Амин Бабайев, Вцгар Бабайев


Heyvanların yemləndirilməsi tələbləri



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə244/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   240   241   242   243   244   245   246   247   ...   431
 
Heyvanların yemləndirilməsi tələbləri 
Orqanizmdə gedən maddələr və enerji mübadiləsi, orqan və toxumaların vəzi-
fələri, sümüyün, ətin, dərinin və yunun əmələ gəlməsi bilavasitə heyvanların yem-
ləndirilməsi ilə  əlaqədardır. Bütün göstərilən vəzifələrin yerinə yetirilməsi üçün 
heyvanın ehtiyacını ödəyə bilən səviyyədə qida maddələri ilə təmin etmək lazım-
dır. Buna heyvanları norma ilə yemləməklə nail olmaq olar. Norma heyvanların 
qida maddələrinə olan ehtiyacını müəyyənləşdirir. Norma üzrə yemləndirmədə 
heyvanların həyat fəaliyyətinin saxlanması, məhsuldarlıq keyfiyyəti və törədib 
balavermə qabiliyyəti nəzərə alınmaqla qida maddələrinə olan tələbatı ödənilir. 
Yem payı.  Yem normasına uyğun olaraq heyvanların qida maddələrinə olan  
tələbatını ödəmək üçün gün ərzində verilən yemlərin miqdarına yem payı deyilir. 
Yem payına daxil edilmiş yemlər heyvanların növünə  və yaş xüsusiyyətlərinə  
uyğun seçilməli, tərkibcə müxtəlif olmalıdır. Yem payı 3 hissədən ibarətdir: 
saxlayıcı; məhsuldar; reproduktiv. 
•  Saxlayıcı yem payı - heyvanın həyat fəaliyyətinin saxlanması üçün ona 
verilən yemlərin miqdarına deyilir. 
•  Məhsuldar yem - cavan heyvanlara boy və inkişafına, inəklərdə südün əmələ 
gəlməsinə, kökəldilən heyvanlarda çəki artımına sərf edilən maddələrə 
deyilir. 
•  Reproduktiv yem - dişilərdə balanın, erkəklərdə isə toxumun əmələ gəlməsi 
üçün verilən yem payına deyilir. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin