204
1. Şirəli yemlər
Senaj.
Senaj nəmliyi 50-55%-ə qədər endirilərək soluxdurulmuş yaşıl
otlardan
hazırlanır. Senajlaşdırılmış yemdə şəkəri yaxşı saxlamaqla turşu az toplanır. Şəkərin
proteinə olan nisbəti optimal səviyyədə saxlanılır.
Senajı çoxillik paxlalı otlardan yonca, qara yonca və xaşadan hazırlamaq
məsləhətdir. Paxlalı otların çəmən otları ilə qarışığından da yaxşı keyfiyyətli senaj
alınır. Paxlalı otlar qönçələmə-çiçəkləmə dövründə biçilməlidir. Biçilmiş kütlənin
nəmliyi 70-80% olduqda yığılmalıdır. Belə halda basdırılmış kütlənin nəmliyi
50-55%-dən çox olmur.
Senaj əsasən xəndəklərdə basdırılır. Basdırılan kütlə 5-6 sm uzunluğunda
doğranmalıdır. Xəndəyə doldurulan kütlə tırtırlı traktorla möhkəm preslənməlidir.
Gündə ən azı xəndəkdə 1-1,2 metr qalınlığında senaj basdırılmalıdır.
Göstərilən
qaydalara əməl etdikdə kütlənin hərarəti 35-37C
0
-dən yuxarı qalxmır.
Yaxşı preslənmiş, kütlə polietilen örtüklə bağlanır. Örtüyun üstü 5-8 sm
qalınlığında torpaqlanaraq 50 sm qalınlığında küləşlə örtülür.
Senajın düzgün istifadəsinin böyuk əhəmiyyəti var. Nə qədər ki, senajın üstü
açılmayıb, yem hissəcikləri arasındakı boşluqlar karbon qazı ilə dolu olur. Xəndəyin
üstü açıldıqda karbon qazı uçur və yerinə hava dolur. Hava isə senajın keyfiyyətinin
aşağı düşməsinə səbəb olur. Ona görə də xəndəklərdən senajı çıxardarkən onu şaquli
istiqamətdə kəsmək lazımdır.
Senajın miqdarını təyin etmək üçün xəndəyin həcmi 1m
3
senajın
çəkisinə
vurulur. 10% itki nəzərə alınır. 1m
3
senajın çəkisi 420-550 kq arasında dəyişə bilər.
Silos. Yemlərin siloslaşdırılmasının əsasını süd turşusunun qıcqırması təşkil
edir. Siloslanan yemin şəkərinin qıcqırması nəticəsində süd, sirkə və propion turşusu
əmələ qəlir. Yaxşı silosun tərkibində süd turşusu sirkə turşusuna nisbətən 2-3 dəfə
çox olur.
Yemlər siloslaşma dərəcəsinə görə 3 qrupa bölünür:
• Yaxşı siloslaşan bitkilər
–
qarğıdalı kütləsi süd və süd-mum mərhələsində,
taxıl, cuqara, günəbaxan, kələm yarpağı,
çiçəkləmə dövründə xaşa, çuğundur
yarpağı, yem kələmi və s.
• Çətin siloslaşan bitkilər – tərkibində çoxlu paxlalılar olan çəmən və otlaq otları,
çiçəkləmə dövründə qamış və şəkər qamışı, adi yonca və s.
• Siloslaşdırılmayan bitkilər – qara yonca, soya, bostan bitkilərin yarpaqları və s.
Siloşlaşdırılmış kütlərin keyfiyyəti onun doğranması, yaxşı tapdalanıb sıx
basdırılması və hermetik örtülərək düzgün saxlanmasından asılıdır.
Qarğıdalının siloslaşdırılması
. Qarğıdalı yaxşı siloslaşan bitkidir. Silosluq
üçün qarğıdalı süd-mum və tam yetişmə dövründə biçilməlidir. Biçilmiş qarğıdalı
kütləsi 3-4 sm ölçüdə doğranıb basdırılmalıdır.
Qarğıdalının ümumi qidalılığı yüksək olsa da, proteinin miqdarı azdır (1 yem
vahidinə 60-70 qr). Ona görə də yaxşı olar ki, protein ilə zənginləşdirmək üçün
silos paxlalı bitkilərlə qarışdırılıb basdırılsın.
Günəbaxanın siloslaşdırılması
.
Silosluq üçün günəbaxan
çiçəkləmə dövründə
yığılmalıdır. Günəbaxan təmiz halda, yaxud paxlalılarla, qarğıdalı ilə qarışdırılaraq
siloslaşdırılır.
205
Silosun uçotu.
Basdırılmış silos kütləsinin hesablanması, basdırılandan 3 həftə
sonra aparılır. Xəndəyin dərinliyi, eni və uzunluğunu ölçməklə onun həcmi
müəyənləşdirilir. 1m
3
silosun çəkisini xəndəkdəki
silosun həcminə vurmaqla
ümumi çəki tapılır.
U
1
+U
2
Е
1
+Е
2
Həcmi = ----- --х ------- х D
Burada: U
1
– xəndəyin yuxarıdan uzunluğu; U
2
– xəndəyin aşağıdan uzunluğu; Е
1
-
xəndəyin yuxarıdan eni; Е
2
– xəndəyin aşağıdan eni; D – xəndəyin
dərinliyi + kütlənin yerin səthindən hündürlüyünün yarısı.
Yaşıl yemlər
Yaşıl yemin tərkibində 60%-dən 80%-ə qədər su, 2.0 – 5.5% – zülal, 0.2 –
2.0% – yağ, 6.0 – 23%-ə qədər
azotsuz ekstraktiv maddələr, 4.0 – 28%-ə qədər
seliloza və 1.0 – 7.0% -ə qədər kül olur.
Yaşıl yemlər yaxşı həzmə gedir. Döllük və inkişafda olan cavan heyvanlara
yaşıl yemlər daha yaxşı təsir göstərir.
Respublikamızın otlaqlarında çoxillik yem bitkilərindən üçyarpaq yonca,
xəşənbül, xaşa daha geniş yayılıb. Qırmızı yoncanın hər hektarından 20-30 ton
yaşıl kütlə götürmək mümkündür. Yoncanın qönçələmə fazasında biçilməsi
məsləhətdir. Əks halda o, tez qabalaşır.
Respublika otlaqlarının ot örtüyü paxlalı bitkilərdən – dəvətikanı, yonca,
mərcimək, kətan, çöl noxudu, xəşənbül və s. yabanı bitkilərdən
ibarətdir ki, bu da
ekoloji heyvandarlığın yem bazası üçün olduqca əlverişlidir.
Kökümeyvəlilər
Yaxşı həzm olunması, şirə ilə zənginliyi, yüksək vitaminliyi ilə seçilərək
heyvanların sağlamlığına və məhsuldarlığının artırılmasına müsbət təsir edir.
Kökümeyvəlilərdən şəkər çuğunduru, yem çuğunduru, sarıkök və s.
müxtəlif
növ heyvanların yemləndirilməsində gözəl yem növüdür.
Kökümeyvəlilər quru, donmamış, torpaqdan təmizlənmiş və zədələnməmiş
halda yığılaraq saxlanmalıdır. Onları müsbət 0,2-2C
0
-yə yaxın temperatur reji-
mində saxlamaq məsləhətdir. Kökümeyvəlilər saxlanan xəndək və ya tığ əvvəlcə
zəif torpaq qatı ilə örtülməlidir. Sonralar havaların sərt soyuması ilə əlaqədar
olaraq üzərinə bir qədər torpaq əlavə etmək olar.
Kökümeyvəlilər heyvanlara yedirdilməsindən əvvəl yuyulmalı və sonra bütöv
və yaxud doğranmış halda verilməlidir.
Dostları ilə paylaş: