Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə226/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   222   223   224   225   226   227   228   229   ...   431
 
 
 
 
 
Şəkil  81.  Heyvan sağlamlığına təsir edən amillər 
 
Ekoloji heyvandarlığın  ən başlıca  şərtlərindən biri də heyvanlarla mülayim 
rəftar və mehriban münasibətin qurulmasıdır. Qeyd etmək yerinə düşər ki, 14 əsrə 
yaxın tarixə malik olan islam və şəriət qanunlarında heyvanları incitmək, vurmaq, 


 
200
döymək, axtalamaq, ac-susuz saxlamaq günah sayılır. Bundan başqa müalicə məq-
sədilə  dərman bitkilərinin (boymadərən, solmazçiçək, dəmrovotu, qantəpər), təbii 
mineralların (xörək duzu, təbaşir, qırmızı gil, zəy və s.) və üzvi maddələrin (sirkə, 
nişasta, spirt, şərab, qlükoza, ağac kömürü, odun külü, bitki yağları, keçi piyi, öd 
və s.) geniş istifadə olunması tövsiyə edilir. Xalq əfsanələrində, dastanlarda, rəva-
yətlərdə, hədislərdə insan və heyvanların mehribançılığı, sədaqəti, vəfası haqqında 
kifayət qədər nümunələr mövcuddur. 
Əgər aparılan qabaqlayıcı (profilaktiki) tədbirlərə baxmayaraq, xəstəlik baş 
verirsə, ilk növbədə təbii vasitələrdən faydalanmaq, sonra isə mümkün olan digər 
vasitələri sınaqdan keçirmək lazımdır. Müalicəyə başlayarkən yalnız nəzərə çarpan 
qüsuru (ishal, qəbizlik, aramsız öskürək, əsməcəlik, halsızlıq) aradan qaldırmaqla 
kifayətlənmək olmaz, gərək bütövlükdə orqanizmin müqavimət potensialı hərəkətə 
gətirilsin. 
Hazırda təbii üsullarla müalicədə homeopatiya, akupunktura (iynəsancma, 
iynələmə), bitkilərlə müalicə və türkəçarə üsullardan daha səmərəli istifadə olun-
malıdır. El arasında qara ciyəri, ağ ciyəri, böyrəyi, gözü xəstə olanlara müvafiq 
orqanların yedizdirilməsi faydalı sayılır. Qədim əfsanələrdə məsləhətli üsullar sıra-
sında homeopatiya göstərilir. Bəzən elmi mənbələrdə homeopatiya anlayışı düzgün 
izah olunmadığından anlaşılmazlıq ciddi mübahisə doğurur. Əslində isə homeopa-
tiya zəhərli (ziyanlı, zərərli) dərmanların işlədilməsindən irəli gələn  əlamətlərə 
(səpişmə, pörtmə, təngənəfəslik, huşsuzluq, qızğınlıq, süstlük) söykənir. Prinsipcə 
həmin dərmanların aşağı dozalardan başlayaraq artırılması  məsləhət görülür. Bu 
baxımdan, GABA-nın  əməkdaşları  tərəfindən ilk dəfə olaraq hazırlanmış  dərman 
bitkilərinin heyvandarlıqda tətbiqinə dair metodik vəsaitlər gələcəkdə daha geniş 
tətbiq imkanları yaradır (Əlavə 4). Məsələn, arının sancmasından əmələ gələn göy-
nəmə, ağrı, qızartı, səpişmə əlamətləri elə arı zəhərinin sayəsində aradan qaldırılır. 
Eyni ilə müxtəlif zəhərli cücülərin sancması zamanı baş verən hal və əlamətləri də 
kənarlaşdırmaq mümkündür. Lakin qeyd etməyə dəyər ki, belə əməliyyatlar işdən 
yaxşı baş çıxaran, onun incəliklərinə bələd olan, təcrübəli peşəkarlara həvalə olun-
masa, gözlənilməz  nəticələr verə bilər. Ölkənin bəzi bölgələrində dağlama (dağ-
basma, çilədağ) üsulu ilə ağır xəstəliklərə düçar olmuş heyvanları müalicə edirlər. 
Qanalma (qanburaxma) soyuqlama, istivurma (günvurma) dəm qazı ilə zəhərlənmə 
zamanı ən kəsərli ilkin yardım sayılır. 
Heyvanların parazitlər tərəfindən törədilən xəstəliklərinə qarşı mübarizə fer-
merlərin  ən ağrılı problemləri olmaqla, baytarlıq xidmətinin gündəlik fəaliyyət 
çevrəsinə daxildir. Tədris vəsaitlərində parazitlərin törətdiyi xəstəliklər yoluxan və 
yoluxmayan adı ilə bir-birindən fərqləndirilir. Bir qayda olaraq yoluxan xəstəlik-
lərin səbəbkarı (günahkarı) canlı varlıqlar sayılır. Canlılar (canlı orqanizmlər) isə 
bitki və heyvan mənşəli ola bilər. 
Bu baxımdan bakteriyalar, göbələklər, viruslar – bitki, qurdlar, gənələr və 
cücülər isə – heyvan mənşəli parazitlər qrupuna daxildir. Yoluxmayan xəstəliklərin 
baş verməsində isə başlıca səbəb - cansız amillər: mexaniki, fiziki, kimyəvi vasitə-
lərdir. Daha doğrusu, güclü zərbə, isti, soyuq, tozlu hava, xarab olmuş yem, həmçi-
nin müxtəlif kimyəvi maddələr (turşular, qələvilər, duzlar) bəzi xəstəliklərə zəmin 


 
201

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin