Sellüloza karbohidratlar qrupuna aiddir. Sellülozanın
miqdarı meyvələrdə 0,5-2,7%-ə qədər, tərəvəzlərdə 0,2-2,9%-ə
qədər olur. Sellüloza meyvə-tərəvəzin saxlanmasına müsbət,
dadına isə mənfi təsir göstərir. Meyvələrə nisbətən tərəvəzlərdə
24
sellülozanın miqdarı artıqdır. Yerkökündə 0,82-1,27%, qarpız-
da 0,47%, soğanda 0,81%, çuğundur və gül kələmdə 0,9%,
ağbaş kələmdə 1,65%-ə qədər, kartofda 1%, qıtıqotunda 2,7%
sellüloza olur. Sellüloza parçalandıqda qalaktozaya çevrilir.
Son zamanlar müəyyənləşdirilmişdir ki, meyvə-tərəvəz sellü-
lozu həzm olunmaqla yanaşı mədədə qıcıqlandırıcı rol oynayır
ki, bu da qidanın həzminə müsbət təsir göstərir.
Hemisellüloza sellülozadan fərqli olaraq zəif qələvi və
turşu məhlullarında həll olur. Bunu yarımsellüloza da adlandı-
rırlar. Sellülozadan fərqli olaraq meyvə-tərəvəzdə ehtiyat
maddə hesab edilir. Hemisellülozaya yüksəkmolekullu polişə-
kərlərdən pentozanlar, mannanlar və qalaktanlar aiddir. Mey-
vədə pentozanlar 0,3-2,7%, tərəvəzdə isə 0,2-3,1% olur.
Pentozanlar hidroliz edildikdə arabinoza və ksiloza əmələ gəlir.
Insan orqanizmi pentozanları mənimsəmir.
PEKT N MADDƏLƏR
Digər yeyinti məhsullarından fərqli olaraq meyvə-tə-
rəvəzdə pektin maddələri çox olur. Kal meyvələrdə yetişmiş
meyvələrə nisbətən tərkib dəyişikliyi olur. Meyvə dərilməsin-
dən bir qədər sonra dad və konsistensiyası dəyişmir. Alma daha
da zərifləşir. Bunun səbəbi meyvələrin tərkibində karbohidrat-
lara yaxın protopektin maddəsinin olması ilə izah edilir. Pro-
topektin, əsasən kal meyvədə olur. Protopektin suda həll olmur.
Yetişmə müddətində protopektinaza fermentinin təsiri ilə pek-
tin maddəsinə çevrilir. Pektin xassəcə amorf maddədən ibarət
olmaqla qoxusuzdur. Pektin turşuların və pektaza fermentinin
təsiri ilə parçalanır. Pektinin palda (həlməşik, dələmə) əmələ-
gətirmə xassəsinə əsaslanaraq marmelad, cem, jele məhsulla-
rının hazırlanmasında tərkibində pektin maddəsi olan meyvə-
lərdən istifadə edilir. Sitrus meyvələrinin və almanın tərkibində
olan pektin maddələri çox jeleəmələgətirmə xassəsinə malikdir.
Qarağatda da pektin maddəsi vardır. Ancaq onun jeleəmələ-
25
gətirmə qabiliyyəti daha zəifdir. Bu isə ayrı-ayrı meyvələrdəki
pektin maddələrinin molekul çəkisindən asılıdır. Pektin maddə-
lərinin molekul çəkisi artdıqca onların jeleəmələgətirmə qabi-
liyyəti də artır. Portağal pektininin molekul çəkisi 40-50 min,
alma, armud və gavalının pektininin molekul çəkisi 25-35 min,
şə
kər çuğundurununku isə 20-25 min arasında dəyişir. Pektin
maddələrinin miqdarı da müxtəlif meyvə-tərəvəzdə müxtəlifdir.
Sitrus meyvələrində pektin maddələri onların qabığında olur.
