212
vermək qabiliyyəti – inək saxlayanın süd almaq imkanı deməkdir. «İnəyin südü
ağzındadır» müdrük xalq məsəli də göstərir ki, inəyi hərtərəfli və bol yemlədikdə
ondan daha çox süd sağmaq olar. Yüksək məhsuldar südlük
və yaxud südlük-ətlik
cinslərə yüksək saxlama, yemləmə və qulluq şəraiti yaradılmalıdır. Mədəni cinslər
aşağı yemləmə şəraitində öz bədəninin sökülməsi hesabına süd vermək və bətnindəki
balanı bəsləmək qabiliyyətinə malikdir. Belə şəraitdə inəyin məhsuldarlıq
səviyyəsi
aşağı düşür, arıqlayır, zəifləyir və xəstəliyə tez tutulur. Ona görə də heyvanın ehtiya-
cını ödəyən tam keyfiyyətli yemləmə, saxlama və qulluq şəraiti heyvanın
sağlam və
inkişaflı olmasına, yüksək məhsul verməsinə səbəb olur. Heyvanların xarici görünü-
şünə baxmaqla onun cinsini, məhsuldarlıq
istiqamətini, nisbi məhsuldarlıq səviyyəsi-
ni təyin etmək olur. Yüksək süd verən inəklər maldarlıq təcrübəsində özünü doğrult-
muş südlük əlamətlərinə görə də seçilir. Bunlardan ən əsasları aşağıdakılardır:
- inəyin arxa 2/3 hissəsinin ön hissəsinə nisbətən yaxşı inkişaf etməsi;
- boynunda dəri qırışlarının xırda, sıx və çox olması;
- qarnının altından keçən süd venasının iri, aydın
görünməsi və süd quyusunun
dərin olması;
- bədənin mütənasib inkişafı, sağlam və möhkəm konstitusiyalı olması;
- belinin forması, paycıqların inkişafı və vəzi toxumasının çox olması.
Qeyd edilən əlamətlərə görə yüksək süd verən inəyin seçilməsi işin yalnız
başlanğıcıdır. Çoxlu süd sağmaq üçün seçdiyiniz inəyin ehtiyacını ödəmək lazımdır.
Bu ehtiyaclar inəyin özünün yaşaması, qarnındakı balanın inkişaf etməsi və istədi-
yiniz südün sağılması üçün münasib yem normasını müəyyən etmək və yerli yem
növlərindən ibarət yem payı tərtib etməklə ödəmək lazımdır. Bu pay elə olmalıdır
ki, inəyin bütün qida maddələrinə ehtiyacını ödəsin.
Dostları ilə paylaş: