Ekologiya fənninin predmeti və vəzifələri


Ekoloji tərbiyədə aşağıdakı vəzifələri həyata keçirilir



Yüklə 31,04 Kb.
səhifə4/4
tarix19.01.2023
ölçüsü31,04 Kb.
#79750
1   2   3   4
29.09.Ekoloji tərbiyə

Ekoloji tərbiyədə aşağıdakı vəzifələri həyata keçirilir:

  • Böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq;

  • Uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun çirklənməsinə qarşı barışmazlıq hissləri aşılamaq;

  • Təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.

Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir.Ekoloji tərbiyə hələ uşaqlarda kiçik yaşlardan, ailə və uşaq bağçasından başlanmalıdır.
Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır.Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur.Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır.İbtidai siniflərdə şagirdlər “Həyat bilgisi” dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.
Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Məktəblərdə və yaşayış yerlərində, təbiətdə iməciliklərin keçirilməsi, çiçək bayramlarının, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq vacibdir.
Ekoloji məzmunlu işlərin diyarşünaslıq istiqaməti məktəbin həyatla əlaqəsinə, şagirdlərin yaradıcılıq təşəbbüslərinin artmasına, tədqiqatçılıq xarakterli işlərə qoşulmasına kömək edir. Qabaqcıl müəllimlərin təcrübəsi göstərir ki, şagirdlərin fəallığını təmin etmək üçün onları ərazinin relyefinin təsvirinə , planının çəkilməsinə cəlb etmək , təbii-mədəni abidələr, iqlim və təsərrüfatı haqqında biliklərlə silahlandırmaq çox müsbət nəticələr verir.
Təbiətlə qarşılıqlı əlaqələrin yaranmasında kompleks təlim ekskursiyalarının rolu böyükdür.Şagirdlərin tədris fəaliyyətinin səmərəli forması olan kompleks ekskursiyalar zamanı tədris fənlərinin bir çox təlim və tərbiyə vəzifələrinin həyata keçirilməsi üçün imkanları daha geniş olur.Bu zaman şagirdlər təbiət elmləri üzrə (biologiya, kimya, fizika, coğrafiya) qazandığı bilikləri müxtəlif ekoloji tapşırıq və məsələlərin həllində istifadə edə bilir, öz maraqlarının şüurlu şəkildə əks olunmasına, praktik və yaradıcı fəaliyyətə qoşulmalarına imkan yaranır.Ekskursiya təbiətin ekoloji tarazlığı pozulmuş hadisə və obyektlərinə həsr edildikdə daha səmərəli olur.Bu cəhət tədbirdə polemik cəhətdən müsbət təsir göstərir, bu da ekskursiyanın maraqlı və canlı olmasına, təbiətə münasibətdə əxlaqiliyin yeganə şərt olduğu qənaətinin şagirdlər tərəfindən dərk olunmasına kömək edir. Pedaqoji ustalığa malik müəllimlər kompleks ekskursiyalardan alınan təəssürat və nəticələrin əksər tədris fənləri üzrə əks olunmasına nail olurlar.
Şagirdlərin bilavasitə, əyani tanışlığı üçün əlverişli forma kimi təlim ekskursiyaları və məktəb turizmindən istifadə etmək olar.Məktəb turizminin təbiətə hansı müsbət təsirlər göstərəcəyi, hansı faydanı verə biləcəyi haqqında düşünmək başlıca məqsəd olmalıdır.Turist gəzintisini, ərazinin xüsusiyyətlərini və görüləcək işləri tədris proqramında nəzərdə tutulan plan əsasında təşkil etmək tədbirin əsas məqsədidir.Turist gəzintilərində biologiya, kimya, həmçinin digər fənn müəllimləri ilə birlikdə, yaxud onların məsləhət və tövsiyələrini nəzərə almaqla təşkil etmək lazımdır.Çöl təcrübələri yerli ekoloji problemlərin həlli məsələsində çox faydalıdır. Ekologiyaya aid çöl təcübələrinin məzmununda öyrənilən ərazidəki torpaq örtüyü, flora və fauna üzrə sahənin üzə çıxarılması (coğrafiya), təbiətin ayrı-ayrı komponentlərinə fəaliyyətin təsiri, biotopların çoxnövlülüyü, nadir növlərin mühafizəsi (biologiya), yerli ərazinin parametrinin müəyyənləşdirilməsi (kimya), rayonun təsərrüfatının inkişafı və yüksəliş dövrünün tarixinin aydınlaşdırılması (tarix), yerli ekoloji ənənələrin, xüsusilə yerli dil, incəsənət, memarlıq və təbii abidələri haqqında ədəbiyyatın toplanması (ədəbiyyat və incəsənət fənləri üzrə) başlıca istiqamətdir. Ona görə də ümumtəhsil məktəbində çöl təcrübələrindən istifadə sahəsində işləri canlandırmağa ehtiyac vardır.
Cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin zəruri amili olan ekoloji tərbiyə insan həyatının dərk edilməsinə kömək edir. Ətraf mühitə münasibətimizi müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq üçün fasiləsiz (bağçadan doktoranturaya qədər) ekoloji təhsili tədris etmək lazımdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə ekoloji təhsil və tərbiyəyə ciddi fikir verilməyə başlandı. Bununla əlaqədar şagirdlərdə ekoloji mədəniyyətin formalaşması, onlarda ətraf mühütə düzgün münasibət yaradılması ön plana keçdi.
Cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsi gələcək nəslin ekoloji tərbiyəsindən və ekoloji biliklərə necə yiyələnməsindən asılıdır. Ona görə də dərnək məşğələlərində proqrama uyğun “Ailə və ətraf mühit”, “Cəmiyyət və ekologiya”, “Ekoloji jurnalistika”, “Kimyanın ekoloji aspektləri”, “Kənd təsərrüfatı və ekologiya”, “Sənayenin ekologiyası”, “Meşəçilik”, “Turizm və ekologiya”, “Floristika”, “Gülçülük”, “Heyvanların ekologiyası”, “Nəqliyyat və ətraf mühit”, və s. Mövzular tədris olunmağı məqsədə uyğun sayılır.
Şagirdlər məşğələlərdə əldə etdikləri bilikləri vaxtaşırı iştirak etdikləri ekoloji tədbirlərdə, tədris-təcrübə sahəsində, çöl təcrübə işlərində praktiki olaraq tətbiq etməyi bacarmalıdırlar. Bu cür vərdişləri tədricən inkişaf etdirmək onlarda ekoloji tərbiyənin yaranması və möhkəmlənməsinə səbəb ola bilər.
Ekologiyanın digər təbiət elmləri ilə əlaqəli tədrisi üçün imkanlar vardır: bitki və heyvan növləri haqqında məlumat, ərazilər üzrə yayılmalarında rol oynayan cografi mühit, təbii komplekslərin xarakteri, yaşadıqları ərazidə ətraf mühitin kimyəvi çirklənməsinin zərərli təsiri, hər hansı təbiət hadisəsi zamanı, növlərin həyat tərzi və davranışlarında baş verən dəyişikliklərdə fiziki qanunauygunluqların mövcudluğu, radiasiya şüalanması və təbii ətraf mühit. Ekoloj problemlər o qədər çoxalıb ki, indiki dövrdə onu yalnız bir elm çərçivəsində öyrənməklə problemi həll etmək çətinlik törədir. Ona görə də ekologiyanı həm elm, həm də bir fənn kimi inteqrativ şəraitdə öyrənməklə müəyyən nəticə əldə etmək olar.
Təbiətə qayğıkeş münasibət , ekoloji fikrin formalaşması gələcək nəsildə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olmasından asılıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin mühafizəsi və ekoloji təhsillə bağlı qəbul edilmiş ekoloji qanunçuluq və qərarlar bu problemin həllində atılmış mühüm addımlardır.Milli Təhsil Konsepsiyasında da gənc nəslin ekoloji təhsil və tərbiyəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri narahatçılıq doğuran ekoloji problemlərdir. Ekoloji maarifçiliyə böyük ehtiyac var. Ona görə də hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı , təhsilin ayrı-ayrı pillələlərində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli , məktəb, eləcə də məktəbəqədər tədris-tərbiyə müəssisələrində uşaqlar və çagirdlər arasında ekoloji tərbiyəyə xüsusi fikir verilməlidir. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (2002) ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması , orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi , ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi götürülüb.
Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin