Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə239/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   235   236   237   238   239   240   241   242   ...   431
Azərbaycan zebusu 
 Zebunun əhəmiyyətiZebu və zebunövlü mallar cənub ölkələrində isti iqlim və 
çətin yem şəraitinə uyğunlaşmış  və qan parazitlərinin törətdikləri xəstəliklərə qarşı 
xeyli davamlıdırlar.  
Azərbaycanda zebu və zebutipli mallar qədim vaxtlardan saxlanılır. Onlar 
qədimdən ekstensiv şəraitdə saxlandığı üçün nisbətən cır, kiçik boylu və az südlü 
olurlar, ancaq, nadir hallarda bol yem şəraitində onların illik süd məhsulu 2800-3000 
kq-a çata bilir.  
Beləliklə, zebuların heyvandarlıqda daha məhsuldar, yeni, yağlı-südlü, ətlik və 
xəstəliklərə davamlı cinslər yaradılmasında böyük əhəmiyyəti vardır.  
Azərbaycan zebusu respublikamızın Lənkəran, Astara, Masallı, Lerik və 
Yardımlı rayonlarında yayılmışdır. 
Azərbaycan zebuları laktasiya müddətində 780-1100 kq 4,2-6,45% yağlılıqda 
süd verir.  
Qaba yemlərin həzm olunmasında zebu, qaramal ilə camış arasında orta yer tutur. 
Dünya miqyasında, eləcə də MDB məkanında, o cümlədən Azərbaycanda hibridləş-
mə yolu ilə qiymətli qaramal cinslərinin yaradılması  işi aparılır. Zebuların adi 
qaramal cinsləri ilə çarpazlaşdırmaqda məqsəd yeni və daha məhsuldar, möhkəm 
bədənli, davamlı, immunoekoloji xassələri zəngin olan cinslərin yaradılmasıdır.  


 
211

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin