-tərəvəzin tərkibindəki
dəmir qanazlığının qarşısını alır. Bəzi meyvə-tərəvəz müalicəvi
ə
həmiyyətə malikdir. Məsələn, moruğun tərkibində salisil tur-
ş
usu olduğundan ondan soyuqdəyməyə qarşı istifadə edilir. Ar-
muddan və qaragilədən qarnı bərkitmək, gavalıdan isə yumşaq
saxlamaq üçün istifadə edilir. Qozmeyvəlilər bitki mənşəli yağ-
lar və zülallala zəngindir. Ətirli-ədviyyəli bitkilər efir yağları,
boya maddələri və bir çox bioloji fəal maddələrlə zəngindir.
Yeyilən bitkilərin kimyəvi tərkibi sabit olmayıb, növün-
dən və sortundan, yetişmə dərəcəsindən, yığılma müddətindən,
torpaq-iqlim şəraitindən, əmtəə emalından, saxlanma üsulu və
müddətindən asılı olaraq dəyişir.
Məsələn, yetişməmiş xurmada ağızbüzüşdürücü xassənin
daha kəskin olması onun tərkibində aşı maddənin yetişmiş xur-
maya nisbətən çox olması ilə əlaqədardır. Eyni homoloji sort-
dan olan şimalda yetişən almanın tərkibində şəkərin miqdarı
cənubda yetişən almaya nisbətən az olur. Təzə dərilmiş almanın
tərkibində şəkərin və üzvi turşuların miqdarı 3-4 ay saxlanılmış
almaya nisbətən çoxdur. Çünki saxlanılma zamanı şəkərin və
üzvi turşunun bir hissəsi tənəffüsə sərf olunduğundan, onların
7
ümumi miqdarı azalır. Meyvə-tərəvəzdən həm təzə halda və
həm də emal edilmiş şəkildə istifadə edilir. Emal zamanı da
meyvə-tərəvəzin kimyəvi tərkibində böyük dəyişikliklər gedir.
Yeyilən bitkilərdə olan maddələr 2 qrupa bölünür:
1.
Qeyri-üzvi maddələr. Bu qrupa su, mineral maddələr
və qazlar aiddir.
2.
Üzvi maddələr. Bu qrupa karbohidratlar, azotlu mad-
dələr, yağlar, üzvi turşular, vitaminlər, fermentlər, ətirli, aşı,
boya və pektin maddələri, qlükozidlər, fitonsidlər və s. aiddir.
S U
Meyvə-tərəvəzin keyfiyyətli olmasında onların tərkibin-
dəki suyun əhəmiyyəti böyükdür. Belə ki, suyun normal miq-
darda qalması meyvə-tərəvəzin təzəliyini və şirəli olmasını
göstərir. Ayrı-ayrı meyvə-tərəvəzdə suyun miqdarı müxtəlif
olub, 70-95%-ə qədər təşkil edir. Qərzəkli meyvələrdə suyun
miqdarı 5-8% olur. Meyvə-tərəvəzin tərkibində suyun çox ol-
ması onların saxlanılmasını və daşınmasını çətinləşdirir. Mey-
və-tərəvəz 5-7% su itirdikdə büzüşür, göy tərəvəz isə 2-3% su
itirdikdə öz əmtəə görünüşünü dəyişir.
Meyvə-tərəvəzdə su həm sərbəst və həm də birləşmiş
halda olur. Sərbəst su, onda həll olan maddələrlə birlikdə toxu-
ma şirəsini təşkil edir və meyvə-tərəvəzi qurutduqda o tama-
milə ayrılır. Birləşmiş su isə kolloid hissəciklər və osmotik fəal
maddələr tərəfindən udulub saxlanılır. Meyvə-tərəvəzdə əsas su
sərbəst halda olur və ümumi suyun 85-90%-ni təşkil edir.
Meyvə-tərəvəzin tərkibində suyun çox olması onların kalorisini
azaldır, lakin suda həllolmuş maddələr orqanizm tərəfindən
asanlıqla mənimsənilir.
M NERAL MADDƏLƏR
8
Meyvə-tərəvəzin tərkibində üzvi maddələrlə yanaşı, mad-
dələr mübadiləsində böyük fizioloji rol oynayan müxtəlif
mineral maddələr də vardır. Bunlar yaxşı mənimsənilə bilən,
müxtəlif üzvi və mineral turşuların (fosfor, şərab, sulfat, bor və s.)
duzları şəklində, bəzi elementlər üzvi maddələrin tərkibində
rast gəlinir. Məsələn, maqnezium xlorofil piqmentinin, kükürd
və fosfor meyvə-tərəvəzin zülali maddələrinin tərkibinə
daxildir.
Meyvə-tərəvəzin tərkibində 0,25-1,16%-ə qədər mineral
maddələr olur. Mineral maddənin yarısına qədərini kalium təş-
kil edir. Bir çox meyvə-tərəvəz külünün tərkibində 60-a qədər
makro- və mikroelementlərin olması müəyyənləşdirilmişdir.
Bunlardan ən çox rast gəlinənləri K, Na, Ca, Mg, Fe, Mn, Al, S,
P, Si, Cl, B, J, Cu, Zn, Pb və s.-dir. Meyvə-tərəvəzin külü
qələvi xassəlidir. 1 qr meyvə-tərəvəz külünün neytral-laşmasına
10-13 ml 0,1 normal turşu sərf olunur. Meyvə-gilə-meyvə
ş
irələrinin saxtalaşdırılması bu göstəriciyə əsasən yoxlanılır.
Kələm, ispanaq, kahı, kərəviz, çiyələk, moruq kalsium
duzları ilə daha zəngindir. Kahı, ispanaq, qırmızıbaş kələm, po-
midor, qıtıqotu, turp, çiyələk, moruq, qaragilə, alma və ar-
mudda isə dəmir daha çoxdur. Dəmir və fosfor təzə xiyarda da
olur. Moruq, çiyələk, böyürtkəndə (2,2-12,1%) maqnezium
duzları daha çoxdur. Giləmeyvələr fosfor ilə də zəngindir. 1 kq
yeyilən meyvədə misin miqdarı 0,2-1,4 mq olur. Ən çox mis
zeytunda, banan, albalı, heyva, böyürtkəndə (1,6 mq) olur.
Arsenin miqdarı 1 kq almada 10-27, kartofda 8, soğanda 20,
yerköküdə 100-200, göy lobyada 300 qammaya (milliqramın
1/1000) qədər olur. Yod ən çox xurma, feyxoa (1,65-3,9
mq/kq), alma, narıngi, banan, kahı, ispanaq, göy noxud və kar-
tofda olur.
Kalsium (Ca) duzları sümük toxumasında ehtiyat şək-
lində yerləşir və sümüyün əsasını təşkil edir. Yaşlı insan orqa-
nizmində 2 kq-dan artıq kalsium duzları olur. nsan orqaniz-
minin kalsium duzlarına qarşı gündəlik tələbatı bədən çəkisinin
9
hər kq-da 10 mq, uşaqlarda isə 50 mq-dır. Qidalanma üçün
kalsiumun yüksək keyfiyyətli mənbəyi süddür. 500 ml süd və
ya 100 q pendir yaşlı insanın kalsiuma olan sutkalıq tələbini
ödəyir.
Kalsium birləşmələri, CaCl
2
istisna olmaqla, suda çətin
həll olduğundan orqanizmdə pis mənimsənilir. Kalsiumun
orqanizmdə mənimsənilməsi qidanın tərkibində fosfor, yağ,
maqnezium birləşmələri və D vitamini olmasından asılıdır.
Ə
rzaq məhsullarında kalsiumun miqdarı mq%-lə belədir:
arıq mal əti – 7; yumurta – 54; süd – 118; pendir – 930; kəsmik
– 140; vələmir yarması – 65; buğda unu – 15; düyü – 9; alma –
7; portağal – 45; qoz ləpəsi – 89; çuğundur – 29; gül kələm –
89; ağbaş kələm – 45; yerkökü – 56; kartof – 14. Süd və süd
məhsullarında, eləcə də meyvə-tərəvəzlərdə olan kalsium
orqanizmdə asan mənimsənilir.
Maqnezium (Mg) orqanizmdə gedən fermentativ pro-
seslərdə iştirak edir. Sinir və əzələ sisteminin normal fəaliyyəti
üçün vacib hesab edilir. Maqneziumun miqdarı orqanizmdə
kalsiumdan 30-35 dəfə azdır. Ərzaq məhsullarında maqneziu-
mun miqdarı mq%-lə belədir: lobya – 139; vələmir yarması –
133; noxud – 107; darı yarması – 87; buğda çörəyi – 30; kartof
– 28; yerkökü – 21; ağbaş kələm – 12; alma – 8; limon – 7; mal
ə
ti – 15; yumurta – 11; süd – 12.
Fosfor (P) – kalsium kimi sümüyün tərkibində rast
gəlinir. O, həmçinin sinir toxumalarında da olur. Karbohidrat,
zülal və yağların həzmində iştirak edir. Fosforun əsas mənbəyi
heyvanat mənşəli ərzaq məhsulları hesab edilir. Lakin taxıl və
paxlalı bitkilərin tərkibində də fosfor vardır. Heyvanat mənşəli
məhsullardakı fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullar-
dakı isə 55-60% mənimsənilir. Fosforun mənimsənilməsi kal-
siumun mənimsənilməsindən, qidanın tərkibindəki zülalın miq-
darından və digər amillərdən asılıdır. Fosforun miqdarı mq%-lə
belədir: Hollandiya pendiri – 544; lobya – 541; ərgin pendiri –
470; vələmir yarması – 360; malın qaraciyəri – 342 və s.
10
Natrium (Na) – bütün ərzaq məhsullarında var. Əsas
mənbəyi xörək duzudur. Natrium maddələr mübadiləsində
iştirak edir və toxumalarda osmotik təzyiqi müəyyən normada
saxlayır. Orqanizmin fizioloji funksiyalarının normallığını
təmin etmək üçün insan hər gün bütün yeməklərlə birlikdə 10-
15 q xörək duzu qəbul etməlidir. Xörək duzunun tərkibindəki
xlor mədə şirəsinin tərkibinə daxil olan duz turşusunun alınma-
sında iştirak edir və tripsin fermentinin təsiri ilə qidanın tərki-
bindəki zülalın parçalanmasına səbəb olur. Ərzaq məhsulla-
rında natriumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 701;
düyü – 25; kartof – 21; pendir – 606; alma – 11; mal əti – 84;
yumurta – 143; inək südü – 51.
Kalium (K) – toxumalardakı suyun miqdarını nizama
salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun
mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların
külündə kaliumun miqdarı bəzən 50%-dən çox olur. Ərzaq
məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi
– 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü
– 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta
– 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248.
Dəmir (Fe) – qan hemoqlobininin tərkibində və əzələlər-
də rast gəlinir. Ən çox heyvanat mənşəli məhsulların və meyvə-
tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin
yarıdan çoxu qan hemoqlobininin tərkibindədir. Insan qida-
sında dəmir çatışmadıqda alimentar anemiya (qida anemiyası)
baş verir.
Ə
rzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir:
çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu –
7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm
– 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0.
Kükürd (S) – zülalların tərkibində olur. Proteinoidlərin
tərkibində kükürdün miqdarı başqa zülallara nisbətən daha
çoxdur. Taxıl, paxlalılar, süd məhsulları, balıq və yumurtada
kükürd vardır. Metionin və sistein aminturşuların tərkibində
11
olduğu üçün onların tərkibindəki çevrilmələrdə iştirak edir. B
1
vitamininin, insulinin və digər birləşmələrin əmələ gəlməsində
iştirak edir. Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duz-
ları şəklində orqanizmdən sidiklə ifraz olunur. Gündəlik tələbat
1 qramdır.
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində
təxminən 25 mq-dır. Bir gün ərzində qalxanabənzər vəzidən
qana 100-300 mkq-a qədər hormonal yod keçir. nsan qidasında
yodun çatışmazlığı endemik ur (zob) xəstəliyinin əmələ gəl-
məsinə səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda,
feyxoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır.
Hazırda suyunda yod çatışmayan rayonların əhalisi üçün
yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 60 q kalium-yodit əla-
və edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod
qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzin-
dən asılı olaraq 100-260 mkq-dır.
Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda
vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstəri-
lir. Mikroelementlərin də orqanizm üçün çox böyük əhəmiyyəti
vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F və Mn
dişlərin formalaşmasında iştirak edir.
Tərəfimizdən aparılan tədqiqat işlərinin nəticəsində ko-
balt, ftor, vannadium, manqan, litium, xrom, silisium, selen və
sink elementlərinin qida məhsullarındakı miqdarı, onların
orqanizm üçün əhəmiyyəti və zərəri öyrənilmişdir.
Kobalt (Co) elementi B
12
vitamininin tərkibinə daxildir.
Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toxumasında
2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qa-
nazlığı, qan xərçəngi və immunitetin azalmasında (SPID-də)
tərkibində (B
12
vitamini) kobalt və manqan olan məhsullar ye-
mək məsləhətdir. Kobalt və manqan saçın çox erkən tökülmə-
sinin qarşısını alır və onun vəziyyətini yaxşılaşdırır. Kobalt
qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşuları-
nın sintezini artırır. Ona görə də hər gün kobaltla zəngin olan
12
məhsullar yemək lazımdır. Həftədə ən azı bir dəfə qaraciyər və
böyrək, hər gün turşudulmuş süd məhsulları (süd, kefir, asi-
dofilin, yoqurt), 17-20 qram kərəyağı, soya yağı, yumurta (sa-
rısı çiy, ağı bişmiş), cücərmiş buğda və buğda kəpəyi, qara-
başaq və qarğıdalı yarması yeyilməlidir. Bu məhsullar əsasən
bişirildikdən sonra yeyilir. Çalışmaq lazımdır ki, qida rasio-
nunda təzə «canlı» meyvə-tərəvəz 3 dəfə bişmişlərdən çox
olsun. Kobaltla zəngin olan məhsulları tərkibində B
12
vitamini
və manqan olan məhsullarla birlikdə qəbul etmək daha yax-
ş
ıdır. Söhbət bir dəfədən deyil, gündəlik və həftəlik rasiondan
gedir. Bu zaman səhər yeməyində meyvə-giləmeyvələri südlə
və ya ayrıca yemək olar. Məsələn, gavalı, qara qarağat, banan,
qurudulmuş qara gavalı, əncir, tünd bal sortları, moruq, limon
və s. Nahar yeməyində isə kobaltla zəngin olan məhsulları
müxtəlif tərəvəzlərlə birlikdə yemək məsləhət görülür.
Ftor (F). Sümük toxumasında ftor tapıldıqdan sonra dün-
ya ölkələrində suyun ftorla zənginləşdirilməsi başlandı. Sonra
məlum oldu ki, ftorun artıq miqdarı dişlərin xəstələnməsinə
gətirib çıxarır. Onda suyu ftordan təmizləməyə başladılar. Yenə
pis nəticə verdi. Dişlərdə karies əmələ gəldi. Müəyyən edildi ki,
sağlam orqanizm üçün 1 litr suda 0,5 mq ftor çox azdır, lakin 1-
1,5 mq/l ftorun olması bəsdir. Bundan çox olduqda isə yenə or-
qanizmə mənfi təsir göstərir. Göründüyü kimi, 1 litr suda olan
ftorun miqdarı arasındakı fərq çox azdır. Deməli, ftor az ol-
duqda orqanizm üçün xeyirli, çox olduqda ziyandır. Ftorun çox
olması osteoxondrozun əmələ gəlməsinə, dişin rənginin və for-
masının dəyişməsinə, oynaqların kobudlaşmasına, onların
hərəkətsizliyinə və sümük çıxıntılarına səbəb olur.
Balıq ətində 5-15 mq/kq, süddə 0,1-0,2 mq/l, hər hansı
şə
rabda 5 mq/l ftor vardır. Ftor həm də çayın tərkibində olur.
Onun miqdarı çayın tündlüyündən, dəmlənməsi müddətindən
və dəmləndikdən sonra saxlanılmasından asılıdır. Çayı 5-6 dəq-
dən çox dəmləmək olmaz. 1 stəkan dəmlənmiş qara məxməri
çayda 0,2 mq ftor vardır. Seylon, assam və darjelinq çaylarının
13
100 q quru yarpağında 10,26-15,25 mq, Çin çayında isə 3-400
mq/kq ftor olur. Çində çay plantasiyalarını tərkibində ftor olan
pestisidlərlə dərmanlayırlar. Əgər sağlam olmaq istəyirsinizsə
çox tünd çay içməyin. Çayın tərkibində hemoqlobin üçün zəhər
hesab edilən ksantin tapılmışdır. Yaxşı olar ki, qara qarağat,
ş
alfey, moruq, dağ nanəsi, itburnu, kasnı bitkisi və nanə
yarpaqlarından və çiçəklərinin ləçəklərindən hazırlanmış çay
içilsin. Ftorun artıq miqdarı orqanizm üçün qorxuludur. Meyvə-
tərəvəzlərin, göyərtinin tərkibindəki ftorun miqdarını azaltmaq
üçün onları yeməzdən əvvəl axar su altında yumaq lazımdır.
Çünki ftor suda asan həll olur. Sənaye mərkəzlərində, zavod,
fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi
ə
məl etməlidirlər.
Dostları ilə paylaş: |