215
Yem normalarına əsasən yem payı tutulur. Yem payı elə tutulmalıdır ki, sağmal
inəyin hər 100 kq canlı kütləsinə 5-8 kq şirəli yem 0,8-1 kq qaba yem planlaşdırılsın.
Qüvvəli yemlərin miqdarı süd sağımının səviyyəsindən asılı olaraq dəyişilir.
Sutka-
lıq sağım 10 kq-a qədər olduqda hər 1 kq südə 200 q, 10-15 kq olduqda 200-250 q
qüvvəli yem verilir. Yem rasionunda quru maddənin miqdarı nəzərə alınır və inəyin
hər 100 kq canlı kütləsinə 2,8-3,2 kq quru maddə düşməlidir. Yem payında
yemlərin
növ tərkibi nə qədər müxtəlif olarsa və ay ərzində digər
yemlərlə əvəz edilərsə, inək
yemləri iştahla yeyəcək və biz onun qidalı maddələrə,
makro və mikroelementlərə,
vitaminlərə və s. olan ehtiyacını ödəmiş olarıq.
Bunun da müqabilində heyvan
sağlam və normal
köklükdə olmaqla, yüksək keyfiyyətli süd verəcəkdir.
Dostları ilə paylaş: