Амин Бабайев, Вцгар Бабайев



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə238/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   234   235   236   237   238   239   240   241   ...   431
 
 
Azərbaycan camışı  
Respublikamızın heyvandarlığı müxtəlif növ genofondlarla zəngindir. Azərbay-
can camışı bu genofondlar içərisində məhsuldarlığı və ekoloji dözümlüyü baxımdan 
daha üstün olub, xalqımızın həyatında xüsusi rol oynamışdır.  
Camış südlük və ətlik mal kimi özünün bir sıra qiymətli ekoloji xüsusiyyətlərinə 
görə qaramal cinslərindən fərqlənir və təsərrüfat nöqteyi-nəzərindən onlardan xeyli 
üstündür. Südünün yağlığına görə camış bütün qaramal cinslərindən, hətta yağlı-
südlü heyvan növü olan yak, qoyun və zebulardan  da xeyli üstündür.   
Azərbaycan camışının bəzi infeksion xəstəliklərə qarşı nisbətən davamlı olması 
və xüsusən onların hemosporidioz xəstəliklərə tutulması xüsusiyyəti camışçılığın res-
publikamız üçün heyvandarlığın ən əlverişli bir sahəsi olduğunu bir daha sübut edir.  
Hazırda respublikamızda (2004-ci ildə) 307,4 min baş camış yetişdirilir ki, 
bunun da 47,1%-ni  ana camış təşkil edir. Azərbaycanda camışların ən çox yayıldığı 
bölgələrdən  Şəki-Zaqatalada – 23,8%, Gəncə-Qazax bölgəsində – 15,8%, Muğan-
Salyan – 21,0%, Şirvan bölgəsində – 34% və Naxçıvan MR-də 5,4% camış 
saxlandığı müəyyən edilmişdir.  
Azərbaycan camış cinsi dünyanın digər camış cinslərindən fərqli olaraq südün 
yüksək yağlılığı ilə seçilir. Məqsədyönlü seleksiya işi aparılan camışçılıq-fermer 
təsərrüfatlarında yaxşı yemləmə  və  bəsləmə  şəraitində camışların orta süd məhsul-
darlığı 1200 kq-dan 2500 kq-a çatır. Lakin belə qabaqcıl təsərrüfatlarla yanaşı 1000-
900 kq və aşağı süd verən fermer təsərrüfatları da var.   
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin