Ekoloji tərbiyənin vəzifələri: İnsanın təbiətə və təbiətin insana optimal təsirini müəyyən edən əsas fikir və elmi faktlara əsaslanan aparıcı ideyaların mənimsənilməsi
Cəmiyyətin maddi və mənəvi inkişafı üçün təbiətin təkrar olunmazlığının qiymətinin anlaşılması
Rasional təbiətdən istifadənin bilik və bacarıqları haqqında biliklərin mənimsənilməsi
Təbiətlə ünsiyyətin vacibliyinin mənəvi ehtiyaca təsirinin inkişafı
Təbii mühitin saxlanması və yaxşılaşdırılması yolunda aktiv fəaliyyətə cəhdin formalaşdırılması
Ekoloji tərbiyənin əsas məsələləri: Kiçikyaşlı məktəblilərdə bitki və heyvanlara qulluğun bacarıq və vərdişlərinin formalaşdırılması
Ətraf aləmə qarşı müsbət emosional münasibətin formalaşdırılması
Ətraf aləmlə kiçikyaşlı məktəblilərin qarşılıqlı münasibətində sevgi və qayğıkeş münasibətin tərbiyə olunması
Ətraf aləmin qavranması yollarını onun təbii obyektlərinin qorunması və toxunulmazlığı ilə qayğıkeş münasibətin uzlaşdırmaq yolu ilə təkmilləşdirmək
Kiçikyaşlı məktəblilərin estetik və patriotik hisslərinin təbii vasitələr yolu ilə tərbiyəsi
Uşaqlarla pedaqoqlar, valideynlər arasında qarşılıqlı münasibəti qurmaq
Uşaq yaradıcılığının və dərketmə proseslərinin inkişafı
Ailə ənənələri və məişət ekologiyası
Kiçik yaşlı şagirdlərin ekoloji tərbiyəsi Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir.Lakin bəzən insan özü yaşadığı məkanı -təbiəti, ekoloji mühiti çirkləndirir; nəfəs aldığı havanı, içdiyi suyu, məhsulundan istifadə etdiyi torpağı zəhərləyir.Bu yolla insanlıq özü-özünün sonunu yaxınlaşdırır, onun üçün dəhşətli fəlakətlər, xəstəliklər əmələ gətirir. Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan – şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur. Tərbiyə məsələlərinin tədqiqi, o cümlədən məktəblilərə ekoloji tərbiyə məsələlərinin aşılanması müasir pedaqogikanın aktual məsələlərindən sayılır.Hazırda məktəblilərin ekoloji tərbiyəsinə diyarşünaslıq istiqaməti verilməsi, ekoloji vəziyyətin, ekoloji problemlərin doğma diyarın nümunəsi əsasında öyrədilməsi daha məqsədəuyğundur.Bu istiqamət şagirdlərin həm təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin elmi əsaslarının başa düşülməsi, həm də mövcud ekoloji vəziyyətin həyati nümunələrlə dərk olunmasına imkan yaradır.