Belə ki, Unşiu sortlu narınginin qabığında 5,24%, ətli
hissəsində isə 0,65% pektin maddəsi var. Almada 0,82-1,29%,
ə
rikdə 0,5-1,03%, gavalıda 0,96-1,14%, qara qarağatda 1,52%,
firəng üzümündə 0,3-1,4%, quş üzümündə 0,5-1,30%, şəkər
çuğundurunda və yerköküdə 2,5% pektin maddəsi olur.
ÜZV TURŞULAR
Üzvi turşular meyvə-tərəvəzə dad verən maddələrdəndir.
Başqa yeyinti məhsullarının həzminə təsir göstərir. Təzə mey-
və-tərəvəzin aktiv turşuluğu pH həmişə 7-dən azdır, yəni on-
ların şirəsi turş reaksiya verir. Meyvə-tərəvəzdə turşuların miq-
darı 1%-ə qədərdir. Bəzi növ meyvələrdə isə turşuluq daha çox-
dur. Limonun tərkibində turşuluq 7%-ə çatır. Meyvə-tərəvəz-
lərdə alma, limon və şərab turşuları kimi üzvi turşular vardır.
Az hallarda turşəng, qarışqa, kəhrəba, salisil və benzoy turşu-
larına da rast gəlinir. Alma turşusu (COOH- CH
2
CHOH-
COOH) çəyirdəkli meyvələrdə, ərikdə, zoğalda olur. Az miq-
darda isə tomatda tapılmışdır. Limon turşusu (C
6
H
8
O
7
H
2
O),
ə
sasən sitrus meyvələrində, tərəvəzlərdən isə kartofda tapılmış-
dır. Hazırki dövrdə sərbəst limon turşusu çoxlu miqdarda ya-
banı nardan alınır. Üzümdə olan şərab (C
4
H
6
O
6
) turşusunun
miqdarı 0,3-1,7%-ə qədərdir. Başqa meyvələrdə də şərab turşu-
su vardır. Lakin bunun miqdarı çox azdır. Adi üzümdən fərqli
olaraq quşüzümü və mərsinin tərkibində benzoy turşusu
(C
6
H
5
COOH) vardır. Meyvə-tərəvəzdə cüzi miqdarda turşəng
26
turşusu (COOH)
2
-da olur. Turşəngdə isə bunun miqdarı 0,9%-ə
çatır. Kəhrəba turşusu (C
4
H
6
O
4
) isə az miqdarda yetişməmiş
albalıda, üzümdə, almada və gilasda rast gəlinir. Moruqda və
çiyələkdə salisil turşusu (C
6
H
4
OHCOOH) daha çoxdur.
Alma turşusu – COOH-CH
2
-CHOH-COOH – ikiəsaslı
oksiturşudur. Üç izomeri var: sağ, sol və qeyri-fəal. Alma tur-
ş
usu meyvələrdə (alma, zirinc, üvəz və s.) olur. Sitrus meyvə-
lərində və quşüzümündə isə olmur. Qənnadı sənayesində və
spirtsiz içkilər istehsalında istifadə edilir.
Şə
rab turşusu – COOH-CHOH-CHOH-COOH –
ikiəsaslı dioksiturşudur. Dörd izomeri var: sağ, sol, üzüm və
mezoşərab. Bu turşu üzümdə (0,3-1,7%), üzüm şərabında olur.
Bitki mənşəli məhsullarda və şərablarda, əsasən şərab turşu-
sunun kalium duzu – şərabdaşı COOH-CHOH-CHOH-COOK
olur. Kəskin turş dad verir.
Şə
rab turşusundan qənnadı məmulatı və spirtsiz içkilər
istehsalında istifadə edilir. Bu turşunu şərab istehsalının tullan-
tılarından alırlar. Quru şərab mayasında 20-30%, çəlləklərin di-
bində toplanmış şərabdaşında 40-70% şərab turşusu olur.
Seqnet duzu adlanan şərab turşusunun kalium-natrium
duzundan NaOOC-CHOH-CHOH-COOK reduksiyaedici şə-
kərlərin təyini üçün Felinq mayesinin hazırlanmasında istifadə
edilir.
Turşəng turşusu – quzuqulağı turşusu – COOH-COOH
– ikiəsaslı turşudur. Turşəngdə, ispanaqda və ravənddə, az miq-
darda heyvanat məhsullarında olur. Bitki mənşəli məhsullarda
orta və turş kalium və kalsium duzları halında rast gəlinir
(COOK-COOH). Turşəng turşusunun kalsium duzu böyrəklər-
də daş əmələ gətirir. Kəskin turş dada malikdir. Turşəng turşu-
su kəskin zəhərlidir, 5 q-ı insan orqanizminə öldürücü təsir
göstərir.
Kəhrəba turşusu – COOH-CH
2
CH
2
-COOH – ikiəsaslı
turşudur. Firəng üzümündə, albalıda, üzümdə, qırmızı qarağat-
da, aşxana çuğundurunda olur. Spirtə qıcqırma prosesində az
27
miqdarda kəhrəba turşusu əmələ gəldiyindən şərabın və pivənin
tərkibində tapılmışdır.
Limon
turşusu
–
üçəsaslı
oksiturşudur
(CH
2
COOH)
2
C(OH)COOH. Tərkibində birmolekula kimyəvi
birləşmiş su olur (
O
H
O
H
C
2
7
8
6
⋅
). Su və spirtdə yaxşı, üzvi
həlledicilərdə pis həll olur. Bəzi bitkilər və mikroorqanizmlər
çoxlu limon turşusu toplaya bilir. Limonda 8%, yabanı narda 5-
9%, maxorka yarpaqlarında 3-14% limon turşusu vardır. Öl-
kəmizdə limon turşusu yabanı nardan və maxorka yarpaqların-
dan alınır. Şəkər məhlulunun Aspergillus niger göbələyi ilə
qıcqırdılması nəticəsində də limon turşusu alınır. Kristallik
limon turşusundan qənnadı, likör-araq, spirtsiz içkilər istehsa-
lında istifadə edilir.
Adipin turşusu – COOH(CH
2
)
4
-COOH təbiətdə sərbəst
halda olmur, sintetik üsulla fenollardan alınır. Bu turşudan
sənayedə şərab və limon turşusunun əvəzediciləri kimi istifadə
edilir. Xoşagələn turş dadı vardır. nsan orqanizmi üçün zərər-
sizdir.
Benzoy turşusu – C
6
H
5
COOH. Bu turşu böyürtkəndə,
quşüzümündə (0,01-0,4%), mərsində (0,05-0,15%) sərbəst və
birləşmiş formada (qlikozid-vaksinin –
6
11
6
5
6
O
H
C
COO
H
C
⋅
)
olur. Antiseptik xassəyə malikdir. Ona görə də quşüzümü və
mərsin təzə halda yaxşı qalır. Saxlanılma dövründə vaksinin
hidroliz olunur və sərbəst benzoy turşusunun miqdarı artır.
Benzoy turşusunun natrium duzundan - C
6
H
5
COONa meyvə
pürelərinin, şirələrin, meyvə-giləmeyvə şirniyyatının və başqa
məhsulların konservləşdirilməsində istifadə olunur. Məhsullar-
da bu turşunun miqdarı 1 kq kütləyə görə 0,7-1,0 q-dan çox
olmamalıdır.
Tartron turşusu (oksimalon turşusu) – HOOC-CHOH-
COOH. Ikiəsaslı oksiturşudur. Bioloji fəal maddə hesab olunur.
Xolesterinin orqanizmdən çıxarılmasında, karbohidratların
yağa çevrilməsində mühüm rol oynayır. Isti emaldan keçirildik-
də bioloji fəallığı azalır. Sərbəst halda kələmdə və başqa təzə
28
tərəvəzlərdə vardır. Fosfatidlərlə birləşmiş formada beynin,
soya paxlasının tərkibində olur.
Salisil turşusu – ortooksibenzoy turşusu – ən sadə
aromatik oksiturşudur.
Salisil turşusu, əsasən çiyələkdə və moruqda (1,1-2,8%),
az miqdarda üzümdə, albalı, qarağat və başqa giləmeyvələrdə
olur. Salisil turşusu bakterisid xassəyə malik olduğundan ölkə-
mizdə konservant kimi istifadə olunur. Fizioloji təsiri var.
Asetil-salisil turşusu (aspirin) temperaturu aşağı salan və iltihab
ə
leyhinə dərman kimi tətbiq edilir.
Sorbin
turşusu
–
2,4-heksadien
turşusu.
CH
3
CH=CHCH=CH-COOH rəngsiz kristal maddədir. 1945-ci
ildən etibarən konservant kimi yeyinti məhsullarının, əsasən
meyvə-giləmeyvə püresi və şirələrinin konservləşdirilməsində
istifadə olunur. Ölkəmizdə sorbin turşusundan konservləşdirici
kimi 0,01-0,02% miqdarında istifadə etməyə icazə verilmişdir.
Quşarmudu meyvəsində olur. Sintetik üsulla alınır.
Üzvi turşularla yanaşı ərzaq mallarında ortofosfor turşusu
da olur. Bu turşu qlükozofosfat və fruktozofosfat, fosfatidlər,
fitin, tərkibində fosfor olan zülallar, ATF və ADF tərkibində
birləşmiş formada rast gəlinir. Bunların maddələr mübadiləsin-
də böyük rolu vardır.
Fosfor (ortofosfor) turşusu H
3
PO
4
yeyinti məhsullarında
orto və turş fosfat duzları şəklində olur. Bu turşu lesitin və
kefalinin tərkibinə daxildir. Dən-un məhsullarında Ca(H
2
PO
4
),
K
2
HPO
4
, KH
2
PO
4
kimi turş fosfat duzları olur. Bu turşudan
spirtsiz içkilər sənayesində istifadə edilir.
Ə
rzaq mallarının tərkibində olan turşular onların şirinli-
yinə təsir göstərir. Şirinlik dərəcəsi və yaxud, başqa sözlə de-
Ж
6
Щ
4
ЖООЩ
ОЩ
29
sək, şəkər-turşu əmsalı meyvələrdə olan şəkərin miqdarını
ümumi turşuluğa olan nisbətindən asılıdır. Məsələn, meyvədə
12,3% şəkər və 0,82% turşu vardır. Şəkər-turşu əmsalı
(12,3:0,82) 15,0 bərabərdir. Şəkər turşu əmsalı şəkərlərin müx-
təlifliyindən asılı olaraq dəyişir. Meyvədə fruktoza nə qədər
çox olarsa, şirinlik dərəcəsi də bir o qədər kəskin hiss edilir.
Ayrı-ayrı turşuların dadı eyni deyildir. Limon və adipin
turşusu kənar dadsız, büzüşdürücü olmayan xoşagələn təmiz
turş dada malikdir: şərab turşusu büzüşdürücü turş dadlıdır, süd
turşusu təmiz turş, lakin bunun dadına tərkibindəki anhidridlər
təsir edir, alma turşusu zəif kənar dadlı, yumşaq turş dadlıdır.
Sirkə turşusu kəskin turş dadlıdır, kəhrəba turşusunun dadı
xoşagələn deyil, ona görə də yeyinti məhsulları istehsalında
istifadə edilmir. Şəkər çox olduqda turşuların dadı hiss olun-
mur, duz və aşı maddələri isə turş dadı kəskinləşdirir.
Meyvə-tərəvəzin turşuluğu aktiv turşuluqdur və bu pH-la
göstərilir. Onun dadı, turşuluğu pH-ın dərəcəsindən asılıdır.
Meyvələrin şirinlik dərəcəsi isə pH-dan çox asılıdır. Şirinlik
dərəcəsi meyvələrdə olan şəkərin miqdarının ümumi turşuluğa
olan nisbətindən ibarətdir. Bu isə şirinliyin nə dərəcədə
olduğunu müəyyən etməyə imkan verir. Meyvədə 12,3% şəkər
və 0,82% turşu vardır. Şirinlik dərəcəsi
0
,
15
82
,
0
3
,
12
=
bərabərdir.
Meyvə-tərəvəzdəki şəkərlərin müxtəlifliyi və onların şirinlik
dərəcəsinin bir-birindən fərqlənməsi nəzərə alınarsa, onda
meyvə-tərəvəzdə şirinlik dərəcəsi dəyişilir.
Qlükozanın şirinlik dərəcəsi 100 götürülərsə, fruktoza-
nınkı 220, saxarozanınkı 145-dir. Qara qarağatda 0,99% qlü-
koza, 1,27% fruktoza və 0,2% saxaroza var. Turşu isə 1,89%-
dir. Onda şəkərlərin şirinlik dərəcəsi nəzərə alınsa, meyvənin
ümumi şirinlik dərəcəsi aşağıdakı kimi hesablanır:
5
,
215
89
,
1
4
,
407
89
,
1
145
2
,
0
220
27
,
1
100
99
,
0
=
=
⋅
±
⋅
+
⋅
30
Meyvə-tərəvəzdəki turşuluğun ağızda dadvermə qabi-
liyyəti turşu dad göstəricisi adlanır. Adətən, turşu dad göstə-
ricisi 100 sm
3
məhlulda qramla hesablanır və miqdarı turşuların
növündən asılı olaraq dəyişir. Limon turşusu üçün bu rəqəm
0,0154, alma turşusu üçün 0,0107, sirkə turşusu üçün – 0,0132;
süd turşusu üçün – 0,0207, şərab turşusu üçün 0,0075-dir.
QL KOZ DLƏR
Qlükozidlər – monoşəkərlərin başqa maddələrlə – aqlü-
konlarla (spirt, aldehid, turşu və s.) birləşməsindən əmələ gəlir.
Ə
rzaq məhsullarının tərkibində qlükozidlərin olması
onlara müxtəlif dad və tam verərək qoruyucu rolunu oynayır.
Kartofda, sitrus meyvələrinin qabığında, bir çox çəyirdəkli
meyvələrin çəyirdək ləpəsində olan və onlara acı tam verən
maddələr qlükozidlərdir. Bunlar tərkibcə spirt, fenol və alde-
hidlərin birləşməsindən əmələ gəlmişdir. Bunlara fermentlərlə
təsir etdikdə öz tərkiblərinə parçalanır. Qlükozidlərdən amiq-
dalin, gesperidin, solanin, siniqrin, kapsaisin, apiin, vaksinin və s.
göstərmək olar. Qlükozidlər, adətən təzə və emaledilmiş mey-
və-tərəvəzin keyfiyyətinə təsir edir, əsasən bitkilərdə geniş
yayılmışdır. Qlükozidlərin əksəriyyəti kristal maddələrdir, suda
və spirtdə asanlıqla həll olur. Bu qrupa daxil olan amiqdalinin
C
20
H
27
O
11
miqdarı müxtəlif meyvələrdə faizlə aşağıdakı
kimidir: acı badamda - 2,5-3, ərikdə - 3, şaftalıda - 2-3,
gavalıda - 0,36, albalıda - 0,82, almada - 0,6, heyvada - 0,7.
Ş
irin badamda və şirin ərik tumunda olmur. Hidroliz nəticə-
sində sinil turşusuna çevrilir. Bu isə kəskin zəhərdir. Müəyyən
edilmişdir ki, 50-60 ədəd acı badamın tərkibində olan 0,85 q
amiqdalin insana öldürücü təsir göstərir. Bu miqdarda amiqda-
lin parçalandıqda 0,05 q sinil turşusu alınır. Sitrus meyvələrinin
qabıq hissəsinə acılıq verən gesperidin qlükozididir. Əsasən,
limonun, narınginin qabığında rast gəlinir. Bu qlükoziddə P
vitamininin xassələri vardır. Quşüzümünün tərkibindəki vaksi-
31
nin C
13
H
16
O
7
qlükozidi ona göynədici dad verir. Solanin
C
45
H
71
NO
15
qlükozidi, əsasən kartofda, tomatda və badımcanda
rast gəlinir. Kartofda bunun miqdarı 0,01%-ə qədərdir. Kartof
göyərərkən solaninin miqdarı 0,02%-ə qədər artır ki, bu da
zəhərlənmə verə bilər. Solanin parçalandıqda qlükoza, qalak-
toza və başqa maddələr əmələ gətirir. Xardalın göynədici tamı
onda siniqrin (C
10
H
16
KNS
2
O
9
) qlükozidinin olması ilə izah
olunur. Cəfəriyə göynədici tam verən qlükozid apiin –
C
26
H
28
O
14
adlanır. Kapsaisin qlükozidi (C
18
H
27
O
3
) əsasən
istiota acılıq verir.
F TONS DLƏR
Fitonsidlər bitki mənşəli maddə olub başqa orqanizmlərə
öldürücü təsir göstərir. Məlumdur ki, əzilmiş sarımsaq olan
yerə içərisində bakteriya olan məhlul qoyularsa, müəyyən
vaxtdan sonra həmin mikroorqanizmlər məhv olur. Bu maddəni
sovet alimi B.P.Tokin fitonsid adlandırmışdır. Fitonsidlər fərdi
kimyəvi birləşmə olmayıb, adətən efir yağı, turşu və bir sıra
qlükozidlərin birləşmə məhsulundan ibarətdir. Sarımsaqda
allisin adlı (
5
3
5
3
H
OC
S
S
H
C
⋅
⋅
⋅
) bakterisid maddə vardır. Bu
yağlı maddə olub suda pis, spirtdə və efirdə yaxşı həll olur. Sa-
rımsaqda başqa kükürdlü birləşmə vardır. Allil-propil-disulfid
çox fitonsid xassəli maddədir.
(
3
2
2
2
2
CH
CH
CH
S
SO
CH
CH
CH
−
−
−
⋅
−
−
=
)
Ona görə də sarımsağın efir yağı fitopatogen mikroblara
(fitoftora) qarşı bakterisid təsir edir. Soğanın fitonsid xassəsi
onu tərkibində olan S-H propilsistein-sulfoksid (C
6
H
13
O
3
HS)
və S-metil-sistein-sulfoksidlərin olmasından irəli gəlir.
Fermentlərin təsiri ilə bunlar tiosulfinatlar əmələ gətirir.
32
AŞI MADDƏLƏR
Aşı maddələri polifenol birləşmələrdir. Meyvə-tərəvəz-
dəki aşı maddələri onların dadına təsir göstərir. Meyvələrin
büzüşdürücü dadı onların tərkibindəki aşı maddələrinin miqdarı
ilə əlaqədardır. Aşı maddələri havanın oksigeninə qarşı çox
həssasdır. Odur ki, tərkibində aşı maddəsi çox olan meyvəni
kəsdikdə kəsilmiş yer tez tündləşir. Buna səbəb aşı maddəsinin
oksidləşməsidir. Aşı maddələri 2 yerə ayrılır:
1.
Parçalana bilən aşı maddələri. Bunlar turşuların və
fermentlərin təsirindən parçalanır. Məsələn, tanin.
2.
Kondisiyalaşan aşı maddələri. Bunlar parçalanmır,
yalnız dəmir oksidi duzu ilə kondisiyalaşırlar. Nəticədə yaşıl
rəng əmələ gəlir. Məsələn, katexin.
1-ci qrup aşı maddələri mürəkkəb efirlərin birləşməsin-
dən ibarətdir. Tanin tanaza fermentinin təsirindən parçalanır, 2-
ci qrup aşı maddələri tərkibcə birincilərdən fərqlənir. Daha
doğrusu, bunlar flavon tipli aşı maddələrdən əmələ gəlir. Bu
qrupa aid aşı maddələrindən katexinlər daha yaxşı öyrənilmiş-
dir. Bunlar kondisiyalaşdıqdan sonra aşı maddələrin xassəsini
alırlar. Almanın, əriyin və üzümün tərkibində katexin tipli aşı
maddələri vardır. Tanin aşı maddəsi, əsasən çayda çoxdur.
Bunlar suda yaxşı həll olur və suda məhlulu lakmusu qızardır.
Aşı maddələri fermentlərin (oksidaza) təsiri ilə oksidləşir. Odur
ki, meyvələr qurudularkən rənglərini saxlamaqdan ötrü, onları
kükürd qazına verir və ya pörtürlər. Bu zaman fermentlərin
fəallığı itdiyindən oksidləşmə getmir və meyvə öz rəngində qa-
lır. Aşı maddələrinin miqdarı meyvə-tərəvəzdə müxtəlifdir. Gö-
yəmdə 1,7%, xurmada 0,25-1,54%, heyvada 0,06-0,61%,
zoğalda 0,6%, almada 0,025-0,27%, armudda 0,015-0,17% aşı
maddəsi vardır. Meyvələrə nisbətən tərəvəzlərdə aşı maddələri-
nin miqdarı daha az olur. Meyvə yetişdikcə protopektin kimi
aşı maddələrinin də miqdarı azalır.
33
BOYA MADDƏ LƏ R
Boya maddələrinə xlorofil, karotinoidlər, flavonlar, anto-
sianlar, xromoproteidlər və s. aiddir. B
2
və B
12
vitamini, eləcə
də bəzi məhsulların oksidləşməsi və kondensasiyası nəticəsində
ə
mələ gələn flobafenlər, melaninlər, melanoidinlər və karame-
lenlər də boya maddələrinə aid edilir.
Xlorofil – yağda həll olan yaşıl rəngli piqmentdir. Əsasən
meyvə-tərəvəzlərdə və taxılda olur. Xlorofil bitki mənşəli məhsul-
ların yetişməsi zamanı baş verən assimilyasiya və fotosintez pro-
sesində mühüm rol oynayır. Xlorofil
−
α
və −
β
formada olur.
−
α
xlorofil C
55
H
72
O
5
N
4
Mg – tünd yaşıl (göy-yaşıl) rəngdə, −
β
xlorofil C
55
H
70
O
6
N
4
Mg isə açıq yaşıl (sarı-yaşıl) rəngdədir. Xlo-
rofil turşuların iştirakı ilə parçalanarkən Mg ayrılır və bu zaman
yeni tünd-qonur rəngli feofitin alınır.
Karotinoidlə r – yağda həll olan narıncı-qırmızı sarı və
az miqdarda qırmızı rəngli piqmentlərdir. Bu piqmentlərin 65-
dən çox müxtəliflikləri var. Bunlardan ən çox yayılanı
karotindir. Karotin – C
40
H
56
−
α
,
−
β
və γ formalarda olur.
Yerkökü, ərik, qabaq, sitrus meyvələri və s. tərkibində daha
çoxdur. Orqanizmdə karotin mənimsənildikdə A vitamininə
çevrilir. Bu qrupa likopin – C
40
H
56
(pomidorda), ksantofil –
C
40
H
56
O
2
(yumurta sarısında, almada, pomidorda), kapsantin –
C
40
H
56
O
4
(qırmızı istiotda), sitroksantin – C
40
H
56
O (sitrus
meyvələrində), zeaksantin – C
40
H
56
O
2
(qarğıdalıda, yumurta
sarısında, göyərtidə) və s. karotinoidlər aiddir. Bütün karotino-
idlər likopinin törəmələridir.
Flavon piqmentləri kimyəvi təbiətinə görə qlikozidlər
qrupuna aid edilir. Onların molekulu şəkər qalığından (qlükoza,
qalaktoza, ramnoza) və aqlükondan ibarətdir. Aqlükon hissə
flavonun və ya oksiflavonun törəməsidir. Flavon piqmentləri
məhsulları sarı və ya narıncı rəngə boyayır. Baş soğanın quru
qabığında olan kversetin piqmenti bu qrupun əsas nümayəndə-
sidir.
34
Dostları ilə paylaş: |