Амин Бабайев, Вцгар Бабайев


Şəkil  82.  Müalicədən əvvəl profilaktikası



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə228/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   224   225   226   227   228   229   230   231   ...   431
Şəkil  82.  Müalicədən əvvəl profilaktikası 
 
Odur ki, heyvanları azar-bezardan, ağrılardan, naxoşluqlardan qorumaq üçün 
ilk növbədə, səbəb araşdırılmalı, sonra isə çıxarılan nəticəyə uyğun tədbirlər həyata 
keçirilməlidir. Başqa təsərrüfat sahələrindən fərqli olaraq heyvandarlıqda üstünlük 
qabaqlama tədbirlərinə verilir. Çünki artıq xəstəliyə tutulmuş heyvanı müalicə 
etmək, gümrahlaşdırmaq  əvəzinə, baş verəcək xəstəliyin qarşısını almaq daha 
sərfəlidir. Bəzən qarayara, dabaq, pasterellyoz (xirtdik, xortlama) çiçək, emkar 
(yanıqara), brodzot (şilbənd), enterotoksemiya (bozbənd), leptospiroz (sarılıq), 
fassiolyoz, moniezioz, telyazioz, piroplazmoz kimi dəhşətli xəstəliklər kütləvi 
qırğınla nəticələnir. Lakin əvvəlcədən yerli baytarlıq xidməti ilə  əlaqə yaradılsa, 
təhlükəni asanlıqla sovuşdurmaq mümkündür. Yadda saxlamaq lazımdır ki, baytar-
lıq tədbirləri (vaksinasiya, çimdirmə, çiləmə, dehelmintizasiya, dezinfeksiya, 
dezinseksiya, deratizasiya) vaxtlı-vaxtında aparılarsa, külli miqdarda iqtisadi 
ziyandan yayınmaq mümkündür. Dərman maddələrini seçərkən  ən kəsərlisinə 
güvənməyə dəyər. Adi hesablama aparmaq üçün ən azı bir heyvanın sağalmasına 
çəkilən xərclər başlıca meyar götürülməlidir. Yeri gəlmişkən, müdrik insanlardan 
birini xatırlayın - «Mən o qədər də varlı deyiləm ki,  ucuz mal alım». 
Hələlik nümunə üçün bəzi dərman bitkilərinin müalicəvi xassələri haqqında 
cədvəl verilir. Apardığımız araşdırmalar göstərir ki, tibbdə geniş  tətbiq sahəsi 
tapdığı kimi, dərman bitkilərinə heyvandarlıqda da lazımi diqqət yetirilsə, fermer-
lər mümkün təhlükəni vaxtında aradan qaldıra bilər. Çünki dərman bitkilərinin 
toplanması, tədarükü, saxlanması  və istifadəsinə  çəkilən xərclər cəmi bircə 
heyvanın dəyərindən xeyli az olar. 


 
202

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin