Antosianlar meyvə-tərəvəzləri qırmızıdan bənövşəyi
rəngə qədər boyayır. Antosianlar kimyəvi tərkibcə qlükozidlər-
dən ibarətdir. Bu qrup boya maddələrindən albalı, qaragilə və
başqa giləmeyvələrdə olan kerasianin – C
27
H
30
O
15
hidroliz
olunduqda qlükoza, ramnoza və sianidin C
15
H
10
O
6
alınır. Qara
üzümdə olan enin C
23
H
24
O
12
hidroliz olunduqda qlükoza və
enidin – C
17
H
14
O
7
əmələ gəlir. Mərsində olan idein – C
21
H
20
O
11
hidroliz olunduqda qlükoza və sianidinə, aşxana çuğundurunda
olan betanin – (CH)
3
C
2
H
2
O
2
hidroliz olunduqda betanidinə və
qlükozaya parçalanır. Karotinoidlərdən fərqli olaraq antosianlar
suda həll olur. Çox qızdırdıqda parçalanır. Kartofda antosian
qrupuna aid olan, lakin aqlükon hissəsi ilə fərqlənən petunidin,
sianidin, delfinidin, malvidin və s. tapılmışdır.
Meyvə-tərəvəzdə çoxlu miqdarda boya maddələri olur. Tər-
kibində müxtəlif boya maddələri olduğundan, müxtəlif meyvə-
tərəvəzin rəngi də müxtəlif olur. Boya maddələri meyvə-tərəvəzin
həzminə müsbət təsir göstərir. Meyvə-tərəvəzin növü boya mad-
dələrinə əsasən müəyyənləşdirilir. Meyvə-tərəvəzdə ən çox
xlorofil, karotinoid kimi boya maddələri var. Xlorofil yaşıl
piqment olduğundan meyvə-tərəvəzə yaşıl rəng verir.
Xlorofil turşu iştirakı ilə parçalanarkən Mg ayrılır və onu
ə
vəz edir. Bu zaman yeni tünd rəng feofitin alınır. Meyvə-tərə-
vəzin əksəriyyətində boyayıcı maddələrdən karotinoidlər çox
olur. Karotinoidlərin müxtəlifliyindən asılı olaraq təzə meyvə-
tərəvəz sarı-qırmızı və narıncı rəngdə olur. Bu qrup boya
maddələrinə karotin C
40
H
56
, likopin C
40
H
56
, ksantofil C
40
H
56
O
2
,
kapsantin C
40
H
56
O
4
və sitroksantin C
40
H
56
O aiddir. Bunlar
yağda həll olurr. Karotin, əsasən yerköküdə rast gəlinir və on-
lara narıncı rəng verir. Karotin tomatda, ərikdə və sitrus mey-
vələrində olur. Karotin α, β və γ formalarında olur. Bunlar biri
digərindən aktivliyinə görə fərqlənir. β forma α formaya nis-
bətən, α forma isə γ formaya nisbətən aktiv sayılır.
Karotindən fərqli olaraq likopin qırmızı rənglidir. Odur
ki, tərkibində likopin olan meyvə-tərəvəzin rəngi qırmızıya
35
çalır. Əsasən tomatda çox olur. Ksantofil piqmenti isə sarı
rəngli maddədir. Karotin və xlorofillə birlikdə yaşıl meyvələrin
tərkibinə daxil olur. Meyvə-tərəvəzin yetişmə dərəcəsindən
asılı olaraq karotinoidlərin miqdarı da dəyişir. Meyvə-tərəvəz
yetişdikcə, onlarda rəngləyici maddələrin miqdarı artır. Istiota
qırmızı rəng verən tərkibindəki kapsantin piqmentidir.
AZOTLU MADDƏLƏR
Azotlu maddələr meyvələrə nisbətən (qərzəkli meyvələr-
dən başqa) tərəvəzdə daha çox olur. Meyvə-tərəvəzdə olan
azotlu maddələrin əsasını zülallar təşkil edir. Bunların tərkibin-
də olan zülallı maddələr öz xüsusiyyətlərinə görə fərqlənməklə
yanaşı orqanizmdə asan həzm olunur. Əsasən meyvələrdə
azotlu maddə 1%-ə qədər olur. Qərzəkli meyvələrdə isə bunun
miqdarı 20%-ə qədər çatır. Müəyyən edilmişdir ki, meyvə-tərə-
vəz zülallarının tərkibində orqanizm üçün zəruri olan bütün
ə
vəzedilməz aminturşular vardır. Kartof zülalında (tuberin)
ə
vəzedilməz aminturşlarından leysin, izoleysin, lizin, metionin,
fenilalanin, treonin, valin, gistidin
tapılmışdır. Paxlalılarda, kə-
ləmdə və ispanaqda zülal nisbətən çoxdur. Belə ki, paxlalı tərə-
vəzlərdə zülalın miqdarı 4,5-6,5%-ə qədər, kələm tərəvəz-
lərində isə 1,8-4,5%, sarımsaqda 6,3%, ispanaqda 2,6-3,7%,
kartof, yerkökü və soğanda 1,5-2%, tomat və boranıda 0,5-
1,3%-ə çatır. Zülali maddələr orqanizm üçün enerji mənbəyi sa-
yılır. Meyvələrdən zeytunda 7%, xurmada 2,5%, banan, ərik,
albalı, nar, göyəm, çiyələk, moruq və qarağatda 1,5% zülalı
maddə vardır.
YAĞLAR
Meyvə-tərəvəz tərkibindəki yağın miqdarına görə (qər-
zəkli meyvələrdən başqa) az dəyərli hesab olunur. Bunların
tərkibində yağın miqdarı 1%-ə qədər olur. Qoz və fındığın tər-
36
kibində yağın miqdarı 50-68%-dir. Bununla yanaşı bəzi meyvə-
tərəvəz toxumu da yağla zəngindir. Alma toxumunda yağın
miqdarı 20-22%, qarpız toxumunda 11%-dir. Meyvə-tərəvəzdə
olan yağların faizlə miqdarı da onun ayrı-ayrı hissələrində
müxtəlif olur. Bundan başqa, qərzəkli meyvələrin tərkibindəki
yağlarda doymamış yağ turşuları (olein, linol, linolen) vardır və
bunlar bioloji fəal faktor hesab olunur.
Ə
T RL MADDƏLƏR
Ə
tirli maddələr meyvə-tərəvəzin istehlak dəyərini artır-
maqla yanaşı onların həzm qabiliyyətini yaxşılaşdırır. Ətirli
maddələrə terpenlər, fenollar, ətirli spirtlər, aldehidlər, ketonlar,
efirlər, habelə üzvi turşular aid edilir. Meyvə-tərəvəzin ətirliyi
onların tərkibində efir yağlarının olması ilə izah edilir. Bu efir
yağlarının tərkibində isə terpenlər və onların oksigenli törəmə-
ləri olur. Limona ətir verən sitral (C
9
H
15
CHO) maddəsidir. Bu
isə limondakı efir yağının tərkibinə daxil olur. Efir yağları sit-
rus meyvələrinin qabığında daha çox olur. Portağalda linalool,
ş
üyüd və zirə toxumunda karvon, limon və narıngidə d-limonen
rast gəlinir. Meyvə-tərəvəzdəki efir yağlarının bir çoxu anti-
septik xassəyə malikdir. Daha doğrusu, onlar mikroorqanizm-
lərə öldürücü təsir göstərir. Belələrinə soğan və sarımsaqda
olan efir yağlarını misal göstərmək olar.
Meyvə-tərəvəzdəki efir yağlarının miqdarı onların yetiş-
mə dərəcəsindən asılı olaraq dəyişir. Ümumiyyətlə, meyvə-
tərəvəzdə efir yağlarının miqdarı çox az olur (0,001%). Ancaq
limon qabığında 1,5-2%, narıngidə 1,9-2,5%-dək, portağalda
isə 1,2-2,1%-ə qədər efir yağı olur. Ədviyyəli tərəvəzlərdən
cəfəri, kərəviz, şüyüd və reyhanda orta hesabla 0,05-0,5%,
soğanda 0,05%, sarımsaqda 0,01%, qıtıqotu və ağ turpda 0,05%
efir yağı olur.
sti şəraitdə bitən meyvələr soyuq rütubətli havada bitən-
lərə nisbətən daha ətirli olur. Meyvə-tərəvəz saxlanarkən efir
37
yağlarının bir hissəsi uçur, lakin saxlanılma dövrünün əvvə-
lində yetişmə getdiyindən efir yağlarının miqdarı artır.
Ə
tirli-ədviyyə bitkilərinin tərkibində efir yağları, qlüko-
zidlər, alkaloidlər, boya maddələri, fitonsidlər və s. maddələr
vardır. Bəzi ətirli-ədviyyə bitkiləri vitaminlə zəngindir. Qırmızı
istiotun tərkibində 9-12 mq% provitamin A (karotin) və 380
mq%-ə qədər C vitamini vardır. Qıtıqotunun tərkibində isə 100-
250 mq% C vitamini vardır. Bir çox ədviyyələr fitonsid xassəyə
malik olmaqla antiseptik maddə adlanır, çünki onların qidada
olması mikroorqanizmlərin həyat fəaliyyətini dayandırır və ya
tamamilə məhv edir. Zirə, cirə və şüyüd qidanın həzmində
zərərli qıcqırmaların qarşısını alır.
Liqnin və kutin təbiətinə görə ətirli maddələrə daha
yaxındır. Meyvə-tərəvəzdə liqnin toplanması, onların keyfiyyə-
tinə mənfi təsir göstərir. Liqnin, əsasən armud və heyvada olur.
Adi şəraitdə liqnin daşlaşmış xırda toxumalardan ibarətdir.
Armud yetişdikcə tərkibindəki liqnin azalır. Kutin isə muma-
bənzər maddədir. Meyvə qabığında rast gəlinir və onları xarici
təsirlərdən qoruyur.
SAPON NLƏR
Saponinlər sabun kimi su ilə çalxalandıqda davamlı köpük
ə
mələ gətirən qlikozidlərdir. Bu xassə onların adlarını təyin
etmişdir («sapo» latınca sabun deməkdir). Saponinlərin aqlikonu
sapogenin
adlanır. Sapogeninlər iki müxtəliflikdə olur: steroid və
triterpenoid sapogeninlər. Bu qrup saponinlərin kimyəvi qurulu-
ş
undan asılı olaraq tibbdə müxtəlif tətbiq sahələri vardır. Əsasən
saponinlərdən bəlğəmgətirici, nadir hallarda isə sidikqovucu vasitə
kimi istifadə olunur.
Son zamanlar bəzi saponinlərin skleroza qarşı təsiri müəy-
yən edilmişdir. Bitkilərdə olan saponinlər müalicəvi dozada daxilə
qəbul edildikdə zəhərli deyil. Lakin qan damarlarına yeritmək
üçün saponinlər yaramır, çünki onlar hemolizə səbəb olur.
38
Saponinlər eritrositlərin və hemoqlobinin qılafını qırır (dağıdır) və
onlar qanın zərdabına keçir.
Saponinlərin su ilə köpükəmələgətirmə xassəsindən bəzi
spirtsiz içkilərin hazırlanmasında istifadə olunur.
LAKTONLAR
Laktonlar oksiturşulardan əmələ gələn maddələrdir. Son
zamanlar laktonların dərman kimi əhəmiyyəti itmişdir. Oksi-
qəhvə turşusunun laktonu kumarin adlanır. Bunun törəməsi
fotosensibilizə (günəş şüalarına qarşı orqanizmin hissiyyatını
artırmaq) xassəsinə malikdir. Eyni zamanda kumarinlər qanın
tərkibinə təsir edir, orqanizmdəki şişlərə qarşı fəallıq yaradır.
Kumarinlər bitkilərdə qlikozid formasında olur.
V TAM NLƏR
Meyvə-tərəvəz orqanizm üçün vitaminlərlə zəngin olan
məhsul sayılır. Orqanizmin vitaminlərə olan tələbatını meyvə-
tərəvəz ödəyir. Onlar müxtəlif vitaminlərin mənbəyidir.
Meyvə-tərəvəzdə B qrupu vitaminləri, C, PP, K kimi vitaminlər
çoxluq təşkil edir.
lk dəfə vitamin polyak alimi K.Funk tərəfindən kəşf
edilmişdir. O, düyü kəpəyindən beri-beri xəstəliyinə müalicəvi
təsir göstərən bir maddə aldı. O zamanlar düyü kəpəyindən alınan
və beri-beri xəstəliyinin müalicəsində işlədilən kristallik maddənin
kimyəvi analizi onun tərkibində amin (-NH
2-
) qrupları olduğunu
təsdiq etdi. Bu maddənin həyat üçün müstəsna dərəcədə əhəmiy-
yətini və onun tərkibində amin qruplarının olmasını əsas götürərək
K.Funk 1912-ci ildə həmin maddəyə «vitamin» adı verilməsini
təklif etmişdi. Lüğəti mənası həyat vitamini (latınca vita – həyat,
vitamin - həyatvitamini) deməkdir. K.Funk öz müşahidələrinə
ə
saslanaraq belə nəticəyə gəlir ki, skorbut, beri-beri və pellaqra
39
kimi xəstəliklər də ərzaq məhsullarında həyat üçün zəruri olan
birləşmələrin çatışmazlığı üzündən baş verir.
Hazırda 40-dan çox vitamin və vitaminəbənzər maddələr
məlumdur. Onların kimyəvi tərkibinin və quruluşunun öyrənil-
məsi sayəsində müəyyən edilmişdir ki, heç də bütün vitaminlə-
rin tərkibində azot (amin qrupu) yoxdur. Lakin «vitamin» ter-
mini elmə möhkəm daxil olmuş və onu başqa cür adlandırmaq
olmaz.
Vitaminlər insanların qidalanmasında əsas qida maddə-
lərinə (karbohidrat, yağ, zülal və mineral maddələr) nisbətən cüzi
miqdarda tələb olunan, müxtəlif kimyəvi tərkibə və quruluşa
malik üzvi birləşmələr qrupudur. Vitaminlər, əsasən bitkilər, mik-
roblar və qismən heyvanlar tərəfindən sintez olunan bioloji fəal
maddələrdir. Orqanizmin həyat fəaliyyəti və maddələr mübadilə-
sinin normal getməsi üçün vitaminlərin olduqca böyük əhəmiyyəti
var.
Orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətinin
artırılmasında vitaminlərin əhəmiyyəti böyükdür. Ona görə də
vitaminlərin qəbul edilməməsi nəticəsində orqanizmin normal
boyatması, inkişafı pozulur, müxtəlif xəstəliklərin və infeksiya-
ların təsirinə qarşı davamsız olur, sinir, əzələ və digər toxu-
maları zəifləyir. Vitaminlər orqanizmdə zülal, yağ, karbohidrat,
su və mineral maddələr mübadiləsini, oksidləşmə-reduksiya
proseslərini nizamlayır və maddələr mübadiləsinə ümumi təsir
göstərir. Hər bir vitaminin orqanizmdəki rolu spesifikdir.
Vitaminlər latın əlifbasının böyük hərfi ilə işarə edilir,
kimyəvi tərkibinin və fizioloji təsirinin xarakterinə görə adlan-
dırılır. 1956-cı ildə vitaminlər üçün vahid təsnifat qəbul edil-
mişdir.
Vitaminlər suda və yağda həll olmasına görə 2 qrupa
bölünür:
1.
Suda həllolan vitaminlərə B
1
, B
2
, B
3
, B
6
, B
9
, B
12
,
B
15
, H, PP, C, P, və digərləri aiddir.
40
2.
Yağda həllolanlara isə A, D, E, K vitaminləri aid-
dir.
Vitaminlərin belə qruplaşdırılması şərti xarakter daşıyır,
çünki yağda həll olan K vitamininin analoqu olan K
3
vitamini
(vikasol) suda həll olur, suda həll olan paraaminobenzoy
turşusu (PAB) isə yağda da həll olur.
Ə
sas vitaminlərlə yanaşı yeyinti məhsullarında vitaminə-
bənzər maddələrdən inozit, paraaminobenzoy, orot və lipoy
turşuları, xolin, karnitin (B
t
vitamini), U vitamini, ubixinon, F
vitamini - polidoymamış yağ turşuları (linol, linolen, araxidon)
da vardır. Bu maddələr vitaminlərə xas olan bütün xassələrə
malik olmasa da gündəlik qidanın tərkibinə mütləq daxil edil-
məlidir.
SUDA HƏLLOLAN V TAM NLƏR
B
1
vitamini tiamin xlorid və ya antinevrit
(
O
H
SCl
ON
H
C
2
2
4
18
12
⋅
). Tərkibində kükürd və amin qrupu
vardır. Bu vitamin birinci kəşf edilmişdir. Qidada çatışmadıqda
ə
zələ zəifliyi, ürək fəaliyyətinin, su-duz mübadiləsinin və həzm
sisteminin pozulması, iştah pozğuntusu, yuxusuzluq, bədən
çəkisinin azalması, mərkəzi və periferik sinir sistemində pozun-
tu müşahidə edilir. B
1
vitamini piruvatdekarboksilaza fermen-
tinin (piroüzüm turşusunu parçalayan) tərkibinə daxildir. B
1
vi-
tamini işığın və havanın təsirindən parçalanmır, turşulara qarşı
davamlıdır, qələvi mühitdə qızdırıldıqda parçalanır. B
1
vita-
minin sintetik preparatları tiamin-xlorid və ya tiamin-bromid
şə
klində olur.
B
1
vitaminin çatışmazlığı həddindən artıq rafinadlaşdırıl-
mış yeyinti məhsulları ilə qidalandıqda hiss olunur. B
1
vitamini
ə
n çox düyü kəpəyində və dənli bitkilərin aleyron təbəqəsində
olur.
Çörək bişirmək üçün istifadə olunan əla və birinci sort
buğda unlarını bəzən B
1
vitamini ilə vitaminləşdirirlər. B
1
41
vitaminin məhsullarda miqdarı mq%-lə aşağıdakı kimidir:
buğda dəni - 0,41; birinci sort buğda unu - 0,25; ikinci sort buğ-
da unu - 0,35; düyü kəpəyi - 1,1; kəpəkli çovdar unundan çörək
- 0,18; kəpəkli buğda unundan çörək - 0,21; birinci sort buğda
unundan çörək - 0,16; qarabaşaq yarması - 0,50; noxud - 0,72;
mərci - 0,50; kartof - 0,12; yerkökü - 0,1; pomidor - 0,1; ağbaş
kələm - 0,06; mal əti - 0,07; beyin - 0,29; qaraciyər - 0,38; süd -
0,03; xəmir mayası - 1,8.
Orta yaşlı insanın B
1
vitamininə sutkalıq tələbi 1,5-2,6
mq-dır.
B
2
vitamini – riboflavin (
2
6
4
20
17
B
O
N
H
C
⋅
) vitamini
günəş şüasının və ultrabənövşəyi şüaların təsiri altında parça-
lanan sarı rəngli kristallik maddədir. Bitkilərdə və bəzi mik-
roorqanizmlər tərəfindən sintez olunur. 1934-cü ildə Kun 5400
litr südü emal edərək 1 q kristallik B
2
vitamini almış və ona
görə də laktoflavin adlanır. B
2
vitamini fosfor turşusu ilə
birləşmiş halda flavin qrupu fermentlərinin prostatik qrupuna
daxildir və orqanizmin toxumalarında gedən oksidləşmə-reduk-
siya reaksiyalarında iştirak edir. Qidanın tərkibində kifayət
qədər zülal olmadıqda riboflavinin orqanizm tərəfindən mənim-
sənilməsi pozulur. B
2
vitamini çatışmadıqda ariboflavinoz baş
verir. Nəticədə ağızın və gözün selikli qişası zədələnir, ka-
pillyarlar genişləndiyindən üz qızarır, tüklər rəngsizləşir və
tökülür, görmə qabiliyyəti zəifləyir, qaraciyər zədələnir, amin-
turşu mübadiləsində pozuntular meydana çıxır, nəticədə zülal-
ların biosintezi azalır.
B
2
vitaminin ərzaq mallarında mq%-lə miqdarı aşağıdakı
kimidir: mal əti - 0,06; süd - 0,03; yumurta - 0,44; buğda - 0,13;
buğda rüşeymi - 1,0; birinci sort buğda unundan çörək - 0,16;
qarabaşaq yarması - 0,20; kahı - 0,08; yerkökü - 0,07; kartof -
0,05; göy noxud - 0,19; pomidor - 0,04; ərik - 0,06; alma - 0,03;
bal - 1,04; preslənmiş maya - 0,6; quru pivə mayası - 2,3.
Orta yaşlı insanın B
2
vitamininə sutkalıq tələbi 1,8-3,0
mq-dır.
42
B
6
vitamini – piridoksin (C
8
H
11
NO
3
) 1934-cü ildə maya-
da tapılmışdır. Bu vitamin yenidən aminləşmə və dekarboksil-
ləşmə proseslərində katalizator olan fermentlərin (dekarboksila-
za və aminoferaza) tərkibinə daxildir. Turşuların və qələvilərin
təsirinə qarşı davamlıdır, lakin işığın təsiri ilə zəif turş mühitdə
parçalanır. 199
0
C-də əriyən ağ rəngli kristallik maddədir. O
çatışmadıqda mərkəzi sinir sistemi pozulur, epilepsiyayabənzər
qıcolma müşahidə edilir, aminturşu mübadiləsi pozulur, bəzən
anemiya əmələ gəlir. Orqanizmin B
6
vitamininə olan tələbatının
bir hissəsi bağırsaqlarda saprafit həyat sürən mikroorqanizm-
lərin sintez etdiyi vitaminin hesabına ödənilir.
Müxtəlif yeyinti məhsullarında B
6
vitaminin mq%-lə
miqdarı aşağıdakı kimidir: ət – 0,5-0,7; siyənək – 1,0; yumurta
– 0,2; pendir – 0,7; maya – 4-5; buğda unu – 0,3; noxud – 0,3;
kartof – 0,2; yerkökü – 0,1; kələm 0,15. Məhsulları qızdırdıqda
B
6
vitamini yaxşı qalır.
Bu vitaminə gündəlik tələbat 1,8-3 mq-dır.
PP vitamini və ya nikotinamid, nikotin turşusu
(C
6
H
5
O
2
N). Qidada PP vitamini çatışmadıqda insanlarda pel-
laqra (italyanca – pelle agre kələ-kötür dəri) xəstəliyi baş verir.
Xəstəlik ümumi zəifliklə müşahidə olunur, sonra ağız boşluğu-
nun selikli qişası hipermiyalaşır. Dərinin açıq yerlərində sim-
metrik iltihab və qırmızı rəngli piqmentləşmə müşahidə olunur.
Xəstələrin yaddaşı, yuxusu və əsəb sistemi pozulur. Bu xəs-
təliyə qarğıdalı ilə qidalanan Amerikanın və Afrikanın cənub
rayonlarının, taliya və spaniyanın əhalisi daha çox tutulur. Bu
qarğıdalının tərkibində nikotin turşusunun sintezinə sərf edilən
triptofan aminturşunun olmaması ilə əlaqədardır.
Nikotin turşusu ağ rəngli kristallik maddədir, yüksək
temperaturun və qələvinin təsirindən fəallığını itirir, məhsulla-
rın dondurulması və uzun müddət saxlanılması zamanı parçala-
nır. Oksidləşmə-reduksiya fermentlərinin (dehidroge-naza)
tərkibinə daxildir.
43
Nikotin turşusu bitki və heyvanat mənşəli məhsullarda
vardır. nsanlar üçün PP vitaminin mənbəyi çörək, qaraciyər və
böyrək, kartofdur. Qidanın tərkibində triptofan aminturşu çox
olduqda orqanizmdə PP vitamini sintez olunur. Ərzaq məhsul-
larında PP vitaminin mq%-lə miqdarı aşağıdakı kimidir: ikinci
sort undan buğda çörəyi – 1,92; birinci sort undan buğda çörəyi
– 1,54; qarabaşaq yarması – 1,19; vələmir – 1,1, mal əti – 2,8;
malın qaraciyəri – 7,1; yumurta – 0,19; süd – 0,1; Holland
pendiri – 2,8; kartof – 0,9; kələm – 0,4; pomidor – 0,53;
yerkökü – 1,0; alma – 0,3; üzüm – 0,3.
PP vitamininə gündəlik tələbat 15-25 mq-dır.
C vitamini – askorbin turşusu (C
6
H
8
O
6
) sinqa əleyhinə
(antiskorbut) istifadə olunur.
Kollagenin əmələ gəlməsində, fol turşusunun kofer-
mentə reduksiyasında və digər oksidləşmə-reduksiya proses-
lərində iştirak edir. Insan orqanizmi üçün ən vacib vitamindir.
Fermentlərin fəallığını sürətləndirir. O, çatışmadıqda orqanizm
soyuğa qarşı davamsız olur, tez yorulur, diş ətində qanaxma,
dişlərin tökülməsi müşahidə edilir, infeksion xəstəliklərə qarşı
orqanizmin müqaviməti zəifləyir.
Hal-hazırda C vitamini sənaye üsulu ilə sintez olundu-
ğ
undan ölkəmizdə sinqa xəstəliyinə təsadüf edilmir. Bir çox
məhsullar sənaye üsulu ilə emal edildikdə C vitamini ilə zən-
ginləşdirilir.
lk dəfə C vitaminini kristallik şəkildə 1927-1928-ci illər-
də macar alimi Sent-Corci portağal və kələm şirələrindən alımış
və müəyyən etmişdir ki, bu vitamin orqanizmin oksidləşmə-re-
duksiya reaksiyalarında mühüm rol oynayır. Kimyəvi təbiətinə
görə askorbin turşusu 2 formada olur. Bunlardan birincis L –
askorbin turşusu, ikincisi dehidro-askorbin turşusudur. Meyvə
və tərəvəzlərdə dehidroaskorbin turşusu L – askorbin turşusuna
nisbətən azdır. Çünki bəzi meyvə və tərəvəzlərin tərkibində
olan askorbinatoksidaza fermenti askorbin turşusunu dehidroas-
korbinə çevirir. Məsələn, xiyarda, qabaqda (xüsusən balqabaq-
44
da), üzümdə, qabaqcıqlarda askorbinatoksidaza fermenti çox
olduğu üçün askorbin turşusu azdır. tburnu və qara qarağatda
isə bu ferment olmadığı üçün askorbin turşusu daha çoxdur.
Heyvanların əksəriyyəti askorbin turşusunu sintez edə bildiyi
halda, bunu insanlar və meymunlar sintez edə bilmir. Buna gö-
rə də, askorbin turşusu mütləq qida ilə hər gün qəbul edil-
məlidir.
Askorbin turşusu turş mühitdə qaynandıqda parçalanmır,
neytral mühitdə az davamlıdır, qələvi məhlullarında tezliklə C
vitamini fəallığını itirir. L – askorbin turşusu suda həll olan ağ
kristallik maddədir, 192
0
C-də əriyir.
Askorbin turşusu zülal və karbohidrat mübadiləsində
iştirak edir. Çatışmadıqda orqanizm zülalı mənimsəyə bilmir,
tirozin və fenilalanin aminturşuların oksidləşməsi və ribonuk-
lein turşusundan (RNT) dezoksiribonuklein turşusunun (DNT)
ə
mələ gəlməsi ləngiyir.
Meyvə-tərəvəzdə ən çox rast gələn C vitaminidir. Mey-
və-tərəvəzlər C vitamininin mənbəyidir. Məsələn, itburnu mey-
vəsində 1500 mq%, kal qozda 1200 mq%, qara qarağatda 300
mq% C vitamini vardır.
Göy tərəvəzlər də C vitamininin mənbəyi sayıla bilər.
Kələmdə, yarpaqlı və ədviyyəli tərəvəzlərdə, tomat tərə-
vəzlərində C vitamini çoxdur. Gül kələmdə 70 mq%, göy so-
ğ
anda 60 mq%, cəfəridə və şüyüddə 150 mq%, ispanaqda 50
mq%, tomatda 40 mq%, saplaqlı istiotda 103-250 mq% C
vitamini vardır.
Tərəvəzlərin saxlanılması prosesində onlarda C vitamini
azalır. C vitamininin miqdarı meyvə-tərəvəzin müxtəlifliyindən
və onların becərildiyi yerdən asılı olaraq dəyişir. Meyvə-tərə-
vəzin müxtəlif hissələrində C vitamini bərabər deyildir. Al-
manın qabığında ətlik hissəyə nisbətən 4 dəfə, gavalıda isə 10
dəfə çox C vitamini vardır. Sitrus meyvələrinin qabığında ətli
hissəyə nisbətən C vitamini 3 dəfə çoxdur.
45
Meyvə-tərəvəzlərdə C vitaminin toplanması onların be-
cərildiyi (yetişdiyi) torpaq-iqlim şəraitindən, meyvələrin po-
moloji, tərəvəzlərin təsərrüfat-botaniki sortlarından asılıdır.
Yüksək dağlıq və şimal rayonlarında yetişən tərəvəzlər və mey-
vələr daha çox C vitamini toplayır, meyvələrin qabıq hissəsində
C vitamini daha çox olur. Meyvə-tərəvəzlərin saxlanılması və
emalı zamanı C vitamini azalır.
C vitamininə gündəlik tələbat 70-100 mq-dır. Bu norma
ucqar şimal rayonlarında, ağır əməklə məşğul olanlar, hamilə
və südverən analar üçün bir qədər çoxdur.
Dostları ilə paylaş: |