Ekologiya fənninin predmeti və vəzifələri


Biosferaya və təbii sistemlərə insan təsiriilə bağlı həyatın təşkilinin qanunauyğunluqlarının araşdırılması



Yüklə 31,04 Kb.
səhifə2/4
tarix19.01.2023
ölçüsü31,04 Kb.
#79750
1   2   3   4
29.09.Ekoloji tərbiyə

1.Biosferaya və təbii sistemlərə insan təsiriilə bağlı həyatın təşkilinin qanunauyğunluqlarının araşdırılması;
2.Yer və bioloji ehtiyatların ağıla uyğun istismarının elmi əsaslarının yaradılması;
3.İnsan fəaliyyətinin təsiri altında olan təbiət dəyişikliklərinin proqnozlaşdırılması;
4. Biosferada baş verən proseslərin idarə olunması;
5. İnsanın yaşadığı mühitin qorunub saxlanması;
6. Populyasiyaların 3 saylarının tənzimlənməsi;
7.Ziyan verən növlərlə mübarizədə insana mənfi təsir edən vasitələrin mümkün qədər az işlənməsi;
8. Yararsız hala gəlmiş təbii sistemlərin yenidən qurulması;
9. Böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq;
10. Uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun çirklənməsinə qarşı barışmazlıq hissləri aşılamaq;
11. Təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.
Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ uşaqlarda kiçik yaşlardan, ailə və uşaq bağçasından başlanmalıdır.

Ekoloji tərbiyənin məqsədi
-ekoloji tərbiyə şüuru formalaşdırmaq;

  • Uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun çirklənməsinə qarşı barışmazlıq hissləri aşılamaq;

  • Təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.

Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdən xaric və məktəbdən kənar tədbirlər yolu ilə daha da dərinləşdirilir.

Ekoloji tərbiyənin əsas vəzifələri:

  1. Təhsil vəzifəsi – müasir dövrün ekoloji problemləri və onların həlli yollarının biliklər sisteminin formalaşdırılması

  2. Tərbiyə vəzifəsi – sağlam həyat tərzi, ekoloji məqsədəuyğun hərəkət və fəaliyyəti

  3. İnkişafetdirici vəzifəsi – öz yaşadıqları məkanın qiymətləndirilməsi, onun yaxşılaşdırılması yolunda intellektual və praktik bacarıqlar sisteminin inkişafı, ətraf aləmin qorunması yolunda aktiv fəaliyyətin inkişafı, intellektual ekoloji situasiyaları analiz və təhlil etmək qabiliyyəti



Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin