Sağmal inəklərin yemləndirilməsi Sağmal inəklərin yem payının tərkibi müxtəlif olmalıdır, onun tərkibinə 2-3 növ
şirəli yemlər (qarğıdalı silosu, şəkər çuğunduru və s.), 3-4 növ qüvvəli yemlər, qaba
yemlər, vitaminlər və təbii mineral yemlər daxil edilməlidir. EKT-da mədəsi çox
kameralı olan heyvanlar güvvəli yemlərlə (dən yemlərlə) yemləndirilmir. Onlara
sellüloza m\mşəli yemlər (gövşəməklə həzm olunur) verilməlidir. Ekoloji standartlar
bunu tələb edir. Dən yemlər quşlara verilməlidir.
İnəklərə şirəli yemlərin bütün il boyu verilməsi vacibdir. Sağmal inəklərin yem
payında mütləq yay dövründə silos və yaşıl ot, qış dövründə silos və kökümeyvələr
olmalıdır.
İnəklərin hər 100 kq diri çəkisinə 1 yem vahidi, hər 1 kq südə 0,5 yem vahidi və
hər yem vahidinə 110-120 q həzmolunan zülal olmaq şərti ilə yem payı tərtib edilir.
Məsələn, sutkada 10 kq süd verən və 400 kq canlı kütləyə malik inəyə yem norması
aşağıdakı kimi tərtib edilir:
• Canlı kütləyə görə 4 yem vahidi, süd sağımına görə 5 yem vahidi və hər yem
vahidinə 110 q həzmolunan zülal vermək şərtilə inəyin yem payında 9 yem
vahidi, 990 q həzmolunan zülal olmalıdır. Bu qayda üzrə aşağıdakı cədvəldə
müxtəlif səviyyədə süd verən inəklərin yem normaları göstərmişdir.